Книга - Meqrenin qəlyanı

a
A

Meqrenin qəlyanı
Jorj Simenon


Belçika yazıçısı Jorj Simenon detektiv yazarları arasında görkəmli yer tutur. Onun Komissar Meqre silsiləsində yazdığı detektiv roman və hekayələr ilk dəfə 1929-cu ildə işıq üzü görmüşdür. Qısa zamanda uğur qazanan kitabın ardınca eyni qəhrəman silsilə romanlar vasitəsilə oxucularıyla görüşməyə davam etdi.

Jorj Simenon “Meqrenin qəlyanı” əsərində öz aydın və sadə üslubu ilə növbəti dəfə ustalığını dilləndirmişdir.





Jorj Simenon

Meqrenin qəlyanı





Yazıqları öldürmürlər

roman





I. Alt paltarlı adamın ölümü


“Yazıqları öldürmürlər…”

İki saat idi ki, bu gicgici fraza Meqredən əl çəkmirdi. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun beynində fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə variant peyda oldu:

“Adamları alt paltarında öldürmürlər…”

Avqust ayı idi. Camaatın əksəriyyəti məzuniyyətdə idi. Paris bomboş görünürdü. Səhər doqquz olmağına baxmayaraq yaman isti idi. İdarədə sakitlik hökm sürürdü. Sahilə baxan bütün pəncərələr açıq idi. Meqre kabinetinə girən kimi pencəyini çıxartdı. Elə həmin dəqiqə hakim Kamello zəng vurdu.

– Zəhmət olmasa De-Dam küçəsinə gedin. Bu gecə orda qətl törədilib. Polis şöbəsinin komissarı mənə uzun və dolaşıq əhvalat danışdı. O indi hadisə yerindədir. Prokurorluqdan ora on birdən tez gəlməyəcəklər.

Həmişə belə olur: sakit bir gün keçirmək istəyirsən – gup! – nəsə peyda olur!..

– Gedək Lüka?

Əlbəttə artıq əməliyyat maşınını göndərməyə yer tapıblar. Xlor iyi verən metroda getmək lazım gəldi və üstəlik Meqre qəlyanını söndürməli oldu.

…De-Dam küçəsinin aşağı tərəfi Batinol küçəsinə çıxır. Günəş yandırır. Səkidəki xırda satış məntəqələrində tərəvəz, meyvə və balıq qalaqlarının dalında satıcılar oturub. Yəqin ki, qətl törədilən evə xeyli adam yığılıb, fürsətdən istifadə edən uşaqlar qaçışır, qışqırır. Adi yeddi mərtəbəli ev. Qapıda polis dayanıb.

– Komissar sizi yuxarıda gözləyir, müsyö Meqre… Dördüncücü mərtəbədə. Ay camaat nə dayanmısınız? Baxmalı nə var ki… Heç olmasa yolu kəsməyin, çəkilin!

Balaca, diqqət çəkməyən, belə desək vicdanlı adamların yaşadığı evdə nə cinayət ola bilər? Hansısa sevgi və qısqanclıq dramı? Axı görünüş bunun üçün də əlverişli deyil.

Dördüncü mərtəbə. Böyük qapı, dalınca mətbəx. Orda xeyli uşaq qışqırışır. Ya üç, ya da dörd nəfərdirlər – on iki, on altı yaş arası uşaqlar. O biri otaqdan qadın səsi:

– Jerar, bacınla işin olmasın, eşidirsən!..

Səs əsəbi və eyni zamanda yorğundur, həyatını heç nə üçün mücadilədə çürütmüş qadının səsi kimi.

Qapı açıldı və Meqre öldürülənin arvadını gördü. İndi Jerara qışqıran bu idi. Qadın Meqreyə baxdı və “biri də gəldi” mənasında köks ötürdü.

Onun yanında sahə müvəkkili dayanmışdı. Meqre onun əlini sıxdı.

– Bu komissar Meqredir, – sahə müvəkkili izahat verdi. – Tədqiqatı o aparacaq.

– Hər şeyi təzədən danışım?

Həm qonaq otağı, həm də yemək otağı rolunu oynayan otağın bir küncündə radio, o biri küncündə paltartikən maşın qoyulmuşdu. Açıq pəncərədən küçədəki səslər eşidilir, mətbəx qapısı da açıqdır və ordan uşaqların qışqırıq səsləri gəlir. Qadın qapını bağladı və səs kəsildi, elə bil radionu söndürdülər.

– Belə şey ancaq mənim başıma gələ bilərdi. Oturun, müsyö. Bəlkə nəsə içmək istəyirsiniz? Verim. Heç bilmirəm…

– Sadə və anlaşılan dillə baş verənləri danışın.

– Mən axı heç nə görməmişəm, nə danışacağam? Hələ də mənə elə gəlir ki, heç nə olmayıb. Həmişəki kimi, yeddinin yarısında o evə gəldi. Heç vaxt gecikməzdi. Gələn kimi də stola oturmağı sevirdi.

O ərindən danışırdı. Onların bir yerdə çəkilib böyüdülmüş şəkilləri divardan asılmışdı. Qadının belə əzgin, yazıq görünməsi ərinin tragik ölümüylə bağlı deyildi. Şəkildə də elə görünürdü, elə bil bütün dünyanın yükü onun çiynində idi.

Ərinin isə bığları, kirşanlı yaxalığı diqqət çəkirdi. Onun üzü o qədər maraqsız idi ki, yüz dəfə görsəniz də ona fikir verməzdiniz.

– O yeddinin yarısı gəldi, pencəyini çıxartıb şkafdan asdı. Düzünü deyim ki, o, öz əşyaları ilə həmişə səliqəli davranardı… Səkkizdə Fransina gəldi, o işləyir, mən stolun üstündə onunçün yemək də qoymuşdum…

Yəqin ki, o bunları polis komissarı üçün danışıb. Amma lazım olsaydı, öz hekayəsini yeknəsəq səsilə və nəyisə unutmaq qorxusuyla yenə və yenə danışardı.

Onun qırx beş yaşı vardı, cavanlıqda yəqin ki, gözəgəlimli olub, amma o vaxtdan illər keçib, onu isə hər gün səhərdən axşamacan ev işləri məşğul edib…

– Moris sevimli yerində, pəncərənin qabağında oturdu… İndi sizin oturduğunuz yerdə. Bu onun kreslosudur… O kitab oxuyurdu, hərdən də radionun dalğasını tutmaq üçün dururdu…

Axşam saatlarında De-Dam küçəsində eyni işlə məşğul olan yüzlərlə kişi tapmaq olar – bütün günü işləyən və indi pəncərə qabağında oturub kitab, ya da qəzet oxuyan kişilər…

– Deməliyəm ki, o axşamlar heç yerə getmirdi. Yəni tək, bizsiz. Həftədə bir dəfə kinoya gedirdik, hamımız bir yerdə… Bazar günləri isə…

Hərdən danışığına ara verib mətbəxə tərəf boylanırdı. Bəlkə uşaqlar dava edir, ya da plitənin üstündə heç nə qalmayıb ki, yansın…

– Harda qalmışdım? Hə… Fransina – onun on yeddi yaşı var, Fransina gəzməyə getdi və on birin yarısı qayıtdı. Qalanları yatmışdı… Mən nahar hazırlayırdım, bu gün üçün, çünki bu gün dərziyə getməliydim… Aman Tanrı! Yadımdan çıxıb ona xəbər göndərim ki, gəlmə-yəcəyəm… O isə məni gözləyir…

Bunun özü də onun üçün faciə idi.

– Biz uzandıq… Daha doğrusu, biz yataq otağına girdik, mən çarpayıya uzandım… Moris həmişə məndən gec soyunurdu. Pəncərə açıq idi… Pərdələri də salma-mışdıq, bürkü idi… Üzbəüz evdən bizə heç kim baxmırdı… Ora mehmanxanadır… Ora gələnlər tez yatır… Onlar pəncərədən baxmırlar…

Meqre elə sakit oturmuşdu ki, Lüka onun indicə yatacağından qorxurdu. Eyni zamanda Meqrenin qəlyanı sıxmış dodaqlarının arasından hərdən tüstü çıxırdı.

– Nə danışım ki… Belə şey ancaq mənim başıma gələ bilərdi… Biz onunla danışdıq… Nədən danışdığımız yadımda deyil, amma o şalvarını çıxartıb qoyanacan danışdı… Onun əynində təkcə alt paltarı qaldı… Sonra corabını çıxardıb pəncəsini qaşımağa başladı, onun pəncələri həmişə ağrıyırdı… Mən küçədən səs eşitdim… bilirsiniz necə… maşın səsinə oxşayırdı… yox, belə yox, belə, belə: f-r-r-f-r-r… Hə, hə, belə: f-r-r-f-r-r… Su krantından hava çıxanda gələn səs kimi… Burda fikirləşdim ki, Moris nə üçün sözünü yarımçıq kəsdi?.. Gün ərzində çox yorulduğum üçün beynim dumanlı idi… Deməli, o səsini kəsdi, sonra sakit və qəribə səslə dedi: “Əclaf!”. Mən çox təəccübləndim, çünki o, demək olar heç vaxt söymürdü… O elə deyildi. Mən soruşdum: “Nə olub sənə?” Bu vaxt gözlərimi açdım, axı bayaqdan gözlərim bağlı idi və gördüm ki, o döşəməyə yıxıldı. Mən qışqırdım: “Moris!” Başa düşürsünüz, o heç vaxt özündən getməmişdi… Tam sağlam olmasa da heç vaxt xəs-tələnmirdi… Mən durdum… onu çağırıram… O isə xalçanın üstündə uzanıb və tərpənmir… Mən onu qaldırmaq istəyəndə gördüm ki, onun köynəyində qan var… Mən Fransinanı çağırdım, böyük uşağımızı. Sizcə, atasını belə görəndə mənə nə desə yaxşıdır? “Ana, sən nə etdin?” – və aşağı qaçdı ki, zəng etsin. O qapıçını oyatmalı oldu.

– Fransina hardadır? – deyə Meqre soruşdu.

– Öz otağındadır… Geyinir… Gecə özümüzdə deyildik, ona görə geyinməmişdik… Bağışlayın ki, bu görkəmdəyəm… Əvvəl həkim gəldi, sonra polis, sonra komissar…

– Bizi tək qoya bilərsiniz?

O əvvəlcə başa düşmədi.

– Gedin!

O mətbəxə getdi və yeknəsəq səslə uşaqların üstünə qışqırmağı eşidildi.

– Əgər on beş dəqiqə də belə keçsəydi, mən gic olacaqdım. – deyən Meqre pəncərəyə yaxınlaşdı ki, təmiz hava udsun.

Bu qadında qəribə bir şey var idi ki, nə olduğunu izah etmək çətindir. O, əhatə dairəsinə pis təsir edirdi və hətta pəncərədən düşən gün işığı da onun təsirindən solğunlaşmışdı.

– Yazıq!..

Öldüyü üçün yox, yaşadığı üçün!

– Onun adı nə idi?

– Tramble… Moris Tramble… Qırx səkkiz yaş… Arvadı dedi ki, Santye küçəsindəki hansısa ticarət firmasında kassir işləyib… Hə… Yazmışam… “Kuvrer və Belşas”… Bilirsiniz… – polis komissarı davam edirdi. – Əvvəl elə fikirləşdim ki, onu arvadı öldürüb… Amma qarışdırdım, məni axı yerimdən durğuzmuşdular, elə təzə yatmışdım… Burda isə… Uşaqlar hamısı birdən danışır, o onların üstünə qışqırır ki, səslərini kəssinlər, eyni şeyi iyirmi dəfə təkrar edir – hamısı da demək olar ki, sizinçün danışdığı kimi. Mən də bu qərara gəldim ki, ya onda bir az çatışmır, ya da tamamilə dəlidir. Bu yandan da mənim briqadirim onu sorğu-sual etməyə başladı, dolaşdırmaq istəyirdi. O deyir: “Mən onu soruşmuram, soruşuram ki, ərinizi nə üçün öldürmüsünüz?” O deyir: “Nə üçün?.. Mən onu nə üçün öldürməliydim ki?..” Pilləkanda qonşular yığışdı… Həkim tezliklə rəyini yazıb gətirəcək. O məni inandırdı ki, üzbəüz pəncərələrin birindən atəş açıblar… Mən əməkdaşlarımızı “Ekselsior” mehmanxanasına göndərdim.

Meqreninsə beynində eyni sözlər fırlanır:

“Yazıqları öldürmürlər…”

Həm də ikinəfərlik çarpayının qırağında, əynində alt paltarı oturub ağrıyan pəncəsini qaşıyan yazıqları!

– Orda nəsə aşkarlaya bildiniz?

Meqre diqqətlə “Ekselsior” mehmanxanasının pəncərəsinə baxırdı. Aşağıda asılmış qara lövhədə yazılmışdı: “Aylıq, həftəlik, günlük nömrələr. İsti və soyuq su.”

Yazıqlıq orda da var idi. Eynilə Tramblenin evində, yaşadığı mənzildəki kimi. Amma bu hər hansı dram üçün əlverişli yazıqlıq deyildi.

– Mən dördüncü mərtəbədən başladım, ordakılar yatmışdılar. Onları narahat etməli olduq. Təsəvvür edirsiniz, necə səs-küy yarandı? Oranın sahibi bizi təhdid edirdi ki, şikayət edəcək. Bu vaxt ağlıma gəldi ki, beşinci mərtəbəyə də baxım, o üzbəüz pəncərəyə. Orda heç kim yox idi, amma otaq bir həftədir ki, Jozef Dambua adlı biri tərəfindən kirayələnib. Qapıçıdan soruşanda dedi ki, gecəyarısından bir az əvvəl qapıdan birini buraxıb. Amma kim olduğunu bilmir…

Meqre nəhayət ki, yataq otağına girmək qərarına gəldi. Meyit hələ də yerdə idi, başı xalçanın üstündə, ayaqları boş döşəmədə…

– Belə görünür, güllə düz ürəyinə dəyib və dəyən kimi də ölüb… Məncə həkimi gözləmək daha yaxşı olar, gülləni o çıxartmalıdır. O prokuraturanın əməkdaşları ilə deyilən vaxtda gəlməlidir…

– Saat on birdə… – Meqre hirslə dilləndi. Hələ on birə on beş dəqiqə işləyirdi.

Küçədə alverçilər alver eləyirdi, bürkülü havada isə meyvə və göyərti iyi hiss olunurdu.

“Yazıqları…”

– Ciblərini yoxlamısınız?

Onsuz da görünürdü ki, yoxlayıb – stolun üstünə səliqəsiz şəkildə kişi paltarları tökülmüşdü, amma arvadı deyirdi ki, o öz əşyaları ilə səliqəli davranırdı.

– Hər şey burdadır… Portmanat… Siqaret… Alışqan… Açarlar… Portmanatda yüz frank və uşaqların şəkli var…

– Qonşular nə deyir?

– Uşaqlar evdəkilərin hamısını sorğu-sual ediblər… Tramblelər bu mənzildə iyirmi altı ildir ki, yaşayırlar… Uşaqlar olandan sonra daha iki otaq tutublar… Başqa deməli heç nə yoxdur da… Adi, sakit həyat sürüblər… Heç bir əhəmiyyətli hadisə olmayıb… Hər il məzuniyyətdə iki həftəlik Tramblenin vətəninə, Kantala gediblər… Tramblenin bacısının nadir gəlişləri sayılmazsa, onlara heç kim gəlib getmirmiş… Tramble evdən hər gün eyni vaxtda çıxırdı. İşə metronun Vilyer stansiyasından gedirdi. Birin yarısı qayıdırdı, bir saat sonra yenə gedirdi və axşam yeddinin yarısı qayıdırdı…

– Yalandır! – Meqre istəmədən dedi. Doğrudan da yalandır. Heç bir mənası olmayan cinayət. Heç nə oğur-lamayıblar… Heç oğurlamağa da çalışmayıblar… Amma təsadüfi ölüm də deyildi. Əksinə. Onu dəqiqliklə hazır-layıblar: üzbəüz mehmanxanada otaq kirayələyiblər, silah tapıblar, çox güman ki, pnevmatik silah…

Bu təsadüf deyildi. Və heç bir yazığa görə belə işə getmirlər… Hə, amma Tramble elə yazıqlardan idi ki, haqqında danışanda adını da çəkmirlər, “kimsə” deyirlər…

– Siz prokuraturadan gələn adamları gözləmirsiniz?

– Onlar gələnəcən mütləq qayıdacağam. Xahiş edirəm qalın, onları işlə tanış edin…

Divarın dalında yenə qışqırdılar, təxmin etmək çətin deyildi: madam Tramble uşaqlarıyla mübarizə aparırdı.

– Onun neçə uşağı var?

– Beş… Üç oğlan, iki qız… Oğlanlardan biri bu qış plevrit olmuşdu, indi kənddədir, babasıgildə… Onun bu yaxınlarda on dörd yaşı olacaq…

– Gedək, Lüka?

Meqre indi madam Trambleni görməyi və “belə şey ancaq mənim başıma gələ bilərdi” sözlərini eşitməyi heç istəmirdi.

Meqre bir-birinin dalınca açılan və pıçıltı eşidilən qapıların yanından keçə-keçə ağır-ağır pilləkanları düşürdü. Meqre istədi ki, tindəki bara girib şərab içsin, amma ora prokurorluqdan gələcək məmurları maraqla gözləyən adamlarla dolu idi və o, Batinol küçəsinə getməyi üstün tutdu, orda hələ heç kim gecəki hadisədən xəbərdar deyildi.

– Nə içəcəksən?

– Sən “Ekselsior”dakı adamla maraqlan… Yəqin ki, orda çox şey öyrənə bilməyəcəksən, çünki belə hadisəni onun törətdiyi kimi törətmək, bu… Ey, taksi!..

Mühasibatlıqda daha pisdir. Metroda bişmək və ya dayanacaqda avtobus gözləmək üçün çox isti idi.

– De-Dam küçəsində görüşərik… Ya da, yaxşısı nahardan sonra sahil küçəsində…

Yazıqları öldürmürlər, lənət şeytana! Öldürəndə də tək-tək yox, dəstə-dəstə, müharibə və ya qırğın törət-məklə öldürürlər. Əgər yazıq biri intihar etmək istəsə, çətin ki, bunun üçün pnevmatik silah tapar və özünü əynində alt paltarı, çarpayıda oturub pəncəsini qaşıyanda vurar.

Əgər Tramble Kantaldan olmasaydı, hansısa çoxiş-lədilən xarici adlardan birini daşısaydı, onda fikirləşmək olardı ki, o, hansısa təxribat qrupunun üzvüdür…

Amma o öldürülməli adama da oxşamırdı. Siması uyğun deyil, tapmaca da elə bundadır! Bəs quruluş? Bu mənzil, arvad, beş uşaq, əynində alt paltarı olan ər, “f-r-r-f-r-r” səsiylə uçan güllə…

Taksinin üstü açıq idi və Meqre hərdənbir çiyinlərini çəkə-çəkə qəlyanını tüstülədirdi. Bir anlıq madam Meqreni fikirləşdi. “Yazıq!” deyəcək və köks ötürəcək. Kişi öləndə qadın qadının halına acıyır.

– Yox, nömrəni bilmirəm… Hə, Santye küçəsi… “Kuvrer və Belşas”…

Yəqin ki, gözəgəlimli bina olar. Min səkkiz yüz neçənci ildəsə tikilmiş ticarət evi…

O başa düşə bilmirdi və bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi…

Santye küçəsi adamlarla və maşınlarla dolu idi. Sürücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızılı hərflərlə yazılmış “Kuvrer və Belşas” sözlərini gördü.

– Məni gözləyin. Tez qayıdacağam.

Əslində heç bilmirdi tez qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının məzuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş tutmadığı halda necə də çaşdır-mayaydı!

İkinci mərtəbə.

– Müsyö Kuvrer ilə görüşə bilərəm?

– Şəxsi məsələdir?

– Olduqca.

– Çox təəssüf, müsyö Kuvrer beş ildir ki, vəfat edib.

– Bəs müsyö Belşas?

– Müsyö Belşas Normandiyaya gedib. İstəsəniz, müsyö Movr ilə danışa bilərsiniz.

– O kimdir?

– Firmanın inanılmış adamıdır. O indi bankdadır, tezliklə qayıdacaq…

– Bəs müsyö Tramble burdadır?

Deyəsən başa düşmədi.

– Kim dediniz?

– Müsyö Tramble… Moris Tramble…

– Elə adamı tanımıram.

– Sizin kassir…

– Bizim kassirin adı Majindir, Qaston Majin…

“Demək belə…” – Meqre öz-özlüyündə fikirləşdi.

– Müsyö Movru gözləyəcəksiniz?

– Hə, gərək gözləyim.

Oturub qalantereya mallarının və karton qutuların iyini çəkmək. Xoşbəxtlikdən, bu çox uzun çəkmədi.

Müsyö Movr altmış yaşlarında, başdan-ayağacan qara geyinmiş biri idi.

– Siz mənimlə danışmaq istəyirsiniz?

– Meqre, axtarış polisinin komissarı…

Əgər bu sözləri təsir göstərmək üçün demişdisə, onda Meqre səhv etmişdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/zhorzh-simenon/meqrenin-q-lyani/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Belçika yazıçısı Jorj Simenon detektiv yazarları arasında görkəmli yer tutur. Onun Komissar Meqre silsiləsində yazdığı detektiv roman və hekayələr ilk dəfə 1929-cu ildə işıq üzü görmüşdür. Qısa zamanda uğur qazanan kitabın ardınca eyni qəhrəman silsilə romanlar vasitəsilə oxucularıyla görüşməyə davam etdi.

Jorj Simenon “Meqrenin qəlyanı” əsərində öz aydın və sadə üslubu ilə növbəti dəfə ustalığını dilləndirmişdir.

Как скачать книгу - "Meqrenin qəlyanı" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Meqrenin qəlyanı" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Meqrenin qəlyanı", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Meqrenin qəlyanı»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Meqrenin qəlyanı" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *