Книга - Xatirələrim

a
A

Xatirələrim
Əliağa Şıxlinski


Xatirə ədəbiyyatı #14
Əsrin əvvəllərində “rus ordusu artilleriyasının Allahı” general Əliağa Şıxlinskinin adı bütün dünyada şöhrət qazandı. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” – hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi, xarici ordularda belə ona geniş maraq oyandı. Azərbaycan xalqının fəxri, general-leytenant Əliağa Şıxlinskinin bizə yadigar qalan “Xatirələrim” kitabında onun kadet tələbəliyindən ordu komandanı kimi şərəfli bir vəzifəyə yüksəldiyi yol maraqlı təsvir edilib. Kitab gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq.





Əlirğr Şıxlinski

Xatirələrim



"Xatirə Ədəbiyyatı" silsiləsindən 14-cü kitab

© Əliağa Şıxlinski / Xatirələrim

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 308 səh

Üz qabığının müəllifi / Teymur Fərzi

Qeyd və izahlar Şəmistan Nəzirlinindir


* * *




Əlirğr Şıxlinski






Müqəddimə


Bu maraqlı "Xatirələrim" in müəllifi, keçmiş rus ordusu general-leytenantı Əliağa Şıxlinskinin adı böyük şöhrət və yüksək nüfuz qazanmışdır. Bu ad yalnız rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairələrində, 1914-1918-ci illərdəki I Dünya Müharibəsi, 1904-1905-ci illərdəki Rus-Yapon Müharibəsi və xüsusilə Port-Artur epopeyası iştirakçıları arasında son dərəcə geniş hörmət və dərin məhəbbət tapmışdır. Əliağanın özü isə bilavasitə bu epopeyanın qəhrəmanı idi.

Əliağanın adı köhnə rus topçularının yeganə sağ qalan nümayəndəsi kimi mənim üçün olduqca əziz və qiymətlidir; mən ona həmişə səmimi hörmət və məhəbbət bəsləmiş, onunla 1906-1917-ci illərdə keçmiş Topçu zabitləri məktəbində və topçu general-müfəttişi nəzdində birlikdə işləmişəm.

Əliağa Şıxlinski öz doğma topçuluq sənətimizə həmişə faydalı olmağa səmimiyyət və məhəbbətlə can atan, bütün varlığını, bilik və qüvvəsini onun inkişafına, mükəmməlləşməsinə, döyüş hazırlığına və bu sahənin fəaliyyətində məharət qazanmasına həsr etmiş rus topçularının ən parlaq nümayəndələrindən biri idi. Bundan başqa, Əliağa yalnız topçuluqdakı yeni müvəffəqiyyətlərdən xəbərdar olmaq üçün deyil, həm də irəlini görmək – həmişə qabaqda olmaq üçün topçuluğun taktika və texnika sahəsindəki nailiyyətlərini yorulmadan, ciddi və diqqətlə izləyərdi. O, irəlidə getmək arzusuna həyatının son günlərinə qədər sadiq qalmışdır. Əliağa ölümündən bir az əvvəl deyib yazdırdığı "Xatir ələrim" də göstərir ki, "indi bu qədər taqətsiz olmasaydım, qulaqlarım və gözlərim gücdən düşüb, ürəyim də zəifləməsəydi, mən "İrəli! Daim irəli!" – şüarı altında işləyə bilərdim".

Təbiət Əliağaya böyük bir ağıl, hərbi məharət istedadı, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi.

Əliağanın "Xatirələrim" də yazdığı kimi, keçmiş olduğu təlim – xidmətin parlaq bir yol olduğunu, özü dediyi kimi, onun "gəhgir bir at kimi irəli atılmasına" baxmayaraq, ali akademik hərbi təhsil görmədiyi halda, "akademiyasız da həyatda öz mövqeyini tapdığını" təsdiq etməyi özümə borc bilirəm. O, köhnə rus topçuları içərisində rus ordusu həyatında ən yüksək yerlərdən birini tuturdu.

Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadı – bütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə və köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli yer tutmağa imkan vermişdi. Əliağa nizami hazırlığın məsul rəhbəri və topçuluğun şanlı, görkəmli komandiri idi. Əliağanın yetişdirdiyi və onu özlərinə nümunə bilən rus topçuları 1914-1917-ci illərdə Avstriya-Almaniya qoşunları ilə döyüşlərdə misilsiz topçuluq məharəti, böyük mərdlik və igidlik göstərmişdilər.

Əliağa Şıxlinski vəfat etdi. O, bizim şanlı Qızıl Ordu topçuları sırasında yoxdur, lakin köhnə rus ordusunun döyüş ənənələrində onun yaratmış olduğu böyük işlərin hamısı yaşayır və yaşayacaqdır. Bu ənənələrin ən yaxşı cəhətlərini bizim şanlı sovet topçuları mənimsəmiş və ona sadiq olmuşlar. Rus topçularının keçmiş qəhrəmanlıqlarından ruhlanan topçularımız alman faşizmi barbarlarına qarşı Böyük Vətən Müharibəsi günlərində düşməni amansız hala məhv edib, öz atəşlərilə vətənimizin şərəf və istiqlaliyyətini qorumaqda şanlı Qızıl Orduya böyük yardım göstərirlər.

Əliağa Şıxlinskinin "Xatirələrim"i müəllifin qısa müqəddiməsindən, yeddi fəsil və bir neçə sətir nəticələrdən ibarətdir. Fəsillər bunlardır:

1) Ailə və məktəb;

2) Zabitlik xidmətinin ilk on üç ili;

3) Uzaq Şərqdə xidmətim və Çin səfəri;

4) Rus-Yapon Müharibəsində iştirakım;

5) Yapon müharibəsindən I Dünya Müharibəsinə qədər;

6) I Dünya Müharibəsində iştirakım;

7) Azərbaycanda xidmətim.

Əliağa Şıxlinski igidliyi ilə məşhur qədim bir nəsildəndir. Əliağa, Şıxlinskilər içərisində qoçaqlığı ilə böyük ad-san qazanan, elmlərə o qədər də əhəmiyyət verməyən, lakin savadlı bir adam olan az torpaqlı mülkədar İsmayıl-ağa Əliqazax oğlu Şıxlinskinin ailəsində doğulmuşdur. Əliağa Şıxlinskiyə babalarından rəşadət və igidlik kimi sifətlər miras qalmışdır. O, bütün nəsli içərisində Avropa üsulu ilə ümumi təhsil görmüş ilk adam olmuşdur. Əliağa ömür boyu təhsilini müstəqil surətdə artırmağa və təkmilləşdirməyə çalışmışdır. O, 1863-cü ildə anadan olmuş və səksən il ömür sürmüşdür.

Əliağa Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri mənimsəməkdə böyük səy göstərmiş, ikiillik kursu yeddi ay ərzində başa çatdıran yeganə şagird olmuşdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-cü ildə qurtarıncaya qədər birinciliyi əldən verməmişdir. Peterburqda Mixaylov topçuluq məktəbində Əliağa dərslərdə müvəffəqiyyətinə görə ilk üç əlaçı şagirddən biri olaraq diqqəti cəlb etmişdir. Bu məktəbdə Əliağa o zamanın məşhur professorları mexanik Kirpiçev, texnoloq Qodolin, ballistik Mayevski, kimyaçı Fyodorov, fizik Usov və başqalarının şagirdi olmaq kimi bir xoşbəxtliyə qovuşmuş və onların sayəsində geniş məlumat əldə etmişdir. Əliağa öz topçuluq təhsilini daha da mükəmməlləşdirmək üçün ehtimal nəzəriyyəsinin topçuluqda tətbiqi kursunu müstəqil surətdə məşhur professor N. A. Zabudskinin qeydləri üzrə öyrənmişdir. Öz ümumi hərbi təhsil səviyyəsini yüksəltmək məqsədilə o, baş qərargah və hərbi-mühəndis akademiyalarında professor Kuropatkinin, professor Draqomirovun və Kyuyinin Rus-Osmanlı Müharibəsində general Skobelevin dəstələrinin, rus topçuluğunda altıdüymə səhra toplarının tətbiqi, qala qarnizonunun miqdarı və sair məsələlərə dair mühazirələrini dinləmişdir.

Əliağa topçuluq məktəbini 1886-cı ildə mükafatla bitirərək, o zaman Qafqazda olan 39-cu topçu briqadasına podporuçik rütbəsilə xidmətə təyin edilmişdir.

General Əliağanın rus topçuluğunda, xüsusilə Rus-Yapon və Dünya müharibələrində iştirak etməsinə dair xatirələri Sovet İttifaqının geniş oxucu kütləsi üçün çox maraqlıdır. Müəllifin həmyerliləri öz Əliağa Şıxlinskisi ilə haqlı olaraq iftixar edə bilərlər. Bu xatirələr təkcə azərbaycanlılar üçün deyil, eyni zamanda Qızıl Ordunun bütün zabit heyət və ilk növbədə, topçular üçün olduqca ibrətlidir.

Əliağanın topçuluqda keçdiyi şanlı xidmət yolu Qızıl Ordunun topçuları və bütün hərbi xidmətçiləri üçün bir örnək olmalıdır; bu yolun tarixilə tanışlığın həm tərbiyəvi, həm də hərbi təhsil baxımından böyük əhəmiyyəti vardır.

Port-Artur[1 - Port-Artur (Lyuy-şun) – Çinin Lyaodun yarımadasının cənub-qərbində donmayan hərbi dəniz bazasıdır. Kvantun yarımadasında Lyaodun və Baxayvan körfəzlərinə daxil olub. Liman və qala XIX əsrin 80-ci illərində balıqçı kəndi Lyuy-şun-kounun yerində tikilib.1894-cü ildə Yapon-Çin müharibəsi, 1894-1895-ci illərdə Port-Artur dövründə yapon qoşunları tərəfindən işğal edilir. Nəticədə bir çox qala tikililəri dağıdılır. 1895-ci il Simonensk müqaviləsinə görə, Port-Artur Yaponiyanın tərəfinə keçir. Sonra isə Rusiyanın, Almaniyanın və Fransanın təsiri ilə Port-Artur Çinə qaytarılır.1898-ci ilin martın 15-də(27) Pekində Rusiya-Çin arasında saziş imzalanır. Bu sazişə əsasən, Kvantun yarımadası Port-Artur qalası ilə birlikdə 25 il müddətinə Rusiyaya istifadəyə verilir.Kvantun yarımadası və ona yaxın olan adalar sonralar Kvantun vilayətini təşkil edir. 1903-cü ildə Priamur general qubernatorluğu ilə birgə Uzaq Şərq canişinliyinin tərkibinə daxil olur. Canişinliyə Ad-miral Yevgeni İvanoviç Alekseyev başçılıq edir.Rus-Yapon müharibəsi qurtarandan sonra 1905-ci ildə Port-smut sülh müqaviləsinə əsasən, Port-Arturdan istifadə hüquqları Yaponiyaya təhvil verilir. Yapon istilası Sovet qoşunlarının Yapon Samuray hərbi hissələri darmadağın edildiyi ilə – 1945-ci ilə qədər davam edir. Hazırda Port-Artur Çin Xalq Respublikasının tərkibindədir.] epopeyasına aid xatirələri oxuduqda, qala müdafiəçilərinin qəhrəmanlıq və rəşadətlərindən insanın qəlbi qürur hissilə coşur. Bu müdafiəçilər arasında müəllifin özü ilk üç nəfərdən (Kondratenko, Şıxlinski, Qobyato) biri idi. Port-Arturun müdafiəçisi olmaq etibarilə Əliağamn qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün əsas nümunədir. Əliağa döyüşdə ağır yaralansa da, əsgəri vəzifəsinə axıra qədər sadiq qalır. O, yalnız onu əvəz etməyə gələn podporuçik Mixaylova hansı topu hansı tərəfə atəş açdığına, hər top üçün süni hədəf nöqtəsinin harada olduğuna, bucaq ölçənin vəziyyətinə və sairəyə dair ətraflı göstəriş verdikdən sonra mövqeyini tərk edir; yaponların mərmilərindən, "dolu kimi yağan" tüfəng və pulemyot gülləsindən böyük tələfat vermək, patron azlığından düşmən toplarının atəşinə məruz qalmaq və Stesselin Port-Arturu yaponlara təslim etmək qərarı nəticəsində əsgərlər arasında əmələ gələn "ruh düşkünlüyünü" aradan qaldırıb onlara ürək-dirək vermək üçün Əliağa düşmənin şiddətli atəşi altında toplara bir-bir baş çəkir, əsgərlərlə zarafat edir; ona vətənə qayıtmaq icazəsi verilirsə də, ancaq o, yaponlara qarşı müharibədə iştirak etməyəcəyinə dair dilindən kağız verməkdən imtina edir, yaponlarla yenə müharibə etmək üçün Əliağa Mancuriya ordusuna təyin olunmasına çalışır və i.a.

Yapon müharibəsi qurtardıqdan sonra Əliağa topçu zabitlərin atəş məktəbi kursuna göndərilir və xidmət kitabçasında qeyd edilir. Lakin xəstələnib iki ay dərslərdən qaldığına baxmayaraq o, məktəbi "əla bitirir, müvəffəqiyyətlərinə görə padşahın iltifatına nail olur". Hərtərəfli hərbi biliyə malik, təcrübəli nizam-döyüşçü topçu Əliağa topçu zabitləri məktəbinə illər uzunu rəhbərlik edir. Dünya müharibəsindən əvvəl (1915-ci ildə) iki il məktəbin rəis müavini vəzifəsində çalışır, halbuki, qanuna görə, bu vəzifələrə yalnız topçu akademiyasını bitirmiş və bir ildən az olmayaraq batareya komandiri olmuş qərargah zabitləri (podpolkovnik və polkovniklər) təyin edilirdi; Əliağa isə akademiya bitirməmiş və batareyaya komandirlik etməmişdi. 1905-ci ildən 1914-cü ilə kimi olan dövrdə mən hər il topçu general-müfəttişi taktika dərsləri vermək və qrupların təcrübi atışlarına taktika cəhətindən rəhbərlik etmək üçün topçu zabitləri məktəbinə göndərilirdim. Onun işilə yaxşı tanış olduğuma görə təsdiq edə bilərəm ki, Əliağa Şıxlinski məktəbin ali akademik topçuluq təhsili görmüş bütün ştatlı rəhbərləri arasında ən görkəmlisi və ən istedadlısı idi.

Əliağa müstəsna dərəcədə qabiliyyətli bir topçu olduğu üçün polkovnik rütbəsi aldıqdan dörd il sonra, 1912-ci ildə general-mayor rütbəsinə qaldırıldı, bu isə mövcud qaydalardan kənar bir işdi; qaydaya görə, polkovnikin rütbəsində qalmaq müddəti 10 il idi, yalnız müstəsna hallarda, o da çox zaman himayəçiliklə, görkəmli polkovniklərə altı-səkkiz ildən sonra general rütbəsi verilərdi.

I Dünya Müharibəsinin lap əvvəlində – 1914-cü ilin avqustunda Ə.Şıxlinski almanların paytaxta hücum üçün Baltik sahillərinə qoşun çıxarmaları ehtimalına qarşı Petroqradın topçu müdafiəsi rəisi edilmişdi. Əliağanm təklifinə görə, mən könüllü məsləhətçi oluruq müdafiə xəttinin təyini zamanı onunla bərabər gedirdim. Onu isə o zaman Sveaborq qalasının qurudan müdafiə xəttinin təyini üçün Finlandiyaya göndərmişdilər. Hər iki məsuliyyətli vəzifəni Əliağa öz bilik və yorulmaz səyi sayəsində ən qısa bir müddətdə yerinə yetirmişdi. Bundan başqa, onun təşəbbüsü ilə paytaxtın ətrafında təyyarələrə qarşı müdafiə xətti təşkil edilmiş, burada Rozenberq sistemli xüsusi tipdə platformalar üzərində 1900-cü il nümunəli üçdüymə toplar qurulmuşdu.

Əliağa 1915-ci ilin yanvarında ağır topların şəxsi heyətinin döyüş hazırlığına rəhbərlik etmək üçün Şimal-Qərb cəbhəsi qərargahına çağırılmışdı. O vaxtdan başlamış Rusiya cəbhəsində dünya müharibəsi qurtarana qədər Əliağa döyüşən orduların topçuluq işlərində məsul vəzifələrdə – Şimal-Qərb cəbhəsi baş komandiri nəzdində və 1915-ci ilin noyabrından ali baş komandanı (o zaman II Nikolay özü idi) nəzdində topçu tapşırıq generalı, Qərb cəbhəsi topçu müfəttişi olmuşdur. Nəhayət, 1917-ci ilin sentyabrında Əliağa 10-cu ordunun komandanı təyin edildi. O, yalnız topçuluqda deyil, eyni zamanda ümum-qoşun baş komandanlığı xətti üzrə də yüksək vəzifə tutmağa qabil və layiq görüldü.

Əliağa Ali Baş komandanı nəzdində topçu tapşırıq generalı vəzifəsində çalışarkən Ali Baş komandan qərargah rəisi general M. V. Alekseyevin bir çox məsuliyyətli tapşırıqlarını yerinə yetirmişdir, o cümlədən köhnə sistemli qala toplarından ağır topçu hissələrinin təşkili Əliağa Şıxlinskinin təşəbbüsü ilə başlanmışdı. Çox vaxt o, öz arzusuna görə səhra topçu general müfəttişinin tapşırıqları üzrə işlərdi ki, bu idarənin də rəisi mən idim. Əliağa ilə birlikdə yorulmadan ciddi-cəhd ilə çalışardıq. Biz əsasən toplardan döyüşdə istifadə məsələləri ilə məşğul olardıq. Lakin Əliağa nizam və təcrübəli bir döyüş adamı olmaq etibarilə həmişə bilavasitə qoşunların yanında, ön xətlərdə, döyüş meydanlarında olmağa, topçuları hazırlamaq, topların döyüş əməliyyatını müşahidə və onlara rəhbərlik etməyə can atardı. O, cürbəcür göstəriş, təlimat, cədvəllər və s. (1910-cu il nümunəli altı düymə toplar batareyasının işinə dair təlimat, topların qonşu qoşun hissələrilə onların arasındakı bitişmə yerlərini müdafiə üçün qarşılıqlı əməliyyatın təşkilinə aid göstərişlər, maneə atəşi aparılmasına dair təlimat, topların rəqəm məlumatına dair cədvəllər və s.) tərtibi üzərində də az iş görməmişdir. O, topçulara təyyarələrin qarşılıqlı əməliyyat təlimi məktəbini təşkil etmiş, 1916-cı ildə Krevo yaxınlıqlarında alman mövqelərinin yarılması əməliyyatını, Qərb cəbhəsinin 10-cu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının və s. topçuluq cəhətindən hazırlanmasına rəhbərlik işində bilavasitə iştirak etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı, o, topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, onların döyüş əməliyyatını izləyir və onlara rəhbərlik edirdi.

Su ilə dolu səngərləri gəzməsi, rütubətli yerlərdə dolaşması nəticəsində Əliağa şiddətli şəkildə xəstələnir. O, xəstələndiyinə görə ehtiyata keçirilməsini və müalicə üçün Qafqaza göndərilməsini xahiş edir. Əliağa yazır: "İndiki vəziyyətdə mən vəzifəmi vicdanla yerinə yetirə bilmərəm, vicdan isə mənim həmişə cəbhədə, əsgərlər arasında olmağımı tələb edir". O, 1917-ci il noyabr ayının sonlarında Qafqaza gedir, onun ehtiyata keçirilməsi əmri isə həmin il dekabrın 2(15)-də verilir.

İnqilabdan sonra Əliağa sözsüz olaraq üsyan etmiş xalq tərəfinə keçir. Biz onunla bir çox cəhətdən həmrəy idik; Sovet hakimiyyətini qəbul edərkən mənim kimi, Əliağanın da rəhbər tutduğu vətəndaşlıq borcu ideyasının: "İçərisindən çıxdığım xalqıma və onun özü üçün seçmiş olduğu hökumətə həmişə sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm" qənaətindən ibarət olduğunu söyləsəm, zənnimcə, yanılmaram.

Əliağa Şıxlinski içərisindən çıxdığı Azərbaycan xalqına bütün varlığı ilə sadiq olub, onu sonsuz dərəcədə sevib, eyni zamanda bütün Rusiyanın və bütün Sovetlər ölkəsinin də qızğın bir vətənpərvəri kimi həmişə vətən yolunda canından keçməyə hazır idi. O, hər vaxt millətçilik təəssübündən tamamilə uzaq olub, öz yoldaşlarına və əməkdaşları olan əsgər və zabitlərə, milliyyət və din fərqinə baxmayaraq, eyni münasibət bəslərdi. O, çar hökumətinin rus sektantlarını və yəhudiləri ordu sıralarında xidmət etməyə layiq bilməyib, hərbi xidmət əvəzinə pul ilə vergi almaq istədiyi zaman onları necə müdafiə etdiyini xatırlayır.

Əliağa çox tələbkar və zabitəli bir komandir olmaqla bərabər, həm də ədalətli, xeyirxah, özünə tabe olanların qeydinə qalan bir adam idi. Onlar Əliağaya hörmət edər və onu son dərəcə sevərdilər. Mən ümumi yoldaşlarımızdan və Ə.Şıxlinskiyə tabe olanlardan elə bir adam tanımıram ki, onun barəsində pis fikir söyləmiş olsun. Onunla əsgərlər arasında "qalın divar" yox idi. O, heç bir zaman onların insanlıq heysiyyətini alçaltmaz, zabitlərdən heç birinə də belə etməyə icazə verməzdi. O, əsgərlərlə açıq və mehriban ürəklə rəftar edərdi. Onlardan çoxu xidmətdən çıxıb getdikdən sonra öz vətənlərindən ona təşəkkür məktubları yazardılar. Döyüş zamanı o, öz əsgərləri üçün rəşadət və qəhrəmanlıq nümunəsi olardı, çətin döyüş şəraitində onlara ürək-dirək verib ruhlandırmağı bacarardı.

Şəxsi həyatında Əliağa sonsuz məhəbbətlə arvadını sevən sədaqətli bir ər idi. Onun övladı yox idi. İçki və qumara nifrət edərdi, heç vaxt spirtli içki içməzdi, pul ilə kart və sair oyun oynamazdı. O, çox mehriban və qonaq-pərəst bir adam idi, yoldaşlarını tez-tez ləzzətli plova qonaq edər, bunu da həmişə özü bişirərdi.

Əliağa heç zaman mənsəb dalınca düşməmişdir, onun heç bir himayəçisi olmamışdı. Xidmətdə irəli getmək üçün o, heç bir intriqaya əl atmamışdı: mənsəb özü onun ayağına gəlmiş və əgər köhnə ordunun topçulu-ğunda yüksək vəzifə qazanmışsa, bu cəhətdən o, tamamilə özünə borcludur.

Əliağa "Xatirələrim" də deyir ki, mən öz keçmişimə sakit bir vicdanla nəzər salır və müasirlərimin gözlərinə cürətlə baxıram. Bu, doğrudan da, belədir.

Oktyabr inqilabından sonra 1918-ci ildən həyatının son günlərinə – 1943-cü ilin avqust ayına qədər Əliağa Şıxlinski pozulmuş səhhətinin imkan verdiyi dərəcədə öz vətəni olan Azərbaycanda işləmişdir. Bu müddətdən iki ili – 1920-1922-ci illərdə o, Moskvada Qızıl Ordunun Topçuluq Müfəttişi İdarəsində Topçuluq nizamnaməsi komissiyası heyətində çalışmış, həmçinin, Ali Topçuluq Məktəbində ordu topçu müfəttişləri də daxil olmaqla baş komanda heyəti şöbəsində dərs vermişdir. Əsrin təxminən dörddə birini təşkil edən bu müddətdə Əliağa, ümumiyyətlə, Qızıl Ordu kadrları və xüsusilə topçular yetişdirmək, bunların inkişaf və təhsili işində çox fayda vermişdir. O, müxtəlif hərbi məsələlərə, başlıca olaraq topçuluğa dair bir çox məruzələr etmişdir. Əliağamn sədr müavini olduğu Bakı qarnizonu hərbi-elmi cəmiyyətində etdiyi aşağıdakı məruzələr xüsusilə maraqlıdır:

1) "Gələcək müharibələrdə toplar";

2) "Polk topları haqqında";

3) "Topçuların piyada və suvarilərlə qarşılıqlı əməliyyatı";

4) "Topların dağlıq yerlərdə əməliyyatı".

Əliağamn 1924-cü ildə Styopin diviziyası topçuları üçün etdiyi "Dağlıq yerlərdə top atəşinin xüsusiyyətlərinə dair" məruzəsi topçulardan ötrü olduqca maraqlıdır. Bütün bu məruzələri Qızıl Ordu topçuları üçün çap etmək faydalı olardı.

Əliağa Şıxlinski taktika sahəsində dərin nəzəri və əməli bilikli sayca çox olmayan rus topçularından biri olub, bu məlumatı təcrübədə, xüsusilə döyüş təcrübəsində tətbiq etmək sahəsində nadir bir istedada malik idi.

Müharibədə vəziyyət son dərəcədə dəyişkən olub, döyüş taktikası çoxməchullu bir tənlik halını alır ki, bunu bir çox yolla həll etmək olar. Belə məsələni düzgün həll etmək üçün vəziyyəti müəyyənləşdirmək məharəti tələb olunur. Yalnız bilik kifayət deyil, "yalnız şablon deyil, yaradıcılıq da lazımdır. Bizim topçular isə bunu başa düşmürdülər". Əliağa öz "Xatirələrim" də belə yazmışdır. Keçmiş topçu zabitləri məktəbində uzun illər boyu taktika dərsini apardığım zaman döyüşdə topçulardan müvəffəqiyyətlə istifadə edə bilmək üçün taktika məharətinin də, atəş məharətindən artıq olmasa da, onun qədər zəruri olduğuna köhnə topçuları asanlıqla inandıra bilmirdim. Topçu zabitləri məktəbinin rəhbərləri arasında Əliağa bu cəhətdən mənim ən sədaqətli məsləkdaşım idi və döyüş meydanlarında məharətli döyüş əməliyyatı keçirən rus topçuları üzərində onun haqqı böyükdür.

Ə.Şıxlinski məktəbdə öz kursantlarından taktikanı yaxşı bilməyi tələb edir, onlarda bunu təcrübədə həyata keçirmək bacarığını inkişaf etdirir, həmişə topçu atəşinin taktika ilə nəinki əlaqədar, tamamilə ondan asılı olduğunu təkidlə söyləyirdi. O, xüsusilə göstərirdi ki, topçu atəşi taktikanın qarşıya qoyduğu məsələni həll etmək deməkdir və atəşin mənası da, qoşunların döyüş müvəffəqiyyəti də topçu atəşinin bu məsələni düzgün həll etməsindən asılıdır. Bu xüsusda Əliağa belə deyir: "Topçu atəşi nə qədər sərrast olursa-olsun, döyüşün müəyyən mərhələ-sindəki taktik vəziyyətlə əlaqədar deyilsə, onun heç bir qiyməti yoxdur". O, "Topların da piyada ilə birgə və ya onun ardınca hücuma keçməsini" və ümumi qoşun komandirinin ön qoşun hissələrinin toqquşması barəsində ilk məlumat alındıqdan sonra deyil, "ön xəttə mümkün qədər tez getməsini" tələb edirdi. O, "Xatir ələrim" də yeri gələndə bu sözləri də yazdırmışdır: "Mən özüm həmişə piyadanın düşmən keşikçilərilə atışması başlar-başlamaz, ön xəttə gedərdim və mənim köhnə dostum, indi hərbi elmlər doktoru, professor Yevgeni Zaxaroviç Barsukov həddindən artıq cəldlik göstərdiyimə görə, həmişə məni qınardı". Yadıma gəlir ki, mən "həmişə" deyil, arabir Əliağanı mənim fikrimcə artıq olan qızğınlıqdan, "daima irəli can atmaq" ehtirasından çəkindirməyə çalışardım. Bircə dəfə onu məzəmmət etmişəm ki, o da özü xatırladığı kimi, taktika məqsədilə açılan praktik atəş vaxtı onun kəşfiyyatçılarla birlikdə təpədə (Luqa şəhəri yanındakı təlim meydanında "Şıxlinski təpəsi") hədəflərlə işarə edilmiş düşmən mövqelərinə yaxın olan müşahidə məntəqəsinə çaparaq öz kursantlarının şrapnel atəşi altına düşdüyü zaman olmuşdur.

Topçu zabitləri məktəbində olduğu zaman Əliağa kursantlar üçün müxtəlif məsələlərə dair bir çox konspekt, təlimat və s. tərtib etmişdir (öz mühazirələrinin sadə konspektini, topçu manevrlərinin təşkilinə, topların öz qoşunlarının başı üzərindən atəş açması, polk və batalyon toplarına dair təlimatlar, hava hədəflərinə atəş açmaq qaydaları və s.).

1914–1918-ci illərdəki dünya müharibəsi zamanı Ə.Şıxlinski son dərəcə çox iş görmüşdür: onun hərbi və xü-susilə döyüş meydanlarında səmərəli, olduqca faydalı, fə-dakaranə fəaliyyəti müharibə tarixi səhifələrində qeyd ediləcəkdir. Əliağa Şıxlinskinin 1917-ci ildə qərb cəbhəsi topçu müfəttişi sifətilə 10-cu rus ordusu cəbhəsində iyul əməliyyatı hazırlanmasına və həyata keçirilməsinə topçuluq cəhətindən rəhbərlik etdiyi zaman verdiyi sərəncamlardan burada misallar göstərəcəyəm:

Əliağa göstərirdi:

a) "piyada öz qüdrətli köməkçisi (yəni toplar) ilə hər cür əlaqə saxlamalıdır, bunsuz toplar ona kömək edə bilməz, möhkəm əlaqə yalnız qarşılıqlı surətdə işləməklə əldə edilə bilər, bu isə döyüşdə piyadaya çox böyük kömək edər və topçuları döyüşdən sonra onlara edilən çox da yerli olmayan məzəmmətlərdən qurtarar";

b) "batareya, divizion və topçu qruplarının ön hissələri də daxil olmaqla piyada ilə əlaqəsini möhkəmləndirməli";

c) "artıq hər bir diviziyada qərarlaşdırılmış olan topların irəli çəkilməsi planını kiçik piyada rəislərinə xəbər verərək, topların keçəcəyi rayonları onlara bildirməli";

ç) "topların əməliyyat planında döyüş əməliyyatının müxtəlif mərhələlərində batareyaların bir-birinin ardınca görəcəyi işlər və onların qəti vəzifələri, gecə açılacaq topçu atəşinin mahiyyəti və məqsədləri göstərilməli, düşmən toplarına qarşı qrupları qüvvətləndirəcək dağıdıcı batareyalar ayrılmalı, həmçinin əvvəlcə müşahidəçilərlə rabitə-çilərin, sonra isə irəliləyən piyadanı himayə edəcək batareyaların irəli çəkilməsi qaydaları göstərilməlidir";

d) "düşmən toplarına qarşı qrupların topları öz vəzifələrini ifa etməkdən azad olduqları vaxtlarda düşmən istehkamlarını dağıtmaqda iştirak etməli və onların müşahidə məntəqələrindən görünən hədəfləri məhv etməlidir";

e) "dağıdıcı toplar düşmənin bütün mövqe xəttinə deyil, yalnız müəyyən məntəqələrə atəş açmalıdır" və i. a.

Əliağa Şıxlinski göstərirdi ki, topçu hazırlığı müddətini qısaltmaq üçün atəşin sürətini deyil, topların sayını artırmaq lazımdır, çünki top çox atıldıqca çox tez də xarab olar.

1917-ci ilin 30 iyulunda Şıxlinski 10-cu ordu topçu müfəttişinə yazmışdı ki, hücuma atəş hazırlığı və hücum günlərində həm əməliyyatdan çox əvvəl, həm də əməliyyat zamanı mən zərbəçi korpusların qərargahlarını, müşahidə məntəqələrini gəzib topların hazırlıq işləri, əməliyyat planları və döyüş fəaliyyətilə yerində tanış oldum. Mən hər bir yerdə yorulmadan səmərəli iş aparıldığını, hərəkatın diqqətlə düşünülmüş planının tərtib edildiyini və onun məharətlə yerinə yetirildiyini gördüm… Toplar 10-cu ordunun son əməliyyatında görkəmli rol oynamışdır. Onun gözəl hazırlıq işləri parlaq müvəffəqiyyətlər qazandı və əgər düşmən üzərində tam qələbə ilə nəticələnmədisə, bunun səbəbi qətiyyən topçulardan asılı deyildi.

Qərb cəbhəsinin baş komandanı Əliağa Şıxlinski rəhbərliyi altındakı 10-cu ordu topçularının əməliyyatı haqqında belə yazmışdı:

"Topçu hazırlığı başlandı, müharibənin üç ili ərzində mən topçuların bu qədər gözəl bir əməliyyatını görməmişdim. Qoşunların ruhu yüksəlməyə başladı. Hətta topçulara çox böyük tələblər verən piyada da razı qalmışdı. 38-ci korpusda piyada topçu hazırlığını tamamilə bitirmiş hesab edib, hətta onu davam etdirmək təklifindən əl çəkdi… Hissələr hücuma keçdilər, onlar batareyalarına çatdılar, düşmən toplarının nişangahlarını götürüb gətirdilər…"

Əliağa Şıxlinskinin "Xatirələrim" i son dərəcə maraqlı və ibrətlidir. Bunu böyük vətənimizin geniş oxucu dairələrinə tövsiyə etməli, Qızıl Ordunun komanda heyəti onunla tanış olmalı, topçular isə onu öyrənməlidirlər.

Əliağanın aldığı hərbi tərbiyə, təhsil, rus ordusunda xidməti, şanlı döyüş fəaliyyəti və keçdiyi yol elə bir həyat nümunəsidir ki, öz Vətəninin şərəf və namusu, azadlıq və istiqlaliyyətini qorumaq kimi müqəddəs bir vəzifəyə layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlidir.



    Yevgeni Barsukov,
    Dövlət mükafatı laureatı, general-mayor, hərb elmləri doktoru, professor
    Moskva, noyabr 1943-cü il




Xatirələrim


Mən, ümumiyyətlə, xatirat yazmağa mənfi münasibət bəslədiyim üçün heç vaxt xatirat yazmaq fikrində olmamışam. Xatiratı, adətən böyük dövlət adamları və siyasi xadimlər yazırlar ki, öz iş və əməllərini haqlı göstərsinlər. Onlar öz xatiratlarını, söz yox, birtərəfli və müəyyən məqsəd üçün yazır, bütün müvəffəqiyyətləri öz adlarına çıxıb, uğursuzluqların səbəbini isə düşmənlərinin üzərinə atırlar. Xatiratın ikinci növü də var ki, bunları, həyatlarını ibrətli hesab edərək öz nəslinə öyüd vermək istəyən adamlar yazarlar. Mənim belə bir niyyətim də olmamış və heç bir qeyd-filan aparmamışam. Lakin 1942-ci ilin axırlarında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı mənə xatiratımı yazmağı tapşırdı. Belə ali bir müəssisənin tapşırığından boyun qaçırmağa özümü haqlı bilmədiyim üçün tərcümeyi-halımı hafizəmdə canlandırmağa çalışdım.

Mən xatiratımda öz bacarıq və nailiyyətlərimi nə şişirtməyə, nə də bunların qiymətini əskiltməyə çalışmamışam: mənim keçdiyim xidmət yolu bir çox cəhətdən qiymətli və maraqlıdır. Lazım gəldikdə, mənim haqqımda səlahiyyətli şəxslərin fikirlərini olduğu kimi ifadə etməyə çalışmışam.

Artıq çox qoçalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də, çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm.




I fəsil

Ailə və məktəb


Mən 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası Qazaxlı kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl Ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan köçüb gəlmişdi. Onun iki oğlu var idi: böyük oğlu Şıxı – çox ağıllı və sakit, kiçiyi Əli Qazax[2 - Əli-Qazax – Əliağa Şıxlinskinin ulu babası (ata) Əli Qazaxın övladları 1806-1812-ci illərin Rusiya-İran müharibəsində yadellilərə qarşı mərdliklə vuruşmuşlar.1810-cu il iyunun 10-da Qafqazdakı rus qoşunlarının baş komandanı general A. P. Tormasov hərbi nazirə göndərdiyi raportda yazırdı ki, sərhəd rayonunda yerli əhalidən xüsusi dəstə yaradılmışdır. Onlar doğma torpaqları uğrunda inadla vuruşaraq türklərin və iranlıların hücumlarını dəf edirlər.Komandan Qazax azərbaycanlılarının qəhrəmanlığını xüsusi qeyd etmişdir. 1810-cu il martın 29-da Erivan Yerevan – Ş.N. sərdarının qardaşı Həsən xan üç minlik qoşunla Dilican dərəsindəki kəndlərə hücum çəkib mal-qaranı aparmış, yerli əhaliyə çox divan tutaraq onları talan etmişdir. Yüz nəfərdən ibarət Azərbaycan atlı dəstəsi Həsən xana qarşı gözlənilmədən zərbə vurmuşdur. Azərbaycan atlıları qırx nəfərə yaxın düşməni məhv etmiş, farsların ələ keçirdikləri mal-qaranın çox hissəsini geri almış və farsların iyirmi atını ələ keçirmişdilər. Bu zaman onların iki qəhrəman döyüşçüsü həlak olmuş, dəstənin rəhbəri Əli-Qazaxoğlu, Əliağa və Nəsrulla bəy də daxil olmaqla bir neçə nəfər də yaralanmışdır. (Bax: S. P. Ağayan. Роль России в исторических судьбах армянского народа, səh.183).Onu da xatırladaq ki, Şıxlinski nəslinin yetişdirdiyi görkəmli şair və mayor Mustafa ağa Arif də bu müharibədə yaxından iştirak etmişdir. Baş komandan A. P. Tarmosovun verdiyi başqa bir raportda üstü yazılı “İgidliyə görə” qızıl medalla təltif olunanlar arasında igid mayor Mustafa ağa Arifin adı da vardır. Şair Mustafa ağa Arif (1774–1845) XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb. Böyük şairimiz M. P. Vaqif ədəbi məktəbinin davamçılarından biridir.] – çox igid, amma dəlisov bir adam idi. Mən Əli Qazaxın nəslindənəm. Böyük oğul olan Şıxlının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında məskən salaraq, burada üç kənd yiyəsi oldular: bunlara Şıxlı deyə, ümumi bir ad verilmişdi. Kiçik oğlu Əli Qazaxın övladları isə indiyədək öz köhnə yerlərində yaşayırlar. Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğlundan olan bizim nəsil isə Əli Qazax oğlu familiyasını qəbul etdi. Azərbaycan könüllü surətdə, Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladıqda, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi.

Anam Şah Yəmən xanım (Qayıbova) Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin nəvəsidir. Atam yalnız qəzada deyil, bütün quberniyada məşhur bir adam idi. Bütün uşaqları (on bir uşağı var idi ki, onun da on birincisi mən idim) ona böyük hörmət bəslərdilər, bununla belə, çox ağıllı və son dərəcə sakit və mülayim bir qadın olan anamız ailənin əsl başçısı idi, bunu hamımız yaxşı bilirdik. Atamız çox tündməcaz bir adam idi, anamız isə onu həmişə sakit edə bilirdi. O dövrdə, yəni ərin yumruğu Azərbaycan qadınının başı üstündən əskik olmadığı bir dövrdə mənim anam əri ilə keçirdiyi qırx beş illik ömürdə ondan bir kəlmə belə ağır söz eşitməmişdi. Atamın yaxın qohumları anama çox böyük hörmət bəslər-dilər.

Şıxlinskilərin nəslindən o zamana görə bir çox alimlər yetişmişdir. Onların arasında şairlər də olmuşdur ki, bunların ən yaxşısı Salik təxəllüslü Kazımağa[3 - Kazım ağa Salik Şıxlinski (1781–1842) – XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamışdır. Molla Pənah Vaqif ədəbi məktəbini davam etdirən şairlərdəndir. Salik haqqında ilk dəfə mətbuatda çıxış edib şeirlərini çap etdirən ("İrşad" qəzeti, 8 mart 1908-ci il, №29) məşhur maarifpərvər, ədəbiyyatşünas Firidun bəy Köçərli olmuşdur.] idi. Savadla arası olmayan bizim nəsil isə öz cəngavərliyi, tündmə-cazlığı ilə tanınırdı. Qəzada bizi "Dəli qazaxlı" adlandırırdılar. Əli Qazax oğlu nəsli içərisində birinci savadlı adam mənim atam idi. Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam isə mən olmuşam.

Atam rus dilini bilməzdi. Məndən 25 yaş böyük olan qardaşım çar konvoyuna[4 - Çar Konvoyu – hərbi hissədə nəqliyyat əsirləri mühafizə edən dəstə] göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti[5 - Süvari Korneti – süvari qoşununda birinci zabit rütbəsi] adını aldı. Halbuki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki[6 - Praporşik – çar ordusunda ilk zabit rütbəsi hesab edilirdi. Qədim yunanlarda "prapor” – bayraq demək idi.]ola bilmişdilər. Məndən 22 yaş böyük olan ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər.

Mənim barəmdə atamın fikri daha geniş idi. Onun niyyəti mənə Avropa üsulunda təhsil, həm də mütləq, hərbi təhsil vermək idi. Bu məqsədlə məni Tiflisə, anamın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun[7 - Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə (1830–1917) – Tiflisdə Zaqafqaziya ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olub. Ərəb, fars, və rus dillərini mükəmməl bilirmiş. Bu dövrdə Mirzə Hüseyn M. F. Axundov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost olur. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir.Mirzə Hüseyn Qori seminariyasında Şərq dillərindən dərs deyib, 1881-ci ildə Qafqaz canişininin əmrilə müəllimlikdən azad olub Zaqafqaziya müftüsü təyin edilib. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb edib. O, "Dəsturi-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" adlı məqalələrində sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının hökm sürdüyü belə bir ağır vaxtda, o öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti" ndə iştirak etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub. Həmin İnstitutu Nigar xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirib.] (doktor Bahadur Qayıbovun[8 - Bahadır Mirzə Hüseyn oğlu Qayıbov (1878–1949) – general Əliağa Şıxlinskinin böyük qaynı. Şıxlinski ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki 14 nömrəli evin 20-ci mənzilində yaşayıb. Bahadırla yaxın qonşu olublar. Azərbaycan Dövlət tarix muzeyinin arxivində Ə.Şıxlınskinin yazdığı "Vəsiyyətnamə" var. Üstündə yazılıb ki, mən öləndən sonra açmalı. Məktubda Bahadır Qayıbovu və onun həyat yoldaşını böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona göstərdikləri qayğı üçün intəhasız min-nətdarlığını bildirir.Akademik Heydər Hüseynov 1945-ci il aprelin 20-də Bahadır Qayıbovun tibbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır: "… Lakin mən burada sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz və sizin həyat yoldaşınız Varvara Minayevna məşhur hərbi xadim və alim, köhnə ordunun generalı, Azərbaycan xalqının sadiq oğlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz".Onu da xatırladaq ki, Bahadır Qayıbov respublika tibb elmi sahəsində fəal çalışan xadimlərdən biri olub. 1987-ci ildə Birinci Tiflis Gimnaziyasını əla bitirən Bahadır Xarkov universitetinin tibb fakültəsini də qırmızı diplomla qurtarmış, üç il Xarkovda və sonralar ömrünün sonuna kimi Bakıda epidemiya, vəba həkimi işləyib. 1936-cı ildə Sovet Azərbaycanının on beş illik yubileyində ona "Əmək qəhrəmanı" adı verilib. Respublikanın Əməkdar həkimi Bahadır Qayıbov 1949-cu ildə yetmiş bir yaşında Bakıda vəfat edib.] atasıdır) yanına göndərdi. Ata-anam həmişə kənddə yaşadıqlarına görə, mən tamamilə Mirzə Hüseynin himayəsinə keçdim və sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyət barəsində qısa da olsa, məlumat verməyi lazım bilirəm.

Mirzə Hüseyn Qayıbov 1830-cu ildə Qazax rayonunun Salahlı kəndində Yusif Qayıb oğlu adlı yoxsul bir kişinin ailəsində anadan olmuşdur. Altı yaşında ata-anadan yetim qalan Yusifi əmisi İbrahim Əfəndi Qayıb oğlu öz himayəsinə götürür. 17 yaşına çatdıqda o, balaca uşaqlara dərs verməkdə öz müəlliminin köməkçilərindən biri olur. Zaqafqaziya müftiliyinə yeni təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə (Vidadov)[9 - Mehemmed Əfəndi Müftizadə (Vidadov) – Keçən əsrin ikinci yarısında Tiflisdə Zaqafqaziya müsəlmanlarının müftisi (sünnilərdə baş ruhani rütbəsi, din alimi – Ş.H.) vəzifəsində çalışmışdır. O, XVIII əsrin görkəmli şairi Molla Vəli Vidadinin nəvəsidir. 1867-1868-ci illərdə Şamaxıya gəlmiş, Seyid Əzim Şirvani ilə görüşmüşdür. Şair ona yazdığı “Məhəmməd əfəndi Müftiyə” (64 misralıq, S.Ə.Şirvani, əsərləri, 1969-cu il, səh. 244–245) qəsidəsini təqdim etmişdir.Məhəmməd əfəndinin atası Osman əfəndi (Molla Vəli Vidadinin oğlu Ş.H.) uzun müddət məktəbdarlıq və müftilik etmişdir. Firidun bəy Köçərli yazır ki, Molla Vəli Vidadinin oğlu mərhum Osman əfəndi alim və fazil bir şəxs olmuşdur. Şair Mustafa ağa Arif Şıxlinski 1826-cı ildə Qafqaz canişini Aleksey Petroviç Yermalov tərəfindən Kazana sürgün olur. Həmin illərdə Şıxlı qəriyyəsindən mindən çox kəndli üsyan edib hökumətə vergi vermək-dən boyun qaçırır. Dekabristlər üsyanının təsiri-qorxusu ilə vahiməyə düşən canişin Yermolov mayor Mustafa ağa Arifi üsyanın başçısı adı ilə sürgün edir. Sürgündə olanda Osman əfəndi nəzmlə məktub yazıb rica edir ki, oğlu Əliağanın təhsilində göz olsun, onu məktəbi buraxmağa qoymasın.Şair Mustafa Ağa Arifin oğlu Əliağa sonralar məşhur Muğan alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Müxəmməs”ində (Axundov, əsərləri I cild, səhifə 344) belə xatırlayır:Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!Aşiqlərinə məbəd olub deyrü-kəlisa!Məndən sənə vəsf istədi şıxlı Əli ağa,Dedim səni vəsf etməyə manəndi-Məsiha,Ruhulqüdüs imdadı gərək nitqi-Məsiha.Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov "Müxəmməs" ində adı çəkilən Əliağanı general-leytenant Əliağa Şıxlınski hesab edir. Bu fakt tamamilə səhvdir. Çünki Ə.Şıxlinski 1863-cü ildə anadan olub. Hələ anadan olmayan Əliağa Şıxlınski Mirzə Fətəli ilə necə görüşə bilərdi?], təftiş üçün Qazax qəzasına gəldiyi zaman, Hüseyndən dərs alan uşaqların müvəffəqiyyətləri onun diqqətini cəlb edir. Müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda, o, Hüseyni bu məktəbdə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars və ərəb dillərini eləcə də bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları dərindən öyrənir. Onun rus dili müəllimi Baş qərargahın kapitanı Nikolay Qriqoryeviç Stoletov[10 - Nikolay Qriqoryeviç Stoletov (1834–1912) Rus inafanteriya (piyada) generalı. Məşhur fizika alimi A. Q. Stoletovun qardaşı. Krosnovodsk şəhərinin əsasını qoymuş, Amudərya elmi-ekspedisiyasına rəhbərlik etmişdir. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində Şipka müdafiəsinə komandanlıq etmişdir.] idi. Stoletov özü isə şagirdindən Azərbay-can dili öyrənirdi. Bu bir-birinə dərs vermə üsulu istəni-lən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, N. Q. Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən Sarskoye Seloda olduğum zaman piyada generalı, Hərbi Şuranın üzvü N. Q. Stoletovla görüşdükdə, o hər dəfə mənimlə saf Azərbaycan dilində danışırdı.

Yetmişinci illərdə Zaqafqaziya müftisi yanında "Zaqafqaziya sünni məzhəbi idarəsi" adlı bir müəssisə təsis edilmişdi. Mirzə Hüseyn Qayıbov bu müəssisənin katibi təyin olundu. Bu vəzifə ruhani vəzifə deyildi. Bu ondan anlaşılır ki, şiə məzhəbi idarəsində olan eyni vəzifəni Kostin familiyalı bir rus daşıyırdı. Hər cür şəriət işləri bu idarədən gəlib keçdiyindən, Mirzə Hüseyn Qayıbov şəriəti incədən-incəyə öyrənmiş və bu qərara gəlmişdi ki, şəriəti bir çox cəhətdən təhrif və ona bir çox şeylər əlavə etmişlər.

1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasında[11 - Qori Seminariyası – kənd məktəbləri üçün müəllimlər hazırlayan Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası ilk dəfə 1876-cı ilin sentyabrında açılıb. Həmin il rus, erməni, gürcü şöbələri fəaliyyətə başlamışdır. 1879-cu ildə isə Azərbaycan şöbəsi açılmışdır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qazaxa köçürülən seminariya sentyabrın 17-də fəaliyyətə başlamışdır.] müsəlman (Azərbaycan) şöbəsi təsis edildi və Mirzə Hüseyn burada Şərq dilləri müəllimliyinə dəvət olundu. 1881-ci ildə Zaqafqaziya müftisi vəzifəsinə seçildi. Bu vəzifəni qəbul edərkən o demişdi ki, "Mən heç bir vaxt ruhani olmamışam və heç bir vaxt dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mə-nə təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edi-rəm". O, öz xalqının nicatını Avropa maarifi və mədə-niyyətində görürdü. Xalq kütlələrini mədəniyyətsizlik səviyyəsində saxlayan mürtəcelər elm və mədəniyyət sa-hibi olmaq istəyənlərə mane olurdular. Buna baxmaya-raq, təhsil arzusunda olan yüzlərlə gənc Hüseyn Əfəndi Qayıbovun köməyi ilə öz arzularına nail ola bilmişdi.

Hüseyn Əfəndi, xüsusən müsəlman qadınlarının təhsil alması, onların azad edilməsi və çadralarının atılması uğrunda mübarizə edirdi. O, sübut edirdi ki, şəriət bunların heç birini qadağan etməmişdir. Bu cəhətdən birinci olaraq o, özü nümunə göstərdi: cavan və çox gözəl bir qızla evlənib, onu çadraya bürümədi və kişilərdən gizlətmədi, əksinə olaraq kişilərlə bir yerdə "Müsəlman cəmiyyəti-xeyriyyəsi" ndə iştirak etməsinə icazə verdi. Öz oğlanlarına ali təhsil verdi, hər iki qızını isə Zaqafqaziya Nücabə Qızlar institutuna qoydu. Həmin institutu onlar yüksək mükafatla bitirdilər. Müftinin böyük qızı, mənim arvadım, institutu 1889-cu ildə bitirmişdi: bu elə bir dövr idi ki, müsəlmanların gözüaçıqları belə, çox nadir hallarda öz qızlarını rus məktəblərinə verirdilər.

O, millətçilik zehniyyətlərindən tamamilə uzaq idi. Öz xalqını sevməklə bərabər, başqa xalqlara qarşı əsla kin və ədavət bəsləməzdi. Etiqadlı bir müsəlman olmaqla yanaşı, başqa dinlərə də ehtiram edərdi: rus, gürcü və erməni ruhaniləri arasında dostları az deyildi.

Mirzə Hüseyn Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda Mirzə Fətəliyə kömək edərdi, çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi. Ədəbiyyatı çox sevdiyindən "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" tərtib etmişdir.

Tiflisə çatan günün sabahısı Mirzə Hüseyn məni o zaman çox məşhur olan Ter-Akopovun xüsusi gimnaziyasına apardı və gimnaziyanın direktoru Semyon İliç Monastırsevə təqdim edərək gimnaziyaya qəbul edilməyimi ondan xahiş etdi. Direktorun mənim haqqımda, "Nə bilir?" sualına, "Əlifbanı bilir, birtəhər sayır. Rusca iyirmi-otuz söz bilir, amma onları cümlə şəklinə salmağı bacarmır" – deyə cavab verdi. Direktor mənim üzümə (on iki yaşım olduğuna baxmayaraq, bədəncə çox iri uşaqdım) diqqətlə baxaraq dedi:

– Bəs, onu biz harada oturdaq?

Mirzə Hüseyn cavab verdi:

– Harada istərsiniz oturdunuz, iki aydan sonra o, bütün yoldaşlarını ötüb keçəcəkdir.

Onda direktor mənə Azərbaycan dilində cürbəcür suallar verməyə başladı. Onun bütün suallarına mən çox cəld cavab verdim, sonra o mənə şifahi məsələlər verməyə başladı və bunları getdikcə çətinləşdirərək üçhədli rəqəmlərə çatdırdı. Hesabı hərçənd heç kəs mənə öyrətməmişdi, amma buna baxmayaraq, bu məsələləri mən çox tez və düzgün həll etdim. Direktor bunu gördükdə söylədi:

– Onu üçüncü sinifdə oturdarıq.

Bu gimnaziyanın hazırlıq sinfi dörd şöbədən ibarət idi. Dördüncü şöbədə 6–7 yaşlı uşaqlar oxuyur və orada bir il dərsə davam edir, o biri şöbələrin də hər birində uşaqlar bir il oxuyurdular. 1875-ci il noyabrın 17-də mən üçüncü şöbəyə girdim və yoldaşlarımın sinifdə və sinif-dənkənar danışıqlarına diqqətlə qulaq asmağa, bunun sayəsində də tez bir zamanda ruscanı başa düşməyə başladım. İki həftədən sonra ilk dəfə olaraq məndən dərsimi soruşdular, üç həftə keçəndən sonra, dekabrın 23-də uşaqları qış tətilinə buraxarkən, iclas salonunda təntənəli bir şəraitdə direktor elan etdi ki, əla oxuduğuna görə Şıxlinski ikinci şöbəyə keçirilir.

İyun ayında ümumi imtahanlar vaxtı mən təqdirnamə ilə hazırlıq sinfinin yuxarı şöbəsinə keçirildim. Beləliklə, mən rus dilini bilən şagirdlərin iki il ərzində keçdikləri yolu böyük bir müvəffəqiyyətlə yeddi ayın içində keçdim.

1876-cı ilin avqust ayında Tiflis hərbi gimnaziyasının birinci sinfinə girmək üçün imtahan verib, dərslər başlanana kimi kəndimizə getdim. Burada qıçımı sındırdım, buna görə də dərslərə gecikdim. Sentyabrın 1-nə kimi bütün yoldaşlarım yığışmışdılar, mən isə ancaq oktyabrın 11-də sinfə girdim. Oktyabrın 31-də birinci semestrin qiymətləri elan edildikdə sinifdə birinci yeri tutdum: kursu bitirincəyə qədər həmişə birinci oldum. Lakin mən adi birincilərdən, yəni dinc, sakit, çalışqan, həmişə əlində kitab olan, yoldaşlarının lağa qoyub "əzbərçi" adını verdikləri şagirdlərdən deyildim. Əvvəl bütün siniflərdəki şagirdlərin hamısından güclü idim, ikincisi, bədəncə çox iri olmağıma baxmayaraq, çox qıvraq və çevik olub qaçmaqda və hoppanmaqda da birinci idim: alt dodağım hündürlüyündə çəkilmiş ipin üstündən tramplinsiz atdanırdım. Nə gimnaziyada, nə də sonralar məktəbdə, Vladimir Karqanovdan başqa heç kəs belə hündürlükdən mənim kimi atdana bilməzdi.

Axşam məşğələlərində mən öz dərslərimi bir saata, saat yarıma hazırlayar, qalan vaxtımı isə geridə qalan yoldaşlara kömək etmək üçün sərf edərdim. Onlar üçün çətin olan məsələləri həll edər, qrammatika, xüsusən əcnəbi dillər qrammatikası qaydalarını onlara başa salar, lakin dəftərimin üzünü köçürməyə heç bir vaxt ixtiyar verməzdim.

Mənim üzügülər olmağım və yoldaşlarıma qarşı olan münasibətim onları daha da mənə yaxınlaşdırırdı. Onlar mənə yalnız dostluq hissi deyil, habelə hörmət də bəslər və rəyimlə hesablaşardılar.

Mən yeddinci sinifdə oxuyarkən, ancaq buraxılış imtahanlarını verdim. Bir sinifdən o birinə keçdikdə isə illik imtahanları adətən verməzdim. Hər il mayın əvvəlində mən dərsdən buraxılar və ata-anamla yaylağa gedərdim. Kadet korpusu[12 - Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.] adını almış gimnaziyanı 1883-cü ildə həm də bütün dərslərdən tam 12 bal almaqla bitirdim (o zaman hərbi məktəblərdə on iki ballıq üsulla qiymət verilirdi).

1883-cü il sentyabrın 1-də Peterburqdakı Mixaylov topçuluq məktəbinə daxil oldum. Buraya bütün kadet korpuslarından ən yaxşı, ən seçilmiş tələbələr toplanmışdı, lakin buna baxmayaraq, burada da ilin birinci yarısında birinci oldum. Sonralar isə başım paytaxt həyatına, teatr, konsert və başqa əyləncələrə qızışdığı üçün dərslərimə o qədər də vaxt ayıra bilmədim. Lakin bununla belə yenə də birincilər sırasında qalmaqda davam edirdim. Gimnaziyada olduğu kimi, burada da öz çevikliyim və diribaşlığımla başqalarından ayrılaraq, özümü yaxşı bir idmançı və at minicisi kimi göstərdim.

Məktəbimizin müəllimləri o zamanın məşhur şəxsləri idilər. Buna görə də, onların haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Akademiya və məktəb siniflərinin müfəttişi professor Lev Lvoviç Kirpiçev idi. O, gözəl bir kitab yazmışdı. Bu kitab elə bir dildə yazılmışdı ki, ən küt adam belə mexanikanı, ballistikanı və topçuluğun ümumi kursunu bu kitabdan özbaşına öyrənə bilərdi. Buna görə də, o, sinifdə mühazirə oxumayıb, laboratoriya-kompleks üsulu ilə dərs deyərdi.

Dərslərin birində Kirpiçev bizə söyləmişdi ki, indiki Rusiya torpağında ilk rəsədxana Pulkovda deyil, Səmərqənddə təsis edilmişdir və bu rəsədxananın banisi Teymurləngin nəvəsi böyük alim Uluğbəy[13 - Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.] olmuşdur. Professor şagirdləri lövhəyə çağırdıqda, çalışardı ki, verdiyi sualların cavabını şagirdlər özləri tapsınlar; məsələn, Avropada birinci olaraq cib saatının harada çıxdığı sualına bütün şagirdlər, "Cenevrədə" – deyə cavab verirdilər. Müəllimimiz isə başa saldı ki, Avropada ilk dəfə cib saatından Böyük Karl istifadə etmişdir. Ona isə bu saatı Bağdad xəlifəsi Harun-Ər-Rəşid[14 - Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.] bəxşiş göndərmişdir.

Müəllimlərimiz arasında məşhur texnologiya professoru Qadolin[15 - Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.], sonralar bütün dünyada şöhrət tapmış ballist general-mayor Mayevski, gözəl kimyaçı general Fyodorov, fizik general Usov və bir çox başqaları da var idi.

Bunların hamısının şəxsən mənə çox böyük təsiri olmuşdur. Onların keçdiyi dərslərin faydasını da görür, bunlardan müəyyən zövq alırdım.

O zaman topçuluq məktəbləri kursuna ehtimal nəzəriyyəsi daxil deyildi, bu elmi ancaq akademiyada keçirdilər, lakin mən üçüncü sinfə keçdiyim zaman orta sinif proqramının ehtimal nəzəriyyəsi və onun top atışına tətbiqi elmini daxil etdilər. Bu elmdən sonralar topçu generalı olan professor Nikolay Aleksandroviç Zabudski[16 - NikolayAleksandroviç Zabudski (1853–1892). Rus artilleriya alimi, general-leytenant.]dərs deyirdi. Zabudski bu elmə dair qeydlər tərtib etmiş və bunları litoqrafiya üsulu ilə çap etdirmişdi. Mən öz təhsilimdə nöqsan olmasın deyə, bu qeydləri götürüb ehtimal nəzəriyyəsini öz-özümə öyrəndim.

Məktəbdəki məşğələlərdən başqa mən öz biliyimi artırmaq üçün başqa yerlərdə keçirilən bir sıra mühazirələrə də gedirdim. Məsələn, o zaman gənc general olan Kuropatkinin[17 - Aleksey Nikolayeviç Kuropatkin (1848–1925). Hərbi xadim, piyada general-adyutantı, 1877-1878-ci illərdə Rus-Türk müharibəsi zamanı özünü cə-sur bir zabit kimi göstərmiş general. M. D. Skobelevin qərargah rəisi olmuşdur. 1904-1905-ci illərdə Rus-Yapon Müharibəsi zamanı Mancuriya ordusunun komandanı olmuşdur. Uzaq Şərqin hərbi qüvvələrinə komandanlıq etmişdir. Özünü iradəsiz və yaramaz hərbi komandir kimi göstərmişdir. 1905-ci ildə rus ordusunun Muq-den ətrafındakı məğlubiyyətindən sonra bu vəzifədən çıxarılmışdır. Birinci Dünya müharibəsində Şimal cəbhəsinə komandirlik etmiş, 1916-cı ildə Türküstan ordusunun komandiri olmuş və yerli əhali arasındakı inqilabi hərakatı yatırmağa rəhbərlik etmişdir. 1917-ci ildə həbs edilmiş və Petroqrada göndərilmişdir. Müvəqqəti hökumət tərəfindən azadlığa buraxıl-dıqdan sonra Pskov quberniyasında yaşamışdır.] mühəndislər akademiyasının zabitləri üçün oxuduğu "Türkiyə müharibəsində Skobelev[18 - Mixail Dmitriyeviç Skobelev (1843–1882). Rus ordusunun piyada generalı. Baş qərargah Akademiyasını bitirib. Orta Asiya hərbi ekspedisiyalarında fəal iştirak edib. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində qoşun komandanı olub. Şəxsi hünərilə xüsusi hörmət və şöhrət qazanıb.] dəstəsinin əməliyyatı" mövzulu mühazirəsinə qulaq asdım. Sonra mən Baş qərargah rəisi general Draqomirovun[19 - Mixail İvanoviç Draqornirov (1830–1905). Rus hərbi nəzəriyyəçisi, piyada generalı, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində diviziya komandiri olmuşdur. 1879-cu ildən Akademiya Baş Qərargahının rəisi olmuş, sonra isə Kiyev hərbi dairəsinə komandanlıq etmişdir. Ordunun təlim-tərbiyə məsələlərində Suvorovun davamçısıdır.], rus ordusunda yenicə tətbiq olunan səhra topları haqqında və məşhur professor Sezar Kyüinin[20 - Sezar Antonoviç Kyüi (1835–1918). Mühəndis-general. Hərbi Mühəndislik Akademiyasının və Baş Qərargah Akademiyasının istehkam işləri üzrə müəllimi, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsinin iştirakçısı olmuşdur. Səhra və uzunmüddətli istehkam işləri üzrə bir neçə əsərin müəllifidir. Həm də bəstəkar və musiqi tənqidçisi kimi məşhurlaşmışdır.] qala qarnizonunun sayı haqqında mühazirələrində və s. oldum. Yeri gəlmişkən deyim ki, Sezar Kyüi, eyni zamanda, məşhur bəstəkar idi. Zabitlər çox vaxt "topçular arasında ən yaxşı musiqiçi və musiqiçilər arasında ən yaxşı topçu" deyə onunla zarafat edərdilər.

Məktəbi mən 1886-cı ildə bitirdim, dərslərdə müvəffəqiyyət qazandığıma görə, pul mükafatı, atçapma yarışında birincilik qazandığıma görə də, qızıl saat aldım. Mən podporuçik rütbəsi alaraq 39-cu topçu briqadasına göndərildim.




II fəsil

Zabitlik xidmətimin birinci on üç ili


Mənim bütün xidmətim əvvəldən axıra kimi əla qiymətlə keçmişdir. Çatışmayan cəhətim ancaq ondan ibarət idi ki, mən akademik təhsil almamışdım. Bunun tamamilə şəxsi mahiyyətli bir səbəbi var. Mən gəhgir at kimi irəli atılaraq, gəncliyə xas olan bir təşəxxüslə: "Mən həyatda öz yerimi akademiyasız da tapa bilərəm" qənaətinə gəlmişdim. Heç xatirimdən çıxmaz, zabit olaraq xidmətə başlayandan on il sonra, 1897-ci ildə 20-ci topçu briqadasının baş hakimi doktor Zelenski mənə belə bir sual verdi:

– Bu cür istedadınız olduğu halda, niyə siz akademiyaya getmədiniz?

Bunun cavabında mən:

– İş belə gətirdi, – deyə cavab verdim.

Bu söhbət əsnasında yanımızda olan general Baumqarten dedi:

– Akademiyanı neyləyir, akademiya onun başıdır.

Doktor onunla razılaşmadı və sözünə davam edərək:

– Buna mənim heç bir şübhəm yoxdur, lakin ola bilər ki, vaxtı gələndə bəzi vəzifələr ancaq akademik təhsili olan zabitlərə verilər; onda başa deyil, kağıza baxarlar və o, kənarda qala bilər, – dedi.

General buna etiraz edərək, cavab verdi:

– O, heç bir vaxt geridə qalmayacaq, həmişə qabaqda gedəcəkdir.

Bu sözlərdən mən xeyli xoşhal oldum və vaxtilə dəliqanlılıqdan söylədiyim sözlərin o qədər də əsassız olmadığını anladım.

Xidmətimin birinci ilində məni təlim komandasına müəllim təyin etdilər və beş ilin ərzində mən hər il feyer-vergerliyə[21 - Feyerverger – alman dilində Feşeq – od və işçi sözlərinin birləşməsindən əmələ gəlib. Rus və bir neçə xarici orduda kiçik komandir rütbəsi olub. Kiçik artilleriya hissəsində piyada unter zabitinə bərabərdir. Bu rütbə Rusiyada XVIII əsrdən ta 1917-ci ilə qədər davam edib.] yaxşı hazırlanmış adamlar buraxdım. Bundan sonra daha beş il həmin komandanı idarə etdim.

1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten (topçuluq məktəbinin keçmiş komandiri) mənim komandamı gözdən keçirərkən, briqada komandiri knyaz Ximşiyevə göstərib dedi:

– Bu zabit çox ağıllı adamdır, onu sənə təqdim edirəm.

Knyaz Ximşiyev cavab verərək dedi:

– Siz onu yunkerlikdə[22 - Yunker – XIX əsrin birinci yarısından etibarən rus ordusuna könüllü daxil olan və zabit hissəsində qulluq edən gənc zadəgan rütbəsi.] görmüşsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk.

Bu təftişin nəticələri haqqında vermiş olduğu əmrnaməsində rəis təlim komandasını tənqid edərək axırda belə yazırdı: "Göstərilən komandaların əksinə olaraq, 39-cu topçu briqadasının təlim komandası sevindirici bir vəziyyətdədir…"

Sonra o, öz əmrində komandamın başqa komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan edirdi.

1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit[23 - 1895-cİ ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi… – həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy Məmmədağa oğlu Şıxlinski olub.] bizim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən azaddırlar, çünki onun üçün əmisi Əliağa Şıxlinski kimi bir örnək vardır.

Bir dəfə korpus komandiri, general, knyaz Amilaxvari öz keçmiş döyüş yoldaşı olan mühəndis Qerşelmanın qızlarına baş çəkmək üçün Bakıya gəlmişdi. Söhbət əsnasında qızlardan biri ona, həmin briqadada onların yaxın tanışı Şıxlinskinin xidmət etdiyini söylədikdə, korpus komandiri, "Əliağanımı deyirsiniz?" – deyə soruşmuşdu. Poruçikin adını necə olubsa, yadında saxladığına təəccüb edən qıza general: "Şıxlinski kimi bir zabiti böyük rəis heç bir vaxt yaddan çıxarmamalı və onu yaxşı tanımalıdır" – deyə söyləmişdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/sixlinski-liaga/xatir-l-rim-68371121/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


Port-Artur (Lyuy-şun) – Çinin Lyaodun yarımadasının cənub-qərbində donmayan hərbi dəniz bazasıdır. Kvantun yarımadasında Lyaodun və Baxayvan körfəzlərinə daxil olub. Liman və qala XIX əsrin 80-ci illərində balıqçı kəndi Lyuy-şun-kounun yerində tikilib.

1894-cü ildə Yapon-Çin müharibəsi, 1894-1895-ci illərdə Port-Artur dövründə yapon qoşunları tərəfindən işğal edilir. Nəticədə bir çox qala tikililəri dağıdılır. 1895-ci il Simonensk müqaviləsinə görə, Port-Artur Yaponiyanın tərəfinə keçir. Sonra isə Rusiyanın, Almaniyanın və Fransanın təsiri ilə Port-Artur Çinə qaytarılır.

1898-ci ilin martın 15-də(27) Pekində Rusiya-Çin arasında saziş imzalanır. Bu sazişə əsasən, Kvantun yarımadası Port-Artur qalası ilə birlikdə 25 il müddətinə Rusiyaya istifadəyə verilir.

Kvantun yarımadası və ona yaxın olan adalar sonralar Kvantun vilayətini təşkil edir. 1903-cü ildə Priamur general qubernatorluğu ilə birgə Uzaq Şərq canişinliyinin tərkibinə daxil olur. Canişinliyə Ad-miral Yevgeni İvanoviç Alekseyev başçılıq edir.

Rus-Yapon müharibəsi qurtarandan sonra 1905-ci ildə Port-smut sülh müqaviləsinə əsasən, Port-Arturdan istifadə hüquqları Yaponiyaya təhvil verilir. Yapon istilası Sovet qoşunlarının Yapon Samuray hərbi hissələri darmadağın edildiyi ilə – 1945-ci ilə qədər davam edir. Hazırda Port-Artur Çin Xalq Respublikasının tərkibindədir.




2


Əli-Qazax – Əliağa Şıxlinskinin ulu babası (ata) Əli Qazaxın övladları 1806-1812-ci illərin Rusiya-İran müharibəsində yadellilərə qarşı mərdliklə vuruşmuşlar.

1810-cu il iyunun 10-da Qafqazdakı rus qoşunlarının baş komandanı general A. P. Tormasov hərbi nazirə göndərdiyi raportda yazırdı ki, sərhəd rayonunda yerli əhalidən xüsusi dəstə yaradılmışdır. Onlar doğma torpaqları uğrunda inadla vuruşaraq türklərin və iranlıların hücumlarını dəf edirlər.

Komandan Qazax azərbaycanlılarının qəhrəmanlığını xüsusi qeyd etmişdir. 1810-cu il martın 29-da Erivan Yerevan – Ş.N. sərdarının qardaşı Həsən xan üç minlik qoşunla Dilican dərəsindəki kəndlərə hücum çəkib mal-qaranı aparmış, yerli əhaliyə çox divan tutaraq onları talan etmişdir. Yüz nəfərdən ibarət Azərbaycan atlı dəstəsi Həsən xana qarşı gözlənilmədən zərbə vurmuşdur. Azərbaycan atlıları qırx nəfərə yaxın düşməni məhv etmiş, farsların ələ keçirdikləri mal-qaranın çox hissəsini geri almış və farsların iyirmi atını ələ keçirmişdilər. Bu zaman onların iki qəhrəman döyüşçüsü həlak olmuş, dəstənin rəhbəri Əli-Qazaxoğlu, Əliağa və Nəsrulla bəy də daxil olmaqla bir neçə nəfər də yaralanmışdır. (Bax: S. P. Ağayan. Роль России в исторических судьбах армянского народа, səh.183).

Onu da xatırladaq ki, Şıxlinski nəslinin yetişdirdiyi görkəmli şair və mayor Mustafa ağa Arif də bu müharibədə yaxından iştirak etmişdir. Baş komandan A. P. Tarmosovun verdiyi başqa bir raportda üstü yazılı “İgidliyə görə” qızıl medalla təltif olunanlar arasında igid mayor Mustafa ağa Arifin adı da vardır. Şair Mustafa ağa Arif (1774–1845) XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb. Böyük şairimiz M. P. Vaqif ədəbi məktəbinin davamçılarından biridir.




3


Kazım ağa Salik Şıxlinski (1781–1842) – XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamışdır. Molla Pənah Vaqif ədəbi məktəbini davam etdirən şairlərdəndir. Salik haqqında ilk dəfə mətbuatda çıxış edib şeirlərini çap etdirən ("İrşad" qəzeti, 8 mart 1908-ci il, №29) məşhur maarifpərvər, ədəbiyyatşünas Firidun bəy Köçərli olmuşdur.




4


Çar Konvoyu – hərbi hissədə nəqliyyat əsirləri mühafizə edən dəstə




5


Süvari Korneti – süvari qoşununda birinci zabit rütbəsi




6


Praporşik – çar ordusunda ilk zabit rütbəsi hesab edilirdi. Qədim yunanlarda "prapor” – bayraq demək idi.




7


Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə (1830–1917) – Tiflisdə Zaqafqaziya ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olub. Ərəb, fars, və rus dillərini mükəmməl bilirmiş. Bu dövrdə Mirzə Hüseyn M. F. Axundov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost olur. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir.

Mirzə Hüseyn Qori seminariyasında Şərq dillərindən dərs deyib, 1881-ci ildə Qafqaz canişininin əmrilə müəllimlikdən azad olub Zaqafqaziya müftüsü təyin edilib. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb edib. O, "Dəsturi-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" adlı məqalələrində sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının hökm sürdüyü belə bir ağır vaxtda, o öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti" ndə iştirak etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub. Həmin İnstitutu Nigar xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirib.




8


Bahadır Mirzə Hüseyn oğlu Qayıbov (1878–1949) – general Əliağa Şıxlinskinin böyük qaynı. Şıxlinski ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki 14 nömrəli evin 20-ci mənzilində yaşayıb. Bahadırla yaxın qonşu olublar. Azərbaycan Dövlət tarix muzeyinin arxivində Ə.Şıxlınskinin yazdığı "Vəsiyyətnamə" var. Üstündə yazılıb ki, mən öləndən sonra açmalı. Məktubda Bahadır Qayıbovu və onun həyat yoldaşını böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona göstərdikləri qayğı üçün intəhasız min-nətdarlığını bildirir.

Akademik Heydər Hüseynov 1945-ci il aprelin 20-də Bahadır Qayıbovun tibbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır: "… Lakin mən burada sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz və sizin həyat yoldaşınız Varvara Minayevna məşhur hərbi xadim və alim, köhnə ordunun generalı, Azərbaycan xalqının sadiq oğlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz".

Onu da xatırladaq ki, Bahadır Qayıbov respublika tibb elmi sahəsində fəal çalışan xadimlərdən biri olub. 1987-ci ildə Birinci Tiflis Gimnaziyasını əla bitirən Bahadır Xarkov universitetinin tibb fakültəsini də qırmızı diplomla qurtarmış, üç il Xarkovda və sonralar ömrünün sonuna kimi Bakıda epidemiya, vəba həkimi işləyib. 1936-cı ildə Sovet Azərbaycanının on beş illik yubileyində ona "Əmək qəhrəmanı" adı verilib. Respublikanın Əməkdar həkimi Bahadır Qayıbov 1949-cu ildə yetmiş bir yaşında Bakıda vəfat edib.




9


Mehemmed Əfəndi Müftizadə (Vidadov) – Keçən əsrin ikinci yarısında Tiflisdə Zaqafqaziya müsəlmanlarının müftisi (sünnilərdə baş ruhani rütbəsi, din alimi – Ş.H.) vəzifəsində çalışmışdır. O, XVIII əsrin görkəmli şairi Molla Vəli Vidadinin nəvəsidir. 1867-1868-ci illərdə Şamaxıya gəlmiş, Seyid Əzim Şirvani ilə görüşmüşdür. Şair ona yazdığı “Məhəmməd əfəndi Müftiyə” (64 misralıq, S.Ə.Şirvani, əsərləri, 1969-cu il, səh. 244–245) qəsidəsini təqdim etmişdir.

Məhəmməd əfəndinin atası Osman əfəndi (Molla Vəli Vidadinin oğlu Ş.H.) uzun müddət məktəbdarlıq və müftilik etmişdir. Firidun bəy Köçərli yazır ki, Molla Vəli Vidadinin oğlu mərhum Osman əfəndi alim və fazil bir şəxs olmuşdur. Şair Mustafa ağa Arif Şıxlinski 1826-cı ildə Qafqaz canişini Aleksey Petroviç Yermalov tərəfindən Kazana sürgün olur. Həmin illərdə Şıxlı qəriyyəsindən mindən çox kəndli üsyan edib hökumətə vergi vermək-dən boyun qaçırır. Dekabristlər üsyanının təsiri-qorxusu ilə vahiməyə düşən canişin Yermolov mayor Mustafa ağa Arifi üsyanın başçısı adı ilə sürgün edir. Sürgündə olanda Osman əfəndi nəzmlə məktub yazıb rica edir ki, oğlu Əliağanın təhsilində göz olsun, onu məktəbi buraxmağa qoymasın.

Şair Mustafa Ağa Arifin oğlu Əliağa sonralar məşhur Muğan alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Müxəmməs”ində (Axundov, əsərləri I cild, səhifə 344) belə xatırlayır:

Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!
Aşiqlərinə məbəd olub deyrü-kəlisa!
Məndən sənə vəsf istədi şıxlı Əli ağa,
Dedim səni vəsf etməyə manəndi-Məsiha,
Ruhulqüdüs imdadı gərək nitqi-Məsiha.

Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov "Müxəmməs" ində adı çəkilən Əliağanı general-leytenant Əliağa Şıxlınski hesab edir. Bu fakt tamamilə səhvdir. Çünki Ə.Şıxlinski 1863-cü ildə anadan olub. Hələ anadan olmayan Əliağa Şıxlınski Mirzə Fətəli ilə necə görüşə bilərdi?




10


Nikolay Qriqoryeviç Stoletov (1834–1912) Rus inafanteriya (piyada) generalı. Məşhur fizika alimi A. Q. Stoletovun qardaşı. Krosnovodsk şəhərinin əsasını qoymuş, Amudərya elmi-ekspedisiyasına rəhbərlik etmişdir. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində Şipka müdafiəsinə komandanlıq etmişdir.




11


Qori Seminariyası – kənd məktəbləri üçün müəllimlər hazırlayan Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası ilk dəfə 1876-cı ilin sentyabrında açılıb. Həmin il rus, erməni, gürcü şöbələri fəaliyyətə başlamışdır. 1879-cu ildə isə Azərbaycan şöbəsi açılmışdır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qazaxa köçürülən seminariya sentyabrın 17-də fəaliyyətə başlamışdır.




12


Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.




13


Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.




14


Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.




15


Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.




16


NikolayAleksandroviç Zabudski (1853–1892). Rus artilleriya alimi, general-leytenant.




17


Aleksey Nikolayeviç Kuropatkin (1848–1925). Hərbi xadim, piyada general-adyutantı, 1877-1878-ci illərdə Rus-Türk müharibəsi zamanı özünü cə-sur bir zabit kimi göstərmiş general. M. D. Skobelevin qərargah rəisi olmuşdur. 1904-1905-ci illərdə Rus-Yapon Müharibəsi zamanı Mancuriya ordusunun komandanı olmuşdur. Uzaq Şərqin hərbi qüvvələrinə komandanlıq etmişdir. Özünü iradəsiz və yaramaz hərbi komandir kimi göstərmişdir. 1905-ci ildə rus ordusunun Muq-den ətrafındakı məğlubiyyətindən sonra bu vəzifədən çıxarılmışdır. Birinci Dünya müharibəsində Şimal cəbhəsinə komandirlik etmiş, 1916-cı ildə Türküstan ordusunun komandiri olmuş və yerli əhali arasındakı inqilabi hərakatı yatırmağa rəhbərlik etmişdir. 1917-ci ildə həbs edilmiş və Petroqrada göndərilmişdir. Müvəqqəti hökumət tərəfindən azadlığa buraxıl-dıqdan sonra Pskov quberniyasında yaşamışdır.




18


Mixail Dmitriyeviç Skobelev (1843–1882). Rus ordusunun piyada generalı. Baş qərargah Akademiyasını bitirib. Orta Asiya hərbi ekspedisiyalarında fəal iştirak edib. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində qoşun komandanı olub. Şəxsi hünərilə xüsusi hörmət və şöhrət qazanıb.




19


Mixail İvanoviç Draqornirov (1830–1905). Rus hərbi nəzəriyyəçisi, piyada generalı, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində diviziya komandiri olmuşdur. 1879-cu ildən Akademiya Baş Qərargahının rəisi olmuş, sonra isə Kiyev hərbi dairəsinə komandanlıq etmişdir. Ordunun təlim-tərbiyə məsələlərində Suvorovun davamçısıdır.




20


Sezar Antonoviç Kyüi (1835–1918). Mühəndis-general. Hərbi Mühəndislik Akademiyasının və Baş Qərargah Akademiyasının istehkam işləri üzrə müəllimi, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsinin iştirakçısı olmuşdur. Səhra və uzunmüddətli istehkam işləri üzrə bir neçə əsərin müəllifidir. Həm də bəstəkar və musiqi tənqidçisi kimi məşhurlaşmışdır.




21


Feyerverger – alman dilində Feşeq – od və işçi sözlərinin birləşməsindən əmələ gəlib. Rus və bir neçə xarici orduda kiçik komandir rütbəsi olub. Kiçik artilleriya hissəsində piyada unter zabitinə bərabərdir. Bu rütbə Rusiyada XVIII əsrdən ta 1917-ci ilə qədər davam edib.




22


Yunker – XIX əsrin birinci yarısından etibarən rus ordusuna könüllü daxil olan və zabit hissəsində qulluq edən gənc zadəgan rütbəsi.




23


1895-cİ ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi… – həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy Məmmədağa oğlu Şıxlinski olub.



Əsrin əvvəllərində “rus ordusu artilleriyasının Allahı” general Əliağa Şıxlinskinin adı bütün dünyada şöhrət qazandı. “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” – hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi, xarici ordularda belə ona geniş maraq oyandı. Azərbaycan xalqının fəxri, general-leytenant Əliağa Şıxlinskinin bizə yadigar qalan “Xatirələrim” kitabında onun kadet tələbəliyindən ordu komandanı kimi şərəfli bir vəzifəyə yüksəldiyi yol maraqlı təsvir edilib. Kitab gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaq.

Как скачать книгу - "Xatirələrim" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Xatirələrim" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Xatirələrim", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Xatirələrim»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Xatirələrim" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *