Книга - Avtoritar şəxsiyyətin necəliyi

a
A

Avtoritar şəxsiyyətin necəliyi
Theodor W. Adorno


Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların demokratik və avtoritar hakimiyyətə nə dərəcə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq Avtoritar Şəxsiyyətin necəliyi əsəri meydana gəlmişdir. Bu əsər insan təbiətinin və davranışlarının öyrənilməsində əvəzsiz mənbədir və açıq-aşkar görünür ki, o zamanın nasist Almaniyasında baş verən dəhşətlərin təsiri ilə yazılmışdır. Lakin "Avtoritar Şəxsiyyətin Necəliyi" kitabında diqqət mərkəzinə gətirilən məsələlər təkcə Adolf Hitlerin şəxsiyyəti və Üçüncü Reyxin varlığıyla məhdudlaşmır, burada ümumən insan şəxsiyyətinin avtoritar təbiəti araşdırılır. Əsər özünün əhatə dairəsi və tarixi dəyər daşımasıyla unikaldır və Adornonun gəldiyi nəticələr bu günə qədər öz qüvvəsini itirməyib, bu nəticələrdən narahatlıq hissi keçirənlər az deyil.





Theodor Adorno

Avtoritar şəxsiyyətin necəliyi





BİRİNCİ FƏSİL





A.

GİRİŞ


Bizim tədqiqatımız antisemitizmlə əlaqəli sərbəst sorğulamalardan yola çıxaraq başladı. Buna baxmayaraq tədqiqatımız davam etdikcə onun vurğusu get-gedə yavaşladı. Biz başa düşdük ki, antisemitizmi yaxud başqa bir milli azlığa qarşı qərəzli[1 - Kitabda “qərəz”, “ön mühakimə”, “xurafat” terminləri müxtəlif yerlərdə eyni mənanı (“prejudiced”) verir -sübutsuz inanc. “Qərəzli insan”, “xurafata inanan”, “ön mühakiməli” sözləri bir insana və ya qrupa haqsız və əsassız yerə (və məntiqsiz olaraq) nifrət edən yaxud sevən insanı bildirir (tərc.)] düşüncələri öz özlüyündə sosio-psixoloji bir anlayış kimi yox, daha çox, azlıqlara qarşı qərəzli düşüncənin daha geniş ideologiyasını və şəxsi keyfiyyət modelləri ilə əlaqəsini araşdırmaq başlıca vəzifə olmalıdır. Beləliklə, antisemitizmin əsas mövzusu kimi antisemitizm gedərək tamamilə aradan çıxdı və görüş proqramımızın əhatə eləməli olduğu bir çox mövzudan sadəcə biri kimi görünməyə başladı.

Araşdırmamıza paralel olaraq, İctimai Araşdırmalar İnstitutunun qismən eyni heyəti tərəfindən həyata keçirilən bir başqa araşdırma, yəni işçi, fəhlə sinfi içərisindəki antisemitizm barədə bir araşdırma[2 - Institute of Social Research: Anti-Semitism within American Labor: A Report to the Jewish Labor Committee (4 cild, May 1945).], antisemitizm sualı üstündə işləyib və eyni vaxtda bu cilddə təqdim olunan mövzulara yaxın sosiopsixoloji mövzularla da maraqlanırdı. Bu fəsildə müzakirə ediləcək materialın böyük hissəsi Berkli danışıqlarının qərəzlə bağlı seqmentindən alınıb və biz çalışdıq ki, işçi sinfi haqda sözügedən tədqiqatın bəzi nəticələrini yeni tədqiqat üçün hipotezlər kimi istifadə edək. Söhbət Los Ancelesdə aparılan tədqiqatın bir hissəsindən gedir. Biz C. F. Braun və F. Palokla birgə işləyərək yəhudilərlə əlaqəli əlavə və xüsusi müsahibə proqramı hazırladıq. Biz bu sualları müsahibə götürdüyümüz insanlara verəndə onların xəbər tutub daxili fikirlərini gizlətməmələri üçün guya əsas mövzu işçi sinfi haqda incələmələr imiş kimi qələmə verdik. Bu görüş proqramın əsas məqsədi qərəzin ümumi strukturu içərində müəyyən fərqliləşmiş modellər yaradılıb yaradılmadığını təyin etmək idi.

Bu müsahibələrdə subyektlərimizə verdiyimiz sualların siyahısı aşağıda təqdim olunur. Bu sualların hamısının hər bir subyektə verilmədiyini və hər sualın bütün subyektlərə eyni formada verilmədiyini qeyd etmək lazımdır. Ancaq sualların aid olduğu mövzu hər bir halda yaxşı əhatə olunurdu.



Yəhudilər haqda sualların siyahısı:

– Yəhudi probleminin mövcud olduğunu hesab edirsiniz? Əgər cavab müsbətdirsə, nə mənada mövcuddur? Bu haqda fikirləşmisinizmi?

– Sizin yəhudilərlə əlaqələriniz olub? Hansı formada? Bu əlaqə ilə bağlı hər hansı bir adam yadınızdadırmı? Əgər cavab mənfidirsə, onda baxışlarınız nəyə əsaslanır?

– Yəhudilərlə əlaqədə olanda mənfi xüsusiyyətlərə malik təcrübəniz olub (yaxud bu barədə eşitmisinizmi)? Əgər belədirsə, hazırki şərait sizin fikrinizi dəyişə bilərdimi? Əgər cavab xeyrdirsə, onda nə üçün?

– Digər insanların arasından yəhudini seçə bilərsinizmi? Necə?

– Yəhudilərin dini haqda nə bilirsiniz?

– Yəhudilər qədər pis olan xristianlar varmı? Onların sayı pis yəhudilərin sayından faiz olaraq çoxdur?

– Yəhudilərin ağır zəhmətə münasibətləri necədir? Bədnam yəhudi işgüzarlığı barədə nə bilirsiniz?

– Yəhudilərin kinomatoqrafiya, radio, ədəbiyyat və universitetlərdə nəzərə çarpan nüfuza malik olmaları doğrudurmu? Əgər belədirsə, burda pis nə var? Buna qarşı nə tədbir görmək lazımdır?

– Yəhudilərin ticarətə, siyasətə, həmkarlar ittifaqına və s. böyük təsir göstərmələri doğrudurmu? Əgər belədirsə, bu necə bir təsirdir? Bu təsiri zəiflətmək üçün hər hansı tədbir görmək lazımdırmı?

– Nasistlər alman yəhudilərin başına necə müsibətlər gətirib? Bu haqda nə fikirləşirsiniz? Amerikada belə bir problem varmı? Onu həll etmək üçün nə edərdiniz? Onlarda nə kimi günah görürsünüz?

– Yəhudilər aqressivdirlər? Pis vərdişləri var?

– Yəhudilər bankları əllərində saxlayırlar? Qara bazarda ticarətlə məşğuldurlar? Dələduzluq edirlər? Onlar İsa Peyğəmbərin qatilləridirlərmi?

– Öz aralarında möhkəm əlaqə saxlayırlar? Onlar komunistdirlər? Rüşvətə aldanandırlar? Pintidirlər? Saxtakarlıqla məşğuldurlar? İstismarçıdırlar? Öz mənşələrini gizlədirlər? Həddən artıq ağıllıdırlar? Beynəlmiləlçidirlər? Bəzi sənətlərin qarşısında bənd çəkiblər (özünküləşdiriblər)? Tənbəldirlər? Film sənayesini öz əllərində cəmləşdiriblər? Tamahkardırlar? Hay-küylüdürlər? Uyğunlaşmağı bacarırlar? Özlərinə güvənəndirlər? Həddən artıq seksualdırlar? İmtiyaz axtarışındadırlar? İntriqaçıdırlar? Ölkəmizi öz əllərində saxlayırlar? Həddən artıq kəskindirlər? Qonşularla əlaqələri pozurlar? Dükanları həddən artıq çoxdur? Nizam-intizama riayət etmirlər? Yəhudi olmayanlara qarşı əxlaqsız davranırlar? Aşağı təbəqəyə aiddirlər? Fiziki əməkdən qaçırlar?

– Siz sosial diskriminasiya yaxud xüsusi qanunvericiliyin tərəfindəsiniz? Yəhudiyə xüsusi qrupun üzvü kimi yanaşmaq lazımdır? Təklifləriniz konstitusiya hüquqlarına nə dərəcədə uyğundur?

– Ayrı-ayrı yəhudilərlə şəxsi əlaqələrin əleyhinəsinizmi? Siz yəhudilərə ən çox xoşagəlməzlik yaxud təhlükə simvolu kimi baxırsınız? Təsəvvür edə bilərsinizmi ki, yəhudiyə ərə gedirsiniz (yaxud evlənərsiniz)? Yəhudi problemin haqda müzakirələr etmək xoşunuza gəlir? Yəhudi olsaydınız, nə edərdiniz? Yəhudi nə vaxtsa həqiqi amerikalı ola bilərmi?

Müsahibənin əlavə materiallarının köməyi ilə aşkar antisemitizmin üstünlük təşkil edən formaları haqda onun daxili dinamikasından çox şey öyrənəcəyik. Ətraflı tərtib olunmuş suallar hər bir halda psixoloji konfliktin xurafatları ilə bağlı məsələləri anlamaq üçün faydalı olub. Növbəti vacib müşahidə subyektlərimizə yəhudilərin pis xüsusiyyətlərinin sadalamaq təklifinə olan reaksiyalarına aiddir. Cavabların çoxunda müsahibədə iştirak edənlər siyahını tam olaraq təsdiqləyiblər, yəni fikir müxtəlifliyi azlıq təşkil edib. Xurafat (ön mühakimə) hissi çox olan şəxslər, yəhudilərə qarşı hər hansı bir qınağı qəbul etməyə meylidirlər. Bunu fərqli olaraq, ya antisemit ideologiyasının “daxili ardıcıllığı” simptomu kimi, yaxud metoddan və cavabları əvvəlcədən verilmiş sualların qoyuluşunun avtomatik reaksiyaya sövq edəcəyi faktından asılı olmayaraq, müsahibədə istifadə olunan çoxlu sayda balların dini cəhətdən neytrallığı kimi izah etmək mümkündür. Hətta əgər anketlərin özlərində yuxarı bal yığanlarda[3 - Anket suallarına verdikləri cavablara görə qiymətləndiriləndə yuxarı bal yığanlar qərəzli, xurafata inanan və hegemon tipli insanlar olur (tərc.)] antisemit ideologiyası hiss olunurdusa da, buna siyahıdakı səhvlərin səbəb olduğunu demək olmaz. Görünür, bu məsələdə antisemitizmdən söhbət gedir, lakin əvvəlcə qaranlıq qalır, yaxud bu bizim sorğunun çatışmamazlıqları ilə bağlıdır. Zənnimizcə, ən qəti antisemit mülahizələr təhqir kimi deyil, məntiqi cəhətdən izah etsək, öz daxili mənliyini sakitləşdirən və müsahibə verənin reaksiyası daha az ifrat dərəcəli olanda özünü təqlidlə stimullaşdıran padzəhər kimi qəbul olunur. Bu mülahizə alman xalqının bütünlüklə radikal antisemit metodlarını qəbul etməsi fenomeni ilə izah edilə bilər, ancaq, güman ki, onlardan hər biri bizim sorğuda iştirak edənlərdən çox da antisemit deyildilər.

Bizim hipotezadan belə bir praqmatik nəticə çıxarmaq olar ki, antisemitizm haqda saxta rasional müzakirələrdən hər vasitə ilə qaçmaq lazımdır. Faktlara əsaslanan antisemit mülahizələri ya təkzib etmək, ya da antisemitizmin formalaşması ilə bağlı psixodinamikanı izah etmək lazımdır.

Lakin “yəhudi problemində” dayanmaq lazım deyil. İndiki dövrdə, insanlar Avropada xalqların məhv edilməsindən sonra “yəhudi problemindən” danışırsa, (yumşaq formada olsa belə) bu nasional-sosialistlərin törətdiklərinə dəstək vermək sayılır.

Qeyd etmək lazımdır ki, birinci olaraq plana subyektiv nöqteyi-nəzər çıxır. Nümunələrimizin seçimi “obyektin” bizim məsələmizdə yəhudilərin xurafatların formalaşmasında oynadığı rolların tədqiqini istisna edib. Biz heç bir halda həmin rolun “obyektə” məxsus olduğunu inkar etmirik, buna baxmayaraq, marağımız yəhudilərə qarşı yönəlmiş reaksiyaların səbəblərinə deyil, hər şeydən qabaq bu reaksiyalara cəmlənib. Bizim antisemit xurafatların yəhudilərin ayaqlarına yazılan xüsusiyyətlərlə az əlaqəli olmaları barədə ilkin fərziyyəmizin əsasında diqqətimizi dindirilənlərin dəqiq bilinən tipinə cəmləmək durur.

Ümumi fikrin məğzi əsassızlığa və inkara köklənmiş və sosial planda öz şəxsi fikrindən yaranan (çox düşünülməmiş) düşmənçiliyin subyekt üçün realistik aspekt almağına kömək edən, reallıqla pozulmuş əlaqənin radikal ifadələrindən, yəni psixozdan uzaqlaşmalı olan obyekt əvəzçisini tələb edir. Öz funksiyasına uyğun olmaq üçün heç bir halda yəhudiləri “qurban” kimi görməyən, düşünülmədən məhv etməyə köklənmiş bu obyekt müəyyən şərtlərə cavab verməlidir. Xurafat kifayət qədər konkret olmalıdır, lakin öz reallığı tərəfindən məhv oluna biləcək qədər konkret olmalı deyil. O, tarixi cəhətdən möhkəmlənmiş olmalı və ənənənin danılmaz elementi kimi çıxış etməlidir.

Xurafat donmuş və yaxşı tanınan stereotiplərdə[4 - Stereotype. Stereotip bir qrup insanın (məsələn bir millət, bir etnik qrup, sosial qrup, dinin davamçıları və s.) hamısının eyni olduğu inancıdır. (tərc.)] müəyyənləşdirilmiş olmalıdır, və nəhayət, əvvəlcədən yaranmış mənfi rəylərin pozucu tendensiyalarına mane olan əlamətlərə malik olmalıdır, yaxud ən azı əlamət kimi qəbul olunan və aydın olmalıdır.

Danılmaz olan budur ki, bütün bu şərtlər həddindən artıq “yəhudi” fenomeni ilə doludur. Bu o demək deyildir ki, yəhudilər yalnız nifrət qazanmalıdırlar, yaxud qarşısıalınmaz tarixi zərurət onları digərlərindən daha çox sosial aqressiyaya ideal hədəf edir. Elə onların bu funksiyanı bir çox fərdlərin ruhi aləmində yerinə yetirə bilmələri kifayətdir.

“Yəhudi fenomeninin” bənzərsiz olmağını yalnız verilmiş tədqiqatın çərçivələrindən kənara çıxan nəzəriyyə daxilində ekskursun köməyi ilə izah etmək olar. Belə bir nəzəriyyə “faktorların” müxtəlifliyini saymazdı, yaxud səbəb kimi spesifik fiqur seçməzdi, böyük ehtimalla, bütün elementlərin öz aralarında möhkəm əlaqəli olduqları qapalı çərçivələr hazırlayaraq, müasir cəmiyyətin tam olmağı nəzəriyyəsinə gətirib çıxarardı.

Əvvəlcə biz antisemitizmin “funksional” xüsusiyyətini, yəni obyektin nisbi müstəqilliyini müəyyənləşdirməyə çalışaq. Sonra kimə lazımdır sualını aydınlaşdıraq: antisemitizm soyuq, yad və çox şeydə anlaşılmaz dünyada oriyentasiya üçün güc sərfi tələb etməyən bir vasitə kimi. Siyasi və iqtisadi ideologiyanın analizində olduğu kimi, burada da stereotiplərin köməyi ilə bu oriyentasiya əldə edilir. Belə stereotiplik arasında mövcud uçurum bir tərəfdən faktiki təcrübə və hələ də qəbul olunan demokratik dəyərlər, digər tərəfdən müsahibələrdə üzə çıxan konfliktli vəziyyətlərə gətirib çıxarır. Sonra biz bu konfliktin həlli sayılan məsələni tədqiq edəcəyik: dərk edilməyən yaxud anlaşılmaz mövhumata malik fərdlə əlaqəli olan amerikan sivilizasiyası mühitində böyümüş antisemitizm fövqəladə vəziyyətlərdə özünü vicdan və rəsmi demokratik dəyərlərdən artıq büruzə verir. Bu antisemit reaksiyaların dağıdıcı xüsusiyyətlərini sübut edir. Bu konfliktin qalıqları kimi müəyyən yəhudi xüsusiyyətlərinə qarşı simpatiya və ya daha doğrusu "bəyənmə" izləri görülür hansı ki, bunlar daha diqqətli müşahidə vaxtı eyhamlar ehtiva edir.

Sonra antiyəhudi fikirlərinin strukturu haqda bəzi spesifik müşahidələrə baxacağıq. Bununla belə, diqqət mərkəzində antisemitizmlə antisemit sosial identifikasiyasının köməyi ilə tanınan müxtəlifliklər var. Antisemit dinamikanın şərhini biz mövhumatla əlaqəsi olmayan fərdin davranışı haqda bəzi qeydlərlə yekunlaşdıracağıq.

Ən axırda söhbət antisemitizmin daha ümumi sosial mahiyyəti barədə olacaq, yəni amerikan demokratiyasının prinsiplərinin inkar edilməsi barədə.




B.

ANTİSEMİTİZMİN “FUNKSİONAL” XÜSUSİYYƏTİ


Bizim güman etdiyimiz kimi “antisemit çıxış nöqtəsini” tələb edən psixi proseslərin dinamikası əslində bu kitabın digər fəsillərində qismən təsvir olunan avtoritar və qiyamçı həvəslərin ambivalentliyidir[5 - Ambivalentlik hər hansı bir insan, hadisə, əşya haqqında eyni vaxtda bir-birinə zidd fikirlər və münasibət bəsləməkdir. (tərc.)].

Burada biz ayrı-ayrı qeyri-tipik, buna baxmayaraq antisemitizmin subyektin psixoloji ehtiyac və meylləri kimi obyektin təbiətindən asılı olmamasını göstərən konkret nümunələri araşdırmaqla kifayətlənəcəyik.

Bəzi hallarda yanlış fikirlərin “funksional” xüsusiyyəti lap aydın görünür. Burada söhbət öz təbiətinə əvvəlcədən yaranan yanlış fikirlə yanaşan, fikirlərinin hansı istiqamətə yönəldilməsi əhəmiyyət kəsb etməyən fərdlərdən gedir. İki nümunə ilə kifayətlənək. 5051 nömrəsini verdiyimiz fərd bütün cədvəllərdə çoxlu sayda bəndlərlə ən yuxarı bal yığan adam kimi lider hesab olunur. O, instinktiv olaraq baş versə də, güclü nəzərə çarpan faşizmə meylliliyi üzə çıxarır. Antisemit kimi yanaşa raq, o, öz fikirlərini müəyyən yarımrasional qeydlərin köməyi ilə yumşaltmağa çalışır.

Bizim 5051 nömrəli subyektə özünün anladığı kimi, nəzərəçarpacaq dərəcədə saxta demokratik ideologiyası və amerikan ideallarının həyata keçirilməsinə saxta cəhdlə aktiv kömək etmək kimi cəhətlər xasdır. O, özünü konservativ fikirləşən fərd kimi deyil, “başlıca liberal” kimi görür: öz müzakirələrində başqa qrupu cəlb edərək, bununla qaradərililərə qarşı öz antisemitizmini və düşmənçiliyini yumşaldır. Öz obyektivliyinin sübutu üçün o ermənilərin adını çəkir, bununla belə sadə antisemit stereotiplərindən asanlıqla istifadə etməyə imkan verən ifadələrdən istifadə edir. Hətta yəhudilərin üzərindən “hiyləgərlik” qınağını götürəndə belə, bu həqiqətdə öz şəxsi qrupunun şöhrətləndirilməsi üçün vasitədir: “onlar bizdən zirəkdirlər” fikri onda nifrət doğurur.

Ön mühakiməlilərin qatı nümunəsi, əgər belə demək olarsa, dənizçilik məktəbi tələbəsi M1225a-nı göstərmək olar. Onun sorğu vərəqində yalnız orta bəndlərin göstərilməsinə baxmayaraq, onunla aparılan müsahibədə “manipulyasiya olunan” antisemitin aydın ifadə olunan xüsusiyyətlərini üzə çıxarır. O, azlıqlar barədə aşağıdakıları deyir:

–İrqi azlıqlar probleminə olan münasibətiniz?

–Mən tamamilə əminəm ki, belə problem var. Güman ki, burada mən qərəzsiz olacam. Qaradərili problemində olduğu kimi. Onlar daha mərhəmətli ola bilərdilər. Onda bu belə bir problem yaranmazdı.

Onun qaradərililərə qarşı aqressivliyi bütün aqressivliklərinin yalnız yəhudilərə qarşı yönəldiyi ekstremist əhval-ruhiyyəli antisemitlərdə müşahidə olunan qəribə üsulla hopdurulmuşdur:

“Bəzən hesab edirlər ki, yəhudilər kütlə cəhətdən ağlara nisbətən daha zirək iş adamıdırlar. Ancaq mən buna inanmıram, bu fikir məndə nifrət yaradır. Yəhudilər yaxşı olardı ki, yaxşı adaptasiya üçün millətlərinin ən pis nümayəndələrini müştərək əmək fəaliyyətində tərbiyə etməyi öyrənərdilər. Həqiqətdə ermənilər yəhudilərə nisbətən qaranlıq bizneslə daha çox məşğul olurlar. Lakin ermənilər o qədər də tanınmış və şöhrətli deyillər. Qeyd edirəm ki, mən bəzi yəhudilərlə tanıyırdım ki, onları hər münasibətdə özümə bərabər sayıram və çox yüksək qiymətləndirirəm”.

Bu E. Ponun yoldan keçənlərin oranqutanın qışqırıqlarını onlara tamamilə tanış olmayan müxtəlif dillərin sözləri kimi səhv başa düşdükləri məşhur “Ryu Morqda ikili qətl” hekayəsini xatırladır. Hamı özünün bilmədiyi başqa bir dildə nə isə eşitdiyini hesab edir. İlkin düşmənçilik reaksiyası öz-özünə nə-isə “murdar” kimi qəbul olunan özgələrə yönəlib. Yalnız sonra qeyri-müəyyənliyin uşaqlıq qorxusundan qalan bu məqsəd üçün stereotip və uyğun olan müəyyən qrup barədə təsəvvürlərlə “dolur”. “Adam yeyən xoxanın” sevimli əvəzedicisi yəhudilərdir. Lakin öz-özünə instinktiv qorxunun xüsusi obyektə keçməsində həmişə nə isə təsadüfilik var.

O halda yeni faktorlar qismən də olsa, yəhudilərə qarşı olan aqressivliyi uzaqlaşdırar və onu sosial planda başqa qruplara ötürə bilər.

“Mən donanmada heç vaxt qaradərililərlə birlikdə xidmət etməzdim. Məni onların təkcə iyi belə təhqir edir. Əlbəttə, çinlilər də deyir ki, biz qoyun iyi veririk”.

Qeyd etmək lazımdır ki, başqa bir dindirilən özü qaradərili olduğu halda, yəhudilərdən gələn iydən şikayətləndi. Bizim müsahibə apardığımız şəxs şübhəli formada da olsa, qaradərililər barədən müzakirələrlə kifayətlənir.

–Yəhudi problemi ilə bağlı məsələlər nə yerdədir?

–Mən burada ciddi bir problemin olduğunu fikirləşmirəm. Onlar problemli olmaq olmaz, çünki çox hiyləgərdirlər. Onlar yaxşı iş adamıdırlar.

– Bəs onların böyük nüfuzu barədə fikriniz necədir?

– Fikirləşirəm ki, onlar böyük nüfuza malikdirlər.

– Hansı sahədə?

– Ola bilsin ki, film sənayesində.

– Onlar bu nüfuzdan sui-istifadə edirlərmi?

– Həddən artıq tez-tez eşidirsən ki, yəhudilərə kömək lazımdır. Amma heç vaxt digər irq yaxud millətlərin nümayəndələrinin köməyə ehtiyacı olmasını eşitməzsən.

– Onlar kino istehsalında öz nüfuzlarından sui-istifadə edirlərmi?

– Hətta buna yol verilirsə də, bu elə edilir ki, təxərrüş yaratmır.

Həmçinin burada da qaradərililərə qarşı nifrət qiymətləri dəyişəndə antisemit stereotip, ancaq təsviredici olaraq saxlanılır. Bu halda “problem” sözünün təhrif olunmuş halı diqqətəlayiqdir. “Yəhudi probleminin” mövcudluğunu inkar edərək, danışdırılan qəsdən yanlış fikirli fərdlərin tərəfini saxlayır, lakin “çətinliklərin olması” kimi ifadələri birləşdirərək və yəhudiləri “həddən artıq hiyləgər” sayaraq, özü də bilmədən neqativ münasibətini üzə çıxarır. “Biclik nəzəriyyəsinə” əsasən, onun yəhudilər haqda dedikləri danışdırılanın ambivalentliyini göstərən rasionalist səslənmə əldə edir: bütün irq nifrəti paxıllıqdır, lakin o, belə paxıllıq üçün əsası olmasına demək olar ki, əmindir. Məsələn, o alman sənayesinə nəzarət edən yəhudilər haqda mifi qəbul edir. Bu müsahibə bizim etnosentrizm[6 - Ethnocentrism. Öz milli mədəniyyətinin digər bütün milli mədəniyyətlərdən yaxşı olduğunu düşünmək tərzi (tərc.)] barədə olan fikirlərimizin istiqamət müxtəlifliyini göstərir. Hətta antisemitizm və qaradərililərə aid düşmənçilik arasındakı mütənasibliyin (müsahibəmizdə və sorğularımıza cavablarda eyni sayda üzə çıxan fakt) yüksək dərəcəsində belə, xurafatların yeganə kompakt kütlə təşkil etdiyini demək olmaz. Milli azlıqlara aid düşmənçilik fikirlərini qəbul etməyə hazırlığın olmasını az və ya çox dərəcədə vahid əlamət kimi nəzərdən keçirmək olar. Buna baxmayaraq, sorğuda iştirak edənlərə fikirlərini tez-təcili izah etmək imkanı veriləndə, onda hər hansı milli azlıq xüsusi nifrət obyekti kimi başqalarından artıq çıxış edir.

Bu fenomeni, artıq dəfələrlə qeyd olunduğu kimi, təqib etmə maniyası[7 - Psixologiyada “persecution mania” olaraq bilinir, hər bir adamın başqalarının onu əzmək istədiyi qorxusu və pis vəziyyətə görə başqalarını günahlandırmasını nəzərdə tutur (tərc.)] ilə müqayisə edərək, antisemitizmə aid çoxlu struktur xüsusiyyətlərini aşkar edərək, izah etmək olar. Əgər paranoik[8 - Paranoid. Heç bir əsas olmadan davamlı olaraq insanların sizə zərər vurmağa çalışdığını və ya sizi xoşalmadığını düşünən. Psixologiyada mental nasazlıq hesab olunur. (tərc.)] şəxs ümumi nifrətlə silahlanıbsa, onda o, öz düş mənini əsassız olaraq tutmağa, onun fikrini oyadan müəyyən fərdlərin sakitliyini pozmağa meylli olur: bir sözlə o, neqativ mənada aşiq olur. Bunlar potensial faşist üçün də xarakterikdir. O, sosial saxta reallığın formalaşdırılması üçün lazım olan müəyyən və konkret antikateksisi[9 - Mental enerjinin eqo tərəfindən xoşlanılmayan və istənməyən impulsların şüura daxil olmasını əngəlləmək üçün istifadə etməsi (tərc.)] nə qədər tez inkişaf etdirsə də, o, adətən ancaq müəyyən obyektə bağlılığı olmayan aqressivliyi təyin edə və güman olunan tədqiqatın digər obyektlərini rahat buraxa bilir. Şübhəsiz, bu prosesləri dindirilənə “özünü azad ifadə etməyə az imkanlar yaradan” sorğu vərəqi vasitəsilə deyil, müsahibə gedişində müşahidə etmək asan olardı.

Əlavə etmək lazımdır ki, bizim seçimimizdə iştirak edənlər yəhudilərlə yanaşı başqa etiraz obyektləri, məsələn, meksikalıları və yunanları tapırlar. Sonuncular, ermənilər kimi, adətən yəhudilər tərəfindən assosiasiya yaradan xüsusiyyətləri səxavətlə bölüşürlər.

Antisemitizmin funksional xüsusiyyətinin digər aspektini xatırlatmaq yerinə düşərdi: biz tez-tez digər azlıqların antisemit xüsusiyyəti daşıyan reaksiyalara malik dəqiq “konformist”[10 - Çoxluq tərəfindən qəbul edilən tərzdə hərəkətləri edən, baş əyən (tərc.)] meylli nümunələr ilə görüşürük. Müxtəlif “yad” qruplarda[11 - Bu tədqiqatın daha əvvəlki hissələrində “daxili qrup” və “xarici qrup” anlayışları sosioloji deyil, sosiopsixoloji mənada istifadə edilir. Kitabda bu terminlər fərdin rəsmi olaraq üzv olduğu qrupu deyil, özünü üzvü kimi gördüyü (daxili) və özünə yad kimi gördüyü (xarici) qrupları izah edir. (tərc.)] həmrəyliyin heç izi də yox idi: bundan əlavə, öz sosial statusunu daha parlaq nümayiş etdirmək üçün “yükünü” başqalarının üstünə atmaq, başqa qruplara qarşı şübhə yaratmaq bir qayda halını almışdı. Məsələn, əslən meksikalı olan və qorxu fobiyasından əziyyət çəkən psixonevrotik bir subyekt Meksika mənşəli amerikalı olaraq, özünü “ağ” sayır və hesab edir ki, “biz onlardan yaxşıyıq”. Xüsusilə qaradərililəri, ən çox isə yəhudiləri sevmir. O, qaradərili və yəhudilərin eyni olduğunu hesab edir və onlarla əlaqəli heç nə istəmir. Ziddiyyətlərlə dolu olduğundan, təəccüblü deyil ki, danışdırılan həqiqətən yəhu diyə aşiq olsaydı, ona evlənə bilərdi. Digər tərəfdən, o, qaradərililəri və yəhudiləri nəzarətdə saxlayar və əlində olsa “onların əsl yerini” göstərərdi.

Müxbirin fikrincə, 5068 nömrəsini verdiyimiz nümunə özünü italo-amerikalı hesab edən Amerikada ikinci nəslin kifayət qədər geniş yayılmış tiplərindəndir. Onun fikirləri faşist siyasi oriyentasiyasına malik olub, paranoik fantaziyaları ilə boyanmışdır. O, italyan mənşəlidir və I Dünya müharibəsi vaxtı təbəəliyə alınıb. Həddən artıq öz kökü ilə fəxr edir, Mussolinin fəaliyyətinin ilk illəri dövründə uzun müddət italo-amerikan təşkilatları ilə aktiv əməkdaşlıq edib. İndiyədək əmindir ki, İtaliya ilə müharibə böyük səhv idi. Digər azlıqlarla müqayisədə o, kifayət qədər şəxsi fikirlərinə üstünük verir. Onun duyumuna görə, meksikalılar italyanlarla oxşardırlar, əgər onlar daha yaxşı tərbiyə olunsaydılar, hər şey əla olardı. Lakin hal-hazırda onun fikrincə, onların hələ də yaxşı tərbiyə almağa ehtiyacları vardır. O, hesab edir ki, yaponlara Kaliforniyada normaldan daha qatı münasibətlə yanaşılırdı və davranışı şübhə doğurmayanlara tədricən vətənlərinə qayıtmağa icazə verilməlidir. Qaradərililərə qarşı münasibəti gərgin sayır. Onun sözlərinə görə, ilk növbədə qarışıq nikahlara aid lazımi qanunlar çıxarmaq, həmçinin yaşamaq mümkün olan yerdə “ayrıcı rəngli xətt” çəkmək lazımdır. Deyilənlərə baxmayaraq, qaradərililər Cənubda “ən xoşbəxt” sayılırlar. Yəhudilərlə bağlı xoşagəlməzliklər onların kommunist olmağı və bu səbəbdən də təhlükə yaratmaları ilə bağlıdır. Onun yəhudilərə qarşı şəxsi münasibəti həmişə yaxşı olmuşdur. İşgüzar sferada, onun dediklərinə görə, onlar “dələduzdurlar” və bir-birinə dayaq olurlar. O, hesab edir ki, bu problemin həll olunması üçün “yəhudilər özləri özlərini tərbiyə etməlidirlər”.

Yəhudilərin bir olmağı qeyri-yəhudilərin onların haqqında yanlış fikirdə olmalarından daha çox, onların yəhudi olmayanlar barəsində pis fikirdə olmalarını göstərir. Bu nümunə bir tanış barədə uzun hekayəni misal gətirir, hansı ki, yəhudi qadınla evlənərək, yəhudi ailəsində yaşayıb və onlarla eyni qabdan yeməyə haqqı olmayıb.

İspan-qaradərili mənşəli açıq homoseksual meylliliyini büruzə verən 5052 saylı antisemiti sonra xatırlayarıq. O, gecə klubunun sahibidir və müxbir onun barəsində təəssüratlarını ifadə edir, bu insanın nə demək istədiyini izhar edir: “Mən qaradərili deyiləm, mən gecə klubunun sahibiyəm”.

Sonda, bir türklə müsahibəni göstəririk, amma onun yüksək intellektuallığının gücünü mətnə daxil etməmişdik. Onun özünün yəhudi olmağı aydın olana qədər bu insan güclü antisemit hücumlar etdi. Azlıq qruplarında və yəhudilərin arasında antisemitizmin bütün kompleksi özü-özlüyündə ciddi problemdir və xüsusi tədqiqə ehtiyac duyur. Materiala ötəri nəzər saldıqda belə, sosial cəhətdən sıxışdırılanlar çox vaxt özlərini həmtayfaları ilə bağlamaqdansa, təzyiqi başqalarının üzərinə ötürməyə üstünlük vermələri aydın olur.




C.

XƏYALİ DÜŞMƏN


Fikirlərin bir obyektdən digərinə ötürüldüyünü antisemitizmin “funksionallıq” xüsusiyyətinə və nisbi yüngüllüyə aid misallarımız göstərir. Güman etmək olar ki, verilmiş fərziyyə stereotiplik, təcrübə əldə etmək qabiliyyətini olmaması, proyeksiya mexanizmi[12 - Kitabda “proyeksiya mexanizmi”, “proyeksiya”, “əks etdirmə” sözləri eyni mənanı verir vəöz hisslərini, fikirlərini, münasibətlərini başqa insanların (əksər vaxt da subyektlərin) ayağına yazmaq deməkdir.] və möhtəşəmlik barədə fantaziyalar kimi kanonik kateqoriyalarla əlaqəlidir.

Bu ya aşkarca ziddiyyət təşkil edən, ya faktlara uyğun olmayan, ya da açıqdan-açığa xəyali xarakter daşıyan mülahizələrlə təsdiqlənir. Antisemitin adi “ziddiyyətləri” reallıqla bəslənən müxtəlif münasibətlərə toxunması və onun tam dünyagörünüşü ilə hələlik uyğunlaşdığına görə biz aşağıda fantaziyaların konstruksiyalarının sübutu ilə məşğul olacağıq. Onlar adi həyatda elə geniş yayılıblar ki, antisemitizm üçün mahiyyətlərinin əlavə şərhə ehtiyacı olmur, bizim tədqiqatda onlar yalnız işıqlandırılır. Bu fantaziyaların yalnız stereotiplər reallıqdan tam olaraq ayrıldıqda və “vəhşicəsinə dolaşdıqda” yarandığını demək olar. “Azadlığa çıxmış” stereotiplər mənasız təhriflər yarandıqda yenidən reallığa qayıtmaq məcburiyyətində qalırlar.

Stereotip fantaziyalar haqda topladığımız misallarda söhbət təsadüfi olaraq tapılan düşmənə aid edilən həddindən artıq möhtəşəmlik haqda təsəvvürlərdən gedir. Nisbi zəiflik və onun zənn edilən qaranlıq mütləq hakimiyyəti arasındakı uyğunsuzluq özü burada əks etdirmə mexanizmlərinin fəaliyyət göstərdiyini büruzə verir.

Əvvəlcə eyni vaxtda abstrakt formada tam olaraq yad qrupa əks olunan hər tərəfli fantaziyaları şərh edən bir neçə misal gətirəcəyik, sonra isə belə ideyaların istifadəsinin necə paranoik fobiyalar həddində olan real təcrübəyə apardığını göstərəcəyik.

5054 bütün şkalalara görə kifayət qədər yuxarı bal toplayan ortayaşlı qadındır. O, çox işgüzar adamdır və “avtoritar tip” kimi xarakterizə olunur. O, həmişə “digər tərəfi də görməyə” və “hər iki tərəfin fikirlərini başa düşməyə” çalışdığını deyir. Özünün istisnalar etməyə hazır olduğu halda səbirli olmasını yəhudiləri qatı düşmən adlandıran və onların hamısına istisnasız nifrət edən həyat yoldaşı ilə konfliktdə olmağı ilə əsaslandırır. Onun münasibətinin məğzi aşağıdakı formada qeyd olunmuşdur: o, hesab edir ki, irq nəzəriyyəsinin tərəfdarı deyil, lakin fikirləşir ki, yəhudilər çox dəyişə bilməzlər, əksinə, onlar “daha aqressiv olacaqlar”. O, həmçinin əmindir ki, “onlar sonda, biz istəsək də, istəməsək də, ölkəmizə yiyələnəcəklər”.

Yəhudilərin siyasətə və iqtisadiyyata olan hədsiz təsiri barədə yayılmış stereotip təhlükəli dünyəvi hakimiyyət haqda iddialara qədər şişirdilir. Müsahibə verənlərin ətraflı izah verməyə cürət etməmələrinə baxmayaraq, bu kateqoriyanın qarşısını alma tədbirlərinin onların təqib etmə ideyalarından az totalitar olmamasını başa düşmək çətin deyil.

Analoji olaraq, “qarışıq” tipin şərhi üçün seçilmiş müsahibə verən 5061a-nın fikirlərini göstərmək olar. O, E şkalasında orta, F və PEC[13 - Tədqiqatda istifadə olunan, subyektin iqtisadi və siyasi fikirlərini öyrənən hissə (tərc.)] şkalalarında əsasən aşağı bal yığan, lakin müsahibənin nəticələrinə əsasən aydın görünən etnosentrik tipə aiddir. Onun qüdrətli yəhudilərə aid fantaziyaların canlılığı intiqam hissinə ekvivalent intensivlikdə söylədiklərində görünür.

O, “yəhudilərə qarşı münasibətimi xoşagələn saymaq olmaz” deyir. Aydınlıq gətirməsini xahiş etdikdə, o, konkret misallar gətirə bilmədi. Lakin yəhudiləri o, belə xarakterizə edir: “onlar özlərini elə aparırlar ki, elə bil, hamıya sataşmaq istəyirlər, onlar aqressivdirlər, əlbirdirlər, pul hərisidirlər. Yəhudilər demək olar ki, ölkəni zəbt edirlər. Onlar hər yerə soxulurlar. Xeyr, onlar o qədər də zirək deyillər, amma hakim mövqe tutmaq üçün hər şey edirlər. Hamısı da eyni cürdür”. Başqa xalqlarda olduğu kimi, yəhudilərdə də müxtəliflik olmasını fikirləşdiyini soruşduqda o cavab verdi: “Xeyr, belə fikirləşmirəm. Güman edirəm ki, nə isə onları əlbir olmağa və hər şeyi ələ almağa can atmağa məcbur edir. Yəhudilər arasında mənim dostlarım var və mən onlara dost münasibət göstərməyə çalışıram, lakin axır-əvvəl onlar aqressiv və xoşagəlməz insan olduqlarını göstərirlər…”. Fikirləşirəm ki, faiz nisbətində lap pis yəhudilərin sayı, pis yəhudilərin sayından çoxdur. Həyat yoldaşımın da bu problemə münasibəti eynidir. Elə mən də onun kimi fikirləşirəm. Hitlerin bir çox xüsusiyyətləri onun xoşuna gəlmir, amma o da Hitlerin yəhudilərə etdiklərini düzgün sayır. Onun fikrincə, biz öz ölkəmizdə çox geri gedəcəyik, buna görə də nə isə etmək lazımdır”.

Hərdən dəqiq olaraq, yəhudi hökmranlığı barədə fantaziyaların əks etdirmə (proyeksiya) aspekti görünür. Yarımçıq dərk edilən istəkləri olanlar qüvvələrin demokratiyasını və hökmranlığını dəf etməyə ümid edirlər, onu antidemokratik adlandırır və güman edirlər ki, onun yeganə şansı demokratik hüquqlara riayət etməkdir.

5018 32 yaşlı kişidir. Bütün şkalalar üzrə yuxarı bal toplamış bu dəniz artilleriyasının keçmiş serjantı bəzi paranoik xüsusiyyətlərə malikdir. O bilir ki, “yəhudiləri irq hesab etmək olmaz, amma onların hamısı eynidir. Onlar böyük hakimiyyətə malikdirlər, lakin bunun günahını mən özümüzdə görürəm”. Sonra o, aydınlaşdırır: o yəhudiləri işgüzar sferadan qovaraq, onlarla hesablaşa bilərdi. O, güman edir ki, onun kimi anlayanlar işgüzar praktikada yəhudilərlə rəqabət apara və yəqin ki, onları orada sıxışdıra bilərdilər, lakin bununla belə, əlavə edir: “onları yaxşı olardı ki, bir-birini incitmək üçün Fələstinə göndərərdilər. Mənim onlarla bir qədər ünsiyyətim olub. Onlardan bəziləri yaxşı əsgər idi, ancaq çoxu yox”. Müsahibə verən qeyd edir ki, problemləri əzgin demokratik metodları ilə həll etmək mümkün deyil, belə ki, “yəhudilər demokratiyada iştirak etməyəcəklər”.

Zəif demokratik metodlar haqda mənfi rəylər bir səslə bu danışdırılanın antidemokratik hisslərini aydınlaşdırır: yəhudilərin demokratik əməkdaşlığı olmayanda qınağın mövcudluğu görünür və bu sadəcə rasionallaşdırmadır[14 - Haqq qazandırma].

Yəhudilər barədə qeyri-real təsəvvürlərin daha bir aspektini xatırlamaq pis olmazdı. Bu yəhudilərin “hər yerdə” olmağı barədədir. Bəzən yəhudilərin hökmranlığı fikri onların hər yerdə olmağı ideyası ilə əvəzlənir, ola bilsin ki, reallıqda yəhudilərin hər hansı “hökmranlığının” təsdiqlənməsi mümkün olmadığından fərd təqib olunan şablon ideyalar üçün təhlükəli sirli hər yerdə mövcudluq ideyasında başqa “çıxış nöqtəsi” axtarmalı olur.

Bu aspekt digər psixoloji məqam ilə əlaqədardır. Fərd maksimal dərəcədə öz qrupunun mütləq formada haqlı olmağı ideyasına inanır; o, bu ideyaya uyğun olmayan heç bir şeylə razılaşmır və onu yəhudilərin öhdəsinə buraxır.

Yuxarı bal yığanlar çox güman ki, bütün “gəlmələri” görməyə gözləri olmadığından, və nifrət etdiklərini birdəfəlik olaraq, yaddaşlarından silmək haqları olduğuna əmindirlər, belə ki, onların fikrincə, belə adamlardan başqa yolla can qurtarmaq mümkün deyil. Aşağıdakı yəhudilərin hər yerdə olmağı barədə ideyanın şəxsi təcrübəyə ötürülməsi misalı şablon iddiasına yaxınlığını göstərir.

6070 E şkalası üzrə orta bala malik 40 yaşlı qadındır və yəhudilər barədə kəskin fikir söyləyir:

“Mən yəhudiləri sevmirəm. Yəhudilər daima şikayət edirlər. Onlar burada bizim hakimiyyəti öz əlinə alır. Çox aqressivdirlər. Onlarda bütün nöqsanlar cəmlənib. Keçən yay məşhur musiqiçi X ilə rastlaşdım. Onu yaxından tanımasam da, ailəsinin buraya gələ bilməsi üçün məndən zaminlik imzalamağı xahiş etdi. Sonda mən bu işdə ona etiraz etdim və izah etdim ki, ölkəmizdə yəhudiləri görmək istəmirəm. Ruzvelt ilk olaraq yəhudiləri hakimiyyətə qəbul etməyə başladı və bu da hazırki çətinliklərimizin əsas səbəblərindən biridir. Yəhudilər hərbi xidmətə götürüldükdə onlarla xüsusi tərzdə davranışa nail oldular. Mən yəhudilərin amerikan üsulu ilə ideal ayrıseçkiliyin tərəfdarıyam, amma Hitlerin etdikləri ilə razı deyiləm. Hamıya məlumdur ki, kommunistlərin arxasında yəhudilər durur. Bu X mənin başımı lap xarab etdi. Onu öz klubuma qonaq kimi dəvət etməkdə böyük səhv etdim. O, oraya dəvətli olmayan 10 yəhudi ilə gəldi. Onlar olan yerdə yalnız xoşagəlməzliklərə üzləşirsən. Əgər onlar biri harasa soxulursa, özü ilə daha ikisini gətirir, bu ikisi isə əlavə olaraq, daha ikisini”.

Bu sitat təkcə “yəhudilər hər yerdədirlər” tezisinin izahı ilə nəzərə çarpmır. Burada yəhudilərin zəifliyi onların “müntəzəm ah-vayı”nı əlçəkməməzlik ifadəsi ilə əvəz olunur.

Vətənini tərk etməyə məcbur olan qaçqın bütün dünyaya yayılmağa çalışan dəvətsiz qonağa bənzəyir və bu təsəvvürün təqib etmə faktının özündə kök salacağından uzağa getməyəcəyi təxmininin mövcudluğu düzgün başa düşülə bilər.

Bundan başqa, bu fikir “neqativ vurğunluq” adlandırılan ifrat antisemitin ambivalentliyini doğurur. Sorğulanan, şübhəsiz, məşhur musiqiçinin adına görə onu öz klubuna dəvət edib, buna baxmayaraq, bu əlaqədən, onu müəyyənləşdirdikdən sonra öz aqressiyasını şəxsləndirmək üçün istifadə edib.

Yarı-psixi çılğınlıq və vəhşi antisemit fantaziyalarının qarşılıqlı əlaqəsinin daha bir misalı kimi, 5004, F şkalası üzrə yuxarı, E və PEC şkalalarına əsasən orta göstəricilərə malik 26 yaşlı qadını göstərmək olar.

Yəhudilərin dini barədə suala o, qədim təsəvvürlərin “məşumluq” haqqında olan cavabını verir: “mən bu haqda çox az bilirəm, amma sinaqoqa girməyə cürət etməzdim”. Bu fikri aşağıda göstərilən nasional-sosialist vəhşiliyi haqda sözlərin konteksti kimi qiymətləndirmək olar. “Almanların yəhudilərlə davranmaları haqda xüsusi olaraq, peşmançılıq çəkmirəm. Fikirləşirəm ki, yəhudilər həmin hərəkəti eynən mənimlə də edə bilərdilər”. Təqib barədə fantaziyalar, yəni yəhudilərin ona edə biləcəkləri haqda olan təsəvvürlər nasional-sosialist soyqırımın bəraəti kimi paranoik tərzə çevrilir.

Bizim son misallarımız təcrübənin donmuş qəlib prizması vasitəsilə ortaya çıxan təhriflərə aiddir.

М732с, bütün şkalalar üzrə yuxarı bal toplayan, qaradərililər kimi, yəhudilər haqda təhrif olunmuş fikirləri olan keçmiş müharibə veteranıdır.

“Qaradərilinin adi avtomobillə gəzdiyi heç görünmür, bu ya “Pakkard”, ya da “Kadillakdır… və onların geyimi həmişə nəzərəçarpan olur. Onlarda diqqəti özünə cəlbetmə tendensiyası mövcuddur. Qaradərili ciddi qəbul edilməyini hiss etdiyindən, diqqəti cəlb etməyə can atır. Hətta bunu etməyə imkanı olmasa belə, o, sadəcə lovğalanmaq üçün özünə bahalı avtomobil alacaqdır”. Sorğulanan onun sinfində ən ağıllı şagirdin qaradərili qız olduğunu bildirir və qızın müvəffəqiyyətini, onun fikrincə, qaradərili mənşəli olmağı ilə əlaqədar anadangəlmə natamamlıq kompleksini təqlid etməsinin yüksək kompensasiyası kimi təsvir edir.

Qaradərililərin “Kadillak”a münasibətləri barədə iddialar özü hər şeyi izah edir. Tələbə haqqında edilən qeydlər şəxsi formada düşmən stereotipliyinə aid olan aspektin qaçılmazlığını göstərir.

Qaradərililər haqda qabaqcadan rəy çıxarmış insan üçün qaradərili “axmaq məxluqdur”; əgər onun qarşısına çox zəhmətkeş qaradərili çıxarsa, onda bu xüsusiyyət özünü göstərmək üçün edilmiş sayılır və qaydanı təsdiqləyir. Qaradərilinin görünüşü və nə etdiyinin fərqi yoxdur, hər bir halda ona olan münasibət neqativ olacaqdır.

Yəhudi “problemi” üzrə sorğulanan aşağıdakıları deyir:

“Ümumiyyətlə, onlar bacarıqlı və hiyləgər kommersantdırlar- onlar haqqında yalnız bunu deyə bilərəm. Onlar ağdırlar, bu bir işdir… Əlbəttə, onların həmişə yəhudi instinkti vardır, mən eşitmişəm ki, onlar biznesi instinktiv olaraq, hiss edirlər… Mənə elə gəlir ki, yəhudilər daha çox yaltaqdırlar, məsələn, yəhudi bərbər müştərini kürsüyə mütləq hər hansı üsulla əyləşdirir”.

Sorğulanan burada yəhudilərin özlərinə məxsus mistik təsiri haqda fantastik təsvir verir… “Onlar qeyri-adi dərəcədə hiyləgərdirlər və onlarla rəqabət aparmağın demək olar ki, mümkün deyil”.

Görünür, bərbər barəsində olan bu əhvalat əvvəlcədən baş vermiş uşaqlıq düşüncəsinin reqressiyasıdır.

F359 hökumət büdcəsində rəhbər vəzifə tutan 48 yaşlı mühasib qadındır. Müxbirin fikrincə, bu qadının mədəni və savadlı olmasına baxmayaraq, irqi münasibətlərin praktik sferasına aid söhbət açılan kimi, özünü eyni zamanda bayağılıq üçün arena rolunu paranoik əhvalatlarını söyləməkdən saxlaya bilmir. O, E şkalasında yuxarı, lakin F və PEC şkalalarında isə aşağı bal toplayıb. Onun təhrif edilmiş təsəvvürləri həm qaradərililərə, həm də yəhudilərə aiddir. Sorğulanan bunun çox ciddi problem olduğunu hesab edir və güman edir ki, vəziyyət getdikcə daha da pisləşəcəkdir.

Onun fikrincə qaradərililər daha da korlanacaqlar. O, Vaşinqtondakı davanın şahidi olub, orada atəş açırdılar. O, tramvayın şüşələrini necə sındırdıqlarını görüb; bir ağdərili qaradərililər üçün nəzərdə tutulmuş kupeyə girmək istədikdə, atışma başladı. Ağdərili yerə uzanmağa məcbur olmuşdu. Axşamlar o, küçəyə çıxmağa qorxurdu. Bir dəfə, qaradərililərin mərasimləri vaxtı onlardan kimsə onu səkidən itələməyə cəhd etmişdi. Onlardan onu itələməmələrini xahiş etdikdə, ona elə utanmazcasına baxmışdılar ki, o, indicə səs-küy qalxacağını düşünmüşdü. Onun bələdçisi deyirdi ki, “gəl qırağa çəkilək. Yoxsa qarışıqlığa səbəb olarıq”. Onun tanışı deyib ki, qulluqçudan çərşənbə axşamı işləməyi xahiş etdikdə, qız razılaşmayaraq, “bu gün itələmə günüdür, ağdərililəri səkidən itələyirik”. Los-Ancelesdən olan başqa rəfiqəm demişdi ki, heç vaxt qulluqçusuna tozsoranla işləməyə icazə verməsin, yoxsa qulluqçu bu tozsoranla elə bir qızğınlıqla işləyəcək ki, sanki onu parçalamaq istəyir. Bir dəfə o, qızı belə bir məşğuliyyət vaxtı tutmuşdu: o, bir alət lə tozsoranı qurdalayırdı. O, qızdan bunun nə demək olduğunu soruşanda, qız “mən onu sadəcə təmir etmək istəyirdim” deyib. “Onlar ağdərililərdən qisas almaq istəyirlər. Onlar bərabər hüquqları vermək olmaz. Onlar buna hələ hazır deyillər; əvvəlcə onları tərbiyələndirmək lazımdır. Sorğulanan teatr və ya restoranda qaradərili ilə yanaşı oturmaq istəməzdi. O, qaradərili ev müdirinə “mister” deyə müraciət edən satıcının əhvalatını danışdı. Bunu etmək olmaz, sonra onlar deyərlər ki, “biz də ağdərililər kimiyik”.

– Nəticə nə olacaq?

– Məncə, qarışıqlıq olacaq. (O, hesab edir ki, davalar canlana və qan tökülə bilər.)

– Yəhudilər haqda fikirləriniz nədir?

– Məncə onlar da günahkardırlar. Öz kommersiya işlərində onlar sadəcə vicdanlı ola bilmirlər, onlar hiyləgər olmalıdırlar, iş məsələlərində vicdanlılıq onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

– Bəs sizin şəxsi təcrübəniz necədir?

O, bir tanışının başına gəlmiş hadisəni danışdı. O, fotoşəkillərlə maraqlanırdı və sələmçidən bir neçə köhnə şəkil almışdı. Bir dəfə o, orada olanda süni diş protezi olan bir qadın yaxınlaşdı. Ona dedilər ki, protez elə də qiymətli deyil (baxmayaraq ki, protezin tərkibində qızıl var idi). Sonda yəhudi ona protez üçün bir neçə dollar verdi. Qadın çıxıb gedən kimi o, yanındakı kişiyə dedi: “o, heç bilmirdi ki, protezin tərkibində platin var”. Başqa sözlə, protez onun qadına verdiyi məbləğdən bahalı idi. Sorğulanan qadının tanışını isə aldatmaq mümkün olmayıb, çünki o, yəhudiləri tanıyırdı və onların yalanının üstünü açdı.

Mədəniyyətlərarası münasibətlərin yaxşılaşdırılması üçün daha məqsədəuyğun vasitəsi kimi çox vaxt müxtəlif qruplar arasında şəxsi əlaqələri gücləndirmək təklif olunur.

Konkret hallarda belə görüşlərin əhəmiyyəti antisemitizmlə iddia edilməli olmadığı halda, ən azı xurafatların ifrat formalar aldığını aşağıdakı bölmənin misalları göstərir. Əslində stereotip və təcrübə arasında uçurum yoxdur. Stereotip əşyaların təsnifatının rahat olmağı üçün süni üsuludur. Lakin bu tendensiya nəticəsi olduğu şüursuz təhriflərin gizli mənbəyindən qi dalandığına görə yalnız reallığa baxışın köməyi ilə düzəltmək mümkün deyil. Təcrübənin özü stereotip tərəfindən formalaşıb. Azlıqların problemi barədə burada göstərilən fərdlər özlərinə məxsus bir həlledici xüsusiyyətə malikdir. Hətta onları stereotiplərdən daha uzaq azlıqlar qrupunun nümayəndələri ilə tanış etsək belə, onlar bu nümayəndələrə stereotiplərin prizmasından nəzər salacaqlar və onları qəbul etməyəcəklər. Çünki belə tendensiyaya həqiqətən “fantaziyalara meylliliyi” olan şəxslərdə rast gəlindiyinə görə (axı yəhudi kompleksi daha çox qanuniləşmiş psixotik təhriflərin tanınmış azad zonasıdır) təcrübə toplaya bilməmək qabiliyyətini yalnız burada təsvir edilmiş fərdlərlə məhdudlaşdırmaq lazım deyil, onu nisbətən az nəzərəçarpan hallarda müşahidə etmək olar. Şəxsi kontaktların səmərəli fəaliyyətinə münasibət üzrə optimizm yersiz sayılır. Stereotipləri təcrübə ilə “düzəltmək” mümkün deyil.

Əvvəlcə tam, kliniki mənada “pisxassəli” sayılan təsəvvürlərin inkişafına mane olmaq üçün təcrübənin əldə olunması bacarığını bərpa etmək lazımdır.




D.

ANTİSEMİTİZM NƏYİ GÖSTƏRİR?


Psixoanalizin başlıca hipotezası aşağıdakı kimi səslənir: simptomlar yalnız fərdin psixi təsərrüfatında xüsusi funksiyanı yerinə yetirəndə məna kəsb edir. Verilmiş hipotezaya uyğun olaraq, onları bir qayda kimi sıxışdırılmış instinktlərin əvəzedici məmnunluğu yaxud onlardan qoruyucu mexanizm kimi nəzərdən keçirmək lazımdır.

Əvvəlki mülahizələr antisemit mexanizmlərin və fikirlərin irrasional aspektini aşkar ediblər. Lakin söhbət nevroz mexanizmləri əsasında izah edilməsi çox çətin olan simptomlardan gedir. Antisemit isə özünü potensial faşist kimi nümayiş etdirərək, psixopat[15 - Psychopath. Başqa insanların hisslərini əhəmiyyət verməyən və adətən də çox təhlükəli və şiddətli olan ruhi xəstə (tərc.)] olmaqdan çıxarır. İrrasional simptomun qaydaları pozmayan, lakin aşkar edilən şəxslərdə son nəzəri izahı bu tədqiqatın çərçivələrindən kənara çıxır.

Amma hesab edirik ki, bu sualı verməyə hüququmuz çatır: kimə lazımdır? Fərdin həyatında mövcud olan antisemit düşüncə hansı məqsəd daşıyır?

Bu sualın qəti cavabını stereotipləri onların səbəbləri, yaranmaları və kök salmaları ilə birlikdə tədqiq edərək, tapmaq olar.

Belə cavabı tapmaq üçün biz əvvəlki fəsillərdə[16 - “Personality as revealed through clinical interviews” A.R., II hissəyə bax.] qeydlər etmişik. Burada biz nisbi olan səthi “mən” təbəqəsi ilə kifayətlənirik və bu sualı veririk: “antisemitizm subyektə onun təcrübəsinin konkret strukturu daxilində nə verir? “

Müəyyən mənada antisemit xurafatları şübhəsiz ki, rasional funksiyalara malikdirlər.

Onlar iqtisadi xarakterli həsəd əsasında yaxud daha varlı azlıqların hüquqlarından məhrum olmağı hesabına varlanmaq arzusundan doğa bilir. Belə vəziyyətdə rasional yanaşma barədə sual çətinləşməsinə baxmayaraq, rasional olaraq, faşist diktaturasına can atan və xurafatları ümumi platforma hesab edənlərin davranışını göstərmək olar. Çünki, görünür, belə diktatura fərdin maraqlarına cavab vermir, əvvəlcədən hazır formulun kollektiv olaraq avtomatik qəbulunu isə rasional adlandırmaq olmaz. Lakin indi bizi başqa aspekt maraqlandırır. Real bazaya malik olmayan və adətən saxta adaptasiya ilə əlaqələndirilən ideyaların tərəfdarı olanda fərdlər daha nədən üstünlük qazanırlar?

Bu suala ilkin cavabı verməzdən əvvəl PEC şkalası üzrə dindirilənlərin sorğularının nəticələrini nəzərdən keçirək. Bu başdan başa sorğulananların təcrübəsindən kənara çıxan sosial mövzulardan söhbət düşəndə yaranan məlumatsızlığı və çaşqınlığıdır. Görünür, reallıqda fərdi qanunlara tabe olan sosial proseslərin obyektivləşməsi çaşqınlıq, qorxu və əminsizliklə müşayiət olunan ayrı şəxsiyyət kimi qəbul edilən fərdin cəmiyyətə mənəvi yadlaşmasına aparır. Bu xoşagəlməz vəziyyətdən çıxış vasitəsi kimi siyasi stereotipləri və şəxsləndirməni, siyasət və bürokratiya haqda şablon təsəvvürlərini qorxunun çaşqınlığının səbəb olduğu ilkin nişanələr və proyeksiyalar kimi izah etmək məntiqə uyğun olardı.

Görünür, oxşar funksiyalar yəhudilərin “irrasional” olduğu xurafatına qulluq edir. Xurafatları ifrat dərəcədə olan fərdlər üçün yəhudilər ən ideal stereotipdirlər. Eyni zamanda başqa “xortdanlardan” daha insan şəkli verilib, belə ki, ixtisas yaxud sosial rolu ilə deyil, var olmaqla müəyyən edilir. Həmçinin tarixi səbəblərə görə belə fərdlər yəhudilərə oxşatdıqları bürokratlara, siyasətçilərə nisbətən “qara adam” funksiyasını öz üzərilərinə götürməyə daha artıq uyğunlaşıblar.

Görünür, yəhudilərin qeyri-adiliyi cəmiyyətin yadlaşmasının öhdəsindən gəlmək üçün ən rahat formul olmuşdur. Baş verən bütün bəlalarda yəhudiləri günahkar bilmək hərtərəfli və tez işıqlandırmağa imkan verən, reallığın qaranlıq tərəflərini izah etməyə kömək edən projektor kimidir. Antiyəhudi fantaziyalar real təcrübəyə nə qədər az uyğun gəlirsə, necə deyərlər, həqiqətin çirkabından nə qədər çox qorunub saxlanılırlarsa, stereotiplərin ətalətinə görə çətinləşən təcrübənin dialektiki səbəbindən yaranmış maneələrə daha az uğrayırlar. Antisemitizm intellektual tarazlığın əldə edilməsinə, antikateksisin və dəyişikliklərə qarşı səylərin qurulmasına kömək edən universal vasitədir.

Çemberlendən Rozenberqə və Hitlerə qədər nəzəriyyəçi-antisemitlər və təşviqatçıların hamısı yəhudilərin mövcud hər problemə açar olmasını iddia edirdilər. Bu təsəvvürün həyata tətbiqi faşizmə meylli fərdlərin söhbətlərindən yaranır. Onların nisbətən çox və ya az işarə etmələri bəzən özünəməxsus qatı fəxri büruzə verir, onlar bu haqda indiyə qədər cəmiyyətdə cavabı açılmamış tapmacanı tapmış kimi danışırlar (bununla belə, bu tapmacanın artıq neçə dəfə açılmasının fərqi yoxdur).

Onlar hərdənbir lovğa-lovğa üstünülüklərini bildirən təbəssümlə sözün əsl mənasında barmaqlarını qaldırırlar; hər şeyə cavab verməyə hazırdırlar, həmsöhbətlərinin qarşısında isə onların baxışlarını dəyişməyə məcbur edə biləcək bütün əlaqələri qırmış vəziyyətdə dayanırlar. Ola bilsin ki, bu özünə əminlik hiss etməyən insanları cəzb edən əminliyin bu tipidir. Məhz öz səriştəsizliyi, özünü itirməsi yaxud özündən xəbərdar olmaması ilə antisemit fərd dərin biliklərə malik müdrik adı qazanır. Onun stereotiplərə haqqındakı kobud təsvirləri nə qədər primitivdirsə, o qədər çox səs toplayır. Çünki, onlar bu kiçiltmənin məntiqinin necəliyini nəzərə almayaraq, mürəkkəb məsələni çox sadə kimi göstərirlər. Amma bu yolla əldə edilmiş üstünlük intellektual səviyyədə qurtarmır. Bu şablon və yanlış düşüncə öz qrupunu yaxşı, yad qrupu isə pis hesab etdiyinə görə antisemitizmə istiqamətlənmiş sxem rasional özünütənqidin hüdudlarını məhv etmə tendensiyaya malik emosional, özünəvurğun məmnunluq verir.

Məhz bu psixoloji alətlərdən müntəzəm olaraq təşviqatçı-faşistlər istifadə ediblər. Ehtimal ki, əgər oxucular və dinləyicilər saxta oriyentasiyaya həssas olmasaydılar, onlar bu alətlərə əl atmazdılar. Bizim vəzifəmiz heç bir halda faşistlərin tərəfdarları sırasına daxil olmayan fərdlərin belə həssaslığını sübut etmək deyil. Biz antisemitizmin öz tərəfdaşlarını cəlb etdiyi saxta biliyin üç mərkəzi bəndi ilə kifayətlənəcəyik. Birincisi, yəhudilərin “problem” yaratmaqları, ikincisi, onların hamısının “eyni” olmağı haqda bəyanat və üçüncüsü bütün yəhudiləri, istisnasız olaraq, belə hesab etmə iddiasıdır.

Yəhudi və qaradərililərin “problem” kimi təsvir edilməsi müntəzəm olaraq xurafatlara uymuş insanlarla müsahibəmiz vaxtı özünü göstərir. Təsadüfi olaraq, tapılmış misalı göstərək və bu arqumentin nəzəri tətbiqini qısaca şərh edək.

Məsələn, 105 hüquqşünaslıq təhsili alan tələbədir və “digər qruplar barədə nə fikirləşirsiniz?” sualına belə cavab verir: “yəhudilər incə məsələdir, əlbəttə, bütün irqi nəzərdə tutmuram, onlar müxtəlifdirlər, yaxşısı da var, pisi də. Ancaq pislərin sayı yaxşılardan çoxdur”.

Elmi sferadan götürülmüş “problem” sözünü müsahibə verən inandırıcı və məsuliyyətli düşünmə təsəvvürü yaratmaq üçün istifadə edir. “Problemi” göstərən şəxs aşkarca dilə gətirmədən şübhəli mövzudan şəxsi məsafəsini bildirir, düşüncələrinə öz aləmində obyektivlik verir. Bu xurafatların əla rasional sübutudur, belə ki, onu şəxsi nöqteyi-nəzəri subyektiv xarakter daşımır, gərgin fikirlərin və yetkin təcrübənin nəticəsidir.

Bu hiyləyə əl atan müsahibə vaxtı sorğulanan sübutların müzakirə formasında saxlanmasına can atır. Guya faktlara əsaslanırmış kimi, iddia edir ki, o, istisnaları deməli və qəbul etməlidir, lakin fərqlər və istisnalar lap səthdə qalır. “Yəhudi probleminin” mövcudluğu tanınan kimi hesab etmək olar ki, antisemitizm ilk qələbəni əldə edib. Bu neytral analizin məqsədi kimi qəbul edilən mənanın özünün ikimənalı təbiəti ilə əlaqədar mümkün ola bilər. Şübhəsiz, yəhudilər və qeyri-yəhudilər arasında münasibətlər sözün obyektiv mənasında problem təşkil edir; əgər söhbət “yəhudi problemindən” gedirsə, onda ton bir balaca qarışır. Obyektivliyin əlaməti olanda yəhudilərin özlərinin yaratdıqları problem, yəni başqaları üçün yaratdıqları problem sakitcə arxa plana keçir. Yalnız bir addım bu nöqteyi-nəzəri (onun şəxsi spesifik, yəni yəhudilərin problematik təbiətinə uyğun) həmin problemin həll edilməli olmağından və əlbəttə ki, onun həllinin demokratik çərçivədən kənara çıxmağından ayırır. Bundan başqa, “problem” öz həllini tələb edir və nə qədər ki, yəhudilərin özlərinə bu problemin markası yapışdırılır, onlar öz hərəkətləri ilə təkcə “hakimlərin” deyil, həm də icraedici orqanların da obyekti olacaqlar. İnsanlar heç onlarda səbəb görmədən, onlarla riyazi vurmanın elementləri kimi rəftar edirlər. Nəticədə “yəhudi probleminin həllinə” çağırış yəhudiləri asanca idarə olunan materiala çevirərək, alçaldılmasını təklif edir.

Milli təbliğatın və milli örnəyin sayəsində cəmiyyətin şüuruna dərin yeridilmiş “problem” haqda təsəvvür həm də yuxarı bal yığanların müsahibəsində rast gəlinir, lakin o, bir qayda olaraq, qəti etiraz formasını alır. Fərqli fikirli fərdlər ifadənin obyektiv, “sosioloji” mənasını bərpa etməyə çalışırlar, bununla belə “yəhudi probleminin” həqiqətdə qeyri-yəhudilərin problemi olmasını iddia edirlər.

Amma sözün təkcə fərqli fikirli fərdlər tərəfindən işlənməsi, E şkalası ilə aşağı, lakin F və PEC şkalaları üzrə yuxarı bal toplayan 5047 nömrəli sorğulananın etdiyi kimi məşhur ambivalentliyi və hətta laqeydliyini göstərir: “bəli, mən hesab edirəm ki, yəhudi və qaradərili problemi mövcuddur. Ancaq güman edirəm ki, mahiyyət etibarilə, bu bir çoxunun problemidir”. Sorğulanan hesab edir ki, günah keçisi axtarmağa ehtiyac qalmaması üçün savadsız kütlənin tərbiyəsinin və iqtisadi münasibətlərinin təkmilləşdirilməsinə fikir vermək lazımdır. Bütünlükdə onun dedikləri düzgün məsələni təmsil edir, antisemitizm və qaradərililərə qarşı ayrıseçkilik barədə o ayrıca danışır. Lakin onun problemi analiz etməsi, həmçinin onun özünəməxsus tam akademik üsullu tendensiyası bu oğlanın özünün çıxış larına əminliyinin olmaması və sadəcə şifahi şablon biliklərdən istifadə etməsini göstərir.

Elə “problem” ifadəsinin özü qərarların ancaq münaqişə üçün lazım olan vaxtlarda demokratik güzəşt modeli izləyirmiş və həddindən artıq sadəlövh ədalət fikrini nəzərdə tuturmuş kimi görsənir.

“Problem” haqda danışan şəxs hər bir problemin ikitərəfli olmasını demək üçün güclü həvəs hissi keçirir və bunun nəticəsi kimi, yəhudilərin kök salması səbəbindən onların nəyisə düzgün etmədiklərini deyir. Bu konformist “şüurluluq” irrasionallığın müxtəlif növlərinin müdafiəsinə asanlıqla impuls verir. Yəhudilərin eyni olmasının təsdiqlənməsi təkcə həqiqəti aşkara çıxaran faktorları kənarlaşdırmır, o, həm də kobud yekunun köməyi ilə belə düşünən fərdə hər şeyi görən və nəzərə çarpmaz detallarla fikrini yayındırmağa imkan verməyən şəxsiyyətin gözəl şəffaf maskasını hədiyyə edir.

Eyni zamanda yəhudilərin eyni olmağı ideyasını yekunluğunu istisna etməyən, rasional ümumi tədbirlərin köməyi ilə həll edilməsi mümkün olan yekuna qədər tipik olmayan hadisəyə olan nəzər təkmilləşdirilir. Yəhudilərin eyni olmağı təsəvvürünün ən vəhşi fantaziyalara aparıb çıxarmasına baxmayaraq, “yaxşı biliklərin” hələ də üzə çıxdığı bir hadisəni misal gətirək.

F şkalası üzrə orta bal yığan F116 yəhudi məsələsindən söhbət düşəndə belə deyir:

–Yəhudilər haqda nə fikirləşirsiniz?

–Burada məni güclü hisslər bürüyür. Onlar məndə özlərinə qarşı fəxr hissi yaratmırlar. Belə fikirdə olmağım yaxşı deyil, amma nə etmək olar?

–Yəhudilərdə sizin xoşunuza nə gəlmir?

–Bəsdir, mən sadəcə onlar üçün bir dənə də olsun, yaxşı söz tapa bilmirəm.

–İstisnalar var?

–Xeyr, mən istisna təşkil edən heç bir hadisəyə rast gəlməmişəm. Həmişə heç olmasa birinə rast gəlməyə ümid etmişəm. Hiss etdiklərim yaxşı deyil. Mən mümkün qədər xoş və nəcib olmaq istəyirəm, amma həmişə hər şey onların məni aldatması və özləri üçün mənfəət güdmək səyi ilə nəticələnir.

–Ola bilərmi ki, bəzi yəhudilərlə tanışsınız və onlardan xoşunuz gəlir, amma onların yəhudi olduğunu bilmirsiniz?

–Xeyr, fikirləşmirəm ki, yəhudilərdən hansısa bunu gizlədə bilsin. Mən bunu həmişə seçərəm.

–Yəhudilər necə görünürlər?

–Cəlbedici, yaxşı geyinirlər. Elə bil, nə istədikərini dəqiq bilirlər.

–Yəhudiləri nə qədər yaxşı tanımısınız?

–Uşaqlıqda onların heç biri ilə tanış deyildim. Həqiqətən, 10 il bundan əvvəl Frisko şəhərinə gələnə qədər onların heç birini tanımırdım. Bizim evin sahibi yəhudi idi. Denverdə gözəl mənzilim vardı və mən oranı çox könülsüzlüklə tərk etdim. Burada isə yöndəmsiz mənzilə dustaq edilmişdim və o, mənə çətinlik yaratmaq üçün əlindən gələni edirdi. Əgər evin kirayəsini bazar günü ödəmək lazım idisə, o, həmin gün səhər tezdən gəlirdi. O vaxtdan mən onlar haqqında hətta mahnı oxuya bilərəm. Bütün müdirlərim yəhudi olub. Banklar da yəhudilərdir. Onlar hər yerdədirlər, həmişə pulları var. Mənim qonşum yəhudidir. Mən onunla nəzakətli olmağı qərara aldım. Ən axırı mən indi köçə bilmərəm və mənə qonşularla yaxşı münasibətlərdə qalmaq lazımdır. Onlar mənim qazon üçün otbiçənimdən istifadə edirlər. Onun üçün xahişə gələndə deyirlər ki, müharibə vaxtı otbiçən almaq olmaz. Əlbəttə, otbiçən üçün pul vermək lazımdır. Keçən həftə bizdə axşam qonaqlığı idi, onlar isə polis çağırdılar. Ertəsi gün mən ona zəng vurdum, ancaq onlardan şübhələnirdim. O, dedi ki, həqiqətən polisi onlar çağırıblar, onlardan əvvəlcə mənimlə danışmağın daha münasib olduğunu dedikdə cavab verdi ki, həyətdə kimsə mahnı oxumağa başlayıb. Onun körpəsini oyadıb. Elə hirslənib ki, polis çağırıb. Mən soruşdum ki, o, klinikadan qayıdandan sonra körpəsinin üç ay ucadan ağlamasını unutmayıb ki? Bundan sonra o, mənə yaltaqlanır, bu isə mənə daha pis təsir edir.

Çox vaxt H subyektləri özlərini “daha məlumatlı” kimi göstərirlər, onlar başa düşürlər ki, belə düşünmək olmaz, lakin sərəncamlarında olan aşkarca mənəvi və rasional əks ağır lıqdan daha güclü olan fikirlərinin məngənəsində qalırlar. Bu fenomendən başqa çətin ki, burada müzakirə olunan antisemit sindromunun “mütləq” totalitar antisemitinin bu sözləri ilə işıqlandırmağın mümkün olmadığı hər hansı aspekti mövcuddur. O, heç nəyi nəzərdən qaçırmır. Onun acgözlüyü yəhudi kompleksinə yönəlmiş ehtirasın enerjisini üzə çıxarır. Antisemitizm kompleksindən azad olmaq onun üçün həm aqressivliyə, həm də ruhi üstünlüyə can atmağı barədə arzularının yerinə yetməsi deməkdir. Bu da “elm üçün maraqlı olan” bir tədqiqatda iştirak etdiyini göstərir. Onun şəxsi münasibətində bütün mümkün qaranlıq sirlərdən xəbərdar olmasını hesab edənlərin ziyanlı üstünlük hisslərində nə isə vardır. Onun ən xarakterik münasibəti pessimizmdir. Dediklərinin çoxunu o, əyilmiş nəzərlərlə, ah və çiyinlərini çəkməklə deyir.

Digər tədqiqatların nəticələrinin göstərdiyi kimi, daha çox hüququ pozulmuş sayılan “yəhudiləri sezmə qabiliyyətli adam” anlayışından burada əlavə kimi istifadə etmişik. Amma, şübhəsiz ki, ekstremist fikirli antisemitlər bir qayda olaraq, əsassız yerə yəhudini ilk baxışdan müəyyən edə bildiklərini güman edirlər. Bu bizim yanlış fikirli fərdlərin düşüncələrində mühüm əlamət kimi müəyyən etdiyimiz “oriyentasiya mexanizminin” əyani ifadəsidir. Eyni zamanda çox vaxt yəhudilərin çətin təsvir olunan müxtəlifliyi onların identifikasiyasının meyarlarını həddən artıq sarsıdır. Lakin o, “duyan fərdlərin” qəti surətdə öz bacarıqlarını təsdiqləməyə mane olmur. Bu struktur tipin təsviri üçün bir misal da kifayətdir. Onu elə onun özünəməxsus qəribə fantaziya və dəqiq müşahidənin ahənginə uyğun gətirmək lazımdır.

5039 nömrəli, F şkalası üzrə yuxarı bal toplayan, müharibə veteranı Cənubi Kaliforniyanın 27 yaşlı tələbəsi belə deyir: “Bəli, mənə elə gəlir ki, onları müəyyən edə bilərəm… Əlbəttə, həmişə alınmır, bilirəm. Burunları böyük və başqa olur. Üzləri daha ensizdir. Yerişləri başqadır… Amma ən çox onlar çox danışır və özlərini başqa cür aparırlar. Demək olar ki, həmişə suala sualla cavab verirlər (məktəb vaxtlarında misallar gətirir); çox vaxt tənqid edirlər, azca təmtəraqla danışırlar, ümumiyyətlə, aqressivdirlər, hər halda mən bunu o dəqiqə sezirəm…”.




E.

YƏHUDİLƏRİN İKİ TİPİ


Yuxarıda təsvir edilən stereotiplər yad dünyada saxta oriyentasiya vasitəsi kimi və eyni zamanda bu dünyanın dərk edilməsi üsulu kimi onun neqativ aspektlərini tam və dəqiq təsnif etmək bacarığının köməyi ilə tərcümə olunublar. “Problemə çevrilmiş” münasibət paxıllıq və hirslə dolu fərdləri yəhudilərin eyni olmasını təsdiqini rasional düşünən və təhlil edənlərin mövqeyinə gətirir, problemi “dəliklərin” olmadığı düşünülmüş və mütləq biliklərin sferasına ötürür. Yəhudini həmişə düzgün ayırd etmək bacarığı axırı əvvəl hökmün həlledici ola biləcəyi cisimlərdə hakim olmaq iddiasına gətirib çıxarır. Bununla yanaşı daha böyük diqqətə layiq olan bir stereotip də vardır ki, o, “topoqrafik” funksiyanı böyük dəqiqliklə təyin etməyə imkan verir və çox vaxt sorğu materiallarında keçirilir. O, antisemit fikirlərində “saxta rasional” elementi “yəhudi problemi” haqda müzakirələrə nisbətən daha dəqiq aparır – biz yəhudilərin geniş yayılmış iki-pis və yaxşı qruplara bölünməsini nəzərdə tuturuq. O, ən çox “ağ yəhudilərlə” “tacirlərin” üz-üzə qoyulmağında özünü göstərir. Etiraz etmək olar ki, bu bölünmə obyektiv olaraq yəhudilərin cəmiyyətlə fərqli dərəcədə qaynaşması ilə əsaslandırılmışdır və buna görə də subyektiv münasibətin əlaməti kimi görülə bilməz.

Biz etirazin obyektiv olmadığını və əsasən onun istiqamətləndiyi azlıqlar qrupundan asılı olmayan məsələnin olmadığını göstərə bilərik.

Daha əvvəl təyin olunmuşdur ki, xurafatlarla fikirləşən fərd üçün özü və yad qruplar arasında dəyişməz düşüncə xarakterikdir. Hal-hazırda nəzərdən keçirdiyimiz şablon fikirlər dixotomiya[17 - İki əks şeylər arasında fərq (tərc.)] olub, yad qruplara yaxud əlacsız halda müəyyən qrupa aid edilir. Çox güman ki, bu tendensiya “hər şeyi iki yerə bölmək” xüsusiyyəti olan ağ-qara düşüncənin avtomatlaşdırılması ilə bağlıdır. Lakin bu həm də düşmənçilik münasibətlərində obyektivlik görünüşünü saxlamaq arzusu ilə, düşüncələr obrazına tam olaraq tabe olmaq istəməyən gizli fikirlərə malik insanın iftiraları ilə bağlıdır.

Bu “iki tip” fərdin fikirlərinə xas stereotipini düşmən tendensiyalar arasındakı kompromis kimi görmək olar. Bu həmin fərqi anlayan fərdlərin öz fikirlərində ekstremal həddə nadir halda çatmalarını təxmin etməyə əsas verir. Bizim “oriyentasiya nəzəriyyəmiz” tərəfindən baxanda “iki tip” haqda təsəvvürün ümumi stereotiplik və şəxsi təcrübə arasında uçurumu dəf etmək üçün son üsul olduğunu gözləmək olardı. Bu vəziyyətdə yad qrupda olan “yaxşı” nümayəndələr subyektin şəxsən tanıdıqlarıdır, “pislərə” isə, əksinə, onun sosial plan üzrə uzaq münasibətdə olduğu nümayəndələr aiddir. Yəni söhbət yadların qrupların assimilyasiya olunmuş və assimilyasiya olunmamış hissələri arasında fərqlərdən gedir. Və bu məlum səviyyəyə qədər təsdiqlənir, baxmayaraq ki, “iki tip” haqda təsəvvürün bir çox hallarda belə qeyri-müəyyən və abstrakt xarakter daşıması görünür və hətta tanışların və yadların bölünməsinə uyğun gəlmir. Bu təsəvvür stereotipliyin dəf edilməsi üçün vasitə ola bilməz, belə ki, o, özü-özlüyündə tam olaraq stereotipdir.

Bütün şkalalar üzrə yuxarı bal yığmış 5007 nömrəli dindirilən belə qeyd edir: tanıdığım yəhudilər ağdərili idilər və çox yaxşı adamlar olublar. Yəhudilər aqressivdirlər, əlbirdirlər, bütün ətraflarını zəbt edirlər və yalnız maliyyə məsələləri ilə maraqlanırlar. Hər halda bu dediklərim “ağ yəhudilərə” aid deyil. Mənim bu məsələdə iki cür təcrübəm olub. Bəzi yəhudilər tanıdığım yəhudilər kimi çox xoşagələn və savadlı adamlardır. Amma, onlarla münasibət təcrübəm az təsəlli verir. Ümumiyyətlə, mənə elə gəlir ki, azad peşələrdə yəhudilər öz yerlərindədirlər, amma həyatın işgüzar sferasında mənim onlara qarşı bir çox etirazım var.

Buradan yəhudilərin “yəhudilərin xoşagəlməz xüsusiyyətləri” siyahısı ilə nişanlanmış universal stereotipliyin bu vəziyyətdə daha insaflı olan dixotomiya ilə necə konfliktə girdiyi aydın olur.

Qərəzli fərdlər tanınmışla tanınmamışı müqayisə edir, ancaq bu iş ikinci fərqin azad peşə tutan yəhudilər (güman ki, daha yüksək təhsil və mənəvi dəyərləri olan) və maliyyə-biznes sferasında dələduzluqla məşğul olan ticarətçilər arasında fərqin köməyi ilə çətinləşir.

“İki tip” haqda təsəvvürün klassik forması ən çox adı çəkilən, həmçinin ermənilər barədə öz fikirlərini bildirən oğlan ekskursiya qrupunun rəhbəri 5051-in dediklərində də rast gəlinir:

“Məsələn, yəhudiləri götürün. Bürün irqlərdə yaxşılar və pislər var. Bunu biz bilirik və onu da bilirik ki, yəhudilər irq deyillər, onlar dini cəmiyyətdir; məsələ ondadır ki, yəhudilərin iki tipi mövcuddur. Bunlar ağ yəhudilər və “tacirlərdir”. Mənim sevimli nəzəriyyəm ağ yəhudilərin bizim kimi, “tacirlərə” nifrət etmələrindən ibarətdir. Mən hətta mağaza sahibi olan bir yaşlı yəhudi tanıyırdım ki, bir neçə taciri küçəyə qovaraq, onlarla heç bir iş görmək istəmədiyini bildirmişdi”.

Yəhudilər arasında antisemitizm barədə tədqiqatlar çox güman ki, onun bu “sevimli” ideyasını xoşlayardılar. Ən azı uzun müddət Almaniyada yaşamış yəhudilər Şərqdən olan qaçqınları və immiqrantları diskriminasiya ediblər. Təsəlli kimi onlar fikirləşirdilər ki, millətçi-sosialistlərin siyasəti ancaq Şərqdən olan yəhudilərə istiqamətlənib.

Görünür, belə hədd qoyma xoş rasionallaşdırmanın köməyi ilə özününkü olmayanları aradan götürmək üçün yəhudilərin pilləli təqibinə kömək edir (qruplar ardıcıl olaraq dalbadal).

Antisemit təqibin struktur elementi kimi, bu proses əvvəlcə yalnız ayrı-ayrı qruplara bölünür, sonra genişlənir və beləcə davam edir. Bu “yəhudilərin iki tipi” klişesinin[18 - Cliché. Tez-tez istifadə olunan, çox adam tərəfindən qəbul olunan, marağını və orijinallığını itirmiş söz və ifadələr (tərc.)] köməyi ilə öz hədələyici aspektini əldə edən mexanizmdir. “Ağ” yəhudilər və “tacirlər” özü-özlüyündə əsassız və ədalətsiz olub, nəticə etibarilə, həm də gələcəyin “ağlarının”, “tacirlərinin” əleyhinə yönəlib.

M1222t bütün şkalalar üzrə yuxarı ballı matros peşə məktəbinin kursantıdır və onun fikirlərindən görünür, bu fərq obyektlə bağlı deyil. O, yəhudiləri başqa ştatların sakinlərinin qaradərililərə qarşı olan münasibətləri kimi fərqləndirir. Burada görünür, ümumi irqi xurafatları arasında və azad şəxsi münasibət və təcrübə ilə bağlı uçurum yaranır.

–Yəhudi problemi haqda nə düşünürsünüz?

–Qətiyyən gərgin deyil. Mən onlarla ümumi dil tapıram. Cənub yəhudiləri Şimal yəhudilərindən fərqlənirlər. Onlar belə tamahkar deyillər.

–Qızınızın yəhudiyə ərə getməsinə razı olardınız?

–Bəli, problemsiz. Qalvestonda bir çox yəhudi ailəsi yaşayır. Texasda yəhudilərə qarşı xurafatlar yoxdur.

Deyilənlərdə yəhudilər barədə belə şəxsi xarakterli istisnalar aşağıdakı kimi ifadə olunur: məsələn, yüngülcə antisemit meylli radioverilişlər danışanlar yəhudilər barədə heç nə bilmədiyini (“ən yaxşı dostlarımın bəzisi yəhudidir”) deyir. Ola bilsin ki, “ən yaxşı dostlarımın bəzisi” haqqında klişe “insani marağın” xidmətlərini xoş bir formada – güman ki, gizli düşmənçiliyə ciddi surətdə maneçilik törətməyərək, öz mənliyinə itaətlə yanaşan şəxsi təcrübə birləşdirir. Hərdənbir tanışlarla münasibətlərdə güzəştlər mətndə səpələnmiş irqi xarakterli qeydlərlə izah edilir, belə ki, onlar yüngül paranoik çalar alırlar.

Bütün şkalalar üzrə yuxarı bal toplamış qız olan F109-u misal çəkmək olar. Onun atası şotland-irlandiyalı, anası isə ingilis-irland mənşəli idi. O özünü onlarla identifikasiya etmir. “Mənim yəhudilərə qarşı münasibətim elə əvvəldən yaxşı olmayıb, qaradərililərə qarşı bir qədər antipatiyam var”. Yəhudilər əlbirdirlər, tamahkardırlar, başqalarını aldadırlar. Yəhudilər böyük biznes qururlar. Güman ki, tezliklə onlar ölkəni idarə etməyə başlayacaqlar. Mən mənşəcə yəhudi olan həqiqətən gözəl insan olan bir neçə insan tanıyıram, amma onlar safqanlı yəhudi deyillər. Yəhudilər iri burunlu, gözəl bədən quruluşuna malik olurlar, bunlar balaca hiyləgər adamlardırlar. Qadınlarının tünd saçları, tünd rəngli gözləri olur. Kifayət qədər ucadan danışırlar”.

“Tərbiyə” ideyasını daha çox əhəmiyyətli hesab edən bu tələbə vicdanı təmiz olmayan insanlar sırasına aiddir. O, münasibətinin yanlış olduğunu bilir. Hesab edir ki, onun təlimə ehtiyacı var və yaxşı olardı ki, özü digər irqlərin nümayəndələri ilə işləsin. İnsan təcrübəsinə stimul verməsinə baxmayaraq, onun həyata keçməyən “mənim ən yaxşı dostum” barədə olan klişenin daxili zəifliyi növbəti sitatda aydın görünür, burada dost və “tacirlər” arasında xətt elə keçir ki, dost da tam olaraq tanınmır.

–Yəhudilər haqda fikirləriniz nədir?

–Yəhudilərdə qeyri-yəhudilər arasında fərq var. Mənim çox yaxşı yəhudi rəfiqəm var. Hətta onun yəhudi təşkilatlarında üzv olmasına baxmayaraq ki, bizim münasibətlərimizdə bu heç bir rol oynamır.

–Onu öz təşkilatınızda görmək sizə xoş olardımı?

–Nə bilim, … (pauza)… Mənim etiraz etməzdim.

–Bütün yəhudi qızları qəbul edərdiniz?

–Xeyr, bir yəhudi kifayətdir, çox olanda isə…

–Onda nə baş verəcək?

–Onlar hər yerə burunlarını soxurlar və hər şeyi nəzarət altında saxlamaq istəyirlər. Öz maraqları xatirinə hamısı əlbir olacaqdır. Tacirlər ölkəyə gəldikləri vaxtlarda olduğu kimi əliəyridirlər. Onları San-Fransiskodakı Filmor küçəsində görmək olar. Tacir yəhudilərlə münasibət saxlamıram. Görünür, bu onların ailəmizə olan münasibəti ilə bağlıdır. Atamın onlardan zəhləsi gedir, heç bilmirəm niyə.

–Nasistlər haqda fikirləriniz necədir?

–Onlara ehtiyac yox idi, yəhudilərin yaşamaq hüququ var, nə qədər ki, başqalarının hüquqlarını pozmurlar, onları aradan götürməyə ehtiyac yoxdur. Mən universitetdə bir çox yəhudi tanıyıram, onlar başqaları ilə demək olar, ünsiyyət saxlamırlar. Elə fikirləşməyin ki, mən sadəcə boşboğazlıq edirəm. Əgər onların tipik əlamətləri-tipik burunları, ağızları, səsləri olmasaydı, mən onlara simpatiya bəsləyərdim. Yəhudinin olmağı gərginlik yaradır. Bu qıcıqlandıran səs, uzun, iti burun. Mən burada antisemit qrupların adlarnı çəkə bilmərəm, amma fikirləşirəm ki, onlar mövcuddurlar.

Bu qızın iddiası xüsusi diqqətə layiqdir, yəhudilərin iştirakı “gərginlik” yaratdığına görə müxbir onu “həddən artıq sıxılmış” kimi xarakterizə edir. Bu hissin kifayət qədər yayılmasını güman etməyə əsas var və onu boğulmuş günah hissi və ya “özgəlik”lə əlaqələndirmək çətindır. Bu “özgəliyin” konkret formalarının sosial kontekstdə daha ətraflı tədqiq edilməsi vacibdir.

Yəhudilərin özlərinin yəhudi olmayanların yanında narahatlığı və qeyri-əminliyini, həmçinin onların məşhur olan və tarixən əsaslandırılmış “stimul verən” ünsiyyətə və andan həzz alma tendensiyası ilə məsum özünü unutmaya qarşıdurmasını səbəb gətirən hipotezaya inanmaq lazımdır. Burada antisemitizmin və ənənəvi stereotiplərdən uzaq faktorun uğurlu formalaşmasından söhbət gedə bildiyindən gələcək tədqiqatlarda bu kompleksi analiz etmək lazımdır. İddiamızın təsvirində yəhudilərin “iki tipi” təsəvvürünün obyektlə deyil, daha çox fərdin psixi strukturu ilə əlaqədar olmağı təsvirini vermək üçün iki misalla kifayətlənək:

Bütün şkalalar üzrə yuxarı bal yığmış 5013-ün meksikalılara, yaponlara, qaradərililərə qarşı hissləri, yəhudilərə qarşı olan münasibəti kimidir. Bütün hallarda o, özünəməxsus dualistik nəzəriyyə təqdim edir: Kaliforniyaya qayıtmalarına imkan verilməsi mümkün olan yaxşı və qayıtmağına qadağa qoyulası pis meksikalılar var. Qaradərililər kimi, meksikalıları da iki qrupa bölmək lazımdır.

Onun ətraf dairəsini həmçinin yaxşı və pis insanlara bölmək gərək olduğunu qeyd etdikdə, bu nöqteyi-nəzərdən o, razılaşdı, ancaq yaxşılar və pislər arasında seçim xəttinin kəskin olacağına etiraz etdi. Qaradərililərin problemini daha ciddi hesab edir, amma tibb bacısı kimi təhsil aldığı xəstəxanada qaradərili tibb bacıları və həkimlərlə ünsiyyət saxlamasını da deyir. Sonra qulluq etdiyi bir qaradərili qadın haqqında uzun əhvalat danışdı və ona dedi ki, qaradərililər onlara olan münasibətdə özləri günahkardırlar, çünki ağdərililərlə bərabər hüquqa malik olmağı arzulayırdılar. Bu qız güman edir ki, o qadın ağıllı idi və onunla razılaşır.

Cənub ştatlarının sakinləri çox vaxt qaradərililərə qarşı münasibətlərində “iki tip” formulundan istifadə edirlər: Cənub mənşəli qaradərililər bəyənilir, Şimaldan gələnlər isə layiq olmadıqları bərabərhüquqluluğu tələb etdiklərindən qınaq mənbəyidirlər. Cənub qaradərililəri ağdərililərin gözündə daha itaətkar, istismar üçün daha əlverişli olduqlarından onlara aid edilən patriarxal və feodal məna kəsb edən rasional əsaslı bu münasibəti yarımrealist adlandırmaq olar. Lakin “qaradərililərin iki tipi” konstruksiyası bəzən tamamilə başqa məna daşıyır. Məsələn, F34 ilə olduğu kimi (F və PEC şkalaları üzrə yuxarı, E şkalası üzrə orta bal toplamış qadın): qaradərililər o dəqiqə sırtıqlaşırlar. Birjaya gəlirlər və bu yaxud digər işin onlar üçün uyğun olmadığını bildirirlər. Birjada başqaları da var- xoş və nəcib. Axı bizdə də xoşagələn və pis insanlar var. Oklenddə daimi yaşayan qaradərililər normal insanlardır. Amma onlar Cənubdan gələnlərlə nə edəcəklərini bilmirlər. Onlar özləri ilə bıçaq gəzdirirlər. Əgər nə isə xoşlarına gəlməsə, onlar həmin an bıçağı adamın qarnına soxurlar.

Görünür, burada “iki tip” ideyası təqib etmə maniyasına keçir.




F.

ANTİSEMİTİN DİLEMMASI


Əgər antisemitizm subyektin psixikasında “iqtisadi” funksiyanı yerinə yetirən simptomdursa, bu simptomun təbii mənşəli olmayıb, konflikt əsasında formalaşmasını güman etmək olar.

Onun irrasionallığı fərdi ən azı bəzi sferalarda reallıq prinsiplərindən imtina etməyə məcbur edən psixi qüvvələrin sayəsində yaranmışdır. Fikirləri konfliktin nəticəsi kimi nəzərdən keçirmək olar, lakin burada bizi determinant konfliktin sübutlarından daha çox, antisemitizmin əmələ gəlməsinə səbəb olan konfliktin izləri maraqlandırır. Bu bəndə aid bəzi misalları artıq yuxarıda vermişik. “Problemin” təsvir edilməsi və özgələr qrupuna əlavə edilmiş dixotomiya bir tərəfdən şəxsi maraqlar və düşmən stereotiplər arasında özünəməxsus kompromisi, digər tərəfdən vicdanın tələblərini və konkret təcrübənin nüfuzunu ifadə edir. Yəhudilərin problemini “müzakirə edən” sorğulananlar rasional düşüncələrinin məzmunu dəyərsiz, nəzarətə ehtiyacı olan saxta tədbirliliyi isə instinktiv başlanğıcla təhrif edilməsinə baxmayaraq, adətən rəsmi də olsa məşhur tənasübü saxlamağa can atırlar.

Bir qayda olaraq yuxarı bal yığmış subyektlər özləri konflikti belə fraza ilə ifadə edirlər: diqqətəlayiq irəliləyişinin nəticəsi olaraq onlar sözlərinə “Belə etməyim düzgün deyil, amma…”. başlayır.

Qeyd etdiyimiz kimi, antisemit neqativ stereotipin və bu stereotipə zidd olan şəxsi təcrübənin arasında bölünür.[19 - Yazıçı R. H. Qundlakın bu mövzudakı məqaləsini tədqiqatı başa çatdırdıqdan sonra görüb. “Confusion Among Undergraduates in Political and Economic ideas”. Journal of Abnormal and Social Pyschology. 32:357-367,1937] O, öz davranışını təhlil etməyə başlayan kimi, stereotip və təcrübə arasında münasibət dəyişir və o, səbirliliyə ümumi qanun, stereotip kimi baxır. Əslində daha güclü olmağı aşkara çıxan şəxsi düşmənçilik stereotipi təcrübənin qaçılmaz nəticəsi və ya qeyri-adilik kimi təqdim edərək, fərdiləşdirir. Bunun qismən izahatını biz xurafatları nə isə səhv hesab edən rəsmi demokratik ideologiyada tapırıq. O, fərddə cəmiyyətin psixi agenti olan qismən Məndən xaricdə adətən “donmuş qanun” kimi onun arzularının və instinktlərin təmin olunmasının arasında qoyulan subyektə asan təqdim edilən hansısa universallığı əldə edir. Ancaq bu çətin ki, tam izahat versin. Stereotipin və təcrübənin arasında olan ziddiyyət qabaqcadan əmələ gəlmiş rəyə xidmət etmək üçün yaradılır. Qabaqcadan əmələ gəlmiş rəyə malik olan fərd stereotipin məzmununun təxəyyül olmağı kimi anlaşılmaz hissi yaşayır və şəxsi təcrübəsi isə həqiqətə çevrilir, ancaq dərin psixoloji səbəblərlə hərəkət edərək, o, yenə də stereotipdən yapışır. O, klişeni şəxsi xüsusiyyətin ifadəsinə çevirərək, antistereotip elementləri isə, əksinə, abstrakt öhdəliklərə çevirərək, buna nail olur. Həm də gizli əqidələr ona ictimai reallıqda toleransın xəyali klişesinin heç də təsəvvür etdiyi qədər güclü olmadıqlarını dərk etməyə kömək edir. Əslində o, guya tam olaraq, şəxsi motivlərə görə, demokratiya və ya bərabərlik kimi əsas anlayışlara qarşı etiraz edərək, həqiqətdə güclü ictimai axında hərəkət etdiyini yaxşı anlayır. Amma eyni zamanda o, yad fikrin təsirinə məruz qalmayan, səmimi və müstəqil hərəkət edən insan kimi ad qazanmaq istəyir… Bundan başqa o şəxsi hisslərin həmişə bütün konvensiyalardan daha güclü olmasına istinad edir. O, sadəcə onları izləməlidir və onun mənfi rəyləri eyni zamanda uğrunda mübarizə aparılması faydasız olan labüdlükdür. Görünür, antisemitin münaqişəli vəziyyəti qabaqcadan yaranmış fikirlərin xeyrinə tez-tez səmərələşdirilir.

Obyektiv olaraq, o, tipik ziddiyyətdə nümayiş etdirilir: xüsusi məsələlərə cavab vermək lazım gələndə bir tərəfdən qərəzsizliyin ümumi tələbinin arasında olan, digər tərəfdən isə mülahizələrdəki fikirlər arasındakı ziddiyyət.

5056 bütün şkalalarda yuxarı ballarla 29 yaşlı evdar qadındır və iddia edir ki, nə o, nə onun əri hər hansı qruplara qarşı xüsusi antipatiyalar bəsləmir. (Bu izah E şkalasının ballarının yuxarı sayı və növbəti fikirlə müqayisə olunarsa, maraqlı görünər): “Qaradərililər özlərinə bərabər olanlarla qalmalıdırlar. Mən qardaş-bacımın qızının qaradəriliyə ərə getməsini istəməzdim, mən qaradərililərlə qonşu olmaq istəmirəm”. Müsahibə alınan üçün qaradərili məsələsi “ehtimal ki, azlıqların ən ciddi problemi” sayılır. O, “Cənub metodlarına” üstünlük verir, onun fikrincə, qaradərililərin əksəriyyəti orada xoşbəxt yaşayırlar. Doğrusu, yaxşı olardı ki, onların öz dövləti olsun. Bu o demək deyil ki, biz onlara daha diqqət yetriməməliyik, ayrı dövlətin olmağı pis olmazdı, belə ki, bizim onları idarə etməyimizə baxmayaraq, onlar orada şəxsi administrasiyaya malik olacaqlar. Hazırki konflikti son təklifdəki təzaddan daha həqiqi formada ifadə etmək çətindir.

Yəhudilər barəsində dindirilən qərəzsiz nöqteyi-nəzəri söyləməyə çalışır. Müsahibədə qaradərililərin və yəhudilərin problemi birgə araşdırıldıqda onun qızğın surətdə buna qarşı çıxmasını müşahidə etmək maraqlıdır. “Mən məmnuniyyətlə yəhudilərlə ünsiyyət saxlayardım, – əslində, onların arasında mənim dostlarım var. Onlardan bəziləri – abırsızdır, amma axı yəhudi olmayanların arasında da belələri var”.

Amma nə vaxt ki, söhbət “şəxsi münasibətindən” gedir, o stereotipə tabe olur və faktiki olaraq antisemitizmin təsdiqinə gətirən münaqişəni onun passiv qəbul etməsi ilə həll edir.

Yəhudilərin xarici siması haqqında suala cavab verərək, o əvvəlcə “yəhudi burnunu” xatırlayır. Bundan başqa, o hesab edir ki, yəhudilər xasiyyətlərində yalnız onlara məxsus və həmişə dəyişməz qalan bir sıra xüsusiyyətlərinə malikdirlər, “Onlar daima mübahisə etmək istəyirlər, onlardan bəziləri xəsisdir (hərçənd başqalar da var: bəziləri alicənabdırlar); danışıqlarda onlar həddindən artıq əl-qolla hərəkət edirlər və onların nitqləri dramatikdir”. O, yəhudilərə antipatiyanın gücləndiyini güman edir, ancaq bu tendensiyaya qarşı etiraz edir. “Mənə elə gəlir ki, məhz yəhudiləri qınadığımıza gözə biz bir qədər eqoistik hərəkət edirik”. O, yəhudilərin cəzaları haqqında eşitmək istəmir, ancaq o mübahisələrdə onların tərəfini tutmazdı. Görünür, bu ümumiyyətlə həm onun antipatiyasının əsaslandırmaya olan funksiyası, həm də antisemitizm məsələsinə qarşı laqeydlikdir.

Stereotipin və təcrübənin arasında münaqişənin subyektiv əks etdirilməsi M1230a fikirlərində izah edilir (o bütün şkalalarda orta bal toplamışdır).

–İrqi azlıqların problemi barədə düşünürsünüzmü?

–Bəli, gəlmə əcnəbilər üçün bu sadə iş deyil. Amerika sadəcə bütün hər şeyin əriyib bir-birinə qarışdığı yerdir. Məncə çoxlarının ölkəyə girməsinə imkan veriblər. Sonra qaradərililərin də problemi… Mən liberal olmağa çalışıram, amma axı mən cənub ştatlarında böyümüşəm. Nə vaxtsa hər cəhətdən qaradərililərə bərabər hüquqlar verməyə razılaşacağımı düşünmürəm… Amma bu əcnəbilər, onlara qarşı təbii antipatiya bəsləyirlər. Ancaq bizim hamınız nə vaxtsa əcnəbi olmuşuq…

Antisemit dilemmasının xülasəsi 5005-də, F və Y şkalalarında yuxarı bal və RES şkalasında aşağı bal yığmış tələbə qızın aşağıdakı sözlərində verilib.

– Məncə yəhudilərə qarşı münasibətdə heç bir problem olmamalıdır. Heç kəsi etibardan salmaq olmaz, insanları onların şəxsi xidmətlərinə görə qiymətləndirmək lazımdır. İnsanların hansısa bir problem haqqında danışıqlarından xoşum gəlmir. Şübhəsiz, mən mənfi rəylərə qarşıyam… Yəhudilər aqressivdirlər, onların pis ədalı olurlar, həmişə əlbirdirlər, onlar intellektualdır, təmizkardır, ətrafı özləri ilə doldurublar, çox hay-küylüdürlər və həddən artıq seksualdırlar… Ancaq fikrimin kifayət qədər böyük şəxsi təcrübəyə əsaslanmadığını etiraf edirəm, ancaq mən hər gün bu haqda eşidirəm. Bizim məktəbimizdə yəhudi şagirdlər azdır, mən bir yəhudi qızla dostluq etməyim haqda isə artıq danışmışam.

Burada düşüncə və təcrübə arasındakı ziddiyyət yalnız yanlış fikirlərin güclü psixi impulslarına görə maraq doğurur.




G.

HAKİM ROLUNDA İTTİHAMÇI


İdeoloji nöqteyi-nəzərdən antisemitin konfliktində demokratiyanın rəsmi olaraq üstün olan miqyasları və insanların bərabərliyi haqqında prinsiplər adi yanlış fikrin mədəni “bəyənilmiş” stereotipləri kimi mübahisəli olaraq qoyulub. Psixoloji nöqteyi-nəzərdən bir tərəfdən, bu, Onun hansısa şüurlu və ya basılmış meylləri, digər tərəfdən isə Məndən üstün və ya onun çox və ya az ifadə edilmiş şərti əvəzedicisidir. Burada təqdim edilmiş materiala əsasən çətin ki, hər konkret hadisədə münaqişənin necə həll edildiyi barədə qabaqcadan xəbər vermək və ya hətta ona kafi izahatı vermək olar, hərçənd hamı daim güclənən fikirlər haqqında danışır,

Ümumiyyətlə, onlar düşüncə tərzinin nümayiş edilmiş formasına necə tətbiq oluna bilərlər? Bundan başqa, bu hadisələrdə biz xarakterin potensial faşist strukturu haqqında söhbət gedən münaqişənin belə nəticəsini gözləyə bilərik. Əgər fərddə olan münaqişə yəhudilərə qarşı yönəlirsə, onda bu nöqteyi-nəzər demək olar ki, həmişə səmərəli öyüd-nəsihət xarakteri qazanır.

Görünür ki, yanlış fikirlərin daxili gücləri, mübarizə edən yönəldilmələrin öhdəsindən gəlib, onlar üzərində qələbəni bayram edirlər ki, onlara qarşı mübarizə edən enerjini tabe edirlər. Eqo[20 - Eqo. Bir fərdin özü haqqında fikirləri] carçı olur – lakin, bu dinamik vəziyyət psixoanalizə tamamilə yad deyil. Antisemitizmində ifadə edilmiş meylləri biz “ittihamçı” sözü ilə, fərddə vicdan sözünü “hakim” sözü ilə göstərə bilərik, və deyə bilərik ki, onlar bir-biri ilə əlaqəlidir. Parodiyanın xarakterindəki fikirlərdə tam olaraq, yəhudilər məhkəmə təhqiqatını görməlidirlər. Bu psixoloji cəhətdən, onların fərdlərin əvvəlcədən yaranmış fikirlərindən müvəffəqiyyətlə qorunmaq şanslarının niyə o qədər kiçik olduğunu qismən izah edir. Üçüncü Reyxin məhkəmə təcrübəsi bu sxemə əməl edirdi. Yəhudilərin heç vaxt, nə şəxsi proseslərdə, nə bütövlükdə özünü müdafiə etmək imkanları yox idi. Daha sonra faşist xarakterinin köməyi ilə nə bahasına olursa olsun susmağa məcbur edilən, günahın şüursuz hissi ilə əlaqəli olan eqonun özgələşməsinin əhəmiyyətli dərəcədə transformasiyaya və doymaq bilməyən düşmənçiliyin dağıdıcı instinktləri ilə qidalandırılan “mədəni diskriminasiyaya” səbəb olmağı məlum olacaq.

Eqonun antisemit ideologiyaya tabe olmağını izah edən birmənalı dəlil mövcuddur – bu yəhudilərin dözdükləri hər şey üçün, xüsusən milli-sosializm soyqırımı üçün, məsuliyyəti qatillər deyil, qurbanların daşıdıqlarını iddia edir. Antisemit böyük ehtimalla bu fikri həmişə məqbul sayan klişedən istifadə edir: yəhudilərin özlərinin bunun mümkün olmasına səbəb olmaları barədə olan fikir. M107 cavan, “od olmayan yerdən tüstü çıxmaz” məsəlindəki şübhəli məntiqə tabe olan rasional yanaşmanı təsvir edən uğurlu nümunədir:

– Mən heç vaxt, Hitlerin onlara belə vəhşicəsinə (insafsızcasına) münasibət göstərməsinin səbəbini anlaya bilmirdim. Görünür ki, onu buna sövq edən hansısa səbəblər mövcud idi. Bəziləri deyir ki, bu ona öz nüfuzunu təsdiq etmək lazım idi, amma mən buna inanmıram. Güman edirəm ki, yəhudilər bir çox şeydə özləri buna imkan yaradırdılar.

Yəhudilərdə günahın əxlaqi konstruksiyasının necə qurbanın və qatilin tam yerdəyişməsinə aparmasını 5064 inandırıcı təsvir edir (oğlan ekskursiya qrupunun rəhbəri, peşəsi qəssabdır. E və F şkalaları üzrə yuxarı bal, PEC şkalasında aşağı bal yığıb). O, almanları qəddar sayaraq, gözlənilməz təklif edir: “Heç bir amerikalı nasistlərin yəhudilərə etdiklərini bəyənmir. Mən həqiqətən hesab edirəm ki, burada oxşar nə isə olsa yəhudilər əvvəlcədən bir tədbir görəcəklər. Qərar xüsusən azlıqlara aid olduqda tərbiyədən ibarət olur”.

Görünür, mənəvi pozğunluğun bu tipi ənənəvi liberal müdrikliyin fondundakı ideyadan istifadə edir: özü-özünə kömək et, onda Allah da sənə kömək edəcək. Yəhudilər təhlükədədirlər və özləri öz qayğılarına qalmalıdırlar. Mədəni atmosferdə, müvəffəqiyyət bütün dəyərlərin əsas miqyası olduğu yerdə, yəhudilərin kritik vəziyyəti özləri onlara qarşı arqumentə çevrildi. Bunun PEC haqqında “kasıblara yazığı gəlmək olmaz” ideyasına yaxın olmasına əhəmiyyət verməmək olmaz.

5044 bütün şkalalarda yuxarı göstəricilər nümayiş etdirib, 55 yaşı var, Avstraliyada doğulub və oğlan ekskursiya qrupunun rəhbəridir. Onun düşüncə tərzi buna yaxındır: yalnız yəhudilər, nə isə təşəbbüs etməlidirlər. Axı kiməsə deyil, onların özlərini ciddi çətinliklər hədələyir. Onlar başqalarının dabanlarına basmalıdır. Nə qədər ki, yəhudilər özünə olan münasibəti təhrik edirlər, onların məhvetməsinə yönəldilmiş milli sosialistlərin siyasəti ya bəraət qazanacaq ya da qarşı tərəfin bütün sübutlarına baxmayaraq, yəhudilərin özləri tərəfindən şişirdilmiş kimi nəzərdən keçiriləcək.

Daha bir nümunə göstərək.

M359 yuxarı bal yığmış dəri məmulatlarının fabriki emalatxanasının müdiri, “yəhudilər arasında çoxlu xeyirxah dostu” olanlardan biridir. E və PEC şkalalarında yuxarı, hərçənd F şkalasında nisbətən aşağı bal yığmasına baxmayaraq, müsahibədə o deyir:

–Faşistlər tərəfindən yəhudilərə qarşı tədbirlər haqqında nə düşünürsünüz?

–Məni bu ölçülərin yalnız yəhudilərə yönəldilməsinə inandırmaq mümkün deyil. Mənə belə hesab edirəm ki, bu yəhudilərin öz əzablarını şişirdərək, şəfqət doğurmaq və dəstəyi al maq üçün olan təbliğatıdır; hərçənd nasistlərin başqa xalqlarla bağlı siyasətini bəyənmirəm.

Onun Fələstin haqqında saxta rasional fikirlərində millətçilərə olan yarım apologetik[21 - Üzr istəyən, peşman] münasibəti ilə yanaşı mövcud olan bir qəddarlıq görünür. Zahirən o “yəhudilərə şans vermək” istəyir, ancaq eyni zamanda onların guya daimi olan pis meylliliyini göstərərək onların arxasında gələcəkdə müvəffəqiyyət hüquqlarını tanımır.

– Problemin həlli nədir?

– Onları Fələstinə göndərmək axmaqlıq olardı, çünki bu irrasionaldır. Yaxşı olardı ki, onların öz şəxsi ölkəsi olsun, ancaq kifayət qədər böyük olsun ki, bizneslə məşğul olmağa davam etmək mümkün olsun, lakin bu onlara xoşbəxtlik gətirməyəcək. Yəhudilər yalnız başqalarını özlərinə işləməyə məcbur edə biləndə xoşbəxt olurlar.

Başqa cür Mən senzurasının buraxmadığı yəhudilərin hər şeydə günahkar özləri olmağı barədə izahatlar dağıdıcı arzuların rasional əsaslandırılması üçün cəlb edilir.

Dindirilənlərdən bəziləri bu iddianı fakt kimi təqdim edirlər. Məsələn, 5012a, 21 yaşlı bütün şkalalarda yuxarı bal yığmış, hərbi dəniz donanmasının keçmiş unter-zabitidir. O belə deyir,

“Onlarla ümumi heç nəyim yoxdur. Onlar qıcıqlanmaya səbəb olurlar, amma təhlükələr yaratmırlar. Onlar öz davranışları ilə layiq olduqlarını alacaqlar”.

F103 (yuxarı bal yığanlar qrupuna aid olan və interyer üzrə memarlıq sferasına ictimai təminat sahəsində təhsil sferasından keçmiş) kisədən pişiyi buraxır:

“Mən nasistləri yəhudilərlə rəftarlarına görə qınamıram. Bilirəm, bu qorxunc səslənir, amma əgər yəhudilər orada özlərini buradakı kimi aparırdılarsa, onda mən nasistləri ittiham etmirəm. Yəhudilər mənə pis heç nə etməyiblər, amma özlərini necə aparırlar. Heç vaxt yaxınlarına kömək etmirlər – bu onların əqidəsidir”.

Burada həlak etmə arzusu və səmərəli-öyüd-nəsihət izahatı arasındakı əlaqə dəhşətli formalar alır. Dindirilən öz münasibətinin irrasionallığını vurğulasa da, onun fikrinə görə, bu ona yəhudilərin anadangəlmə qüsurluluğunu səmərələliləşdirməyə mane olmur. Onun yəhudilərlə ünsiyyətində mənfi təcrübəsinin olmamasını boynuna alması, bu antisemitin gözündə və elan edilən hökmlə müşahidə olunsa belə, antisemit ekstremizminin vacib aspektini – yəhudilərin “günahı” arasında fantastik nisbətsizliyi üzə çıxarır. Biz artıq qərəzli fərdlərin intiqam hissinin hansı rolu oynamasını qeyd etdik. İnsanlar tez-tez şikayət edirlər ki, heç vaxt layiq olduqlarını almırlar, hər kəs onları istismar edir. Aldanma hissi güclü olmaq və mənimsəmək kimi şiddətli arzuları ilə birləşir. Buna görə, nə vaxt ki, dindirilənlər yəhudilərlə bağlı “ədalət” haqqında fikir söyləyir, həqiqətdə onlar ekvivalentlərin mübadiləsinin gözlənilməz və irrasional güc əlaqələrinin əsasında bölgü ilə əvəz olunduğu həmin haqsızlıq barədə öz arzularını ifadə edirlər. Neqativ mənada bu, yəhudilərə qarşı çıxmaqdır: onların “layiq olduqlarından” daha sərt cəza almaları yaxşı olardı. Adətən hətta çox təcavüzkar fikirli insanın ağlına kiminsə pis davranışına görə və ya hətta yalana görə ölümə məhkum etmək gəlməz. Ancaq, görünür, əgər söhbət yəhudilərdən gedirsə, onda təkcə əsassız deyil, həm də sübuta malik olmayan əhəmiyyətsiz ittihamlardan ciddi cəzaya keçid əngəlsiz baş verir. Burada potensial faşist xarakterinin qorxunc xüsusiyyətlərindən biri görünür.

Stereotipin məntiqi xüsusiyyəti – tərəfindən hər şeyin yekunlaşdırıldığı və heç bir kənara çıxma qəbul etməyən şəraitdir, o, təkcə qərəzli fikirləri olan şəxslər üçün müəyyən tələblərə şərait yaratmır, həmçinin psixi meylin bilavasitə ifadəsidir. Bütövlükdə, bunu, çox güman ki, daim bütün informasiyanı canına çəkmə və subyektin formulu altında gizlənməyən hər şeyə qarşı səbirli olmama kimi özünəməxsus tendensiyaya malik paranoyyanın və paranoik “sistemin” nəzəriyyəsi ilə əlaqədar anlamaq olar.

Qərəzli fikirlərin hədsiz tendensiyalarına malik fərd can atdığı özünəməxsus mikroskopik formada totalitar dövlət olan “psixi totalitarlığa” meyllidir. Heç nə hərəkətsiz qala bilməz, hər şey öz donmuş və sabit qrupunda ideal-eqoya tabe edilmiş olmalıdır. Yadlar qrupu, yəni seçilmiş düşmən, əbədi çağırış təşkil edir. Nə qədər ki, nə isə qaydasında deyil, faşist xarakteri digərinin gücündən asılı olmayaraq, təhlükə hiss edir. Deyəsən, antisemit ideyaları ilə o qazanacağı paranoik sistemin parametrlərinə bütün dünyanı transformasiya etmədən rahat yata bilmir. Milli sosialistlər öz antisemit proqramının çərçivələrindən çox kənara çıxıblar. Bu “günahın” və “cəzanın” arasında tam uyğunsuzluğun mexanizmidir: ekstremist antisemit sadəcə dayana bilmir. Ona məxsus arxaik məntiqə arxalanaraq, o diskursiv nəticələrdən çox assosiativ keçidlərə meylli olur. Sonda o, sözün əsl mənasında “dözə bilmədiyi” insanları ölüm hökmünün bəyannaməsinə daxil edərək, nisbətən ehtiyatlı ittihamlardan ən vəhşi nəticələrə qədər çatır. Bu mexanizmə başqa tədqiqatlardakı müsahibənin materiallarında rast gəlinir, burada dindirilənlər tez-tez antisemitizm haqqında “danışığa daxil olurdular”. Müsahibəmizin sxemi bu fenomeni anlamaq üçün çox standart idi. Ancaq bəzi hallarda biz günahın və cəzanın arasında ekstremal uyğunsuzluğun müsbət sübutunu aldıq. Burada eqonun “özgələşməsi” cəzanı tələb edən antisemit nəsihətamizinin köməyi ilə bütünlüklə açılır. O psixi totalitarlığa gedən yolda olan son maneəni kənara atır. Dağıdıcı ideyaların assosiativ zirvəsini heç nə saxlamır. Nifrət demək olar ki, tamamilə yad eqo və empirik[22 - Təcrübəyə dayanan] obyektə aid olmadan avtomatik və zorakı üsulla doğulur və güclənir. O, intizamdan və formalizm kəskinləşdirilmələri haqqında danışsa da, sosioloji nöqteyi-nəzərdən günahın və cəzanın arasında uyğunsuzluq göstərir ki, ekstremist antisemitizm üçün rasional qanunun ideyası qənaətbəxş deyil. O özünə yaxşı hissəni kəsmək imkanına nail olub, bərabər hüquqlar ideologiyasını qurban etməyə hazırdır. Psixoloji nöqteyi-nəzərdən yəhudilərin qədim günahı haqqında təsəvvürü antisemitin sıxışdırılmış şəxsi günah kompleksinin proyeksiyası kimi anlamaq olar. İdeoloji nöqteyi-nəzərdən, sözün ciddi mənasında o, bərabər gedən, təkmilləşdirmə, hadisə sidir. Ekstremal hadisədə nifrətin obyektini aradan qaldırmaq arzusu əsas məsələdir. Yalnız bundan sonra antisemit yəhudilər məhv edilməsi üçün səbəblər axtarır. Bu səbəblər onların məhvetməsinə yönəldilmiş fantaziyalara tam ölçüdə bəraət qazandırmaq üçün heç vaxt qənaətbəxş olmur. Ancaq bu da antisemiti vicdanının özgəninkiləşdirilməsinə bir dəfə nail olduqdan sonra “sağalmasına” aparmır. Günah və cəza arasındakı uyğunsuzluq onun haqlı olmalı olduğunu özünə və başqalara sübut etmək üçün öz nifrətinə tabe olmağa məcbur edir. Bu “yəhudilər özünə buna səbəb olurlar” və ya ümumiləşdirilmiş “bunda nə isə var” düsturunda xülasə edilmiş kimi təsəvvürlərin son funksiyasıdır. Ekstremist antisemit öz mövqeyinin ekstremallığı hesabına vicdanın səsinin qalıqlarını susmağa məcbur edir. Görünür, başqalarını qorxudaraq, özünü də qorxutmalıdır. Yəhudilər barəsində qərəzli baxışlı fərd tərəfindən həyata keçirilən bu təkmilləşdirmə üzrə olan saxta məhkəmə prosesi bəzən onların xüsusi müdafiəsinə gətirib çıxarır. Ancaq o, daha çox nasional-sosializmin gəmilərinin təcrübəsini xatırladır: o yalnız vicdanın yad boş qabığının, qanuniliyin formalizm və axtaladılmış arzusunun təmin olunması üçün buraxılır. Müdafiə həmişə gücsüz olmalıdır; hətta yəhudilər haqqında deyilən o xoş sözlər, standart ittihamların acı və yalançı variantı kimi səslənir. Məsələn, yəhudilərin mistik və qaydasında olan ailə həyatına aid sıx istinadlar kifayət qədər şəffaf formada olsalar da, özlərinin sui-qəsd həmrəyliklərində ittihamlar gizləyirlər. Bu ikiüzlü inandırmalarla yəhudilərin həmin xüsusiyyətlərinin həsəd yaratdıqlarına inandırmaq istəsələr də, ancaq faktiki olaraq bu həyatda antisemit üçün daha pisdir, çünki təbiətinin alicənablığı ona öz üstünlüyündən istifadə etməyə imkan vermir.

Yəhudilərin müdafiəsi üzrə başqa müsahibədə bizim tərəfimizdən müşahidə edilən iddia odur ki, onlar çox ağıllı, qeyri-yəhudilərdən daha hiyləgər xüsusiyyətlərinə görə heyranlığa layiqdirlər. Bu mexanizmin əsasına dəyərlərin iki sistemi daxildir, onlar müasir mədəniyyətdə paralel təsdiqlənirlər. Bir tərəfdə sözlə verilən comərdlik, fədakarlıq, ədalət və sevgi “idealları” yerləşdirilib; başqa tərəfdə praktik həyatda hesablaşmalı olduğumuz müvəffəqiyyət, nəticə, sosial nüfuz kimi meyarlar durur. Dəyərlərin bu hər iki sistemi yəhudilər üçün elə bil əksinə istifadə olunur: yəhudiləri tərifləyirlər, çünki onlar antisemit həqiqətdə istiqamətləndiyi xəyali və ya əsl miqyaslara görə yaşayırlar, eyni zamanda onun müvəffəqiyyətlə azad olduğu mənəvi qanunu pozduqlarına görə onlar lənətə məruz qalırlar. Şəxsi vicdanlarını sakitləşdirmək üçün “seçilmiş düşmənə” verilmiş mənəvi kreditin qaytarılmasını tələb etmək üçün vicdan frazeologiyasına qaçırlar. Yəhudilərə verilən tərif həmçinin onlar üçün qabaqcadan təyin edilmiş günahlarının sübutunun möhkəmləndirilməsinə xidmət edir.

Növbəti nümunə göstərək.

5039 (E şkalası üzrə orta və RES və F şkalaları üzrə yuxarı bal yığmış 27 yaşlı tələbədir), düşüncənin qabaqcadan inandırılmış tipinin başqa xüsusiyyətləri ilə yanaşı yuxarıda qeyd olunanı təsvir edir: dindirilən müsahibə alan tərəfindən “kifayət qədər eqosentrik[23 - Özünü çox sevən, amma başqalarının hisslərinə əhəmiyyət verməyən] tip” kimi səciyyələndirilir:

Atanın nəsihətlərinə qarşı etiraz əlaməti kimi o kilsədən imtina edib, ancaq onları yəhudilərlə müqayisə edərək hələ özünü xaçpərəstlərə aid etməyə davam edir. O, bunu özünün yalnız xaçpərəst yəhudilərin mühitində böyüyüb, onlar tərəfindən özünü özgə hiss etməsi faktı ilə izah edir. O, yəhudilərin tərbiyəsi ilə müqayisədə xaçpərəstlərin dini tərbiyəsində çox böyük fərqi görür və iki dini qrupun uyğunsuzluğu üçün nəzərəçarpacaq dərəcədə məsuliyyət hiss edir. O, bunu belə izah edir: xristian dinində gənclərin arasında itaətkarlığın və inamsızlığın formalaşmasına gətirir “o biri yanağını çevir” sülhsevər ideyası vurğulanır, halbuki yəhudilərin dini “sizin atalarınız əzab çəkirdilər, indi sizin kim olduğunu göstərmək növbəniz gəlib”, ideyasına əsaslanaraq: təcavüzkarlığa və müvəffəqiyyətin nailiyyətinə stimullaşdırır. Bununla əlaqədar olaraq o güman edir ki, həqiqətən dindar xaçpərəst həmişə şöhrətpərəst yəhudi tərəfindən “sıxışdırılacaq”… Görünür, o mühitlə öz xüsusi təcrübəsi və əlaqəsi əsasında ümumiləşdirmələr etdiyini dərk etmirdi.

Yəhudilərin dini ilə stimullaşdırılan belə adlandırılan həqiqi tərbiyə haqqında refleksiyanın obyektivliyi yalnız qeyri-səmimilikdir, reallıq isə yalnız sonsuz düşmənçilik üçün bəhanədir, Hitlerin cinayətləri haqqında suala (məsələyə) bu tələbənin cavabı bunu sübut edir:

“Düşünürəm, o vaxt Almaniyada olsaydım, mən də eyni şeyi edərdim… Güman edirəm ki, özüm nasist ola bilərdim… İntizamı faydalı şey hesab edirəm…”

Dindirilən öz düşmənçiliyini açıq göstərdiyi və yəhudilərlə qeyri-yəhudilərin rəqabətini təsəvvür edərək çatışmazlıqlarla kifayətləndiyi halda, bəzən yanlış təvazökarlığın növü ilə hiylə haqqında ideya təqdim edilir. Məsələn, M104 (texniki universitetin sonradan onu hüquqşünaslıq fakültəsi ilə dəyişmiş keçmiş tələbəsi) deyir ki, “kapitalist-yəhudilər bizim ölkəmizi idarə edirlər, onların əllərində bütün hakimiyyət cəmləşdirilib. Əgər bu belədirsə, o bu o deməkdir ki, bizim insanlarımız lazımi qədər hiyləgər deyillər. Əgər bizim insanlarımız yəhudilərin onların işlərini necə idarə etdiklərini bilirlərsə, və lakin özləri bunu edə bilmirlərsə, onda bu yəhudilərə daha çox hakimiyyət verir. Əgər onlara yəhudilərin hər şeyi necə idarə etdiyi məlumdursa, onda onlar da eyni şeyi etməyə məcburdurlar”.

O, başqalarının yəhudilər kimi hiyləgər olmamalarını “boynuna almır”. Ancaq yəhudi-kapitalistlərin bu ölkəni idarə etmələrini boynumuza almaq məsləhətdir və əgər onlar bizdən daha hiyləgərdirlərsə, qoy onda ölkəni idarə etsinlər.

Ancaq bu fikrinin son hissəsinin səmimiliyi nəyisə qaranlıq saxlayır. “Yəhudilər öz başabəla ağılının sayəsində ölkəni idarə edirlər” və “bütün konstitusiya sistemini idarə etdikləri” fikri tezliklə “bizə onlardan qurtulmaq lazımdır” haqda fikrinə transformasiya etməsi üçün kifayətdir. Bu yalnız zorakı üsulla mümkündür, çünki onların hiyləsi qanuni hədləri qeyri-aktiv edir. Yəhudilərin hiylə ilə əldə edilən qüdrəti haqqında ideyanın proyeksiyadan başqa heç nə olmaması fikri F105-də (bütün şkalalarda yuxarı bal yığmış qadın) olduğu kimi xüsusi dəqiqliklə ifadə edilib. Uşaqlığında keçirdiyi iflic ucbatından o əlil olmuşdu. O, yəhudilərin hiyləsi haqqında təsəvvürü (“ölkənin işgüzar həyatını öz əllərinə alan yəhudilər haqda”) yəhudilərə qarşı qanlı üsyanı qabaqcadan deməsi ilə, antiyəhudi talanlarının şəxsi mühakiməsinin yalnız bir az örtülü proyeksiyasını təşkil edən öncədən görməni deməklə bitirir.

–Ağlar qərara gəldilər ki, biz qara və sarı ilə müqayisədə haqlıyıq. Mən düşünürəm ki, müharibə bitirdikdən sonra yəhudilərin üsyanı olacaq. Doğrusu mən, onlara qarşı deyiləm. Onlarla yaxınlıq xoş idi. Onlardan kimlə dostluq edirdim, çox xoş idi. Əlbəttə, mən dözülməz olanlara da rast gəlmişəm.

–Onlarda sizə xoşagəlməz olan nə idi?

–Çox təmtəraqlıdırlar və sevirlər ki, onlara diqqət yetirsinlər. Həmişə irəlidə olmağa çalışırlar. Mən onların dostlarına necə xəyanət etdiklərini eşitmişəm, və s. Ancaq, inanmazdan əvvəl, mən özüm buna əmin olmalıyam.

–Üsyan haqqında nə fikirləşirsiniz?

–Məncə burada qan töküləcək.

–Sizcə buna bəraət qazanılıb?

–Şübhəsiz, onlar burada işgüzar sferada hakimiyyəti tutacaqlar. Burada onlara göstərilən qaçqınlara dəstəyi düzgün hesab etmirəm. Düşünürəm ki, onlar özləri öz işlərinin qayğısına qalmalıdırlar.

Dindirilənin kimin qanının töküləcəyi haqda düzünü deməməsi doğrusu diqqətəlayiqdir. O, mövcud olmayan yəhudi-səbəbkarları arzu etdiyi intizamsızlıqlarda ittiham edir, ancaq problemi açılmış saxlayır. Amma bu hamısı deyil. Ekstremal antisemitlərdə “tökülmüş qan” haqqında ideya, görünür, məqsədli olur. Şüurun dərinliyində onlar artıq subyekt və obyekt arasında fərqi ayırd etmirlər. Burada gizlədilmiş dağıtma instinkti bərabər ölçüdə həm düşmənə, həm də özünə aiddir: dağıdıcılıq doğrudan da totalitardır.

Bu fəsildə danışılan antisemit ekstremizminin strukturuna aid olan xülasə kimi tək aydın surətdə soyqırımın ideyasını tanıyan yeganə dindirilənin fikirlərini kifayət qədər ətraflı çatdıraq. 5006 —tələbə, həkim-stomatoloq, bütün şkalalarda yuxarı ballarla, müxbirin fikrincə, güclü inkişaf etmiş Edip kompleksi səbəbindən daltonizmlə və psixogen impotensiyadan əzab çəkir. Onun yəhudiləri kökünü kəsmək kimi qızğın arzusunun olmağı erkən uşaqlıqda aldığı ağır travmaların nəticəsi (axtalama qorxusunun təsəvvürləri səbəbindən) hesab edilir. Dərk edilməmiş zəiflik hissi, görünür, onun şişirdilmiş eyniləşdirməsini öz qrupu ilə müşayiət edir: o başqa heç nə bilmək istəmir, çox güman ona görə ki, bunu təhlükəli hesab edir.

O – əsl amerikalıdır, onun babası bura dörd yaşında gəlib. Heç vaxt ölkə xaricində olmayıb və bir yerə getmək arzusunda deyil. Bir dəfə Tiksanada olub və “bu kifayətdir”: o, amerikalı olmağı ilə çox fəxr edir.

Onun fikrincə, potensial güc azlıqların tipik əlamətidir: “Yəhudilərlə çətinliklər onların çox güclü olmasından irəli gəlir”. Onun fikrincə, Qrupların gücü, potensiyanın simvollarında, yəni, məhsuldarlıqda və sərvətdə ifadə edilir:

“Əlbəttə, problem burada var. Qaradərililər elə sürətlə çoxalırlar ki, tezliklə bütün dünyanı məskun edəcəklər, yəhudilər isə bütün pullara sahib olacaqlar”.

Öz antisemitizminin səbəbi haqqında o aşağıdakını deyir:

“Məndə heç vaxt yəhudilərlə ünsiyyətin müsbət təcrübəsi olmayıb”. (Ancaq ikinci müsahibədə o bu fikri yumşaldır – o xatırladı ki, bir dəfə kollecdə “çox xoş yəhudilər” onu Katalinaya idmançı kimi öz şəxsi yaxtalarında aparmışdılar.) Onlar daim onu və onun ailəsini aldatmağa çalışırdılar, hər şeydə prinsipsizdirlər. O, öz anasının Miladına almaq istədiyi xəz palto haqqında tam olaraq, yaza bilmədiyimiz uzun bir əhvalat danışdı. Yəhudi-satıcı qəbzi yanlış oxumuş və qiyməti əsl dəyərindən 100 dollar aşağı demişdi. Onlar alışı rəsmiləşdirmişdilər, ancaq satıcı səhv etdiyini bildikdən sonra, paltonu götürməyi təkid etmişdi. O, məmnunluqla bildirdi: “Bu halda mən yəhudini tam olaraq yəhudi dilində aldatdım”.

Onun o “yəhudi dilində” yəhudini aldatması hadisəni çıxmaqla, yəhudilərlə ünsiyyətinin mənfi təcrübəsinə istinadları kifayət qədər yayğındır və “hiylə” mövzusunun əks etdirmə xarakterinin sonrakı sübutudur. İstisna olan yaxta sahibini, zəngin yəhudi ilə hadisəni təşkil edir, o tələbənin onun sinfi şüurunun formalaşmasına səbəb olan antisemit baxışlarında qarışıqlığı sübut edir. Həmçinin milli sosialistlərə də özlərini, tərəfdarlarını və yəhudilərin ən varlı qruplarını onların (sonuncuların) Şərqdən kasıb mal-qara tacirlərinin və immiqrantların taleyini bölməli olmalarına inandırmaq üçün müəyyən vaxt tələb olunurdu. Fərdiyyətçilik prinsiplərini o özü aşağıdakı qaydada izah edir:

“Onlara fərdlər kimi münasibət bəsləmək lazımdır, ancaq nəticədə hamısı eynidir”.

Əlbəttə, “hər kəs yəhudini müəyyən edə bilər”. Özününkü və özgə qrupları arasında fərqlər demək olar ki, metafizik məna alırlar: bu dixotomiyanın yox olmasının təsəvvür edilən imkanı istisna edilir: “Mən yəhudi ola bilməzdim”.

Günahın, cəzanın və onların nəticələrinin nisbəti probleminə o bərabəri olmayan qısa fikir tapır:

“Mən düşünürəm ki, Hitlerin yəhudilərə etdiyi hər şey, tamamilə normal idi. Mənim rəqiblərlə çətinliklərim olanda mən tez-tez düşünürdüm: “bura Hitlerin əsl yeridir”. Xeyr, mən diskriminasiya olunmuş ölçülərin qanuniləşməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, bizim bu əclafları məhv etməli olacağımız vaxt gələcək”.




H.

ÖZ YERİNƏ OTURMAJA BURJUA


Analiz bizi antisemitizm barəsində ekstremal nəticəyə gətirib çıxardı – yəhudilərin məhv edilməsi barədə açıq arzuya. Eqo ekstremist coşqun, təcavüzkar nümunəyə çevrilir. Biz bu nəticələrin seçilmiş qurbanın “günahı” və cəzası arasında mütləq nisbətsizliyi quraraq antisemitə məxsus irrasionallığı bitirdiyini görürük. Ancaq antisemitizm “Müdrik Natanda” Lessinq tərəfindən xülasə edilmiş köhnə düsturla tükənmir: “heç nə etməyin, yəhudi odla məhv ediləcək”. Yəhudi şəraitdən və onun xeyrinə danışılanlardan asılı olmayaraq hər bir halda odla məhv ediləcək. İrrasional və amansız zamanla məhdudlaşmayan hökm yəhudilərinə təqdim edilən az saylı stereotip ittihamlarının köməyi ilə dəstəklənir, çünki, onlar dərin irrasionaldır, ölüm hökmünün çıxarılması üçün bəraət pərdəsini yaradırlar. Yəhudilərin mahiyyəti hədsiz iyrənc, doğulandan korlanmış təsvir edilməsi səbəbindən heç nə dəyişə bilməyəcək və barışıqlar olmayacaq. Yəhudilərin neqativ xüsusiyyətləri nə qədər dəyişməz qalırsa, problemin yeganə “həlli” yolu da o qədər daha aydın olur: düzəlmək istəməyənlərin məhv edilməsi. Antisemit üçün guya təbii xarab olma sxemi onun nifrət etdiklərinə qarşı çox vaxt kifayət qədər zərərsiz olan və nəticələrlə əlaqəsi olmayan standart qınaqlardan daha əhəmiyyətlidir. Bu qınaqlar elə çox məşhur və elə geniş yayılıb ki, onların tezlik göstəricisinin və intensivliyinə aid əlavə sübutların gətirilməsi gərəksizdir, ancaq müsahibənin materialında üzə çıxan və bu fenomeni işıqlandıran bəzi aspektləri araşdırmağa dəyər.

Sosioloji nöqteyi-nəzərdən qınaqların tədqiq edilməsi faydalı hesab edilir. Dindirilənlər qrupu[24 - Tədqiqat ərzində San Kventin həbsxanasında məhkumluq yaşayan bir qrup dustaq nümunə kimi seçilib (tərc.)] əsasən orta sinfin nümayəndələrindən ibarət idi, San Kventin qrupu yeganə diqqətəlayiq istisna idi. Onun nümayəndələrinin Lümpen-proletariata mənsub olması, həmçinin onun özünəməxsus “rəsmi” mənəvi kodeksi olan həbsxanalardakı təcrübələri bu qrupun fəhlə sinfi ilə eyniləşdirməsi aspektində başqa qrupların dindirilənləri ilə müqayisə etməyə imkan vermir. Bizdə burada belə eyniləşdirmə bütövlükdə hətta işçilərin arasında belə çox tipik deyil. Dindirilənlərimizin orta sinfə məxsusluğunun ümumi xarakteri yəhudilərə qarşı əsas ittihamlara xüsusi rəng verdi. Əgər bizim antisemitizmin dərin əks etdirmə xarakteri haqqında əsas fərziyyəmiz düzgün olarsa, o vaxt sosial aspektdə yəhudiləri sosioloji nöqteyi-nəzərdən antiyəhudi fikirlərə malik müxtəlif qrupların sinfi eyniləşdirilməsi vaxtı baş verən zəif anlara aid xüsusiyyətlər üçün qınamaq lazımdır. Həqiqi proletar üçün yəhudi ilk növbədə burjuadır.

Görünür, işçi yəhudilərin simasında hər şeydən əvvəl müraciət sferasından olan vasitəçini, kapitalist tendensiyalarının icraçısı görür. Onların fikrincə, yəhudi, – “maliyyə sferasını” təqdim edəndir.

Orta sinfə aid olan antisemitlərdə bir qədər başqa təsəvvür yaranır. Müəyyən dərəcəyə qədər bu sinif öz iqtisadi mövcudluğu üçün yəhudilər kimi eyni təhdidə məruz qalır. Orta sinfin nümayəndələri öz statuslarının saxlanılması üçün müdafiə olunmağa məcburdurlar və var qüvvələr ilə mübarizə aparırlar. Buna görə onların mövqeyi işçilərin dediklərinə tam ziddir, yəni yəhudilər həqiqi burjua deyillər, onlar əslində bu sinfə aid deyillər.

Orta sinfin nümayəndələri yəhudini bu təbəqəyə baş tutmayan eyniləşdirmənin əlamətlərinə aid etdikdə, subyektiv surətdə onlar, görünür, mövcudluğu üçün şəxsi və yad qrupla qarşılıqlı münasibətlərlə əlaqəli olmayan proseslərin təhlükə yaratdığı şəxsi qruplarının statusunu qaldırırlar.

Antisemit – orta sinfin nümayəndəsidir uğursuzluq, çox güman ki, yəhudiyə keçmişin köhnəlmiş, narahat qalığı kimi, müasir Amerika sivilizasiyasının ölçülərinə görə yaşaya bilməyən, uğursuzluğa uğramış, uyğunlaşa bilməyən burjua kimi baxır.

Həqiqətən, “uyğunlaşa bilməyən” sözünü müsahibədə yəhudilərə qabaqcadan inandırılmış münasibət bəsləyən dindirilənlərdən bəziləri istifadə ediblər. Yəhudilər özlərini orta sinfin qanuni nümayəndələri kimi nə qədər az təsdiqləyirlərsə, inhisarın vakuumun onsuz da qapalılığa meylli olan qrupundan onları çıxarmaq daha asan olur. Əgər bu fəsildə nəzərdən keçirilən, siyasətdən və iqtisadiyyatdan bəhs edən qəsbkarlıq kompleksi həqiqətən ümumi ideoloji sxemə aiddirsə, onda potensial-faşist düşüncəsinə görə yəhudi əsas etibarı ilə qəsbkar olur. O, mötəbər burjuanın və ya işgüzar insanın maskasında utanmazcasına çıxış edən küçə taciridir.

Müsahibənin materiallarında tipik antisemit qeydlər bu istiqamətdə gedir, hərçənd onlarda “proletar” antisemitizminin motivləri əsas yer tutur, buna aid yəhudi-istismarçı və ya ağır fiziki əməkdən yayınan yəhudilər barədə ideyanı misal göstərmək olar. Proletar və burjuaziya antisemitizminin arasında fərqi şişirtmək lazım deyil. Tez-tez işçilərin yəhudilərə aid etdikləri xüsusiyyətlər özlərində “uyğunlaşa bilməmiş burjua” aspektini saxlayırlar.

İşçiyə istismarın simptomu görünən bir şey, orta sinif üçün asanlıqla namussuzluğa, burjuaziya əxlaqının yolverilməzcəsinə pozulmasına, dürüst əməyin tərifinə aid edilən ən əhəmiyyətli prinsiplərə görə qınağa çevrilə bilər.

Burada nəzərdən keçirilən klişe sinfi baryerlərlə bağlı deyil, onların yalnız funksiyası dəyişir və nəticədə tonların yer dəyişməsi baş verir.

“Uyğunlaşa bilməmiş burjua”nın təsəvvürlərində motivlərin üç qrupu aydın seçilir: yəhudilərin zəifliyi və onların psixo logiyasının bununla əlaqəli xüsusiyyətləri; yəhudilərin orta siniflə önəmli dərəcədə yer tutmayan həddən ziyadə kompensasiya kimi eyniləşdirilməsi: yəhudilərin nahaq cəhd etdikləri siniflə bağlı aid eyniləşdirməyə aid dərin qeyri-loyallıq, onların eyniləşdirilməsinin və təbiətinin, yəni təcrid edilmiş, istənilməyən və bağlı qrupun təbiətinin alınmamış cəhdlərinin ifadəsi kimi qəbul edilən qeyri-loyallıq. Birinci iki qınaq məlum obyektiv əsaslandırılmaya ehtiyac görür. Yəhudilərin mazoxizminə aid kifayət qədər sübutlar var – məsələn, Anton Lurenin ən yeni tədqiqatları, – və dinin psixologiyasında mazoxizmin əsasları. Əksinə, üçüncü qınaq, görünür, əsasən proyektivdir və “bütün bu dəstədən azad olmaq” arzusunun əsas haqq qazandırılmalarından birini təşkil edir.

Yəhudilərin zəifliyi haqqında ideya F114-ün (bütün şkalalarda yuxarı bal toplayan qismən yəhudi mənşəli olan tibb bacısı) ümumi fikirlərində təqdim edilib:

“Mənim bir əmioğlum var. O məni sevirdi və mənimlə evlənmək istəyirdi. Mənşəcə o məndən artıq yəhudidir. Mən onu sevirdim, amma ona ərə getmək istəmirdim. Mən ona səbəbi izah etdim – axı o yəhudidir. İndi o qeyri yəhudi ilə evlənib, onların iki uşağı var. O məndən daha artıq antisemitdir. Bu bir çox yəhudilərə aiddir – onlar sanki iflic edilib və ya qozbeldirlər. Bu onlarda nifrət və ya peşmançılıq yaradır”.

Güman ki, yəhudilərin özlərinin yaxud daha aşağı bal sayı ilə dindirilənlərin daha pozitiv yolla yəhudilərin bu cür zəiflikləri haqqında fikir bildirmələri tipikdir.

Nifrət zəifliklə əlaqələndirilən qərəzli nöqteyi-nəzərlə dindirilənlər daha çox yəhudilərin “həddən artıq təsiri əldə edirlər” və “hər şeyə malikdirlər” kimi güclü tərəflərini vurğulamağa meylidirlər.

Aşağı bal yığan münasibətin nümunəsi olan 5055, bütün şkalalarda balların aşağı sayı ilə çox liberalcasına köklənmiş 73 yaşlı qoca yəhudilərin zəiflikləri fikrinə həmfikir olur.

O fikirləşir ki, yəhudilərin özünümüdafiəsi fəlsəfəsi başqa insanların düşmənçiliyinə səbəb olacaq vəziyyətə gətirib çıxardı.

Ekstremist köklənmiş insanlarda yəhudilərin zəiflikləri haqqında bilikləri bəzən eyniləşdirməyə gətirib-çıxarır: onlar şüurlu olaraq yəhudilərə qarşı özləri düşməncəsinə köklənmiş tanış yəhudilərə qarşı durmaq üçün yəhudi rolunu qəbul edirlər, ola bilər ki, dərk etmədən, antisemitizmin günahlarını yumaq üçün ən azı simvolik planda yəhudilərin məruz qaldığı alçalmalara uğrayırlar.

Bunun təsviri kimi 5028, 20 yaşlı bir qədər əsəbi interyer dekoratorunun nöqteyi-nəzəri xidmət edə bilər. O, aşkarca atasına qarşı çıxır, ancaq anasına çox bağlıdır.

Dindirilən və onun bacısı yəhudilərə heyran olduqlarını bildirirlər. O, bir ata kimi qızğın antisemit olan qohumları ilə onun atasının rolunu oynaması barədə zarafatdan danışdı. Qohumlarını inandırdılar ki, ana xətti üzrə onun ulu babası yəhudi olub. Dindirilən izah etdi ki, ana xətti üzrə onun ailəsinin çox üzvləri bir qədər yəhudi kimi görünürlər, “çünki onların burunları uzundur”. Bunu danışdıqları ata xətti üzrə əmioğluları, bir fikirdən az qala “intihar etmişdi”.

Dindirilən birdən birə qeyd etdi ki, ola bilər ki, yəhudilərə qarşı simpatiyasının səbəblərindən biri odur ki, onun “heç vaxt iddialara malik yəhudilərlə tanışlığı olmayıb”.

Yəhudilər barəsində qərəzlilərlə şəxslərdə onların çatışmazlıqlarının təsvir edilir, çünki bu onların güclü tərəflərinin təkmilləşdirməsi ilə bağlıdır, bəzən öz həmahəngliyinin sayəsində profaşist istiqamətinin Amerika təbliğatçılarının standart mövzusuna görə seçilən xüsusi hal alır.

Bu – yəhudi-qaçqının obrazıdır, hansı ki, eyni zamanda həm güclü (“işi bizim amerikalı oğullarımızın əlindən alır”), həm də zəif (“murdar səfil”) yəhudi obrazı. Tam əsasla inanmaq olar ki, ikinci motiv həlledicidir (qərar verəndir). M105N belə qeyd edir:

“Bizim ölkəmizə bir çox yəhudi mühacirləri gəlir. Burada yaşamaq onlara rahatdır və onlar hakimiyyəti öz əllərinə alırlar. Onlardan hər biri ilə ayrılıqda ünsiyyət belə saxlamaq olmaz, amma bir çoxları çoxlu pul qazanmasına baxmayaraq, ümumiyyətlə murdar qorxuncdur”. Qaçqınlarla bağlı təcavüzkarlıq dindirilənin fikrincə, hətta antisemitizmin zəif ifadə edildiyi hallarda belə özünü büruzə verir.

5036, hal-hazırda işsizlik müavinətini alan caz-orkestrindən musiqiçidir və E və F şkalaları üzrə yuxarı ballar göstərib, ancaq RES şkalasına görə daha az bal toplayıb.

Hərçənd o yadlar qrupları ilə bağlı istənilən tip antaqonizmi[25 - Düşmənçilik, ədavət, əleyhdarlıq] inkar edir, bu antaqonizmin səthdə olmağı güman edilir.

O əmindir ki, əgər vaxt və şərait imkan verirsə, qaçqınlara vətəndaşlıq vermək lazım deyil və onları evə göndərmək lazımdır.

Rəqiblərin ölkəsinə gəlmiş bu dindirilən nifrətinin psixi təyini, hansını ki, qarşı qidalandırır, onun etirafı əsasında inamla belə nəticəyə gəlməyə imkan verir ki, şübhəsiz, yəhudilər musiqi istedadına malikdirlər.

Buna qarşı yalnız qeyri-müəyyən standart ittiham qoyulur:

“Amma onlar hamısı əlbirdirlər və elə işğalçı və gurultuludurlar ki, bəzən onlara tab gətirmək qeyri-mümkündür”. O, iddia edir ki, bəzən yəhudi-musiqiçilərin təcavüzkarlığı və eqoist tələbləri onun yaratmaq istədiyi kiçik estrada kollektivlərinin dağılmasına gətirib çıxarmışdı.

Daha qazanclı təklifləri alan kimi, onlar dərhal onun kollektivini tərk edirdilər. “Amma mən burada geri qalmamağa çalışdığım üçün, uğursuzluğa iki dəfə dözməyə məcbur idim”. Digər tərəfdən, o, deyir ki, bəzi yəhudilər, şübhəsiz, çox mədəni insanlardırlar.

Qaçqınları, obyektiv zəiflər kimi, daim ağa hərəkətlərində və hakimiyyətə gəlmək cəhdlərində ittiham edirlər.

Əgər qınaq işğalçılıqdısa və yəhudilərin müəyyən edilmiş təlim almış reaksiyalarında əsas malikdirsə, məsələn, onlar “öz maraqlarının müdafiəsini dəstəkləməyə” vərdiş ediblər, onda bu klişe eyni zamanda siyasi sığınacağın alınmasına demokratik hüququn pozulması ilə əlaqədar antisemitlərin narazılığını yumşaltmağa kömək edir, çünki onlar özləri qonaqpərvərliyin qanunlarına riayət etmirlər, yəhudilər isə qaçqındırlar.

5043, bütün şkalalarda yuxarı bal yığmış, orta yaşlı evdar qadındır. O, belə deyir:

“Yəhudilər özlərini gurultulu aparırlar və çox vaxt işğalçı olurlar”. (Burada nümunə kimi o, bazarda qadın-qaçqınların necə camaatı itələyərək, irəli soxulmalarından danışır.) O “qaçqınların” və başqa yəhudiləri müqayisə edir və nəticəyə gəlir ki, “qonşuluğumuzda yaşayan o tip “, özünü ayrı cür ziyalı aparır, bir-biri ilə əlbirdirlər, ziyalı deyil və ümumiyyətlə onlar arzu olunmayan qonaqlardırlar.

Yəhudilərin təcavüzkarlığı haqqında stereotipdə görünən və daha ətraflı tədqiqata ehtiyac duyan Antisemit düşüncənin tipik əlaməti əsasən psixoloji təbiət haqqında olan fərziyyələrlə kobud təcavüzkar hərəkətlər haqqında ittihamların qarışdırılmasıdır. Belə ki, məsələn, “yəhudi qanı” haqqında ideya, “irqin ləkələnməsi” qorxusu (“qan” sözünü burada yalnız metaforik mənada anlamaq lazımdır) “donor-yəhudilərin qanı ilə zəhərlənmələr” haqqında isteriyaya qədər gedib çıxır. Eləcə də yəhudilərin növbələrdə qalanları dirsəkləri ilə itələmələrindən tutmuş guya işgüzar münasibətlərdə rəhmsizliklərinə qədər təcavüzkarlıqları haqqında təsəvvürlər yaranır. Bu antisemitizmə məxsus geriləyən “mifik” xüsusiyyət haqqında nəticə çıxartmağa imkan verir. Mənəvi dispozisiyalar bir tərəfdən, anlaşılmaz “yad mentallığın” qarşısında qorxunu zəiflətmək üçün, və digər tərəfdən proyeksiya edilənə reallığın xüsusiyyətləri vermək üçün fiziki reallığa keçir. Ehtimal ki, bu ikinci aid edilmə, bütün antisemitlərin nə üçün istisnasız olaraq yəhudilər xüsusi fiziki əlamətlərə görə tanımaq mümkün olduğunu inadla iddia etdiklərini izah edəcəkdir.

5067 (analığın ifadə edilmiş xüsusiyyətləri ilə boylu-buxunlu qadın, 48 yaşına uyğun görünür) E və RES şkalaları üzrə yuxarı ballarla qarışıq təsadüfün illüstrasiyası üçün nümunə kimi seçilib. O, yəhudilərin “təcavüzkarlığın” fiziki və psixi aspektlərinin arasında heç bir fərq qoymur:

“Onların işgüzar münasibətlərində kobud təcavüzkarlığını sevmirəm. Bu hətta təcavüzkarlıqdan da böyük bir şeydir. Onlar həmişə insanları qırağa sıxışdırırlar. Müharibə vaxtı sonsuz növbələrdə dayanmaq lazım olanda neçə dəfə mən əsasən yəhudilərin itələşməyə başladıqlarını müşahidə edirdim. Mən yəhudilərə əsl nifrət hissi bəsləyirəm”.

Başqa hallarda təcavüzkarlıq haqqında ideyadan onu “sırtıqlıq” kimi sosial mənada xüsusi izah etmək üçün istifadə edirlər: bəzən bu standart danlaqlar arxasında gizlənmiş mexanizmə ötəri baxmaq mümkün olur.

Güman ki, o, bütünlə orta sinfin nümayəndələrinin yüksək sosial fəallığı ilə kompensasiya edilən çox güclü sosial təcrid olunma hissi ilə bağlıdır. Bu emosional fonda yəhudiləri rəftar sferasının klassik nümayəndələri kimi qəbul edilirlər, ola bilsin ki, onlara hətta paxıllıq edirlər, çünki onlar bir-birini təcrid etməyiblər, əksinə, hər yerdə “əlaqələrə” malikdirlər. Bu ideya həqiqi qrup nümayəndələrinin guya özlərini sıxışdırılmış hesab etdikləri, həmçinin bir növ cəmiyyət barədə təsəvvürü özündə əks etdirən qohum qəbiləliyi ilə sıx bağlıdır.

Müsahibə alınanlardan sonuncusu belə sözlər tapır:

“Güman olunur ki, onlar hər şeyi bilirlər, bütün ipləri öz əllərində saxlayırlar. Bu istənilən başqa tərəfin nümayəndələri arasında mövcud əlaqələrdən daha sıx olan qəbiləyə bənzəyir. Onların hər yerdə hər şeyə qadir, hər işi düzgün yerinə yetirə bilən dostları var”.

Nəticə etibarilə, bizim materialımızda sıxışdırılmış şəhvət əsasında təcavüzkarlıq haqqında stereotipdən əmələ gələn nümunələr var. Fikir yayılıb ki, yəhudilər təmiz xristian əxlaqının miqyasları ilə toxunulmayıblar.

Əgər yəhudilərin “cəlallı yeməkləri” hələ tənqidə məruz qalmırsa, deməli onda onlara yazılan qarşısıalınmazlıq, seksual sferada nifrət doğuran hissiyyat dözülməz münasibətlə qarşılaşır.

Bu nöqteyi-nəzər haqqında təsəvvürü F118, yad qruplara olan nifrəti böyük ehtimalla azlıqlardan daha çox işçi təşkilatlara yönəlmiş ictimai təminat sferasından 42 yaşlı tibb bacısı (A-S üzrə orta və RES və F şkalaları üzrə yuxarı ballara malikdir) müsahibəsində verir.

O, yəhudiyə ərə gedəcəyini ağlına belə gətirmir. Sonra o danışdı ki, həqiqətdə yəhudi ərə getmək imkanı olub. Bir dəfə, yayı evdə keçirmək üçün Nyu-Yorkdan qayıdanda, onun qardaşı ilə bir büroda işləyən çox ziyalı vəkillə tanış olmuşdu. Onun əla təhsili var idi və o, bir neçə xarici dil bilirdi. Onlar dəfələrlə görüşmüşdülər və o üç həftə ərzində tez-tez onu görürdü, o günə qədər, nə vaxt ki, o ona dedi: “mən sizə özündən bir şey danışmaq istəyərdim. Siz mənim ailəmlə tanış olmadınız bu mənim planlarıma daxil deyildi. Ancaq burada mən sizdən soruşmaq istədiyim bir detal var, məhz, siz yəhudiyə ərə getməyə etiraz etməzdiniz?” O dedi ki, onda belə hiss yarandı ki, elə bil ona ağır zərbə vurdular. O yəhudiyə bənzəmirdi, və onun adı da yəhudi adı deyildi, o hətta uşaq xorunda hamı ilə birlikdə ifa edirdi, ona görə o hətta oğlanın yəhudi olmasını fikirləşmirdi. O sadəcə oturub, bir söz demədi – və bu cavab idi. Bu informasiyaya o hələ əlavə etdi ki, işləri pisləşdi, çünki pansionatdan bütün qızlar öyrəndilər ki, o yəhudidir, bu eləcə də işdə məlum oldu və onun üçün pis dönüş baş verdi.

On il sonra o onu yenidən gördü, və qeyd etdi ki, o daha yəhudiyə oxşamağa başladı, bu halda o əlavə etdi ki, bu ehtimal ki, onun oğlanın yəhudi mənşəli olmasını bilməsi ilə bağlıdır. Hətta yəhudiyə ərə gedib, ona yəhudi-uşaqları doğmaq lazım olmağı fikri belə ona inanılmaz görünür.

Bu qadının müqaviməti onun tanışının xarakterinin xüsusiyyətləri ilə deyil, sadəcə onun mənşəyi ilə bağlı olmağı diqqətəlayiqdir. Fərz etmək olar ki, bu stereotip şüurda şəhvətə qarşı yönəldilmiş köhnə uşaq tabusunu canlandırdı və yalnız sonra onlar fərdlər kimi yəhudilərə tərəf yönəldildilər.

İlkin cazibə daha sonra qəbul etməmənin səbəbi olur.

Aşağıda göstərilən nümunələrdə yəhudilərin qəbilə sədaqəti və onların təcavüzkarlığı barədə danlaqlar haqqında ümumi ideya arasında sıx əlaqə aydın görünür. Burada təsdiq etmək kifayətdir ki, qəbiləyə sədaqət təcavüzkar gəlməni istisna etmək üçün bəraət kimi meydana çıxır, çünki o həmişəlik tanınmasına cəhd etdiklərinin həyatını kədərləndirməyi arzu edən yəhudi olaraq qalacaq. Eyni zamanda bu ideya yəhudi cəmiyyətinin obrazının təsvirini, səmimi, ailəcanlı kimi, görünür, Amerika sivilizasiyasının ənənələrində möhkəm formalaşmış və texnologiya səmərəliliyinin qaydalarına tabe olanlar üçün qadağan edilmiş görünən yad qrup çərçivəsində arxaik yaranma kimi başa çatdırır.

Yəhudi “qəbiləsinin” gizli cəzbedici gücü M102-nin (bütün şkalalar üzrə yuxarı ballar toplayıb) fikirlərində görünür:

“Mənim məktəbdə tanıdığım Yəhudi uşaqları məşhur yəhudi sahibkarlarının oğul və qızı idilər və onlar əlbir idilər. Bunu necə dəyişdirmək mümkün olduğunu demək çətindir. Görünür, başqa insanların düşündükləri onları tamamilə maraqlandırmır. Bu onların təbii xasiyyətinin xüsusiyyətidir. Onları işgüzar həyatdan sıxışdırmağa çalışmaq düzgün olmazdı, çünki onlardan bəziləri ölkəmizin ən hiyləgər biznesmenlərdirlər. Onlardan əksəriyyəti yaxın vaxtlarda Almaniyadan gəliblər və mən güman edirəm ki, tezliklə onlar geri qayıdacaqlar. Bu insanların bəziləri fövqəladə zirəkdir, onlar hamısı yumruq kimi dayanırlar, həmişə öz kapitallarını artıraraq, ticarətdə müvəffəqiyyət qazanırlar. Almaniyada almanlara yəhudi-biznesmenlər lazım olacaqlar, onlar bütün pulları yığacaqlar və orada biznes quracaqlar. (Siz qadın-yəhudilər haqqında nə düşünürsünüz?) Onlardan bəziləri çox cazibədardır, digərləri öz dairəsinə qapanmışdır. Onlar inamları ilə bağlı olaraq, kişilərə tabedirlər.”

Yəhudi ailəsinin daha patriarxal strukturu, həqiqətdə və ya təxəyyüldə olmasından asılı olmayaraq, müəyyən mənada, görünür, seksual cazibəyə malikdir. Hesab edirlər ki, yəhudi qadınları “kişilərin bütün arzularını yerinə yetirirlər; yəni qeyri-yəhudi mənşəli Amerika qızlarından gözləmədiklərini”. Ancaq, digər tərəfdən, Amerika mədəniyyətində seksual məmnunluq haqqında təsəvvür məmnunluğu verməyə söz verən qadının sosial əhəmiyyətini ehtimal ki, azaldır. Burda həmçinin yəhudilərin üstünlüyünün tanınması öz ziddiyyəti ilə dönür.

Ailənin sıx birliyi haqqında təsəvvürün necə güclü düşmənçiliyin hissi ilə yüklənmiş düşkünlüyün xüsusiyyətlərini qəbul edə bilməsini F113 (E şkalasında yuxarı F və RES şkalalarında bir qədər aşağı ballarla olan cazibədar, bir az əsəbi 26 yaşlı qadın) göstərir.

Onun hiddətinə yəhudi soyadları və onların dəyişdirməyə çalışmaşı səbəb olur. Öz tanış-yəhudiləri haqqında o xüsusi ləhcə ilə danışır, onlar zəngin olduqlarına görə “bir sıra gülməli evlərdə yaşayırlar”, amma bir qədər pis şöhrət qazanıblar. Onun yəhudilərin ailə həyatı haqqında müşahidələrindən həqiqət olan bəzi fikirlərində, yəhudilərin belə davranışını müəyyən edən eqoizm haqqında və onun “şərablar” kimi müəyyən edilən sərt qiymətləndirilməsi paranoik təsəvvürlərlə sıx bağlıdır:

–Onlarla ünsiyyətdən ən xoşagəlməz təcrübəni mən bir neçə il Havay adalarında telefonçu işləyəndə qazandım. Mənə Nyu-Yorkla bağlı bütün telefon söhbətlərini dinləmək lazım olurdu, buna görə mən minlərlə söhbət eşidirdim. Onlardan 90 faizi evə zəng edən zəngin yəhudilərin payına düşürdü. Onlar haqqında bircə yaxşı şey mən deyə bilərəm ki, bu da onların ailəyə olan sədaqətidir. Ancaq bunda onların eqoizmi görünür: tam olaraq, şəxsi danışıqlara sərf edilmiş telefon söhbətləri və bu zənglərə xərclənən pul.

–Bəs işgüzar danışıqlar?

–Mən əsasən gecə vaxtı işləyirdim. Amma başqa qızlar danışırdılar ki, bu gündüz telefonla işgüzar danışıqları aparan həmin insanlar idilər.

–Sizin necə müəyyən etdiniz ki, bu yəhudilər idi?

–Səslərinə və danışıqların məzmununa görə. Eqoistlər.

–Bu halda sizin tanımadınız yəhudilər ola bilərdilər?

–Düşünmürəm. Yəhudiləri tədricən səsə görə ayırmağa başlayırsan.




İ.

AŞAĞI BAL YIĞAN SUBYEKLƏR HAQDA MÜŞAHİDƏLƏR


Bu fəsildə biz antisemitizmin və onların arasında yaranan struktur əlaqələrin təzahürünün formalarının tədqiqatında cəmləşəcəyik. Biz münasibət haqqında ətraflı müzakirədə azlıqlar probleminə, antisemitlərə və “antiantisemitlərə” toxunmadıq. Görünür nisbətən spesifik fikirləri və nöqteyi-nəzərləri təhlil etmək onların yoxluğunu tədqiq etməkdən, daha perspektivli, daha asandır. Bizə elə gəlir ki, tədqiqatda səthi ideoloji strukturu və səciyyəvi determinantları əhatə edən aşağı bal yığanların tipi üzrə bütöv təsviri müəyyən dərəcəyə qədər çəkməyi bacardıq.

Ancaq aşağı bal yığan kateqoriyasının irqi məsələlərə olan tam laqeydliyi bu problemə aid materialın yığımının imkanlarını məhdudlaşdırır. Bundan başqa, bizim tədqiqatımızın praqmatik aspekti bizi təbii surətdə diqqətimizi ərazilərə deyil, daha çox təhlükə zonasının analizinə ayırmağa məcbur edir, faşizm üçün potensiallıq təşkil etdiklərinə görə onları diqqətsiz qoya bilərik. Bütövlükdə aşağı bal yığan kateqoriyasının nöqteyi-nəzəri e-contrario-u-nun bir çox hallarda polemik olaraq, bu mədəni mühitdə yayılmış antisemit təsəvvürlərə qarşı qoyulan aşağı bal yığan kateqoriyasının nöqteyi-nəzərini müəyyən etməsi üçün kifayət olacaq.

Ancaq aşağı bal yığan haqqında bir neçə qeyd etməyə icazə vermək olar, təkcə ümumi mənzərənin tamamlanması üçün deyil, həm də ona görə ki, bu kateqoriyanın nümayəndələri azlıqlar problemləri haqqında məsələyə öz cavablarında qərəzli ilə şəxslərin nöqteyi-nəzərinin sadə inkarının çərçivəsindən kənara çıxırlar və onların fikirlərinin qeyri-faşist xarakterini işıqlandırırlar.

Kateqoriyanın ümumi xarakteristikası aşağı bal yığan yəhudilərə onların münasibətində ikitərəfli mənada göstərilən vurğulanmış səmərəlilik olur. Bir tərəfdən, ümumi, o qədər tipik aşağı bal yığan daxili müşahidəyə meyl xüsusən harada görünür, orada irqi problemlər haqqında söhbət gedir. Daxili müşahidənin köməyi ilə antisemitizmdə onlar antisemitlərin problemini görürlər. Digər tərəfdən, onlar tarixi və sosioloji perspektivlər nöqteyi-nəzərindən azlıqların xüsusiyyətlərinə aid olan irqi suallara və məsələlərə baxırlar, ona görə hər kəsə rasional izah etmə və qeydlər əlçatan olur, amma irrasional obrazla.

İrqi məsələlərdə öz-özünə refleksiyanı təsvir edən nümunə kimi, M910, bütün şkalalarda aşağı bal yığmış universitet keşişi xidmət edə bilər. O, əksər aşağı bal yığan kimi intellektual fəaliyyətə ifadə edilmiş meylə malikdir və qərarsızlığa, şübhələrə və şəxsi fikir ayrılığı tendensiyasını aşkar edir. Qərəzlilərə o açıqürəkliliklə, hərçənd ki, bir qədər sadə tərzdə qapılır.

Sizin fikrinizcə, qərəzliliyin səbəbi nədir?

– Çox güman ki, ən çox fərdlərə məxsus inamsızlıq və inamsızlıq qorxusu əsas səbəbdir. Mənim mühitimdə yəhudilər haqqında uca danışan insanlar, yaponlar tərəfindən tərk edilmiş mülkiyyəti mənimsəyənlərdir…və onlar onların qayıtmasından ehtiyat edirlər… bir də yaponlar işdə inadkar olduqlarından onlarla rəqabətdən qorxurlar …

– Siz güman edirsiniz ki, əsasən istehsal münaqişəsi haqqında söhbət gedir?

– Xeyr, tam olaraq istehsal olmayan sahələrdən, və mən dü şünmürəm ki, onu iqtisadi cəhətdən həll etmək mümkün olacaq … Bütün insanlar hər halda özünü tərəddüdlü hiss edirlər. Bu kifayət qədər gizlədilmiş ola bilər; ola bilər ki, onlar bunu anlamırlar, və yaponların burada günahı yoxdur, amma məhz onlardan qisas alırlar. İnsanlar axı qəribə varlıqdırlar (gülür), və onlar amansızdır.

–Qərəzli insanlara üstün gəlmək üçün nə etmək lazımdır? Düşünürəm ki, bu bir növ kontroldur, yəni faktları aşkar etmək lazımdır, bu kömək edə bilər, ancaq bu yolla problemi həll etmək mümkün deyil… məsələn, qaradərililərin və ağ insanların donor qanını müxtəlif sınaq şüşələrinə bölməyə ehtiyac yoxdur, amma axı bir çox insanlar yaponları satqın hesab edir və inanır ki, bu xüsusiyyət irsən keçir. Əlbəttə, çoxları sadəcə cəfəngiyat danışır.

M203 (liberal baxışlı müəllim) guya anadangəlmə xüsusiyyətlərlə bağlı dinamik amillərin rolunun dəqiq izahatını verir. O kolleclərdən birində ingilis filologiya elmindən dərs deyir və bütün şkalalarda aşağı bal yığın. Onun həyat nöqteyi-nəzərləri pozitiv xarakter daşıyır, o semantikanın problemlərinə böyük maraq göstərir, amma onu bütün xəstəliklərin əlacı hesab etmir. Onun azlıqlar probleminə olan münasibəti yaponların qiymətləndirilməsində cəmləşdirilib:

“Əgər nasistlər almanları bir nəsil ərzində dəyişdirməyi bacardısa, onda bir və ya iki nəsil yaponları demokrat etmək olar. Hər kəs uyğun olan şərait vaxtı hər kəs ola bilər”.

Söhbət antisemitizmdən gedəndə, o izah qismində tarixi amili seçir: pis niyyətlə yəhudilərə boynuna qoyulmuş adlar. Bu spesifik amilin sərbəst seçimi ola bilsin ki, məhz, onun semantikaya olan sədaqəti ilə izah olunur:

–Antisemitizmlə hər şey bir qədər başqa cür olur. Semitləri müəyyən etməyə o qədər də asan deyil. Düşünürəm ki, bu hər şeydən əvvəl onların adları ilə bağlıdır. Məsələn, sizin adınız üzrə mən deyə bilərdim ki, siz yəhudisiniz, hərçənd görünüş üzrə mən bu müəyyən etmədim, elə deyilmi?

–Bəli. (Dindirilən çox açıq fikir bildirir. Onun utanmasını ələ verən tək əlamət onun əvvəlcə ona “semit” sözünə üstün lük verərək “yəhudi” sözünü istifadə etməkdən çəkinməsi idi. Daha sonra, o “yəhudi” sözünü də sakitcə tələffüz edirdi.)

Onun müsahibə alanın yəhudi mənşəyini vurğulamağa hazırlığı diqqətəlayiqdir. Onun üçün “yəhudi” sözündə sirli heç nə yoxdur, həmçinin yəhudi olmaq – onun üçün biabırçılıq deyil. Buna görə də onun həmsöhbətlə bu sözün aid olduğu danışığında ton sərbəstdir. Ancaq aşağı bal yığanın özünü müdafiə etməli olmağı və başqasını incitməyi arzu etməli olduğunu hesab etməsəydi, müsahibə alanın mənşəyini yolüstü müzakirə etməsini təsəvvür etmək çətindir. “Siz axı özünüz də yəhudisiniz, elə deyilmi?”

Obyektiv düşünən müsahibə alınanın səmərəliliyi hər şeydən əvvəl azlıqlara qarşı klişe olan təhqiredici sözlərdən istifadə etməməsində özünü büruzə verir. Çox vaxt bu imtina şüurlu olaraq və aydın görünür: şəxsiyyət anlayışı bütün ciddiliklə qəbul edilir. Yenə M910-a istinad edək.

Onun fikirlərində mütənasibliyin hissi aydın görünür, hətta hadisələrdə, o klişedən istifadə etməkdən imtina edəndə belə irqin fiziki əlamətlərinin mövcudluqlarına etiraz etmir, ancaq onu əhəmiyyətsiz hesab edir:

–Mən özümü hər hansı insan haqqında qrup kimi fikirləşmək ideyasına meylləndirməyə imkan verməzdim. Tanıdığım yaponlar, mənə çox qanışirin idi. Əlbəttə, yaponların da arasında xoşagəlməyənlər var.

–Siz hesab edirsiniz ki, hər irqi qrup hansısa bir xüsusi tipik fərqləndirici əlamətlərə malikdir?

–Əlbəttə, xeyr. Bioloji əlamətlər var, məsələn, burunun arxasının hündürlüyü və ya dərinin rəngi.

Bu fikrə yaxın digər müsahibə 5030, dörd il hərbi dəniz donanmasının qoşunlarında xidmət etmiş və leytenant rütbəsi almış 33 yaşlı Stenford Universiteti məzunudur. O, bütün şkalalarda aşağı bal alıb. Müsahibə alan onu çox ağıllı və müvəffəqiyyətli insan kimi xarakterizə edir.

“Qaradərililər, yəhudilər və azlıqların bütün qrupları üçün çətin zəmanə gəldi. Düşünürəm, çoxları onları onların psixi xüsusiyyətlərinə görə sevmirlər. Həqiqətdə bu pisdir. Çoxları boyunlarına almaq istəmirlər ki, qaradərililərin çoxu ziyalı, ba carıqlı və hətta nədəsə onlardan üstün olan insanlardır. Şərait onlara tam ölçüdə irq kimi özünü reallaşdırmaq imkanını vermədi. Və onlarla ünsiyyət nəticəsində məndə bu qrupların nümayəndələri haqqında yaxşı və pis fikirlər yarandı, ancaq mən heç vaxt onlara müəyyən irqə və ya dinə mənsubluqla əlaqədar baxmırdım. Mən onları həmişə fərdlər kimi qəbul edirdim. Dünən bir xoş hadisə baş vermişdi. Mənim siniflərimdən birində qaradərili metis qız oxuyur. Çox bacarıqlı, əlaçı qızdır, əminəm ki, sinifdə ən ağıllı odur. Məndə tez-tez onunla qeyri-rəsmi vəziyyətdə danışmaq fikri yaranırdı, ancaq heç vaxt münasib imkan yaranmadı. Dünən, mən tərəddüdlə, onu bir fincan qəhvəyə dəvət etdim. Onun bu dəvəti qəbul etməsi görüşün özündən daha xoş idi və biz əla vaxt keçirdik. Düşünürəm ki, mənim tərəddüdlərimə səbəb yalnız qorxudur, bəs başqaları bu haqda nə düşünə bilərlər. Mənə yəhudi ilə bir otaqda kirayə qalmalı olmuşam və o mənim birlikdə yaşadığım insanlardan ən yaxşısı idi”.

Ekstremal hal kimi, şüurlu olaraq antistereotip nöqteyi-nəzərləri 5046 (bütün şkalalarda aşağı bal yığmış fəhlə hərəkatında fəal iştirak edən bir kinostudiyadan 40 yaşlı katibə) təqdim edir. Hətta əgər onun qısa fikirlərindən bəziləri onu da ümumi fikirlərə qapıldığını göstərsələr də, nəzərinizə çatdırırıq ki, stereotipləri qəbul etməməsi onu yəhudilər haqda klişenin avtomatik formalaşmasından qoruyur. O, “yəhudilərin tərəfdarı” deyil, ancaq fərdlər kimi insanları qiymətləndirərək səmimi təqdim edir. Əslində, o yaxın vaxtlarda bir yəhudi ilə münasibətləri kəsib. Müsahibə alınan yəhudi problemi üzrə suallara cavab verəndə dərhal aşkar oldu ki, o “bütün cavabları bilir”. O bildirdi: “Bəli, problem mövcuddur… amma mən düşünürəm ki, yəhudilərin problemini onunku adlandırmaq lazım deyil. Həqiqətdə bu – xaçpərəstlərin problemidir… antisemitizmi təcrübədən keçirən qeyri-yəhudilərin nəsihət məsələsi”. Tipik əlamətlərin siyahısını alıb, o güldü və dedi: “Ümumiləşdirmək olmaz… antisemitlər bu klişedən yəhudiləri müəyyən səhvlərdə günahlandırmaq üçün istifadə edirlər … Mən hesab edirəm ki, hər hansı qrupa belə etiket yapışdırmaq lazım deyil… bu təhlükəlidir, xüsusilə yəhudilər barəsində, çünki fərdi şəxsi keyfiyyətləri əsasında qiymətləndirmək lazımdır”. Növbəti suallara cavablarda da antisemitizmə heç bir işarə hiss edilmirdi. Onun cavabları antisemitizmə qarşı sabit, demək olar ki, davakar çıxış idi. O hesab edir ki, antisemitizm bu ölkədə ən təhlükəli istiqamətlərdən biridir və vəziyyətdən tək çıxış yolu liberal prinsiplər əsasında hərtərəfli maarif və qarışdırılmış nikahların sayının artımı ola bilər. Keçmiş illər ərzində antisemitizmin artması onda narahatlığa səbəb olsa da, o, assimilyasiya prosesinə optimizmlə reaksiya verir. Hitlerin irqi nəzəriyyəsinə və yəhudilərin təqiblərinə qarşı olan qarşıdurmalara nə formada olursa-olsun, bütün vasitələrdən istifadə edərək, mübarizə aparmaq lazımdır. O dedi: “Mən bəzi yəhudiləri tanıyırdım ki, mənim qətiyyən xoşuma gəlmirdilər, onlardan bəziləri təcavüzkarlıqla fərqlənirdilər, amma mən heç vaxt buna əsaslanaraq, bütün yəhudiləri təcavüzkar kimi ümumiləşdirməzdim … Kaş ki, biz insanları inandırmağı bacaraydıq ki, təcavüzkarlıq bəzilərinin özünə olan inamsızlığı ilə bağlıdır və yəhudilər sadəcə yəhudi olduqlarına görə təcavüzkar deyillər”.

Artıq müsahibənin materialının spesifikasının analizinə həsr edilmiş fəsillərdə təfərrüatı ilə izah edildiyi kimi, aşağı bal yığanların təsəvvürlərinin səmərəliliyi, əks etdirmə funksiyaların və avtomatlaşdırılmış qiymətləndirmələrin onların qəbul etməməsi heç də həmişə onların hissizliyini və laqeydliyini göstərmir. Hərçənd fikirləri və qiymətləndirmələri daha az sıxışdırılmış şüursuz amillərdən asılı olduğundan onlar yuxarı bal yığanlardan daha rasional olsalar da, ancaq eyni zamanda pozitiv kontekstdə və onun ifadəsində onlar daha az sıxılıblar. Bu yalnız onların psixikasının ümumi meylinə deyil, həmçinin azlıqlar barəsində xüsusi nöqteyi-nəzərə aiddir. Qərəzlə köklənmiş fərd yəhudilərə “obyekt” kimi münasibət bəsləyir, həqiqətdə isə o onlara nifrət edir. Qiymətləndirmələrin obyektivliyinə iddia etməsinə baxmayaraq, obyektiv köklənərək, o onlara olan simpatiyasını ifadə edir. Bəzi fərdlərdə demək olar ki, instinktiv olaraq baş verən ədalət ideyası simpatiyanın və qiymətləndirmələrin səmərəliliyinin arasında bağlayıcı vasitə olur. Aşağı bal yığanlar irqi diskriminasiyanı insanların bərabərliyinin əsas prinsipinin pozulması hesab edir. İnsan hüquqlarının ideyasına əsaslanaraq, bu qrupun nümayəndələri özlərini diskriminasiyaya məruz qalanlarla müəyyən etməyə meyllidir, çünki sıxışdırılmışlara qarşı öz daxili səbəblərdən törəyən həmrəyliyin hissinə görə apelyasiya verirlər.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/teodor-v-adorno/avtoritar-s-xsiyy-tin-nec-liyi-68342063/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Kitabda “qərəz”, “ön mühakimə”, “xurafat” terminləri müxtəlif yerlərdə eyni mənanı (“prejudiced”) verir -sübutsuz inanc. “Qərəzli insan”, “xurafata inanan”, “ön mühakiməli” sözləri bir insana və ya qrupa haqsız və əsassız yerə (və məntiqsiz olaraq) nifrət edən yaxud sevən insanı bildirir (tərc.)




2


Institute of Social Research: Anti-Semitism within American Labor: A Report to the Jewish Labor Committee (4 cild, May 1945).




3


Anket suallarına verdikləri cavablara görə qiymətləndiriləndə yuxarı bal yığanlar qərəzli, xurafata inanan və hegemon tipli insanlar olur (tərc.)




4


Stereotype. Stereotip bir qrup insanın (məsələn bir millət, bir etnik qrup, sosial qrup, dinin davamçıları və s.) hamısının eyni olduğu inancıdır. (tərc.)




5


Ambivalentlik hər hansı bir insan, hadisə, əşya haqqında eyni vaxtda bir-birinə zidd fikirlər və münasibət bəsləməkdir. (tərc.)




6


Ethnocentrism. Öz milli mədəniyyətinin digər bütün milli mədəniyyətlərdən yaxşı olduğunu düşünmək tərzi (tərc.)




7


Psixologiyada “persecution mania” olaraq bilinir, hər bir adamın başqalarının onu əzmək istədiyi qorxusu və pis vəziyyətə görə başqalarını günahlandırmasını nəzərdə tutur (tərc.)




8


Paranoid. Heç bir əsas olmadan davamlı olaraq insanların sizə zərər vurmağa çalışdığını və ya sizi xoşalmadığını düşünən. Psixologiyada mental nasazlıq hesab olunur. (tərc.)




9


Mental enerjinin eqo tərəfindən xoşlanılmayan və istənməyən impulsların şüura daxil olmasını əngəlləmək üçün istifadə etməsi (tərc.)




10


Çoxluq tərəfindən qəbul edilən tərzdə hərəkətləri edən, baş əyən (tərc.)




11


Bu tədqiqatın daha əvvəlki hissələrində “daxili qrup” və “xarici qrup” anlayışları sosioloji deyil, sosiopsixoloji mənada istifadə edilir. Kitabda bu terminlər fərdin rəsmi olaraq üzv olduğu qrupu deyil, özünü üzvü kimi gördüyü (daxili) və özünə yad kimi gördüyü (xarici) qrupları izah edir. (tərc.)




12


Kitabda “proyeksiya mexanizmi”, “proyeksiya”, “əks etdirmə” sözləri eyni mənanı verir vəöz hisslərini, fikirlərini, münasibətlərini başqa insanların (əksər vaxt da subyektlərin) ayağına yazmaq deməkdir.




13


Tədqiqatda istifadə olunan, subyektin iqtisadi və siyasi fikirlərini öyrənən hissə (tərc.)




14


Haqq qazandırma




15


Psychopath. Başqa insanların hisslərini əhəmiyyət verməyən və adətən də çox təhlükəli və şiddətli olan ruhi xəstə (tərc.)




16


“Personality as revealed through clinical interviews” A.R., II hissəyə bax.




17


İki əks şeylər arasında fərq (tərc.)




18


Cliché. Tez-tez istifadə olunan, çox adam tərəfindən qəbul olunan, marağını və orijinallığını itirmiş söz və ifadələr (tərc.)




19


Yazıçı R. H. Qundlakın bu mövzudakı məqaləsini tədqiqatı başa çatdırdıqdan sonra görüb. “Confusion Among Undergraduates in Political and Economic ideas”. Journal of Abnormal and Social Pyschology. 32:357-367,1937




20


Eqo. Bir fərdin özü haqqında fikirləri




21


Üzr istəyən, peşman




22


Təcrübəyə dayanan




23


Özünü çox sevən, amma başqalarının hisslərinə əhəmiyyət verməyən




24


Tədqiqat ərzində San Kventin həbsxanasında məhkumluq yaşayan bir qrup dustaq nümunə kimi seçilib (tərc.)




25


Düşmənçilik, ədavət, əleyhdarlıq



Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların demokratik və avtoritar hakimiyyətə nə dərəcə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq Avtoritar Şəxsiyyətin necəliyi əsəri meydana gəlmişdir. Bu əsər insan təbiətinin və davranışlarının öyrənilməsində əvəzsiz mənbədir və açıq-aşkar görünür ki, o zamanın nasist Almaniyasında baş verən dəhşətlərin təsiri ilə yazılmışdır. Lakin «Avtoritar Şəxsiyyətin Necəliyi» kitabında diqqət mərkəzinə gətirilən məsələlər təkcə Adolf Hitlerin şəxsiyyəti və Üçüncü Reyxin varlığıyla məhdudlaşmır, burada ümumən insan şəxsiyyətinin avtoritar təbiəti araşdırılır. Əsər özünün əhatə dairəsi və tarixi dəyər daşımasıyla unikaldır və Adornonun gəldiyi nəticələr bu günə qədər öz qüvvəsini itirməyib, bu nəticələrdən narahatlıq hissi keçirənlər az deyil.

Как скачать книгу - "Avtoritar şəxsiyyətin necəliyi" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Avtoritar şəxsiyyətin necəliyi" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Avtoritar şəxsiyyətin necəliyi", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Avtoritar şəxsiyyətin necəliyi»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Avtoritar şəxsiyyətin necəliyi" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *