Книга - Ağ qoç, qara qoç

a
A

Ağ qoç, qara qoç
Anar


Milli ədəbiyyat #19
Məlik Məmmədli nağıl qəhrəmanı olan sələfi Məlikməmməddən fərqli olaraq şah oğlu deyil. Adi jurnalistdir. O, ağ qoça minib işıqlı, qara qoçu minib qaranlıq Azərbaycana düşür. Ağ qoçun gətirdiyi Azərbaycan cənnəti xatırladır. Torpaqlarımız işğaldan azad olunub, Bakı ən müasir şəhərə çevrilib. Bayramlar, mədəni tədbirlər göz və könül oxşayır. Məlik müəllimin ailəsi də hamı kimi xoşbəxtdir.

Qara qoç qəhrəmanımızı üç zonaya ayrılmış qaranlıq Azərbaycana atır. Nəinki bir ölkə, nəinki bir şəhər, hətta bir ailə də parçalanıb. Ana qara çarşabı ilə islamçılar ölkəsində, oğul alnı ulduzlu despot kommunizmdə, qız bədəni ilə pul qazandığı vəhşi kapitalizmdə… Və bir-biri görmək istəmirlər.

Lakin çıxış yolu həmişə var. Ağ qoç Xəzərin sahilindədir.

Yazıçının utopik və distopik janrların hər ikisindən bir arada istifadə etdiyi roman “Aqibətimizin yaxşı olması üçün nə etməliyik?” sualının cavabıdır. Əsər “Məlikməmməd” nağılı üzərində qurularaq çağdaş nəsr prinsiplərinə uyğun oxunaqlı dillə qələmə alınıb.






ANAR



AĞ QOÇ, QARA QOÇ

(utopik və antiutopik nağıllar)







Birinci nağıl



O vaxt döyüşə-döyüşə iki qoç gələcək: Biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən, qaranlıq dünyaya düşəcəksən.

Məlikməmməd nağılı



Məlik Məmmədli Dövlət himninin sədalarına oyandı. Daha doğrusu, hələ tam oyanmamışdı – yarıyuxulu halda eşidirdi bu səsləri. Qəribədir, hər gecə yuxuya getməmişdən bilgisayarın vaxt xidmətini sübh obaşdan himnin səslənəcəyi saata ayarlayırdı və hər səhər də onu himnin sədaları oyadırdı, amma bu gün oyanıb durmamışdan, hələ yuxudaykən görünməmiş bir fərəh hissinə qapılmışdı. Hər gün eşitdiyi səslər nədən bu gün bu qədər xoş bir ovqat oyadırdı? Elə yuxudaykən də Məlik bunun səbəbini tapdı. Bu gün Novruz bayramı idi, redaksiyada da, şəhərdə də, ümumən bütün ölkədə də bu günü hamı kimi o da böyük ruh yüksəkliyiylə, sevinc, qürur, arxayınlıq duyğularıyla yaşayacaqdı. Elə yuxudaca – naşükür olma – deyə düşündü – məgər hamı kimi o da, bütün bu son illərin hər gününü, gündüzünü-gecəsini eyni bəxtiyarlıq hissiylə yaşamırmı?

Nə isə, durmaq vaxtı idi. Məlik ani bir sıçrayışla yatağından qalxdı. Artıq vərdiş halını almış bir duruşla himni sonacan ayaq üstə dinlədi.

Məlik bilirdi ki, bu an milli teleradio kanallarının on ikisində də səslənən bu himni Dərbənddən Həmədanacan, Qazaxdan Qəzvinəcən milyonlarla insan eyni fərəh və qürur hissləriylə dinləyir.

Məlik, əlbəttə, bilgisayarının dalğasını çalışdığı Radio-TV kanalının dalğalarına yönəltmişdi. Üç ildən bəri şərhçi və müəllif-rejissor kimi işlədiyi Çağdaş Radio-TV kanalı fəaliyyətində ağırlığı mədəniyyət məsələlərinə verirdi. Başqa Radio-TV kanalları da nə qədər universallığa riayət etsələr də, hər halda, müəyyən sahələrə, müəyyən yönlərə daha artıq meyil edirdilər. Əlbəttə, yeganə rəsmi dövlət kanalı AZRT Azərbaycan və dünya həyatını bütün dolğunluğuyla əks etdirməyə çalışırdı. Amma digər – özəl kanalların müəyyən istiqamətləri və deməli, öz tamaşaçı kontingenti vardı.

Türk dünyası – Turanın, Bakı şəhər və vilayətinin həyatı Xəzər və Abşeronun başlıca mövzuları idi. Araz əsas verilişlərini Güney Azərbaycana həsr edirdi. Gənclərin və yeniyetmələrin ən çox sevdikləri Ulduz musiqi, idman və əyləncə proqramları göstərirdi. Hilalda verilişlər, əsasən, dini məsələlərə həsr olunurdu – İslam tarixi, müqəddəs Quranın şərhi, peyğəmbərlərin, imamların, övliyaların ömürləri…

Novruzda etnoqrafik, folklor mövzuları, mədəni irsə, qədim adət-ənənələrə aid verilişlər üstünlük təşkil edirdi, Birlik xarici dillərdə və ölkədəki milli azlıqların dilində proqramlar verirdi. Savalan R-TV Təbrizdən, Kəpəz R-TV Gəncədən efirə çıxırdı.

Ölkənin ən peşəkar telejurnalisti və telerejissoru kimi tanınan Məlik Məmmədlini bütün kanallar israrla dəvət edirdilər, amma Çağdaş TV-də tamaşaçılarını məmləkətinin və xarici ölkələrin mədəniyyət həyatıyla, dünyanın ədəbi, sənət sərvətləriylə tanış etməyi son illərdə ömrünün məramı seçmişdi.

Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan dəfələrlə dəvətlər alsa da, heç birinə müsbət cavab vermir, ümumiyyətlə, siyasətə qoşulmurdu. Məlik qəti inanırdı ki, Azərbaycanın tarixi ərazi bütövlüyü bərpa olunandan, ölkənin demək olar ki, bütün sosial, iqtisadi və ideoloji problemləri əsasən həllini tapandan sonra siyasətçilik müəyyən dərəcədə xoş bir məşğuliyyətdi: məsələn, idmançılıq kimi, poçt markaları yaxud kəpənək kolleksiyası toplamaq kimi.

Doğrudan da, bir vaxtlar sahibkarlıq fəaliyyəti məhdudlaşdırılarkən, milli dəyərlərə yetərincə diqqət verilməyərkən sağ partiyaların elektoratı çox idisə, korrupsiya hökm sürərkən, bəzilərinin həddən artıq varlandıqları, bəzilərinin dilənçi kökündə yaşadığı vaxtlarda sol partiyaların təbliğatı güclüydüsə, indi bu problemlər birdəfəlik aradan qalxmış, seçicilərin çoxu sağ və sol partiyalara yalnız ənənəvi vərdiş kimi, valideynlərindən qalma bir rəğbət tövsiyyəsi kimi səs verirdilər.

Milli Məclisdə beş partiya təmsil olunmuşdu – iki, əski təbirlə deyilərsə, sağyönlü, iki solyönlü və bir mərkəzçi partiya. Milli və türkçülük dəyərlərini önə çəkən və bazar iqtisadiyyatının ardıcıl tərəfdarı olan iki sağ partiya, sosial bərabərliyin carçısı kimi çıxış edən, əsasən, işçi sinfinə arxalanan iki sol partiya və hər iki tərəfin müəyyən dəyərlərini qəbul edən, əsasən, barışcı mövqedə dayanan mötədil mərkəzçi partiya. İndi iqtidarda olan da Mərkəzçi partiyayla bitərəf, müstəqil millət vəkillərinin ortaq koalisiya höküməti idi.

Məlik başını buladı – bu bol günəşli xoş gündə siyasi məsələləri xatırlamağa dəyərdimi? Yeni dəniz neft və qaz yataqları açılandan bəri, Bakı-Ceyhan xəttiylə bərabər şimaldan və cənubdan daha iki borunun işə düşdüyündən və sabit gəlir gətirdiyindən sonra əhalinin orta əmək haqqı ayda min dollar olan bir ölkənin vətəndaşlarını siyasi olaylar indi çox az maraqlandırırdı.

İndi Azərbaycan əhalisi rifah səviyyəsinə görə Ərəb Əmirliklərini arxada buraxmış, iqtisadi və mədəni inkişafı etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki ildə səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmətlər (mənzil, elektrik, qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən başqa) pulsuz olmuşdu.

Uzaq illərin qanlı Qarabağ hadisələri, ölkənin o vaxtkı ağır iqtisadi durumu indi yalnız xatirələr aləmində qalmışdı. Qarabağ demişkən, Məlikin yadına dünən oğlunun Şuşadan telefon etməsi düşdü.

Məlikin oğlu Beyrək nəqliyyat mühəndisi, qızı Burla ədəbiyyat müəllimi, arvadı Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf elə gətirdi ki, bu Novruzda heç biri Bakıda deyil, Beyrək Şuşada, Aypəri Təbrizdə, Burla Kərkükdə.

Beyrək Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funikulyorun qurulmasına rəhbərlik edirdi. Dünən Məlik telefonla inşaatın nə yerdə olduğunu soruşduqda Beyrək Cıdır düzü tərəfdən Kirsdən Qırx pilləkənə qədər, Topxana tərəfdən İbrahim xanın sığnağına qədər hazırdır, – dedi, – indi iki tərəfi birləşdirmək qalıb, o da bir aya bitər. Sağ olsun Mingəçevirlilər, elə yaraşıqlı vaqoncuqlar istehsal ediblər ki, iki göz istəyir tamaşasına. Odur ki, yayda İsa bulağı dincərliyinə gələndə Qarqarın üstündən funikulyorla keçəcəksiniz.

Beyrək fantazyor idi, bir neçə il bundan əvvəl bu funikulyor ideyası başına gələndə heç kəs bunu ciddi qəbul eləmədi, amma budur bax, olundu ki… indi də Qırxqız yaylaqlarına teleferiq-kanat yolu fikrinə düşüb. Niyə də olmasın. Son illər Şuşa, doğrudan da, Qafqazın ən böyük turist mərkəzlərindən birinə çevrilib. Səfalı iqlimi, şəfalı bulaqları, qışda xizək idmanı, ov, alpinizm, tarixi abidələr – dünyanın hər yerindən bura turistləri cəlb edir. Cıdır düzündə, Ərimgəldidə, Topxanada, İsa bulağı meşəsində, Səkili bulağın yanında ucaldılmış beşulduzlu və nisbətən kiçik, xudmani otellər turist tələbatını çətinliklə ödəyir, gərək neçə ay əvvəldən yer rezervasiyası edilsin.

Hər ilin payızında keçirilən Üzeyir Hacıbəyli musiqi festivalları zamanı isə nəinki Şuşada, Laçın, Ağdam, Xocalı, Qarabulaq, Ağdərə, Xankəndi otellərində də yer tapmaq müşkül olur.

Beyrək funikulyordan daha çox dünən Şuşada keçirilən Axır çərşənbədən danışdı. İlk dəfə idi ki, Axır çərşənbəni Şuşada qarşılamışdı və Cıdır düzündəki Qarabağ qaçağanlarının yarışından, Çovqan oyunundan, içinə üzərrik atılan və ta gecə səhərə qədər yanan, üstündən uşaqların belədən-belə atıldığı tonqallardan, Qarabağın hər tərəfindən görünən atəşfəşanlıqdan, xanəndələrin zili bütün ətraflara yayılan səsindən, səkkiz-on yaşlı uşaqların – Qarabağ bülbüllərinin Qarabağ şikəstəsindən və yaşlı xanəndələrin hamısına qalib gəlib Xarı-bülbül mükafatı almalarından elə şövqlə danışırdı ki, Məlik özünün də iki dəfə Şuşada keçirdiyi bu bayramı sanki yenə öz gözləriylə görürdü.

Beyrək: – Bilirsən, – deyirdi, – Nəvvab Muğam Konservatoriyasının professorları sevinclərindən yerə-göyə sığmırdılar.

Məlik əl-üzünü yuyub, üzünü qırxıb yüngülvarı idman edəndən sonra bilgisayarında əvvəlcə elektron poçtasına baxdı. Türkiyədən, İrandan, Rusiyadan, Gürcüstandan, Avropadan tanış jurnalist işdaşlarından xeyli təbrik ismarıcları gəlmişdi. Hamısına gözucu nəzər salıb Kərkükdən gələn məktubu oxumağa başladı, qızı Burladan idi. Burla iki il idi Kərkükdə Füzuli Universitetində Azərbaycan ədəbiyyatı və dilindən dərs deyirdi.

Mənim əzizlərim, ata, ana, Beyrək. Hamınızın Novruz bayramını təbrik edirəm. Hamınıza bu xoş gündə möhkəm can sağlığı arzu edirəm. Söz vermişdim ki, bu il Novruzu Bakıda birlikdə keçirəcəyik, nə yazıq ki, mümkün olmadı, sabah Urumçiyə uçuram, Mahmud Qaşqarlı Universitetinə dəvət ediblər. Oradan Moskvaya, Moskvadan da Baxçasaraya uçacam. Qasparalı İsmayıl Universitetində mühazirələrim var.

Məlik: – Zalımın qızı, dünyanın bu başından vurub o başından çıxır: o universitet sənin, bu universitet mənim – deyə düşündü və məktubun ardını oxudu.

Builki Novruz tətillərindən istifadə edib Bakıya gələ bilmədiyimə çox üzüldüm. Sizinçün burnumun ucu göynəyir. Axı nə qədər bir-birimizi ekranda görə, bilgisayarla yazışa bilərik? Onu bilin ki, həmişə qəlbimdəsiniz. Sizi bərk-bərk öpürəm, – Burla.

Məlik təəssüflə düşündü ki, nə iyirmi yeddi yaşlı Beyrək, nə iyirmi beş yaşlı Burla hələ ailə qurmayıb, valideynlərindən babalıq-nənəlik sevincini əsirgəyiblər. Bilgisayarda bugünkü günlüklərin (qəzetlərin) mədəniyyət səhifələrinə ötəri nəzər saldı, bəlkə proqramında istifadə ediləsi xəbərlər var.

“Yeni gün” qəzeti may ayında Nabranda Xəzər – Qara dəniz uluslararası sinema festivalı haqqında məlumat verirdi. Bəli də, bu festivalları, ədəbiyyat, şeir günlərini, mədəniyyət həftələrini, musiqi konkurslarını, teatr yarışlarını işıqlandırmağı çatdıra bilmirik, biri də burdan çıxdı. Nə qədər tədbir, bayram olar: Qobustanda üç ildən bir Dədə Qorqud törənləri, Muğanda iki ildən bir Koroğlu idman oyunları, Gəncədə Nizami günləri, Naxçıvanda Əshabi-Kəhf din mərkəzində Qafqazda İslam mövzusunda beynəlxalq elmi məşvərət, Dərbənddə Narınqala açıq səma teatrında tarixi tamaşalar festivalı, Şamaxıda Sabir günləri, Qazaxda Molla Pənah Vaqif və Səməd Vurğun günləri, Şuşada Vaqif, Natəvan və Cabbar Qaryağdıoğlu şeir, musiqi məclisləri, Qəbələdə Yunis İmrə şöləni, Şəkidə gülüş şənlikləri, Lənkəranda Rəqs yarışı, Mərdəkanda Sergey Yesenini anma günü, Təbrizdə Şəhriyar həftəsi, Ərdəbildə Xətai simpoziumu, Marağada muğam gecələri, Tovuzda, Salyanda, Tufarqanda aşıq deyişmələri, di gəl çatdır, hamısında iştirak edə bilməsən də, hamısını mütləq işıqlandırmalısan ki, o biri kanallar qabağa düşməsin.

Oğuz günlüyü Novruz ərəfəsində türk dünyasından məlumatlar verirdi: Kazanda Rudolf Nuriyev teatrında Qara Qarayevin 3-cü simfoniyası və Skripka konserti əsasında balet tamaşası hazırlanır, Parisdən ən avanqardçı xoreoqraf kimi tanınan Roje Düpon dəvət olunub. Türkmənistanda Nebit- dağda Türkmən neftinin kəşf olunmasında böyük xidmətləri olan Azərbaycan neftçilərinə həsr edilmiş muzey açılıb. Moskvada Avrasiya mənəvi məkanı və tarixi rus-slavyan – türk-tatar mədəni əlaqələri mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. İstanbulda Gürcüstan filmləri həftəsi keçirilir. Günlük İstanbulda belə bir Azərbaycan filmləri festivalının keçirilməməsinə görə irad tuturdu. İşçi çırağı günlüyündə tələb olunurdu ki, hökumət Kəlbəcərdə fəhlə dincərliyinin tikintisinin ləngiməsinin səbəblərini izah etsin. Bu barədə Fəhlə Həmkarlar Birliyinin bəyanatı da dərc olunmuşdu. Azad Azərbaycan günlüyündə sağ və sol partiyalara mənsub olan gənclərin Boz Qurd və Əməkçi futbol takımlarının sabahkı oyunu haqqında elan verilmişdi.

Məlik düşündü ki, indi hansı tərəf məğlub olsa, günahı hakimin üstünə yıxacaq. Çinar aylığı (jurnalı) iyul ayında Göygöldə Qafqaz rəssamlarının birgə sərgisinə hazırlıqdan reportaj dərc etmiş, Göygöl yolunda Əhməd Cavad abidə- bulağının şəklini vermişdi. Türk eli dərgisinin üz qabığında Nazım Hikmətin İstanbuldakı heykəli əks olunmuşdu, səhifələrində isə Şəkidə keçirilmiş talış mədəniyyət günlərindən rəngli şəkillər və Naxçıvanda açılmış ləzgi-avar xalq sənəti sərgisiylə bağlı illüstrasiyalar verilmişdi.

Odlar yurdu aylığında Qaradağ sinema şəhərciyinin dörd ən böyük studiyasında Azərfilm, Turanfilm, Xəzərfilm və Qobustanfilmdə çəkilən ssenarilər haqqında yazı vardı, Şeytanbazar həftəliyində isə həmişəki kimi Qaradağ sahil villalarının sakinlərinin sinema ulduzları haqqında dedi-qodular dərc olunmuşdu. Məlik ərinmədi Pəri Cadu həftəliyinin saytına da nəzər saldı – yenə ulduz falları, tilsimlər, sehrlər, cadular, hər növ esktrasenslərin proqnozları – öncədən demələri. Məlik – XXI əsrdə də bütün bunları oxuyanlar, hətta bunlara inananlar tapılır – deyə düşündü. Doqquz mövsüm – yaz toplusu da çapdan çıxmışdı. Dəbdə olan modlar, geyimlər toplusuydu. Adını niyə Doqquz qoymuşdular?

Yadına       düşdü ki, toplunun hər sayının üstündə– GÖZƏLLİK ONDUR, DOQQUZU DONDUR sözləri yazılırdı. Azərbaycan ocağı aylığı məlumat verirdi ki, Xankəndində Şirvanzadə erməni teatrında Mirzə Cəlil Məmmədquluzadənin Kamança pyesi tamaşaya hazırlanır. Məlik düşündü ki, nə yaxşı məhz barışa, anlaşmaya çağıran bu yüksək humanist qayəli əsəri seçiblər. Doğrudur, keçən ağır hadisələr hələ yaddaşlardan silinməyib və bəlkə uzun zaman unudulmayacaq, amma Ermənistana, doğma dədə-baba yurdlarına qayıdan azərilərin və Dağlıq Qarabağdakı ermənilərin eyni ölçüdə hüquqları təmin olunandan sonra münaqişələrə ehtiyac qalmamışdı. Eyni hüquqlara Gürcüstandakı azərilər də malik olandan bəri, Gürcüstanın da ərazi bütövlüyü qarşılıqlı anlaşma və bütün milli azlıqların mədəni-iqtisadi tələblərinin ödənməsi şərtilə bərpa olunandan bəri Cənubi Qafqazda da Şimali Qafqaz kimi tam bir sabitlik əldə olunmuşdu. Az bir zaman ərzində qarşılıqlı əməkdaşlıq nəticəsində quruculuq işləri bəhrəsini vermiş, işsizlik tamamilə aradan götürülmüş, ticarətin, sənayenin başqa sahələriylə yanaşı, turizm industriyası da sürətlə inkişaf etmişdi. İndi, doğrudan da, Qafqaz turist Məkkəsinə çevrilmişdi. Çoxlu turist şirkətlərindən ən böyük imkanlara ikisi malik idi – bir sıra ölkələrin şərikli İpək yolu şirkəti və Qafqaz-tur. İpək yolu şirkəti Baykaldan Balkana adlı səyahət marşrutu təşkil edirdi. Marşrutun bir ucu Baykal göstərilsə də, bəzi hallarda bu marşrut Yakut Saxa elindən, yaxud Monqolustanda Orxon abidələrindən başlanır və Qüzey Kıprıs Türk Cümhuriyyətində bitirdi. Əlbəttə, uçaq marşrutları da vardı, amma çox vaxt turistlər qatarla, ya avtobuslarla səyahət etməyə üstünlük verirdi. Üç ox ekspres qatarı sərnişinləri Doğu Türküstandan, Altaydan, Qazaxstandan, Orta Asiyadan Xəzər sahillərinə gətirir, burada Azərbaycan və Türkmənistan azman bərələri qatarları, avtobusları tərkinə alır və Bakının Türkan limanına çatdırırdı. Buradan isə ya Bakı-Tiflis-Batum Sırp atabanıyla Türkiyəyə və oradan Avropaya, ya Bakı – Xudafərin – Sədərək– İqdır yoluyla yenə də Türkiyəyə, oradan Avropaya səyahət davam edirdi. Qafqaz-tur şirkəti isə Qara dəniz sahillərindən Xəzər sahillərinə, Neft daşlarından Bakurianiyə, Elbrusdan, Tiberdadan, Dambaydan Göyçə gölünə, Dilicana uzanan yollarla turistlərə bir aylıq rahat və xoş səyahət təklif edirdi.

Turistlərə yadigar suvenirlər kimi Qubalı ustalarının düzəltdiyi metal döymələr, Quba xalçaları, Lahıc misgərlərinin məmulatı, Şəki ipəkləri, Basqal kəlağayıları, Gürcustan çaxırları, Erməni konyakları hədiyyə edilirdi.

Məlik Bildiriş bülleteninə göz atdı. Mirzə Fətəli Axundzadə adına Dövlət dram teatrında Hüseyn Cavid pyesləri həftəsi uğurla davam edirdi. Üzeyir Hacıbəyli Dövlət Opera Balet teatrında Milanın La Skala teatrının solistlərinin qastrolları haqqında anons vermişdi. Hüseynqulu Sarablı Muğam teatrında Yeddi muğam silsiləsində həftənin hər günü bir dəstgah səslənəcəkdi – Çahargah, Segah, Rast, Şur, Bayatı Şiraz, Humayun, Şüştər… Hüseyn Ərəbli səhnəsində, gürcü teatrı Şekspirin Koriolan pyesini göstərəcəkdi, Sinema-klubda Çaplin-Fellini filmləri retrospektivi başlanırdı.

Qara Qarayev musiqi mərkəzində, Niyazi konsert salonunda, Fikrət Əmirov oda musiqisi evində, Tofiq Quliyev estrada teatrında, Rəşid Behbudov Mahnı teatrında, Vaqif Mustafazadə caz-klubunda bayram konsertləri, İçəri şəhər teatrlarında Orta oyunu, Qaravəlli, Kilimarası, Zorxana, Şəbih tamaşaları və etnoqrafik bayram oyunları, Şah İsmayıl Xətai tarix muzeyində, Nizami ədəbiyyat muzeyində, Sultan Məhəmməd Milli rəsm qalereyasında, Hacı Zeynalabdin Tağıyev dünya mədəniyyəti muzeyində, Səttar Bəhlulzadə çağdaş sənət muzeyində, İlkəl sənət muzeyində, Ziya Bünyadov Ordu muzeyində, Həsən bəy Zərdabi və Mikayıl Müşfiq kitabxanalarında bayram sərgiləri açılırdı.

Məlik elektron yaddaş kitabçasında qeydlər etdi, əlbəttə, hamısına getmək, hamısını seyr etmək, hamısını dinləmək imkanı yox idi, odur ki, çeşidli teatrları, muzeyləri əməkdaşları arasında bölüşdürdü – hərəsinə birini göndərəcəkdi, özü isə mütləq vaxt tapıb Qorqud dağının ətəyində açıq səma altında yerləşən İlkəl sənət muzeyinə getməlidir. Deyirlər ki, oranın ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib – nə isə ayrı aləmdir. Mütləq gedib baxmalıdır. Vaxt eləyə bilir ki… Heç İçəri şəhərdəki Xalq sənəti muzeyinin yeni açılmış şöbələrində–zərgərlik, misgərlik, şəbəkə, dulusçuluq, təkulduz, xəttatlıq muzeylərinə də baş çəkə bilməyib. Dünən Puşkin mədəniyyət evində Dostoyevskinin "Karamazov qardaşları romanının ikinci nəşrinin təqdimatı olub. Nə yazıq ki, vaxt tapıb bu romanın yeni tərcüməsini oxuya bilməyib. Heyf ki, keçən həftə akademik Landau Yəhudi mərkəzində Abram Qubermanın Azərbaycanda dini dözümlülük dəyərləri məruzəsini də dinləyə bilmədi. Macal tapa bilir ki…

Behzad İran mədəniyyət evində Hafiz Şirazi gecəsinə dəvət etmişdilər, ora da gedə bilməmişdi. İran artistlərinin ifasında fars dilində Hafizi dinləməyin öz ləzzəti var.

Video-telefonun zəngi çalındı. Məlik dəstəyi qaldırdı və kiçik ekranda Aypərinin bir qədər narazı çöhrəsini gördü. Salam-kəlam, hal-əhval və bayram təbriklərindən sonra Məlik:

– Gözümə bir təhər dəyirsən – deyə xəbər aldı, – qanın niyə qaradır?

Aypəri: – Qanım qara olacaq da, – dedi, – Bakıdan bəzi dekorları yubadıblar. Tamaşanı Novruz bayramına çatdıra bilmədik.

Aypəri bir neçə həftəydi ki, Təbrizdəydi. Əbdülqədir Marağayi teatrında Koroğlu operası yeni quruluşda hazırlanırdı, rəssam kimi Aypəri dəvət olunmuşdu. İlk tamaşanı bayramda vermək istəyirdilər və budur bax, Çənlibel səhnəsinin dekorları gəlib vaxtında çatmamışdı.

Məlik Aypərini fikrindən yayındırmaq üçün, söhbəti dəyişdi: – Nə oldu, Nigar tapdınız? – deyə soruşdu.

Tapdıqlarını bilirdi.

Aypəri: – Bəs deməmişdim sənə, axır ki, tapdıq, – dedi, – Urməvi Konservatoriyasının 3-cü kurs tələbəsidir. Səhnə təcrübəsi azdır, amma səsi pis deyil, – yenə əvvəlki söhbətə qayıtdı:

–Gör sən Allah, hər şey hazır idi, gör işimizi necə pozdular. Axı demişdim onlara Qırat marşrut avtobuslarıyla göndərin dekorları, yox, pula qənaət ediblər, Düratla göndəriblər, odur ki, gecikir, – hec cür sakit ola bilmirdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68371172) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Məlik Məmmədli nağıl qəhrəmanı olan sələfi Məlikməmməddən fərqli olaraq şah oğlu deyil. Adi jurnalistdir. O, ağ qoça minib işıqlı, qara qoçu minib qaranlıq Azərbaycana düşür. Ağ qoçun gətirdiyi Azərbaycan cənnəti xatırladır. Torpaqlarımız işğaldan azad olunub, Bakı ən müasir şəhərə çevrilib. Bayramlar, mədəni tədbirlər göz və könül oxşayır. Məlik müəllimin ailəsi də hamı kimi xoşbəxtdir.

Qara qoç qəhrəmanımızı üç zonaya ayrılmış qaranlıq Azərbaycana atır. Nəinki bir ölkə, nəinki bir şəhər, hətta bir ailə də parçalanıb. Ana qara çarşabı ilə islamçılar ölkəsində, oğul alnı ulduzlu despot kommunizmdə, qız bədəni ilə pul qazandığı vəhşi kapitalizmdə… Və bir-biri görmək istəmirlər.

Lakin çıxış yolu həmişə var. Ağ qoç Xəzərin sahilindədir.

Yazıçının utopik və distopik janrların hər ikisindən bir arada istifadə etdiyi roman “Aqibətimizin yaxşı olması üçün nə etməliyik?” sualının cavabıdır. Əsər “Məlikməmməd” nağılı üzərində qurularaq çağdaş nəsr prinsiplərinə uyğun oxunaqlı dillə qələmə alınıb.

Как скачать книгу - "Ağ qoç, qara qoç" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Ağ qoç, qara qoç" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Ağ qoç, qara qoç", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Ağ qoç, qara qoç»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Ağ qoç, qara qoç" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *