Книга - Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri

210 стр. 4 иллюстрации
a
A

Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri
Elçin İbrahimov


Çağdaş ədəbiyyat #4
Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.




Elçin İbrahimov





















A z ə r b a y c a n X a l q

C ü m h u r İ y y ə t İ:

d İ l m ə s ə l ə l ə r İ



Azərbaycan Milli Elmlər Akademiyası

Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 25 may 2018-ci il tarixli iclasının

qərarı ilə (pr. №5) çapa tövsiyə edilmişdir.









2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatın-da misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parla-mentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qu-rulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublika-nın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ya-ranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar ha-disənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məq-sədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər pla-nının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbir-lərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma-sının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2018-ci il



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azər-baycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hök-mü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyə-tində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın ya-şadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ide-yalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, mək-təbin və mətbuatın yaranmasını təmin etməklə milli özü-nüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məm-mədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfku-rənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaş-dığı neft şəhəri Bakı eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiya-nın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan son-ra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş impe-riya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azər-baycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçi-liyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilli-yini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götür-düyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalı-şaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək dö-yüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləş-dirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiy-yətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möh-kəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azər-baycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında mü-nasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azər-baycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşı-sını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qal-dığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoru-yub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respub-likada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mə-dəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu in-kişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqla-lını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Res-publika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbay-can Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilmə-sini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azər-baycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2017-ci il







Dəyərli kitab və yaxud “Bir dəfə danışdığımız dil heç zaman unudlumasın!”



Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi, əslin-də bütün özündən əvvəlki tarixinin ilkin yekun demokratik mərhələsi sayıla bilər.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiy-yəti müəyyən təhlillərin, düşüncə və proyektlərin ciddi şə-kildə həyata keçirildiyi zaman müddəti idi. Çətindir, demək ki, əgər bu 23 ay davam edərdisə və Sovet rejimi Azərbay-cana gəlib çıxmazdısa, bizi nə gözləyərdi? Bəzi eyforistlər Azərbaycanın bu gün müxtəlif Avropa dövlətləri ilə bir sırada saya bilərlər. Əksinə də ola bilərdi. Biz Afrika döv-lətləri sırasına da düşə bilərdik. Ümumiyyətlə, tarixdə, ta-rixlə bağlı mülahizələrdə şərt şəkilçisi olmur. Tarix nə varsa onu sevir. Və biz də indi AXC-nin o qısa müddət ərzində gördüyü işləri, əlbəttə ki, həm o günün işığında, həm də bu günün işığında qeyd etmək məcburiyyətindəyik.

Elçin İbrahimovun kitabı ilə biz Azərbaycan Xalq Cümhuriyyətinin dil quruculuğundakı fəaliyyətinə qiymət veririk. Bu gün, bu, adama çox sadə və asan məxrəcli bir fəaliyyət kimi görünə bilər. Amma o dövrdə, dillə, ümumiy-yətlə, mədəni quruculuqla bağlı hər hansı bir fəaliyyət özü-nün siyasi müstəvidə inikasını tapırdısa, bu, təxminən, boş yerdən başlayırdı. Bəli, Nizamilər, Nəsimilər, Füzulilər var idi. Bəli, XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin və publisistikasının görkəmli nümayəndələri var idilər. Şərq aləmində Azərbaycan “ilkləri” XIX əsrin sonlarına qədər ge-dib çıxırdı. İlk qəzet, ilk dram əsəri, ilk teatr tamaşası, ilk əlifba layihəsi və s. bunlar, əlbəttə ki, müəyyən mənada zəmin idilər, ancaq sistem yox idi. Və siyasətin gücü və faydası ondadır ki, hər bir ölkə üçün müəyyən sahələrdə bir inkişaf sistemi yaradır. İnkişaf sistemi əvvəlki təcrübəni, bu günü və gələcək perspektivləri nəzərə alan bir xəttin üzərin-də qurulur.

Bu 23 ayın ruhunu, mahiyyətini bütövlükdə anlamaq üçün, bizcə, gərək Azərbaycandakı dil sitiuasiyasını anlayıb, təhlil edəsən, onun tarixini, bu gününü biləsən və pesrpek-tivlərini müəyyənləşdirəsən. Bu iş asan və ayaqüstü görülən bir iş deyil. Gərək Azərbaycanın müxtəlif bölgələrində, müx-təlif dillərdə danışan insanların dilini yeganə dil maqnitinə tərəf çəkəsən. Bunun üçün həmin maqniti yaratmaq və fəa-liyyətə gətirmək lazımdır. Bu baxımdan Azərbaycan dilini ölkə üçün yeganə dövlət dilinə çevirmək lazımdır. Məhz buna görə Azərbaycan dilinin ətrafında ünsiyyət vasitəsi ki-mi fəaliyyət göstərən başqa dilləri doğru-düzgün qiymətlən-dirib, onlara dövlət içində azadlıq və demokratik yaşam şəraiti yaratmaq lazımdır.

Azərbaycan Xalq Cümhuriyyətinin “Məclisi-Məbu-san” adlanan Parlamentində milli dil rejimi yaratmaq üçün məktəblərdə dil fəaliyyətini qorumaq lazım idi. Bunun üçün həm siyasi-ictimai dil vərdişlərini gücləndirmək, həm də Azərbaycan dilinin Qafqazdakı rolunu bərpa etmək istiqamətində işlər görmək lazım idi. Və burada ancaq dillə bağlı işlərdən söhbət getmir. Söhbət Azərbaycanın bir dövlət kimi nüfuzunun yüksəlməsindən gedir. Əgər bu nüfuz yüksək olardısa, o zaman Azərbaycan dilinə olan maraq da, münasibət də yüksək olacaqdı. Əgər bu gün Azərbaycan dili dünyanın bir çox ölklərində öyrənilirsə, Azərbaycan tarixi-nə, mədəniyyətinə dünyanın bir çox ölkələrində, universitet-lərində maraq varsa, əgər bu gün Azərbaycan multikultura-lizmi Avropanın aparıcı universitetlərində müstəqil bir fənn kimi tədris edilirsə, bu ancaq və ancaq Azərbaycana olan maraq, Azərbaycanın bu gün apardığı cəsarətli müstəqil si-yasətə olan ehtiram və Azərbaycanı Azərbaycan edən şəxsə ‒ Azərbaycan liderinə olan münasibətdən irəli gəlir.

O dövrdə isə təəssüf ki, Azərbaycan özü haqda istər Paris, Versal siyasi mühitində, istərsə də dünyanın digər si-yasi ocaqlarında təsəvvür yaratmalı idi. Müstəqilliyinin əsaslı və haqlı subutunun ehtiyacındaydı. Dilə də, mədə-niyyətə də münasibət bundan sonra yaranacaqdı. Görün-düyü kimi, bütün bu işləri görmək Azərbaycan Xalq Cüm-huriyyətinin dillə bağlı islahatlarının, dillə bağlı fəaliyyə-tinin əsasında dururdu. Və bu fəaliyyəti biz Azərbaycan Xalq Cümhuriyyətinin 23 ayının hər günündə görmüş olu-ruq.

Bütün bu görüntüləri bizə Elçin İbrahimovun kitabı bir daha ətraflı və geniş şəkildə nümayiş etdirir. Biz sanki Məclisi-Məbusanın müşavirələrində iştirak edirik, biz sanki Cümhuriyyət xadimlərinin fəaliyyətinin içinə giririk, düşün-cələrinə, dünyagörüşılərinə, həyata baxışlarına dalırıq, gör-dükləri işin şahid oluruq, onlara haqq qazandırırıq və bütün bunlarla yanaşı, biz onların dillə bağlı ideaylarını bölüşürük. Doğma dilə münasibət, doğma dilin digər dillərə olan müna-sibəti, dövlət dili səviyyəsinə yüksəldiləcək dilin məziyyət-ləri, onun qorunma şərtləri ən uzaq kəndlərdəki uşaqlara Azərbaycan dili və digər dillərin öyrədilməsi ilə bağlı problemlər və üzə çıxarılan digər məsələlər ‒ bütün bunlar AXC-nin həm də milli bir mədəniyyət qalası olmasına sü-butdur.

E.İbrahimovun kitabında Azərbaycan Xalq Cümhu-riyyətinin bir çox sənədləri öz əksini tapıb. Bu sənədlərdə dillə əlaqədar bəzi fikirlərə rast gəlmək mümkündür. Parla-mentin təsisi haqqında qanun və onun əhəmiyyəti, dillə əla-qədar və dillə bilavasitə əlaqədar olmayan bir çox qərarlar və bu qərarların o dövrün cəmiyyətində əks-sədası, Parla-mentin öz içində işlətdiyi rəsmi dil və parlamentdə işlənən digər dillərlə bağlı məsələlər bu kitabın mayasını təşkil edir. Nəticə öz-özünə aydındır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasə-ti və əlifba məsələləri xalqın milli mənafeyindən çıxış edilə-rək perspektivlərə tuşlanmış şəkildə nəzərdən keçirilir və qəbul edilir.

Azərbaycanda dil siyasətinin sistemli şəkildə yürü-dülməsi, Elçin İbrahimovun fikirinə görə, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan dilinin siyasi əhəmiyyəti, siyasi təntənəsi məhz bu dövrdə özünü bütün rəngarəngliyi ilə göstərir. Sonralar bu siyasi təntənə Azərbaycan xalqının iradəsini əks etdirən Ulu Öndər Hey-dər Əliyevin dil siyasətində özünü göstərəcək və daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan dili və mədəniyyti ilə bağlı həyata keçirdiyi sistemli proyektlərin bir-birinin içindən doğan taleyüklü məsələlərin reallaşmasında işıq üzü görəcəkdir.

Kitabın əhəmiyyəti bir də ondadır ki, bura da indi-yənə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlər, düşüncələr onun apardığı dil siyasəti ilə bağlı təhlillər bir növ ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü gös-tərən dil sitiusiyası bütöv şəkildə təqdim edilir. Cəmiyyət və onun dili, parlament və onun dili bunlar bir-birini tamam-lasalar da, faktiki olaraq bir-birindən fərqli, hətta bəzən qarşıdurma səviyyəsində fərqli məsələlərə, məqamlara gə-tirib çıxarır. Maraqldır ki, hətta Azərbaycanın milli ruhla yaşamış dövlət xadimləri, parlament sədrləri, hökümət baş-çıları özləri də öz nitqlərində bir-birindən fərqlənə bilirlər. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının dilinin bir-birindən fərqlənməsi onların aldığı təhsillə yanaşı eyni zamanda mənsub olduqları ictimai-si-yasi dairələrin dilə münasibət özəllikləri ilə bağlıdır.

Məhəmməd Əmin Rəsulzadənin ifadəsini dəyişsək, əlbəttə ki, belə deyərik: “Bir dəfə danışdığın dil heç zaman unu-dulmaz!”

Bir dəfə danışılmağa başladığın və heç zaman unut-madığın Azərbaycan dili öz fonetik səlisliyi, leksik imkan-ları, sintaktik sistemliliyi nəticəsində dünyanın ən inkişaf etmiş dilləri ilə bir sırada durur və bu gün onun inkişafı üçün həqiqətən də geniş imkanlar açılmışdır. Bu geniş imkanlar-dan istifadə etdikcə biz bu imkanlar barədə düşünən və onları həyata keçirə bilməyənləri bir daha xatırlayırıq. Onla-rın ruhu qarşısında baş əyirik və onların Azərbaycan naminə etdikləri bu gün inkişaf edir deyirik. Bu gün həm dilimiz, həm əlifbamız bir-birini tamamlayan meyarlar üzərində qu-rulmuş və kitabda da məhz bu iki amilin ‒ həm dil siyasəti, həm əlifba məsələləri ilə bağlı amillərin bir-biri ilə əlaqəsi açıq-aşkar və çox dolğun şəkildə işıqlandırılmışdır.

Kitabın “Əlavələr” hissəsi xüsusilə diqqəti cəlb edir. Bu hissədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi dil, təhsil və tədrislə bağlı bütün qərarlar, həmçinin istiqlal bəyannaməsi, “Son türk əlifbası” və əla-qədar digər qərarlar verilmişdir.

Bundan başqa kitabda, xüsusilə, Məclisi-Məbusan-dakı müxtəlif vəzifə sahiblərinin nitqlərindən gətirilən sitat-lar, parçalar o dövrün dil mənzərəsi barədə son dərəcə dəqiq təsəvvür yaradır və bütün bunlara bugünkü dil prizma-sından baxdığımız zaman Azərbaycan Xalq Cümhuriyyəti ideoloqlarının nə qədər çətin bir işin ağırlığı altına girdiklə-rini bir daha hiss etməmək olmur.

Cəhd böyük idi, bu gün biz görürük, bu cəhd ümid-siz idi, o cəhdin bəhrələri bir neçə on ildən sonra özünü göstərə bildi və bu gün müstəqil Azərbaycan öz müstəqil dil siyasətini həyata keçirirsə, bu tarixi missiyanın bütün nüma-yəndələrini bir daha və bir daha yada salmaq vacibdir.

Elçin İbrahimovun kitabı Azərbaycan Xalq Cümhu-riyyəti dövrünü və bu dövrün dili ilə nəinki danışan, hətta yaşayan böyük şəxsiyyətlərin hissini, duyğularını bizə yaxın edir. Oxucu bu kitabı layiqincə qiymətləndirəcəkdir.



Kamal Abdullayev

akademik





GİRİŞ



2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyə-tinin yaranmasının 100 ili tamam olur. Bu tarixi gün Azər-baycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdir-mişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şərait-də fəaliyyət göstərmişdir. Cümhuriyyətin qısa müddət ər-zində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxmışdı. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün və-təndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azər-baycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yarat-mışdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədə-niyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımları Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar.

Müsəlman Şərqində ilk parlament respublikası ‒ Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlət-çilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisat-larının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il de-kabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Fəaliyyət göstərdiyi müddət ərzində 145 iclasın keçirildiyi AXC par-lamentində istər həmin dövr üçün, istərsə də bu günümüz üçün əsas ola biləcək bir çox əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Bunlara nümunə olaraq Azərbaycan (türk) dili, Bakı Universitetinin açılması, üçrəngli bayrağın qəbulu, ordu quruculuğu və s. göstərə bilərik.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mü-rəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbay-can xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərə-findən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdi. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqə-sinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitet-lərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait ya-ratmışdı. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya mü-səlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cin-sindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bə-rabər hüquqlar verən cümhuriyyət çox mürəkkəb şəraitdə yaranmışdı. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhu-riyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik at-ributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisa-diyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müs-təqil dövlət kimi tanınması olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair san-ballı əsərlər, hətta ikicildlik ensiklopediya, parlamentin ste-noqram hesabatları və s. nəşr edilsə də, tariximizin bu mər-hələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir. Məhz bu araşdırmamızda cümhuriyyət dövrü dil siyasətini, həmin dövrdə dillə bağlı qəbul edilmiş qərarlar, parlamentin dili kimi məsələlərin geniş şəkildə araşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur. Əfsuslar olsun ki, cümhuriyyət dövrünü dərindən araşdırmayan, arxiv materiallarına bələd olmayan tədqiqatçılar AXC hökumətinin dillə bağlı yalnız bir qərar qəbul etdiyini yazmışlar. Halbuki cümhuriyyət dövründə dil və təhsillə bağlı müxtəlif sahələri əhatə edən altı qərar və rəsmi sənəd qəbul edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər bu-raxmışdır. Cümhuriyyət dövrünün öz böyük poeziyası, nəs-ri, dramaturgiyası və publisistikası olmuşdur. Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirən-lər də elə cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar ‒ Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə (https://az.wikipedia.org/wiki/Mirzəbala_Məmmədzadə), parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacı-bəyli qardaşları, Hüseyn Cavid (https://az.wikipedia.org/wiki/Hüseyn_Cavid), Cəlil Məmmədquluza-də (https://az.wikipedia.org/wiki/Cəlil_Məmmədquluzadə), Məhəmməd Hadi (https://az.wikipedia.org/wiki/Məhəmməd_Hadi), Əhməd Cavad (https://az.wikipedia.org/wiki/Əhməd_Cavad), Abdulla Şaiq (https://az.wikipedia.org/wiki/Abdulla_Şaiq), Salman Mümtaz (https://az.wikipedia.org/wiki/Salman_Mümtaz), Əli Abbas Müznib (https://az.wikipedia.org/wiki/Əliabbas_Müznib) və başqaları idilər.

Xüsusən “Cümhuriyyət şairi” Cəfər Cabbarlı, Əh-məd Cavad, Əmin Abid (https://az.wikipedia.org/wiki/Əmin_Abid_Mütəllibzadə), Əli Şövqi Şeyxzamanov (https://az.wikipedia.org/wiki/Əli_Şövqi_Şeyxzamanov) kimi gənc-lərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğ-məyə çevrilirdi.

Qələm əhli cümhuriyyətin verdiyi söz azadlığından bəhrələnirdi. Süleyman Sani Axundov (https://az.wikipedia.org/wiki/Süleyman_Sani_Axundov), Abdulla bəy Divan-bəyoğlu (https://az.wikipedia.org/wiki/Abdulla_bəy_Divanbəyoğlu), Yusif Vəzir Çəmənzəminli (https://az.wikipedia.org/wiki/Yusif_Vəzir_Çəmənzəminli), Nəcəf bəy Vəzi-rov (https://az.wikipedia.org/wiki/Nəcəf_bəy_Vəzirov), Seyid Hüseyn (https://az.wikipedia.org/wiki/Seyid_Hüseyn) və başqaları pedaqoji işdə, publisistika sahəsində, dövlət işlərində çalışır, siyasi həyata qoşulur-dular, Salman Mümtazı, Yusif Vəzir Çəmənzəminlini, Firi-dun bəy Köçərlini (https://az.wikipedia.org/wiki/Firidun_bəy_Köçərli) daha çox ədəbiyyat tarixi məsələləri dü-şündürürdü. Belə ki, Yusif Vəzir “Litva tatarlarının tarixi”, “Azərbaycan ədəbiyyatı tarixinə bir nəzər” kitablarını yazır, Salman Mümtaz Azərbaycanın klassik şairlərinin əsərlərini toplayırdı. Əbdürrəhim bəy Haqverdiyev (https://az.wikipedia.org/wiki/Əbdürrəhim_bəy_Haqverdiyev), Əliqulu Qəmkü-sar (https://az.wikipedia.org/wiki/Əliqulu_Qəmküsar), Ömər Faiq Nemanzadə (https://az.wikipedia.org/wiki/Ömər_Faiq_Nemanzadə), Eynəli bəy Sultanov (https://az.wikipedia.org/wiki/Eynəli_bəy_Sultanov) və başqala-rı Tiflisdə çalışırdılar.

1918-20-ci illərdə Azərbaycanda ideoloji mübarizə-nin bütün ağırlığı dövri mətbuatın kəsərli silahı olan publi-sistikanın üzərinə düşürdü. Azərbaycan publisistikası ide-ya-mövzu cəhətdən çox rəngarəng və zəngin idi: çarizm əsarətindən yenicə qurtulmuş Şimali Azərbaycanın milli müstəqilliyinin qorunub saxlanması, milli ordunun yaran-ması, ölkədə demokratik parlament seçkiləri və islahatların keçirilməsi, bolşevik və Denikin təhlükəsinin dəf edilməsi, Qarabağda erməni millətçilərinin törətdiyi müharibə yanğı-nının söndürülməsi, ölkə daxilindəki təfriqəçilik, Bakı nefti uğrunda xarici imperialistlərin didişməsi və s. publisisti-kanın toxunduğu əsas məsələlər idi. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai kon-sepsiya dayanırdı. Bu konsepsiya XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış “türkləşmək, islamlaşmaq, müasir-ləşmək” ideyaların da təcəssüm olunurdu.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cüm-huriyyəti hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini (https://az.wikipedia.org/wiki/Azərbaycan_dili) dövlət dili elan etdi. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın iki-yə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədil-məsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir.

Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan parla-mentinin dilində əksini tapmışdır. Dövlət idarələrində mü-əyyən müddət ərzində rus dilinin (https://az.wikipedia.org/wiki/Rus_dili) işlənməsinə də icazə veril-məsi parlamentə aid deyildi. Ona görə də parlamentdə dillə-rin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyə-tin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamen-tin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nüma-yəndələrinin rus dilində çıxış etmələri məqbul sayılmışdı. Rəsmi sənədlərin hamısının dövlət dilində tərtib edilməsi qərarlaşdırılsa da, burada da qarışıq məqamlara rast gəlirik. Çünki qərarların əksəriyyəti rus dilindədir. Bəzi qərarlar isə türk dilindədir. Burada çox maraqlı bir fakt da ortaya çıxır: qərarların orijinalının hansı dildə olması məsələsi. Araşdır-mamız zamanı Azərbaycan (türk) dilində də, rus dilində də orijinal sənədlərə rast gəldik. Arxiv materiallarından əldə etdiyimiz materiallar üzərində apardığımız araşdırmalar-dan belə qənaətə gələ bilərik ki, hər iki dildən (Azərbaycan və rus) paralel istifadə olunub.

Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.



































1.1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri

Dil və əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olmuşdur. Məhz bu baxımdan da, haqlı olaraq, Azərbaycanın tərəqqi-pərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların (əsasən ərəb əlifbası) islah edilməsi və ya digər daha mükəmməl yazı sis-temi ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mü-barizə aparmışlar.

Azərbaycanda dil və əlifba islahatları islam dininin qə-bul edilməsindən sonrakı dövrlərdə ərəb əlifbasından istifa-də olunan dövrə qədər uzanır. Ərəb əlifbası Azərbaycan türkləri tərəfindən rəsmi olaraq 1922-ci ilə qədər, qeyri-rəsmi olaraq isə 1929-cu ilə qədər istifadə edilmişdir.

Türklərin ərəb əlifbasına keçməsində əsas səbəb din dəyişikliyidir. Bu əlifba çox geniş bir coğrafiyada uzun müd-dət istifadə edilmişdir. Ancaq tədricən türk dünyasında böyük elm adamları ərəb əlifbasının türk dilinin fonetik qaydalarına uyğun olmadığını qeyd edərək, bu əlifbanı tərk etmək və ya onu fərqli şəkillərdə islah edərək istifadə etmək kimi fikirlər irəli sürmüşlər.

Ərəb əlifbasının nöqsan və çətinlikləri göz qabağında idi. “Azərbaycan dili saitlərindən çoxunun ayrıca hərf şək-linə malik olması, eyni hərfin bir neçə saiti bildirməsi, eyni samit üçün bir neçə hərf şəklinin varlığı, samitlərdə oxşar hərflərin və nöqtələrin çoxluğu, sağdan sola və çulğaşıq yazı sistemi ərəb əlifbasının görünən əsas nöqsanları idi”


.

Məhz bu səbəblərə görə ərəb əlifbasını islah etməyi və ya yeni əlifba yaratmağı ilkin şərt sayan ziyalılar, alimlər geniş və məqsədyönlü fəaliyyətə başlayırlar.

Türk dünyasında və həmçinin Azərbaycanda bu işi başladan və əlifbanın dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs göstərən Mirzə Fətəli Axundzadə olmuşdur.

M.F.Axundzadənin ərəb əlifbasının islahatı haqqında düşündüyünü onun 1854-cü ildə yazdığı bəzi məktubla-rında görmək olar. Bu yolda planlı, sistemli fəaliyyətə isə o, 1857-ci ildən başlayır. M.F.Axundzadə tərcümeyi-halında yazırdı: “1857-ci il miladidə islam əlifbasını dəyişdirmək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyişdirməyin vacib məsələ olduğunu həmin kitabçada göstərdim”


.

Maarifpərvər M.F.Axundzadə kiril və ərəb əlifbaları ilə paralel şəkildə işlədiyinə görə ərəb əlifbasının qüsurunu görür və XIX əsr Şərqindəki, daha doğrusu, Azərbaycandakı elmi geriliyi və savadsızlığı bununla əlaqələndirirdi.

M.F.Axundzadəyə görə, ərəb əlifbasının nöqsanları aşağıdakılardan ibarət idi:

– hər bir danışıq səsi üçün xüsusi əlamət tələb olun-duğu halda, ərəb dilindəki səslərin hamısının ifadəsi üçün lazım olan hərflər bu əlifbada çatışmır;

– bir çox sait səslər samitlərin yanında yazılmır və bu-nun nəticəsində oxucu sözü müəyyənləşdirməkdə çətinlik çəkir və bu da əlavə vaxt itkisinə səbəb olur;

– bəzi hərflər eyni şəkildə yazılır və bir-birindən yalnız nöqtələrlə fərqlənir: nöqtə düşdükdə hərflərin fərqləndiril-məsi oxucunun ehtimalına verilir, bunun nəticəsində müta-liə zamanı qarışıqlıq və çətinlik törənir;

– bu əlifba ilə hər hərf sözün başında, ortasında, axı-rında və təklikdə ayrı-ayrı şəkillərdə yazılır, hərf yerinə görə də dəyişir ki, bu da yazıb-oxumaq işini çətinləşdirir.

Məhz bu şərtlər daxilində M.F.Axundzadə ərəb əlifba-sının islahı yolunda 10 ildən çox ciddi mübarizə aparmışdır.

Uzunmüddətli səylərinə baxmayaraq, M.F.Axundza-də nəinki əlifbanın dəyişdirilməsinə, hətta onun islah olun-masına da nail ola bilmədi.

Azərbaycanda ərəb əlifbası yerinə latın əlifbası əsasın-da yeni bir sistemin qəbul edilməsinə dair Mirzə Kazımbə-yin də fikirləri mövcuddur. Mirzə Kazımbəy 1870-ci illərdə M.F.Axundzadənin əlifba islahatı fəaliyyətini dəstəkləyən-lərin önündə gedənlərdəndir.

XIX-XX əsrlərin ayrıcında əlifba sahəsində M.F. Axundzadənin təşəbbüsünə yenidən qayıdış oldu. Bir sıra ziyalıların məqalələrində əlifba məsələsinə Ümumşərq kon-tekstində baxılır, həlli vacib işlər, mədəni tərəqqi üçün vacib olan ünsürlərdən sayılırdı. Əlifbaya dərin maraq göstərənlər sırasında M.Şahtaxtlı. C.Məmmədquluzadə, M.T.Sidqi, A.Yadigarov, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, Y.V.Çəmənzəminli və b. vardı.

Əlifba məsələsi, onun yeniləşdirilməsi sahəsində “Şər-qi-rus” qəzetinın naşiri və redaktoru M.Şahtaxtlının fəaliy-yətini qeyd etmək vacibdir. Fransa ‒ Azərbaycan ədəbi əlaqələrinə bir neçə tədqiqat əsəri həsr edən R.İsmayılov “Dostluq telləri” əsərində yazırdı: “M.F.Axundzadə ənənə-lərinə sadiq olan M.Şahtaxtlı Parisdə olarkən fransız və rus dillərində “Sövti Şərq əlifbasına dair izahlı vərəqə” adlı dərs-lik yazmışdır. Həmin dərslik 1901-ci ildə Parisdə çap edil-mişdir”.




M.F.Axundzadədən sonra Azərbaycan əlifbasının isla-hatı sahəsində ən böyük rol Məhəmməd ağa Şahtaxtlıya məxsusdur. Görkəmli ədib 1879-cu ildən başlayaraq rus, fransız və Azərbaycan dillərində bir neçə kitab və 10-a yaxın məqalə çap etdirmişdir


.

1902-ci ildə M.Şahtaxtlının “Sövti Şərq əlifbası” kitabı çap olundu. Poliqlot olaraq bir çox Qərb və Şərq dillərini bilən müəllif öz səylərini Azərbaycan ərəb əlifbasının qüsur-larının aradan qaldırılmasına yönəltmişdi. M.Şahtaxtlı irsi-nin tədqiqatçısı Ş.Novruzovun fikrincə, Şahtaxtlıya məxsus yeni əlifbanın əsas üstünlüyü “ərəb əlifbasında mövcud olmayan sait səslərin xüsusi hərflərlə göstərilməsi və yerinə görə hər samitin öz şəklini dəyişməyən xüsusi işarə ilə əvəz edilməsi idi”.




Lakin Şahtaxtlının layihəsi təqdir olunmadı. Əksinə, İ.Qaspıralı, F.Köçərli və b. tərəfindən tənqidlərə məruz qal-dı. Məsələn, F.Köçərli yazırdı ki, “cənab Şahtaxtinskinin əlif-bası heç bir xüsusi məziyyəti ilə fərqlənmir…


Onu qeyd edək ki, bu əlifba layihəsində 49 hərf var idi.

Yusif Talıbzadə özünün “Kitabi-təhsili-əlqaid” kita-bında (1902) ərəb əlifbasının türk dilinə uyuşmadığından bəhs edir, misal və nümunələr gətirir, həmçinin özünün “Hürufi-müsəffa” adlı əlifbalayihəsini təklif edir. Bu “saf” layihənin əsas göstəricisi nöqtələrin olmaması və hərflərin ayrı-ayrı yazılması idi. B.Çobanzadənin və F.Ağazadənin fıkrincə, bu layihə “M.F.Axundovun məlum, qəti və açıq fıkirlərindən sonra müvəffəqiyyətsiz bir islahatçı addımın-dan başqa bir şey deyildi”


.

Görkəmli pedaqoq və ədəbiyyat tarixçisi Firidun bəy Köçərli də yeri gəldikcə əlifba məsələlərinə toxunmuşdur. F.Köçərlinin hələ 1898-ci ildə “Qafqaz” qəzetində çap etdir-miş olduğu “Ərəb əlifbası və onun nöqsanları” silsilə yazıla-rı buna misaldır. O, A.O.Çernyayevskinin “Vətən dili” adla-nan ilk əlifba kitabını sövti üsulla yazılmış ilk dərslik kimi qiymətləndirmiş, bunu və həmin müəllifin S.Vəlibəyovla birgə tərtib etdiyi dərsliyin əlifba məsələsində “Azərbaycan məktəblərində tamamilə yeni bir islahat əmələ gətirdiyini” qeyd etmişdi. Ədib M.A.Şahtaxtlının fonetik Şərq əlifba layi-həsi ilə əlaqədar “Tiflisskiy listok” qəzetində (1902) öz tən-qidi mülahizələrini bildirmişdi.




“Azərbaycan türklərinin ədəbiyyatı” kitabında F.Kö-çərli 1903-cü ildə çap etdirdiyi əsərində əlifba məsələlərini işıqlandırmışdı. Əsərinin sonunda müəllif Azərbaycan ədə-biyyatı haqqında yazır:





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68657522) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Əsası və təməli XX əsrin əvvəlində ‒ 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin nümunəsində qoyulan böyük azərbaycançılıq ideyası öz tarixi, qanunauyğun varisini çağdaş, suveren, demokratik Azərbaycan Respublikasının timsalında tapmışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir və cümhuriyyətin sağlam təməllər üzərində yaratdığı azərbaycançılıq ideyası özünü bu gün əməli fəaliyyətində və Azərbaycan dövlətinin siyasi kursunda prioritet istiqamət olaraq saxlamaqdadır.

Как скачать книгу - "Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Azərbaycan Xalq Cümhuriyyəti: Dil məsələləri" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги серии

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *