Книга - Fərdi effektiv sürətli oxu

a
A

Fərdi effektiv sürətli oxu
Toğrul Türkkan

Reha Oğuz Türkkan


Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.




Reha Oğuz Türkkan

Toğrul Türkkan

Türk Gələcək Tədqiqatlar Vəqfinin fəxri rəhbəri olan Ord. Prof. Dr. Reha Oğuz Türkkan Nyu York, Kolumbiya və CCNY universitetlərinin keçmiş təhsil işçisidir. 1960-1969-cu illərdə Amerikada 124 təhsil mərkəzi (UNİTEQ) yaradıb (bunlardan beşində sürətli oxuma kursları açıb). Rəhbəri olduğu “Learning foundations” vəqfinə ABŞ tərəfindən dörd əyalətin təhsil üsullarını yeniləmə tapşırığı verilib. 1970-ci illərdə “Learning Materials Publishing” nəşriyyat evinə rəhbərlik edib.

Son yüz ilin ən önəmli psixoloqlarından olan tanınmış elm adamı prof. Skinner (Harvard universiteti) və prof. Crouder ilə (UCLA) birlikdə “Suallarla proqramlı öyrənmə”

metodunu təkmilləşdirmiş, bu yeni metodun üç yaradıcısından biri olaraq ABŞ-dakı təhsildəki xidmətlərinə görə “Who’s Who” ensiklopediyasında yer alıb. ABŞ tərəfindən 4

əyalətin təhsil planlanması və Sunrise Açıq Universitetinin tərkibində təhsil texnologiyası məsləhətçisi vəzifəsini daşıyıb.

124 məktəb (4-ü sürətli oxuma və kompüter üzrə) açıb. Eyni istiqamətdə Türkiyədə Yaykur Açıköğretim Universitetini yaradıb. 1975-1976-cı illərdə Milli Təhsil Nazir-liyinin Yaykur Açık Universitetlərinin qurucusu və idarəçisi vəzifələrini həyata keçirib.

1976-cı ildə NASA-ya məsləhətçi olaraq Hindistandakı peykli təhsil çalışmalarını incə-ləyib.

ABŞ-da olduğu müddətdə “Psixologiyanın iş dünyasında nailiyyətə təsiri və tətbiqi, razısalma psixologiyası və satış texnikaları” mövzularında iş dünyasına aid təlimlər verib, müxtəlif şirkət və qurumlarda məsləhətçi və Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərib.

1970-ci illərdə Türkiyədə sürətli oxuma adı ilə “Speed reading” texnikasını tanı-dıb, 1976-80-ci illərdə Milli Təhsil Nazirliyi, daha sonra isə Mədəniyyət və Daxili İşlər nazirliklərinin rəhbər işçilərinə, Boğaziçi Universitetinin təhsil işçilərinə və bir neçə firmalara kurs və seminarlar keçib. Sonralar isə xalqa açıq seminarlar verməyə başlayıb. “Çox sürətli oxuma” mövzusundakı Türkiyədəki ilk kitabını 1985-ci ildə yazıb.

1987-ci ildən etibarən yaradıcısı olduğu Türk Gələcək Tədqiqatlar Vəqfi daxilində əksər firmalara, ictimai təşkilatlara, məktəblərə və kurslara təhsil verib, xalqa açıq seminarlar təşkil edib. Yetişdirdiyi təlimçilər (Mustafa Ruşen, Muhsin Kadıoğlu, Toğrul Türkkan və başqaları) sürətli oxuma mövzusunu bütün Türkiyəyə yayıblar.



Toğrul Türkkan

Orta təhsilini Kadıköy Anadolu Liseyində, ali təhsilini Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsində tamamlayıb. 1966-cı ildən etibarən Türk Gələcək Tədqiqat Vəqfi daxilində sürətli oxuma təlimləri verməkdədir. 2000-ci ildə Reha Oğuz Türkkanla birlikdə

“dörd mərhələli effektiv sürətli oxuma sistemi”ni təkmilləşdirib. Kompüter dəstəyi ilə

sürətli oxuma təhsil proqramı kursunun səmərəsini böyük nisbətdə artmasını təmin edib.

2002-ci ildə HızlıOku.Pro kompüter məşq proqramını hazırlayıb.

Müxtəlif jurnal və kitablarda nəşr olunmuş məqalə, esse və hekayələri var.



1



Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlışəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlarinformasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətlioxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətlioxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.



2








Fərdİ effektİv

sürətlİ oxu



3



Önsöz



Bu kitaba 20 illik təcrübə və kurs səriştəsinin məhsulu demək, hər halda çox da yanlış olmaz.

60-cı illərdə professor Reha Oğuz Türkkanın Amerikada öyrəndiyi və o illərdə açdığı “Suallarla proqramlı öyrənmə” məktəblərində tədris etdiyi “Sürətli oxu” ilə Türkiyə 1987-ci ildə tanış oldu. Türk 2000 Vəqfi və 2003-cü ildən etibarən də ALGE nəzdində o vaxtdan bu günə fərdlərə, özəl firmalara, məktəblərə, ictimai qurum və təşkilatlara qədər bir çox kurs, seminar təşkil edildi.

2000-ci ildə kitabın iki müəllifi sürətli oxuma ilə effektiv oxuma texnikalarının bir araya gətirilməsilə EffektivSürətli Oxuma sistemini inkişaf etdirdilər. Bu proses sürətli oxudan daha yaxşı, əhatəli oxuma/öyrənmə metodu olan bir sistemin tədrisinə əsaslanır.

Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş

topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.

4



* * *



Mütaliə əsnasında göz mətn üzərində soldan sağa doğru hərəkət edir; müəyyən yerlərdə dayanır; bu fasilələrdə eynən fotoaparat kimi gördüyü kəlmələrin şəklini çəkib beynə göndərir; beyin də daha öncədən öyrənmiş olduğu bu simvolları çözür, bir araya gətirir və fikri aydınlaşdırır.

Sürətli oxu kursu keçməmiş şəxs kəlmə-kəlmə oxuyur, özlüyündə səsləndirir, gözü mətn üzərində yavaş sürüşür və uzun fasilələr edir. Bu səbəbdən dolayı normal insanın oxu sürəti “tısbağa sürəti”ndə qalır.

Ləng oxucu inkişaf edən və sürətlə dəyişən informasiya əsrinə ayaq uydurmaqda çətinlik çəkir. Sürətli oxuma metodu müxtəlif göz gimnastikası vasitələri, gözün focus-lama tutumunu artırma, görmə arealını genişləndirmə tə-məlinə arxalanır. Beləcə, müəyyən məşq müddətindən sonra oxucuların oxu sürəti 200-300 faizə qədər yüksələ bilir.

Uzun adı “4 Mərhələli Effektiv Sürətli Oxuma Sistemi” olan, ESO proqramı oxucuların informasiyaya daha sürətli, effektiv şəkildə çatmalarını və məhsuldar oxuma vərdişinə sahib olmalarını təmin etmək üçün yaradılmış, nəzəri-praktiki əsaslı oxuma/öyrənmə sistemidir.

Effektiv Sürətli Oxuma sistemi daha sürətli, effektiv, çevik və məhsuldar oxuma vərdişi yaradan kompleks sistemdir. Proqram 15-20 gün ərzində müəyyən çalışma pe-riodu halında tətbiq edilir.

20 günlük bu çalışma nəticəsində əvvəlkinə nəzərən orta hesabla 2,5 dəfə sürətli oxuyan, oxuduqlarını daha yaxşı qavrayan və daha uzun müddətə yadında saxlaya bilən oxucu halına gələcəksiz.

5

Niyə sadəcə sürətli oxu deyil, “Effektiv Sürətli Oxuma Sistemi”?

Çünki Effektiv Sürətli Oxuma Sistemi sadəcə göz sürətini artıran bəsit məşqlərdən ibarət üsul deyil. Sürətli oxuma texnikaları Effektiv Sürətli Oxuma Sisteminin sadəcə bir hissəsini təşkil edir.



* * *

Effektiv Sürətli Oxuma Sisteminə bir neçə cümlə ilə

bu şəkildə xülasə vermək olar. Verdiyimiz ipuclarından sonra əsas məsələyə keçmək olar. Kitab vasitəsilə addım-addım irəliləyəcəyik. Sistem 20 günlük çalışma proqramı olaraq hazırlanıb. Hər gün nizamlı şəkildə məşqinizi davam etdirməyə diqqət göstərin. 20 gündə 20 saat ayıraca-ğınız bu metod həyatınıza minlərlə saat əlavə zaman qa-zandıracaq.



Reha Oğuz Türkkan

Toğrul Türkkan



6

Təşəkkürlər



Türkiyədə 15 ildən artıqdır tədris etdiyimiz “Sürətli Oxuma Kursları”nı və 2000-ci ildə müasir oxuma/öyrənmə

metodu kimi inkişaf etdirilən “Effektiv Sürətli Oxuma Sistemi”ni və sistemin kitabını ərsəyə gətirmək uzun və yorucu əməyin nəticəsində gerçəkləşdirildi. Bu çətin prosesdə

istənilən məsələdə dəstəyini bizdən əsirgəməyən, başda Əmrə Şahinər olmaqla, Sərdar Süvariərol, Alpar Cəng Aslan, Barış Nargiləçi və tövsiyə, eləcə də məsləhətləriylə bizə

çox köməyi toxunan Tunc Çəlik və Yaşar Atilla İlmana şük-ran borcluyuq.



Reha Oğuz Türkkan

Toğrul Türkkan



7








BİRİNCİ FƏSİL



BAŞLANĞIC SÜRƏT VƏ

ANLAMA TƏYİNATI



8



9



Effektiv Sürətli Oxuma Sistemini öyrənməyə başlamazdan öncə sürətinizi və qavrama səviyyənizi təyin etmək üçün iki dəfə yoxlama mütaliəsi edəcəyik. Beləcə, iyirmi günlük tədris kursunun sonunda yetişdiyiniz sürət və qavrama səviyyəniz ilə başlanğıcdakı vəziyyətinizi müqayisə

edə biləcəksiniz.

Bir deyil, iki mətn oxuyacağıq. Çünki insanın təkcə

bir oxu sürəti yoxdur. Oxucu önünə gələn hər mətni eyni sürətlə oxumur.

Oxuma sürəti oxunan mətnin xüsusiyyəti – yəni çətinlik/asanlıq dərəcəsiylə və oxucunun mövzuya duyduğu maraqla yaxından əlaqəlidir. Normal oxucu maraqlandığı, məsələn, futbol haqqında, bir yazını dəqiqədə 200 kəlmə

sürətlə oxuduğu halda fəlsəfi məqalədə sürəti 100 kəlməyə

(və təbii ki, qavrama səviyyəsi də) düşür. Bu səbəbdən dolayı biri asan, digəri qarmaşıq olmaqla iki fərqli mətn oxuyacaqsınız. Bu iki mətnin oxunmasının orta sürəti sizin Effektiv Sürətli Oxuma Sistemi tədrisinə başlamazdan öncəki sürət və qavrama nəticənizlə qarşılaşdırılacaq.

“Vərdiş” mətnini önünüzə qoyun. Mətni vaxtı ölç-məklə normalda oxuduğunuz sürətlə oxuyun. Məqsəd sadəcə başlanğıc səviyyənizi təyin etməkdir. Mütaliəni bitirdikdə nə qədər vaxtda oxuduğunuzu qeyd edin (məsələn 150 saniyə).



10

Vərdiş



Vərdiş psixologiyada çox az düşünmə tələb edən, ya da heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və doğuşdan olmayıb, öyrənilən bir davranış kimi səciyyələndirilir. Vərdiş qidalanmaq və yatmaqdan, düşünmək və reaksiya göstərməyə qədər hər fəaliyyətin parçasını təşkil edə bilir. Gücləndirmə, reaksiyaya səbəb olan xəbərdarlığın hər ortaya çıxmasında reaksiyanın və ya davranışın təkrarlanmasını təmin edir. Hər təkrarla davranış da-ha da avtomatikləşir. Beyin şüursuz olaraq hərəkəti yönlən-dirir. Şəxs düşünmədən komandanı yerinə yetirir. Düşünmədən qalstukunu bağlayır, ayaqqabısının iplərini ilikləyir və sair.

Paralel olaraq bəzi vərdişlər, xüsusən də coşğunun yer aldığı anlarda bircə təcrübə ilə də meydana gələ bilər.

Bu mövzu ilə bağlı köklü araşdırmalar aparan filosof və

psixoloq Uilyam Ceymsin “Psixologiyanın prinsipləri”

(1890, Principles of Psychology) adlı kitabında apardığı araşdırmadan görünür ki, vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar. Şəxs alışmış olduğu vəziyyətin əksi olan hərəkəti etməkdə çətinlik çəkir. İki barmaqla yazı maşınında yazmağı öyrənən bir insanın on barmaqla yazması bu maşından heç istifadə etməmiş birindən daha çətindir.

Arzuedilməz vərdişlərdən azad olmanın ümumilikdə

4 üsulu var:

11

1. Əvvəlki reaksiyanın yerinə yenisinin qoyulması –

məsələn, dözülməz şəkər yemə istəyinin qarşısını almaq üçün konfet əvəzinə meyvə yemək, ya da effektsiz, yavaş

oxuma vərdişinin yerinə sürətli oxunu qoymaq.

2. Bezginlik, yaxud xoş olmayan digər reaksiya yara-nana qədər o davranışı təkrarlamaq – məsələn, siqaret alu-dəçiliyinin yerini siqaretdən iyrənmənin alması məqsədiylə

ürəyi bulanana qədər həmin şəxsi siqaret çəkməyə vadar etmək.

3. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə mühit dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək – məsələn, yetkin insandakı uşaqlıqdan qalma it qorxusunu ona bir küçük verərək yenmək;

4. Cəzalandırmaq; Bu sonuncu üsul bəlkə də ən az effektiv olanıdır.

Saatınıza baxın. Neçə saniyədə bitirdiyinizi qeyd edin.

Bu mətnin söz sayını göstərən 283-ü sərf etdiyiniz saniyə sayına bölüb, 60-a vurun. Məsələn, 90 saniyəyə bitirmisinizsə, aparacağınız əməliyyat:

(283/90)x60 =189.

Ümumiləşdirmə lazım olarsa (söz sayı / bitirmə müddəti)x 60 hesablamasının sonu mətnləri dəqiqədə neçə kəlmə sürətiylə oxuduğunuzu göstərir.

İndisə mətn haqqındakı aşağıdakı sualları cavablayın: 1. Psixoloqlar vərdişə necə tərif verirlər (bir cümlə ilə

yazın)?

...............................................................................

...............................................................................

12

2. Mətndə avtomatik vərdişlərə hansı misallar göstərilib?

...............................................................................

...............................................................................

3. Uilyam Ceyms vərdiş haqqında hansı önəmli nüan-sı vurğulayıb?

...............................................................................

...............................................................................

4. Arzuedilməz vərdişlərdən azad olmanın yollarını bəndlər şəklində yazın.

...............................................................................

...............................................................................



Cavablarınızın doğruluğunu yoxlayın.

1. Vərdiş psixologiyada çox az düşüncəyə yer qoyan, yaxud heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və anadangəlmə olmayıb, sonradan qazanılan davranış kimi təsvir edilir.

2. Qalstuk və ayaqqabını bağlamaq.

3. Vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar.

4. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə əhatə dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək, cəzalan-dırmaq.

Doğru sayı 25-ə vuraraq qavrama səviyyənizi tapın (Məsələn, iki tam, bir yarımçıq cavabınız varsa, iki tam üçün 50, yarım üçün 12,5 62,5 edər).

13

Eyni şəkildə aşağıdakı “Osmanlıda zanbaq dövrü”

başlıqlı parçanı vaxt quraraq oxuyun. Bitirəndən sonra neçə

söz oxuduğunuzu sayın.



14

Osmanlıda zanbaq dövrü



Zanbaq dövrü Osmanlı tarixində 1718-1730-cu illər arasında yaşanan ziddiyyətli, keçici və yenilikçi dövrdür.

Müəyyən məşhur tarixi axın tərəfindən çox sonradan qoyulan adı bu dönəmdə sarayda və İstanbulun varlı təbəqəsi arasında başlayan zanbaq yetişdirmə marağına işarəni ifadə edir. İlk dəfə Yəhya Kamal Bayatlının istifadə etdiyi

“zanbaq dövrü” birləşməsi Əhməd Rafiq Altınayın sözügedən dövrü incələyən əsərinə eyni adı verməsilə tarixi terminologiyaya əlavə edilib.

Bu dönəm, məsələn, yenilənmə axtarışı kimi yeganə

axın deyil, bir-biriylə iç-içə əlaqəli olan ən azı üç prosesin kompleks məhsulu sayılmalıdır. İnkişaf edən kapitalizmin təməlində müasirləşən Avropa dövlətlərinə qarşı bir müddət mühafizəkar tərzdə diqqətəlayiq dəyişiklik aparmadan müqavimət göstərməyə çalışan Osmanlı İmperiyası XVII əsrdə ortasına sürükləndiyi hərbi və siyasi rəqabət girda-bından ağır məğlubiyyətlərlə çıxmağa başlayanda böyük özünəinam böhranına uğramışdı. Bu, ilk dəfə Qərbin açıqca nümunə kimi götürülməsi meylini doğurmaqla yanaşı, elit təbəqənin öz içərisində islahatçı və mühafizəkar cəbhələrə

ayrılmasına yol açdı. Digər tərəfdən eyni məğlubiyyət, uğursuzluqlar zənciri, xanədanın, eləcə də böyük fiqurların artıq savaş meydanlarında zəfər və qəhrəmanlıqlar yoluyla legitimlik axtarışından daha xüsusi, şəxsi bir ruh aləminə

çəkilməsinin də səbəbi oldu. İctimai təməldəysə kadr hazır-lığı sisteminin təkmilləşdirilməsi, əhali artımı, o cümlədən, düzənlik ərazilərdə yoxsullaşma işarələrindən dolayı şəhər-lərə, xüsusilə, İstanbula köçdə və vəziyyəti sarsılan kəsim-15

lərin yaşadığı narahatlıqda artım aydın göründü. Bu fakt elit təbəqə daxilində mübarizənin taleyinə təsir edərək, ilk yenilikçi cərəyanın ömrünü qısaldan rol oynadı. Sədrəzəm Nevşəhirli Kürəkən İbrahim Paşa Pojarevats müqaviləsini

(1715-1718 Osmanlı-Avstriya-Venedikt müharibəsinə son

qoyan, yuxarı Serbiya, Belqrad, və Banat yaylasının Avst-

riyaya, Dalmatiya, Bosniya, Albaniya sahillərinin Vene-

diktə verilməsi, Moranın Osmanlılarda qalması kimi mad-

dələrdən təşkil edilmiş 21 iyul 1718-ci ildə imzalanan mü-

qavilədir. C.Q.) fürsət bilərək Osmanlı dövlətində müəyyən bir sülh dövrü bərqərar etdikdən sonra ilk növbədə orduda quruculuq həyata keçirdi, dövlət heyətlərində ixtisarlar apardı və yeni vergilər qoydu. Ardınca Paris və Vyanadan gətirdiyi proyektlərdən ilhamlanaraq İstanbulun abadlığına diqqət ayırdı. Halicin rekonstruksiyası üçün öncə Kağıtha-nədə padşah üçün bir köşk (Sadabad qəsri) tikdirdi. Rəngarəng saray həyatından xoşlanan III Əhmədin də razılığını verdiyi Kağıthanə dərəsi və Halic çevrəsi yeni görünüşə bü-ründü. Sadabad qəsri çevrəsindəki zanbaq bağçaları İstanbul əhalisinin varlı qismləri arasında sürətlə yayılan zanbaq yetişdirmə dəbinin yaranmasına yol açdı. Geniş və kübar gəzinti yerləri açılaraq müharibə illərinin gətirdiyi pessimist, durğun mühitin yerini hərəkətli və əyləncəli şəhərli aristokrat həyatın almasına çalışıldı. Köhnə yanğın yerləri təmizlədilərək buralarda modern məhəllələr quruldu. Səh-ralardan köçüb gələnlərin doldurduğu tarixi yarımadanı yavaş-yavaş tərk edən elit təbəqənin idarə etdiyi Üsküdar, Bəylərbəyi, Bəbək, Fındıqlı, Əlibəyköy, Ortaköy ilçələrində

köşklər və bağlar salındı. Şəhərin yanğından mühafizəsi üçün Yeniçəri Ocağından ayrılan bir birliyə yanğınsöndür-mə təlimi verildi. Bundan başqa, ticarətin inkişafı üçün ix-16

racatı asanlaşdıran addımlar atıldı. Çini qabların istehsalı, çuxa və qumaş toxunması üçün emalatxanalar açıldı. Yalo-va Kağız Fabriki, 1727-ci ildə İbrahim Mütəfərrika tərəfindən ilk Osmanlı mətbəəsi quruldu. Mədəniyyət və incəsənət həyatına təsir edən cəhdlərlə, salnaməçilik, şeir anlayışı və təməl elm sahələrinə baxış dəyişməyə başladı. Qərbdən və Şərqdən olan önəmli müəlliflərin əsərləri türkcəyə tərcümə edildi. Alimlər, sənətçilər, eləcə də şairlər dövlətdən dəstək gördülər. Yad ölkələrə qarşı kompromis və dostluğa söykənən xarici siyasət yürüdülməyə başlandı. İngiltərə, Fransa və Fələmənglə diplomatik əlaqələr yaradıldı.

Zanbaq dövründəki yeniliklər, xüsusilə, mühafizəkar dairələrin böyük etirazına yol açdı. Bu arada saray ətrafıyla İstanbulun varlı əhalisinin əyləncə və istehlak xərcləri ölçü-süzlüyə üz tutarkən xalqın getdikcə yoxsullaşması, Anadoludakı tayfaların yerləşdirilməməsi, artan quldurluq hadisələri, yeni vergilərin yaratdığı etirazlar, İranla davam edən münaqişələr, xüsusilə də qeyri-müsəlmanlara verilən imtiyazlar, elit təbəqənin mühafizəkar qisminin əl altından qı-zışdırıb, təşkilatlandırdığı Patron Xəlil Üsyanı üçün uyğun mühit yaratdı. Zanbaq dövrü 1730-cu ildə bu qiyamla ömrünü başa vurdu.

Saatınıza baxın. Neçə saniyəyə bitirdiyinizi qeyd edin. Bu mətndə 528 söz var. Eyni formuldan istifadə edərək sürətinizi təyin edin, daha sonra aşağıdakı qavrama suallarına cavab verin.

1. Zanbaq dövrü hansı illəri əhatə edib? Mətndə necə

bir dönəm kimi qiymətləndirilib?

...............................................................................

...............................................................................

17

2. Bu dövr bir-biriylə kəsişən hansı üç fərqli prosesin kompleks məhsulu sayıla bilər?

...............................................................................

...............................................................................

...............................................................................

3. Elit təbəqə bu dövrdə hansı bölgələrdə yerləşmişdi?

Hansı səbəbdən dolayı şəhərin bu qismlərində yaşayır-dılar?

...............................................................................

...............................................................................

4. Patron Xəlil qiyamına yol açan səbəblər hansılar idi?

...............................................................................

...............................................................................

Cavablarınızın doğruluğunu mətnlə tutuşduraraq yoxlayın:

1. Zanbaq dövrü Osmanlı tarixində 1718-1730-cu illər arasında yaşanan ziddiyyətli, keçici və yenilikçi bir dövrdür.

2. Qərbin nümunə olaraq götürülməsinin nəticəsi kimi dominant sinfin daxilində islahatçı və mühafizəkar qa-nadlara bölünməsi, xanədanın, böyük nüfuz sahibi olan-ların şəxsi ruh aləminə çəkilməsi, eləcə də İstanbula köçdə

və əhalinin maddi dayanıqlığı sarsılan qisminin narazılı-ğının zirvəyə çatması.

3. Düzən ərazilərdə köç ucbatından əhali sıxlığı ilə

qarşı-qarşıya qalması ucbatından elit təbəqə şəhərin Üsküdar, Bəylərbəyi, Bəbək, Əlibəyköy, Ortaköy səmtlərində

imarətlər ucaldaraq orda yerləşdilər.

4. Saray ətrafı ilə İstanbulun varlı əhalisinin əyləncə

və istehlak xərclərinin ölçüsüz dərəcədə artması, xalqın 18

getdikcə yoxsullaşması, Anadoludakı tayfaların yerləşdiril-məsinin yolunda getməməsi, quldurluğun artması, yeni vergilərin doğurduğu etirazlar, İranla davam edən münaqişələr və xüsusilə, qeyri-müsəlmanlara verilən imtiyazlar, aristokrat təbəqənin mühafizəkar qisminin əl altından qızış-dırıb təşkilatlandırdığı Patron Xəlil Üsyanı üçün uyğun mühit hazırladı.

Doğru cavab sayını 25-ə vurub, qavrama səviyyənizi tapın (Məsələn, bir tam və iki yarım cavabınız varsa, bir tam üçün 25, iki üçün də 25, edər 50).

Son olaraq iki sürət səviyyənizi toplayıb, ikiyə bölün və orta hesabla dəqiqədə neçə kəlmə oxuduğunuzu təyin edin. Eyni şəkildə iki qavrama faizini də toplayıb, ikiyə bölün (Məsələn, mətnləri 187-150 kəlmə sürətiylə oxumusu-nuzsa (187+150)/2=169). Bax, bu rəqəmlər sizin hazırkı, yəni sürətli oxuma kursu keçməzdən öncəki mütaliə sürətinizi və qavrama səviyyənizi göstərməkdədir.

Effektiv sürətli oxuma kursunu tamamladıqdan sonra geriyə baxdığınızda nə qədər irəlilədiyinizin fərqinə varacaqsınız.



19








İKİNCİ FƏSİL



SÜRƏTLİ OXUMA NƏDİR?

FUNKSİYALARI NƏLƏRDİR?



20



21



Sürətli oxumanın tarixçəsi



İkinci Dünya müharibəsi vaxtı Lüftvafe (Alman Hərbi Hava Qüvvələri) təyyarələri Londonu gecə-gündüz bomba-layırdı. İngiltərə səmasında ingilis və alman qırıcıları dö-yüşür, bir-birilərinə hücum edirdilər. London ətrafında qül-lələrdə gözətçilər yaxınlaşan təyyarələrin emblemlərini görüb, dostmu, düşmənmi deyə, anlamağa çalışırdılar. Düşmən simvollarını görər-görməz həyəcan siqnalını işə salır, əhalinin vaxtında sığınacağa yetişməsinə yardım edirdilər.

Oxşar şəkildə ingilis pilotlarının yaxınlaşan təyyarə-nin emblemini çox tez görmələri həyati önəm daşımaq-daydı. Bəzən gözətçilər, yaxud pilotlar təyyarə emblemlərini seçməkdə gecikir, bombalar düşməyə başlayırdı. Bunun qarşısını almaq üçün ingilislər Ohayo Universitetindən doktor Renşovun ixtirasıyla indi “takistoskop” dediyimiz cihazı patentləşdirdilər. Göz sürətini çoxaldan bu bəsit cihaz böyük ehtimalla bir çox ingilisin həyatını qurtarıb. Mər-cəyi saniyənin, 25, 50 və 100 faizi sürətində açılıb-bağlanan bu alətlə pilot və gözətçilər yetişdirilirdi. İngilis və alman təyyarələrinin olduqca böyük şəkillərini göstərərək başla-nan təlimlərdə şəkillər get-gedə kiçildildi; şəklin görünüb-yox olma vaxtı getdikcə qısaldıldı. Nəticə etibarilə müda-vimlərin idrak sürətləri təəccübləndirici şəkildə yüksəldi.

Beləliklə, bombardmançı təyyarələr daha erkəndən nəzərə çarpır, pilotların reaksiya sürətləri artır, gözətçilər əhaliyə daha tez xəbər verə bilirdilər.

Sonralar bu icaddan Amerika Birləşmiş Ştatları Quru Qoşunları və Dəniz Qüvvələri pilotları da yararlandı.

22

Amerikada təlimçilər bundan xəbər tutduqda aləti söz seçməyi sürətləndirməkdə yoxladılar və beləliklə, sürətli oxuma yarandı.

Gözün vücudun hər hansı orqanı kimi məşq sayəsində daha effektiv olmağa başladığını isbat etdilər. Beləcə,

“tənbəl göz” daha çevik davranmağa və gördüyü şəkli (rəsmi, emblemi, sayı, yazını) daha sürətli şəkildə beynə (əsl görmə funksiyasını yerinə yetirən mərkəzə) yollamağa alışdı.

Əllinci illərdə Amerikada sayları kifayət qədər çox olan təşəbbüskarlar tezliklə kurslar yaradaraq sürətli oxumağı tədris etməyə başladılar. Müəyyən qəbuletmə müddətindən sonra məktəblər də sürətli oxumanı mənimsədi-lər. Hazırda Amerikada ibtidai sinifdən universitetə qədər hər səviyyədə “Speed reading” dərsləri verilməkdədir və

tələbələr bu texnikanın dərsini alırlar.

Sonrakı elmi araşdırmalar göstərdi ki, göz bir silueti, yəni bilinən bir sözü saniyənin yüzdə biri sürətiylə görür və anlayır. Hətta kəlmə pozuq olsa belə! Nəhayət, son 2-3

ildir sağ beyin ilk olaraq hərəkətə keçərsə, sonrakı sol be-yinli sürətli oxumanın daha cəld olduğu önə sürüldü.





Digər yandan daha bir tapıntı da

Oxuma: Gözün

mətn üzərində

sürətli oxuya yeni səviyyə qazandırdı.

sürüşərkən

Kino ilk çıxanda pərdə çox kiçik idi və

kəlmələrin şəklini

çəkilişlər o kiçik sahəyə sığacaq şəkildə

çəkib beynə

aparılırdı. Çünkü gözün başı çevirmə-

yollaması, beynin

bu simvolları

dən ancaq bu qədər sahəni görə biləcəyi

anlamlandırması

sanılırdı.

dır.

23



1950-ci illərdə psixoloqların “qavrayış ərəfəsi”

[treshold of perception] təcrübələrində göstərdikləri “peri-ferik görmə” [peripheral vision] həqiqətini Hollivud götür-dü və pərdəni bugünkü böyüklüyünə çatdırdı (Cine-mascope, Tod-a-o, Panavision və başqaları).

Az sonra da üç kamerayla çəkilən “Cinerama” 180 dərəcə, bir yarımçəmbər pərdəylə xüsusi gözlük olmadan da üç ölçülü görüntünü təqdim etdi.

Bütün bunlar göstərdi ki, göz başı sağa-sola çevirmə-dən də çox geniş sahəni görə bilir (gələn dəfə kinoteatra gedəndə diqqət edin; o böyük pərdədə filmi seyr edərkən başınızı saga-sola çevirirsiniz, yoxsa pərdənin ortasına baxıb, bütünlüklə görə bilirsiniz?). Bu tapıntını da sürətli oxuya tətbiq etdilər və tək-tək kəlmələrə baxmaq yerinə sətrin da-ha geniş hissəsini görmənin, yəni iki, üç, hətta dörd sözü birdən görmənin asanlıqla mümkün ola biləcəyini isbat etdilər. Beləcə sürətli oxuma ən effektiv formasını almış oldu.

İlk kurslarda sadəcə “takistoskop” məşqləri aparılırdı. Halbuki tək başına takistoskop idrak sürətini yüksəlt-məkdə yetərsiz qalırdı. Gözün görmə bacarığının bir üst limiti var idi. 100 metri 10 saniyədə qaçmağın çox çətin olması kimi insan gözü də bir kəlmə oxuyaraq maksimumu 400-ə qədər çatdıra bilirdi. Bundan əlavə, göz sürətinin düş-məməsi üçün göz məşqlərinin müəyyən qayda ilə davam etdirilməsi lazım idi. Blok-blok oxuma sayəsində sürətli oxu daha az məşəqqətli məşğuliyyət formasına düşdü (Beyin geniş baxmağa alışanda gözə çox yüklənmədən də oxuma sürəti yüksək sürətə yetiləcək hala gəldi).



24

Beləliklə, sürətli oxunun iki inkişaf cizgisini gördük: 1. Göz təlimlə get-gedə daha sürətli görməyi öyrənə

bilər; eynilə jim etməklə, barfiks çəkməklə, ağırlıq qaldır-maqla qol əzələlərinin inkişaf etməsi kimi.

2. Göz yenə təlimlə sətrin 2-3 sözünü, hətta hamısını bir baxışda görə bilər (Buraya qədər oxucunun alışqanlığına ilk baxışda tərs düşməmək və qavramanı çətinləşdir-məmək üçün “göz”ü “görmək” feliylə bir yerdə istifadə etdik. Halbuki göz görməz, baxar; görən beyindir. Gördüyünüz bir şeyə təəccübləndiyiniz zaman göz bəbəkləriniz böyüyür. Göz bəbəklərinin iriləşməsi ilə təəccüb hissi birgerçəyin iki üzüdür: fiziki və zehni… Bənzər şəkildə oxu prosesində göz mətn üzərində hərəkət edər, zehin anlam verər).

Son olaraq 2000-ci illərə girərkən beyin və qavrama ilə əlaqədar aparılan araşdırmalar fərqli, eyni zamanda tamamilə yeni oxu texnikasına atılan ilk addım oldu.

Bir deyil, iki beynimiz olduğu gerçəyi və bu iki beynin funksional fərqlilikləri ortaya çıxdı. Sol beyin yarımkürəsi məntiqi şəkildə parçaları analiz etməkdəykən sağ yarımkürə bütövlükdə idrak yoluyla qəbul edirdi.

1990-cı illərdə doktor Pol Skil “Photo Reading” adını verdiyi bu texnikanı inkişaf etdirdi. 1997-ci ildə “World Future Society”nin (Dünya Gələcək Cəmiyyəti) illik qurul-tayında (bu kitabın hər iki müəllifinin də iştirak etdiyi) bir seminar təşkil olundu.

Əvvəlcə rahatlama, sakitləşmə yoluyla sağ beyin fo-kuslanmış hala gətirilir, bunun sayəsində bütöv bir səhifənin fotosu zehində canlanırdı. Bu təcrübənin nəticələri və elmi keçərliliyi hələ də mübahisəlidir.

25

Dəqiqədə 20000-25000 kəlmə kimi ağlasığmaz səviy-yəyə çatmaq mümkündürmü? İnsan bütöv səhifəni bircə

baxışla qavraya bilərmi? Sağ beyin, sol beyin fərqliliyi kəskin tərəfləri önə çıxarılan mifdir, yoxsa inqilab? Ancaq bu bir həqiqətdir ki, Pol Skil texnikası doğru olsa da, olmasa da, insan beyninin xarüqələr yarada biləcək potensialını bi-zə xatırlatdı.

2000-ci illər oxuma və öyrənmə məsələlərində neçə

yeniliyi ortaya çıxaracaq kimi görünür.



Sürətli oxumanın faydaları



Bu kitabı alıb oxumağa başladığınıza görə nələrisə

əldə etməyi hədəfləyirsiniz. Çox güman daha sürətli oxumaq, çətin mövzuları daha sürətli qavramaq, daha yaxşı öyrənmək istəyirsiniz.

Ehtiyacınız olan məlumata yetməyi, diqqət dağılma-ları və konsentrasiya pozğunluqları kimi mütaliəyə mane olan səbəblərdən qurtulmağı istəmiş də ola bilərsiniz. Yaxud da ki, diqqətinizi oxuduğunuz parçada toplaya bilməyi, öyrəndiklərinizi uzun müddət hafizənizdə saxlamağı…

“Effektik Sürətli Oxuma” sistemi sayəsində mütaliəyə mane olan zərərli alışqanlıqlarınızdan qurtulub sürətli və effektiv bir oxucu ola bilərsiniz.

Effektik Sürətli Oxuma sisteminin faydalarından bir neçəsini marketoloq üslubuyla xatırladaq:

 Oxumağı sevirsiniz, oxumaq istədiklərinizin hamısına vaxt yetmir.

 Oxumağı deyil, başqa nələrisə, əylənməyi sevirsiniz, ancaq oxumağa məcbur olduğunuz materiallar var.

26

 Tələbəsiniz (universitet, lisey, məktəb fərq etmir).

Dərs, dərs, dərs! Oxunacaq qalaqla kitab, yığınla qeyd var!

Amerika tətbiqi tədrisə böyük önəm verir, orada ibtidai məktəb belə təhsilin 84 faizini təşkil edir. Bizdəsə

daha çox! Oxumaqla bitmir. Saatlar yetmir, qapanıb qalırsınız. Tələbələr imtahanlar yaxınlaşdıqca cəmi bir neçə

saat yatırlar. Liseyi, universiteti yarıda buraxmağa məcbur olanlar, dərsləri çatdıra bilmədiyi üçün usanıb təhsilini yarımçıq saxlayanlar… İndi düşünün; oxuyacaqlarınızı iki dəfə tez bitirə biləcəksiniz!

Hər şeyi bir kənara ata bilsəniz! Yaxud da ki, yaxşıca yata bilsəniz…

 Bəlkə vaxt qalmadığı üçün əlinizi belə vura bilmədiyiniz başqa kitabları da oxuma fürsəti tapsam de-yə, xəyal qurursunuz…

Yaxşı, bəs iki dəfə tez oxumaq mümkündürmü? Həm olsa da oxuduğunuzu yaxşı anlaya bilərsinizmi?

Hər iki suala da “hə!” Amma necə?

Effektiv Sürətli Oxuma sistemi sayəsində!



 Qəzet, jurnal, kitab, roman oxumağı sevən insansınız.

Amma jurnalı, qəzeti bitirmədən boş vaxtınız sona çatır. Kitab, ya da romanın sonu gəlmək bilmir. Bir neçə səhifə ancaq oxuyursunuz ki, saatlar keçmiş

olur, başqa işlər yığılıb qalır. Çox vaxt da hansısa rəfdə toz basmağa başlayır, tamamən unudulur. İs-təməyə-istəməyə kitab oxumayanların cərgəsinə qo-şulursunuz. Qəzeti, jurnalı birnəfəsə oxuyub başa çıxa bilsəniz… Kitab və romanlarınızı iki dəfə tez bitirsə-niz… Yaxşı olardı, elə deyilmi? Bəli, mümkündür.

27

Həm də oxuduğunuzu daha yaxşı anlayaraq, EffektivSürətli Oxuma sistemi sayəsində!

 İş adamısınız, vəkilsiniz, dövlət məmuru və ya ida-rəçisiniz. Dağ kimi sənəd, raport, material oxuma-ğınız lazımdır; iş saatları yetmir. Hamı evə gedəndə

siz büroda qalıb təkbaşına oxuyursunuz. Ya da evə

çanta dolusu iş aparırsınız.

Bu sənəd, raport, materialları daha sürətli oxuya bilsəniz – həm də bu zaman gözdən qaçırdıqlarınıza görə yan-lışlığa yol vermədən, xəta etmədən bitirə bilsəniz, necə olardı? Ailənizlə söhbət fürsəti, bir neçə dəqiqəlik istirahət yerinə uzun-uzadı vaxt olsa?

Ola bilər. Effektik Sürətli Oxuma sistemi sayəsində!

 Sükan arxasındasınız? Yol nişanları siz tam oxumadan arxada qalır? Buna görə istiqaməti təyin edə bil-mirsiniz? Bu nişanları çox tez oxuya bilsəniz, dərdiniz qalmazdı, elə deyilmi? Bu da Effektik Sürətli Oxuma kursu sayəsində ola bilər!





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68475256) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Yeni eraya qədəm qoyan bəşəriyyət hər keçən gün öyrənmək qabiliyyətini inkişaf etdirir. 1960-cı illərdə ortaya çıxan sürətli oxu texnikası da tədris psixologiyasında reallaşan inkişafın ardınca davamlı şəkildə yükəliş dövrünə qədəm qoydu.

İstədik ki, 8-10 nəfərlik kurs mühitindən daha geniş topluluqlar informasiya əsrinin ən həyati ehtiyaclarından olan effektiv və sürətli oxuma mövzusunda özünü inkişaf etdirsin. Bu kitab effektiv sürətli oxuma alışqanlığını öz-özünüzə vərdiş halına gətirə bilməyiniz məqsədilə hazırlanıb.

Как скачать книгу - "Fərdi effektiv sürətli oxu" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Fərdi effektiv sürətli oxu" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Fərdi effektiv sürətli oxu", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Fərdi effektiv sürətli oxu»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Fərdi effektiv sürətli oxu" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *