Аудиокнига - Davam edir 37

Görkəmli Azərbaycan şairi, filologiya elmləri doktoru, əməkdar incəsənət xadimi, insan hüquqları uğrunda böyük mübariz Xəlil Rza Ulutürk əsrin mürtəce qüvvələrinə qarşı hələ gənc illərindən başladığı gündəlik döyüşlərində güzəştsiz, prinsipial, işıqlı mövqe tutduğu üçün 1990-nın qanlı yanvar günlərində həbsə alınmış və doqquz aya yaxın həbs müddətində coşqun, qaynar, ilhamlı yaradıcılıq həyatını bir an da dayandırmamış, məhkəmə tərəfindən tam bəraət almış, zindan şeirlərinə və dünya şöhrətli “Davam edir 37…” əsərinə görə M.F.Axundzadə mükafatına layiq görülmüşdür. Şairin bu kitabının bədii sanbalı, satqınlıq kursu götürənlərə qarşı amansızlığı, qəzəb və nifrətinin sağlamlığı göstərir ki, möhtəşəm poeziya yaradıcısı daha yüksək qiymətə layiqdir.

Şair üçün zindan məfhumu həmişə sözün əsl mənasındakı zindan deyildir. Əsl sənətkar işıqlı dünyada – onu darıxdıran mövcud cəmiyyətdə də özünü zindanda sayır, haqq səsini, etiraz harayını, xalqın bağrından doğan fəryadını ucaldır və bu fəryad gec-tez onu həqiqi zindana gətirir.

Başqaları “yenidənqurma” deyilən “yeni günləri” vəsf etməyə

ibarəli sözlər, yeni qafiyələr axtaranda

Xəlil Rza “yeni inqilabın” yaradıcılarının gözlərinin içinə dedi ki: “Davam edir 37, daha kəskin, daha ciddi!”

Xəlil Rza doqquz ay həbsxanada doğma Azərbaycandan, geniş dünyadan təcrid edilib yaşamışdı. Siyasi dustaq buxovları, zindan zülməti onun məğrur şəxsiyyətinin, kəsərli poeziyasının qabağında aciz və cılız görünürdü:

Dəftər-qələm istədim, əmrə əməl etdilər,

– Azadsınız! – söylədim, sürüşdülər, getdilər.

Şairin şeirlərində azadlıqda olanda qələbə çala bilmədiyin düşməninlə imkan düşərsə, zindanda mərdliyinlə, qətiyyətinlə qələbə çalmalısan, ələxüsus o halda ki, düşmən sənin özündədir, öz içindəcə sənə meydan oxuyur. Və özün özünə, öz içindəki düşməninə qələbə çala bilməsən, kənardakı düşmənlər səni asanca yıxacaqlar:

Qırdım, atdım qəlyanı, uzaqlaşdı tüstülər,

Azca dincəldi sinəm, bir söz söylədim bu dəm.

Birinci düşmənimi məhv etmişəmsə əgər,

Bütün düşmənlərimin öhdəsindən gələrəm!

Şair öz poeziyası ilə millətçi, təcəvüzkar siyasətlərə, belə iyrənc siyasətlərin liderlərinə söz divanı tutur, amma bu söz divanı heç də həmin millətçi, təcavüzkar siyasətlərin, bu siyasətlərin liderlərinin mənsub olduğu xalqın ünvanına deyildir.

Xəlil Rzanın zindan günlərinin anlarından doğan sətirlərində şairin əyilməz iradəsini, əzəmətli poeziyasının qanadlarını, ən ağır məqamlarda da kişi dözümünü, həyat nikbinliyini duymaq olur…

Как скачать аудиокнигу - "Davam edir 37" в mp3, mp4?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки аудиокниги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия аудиокниги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки аудиокниги
    Если книга "Davam edir 37" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если аудиокнига бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку аудиокниги -"Davam edir 37", чтобы скачать для телефона или на ПК.
    Аудиокнига - «Davam edir 37»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для прослушивания аудиокниги на телефоне или ПК подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент аудиокниги "Davam edir 37" для ознакомления):

    • MP3 - cкачать аудиокнигу ""Davam edir 37"" в хорошем качестве

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Xəlil Rza - Davam edir 37 @KanalPoeziya

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *