Книга - Azərbaycan səfəvilər dövləti

a
A

Azərbaycan səfəvilər dövləti
Oqtay Əfəndiyev


Oqtay Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti» kitabı Osman-lıların «Möhtəşəm yüz il» adlandırdıqları XVI əsri (1500-1600-cü illəri) əhatə edir. Müəllif xronoloji qaydada addımbaaddım tarixi hadisələri təqib edərək o zamanın tarixini indiki oxucu üçün asan dildə xarakterizə etməyə çalışıb. Kitabda I Şah İsmayıl Xətayinin yaratdığı Səfəvilər (Qızılbaşlar) dövlətinin zəfər və eniş illəri ardıcıl əks etdirilib. Kitab fəsillərə, başlıqlar və yarımbaşlıqlara bölündüyündən asan qavranır.

Müəllif həm fars həm də Avropa mənbələrindən məharətlə istifadə edərək Səfəvilər (Azərbaycan) dövlətinin təşəkkülü, etnik, ictimai-siyasi quruluşu, idarəetmə sistemi, ordu quruculuğu və hətta vergi sistemi kimi məsələləri şərh etmiş, Səfəvilərin dünya tarixində rolunu açıb göstərmişdi.

Kitab tək tarixçilər deyil, həm də geniş oxucu kütləsi üçün faydalıdır.





Oqtay Əfəndiyev

Azərbaycan səfəvilər dövləti





Ön söz


Dünya tarixi miqyasında götürüldükdə Səfəvilər (Qızılbaşlar) dövlətinin yaranması orta əsrlərdə böyük əhəmiyyətə malik olan hadisələrdən biri olub.

Şah İsmayılın artıq uşaq yaşlarından hakimiyyətə gətirilməsi, elə o vaxtından da döyüşlərə atılması, bir sıra qələbələri və nəhayət qüdrətli bir dövlət yaratması heç də təsadüfi olmayıb. Bu qələbələrin əsasını əslində onun ulu babaları qoymuşdu… Səfəvilər dövlətinin sərhədləri əvvəlki dövrdəki Azərbaycan dövlətinin (Qaraqoyunlular və Ağqoyunlular) sərhədlərini aşıb keçərək çoxmillətli bir imperatorluğa çevrildi. Ətraf məmləkətlər bu dövləti «Qızılbaş məmləkəti» kimi, daha doğrusu Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qanuni varisləri hesab etdilər. Bu dövlətin «Səfəvilər» adlandırılması isə Şah İsmayılın ulu babalarından olan və sadəcə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülüb. Həm xürrəmilik və məzdəkilik, həm də sufizmlə bağlı olan, bir çox hallarda «qızılbaşlıq» adı ilə tanınan Səfəviyyə fikri cərəyanı məhz Ərdəbildə formalaşmış, buradan Şərqin bir çox ölkələrinə yayılmışdır. Şah İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər bu cərəyana dayaq olaraq, bununla da yeni bir dövlətin bünövrəsini qoymuşlar. Şeyx Səfiəddin nəslinin nümayəndələri bütün Azərbaycanın birləşməsi arzusunda idilər. Bu arzunu gerçəkləşdirmək isə İsmayıla nəsib oldu.

İsmayılın hakimiyyətə gəlməsi (1499) feodal münasibətlərin kəskinləşməsi nəticəsində Ağqoyunlu dövlətinin dağılması dövrünə təsadüf edir. Hər bir dövlətin süqutu zaman isə cəmiyyətdə güclü narazılıqlar olur, bu baxımdan xalq İsmayılı özünün rifah və mənafeyi uğrunda mübarizə aparacaq bir sərkərdə timsalında görür və ona böyük ümid bəsləyərək ardınca getdi. Beləliklə, İsmayılın bayraqları altında Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq adlı türk (Azərbaycan) tayfaları, Qaradağ və Talış sufiləri birləşdilər. Sonradan onlar İsmayılın ordusunun ən fədakar döyüşçüləri kimi tarixə düşdü.

1501-ci ildə İsmayıl Təbrizdə Azərbaycanın şahı elan edildi… I Şah İsmayıl dövründə Heratdan Bağdadadək uzanan nəhəng ərazidə əhali əsasən Azərbaycan dilində danışırdı. Şah İsmayıl yeni dövlətin əsaslarını möhkəmləndirmək üçün ölkə daxilində islahatlar apardı. O, elmin, mədəniyyətin, incəsənətin, sənətkarlığın inkişafına geniş yer ayırır, tarixi abidələrə, ziyarətgahlara diqqət və qayğı ilə yanaşırdı.

Azərbaycan dövlətinin sürətli inkişafı, qısa müddət ərzində Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilməsi, İsmayılın təkəbbürlüyü ətrafdakı rəqib dövlətləri qıcıqlandırırdı. Xüsusilə Osmanlı imperiyası Şah İsmayıla və Azərbaycan əhlinə qorxu, ehtiyat, qibtə və düşmən kimi yanaşırdı. İki böyük qüdrətli müsəlman dövlətinin – Səfəvilər (Azərbaycan) və Osmanlı Türkiyəsinin qarşıdurmasını çoxdan maraqla seyr edən Avropa hökmdarları kimi digər qüdrətli güclər də vardı. Məhz Avropa Osmanlılara silah-sursat və 300 top verdilər. Beləliklə, 1514-cü ildə Osmanlı Sultanı I Səlim Azərbaycan sərhədində 100 mindən çox nəhəng qoşun toplayır və Çaldıran düzündə döyüş olur. Bu vuruşmada Şah İsmayıl təkcə qüvvə baxımından deyil, həm də silahlanma baxımından Sultan Səlimdən geri qalırdı.

Səfəvilərdə artilleriya demək olar ki, yox idi. Səfəvilərin əsas qüvvəsi olan süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bununla belə qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, Şah İsmayıl başda olmaqla qızılbaş döyüşçüləri bu vuruşmada misli görünməyən qəhrəmanlıq göstərdilər. Qızılbaş ordusunun Çaldıran (İranın indiki Maku vilayətində düzənlik yer) vuruşmasında məğlubiyyətini müasirlər I Şah İsmayılın özünə arxayınlığı və öz sərkərdələrinin məsləhətləri ilə hesablaşmaması ilə əlaqələndirirlər. Lakin yuxarıda qeyd olunan faktlardan da göründüyü kimi, Şah İsmayılın məğlubiyyətini indiki terminlə desək, sultanın ordusunun o dövr üçün qabaqcıl texnikadan, məhz artilleriyadan geniş istifadə etməsi ilə əlaqələndirmək lazımdır.

Səfəvilərin Çaldıran vuruşmasındakı məğlubiyyəti tezliklə öz acı nəticələrini verdi. Osmanlı sultanı Xoy, Mərənd və Təbrizi ələ keçirdi, lakin qızılbaş döyüşçülərin müqaviməti ilə üzləşib Təbrizdə çox dayanmağa müvəffəq olmadı. Talan etdiyi Azərbaycan sərvətilə bərabər, bir çox sənətkarları da əsir apardı ki, bu da sonradan Osmanlı Türkiyəsində sənətkarlığın inkişafında önəmli rol oynadı. Çaldıran vuruşmasından sonra yaşadığı 10 il ərzində, I Şah İsmayıl fəaliyyətini yalnız dövlətin möhkəmlənməsi və hərtərəfli inkişafı istiqamətinə yönəltdi. 1524-cü ildə vəfat etdi. Şah İsmayıl Azərbaycan dilini saray və dövlət dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüşdür.

Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi. Hakimiyyət başına bir-birini ardınca rumlu, təkəli və şamlı tayfaları gəldilər. Bu dövr 1534-cü ilə qədər uzandı. Kiçik fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələri də elə bu zamana təsadüf edir. I Sultan Süleymanın dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası istila etdiyi ölkələrin saysız- hesabsız insan qüvvəsi və maddi ehtiyatlar hesabına üstün idi. Ona görə 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur oldular…

I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş əyanlarının çəkişmələri nəticəsində bir az da zəiflədi. Qanlı mübarizə nəticəsində hakimiyyətə gəlmiş II Şah İsmayıl kütləvi edamlarla öz hakimiyyətini möhkəmləndirməyə cəhd göstərdi. Lakin o, feodalların suiqəsdinin qurbanı oldu. XVI əsrin 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş əmirləri arasında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin timsalında mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdü və fəaliyyətdən qaldı.

Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki belə daxili çəkişmələrdən istifadə edərək Cənubi Qafqazı işğal etməyə nail oldu. Qanlı döyüşlər meydanı olan Azərbaycan böyük ziyan çəkdi. Osmanlı türklərindən başqa, dəfələrlə Krım xanının dəstələri də Şirvan torpağını viran etmişdi. Səfəvilər dövləti daha Osmanlı türk ordusunun hücumunun qarşısını dayandırmaq iqtidarında deyildi və sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Həmin sülhə görə, Səfəvilər Osmanlılar tərəfindən Gürcüstanın və Azərbaycanın işğalı faktını etiraf etdilər. Daha bir neçə il keçdikdən sonra I şah İsmayıl tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoyuldu.

Əsərdə təkcə müharibə və çəkişmələrdən deyil, Səfəvilər dövlətinin iqtisadi, sosial həyatına da geniş yer ayrılıb. Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə kənd təsərrüfatı canlanmış, sənətkarlıq və ticarət yüksək inkişaf səviyyəsinə çatmışdı. Ümumdünya şöhrəti qazanmış yerli ipək sayəsində Azərbaycanın Rusiya dövləti ilə və Avropa ölkələri ilə iqtisadi əlaqələri inkişaf edir və möhkəmlənirdi. Ərəş, Təbriz, Şamaxı və Culfa şəhərləri ipək məmulatlarının beynəlxalq ticarət mərkəzlərinə çevrildilər. Ərdəbil, Naxçıvan, Gəncə, Bakı və bir sıra digər şəhərlər də iri sənətkarlıq istehsalı mərkəzləri oldular.

Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələ də Səfəvi hakimiyyəti dövrü ilə bağlıdır. Bu Azərbaycan (türk) dilinin geniş yayıldığı dövr idi. Ümumdünya şöhrəti qazanmış görkəmli ədəbi əsərlər bu dildə yaradılmışdır. Füzuli, Xətayinin özü, Həbibi və b. Azərbaycan (türk) dilində yazıb yaratmışdılar. Geniş şöhrət qazanmış Təbriz rəssamlıq məktəbi əsərləri dünya incəsənəti inciləri sırasına daxil olmuş, Sultan Məhəmməd və Kəmaləddin Behzad kimi görkəmli rəssamlar yetişdirmişdi.

Xalqımızın tarixində Azərbaycan Səfəvilər dövlətinin müstəsna yeri var. Bu dövlətin tarixi müasirlərimiz üçün bir çox cəhətdən ibrətamizdir. Səfəvilər dövlətinin zəifləyib süqut etməsinin bir sıra obyektiv səbəbləri var. Qızılbaş tayfaları və əmirlərinin arasında birliyin olmaması, onların bir-biri ilə münaqişə və düşmənçilik etməsi, var-dövlət, gəlirli torpaq, mənsəblər və hakimiyyət uğrunda qanlı toqquşmaları, tayfa mənafelərinin, fərdi mənafeyin ümumi dövlət ehtiyacları və tələblərindən üstün tutulması – bütün bunlar Azərbaycan Səfəvilər dövlətinin zəifləməsi və tənəzzülü ilə nəticələndi.

Osmanlı-Səfəvi müharibələrinin iki qardaş türk xalqlarının (osmanlı və azəri türklərinin) düşmənçiliyi kimi deyil, Osmanlı və Səfəvi dövlətlərinin hakim dairələrinin iqtisadi və siyasi mənafelərinin toqquşması faktı kimi dəyərləndirmək tarixi gerçəkliyə daha yaxındır. XVI əsrdə siyasi məqsədlərlə şiddətləndirilən sünni-şiə ədavəti də hər iki türk dövlətinin münasibətlərini son dərəcə kəskinləşdirmişdir. Həmin dövrdə Avropa dövlətləri iki müsəlman, türk dövlətlərini müxtəlif vasitə və bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik edir və beləliklə onların hər birini zəiflətməyə, osmanlıların Cənub-Şərqi Avropadakı işğallarının qarşısını almağa çalışırdılar.



    KitabKlubu.org




I FƏSİL

ƏSAS MƏNBƏLƏRİN VƏ ƏDƏBİYYATIN XÜLASƏSİ


Səfəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir.

Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr edilmiş yerli xronikalara və əsərlərə təsadüf edilmədiyini göstərməliyik. Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli əsərlər (yaxud Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə əlaqədar olaraq müraciət edirlər. Bu əsərlərin əksəriyyəti nəşr olunmamışdır, dünyanın məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya səpələnmişdir[1 - Bu əlyazmaların saxlandığı yerlər üçün baxın: Ч.А.Стори. Персидская литература. Био-библиографический обзор. Перевел с англ., перераб. и доп. Ю.Э.Брегель, ч. I, II, III. М., 1972.]. Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə çap olunmuşdur və elmi-tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son illərdə İranda bu əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış, əksinə, onları daha da artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı azdır; onlardan bir çoxu çıxarış, xülasə şəklində dərc olunmuşdur. Nadir istisnalarla ən mühüm mənbələrin mətnlərinin ümumi elmi-tənqidi nəşri hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir əlyazma mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir. Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu tarixşünaslıqda İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki, Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək lazımdır ki, XVI-XVIII əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə, hələlik çox qeyri-kafi, hər halda X-XV əsrlərin farsdilli tarixi mənbələrinə nisbətən müqayisəedilməz dərəcədə az öyrənilmişdir”[2 - И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л., 1949, стр.19.].

Azərbaycan tarixinə, xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd təsərrüfatı, şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.) materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları tədqiqatçı əsl mənada zərrə-zərrə, uzun və əziyyətli axtarışlar yolu ilə toplamalı olur və tez-tez bu və ya digər məsələnin işıqlandırılmasında ciddi çətinliklərlə rastlaşır. Bu, onunla izah edilir ki, feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti şahların və hakim siniflərin digər nümayəndələrinin tərifinə və təsvirinə verirdilər.

Fars dilində narrativ mənbələrin nəzərdən keçirilməsinə başlayaq.

Sədrəddin Sultan İbrahim əl-Əmini – xronoloji cəhətdən nəzərdən keçirdiyimiz dövrün ilk narrativ mənbəyinin, hicri 918-ci (1513-1514) ilə qədər gətirib çıxarılan, I Şah İsmayılın yürüşlərinin tarixi olan “Fütuhatişahi” (“Şahın qələbələri”) adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır[3 - Каталог восточных рукописей Академии наук Таджикской ССР, т. I, Душанбе, 1960, стр. 141-144.]. Tacik şərqşünası A.M.Mirzoyev tərəfindən (“Şahənşahnamə”[4 - M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №301.] adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B.A.Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A.M.Mirzoyev “Şahənşahnamə”nin və “Fütuhati-Şahi”nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl-Əmininin qələminin məhsuludur, həm də “Şahənşahnamə” “Fütuhati-Şahi”nin ikinci cildidir[5 - А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”. “Проблемы востоковедения”, 1960, №4, стр. 112-121.].

A.M.Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində “Fütuhati-Şahi” və yaxud “Fütuhati-Əmini”nin adları çəkilir. Xondəmir “Həbib əs-siyər”, Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, İsgəndər bəy Münşi “Tarix-i aləm aray-i Abbasi” əsərlərində bu əsəri özlərinin ilk mənbələri sırasında göstərirlər. Məsələn, Şeyx Heydərin Şirvanşah Fərrux Yasarla döyüşündən və onun ölümündən (1488) danışarkən Xondəmir göstərir ki, o bunları, müəllifinin adını çəkməsə də, ”Fütuhati-Şahi” əsərindən əxz etmişdir[6 - Tarix-i Həbib əs-siyər fi əxbar əfrad-i bəşər, təlif-i Qiyasəddin b. Hümməddin əl-Hüseyni əl-mədov ben Xondəmir, с. IV, Tehran, 1333, səh.434. (Hədsiz mərhəmət mənbəyi olan “Fütuhat-i şahi”də yazılmışdır ki…)]. İsgəndər bəy Münşinin bu salnaməsində İbrahim Əmininin “Fütuhati-Şahi” əsəri “Fütuhati- Əmini”[7 - Tarix-i aləm aray-i Abbasi, təlif-i İskəndər bəy Turkman, с. I, Tehran, 1334, səh. 14, 18, 20.] formasında göstərilir. Qazi Əhməd Qumi isə özünün “Xülasət ət-təvarix”ində dövrün başlıca mənbələrini göstərərkən, başlıca olaraq Əmir Sultan İbrahim Əmini Hərəvənin[8 - Xülasət ət-təvarix. Tehranda Mehdi Bəyaninin kitabxanasındakı əlyazma, vər. 3a.] əsərinin adını çəkir.

“Fütuhati-Şahi” və onun müəllifi İbrahim Əmini haqqında elmi ədəbiyyatda ilk məlumatı hind alimi Qulam Sərvər özünün I Şah İsmayıl haqqındakı kitabında vermişdir[9 - Ghulam Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939, pp.3-6.]. Onun İranda və digər ölkələrin kitabxanalarında əsərin əlyazmasını tapmaq üçün apardığı inadlı axtarışları nəticəsiz qalmışdır. Buna görə də o, əsərin itmiş olması qərarına gəlmişdi. Fəqət Qulam Sərvərin kitabında İbrahim Əmini barəsində Xondəmirin “Həbib əs-siyər” əsərindən götürdüyü tərcümeyi-hal səciyyəli məlumatları vardı.

A.M.Mirzoyev “Fütuhati-Şahi”nin Düşənbə nüsxəsindən etdiyi çıxarışlarla bu məlumatları bir qədər də zənginləşdirmişdir. Mənşə etibarilə Sədrəddin Sultan əl-Əmini Xorasanın təhsilli və kübar torpaq sahibləri ailəsinə mənsub olmuşdur. O, gəncliyində Teymuri şahzadəsi Sultan Müzəffər Hüseyn Mirzənin yanında qulluq edərkən mənsəb qazanmağa başlamışdır. Hicri 910-cu (1504-1505) ildə onun atası – Herat hakimi Sultan Hüseyn Mirzə onu özünün şəxsi sədri (sədarət-i xassə) vəzifəsinə irəli çəkmişdi. O öz hamisinin ölümündən (hicri 911 (1506) sonra da hicri 913-cü (1507) ildə Herat və Xorasan Məhəmməd xan Şeybani tərəfindən tutulanadək bu vəzifəni yerinə yetirmişdi. Teymuri sarayının digər əyanları və xadimləri sırasında İbrahim Əmini də Şeybanilər tərəfindən təqiblərə məruz qalmışdı. O, həbs olunmuş, torpaqları və əmlakı isə müsadirə edilmişdi. Həbsdən buraxıldıqdan sonra hicri 916-cı (1510-1511) ilədək İbrahim Əmini “yalqız və guşənişin qalmağı seçdi”. Qızılbaş qoşunları Şeybaniləri Xorasandan sıxışdırıb çıxaranda və Heratı döyüşlə geri alanda Əmini ehtiramla qəbul olunmuş, gen-bol hədiyyələrə, I Şah İsmayılın mərhəmətinə layiq görülmüş, öz mülklərini və əmlakını geri almışdı.

“İbrahim Əmini hicri 927-ci (1521) ilədək Heratda yaşadı. Xorasanda özbək basqınları təhlükəsi və şiə-sünni düşmənçiliyinin güclənməsi üzündən sakitlik pozulduğu zaman bir çox elm və mədəniyyət xadimləri, o cümlədən də İbrahim Əmini Heratı tərk etməyə və Səfəvilər dövlətinin paytaxtına köçməyə məcbur oldu. Burada o, saray tarixşünası təyin olundu və I Şah İsmayıl ona “Şahın qələbələri” tarixini yazmağı tapşırdı[10 - Həbib əs-siyər, с. IV, səh.326-328; А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 113-116. Xondəmir, Əmininin doğulduğu tarixi göstərmir. Əmininin özünün Xorasanı hicri 927-ci ildə, həyatının 45-ci ilində tərk etməsi barədə məlumatı əsasında A.M.Mirzoyev müəyyənləşdirir ki, müəllif hicri 882-ci (1477-1478) ildə anadan olmuşdur.].

“Fütuhat-i şahi”nin Düşənbə əlyazması (A.M.Mirzoyevin yazdığına görə) iki cilddən (dəftərdən) ibarətdir və ümumi həcmi 265 vərəqdir. Əmini birinci cildi “Fəth” (qələbə) adını daşıyan beş fəslə bölmüşdür. Birinci fəsildə dünyanın və insanın yaranmasından, islam dininin banisi Məhəmməd Peyğəmbərin mənşəyindən bəhs edilir. İkinci fəsil Peyğəmbərin həyat və fəaliyyətinin müfəssəl şərhini verir. Üçüncü fəsil xəlifə Əliyə və şiələrin imamlarına həsr edilmişdir. Dördüncü fəsildə şəcərəsi iyirmi altıncı nəsildə imam Musa əl-Kazıma gedib çıxan “ədalətin pənahgahı” – Şah İsmayılın əcdadından söhbət açılır. Beşinci fəsildə İsmayılın uşaqlıq dövründən (onun həyatının birinci on iki ilində baş vermiş hadisələrdən) danışılır. ”Fütuhati Şahi”nin birinci cildi Şah İsmayılın yürüşləri ilə bilavasitə bağlı deyildir və o başqa məqsədə – Səfəvilərin yeddinci şiə imamı, onun vasitəsilə isə Məhəmməd Peyğəmbərin özü ilə qohumluq iddialarını əsaslandırmağa xidmət edir. Buna görə də müəllif öz əsərinin bu cildini “Fütuhati Şahi”nin sonrakı cildlərinə münasibətdə “müqəddimə” adlandırır.

Əsərin ikinci cildi (dəftəri) birincidə olduğu kimi böyük fəsillərə bölünmür. Ayrı-ayrı, qarşılıqlı əlaqəsi olan başlıqlar altında Şah İsmayılın Übeydulla xanın və Teymur Sultanın hicri 919-cu (1513-1514) ildə Herata basqını ilə əlaqədar Xorasana təkrar yürüşünə qədər bütün hərbi əməliyyatlar haqqında danışılır. Beləliklə, ikinci cild də həmçinin, təxminən on iki ili əhatə edir[11 - Birinci cilddə, girişdə Əmini göstərir ki, o hər cilddə Şah İsmayılın həyatının 12 ilini bəyan etmək fikrindədir. Biz yuxarıda qeyd etdik ki, “Fütuhat-i şahi”nin bizə qədər gəlib çatmış yalnız iki cildinin hər biri I Şah İsmayılın həyatının 12 ilini, yəni üst-üstə 24 ilini əhatə edir (1487-1514). İbrahim Əmini belə olan halda şahın ömrünün sonuncu 12 ilini (1513-1524) təsvir etməli olan üçüncü cildi də yaza bilmişdirmi? Bu hələlik naməlum qalır. Bax: А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 117-118.].

Əmininin dili olduqca ibarəli, üslubu mübaliğəli və az məzmunludur. Hekayəyə Qurandan xeyli miqdarda iqtibaslar, hədislər, həmçinin şeir parçaları daxil edilmişdir. A.M.Mirzoyevin göstərdiyi kimi, əgər xüsusi variantlar nəzərə alınmazsa, “Fütuhat-i Şahi”nin və “Şahənşahnamə”nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi buna şəhadət verir ki, “Şahənşahnamə” müstəqil əsər deyildir və “Fütuhati- Şahi”nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A.M.Mirzoyev “Şahənşahnamə”ni “Fütuhati-Şahi”nin ikinci cildinin yeni redaksiyası hesab edir[12 - А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр.121.].

Biz “Şahənşahnamə” adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi[13 - Müəllif və onun İranda mövcud olan əsərlərinin nüsxələri barədə bəzi əlavə məlumatlar haqqında bаx: Ч.А.Стори. Персидская литература, ч. II, стр.850-852; ч. III, стр. 1467.].

Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri təsvir edən səkkiz gözəl miniatür də vardır.

İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun Ağqoyunlu Əlvəndlə, həmçinin də İranın feodal hakimləri ilə döyüşləri zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin şahidi olmasa da, onların təsvir üsulu bu yürüşlərin şahidi və iştirakçılarının, Şah İsmayılın yaxın silahdaşlarının – qızılbaş sərkərdələrinin söylədiklərinə əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin yaşadığı Xorasanla bağlı hadisələr isə ətraflı, canlı, təfsilatı ilə işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək olmazdı. Çünki müəllif İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın vəziyyəti Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan hadisələr haqqında danışır, onların tarixinə, qarşılıqlı səbəb və əlaqəsinə isə məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və İranın siyasi tarixinə dair çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox dərəcəsindədir).

I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur[14 - D.Ross. The Early Years of Shah Ismail, Founder of the Safawy Dinasty, JRAS, 1896, vol. 29, pp.249-340.].

Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda – Britaniya muzeyində[15 - C.Rieu. Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum. London, 1895, p.34, or. 3248.], digəri isə Kembric universitetinin kitabxanasında[16 - A discriptive Catalogue of the Oriental MSS belonging to the late E.G.Browne. By E.G.Browne. Completed and edited… by R.A.Nicholson. Cambridge, 1932, p.147, add. 200.] saxlanılır. Anonimin bizim istifadə etdiyimiz[17 - Bu nüsxənin mikrofilmləri ingilis tarixçi-şərqşünası prof. Bemar Lüis tərəfindən lütfkarlıqla bizə göndərilmişdir (bundan sonra – Anonim tarix)] London əlyazması 21 miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə yazılmışdır. Nüsxənin yazılma tarixi (Ç.Riyöyə görə) XVI əsrdir.

“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq göstərdikləri kimi) özünün xeyli hissəsi ilə Xondəmirin ilk Səfəvi şahının həyat və fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki, Xondəmir öz əsərini hicri 930-cu (1524) ildə, I İsmayılın ölümündən bir ay əvvəl başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən Teymuri Məhəmməd Zaman Mirzənin[18 - London nüsxəsi, vər. 277a, D.Ross (səh.250) bunu interpolyasiya (mətnə sonradan əlavə) hesab edirdi.] vəfat etdiyi hicri 947-ci (1540) il tarixinə əsasən belə bir fikir söylənilmişdir ki, əsər 1540-cı ildən sonra tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə Xondəmirin oğlu Mahmudun hicri 955-ci (1548) ildə yazmağa başladığı tarixi xronikasında istifadə olunmuşdur[19 - D.Ross, pp.249-250. Mir Mahmudun əsəri Xorasanda baş verən hadisələrə üstünlük verməklə I Şah İsmayılın və I Təhmasibin hicri 957-ci (1550) ilədək hakimiyyətləri xronikasını verir. Bax: Ч.А.Стори. Персидская литература, ч. II, стр.854-855.]. Bu mülahizələrdən çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər arasındakı[20 - G.Sarwar, р.ТО.] dövrdə yazılmışdır.

Ç.Riyo qeyd edir ki, anonim müəllifin Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların həm də müxtəlif məlumat mənbələrinə əsaslandığını göstərir[21 - C.Rieu, p.34.]. D.Ross habelə göstərirdi ki, “Tarix-i Şah İsmayıl-i Səfəvi”də “Həbib əs-siyər” əsərində olmayan çoxlu bioqrafik və coğrafi təfsilat vardır. D.Ross I Şah İsmayılın tarixinə dair bu iki çox mühüm ilkin mənbəni müqayisə edərək bu xronikaya üstünlük verirdi. Güman etmək olar ki, Xondəmir hicri 930-cu ilədək (“Həbib əs-siyər”in yazıldığı dövr) Xorasanda yaşamışdır və onun dövlətin başqa ərazisində, o cümlədən də Azərbaycanda olub-olmaması sualına daha çox mənfi cavab verilməlidir. Ehtimal etmək olar ki, Xondəmir I Şah İsmayıl və onun istilaları haqqında məlumatı Xorasana gələn şah sarayı məmurlarından, yaxud bizə məlum olmayan digər mənbələrdən alırdı. Güman etmək olar ki, bizim müəllif Səfəvilərə yaxın olmuşdur və öz əsəri üçün Xondəmirin kitabını əsas kimi götürmüş, onu Azərbaycanda, burada baş verən hadisələrlə bilavasitə, şəxsən tanış olduğu materialla zənginləşdirmişdir[22 - D.Ross, рр.251-252.]. Onun hətta İsmayılın ilk yürüşlərinin iştirakçısı olduğunu da ehtimal etmək olar. Nəzərdən keçirilən əsərin müəllifinin şəxsiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir (X.Bexeviç, V.Minorski, V.Hins və b.). Əsər müəllifınin adı bizə tam məlum olmasa da, onun “Bicən” sözü ilə başladığı barədə əsərin London nüsxəsinin 82a vərəqinin haşiyəsində işarə vardır. Q.Sərvərin fikrincə, həmin əlyazmanı müəllifin özü nəzərdən keçirmiş və öz əli ilə orada düzəlişlər etmişdir (çünki bu və bir sıra digər haşiyə yazılarında yazan adamın özünü bildirən “miskin qul” (bəndeyi-kəmtərin) ifadəsi işlədilir[23 - G.Sarwar, рр.9-10.]. Bəlkə də Q.Sərvər öz ehtimalında haqlıdır, lakin bununla əsərin müəllifliyi məsələsinin həll olunduğunu iddia etmək mümkün deyildir.

Tarix elmi I Şah İsmayıl hakimiyyəti tarixinə dair üç ilk mənbəyə – “Fütuhat-i şahi”, “Həbib əs-siyəf” və bəhs etdiyimiz səlnaməyə malikdir. Biz bu əsərləri tutuşduraraq belə bir nəticəyə gəldik ki, nəzərdən keçirilən əsər I Şah İsmayılın hakimiyyəti, XVI əsrin I rübündə Azərbaycanda və həmhüdud ölkələrdə Səfəvilər dövlətinin yaranması tarixi haqqında daha tam, dəqiq və müfəssəl hekayədir.[24 - “XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması” kitabı yazıldığı vaxt bu əsərin mikrofilmləri əlimizdə yox idi.]

“Tarix-i Şah İsmayıl-i Səfəvi” İsmayılın, ənənəvi olaraq, yeddinci imam Musa əl-Kazıma gedib çıxan şəcərəsinin şərhi ilə başlanır. Səfəvilərin əcdadları haqqında yarıəfsanəvi səciyyəli oçerk qismən Təvəkkül ibn Bəzzazın “Səfvət əs-səfa” adlı agioqrafik əsərindən götürülmüşdür[25 - Anonim tarix, vər. 2b-23b.].

Bu giriş hissəsindən sonra salnaməçi öz hekayəsinin başlıca mövzusunun şərhinə başlayır. Tarixi hadisələr hicri 930-cu (1524) ilə qədər şərh edilir. Biz naməlum müəllifin və Xondəmirin əsərlərinin mətnlərinin uyğunluğunu qəbul etməklə, burada onların arasındakı ayrı-ayrı yerlərdə çox əhəmiyyətli görünən fərqləri qeyd etmək istərdik. Anonim müəllifin əsərinin bir sıra üstünlükləri vardır. Əsər, Xondəmirin hekayəsini ayrı-ayrı təfsilat və təfərrüatlarla tamamlaması faktı ilə deyil, konkret tarixi materialla zəngin olan, əhəmiyyətli, bütöv yeni başlıqların mövcudluğu ilə qiymətlidir[26 - Yenə orada, vər. 53b.].

Orta əsr salnaməçilərinin əksəriyyətinin əsərlərində olduğu kimi, naməlum müəllif üçün də Azərbaycan müstəqil maraq obyekti deyildir. Azərbaycan barəsində o, qızılbaşların ora yürüşləri, qiyamlar, şahın ov səhnələri və digər hadisələrlə əlaqədar yazırdı. Buna baxmayaraq, onun verdiyi məlumatlar çox maraqlıdır.

Naməlum salnaməçi Azərbaycanda və İranın Xəzərsahili vilayətlərində qızılbaş hərəkatının ilk mərhələləri haqqında orijinal və çox qiymətli material verir[27 - Yenə orada, vər. 20b-50a.]. 1501-ci ildə bakılıların güclü müqaviməti və I Şah İsmayılın Bakını tutmasına həsr olunmuş səhifələr Azərbaycan tədqiqatçıları üçün böyük maraq kəsb edir[28 - Yenə orada, vər. 62a-64a.]. Yeri gəlmişkən qeyd edək ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix”indəki gerçəkliyə uyğun olan hekayə naməlum müəllifdən götürülmüşdür, həm də bu zaman mühüm təfsilat nəzərə alınmamışdır. Azərbaycanda və İranda siyasi vəziyyətin səciyyəsi, feodal pərakəndəliyi və XVI əsrin əvvəlində öz müstəqilliyini qoruyaraq Səfəvilərlə mübarizə aparan yerli hökmdarlar barəsində də eyni sözləri demək olar[29 - Yenə orada, vər. 77b-78b.]. Hicri 911-ci (1506) il və 915-ci (1509) ildə qızılbaşların Şirvana yürüşləri haqqında hekayə çox məzmunludur[30 - Yenə orada, vər. ll9a, 152b-154b.].

Müəllif hakim sinfin nöqteyi-nəzərindən, şiəliyin müdafiəsi, Səfəvilərin ifrat dərəcədə təriflənməsi mövqeyindən çıxış edir. O, habelə saray tarixşünaslığının tipik üsullarından istifadə edir. Döyüşlərdən, şah ovlarından, ziyafətlərdən və s. bəhs edərkən onun dili təmtəraqlı və az məzmunlu olur. Qalan hallarda təhkiyənin lakonikliyi, hadisələrin əlaqəli şəkildə şərh olunması, onların tarixinin dəqiq göstərilməsi ilə fərqlənir ki, bütün bunlar həmin salnaməni bu dövrün tədqiqi üçün əvəzsiz edir. Salnaməçi Şah İsmayılın şərti adından, onu “Xaqan-i Süleymanişan-i sahibqiran”[31 - Bibliya çarı Solomon.], yəni “Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana layiq”[32 - Saray münəccimlərinin nöqteyi-nəzərincə ulduzların üfüqdə “xoşbəxtlik” üzrə yerləşməsi nəzərdə tutulur.] hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir.

Bütövlükdə müəllifin bitərəfliliyinə baxmayaraq, o, müəyyən mənada obyektivliyi saxlamağa nail olur. Onun rəvayətində XV əsrin sonu–XVI əsrin əvvəlində Azərbaycanın və İranın sosial-iqtisadi vəziyyəti barəsində özünə yer tapmış ayrı-ayrı təfərrüatlara təsadüf edilir[33 - Anonim tarix, vər. 73a, 89a, 113a, b, 119a, 221a və s.]. Adı çəkilən “Səffat əs-səfa“ və “Həbib əs-siyəf”dən başqa, müəllifin həmçinin İbrahim Əmininin “Fütuhat-i Şah-i” əsərindən də istifadə etdiyini güman etmək olar. Bu, belə bir cəhətdə xüsusilə özünü göstərir ki, hər iki mənbədə İsmayılın Kaşana daxil olması və şəhərlilərin onu qarşılaması, həmçinin şəhərdəki təntənələr haqqındakı hekayələr eynidir[34 - Вax: Anonimdə vər. 94b-95a., Əminidə 99a və s.].

“Təzkirey-i Şah Təhmasib” (“Şah Təhmasibin təzkirəsi”) əsərinin kimə aid olması məsələsi indiyə kimi tədqiqatçılar arasında mübahisə və ixtilaflara səbəb olmuşdur. Onların əksəriyyəti (F.Töyfel, P.Horn, D.Fillot, X.Bexeviç, E.Broun, V.Hins) “Təzkirə”nin müəllifliyini I Şah Təhmasibin adına çıxırlar. ”Təzkirə” mətninin P.Horn tərəfindən nəşrinə[35 - Rəy Rusiya Arxeologiya Cəmiyyətinin Qərb-Şərq bölməsinin əsərlərində dərc olunmuşdur, с. VI, СПб, 1892, səh.377-383.] dair özünün tənqidi rəyində rus iranşünası V.A.Jukovski bu baxışın əleyhinə çıxış etmişdir[36 - Die Denkwurdigkeiten des Shah Tahmasp I von Persien, Von P.Hom, ZDMG, Bd. 4, 1890.]. V.A.Jukovski həmin əsərin Sankt-Peterburq əlyazmasına əsaslanaraq[37 - M.Y.Saltıkov-Şedrin adına DKK-nın bizim də istifadə etdiyimiz əlyazması, B.Domun kataloqu, №302, tarixi hicri 1010-cu (1601-1602) ildir.] sübut etməyə çalışırdı ki, bu əsər I Şah Təhmasibin “gündəliyi”, yaxud “memuarları” deyildir və şahın Osmanlı səfiri ilə müsahibəsinin protokoludur[38 - V.Jukovski, səh.382.]. İ.P.Petruşevski[39 - И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв., стр.26-27.] və K.Q.Tabatadze[40 - К.Г.Табатадзе. Тбилисская рукопись “Тезкире” шаха Тахмасиба I, Воет. сб. I, Тбилиси, 1960, стр. 169-182.] də bu nöqteyi-nəzəri müdafiə edirlər.

Tarix elminə bu əsərin iki variantı məlumdur. Birinci variant yalnız iki nüsxədə (Sankt-Peterburq və Tiflis) saxlanılır. “Şah Təhmasibin Rum səfirləri ilə söhbəti” başlığı ilə verilmişdir. “Şah Təhmasibin təzkirəsi” adlanan digər nüsxələr təxminən eynidir və I Şah Təhmasibin hakimiyyətindən bəhs edən tarixi müqəddimənin ön söz kimi verildiyi, yuxarıda adı çəkilən “Söhbətin” bir qədər dəyişilmiş variantıdır. Bu hekayədə hicri 930-938-ci (1524-1532) illərin hadisələri şərh edilir və mənbə Səfəvi–Osmanlı münasibətləri ilə əlaqədar deyildir.

Əsərin Sankt-Peterburq əlyazması beş “hekayədən” (Üləma bəy Təkəli[41 - M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №302, vər. 22b.], Qazi xan Təkəli[42 - Yenə orada, vər. 22b.], Əlqas Mirzə[43 - Yenə orada, vər. 30a.], İsgəndər paşa[44 - Yenə orada, vər. 52a.] və Sultan Bayazid[45 - Yenə orada, vər. 71a.] haqqında) ibarətdir.

“Təzkirə” yaddaş qeydləri, memuar səciyyəsi daşıyır. Buna görə də xronoloji ardıcıllıq tez-tez pozulur, real hadisələr şahın röyaları və şəxsi mülahizələri ilə qarışıq şəkildə rəvayət edilir. Hekayə hər yerdə birinci şəxsin, I Şah Təhmasibin dilindən söylənilir. Şahın baxışlarının əks etdirən təsvirlər obyektivliyi ilə fərqlənmir. Buna baxmayaraq, I Təhmasibin əsəri Həsən bəy Rumlunun və digər salnaməçilərin məlumatlarını tamamlayan qiymətli ilkin mənbədir. “Təzkirə”nin I Şah İsmayılın vəfatından sonra qızılbaş tayfalarının üsyanı, XVI əsrin birinci yarında Səfəvi–Osmanlı müharibələri, 1538-ci ildə Şirvan ərazisinin Səfəvi dövlətinə birləşdirilməsi və s. haqqında məlumatları xüsusilə maraqlıdır. Əsərdə Səfəvilərin inzibati idarə sistemi, vilayət hakimlərinin təyin olunması, bağışlanmış mülklər və s. barəsində material vardır.

Əli Zeynalabdinin (Əbdibəy təxəllüslü şair) “Təkmilət əl-əxbar” (“Xəbərlərin təkmili”) əsəri tarixi-xronikal səciyyə daşıyır, ümumtarix əsəridir və dörd fəslə (baba) bölünmüşdür. Müsəlman sülalələrinə həsr olunmuş dördüncü fəslin sonuncu hissəsində ilk Səfəvilərin – I İsmayılın və I Təhmasibin hakimiyyət illəri şərh edilir. Əsərin istifadə etdiyimiz, keçmiş SSRİ-də yeganə nüsxəsi natamamdır, hicri 968-ci (1560-1561) ilin hadisələrinin şərhində kəsilir[46 - Həmin əsərin bu, həm də aşkar edilmiş digər nüsxələri, əsər müəllifinin tərcümeyi-halı ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı əsərləri nəzərdən keçirməyi məsləhət bilərdik: О.А.Эфендиев. О малоизвестном источнике XVI в. по истории Сефевидов. “Изв. АН Азерб. ССР, серия обществ. наук”, 1964, №2, стр.61-68; Əbülfəz Rəhimov. Əbdi bəy Şirazi. Bakı, 1970; Ч.А.Стори. Персидская литература, ч. I, стр.404-406, ч. Ill, стр.1400.].

I Şah Təhmasibin hakimiyyət dövrü hadisələrinin təsviri faktik material və elə təfərrüatlarla zəngindir ki, bunlara digər, sinxron salnamələrdə təsadüf edilmir. Məsələn, dövlət banisinin vəfatından sonra qızılbaş feodal əyanlarının torpaq və yüksək vəzifələr uğrunda dramatik mübarizəsinin gözlənilmədən dəyişkənliyə uğraması faktları şahidin canlı hekayəsində verilmişdir. Əsərdə Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şirvanın vəziyyəti, Əlqas Mirzənin qiyamı, Abdulla xan Ustaclının Şirvanda Bürhan Mirzənin, Mehrabın və Qasım Mirzənin separatçı çıxışlarına qarşı mübarizəsi haqqında mühüm məlumatlar vardır.

Əli Zeynalabdin miqyaslı siyasi hadisələrdən bəhs edərkən şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir, rəsmi əhval-ruhiyyəyə əməl edir. O, kiçik məmur işlədiyinə görə bürokratik aparata yaxşı bələd idi və buna görə də saray mühitində mümkün olan hər cür təyinatlar və yerdəyişmələr barədə onun məlumatları diqqətəlayiqdir. Xronikanın dili lakonikliyi ilə fərqlənir və dəbdəbəli ibarələrdən məhrumdur.

Hürşad ibn Qubad əl-Hüseyninin, uzun müddət Hindistanda yaşamış İraqi-Əcəm əhli olduğu ehtimal edilir. Orada o, Əhmədnaqar hakimlərindən, Nizamşahlar sülaləsindən olan Sultan Bürhanın yanında qulluğa girmişdi. Hürşah Bürhan (1508-1553) səfir kimi I Şah Təhmasibin sarayına göndərilmiş və hicri 952-ci ilin rəcəb ayında (1545-ci ilin sentyabrı) Reyə gəlmişdi. Bir ay keçdikdən sonra o, şahın qəbuluna düşməyə nail olmuş və öz hökmdarının min tümən dəyərində olan hədiyyələrini I Təhmasibə təqdim etmişdi[47 - Tarix-i elçi-i Nizamşah. Britaniya muzeyinin əlyazması, vər. 58b, 59a; C.Rieu. The Catalogue of the Persian Manuscripts of the British Museum, London, 1879, vol.l, p.110a.]. Hürşahın məlumatına görə o, il yarım Səfəvi şahının sarayında qalmış və onun Gürcüstana və Şirvana yürüşlərində də iştirak etmişdi (1546-1547)[48 - Yenə orada, vər. 59a.]. Hürşahın sonrakı həyatı haqqında məlumat azdır. Hicri 971-ci (1563-1564) ilədək, yəni 19 il ərzində o, Səfəvi sarayında yaşamış və saray dairələrinə yaxın olmuşdur. Burada o, özünün “Tarix-i elçi-yi Nizamşah” (“Nizamşahlar elçisinin tarixi”) adlandırılmış tarixi xronikasının birinci variantını başa çatdırmışdır. Müəllifin məlumatına görə, I Təhmasib onun əsərinə böyük maraq göstərmiş, işlə tanış olduqdan sonra istifadə etmək üçün öz əsərinin surətini ona vermişdi; bu əsərində o, ”xilafətin pənahı əlahəzrət şahın Rum müharibəsindən indiyə kimi başına gəlmiş bəzi hadisələri bir yerə toplamış və onları bir neçə fəslə bölərək xoşagələn hekayələr yazmışdı… ” (Söhbət “I Şah Təhmasibin təzkirəsi”ndən gedir – O.Ə.)[49 - Yenə orada, vər. 43b, 44a.]. Gördüyümüz kimi, Hürşah Səfəvi şahının memuarının bəzi yerlərini demək olar ki, köçürmüşdür.

Bundan bir qədər sonra Hürşah Hindistana qayıtmış və 1656-ci ilin iyununda Holkonda vəfat etmişdir.

“Tarix-i elçi-yi Nizamşah” yeddi fəsildən (məqalədən) ibarət olan, hər biri öz növbəsində “söhbətlərə” (“göftar”) bölünən ümumtarix əsəridir.

Altıncı fəsil Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarına, Səfəvilərin ilk iki şahına, Xəzərsahili vilayətlərin hakimlərinə və Osmanlı sultanlarına həsr olunmuşdur. Hürşahın əsərinin bir neçə əlyazma nüsxəsi məlumdur. Lakin onlardan heç birinin mətni tam şəkildə, yəni əsərin bütün hissələrini əhatə etmir[50 - Əsərin əlyazma nüsxələri haqqında bax: Ч.А.Стори. Персидская литература, ч. I, стр.406-407.]. Keçmiş SSRİ-də bu əsərlər yox idi (yaxud da hələ aşkar edilməmişdi). Onun kiçik bir hissəsi – Şirvanın və digər Xəzəryanı vilayətlərin tarixinə aid parçası Ç.Şefer tərəfindən nəşr olunmuşdur[51 - C.Schefer. Chrestomatie Persane, t. II, Paris, 1885.]. Bu hissə məzmunca zəngindir. 1537-1538-ci illərdə Qələndərin (dərvişin) xalq üsyanı haqqında məlumatlarından başqa, burada sonuncu Şirvanşahlar və onların oğlanları barəsində, bu sülalənin nəsil şəcərəsindəki boşluğu doldurmağa imkan verən bəzi məlumatlar vardır.

Biz Britaniya muzeyinin, hələ mənbə müəllifinin sağlığında üzü köçürülmüş nadir nüsxəsindən istifadə etmişik. Bu əlyazması daha erkən yazılmışdır və səhihdir. I Şah İsmayıla və I Şah Təhmasibə həsr olunmuş, bizim üçün çox mühüm olan hissəsini (VI məqalədən 3-cü göftar) özündə əks etdirir. I Təhmasibin hakimiyyəti haqqında çox ətraflı hekayə şahın qardaşı Sam Mirzə hicri 969-cu (1561-1562) ildə Qəhqəhə qalasında zindana salınanadək olan dövrü əhatə edir və hakimiyyətdə olan monarxın mədh olunması ilə bitir. Səfəvilər tarixinin işıqlandırılmasında bu hissədən indiyə kimi istifadə olunmamışdır.

Hürşah Səfəvilər dövlətinin bir çox vilayətlərində – Şirvanda və Azərbaycanın digər hissələrində, Gilanda, Mazandaranda olmuşdur və bu vilayətlərin tarixinə dair onun məlumatlarının dolğunluğu, müfəssəlliyi də elə bununla izah edilə bilər. Hindistan Nizamşahlar dövlətinin səfiri və təbəəsi olan Hürşah Səfəvilərin və şiəliyin tərəfdarı kimi çıxış etsə də, onu fanatizm səviyyəsinə gətirib çıxarmır, öz təmkinli üslubunu və obyektivliyini saxlayır.

Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin “Cəvahir əl-əxbar” (“Xəbərlərin inciləri”) əsəridir. Bu əsərin dünyada yeganə, avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır[52 - B.Dornun kataloqunda əlyazmasının №-si 288-dir.] və 678 səhifədən ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin dövrə qədər çatdırılmışdır).

B.Dorn və İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi məlumat vermişlər[53 - И.П.Петрушевский. Иранские источники по истории Азербайджана XVI-XVIII вв. ССИА, вып. I, Баку, 1949, стр.303.]. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd edirdi ki, əlyazma “yaxşı, sadə dildə yazılmışdır, lakin təcrübəsiz adamın onu oxuması çətindir, çünki diakritik işarələrin təxminən yarısı yoxdur. İran tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək olar”[54 - П.И.Петров. Об одном редком источнике по истории Сефевидов. “Сов. востоковед”, 1956, №1, стр. 111.].

Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir[55 - Cəvahir əl-əxbar, vər. 315a.].

O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən[56 - Beləliklə, о (930-14=916), təxminən hicri 916-cı (1510-151 l) ildə doğulmuşdur.] şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi-əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı. Budaqın özünün etiraf etdiyinə görə, o, ”vəzir rütbəsinə doğru gedirdi”.

Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı. Qoşun kargüzarlığını başqasına verdiyi üçün Məhəmməd xandan inciyən Budaq, Kirmanda xidmətdən qaçdı. Budaqın həyatının iztirablı və məhrumiyyətlərlə zəngin olan dövrü başlandı. O, bir neçə il işsiz və ac qaldı. Ehtiyacın təqib etdiyi Budaq tez-tez yaşayış yerini dəyişirdi. Nəhayət, Qəzvində şahın qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaqın 4 il orada qulluq etməsini ehtimal edə bilərik. Lakin fitnəyə cəlb edildiyinə görə Budaq, əmlakı müsadirə olunmaq şərtilə, həbs edildi. O, altı il işsiz qaldı, sonra isə Soucbulakın və başqa şəhərlərin kələntərliyi ona bəxşiş edildi. Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə xidmət göstərdi. Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq 68 yaşına yetməsinə baxmayaraq, yenə də, ”müsibətlər məngənəsindən yaxa qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz” qalmaqdadır[57 - Cəvahir əl-əxbar, vər. 315a-316a.].

“Cəvahir əl-əxbar” ümumtarix əsəridir və islamdan əvvəlki hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki nümayəndəsinə – I İsmayıla və I Təhmasibə həsr olunmuşdur. Müəllif bir çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti zamanı əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli yaxşılaşdığını göstərir[58 - Yenə orada, vər. 284 b.].

I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti və onun daxili siyasəti haqqında qiymətli məlumatlar vardır[59 - Yenə orada, vər. 296a-297a.]. Onun hökmdarlıq tarixi ciddi xronoloji qaydada şərh olunur. Hadisələrin təsviri ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu hadisələr daha canlı, aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941-ci (1534-1535) ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir.

Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə boyu səpələnmiş, maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisteminə yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq doğurur.

“Cəvahir əl-əxbaf” hakimiyyətdə olan II Şah İsmayıla həsr olunmuşdur; əsərin sonuncu səhifələrində I Təhmasibin vəfatından sonra baş vermiş iğtişaşların aydın təsviri verilir və yeni şahın ünvanına xeyir-dua verilir.

“Əhsən ət-təvarix” – Azərbaycan salnaməçisi Həsən bəy Rumlunun çoxcildlik[60 - İndiyə kimi belə hesab edilirdi ki, Həsən bəy Rumlunun əsəri 12 cilddən ibarətdir, bizə qədər gəlib çatan ikisi isə 11 və 12-ci cildlərdir. Lakin “Əhsən ət-təvarix”ə xüsusi tədqiqat həsr etmiş Ş.F.Fərzəliyev sübut edir ki, əsər on cilddən ibarətdir və deməli, bizə gəlib çatanlar 9 və 10-cu cildlərdir. Bax: Ш.Ф.Фарзалиев. Относительно томов “Ахсан ат-таварих” Хасан-бека Румлу. “Уч. зап. АГУ им. С.М.Кирова, серия востоковед”, 1972, №1.] əsəridir. Əsərin sonuncu cildi hicri 900-985-ci (1494-1578)[61 - A Chronicle of the Early Safawis Being the Ahsan ut-tawarikh of Hasan-i Rumlu, vol. I-II, Persian text and Engl, transl. by C.N.Seddon. Baroda, 1931-1934.] illər dövrünü əhatə edir. Hadisələrin şərhi Şah Məhəmməd Xudabəndənin taxta çıxmasına qədər verilir[62 - Əhsən ət-təvarix, səh.496-505.]. Hər il üçün ən mühüm hadisələr şərh edilir, habelə həmin ildə vəfat etmiş feodal hakimləri, din xadimləri, alimlər və şairlər barəsində tərcümeyi-hal məlumatları verilir.

I Təhmasibin yarıməsrlik hakimiyyəti dövründəki hadisələr heç bir başqa mənbədə Həsən bəy Rumlunun əsərində olduğu kimi təfsilatı ilə şərh edilmir. Əgər anonim tarixçinin əsəri I Şah İsmayılın tarixinə dair ən tam mənbədirsə, I Şah Təhmasibin dövrü üçün də “Əhsən ət-təvarix” belə əvəzedilməz mənbə olaraq qalır.

Həsən bəy Rumlu üçün Azərbaycan tarixi böyük maraq kəsb edir. Azərbaycandakı hadisələrə onun əsərində kifayət qədər bölmələr həsr edilmişdir. Onun əsərinin bir çox səhifələri gənc şah I Təhmasibin hakimiyyətinin ilk illərində qızılbaş əyanlarının dövlət aparatında yüksək və gəlirli vəzifələrini tutmaq uğrunda mübarizəsini, Azərbaycanın cənub vilayətlərinin hakimi Üləma bəyin qiyamını, Şirvan bəylərbəyi Əlqas Mirzənin xəyanətini, Sultan Süleymanın Azərbaycana dörd yürüşünü və s. əks etdirir.

Əsərdə Azərbaycandakı xalq üsyanları, o cümlədən 1571-1573-cü illərdə Təbrizdə sənətkarların və şəhər yoxsullarının baş vermiş üsyanı haqqında qiymətli material vardır[63 - Yenə orada, səh.455-457.].

Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək elmdə, demək olar ki, tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin “Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdır. Bu əsərin əlyazmaları olduqca nadirdir. Keçmiş SSRİ-də qədim əlyazmaların saxlandığı obyektlərdə bu nüsxələr yoxdur. Həmin əsər haqqında ilk dəfə 1935-ci ildə Valter Hins məlumat vermişdir. Müharibədən əvvəl Berlindəki Prussiya dövlət kitabxanasında saxlanılan əsərin əlyazmasının qısa təsviri də ona məxsusdur[64 - W.Hinz. Eine neuendeckte Quelle zur Geschichte Irans im 16 Jahr hundert, ZDMG, Neue Folge, Bd. IV (Bd. 89), Ht. 3/4, Leipzig, 1935, s. 315-328.].

“Xülasət ət-təvarix” Qazi Əhmədin yeganə əsəri deyildir. “Məcmə əş-şüəra” ədəbi antologiyası[65 - Bu əsər hələ aşkar edilməmişdir.] və B.N.Zaxoderin rus dilinə tərcümədə nəşr etdirdiyi “Gülüstan-i hünər”[66 - Кази Ахмед. Трактат о каллиграфах и художниках. Введ., перев. и коммент. проф. Б.Н.Заходера. М.-Л., 1947.] əsəri də onun qələminin məhsuludur.

Bizə qədər gəlib çatmış “Xülasət ət-təvarix”in hissəsi, Qazi Əhmədin öz sözlərindən aydın olduğu kimi, hicri 999-cu (1590-1591) ilə qədər Səfəvilərin tarixini əhatə edən tarixi xronikanın yalnız sonuncu – beşinci cildini təşkil edir. Birinci dörd cild bizə qədər gəlib çatmamışdır; ehtimal etmək olar ki, onlar ümumiyyətlə yazılmamışdır. Qazi Əhməd əsərin altıncı cildini yazmaq niyyətini nə dərəcədə həyata keçirdiyini də iddia edə bilmərik.

Qazi Əhməd əsərlərindən istifadə etdiyi aşağıdakı Səfəvi salnaməçilərinin adlarını çəkir: Əmir Sultan İbrahimi Əmini Hərəvi (“Fütuhat-i Şah-i”nin müəllifi), Mir Mahmud ibn Xondəmir, Mövlana Həyati Təbrizi (?), Qazi Əhməd Qəffari (“Tarix-i Cahan-ara”nın müəllifi), Həsən bəy Rumlu (“Əhsən ət-təvarix”in müəllifi)[67 - Xülasət ət-təvarix, vər. 3a. Mehdi Bəyaninin kitabxanasında saxlanan əlyazmasının fotosurətlərini alman iranşünası Valter Hints lütfkarlıqla bizə təqdim etmişdir. Nüsxə 536 vərəqdən (1072 səhifə) ibarətdir. Burada olan kolofona görə, hicri 1050-ci (1640) ildə Əbu Əli əd-Damğani üzünü köçürmüşdür. Nömrələmə heç də hər yerdə aydın deyildir. Biz daha sonrakı redaksiyanı əks etdirən Berlin əlyazmasından da istifadə etmişik. Sonuncunun mikrofilmlərini lütfkarlıqla istifadəmizə vermiş O.F.Akimuşkinə dərin minnətdarlığımızı bildiririk. Əsərin digər nüsxələri haqqında bax: Ч.Стори. Персидская литература, ч. II, стр.864; ч. III, стр.1469 (bundan sonra: Tehran nüsxəsi – T. Berlin-В.).].

Müəllif göstərir ki, o, beş cildin hamısına ömrünün on iki ilini sərf etmişdir[68 - Xülasət ət-təvarix (T), vər. 5a.]. Buradan da onun salnaməni təqribən 1578-ci ildə tərtib etməyə başladığı aydın olur.

Əsər I Təhmasibin hakimiyyətinin son on ili, II İsmayıl, Məhəmməd Xudabəndənin hakimiyyət illəri və I Şah Abbasın hakimiyyətinin başlanğıcı üçün mühüm ilkin mənbədir. Hətta əsərin səthi nəzərdən keçirilməsi göstərdi ki, bunda da söhbət Həsən bəy Rumlu və İsgəndər bəy Münşinin əsərləri arasındakı boşluğu doldurmaq üçün mühüm mənbənin səhihliyindən gedir. Əgər I İsmayıla qədərki dövr də daxil edilməklə həmin dövr üçün materialın verilməsi ən mühüm hadisələr üzərində qurulursa, I Təhmasibin hökmdarlığı zamanından başlayaraq bölgü illər üzrə aparılır, yeni fəsillər yeni ildən – Novruz bayramından başlanır.

Xronika tam halda nəşr olunmamışdır. Əsərin yalnız başlanğıc hicri 909-cu (1503-1504)[69 - Erika Glassen. Die fruhen Safawiden nach Gazi Ahmad Qumi. Freiburg im Breisgau, 1970.] ilədək və son[70 - Die Chronik Hulasat at-tawarih des Qazi Ahmad Qumi (Der Abschnitt über Shah Abbas I). Herausg. und übers. von Hans Müller, Wiesbaden, 1964.] (I Şah Abbas hakimiyyətinin ilk illəri) hissələri dərc olunmuşdur[71 - Əsərin tarixşünaslıq təhlili üçün bax: O.Ə.Əfəndiyev, Ş.K.Əsgərova. Qazi Əhməd Qumi və onun “Xülasət-ət-təvarix” əsəri haqqında. Azərb. SSR EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1976, №3.].

Mövzunun tədqiqi üçün ilk dəfə olaraq Mahmud ibn Hidayətulla Nətənzinin “Nəqavət əl-əsar fi zikr əl-əxyar (yaxud əxbar)” (“Dindar adamlar haqqında hekayələrdəki əsərlərdən ən yaxşısı”)[72 - Nəqavət əl-asar fi-zikr əl-əxyar, təlif-i Mahmud b. Hidayətullah Afuşte-i Nətənzi, beehtemam-i doktor Ehsan Əşraqi. Tehran, 1350.] əsərindən istifadə edilmişdir. Müəllif barədə məlumatlar çox cüzidir və yalnız əsərin daxilində olanlardan ibarətdir. O, ruhani ailəsində doğulmuşdur. Onun atası Şah I Təhmasibin qardaşı, Heratın Səfəvi hakimi olmuş Bəhram Mirzənin himayəçiliyindən istifadə etmişdir. Müəllifin göstərdiyinə görə, o, gənc yaşlarından tarix və ilahiyyata dair kitablar oxumağa həvəs göstərmişdir. Mahmud Nətənzi hicri 938-ci (1531-1532) ildə anadan olmuş, 998-ci (1590) ilin yazında, yəni artıq 60 yaşına çatanda əsəri yazmağa başlamışdı. Nətənzinin əsəri iki cilddən ibarətdir. Birinci cilddə I Şah Təhmasibin ölümündən (1576) I Şah Abbasın hakimiyyətə gəlməsinədək (1587) olan dövrdə baş vermiş ən mühüm hadisələr şərh edilir. Birinci cildə nisbətən daha müfəssəl olan ikinci cild I Şah Abbasın hakimiyyətinin hicri 1007-ci (1598-1599) ilədək ilk on bir ilini əks etdirir. Deməli, əsər başa çatan zamanda müəllifin 69 yaşı olmuşdur[73 - Nəqavət əl-asar, səh.22-24.].

Nətənzinin təsvir etdiyi, I Şah Abbas dövrünə qədərki bir çox hadisələr başqa salnaməçilər tərəfindən ya tamamilə qeyd olunmur, ya da çox yığcam şərh edilir. Belə hadisələrə I Şah Təhmasibin dəfn olunmasını, II İsmayılın vəfatından sonra fırıldaqçıların meydana çıxmasını, onun pul islahatları haqqında məlumatları və s. misal göstərmək olar. Əsərdə 70-80-ci illərin axırlarında baş vermiş müharibələr, I Abbasın taxta çıxması ərəfəsində Səfəvilər dövlətinin daxili siyasi vəziyyəti haqqında mühüm təfsilatlar vardır.

Mahmud Nətənzi istifadə etdiyi mənbələrin adını çəkmir. Lakin izahından aydın olur ki, onun qələmə aldığı məlumatların əsas hissəsi şəxsi müşahidələrə və rəsmi sənədlərə, habelə şahidlərin söylədiklərinə əsaslanır. Material hissələrə, yaxud fəsillərə bölünmədən, xronoloji ardıcıllıqla düzülmüşdür. Müəllif yalnız hadisələri deyil, həm də onların səbəblərini şərh etməyə cəhd göstərir[74 - Ч.Стори. Персидская литература, ч. II, стр.865-867.].

Şərəfxan Bidlisinin “Şərəfnamə”[75 - Scheref-nameh ou Histoire des Kourdes par Scheref, prince de Bidlis publiee… par V.Veliaminof-Zemof. Texte persan, t. I-II, St. Pbg. 1860-1862 (bundan sonra – “Şərəfnamə”). Hər iki cildin rusca tərcüməsi çapdan çıxmışdır. Шараф-хан ибн-Шамсаддин Бидлиси. Шараф-наме. Перевод, предисл., прим., прил. Е.И.Васильевой, т. I, M., 1967; т. II, M., 1976.] əsəri I Şah Təhmasibin hakimiyyətinin son illərində və II İsmayılın dövründə Səfəvilər dövləti haqqında bir çox maraqlı məlumatlar verir.

Y.İ.Vasilyevanın yazdığı kimi, “Şərəfxan öz salnaməsində İranda daxili siyasi hadisələrin, xüsusilə də, 1576-cı ildə I Şah Təhmasibin vəfatından sonrakı ictimai dövrünün düzgün qiymətini verir”[76 - Шараф-наме, т. II (предисл. Е.И.Васильевой), стр.22.]. Müəllif, Səfəvilərin feodal “nərdivanında” yüksək mövqe tutan Bidlis şəhərinin irsi hakimlər nəslindən idi. Şərəfxan təsvir etdiyi bir çox hadisələrin canlı şahidi və iştirakçısı olmuşdur. Məsələn, o, II Şah İsmayılın tapşırığı ilə “mərhum şahın” (I Təhmasibin – O.Ə.) var-dövlətini, dövlət xəzinəsini və qalan əmlakını” mühafizə etmiş və bunun ətraflı təsvirini vermişdi[77 - Yenə orada, səh.231-232.]. 1578-ci ildə Osmanlı hücumuna qədər Azərbaycanın daxili həyatı, əhalinin vəziyyəti və vergi sistemi haqqında onun verdiyi məlumatlar xüsusilə maraqlıdır.

Müharibənin əvvəlində Səfəvilərin uğursuzluqları və özünün xudbin mənafeyi ucbatından Şərəfxan Səfəvilərdən üz döndərərək Osmanlı sultanı III Muradın tərəfinə keçmiş, onun Azərbaycana yürüşlərində iştirak etmişdir. Əsərin sonuncu hissələrində Osmanlı informasiya mənbələrinin güclü təsiri hiss olunur və buna görə də 80-90-cı illərə dair məlumatlar tam deyildir və birtərəfli səciyyə daşıyır. Müəllif rəsmi Osmanlı təmayülünın tərəfdarı olmasa da, onun izahında Azərbaycanın və digər ölkələrin türklər tərəfindən işğalı idealizə edilmiş şəkildə işıqlandırılır. Bəzən Şərəfxan hadisələrin tarixini səhv göstərir. Məsələn, o, Krım xanı Məhəmməd Gireyin Azərbaycana yürüşünün hicri 992-ci (1584)[78 - Şərəfnamə, с. II, səh.246.] ildə ildə baş verdiyini göstərir, halbuki həmin hadisə beş il əvvələ, yəni hicri 987-ci (1579) ilə aiddir. ”Şərəfnamə”nin bu yanlışlığı bir neçə əsərdə öz əksini tapmışdır və bu barədə müvafiq bölmədə bəhs ediləcəkdir.

Mövzunun işlənməsi üçün ən mühüm mənbələrdən biri görkəmli Azərbaycan tarixşünası İsgəndər bəy Türkman Münşinin “Tarix-i aləm arayi Abbasi” (“Dünyanı bəzəyən abbasın tarixi”) adlı sanballı əsəridir.

İsgəndər bəy Münşi (1560/61-1634) o dövr üçün gözəl təhsil almışdı, mahir xəttat, poeziya bilicisi idi. İsgəndər Münşi müxtəlif hakimlərin yanında maliyyə məmuru işləyərək, I Şah Abbasın birinci vəziri Hatəmbəy Ordubadinin himayədarlığı sayəsində yüksək mənsəbə çatmışdı. İsgəndər bəy yürüşlər və zəfərlər zamanı şahı müşayiət etmiş, Azərbaycanda, İranda, İraqda və digər ölkələrdə bir çox hadisələrin şahidi olmuşdur. İsgəndər bəy Münşinin əsəri girişdən (müqəddimə) və iki cilddən (səhifə) ibarət olub I Abbasın yarıməsrlik hakimiyyəti dövrünün ən mühüm və əvəzedilməz mənbəyidir[79 - Müəllif və onun əsəri haqqında ətraflı məlumat üçün bax: А.А.Рахмани. “Тарих-и азем арай-и Аббаси” как источник по истории Азербайджана. Баку, 1960.]. Tədqiq edilən mövzu ilə əlaqədar bizi mənbənin “giriş” hissəsi maraqlandırdı. Burada İsgəndər bəy Münşi Səfəvilər sülaləsinin mənşəyindən söz açır, bu sülalənin ilk dörd şahının hakimiyyət tarixini şərh edir. Əsərin bu hissəsini müəllif özündən əvvəlki tarixşünasların materialları əsasında yazsa da, girişin kompilyativ səciyyəsi ilə yanaşı, burada müxtəlif bizim üçün naməlum olan mənbələrdən götürülmüş orijinal materiallara da təsadüf edilir. I Şah Təhmasibin daha çox adlı-sanlı müasirlərinə – məşhur xanlara və sultanlara, seyidlərə və şiə şeyxlərinə, vəzirlərə və müstöfilərə, xəttat, rəssam, şair, musiqiçi və xanəndələrə həsr olunmuş nadir bölmələri bunlara misal ola bilər. Bu şəxslərin hər biri haqqında onların fəaliyyətini səciyyələndirən qısa bioqrafik məlumatlar verilmişdir[80 - Tarix-i aləm aray-i Abbasi, с. I, səh. 188-191.].

“Müqəddimə”nin II İsmayılın və Məhəmməd Xudabəndənin hakimiyyət dövrlərinə həsr olunmuş bölmələri, bizim üçün olduqca qiymətli mənbə oldu. Çünki sinxron mənbələrin heç birində biz həmin illərin belə tam və təfsilatlı şərhinə rast gəlmədik.

Səfəvilər dövrünün digər tarixçilərinə nisbətən İsgəndər Münşi o dövrün tarixçiləri üçün nadir sayılan keyfiyyət üstünlüyü ilə fərqlənirdi. O özünün sələflərindən məlumatları sadəcə olaraq götürmür, həm də hadisələrə öz münasibətini bildirməklə, onları yenidən mənalandırmağa, səy göstərir. Münşi bəzən hadisələrin təzahürlərinə aludə olmur, onların tarixini vermir, əsas diqqətini bu hadisələrin mahiyyətinin açılmasına yönəldir. Bu mənada o, fikrimizcə öz müasirlərindən – salnaməçi olub, yalnız faktları qeydə almaqla kifayətlənən tarixçilərdən xeyli yüksəkdə dururdu.

Mövzunun işlənilməsi üçün olduqca vacib olan Avropa mənbələrini nəzərdən keçirək. Həmin sənədlərin qiyməti bundadır ki, onlar Səfəvilər dövlətinin Şərq salnaməçilərinin əsərlərində sərf-nəzər olunan sosial-iqtisadi həyat və siyasi quruluş məsələlərinin bəzi əhəmiyyətli tərəflərini işıqlandırırlar.

Vinçenso d'Alessandri Venesiya Respublikasının I Şah Təhmasibin sarayına təyin edilmiş səfiri idi. O, 1571-ci ildə Səfəvilərin paytaxtı Qəzvin şəhərinə gəlmiş və təxminən iki il ölkədə yaşamışdı. Qayıtdıqdan sonra o, Venesiya hakiminə özünün Səfəvilər dövlətinə olan səfəri barədə hesabat təqdim etmişdi[81 - Travels of Venetians in Persia (A Narrative of Italian Travels in Persia in the XV and XVI centuries). Hakluyt Society, vol. 49, London., 1873, pp.221 -229 (bundan sonra – Venesiyalılann səyahətləri).]. Müxtəsər olmasına baxmayaraq, Alessandrinin hesabatında I Şah Təhmasibin hakimiyyətinin son illərində Səfəvilər dövlətinin vəziyyəti haqqında maraqlı məlumatlar və avropalının müşahidələri vardır.

Alessandri Səfəvilər sarayı, I Şah Təhmasibin şəxsiyyəti və həyat tərzi, mərkəzi hökumət, Səfəvilərin daxili siyasəti, o cümlədən vergi siyasəti haqqında qiymətli məlumatlar verir. Məsələn, I Təhmasibin “mərhəmətindən”, “ədalətindən” və onun bəzən rəiyyət vergilərini ləğv etməsindən çox danışan farsdilli mənbələrin əksinə olaraq Alessandri göstərir ki, adətən belə “ləğvetmədən” bir qədər keçdikdən sonra şah gözlənilmədən bütün vergi borclarının ödənilməsini tələb edirdi ki, bu da kəndliləri kütləvi surətdə müflisləşdirirdi[82 - Venesiyalıların səyahətləri, səh.218.]. I Təhmasibin gömrük rüsumunu (tamğa – O.Ə.) ləğv etməsi “bunlar dünyanın hər hansı hissəsində olduğundan yüksək idi” və sonuncuların “ticarətin yeddidə birini təşkil edən“[83 - Yenə orada, səh.219.] daha mülayim vergi ilə (boniçe – O.Ə.) əvəz edilməsi barədə onun məlumatı çox mühümdür. Məhsuldan, torpaqdan və qoyunların sayına görə alınan vergi haqqında venesiyalının gətirdiyi bəzi rəqəm məlumatları olduqca maraqlıdır[84 - Yenə orada, səh.226.]. Səfəvilərin qoşunu, onun silahları, şah qvardiyası və i.a. barədə verilmiş məlumatlar da maraqlıdır.

Mövzu üçün digər italyan müəllifinin – Ciovanni Tommazo Minadoinin “Türklər və iranlılar arasındakı müharibələri tarixi” əsəri[85 - Minadoi da Ravigo. Historia della Guerra fra lurch! et Persiani, Venezia, 1588.] böyük əhəmiyyət kəsb edir.

Minadoi 1540-cı ildə İtaliyanın Roviqo şəhərində anadan olmuşdur. Paduya universitetində tibb təhsilini tamamladıqdan sonra Suriyada Venesiya konsulluğunun xəstəxanasında həkim işləmişdir. O, 1579-1586-cı illərdə burada olmuş və yəqin ki, türk dilini yaxşı bilmişdir. Xidməti borcunu yerinə yetirərkən Osmanlı mülklərinə səfərlər edir, tez-tez İstanbulda olur, o vaxt Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında gedən müharibələr haqqında məlumatlar toplayırdı. O, İtaliyaya qayıtdıqdan sonra, tezliklə bu müharibələrin tarixini nəşr etdirir. Minadoi 1596-cı ildən Paduyada yaşamış, adı çəkilən universitetin tibb professoru olmuş və 1615-ci ildə vəfat etmişdir[86 - John R. Walsh. Giovanni Tommaso Minadoi's History of the Turco – Persian Wars of the Reign of Murad III. Труды XXV Международного конгресса востоковедов, т. II, М., 1963, стр.448-454.].

Minadoinin əsəri ilk dəfə 1587-ci ildə Romada çapdan çıxmışdı. 1588-ci ildə Minadoi öz əsərini 9 fəslə (ilkin nəşrdəki dörd fəsildən ibarət idi) bölüb yeni materialla tamamlayaraq, ikinci dəfə nəşr etdirdi. Venesiya nəşri Minadoinin əsərinin tam və son nəşri sayılır. Kitab Avropa oxucularının diqqətini dərhal özünə cəlb etdi. Onun əsəri tez bir zamanda ispan (1588), ingilis (1595) və latın (1601) dillərinə tərcümədə çapdan çıxdı. Onu qeyd etmək kifayətdir ki, Minadoinin əsəri 14 il ərzində yeddi dəfə nəşr olunmuşdu[87 - Nəşrlər və tərcümələr haqqında bax: J.R.Walch, pp.451-452.]. Bunu Avropalıların “əfsanəvi dərəcədə zəngin” Şərq ölkələrinə sadəcə olaraq artan marağı ilə izah etmək kifayət deyildir. O dövrdə Qərbi Avropa dövlətləri üçün real təhlükəyə çevrilmiş Osmanlı Türkiyəsinin gələcək niyyətləri qarşısında Avropa cəmiyyətini təlaş bürümüşdü.

Tədqiqatçılar üçün daha böyük əhəmiyyət kəsb edən ikinci fəsildə Minadoi islam dini, iki təriqətin – sünniliyin və şiəliyin mənşəyi, Şah İsmayılın sələfləri – Səfəvi şeyxləri, Səfəvilər dövlətinin meydana gəlməsi haqqında olduqca geniş məlumatlar verir. Daha sonra vilayət və şəhərlərin adları bir-bir sadalanmaqla Səfəvilər dövlətinin coğrafi mövqeyi təsvir edilir. Fəsildə Gürcüstan çarlığının siyasi vəziyyətinin səciyyəsi, habelə Şirvan və onun şəhərləri barədə məlumatlar vardır[88 - Burada və sonra qeydlər Abraham Hartvellin ingilis nəşri üzrə verilir: The History of the Warres betweene the Turks and the Persians transl. into Engl, by Abraham Hartwell. London, 1595, pp.38-81 (bundan sonra – Minadoi).]. Minadoi bəzən bu və ya digər məsələ üzrə rəqəmlər verməklə Səfəvilər dövlətinin dövlət quruculuğu və hərbi təşkilat məsələlərinə də toxunur. Onun dövlət xəzinəsinin gəlirləri haqqında verdiyi məlumatlar olduqca mühümdür.

Bir sözlə, fəsildə XVI əsrin ikinci yarısında Səfəvilər dövlətinin ümumi vəziyyəti haqqında Alessandrinin yaratdığı mənzərəni xeyli tamamlayan materiallar vardır.

Digər fəsillərdə (yeddincidən başqa) I Şah Təhmasibin hakimiyyətinin son illərində Səfəvilər dövlətinin daxili vəziyyəti, ölkəni fəlakət həddinə gətirib çıxarmış saray çəkişmələri, qızılbaş feodal güruhları arasındakı mübarizə ətraflı təsvir edilir. 1586-cı ilin sonunda Həmzə Mirzənin vəfatına qədər Osmanlı – Səfəvi müharibələrindən müəllifin müfəssəl danışması böyük elmi maraq doğurur[89 - Əsərin məzmunu və mənbəşünaslıq dəyəri üçün bax: О.А.Əфендиев. Минадои и его “История войн между турками и персами”. Изв. АН Азерб. ССР, (серия истории, философии и права), 1967, №1, стр.59-66.]. Minadoinin məlumatının əsas mənbələri təsvir olunan hadisələrin iştirakçıları və şahidləri ilə görüşlər və söhbətlər idi. Bu işdə ona kömək etmiş şəxslər arasında o, “Suriyadakı Venesiya senatının çox hörmətli səfirlərinin” adlarını minnətdarlıqla çəkir. Həkimlik praktikası ona yüksək vəzifəli Osmanlı əyanlarının evlərinə getməyə və lazımi məlumatlar əldə etməyə imkan verirdi. Minadoi alınan materialı sadəcə olaraq qeyd etmir, hadisələrin müxtəlif variantlarını tutuşdurmaqla, daha ağlabatan variant üzərində dayanırdı. Minadoinin əsas məlumatçısının Səfəvilərə xəyanət etmiş və Osmanlı sultanı tərəfindən Hələb hakimi təyin edilmiş qızılbaş səfiri Maqsud xan Zülqədər olduğu ehtimal edilə bilər[90 - J.R.Walsh, р.453.].

Minadoinin əsəri onun müasirlərinə yaxşı məlum idi, orada verilmiş materiallardan tarix əsərlərində geniş istifadə olunurdu. Məsələn, Oruc bəy Bayatın (iranlı Don Juan) əsərinin ikinci kitabı əsasən Minadoinin əsərinin ixtisarla qələmə alınmış variantıdır[91 - Bu barədə aşağıda danışılacaqdır.].

Bizə məlumdur ki, Minadoinin əsəri indiyə kimi vətən tarixşünaslarının diqqətini cəlb etməmişdir. V.V.Bartoldun “Avropada və Rusiyada Şərqin öyrənilməsi tarixi” adlı kitabında da Minadoinin adı çəkilmir.

Əlbəttə, xristian aləminin nümayəndəsi kimi Minadoinin nəzərində həm türklər, həm də iranlılar (qızılbaşlar) “dinsizlər” və “barbarlar” idilər. Lakin hər halda o, bitərəf mövqedə də qalmamışdı və bu, onun əsəri ilə tanışlıq zamanı hiss olunur. Bunu da nəzərə almamaq olmaz ki, bəhs etdiyimiz dövrdə Osmanlı təhlükəsi ilə mübarizə aparan Səfəvilər dövləti Avropa dövlətlərinin təbii müttəfiqi idi.

Səfəvilər dövlətinin tarixinə dair mənbələr arasında iranlı Don Xuanın[92 - Biz əsərin Q. Le-Strencin ingiliscə nəşrindən istifadə etmişik. Don Juan of Persia a Shi'ah Catholic, 1560-1604, transl. and ed edit. With introduction by G. Le Strange, London 1926 (bundan sonra – Oruc bəy.)] (Don Juamn) əsəri xüsusi yer tutur. Qızılbaş Bayat tayfasından olan azərbaycanlı Oruc bəy bu ad altında Avropada tanınmışdı. Oruc bəyin atası Sultanəli bəy Bayat tayfasının əyanlarından və Şah Məhəmməd Xudabəndənin sarayında görkəmli simalardan biri idi. Sultanəli bəy özünün feodal qoşun dəstəsi ilə qızılbaşların Təbrizdəki Osmanlı hərbi hissəsi ilə mübarizəsində iştirak etmiş və toqquşmaların birində həlak olmuşdu. Qoşuna başçılıq etmək şahzadə Həmzə Mirzəyə sədaqətlə xidmət edən Oruc bəyin əlinə keçmişdi[93 - Oruc bəy, səh.191-193, 198-199, 203-205.].

Oruc bəyin yazdığına görə, I Şah Abbas taxta çıxdıqdan sonra yeddi il yarım ərzində 50-dən artıq hərbi əməliyyat həyata keçirmişdi. Oruc bəy onların yarısında şəxsən iştirak etmişdi[94 - Yenə orada, səh.223.].

Osmanlı Türkiyəsinə düşmən olan Avropa dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq məqsədilə I Şah Abbas Hüseynəli bəyin səfirliyini (tərkibinə katiblərdən biri kimi Oruc bəy Bayat da daxil edilmişdi) Avropaya göndərmişdi. Oruc bəy Bayat 1599-1601-ci illərdə Rusiya, Almaniya, Çexiya, İtaliya, Fransa, İspaniya və Portuqaliyaya səyahət etmişdi. O, İspaniyada xristianlığı və Don Juan adını qəbul edərək ömürlük burada qalmışdır.

Don Xuanın – Oruc bəyin əsəri ilk dəfə olaraq müəllifin sağlığında (1604-cü il) ispan dilində nəşr olunmuşdur. Oruc bəyin əsəri (Q.Le-Strencin nəşrində) üç kitaba bölünmüşdür. Birinci kitabın giriş hissəsində müəllif özünün etdiyi və onun fikrincə yalnız Marko Polonun və Magellanın səyahətləri ilə müqayisə edilə bilən səyahətindən iftixarla danışır. Sonra o, Səfəvilər dövlətinə daxil olan vilayətlərin təsvirini verir. I Şah Abbasın hakimiyyəti zamanı dövlət quruluşu haqqında məlumatlar maraqlıdır. Əyanları birinci dərəcəli, hakim mövqe tutan 32 qızılbaş tayfa və boylarının adı çəkilir. Oruc bəy qeyd edir ki, bütün ən mühüm vəzifələr, hərbi komandanlıq və dövlət hakimiyyətinin digər başlıca sahələri bu tayfaların yuxarı təbəqələrinə məxsus idi[95 - Yenə orada, səh.45-46.].

Sonra müəllif İran tarixinin şərhinə keçir. Ölkənin ən qədim tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi, XVI əsrin əvvəlinə qədərki dövrdə İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri haqqında söhbət açılır.

İkinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin müəllifin öz atasından öyrəndiyi və hadisələrə şəxsi təəssüratından doğan məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab etmək olar.

I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və Azərbaycanın sultan orduları tərəfindən işğalını başa çatdıran, 70 və 80-ci illərin sonundakı hərbi-siyasi hadisələrin müfəssəl təsvirinə həsr olunmuşdur.

1585-ci ildən sonrakı hadisələrin təsviri onların şahidi və fəal iştirakçısı olan Oruc bəyin özünün şəxsi xatirələrinə əsaslandığı üçün orijinal səciyyə daşıyır. Üçüncü kitabın məzmunu onun üzv olduğu Səfəvi səfirliyinin təsvirindən ibarətdir[96 - Oruc bəyin tərcümeyi-halı, onun səyahətləri və əsərinin təhlili barədə ətraflı məlumat üçün bax: О.А.Эфендиев. Дон Хуан Персидский или Орудж-бек Баят. Изв. АН Азерб. ССР (серия истории, философии и права), 1966, №2, стр.62-70. Oruc bəyin əsəri son illərdə rus dilində nəşr edilmişdir: Книга Орудж бека Байата – Дон Жуана Персидского. Пер. с англ., введение, комментарии и указатели Октая Эфендиева и Акифа Фарзалиева, Баку, 1988.].

Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis şirkətinin agentləri olan tacir-səyahətçilərin – Antoni Cenkinsonun, Tomas Olkonun, Riçard Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin, Vekyettinin[97 - Early Voyages and Travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen. Edit, by Delmar Morgan and C.H.Coote, vol. I-II. London, 1886; Английские путешественники в Московском государстве в XVI в. Перев. с англ. Ю.В.Готье, Л., 1937; Путешествия венецианцев; G.B.Vechietti. A. Report on the conditions of Persia in the year 1586 (in Italian) published by H.F.Brown. English Historical Review, 1892.] qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları, ticarət yolları, ölkə təsərüffatının aparıcı sahələrindən biri olan ipəkçiliyin vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.

Erməni mənbələri arasında Ohanes Saretsinin tərtib etdiyi, Təbrizli Arakelin “Hirk patmutyans” (“Tarixlər kitabı”)[98 - Аракел Даврижеци. Книга историй. Пер. с арм. предисл. и коммент. Л.А.Ханларян. М., 1973, стр.464-475.] adlı böyük əsərinə 55-ci fəsil kimi daxil edilmiş 1547-1600-cü illər dövründə Qafqaz Albaniyası (Aqvaniya) tarixinə dair qısa salnamə maraqlıdır. XVI əsr Azərbaycan tarixinə dair gürcü mənbələrinin məlumatları təsadüfi və yarımçıqdır[99 - Histoire de la Georgie, trad, par M.Brosset, II partie, I livrasion. SPb., 1856; Materiaux pour servir a l’histoire de la Georgie, par M.Brosset Mdmoires de l’Academie Imperiale des Sciences, VI serie. Sciences polit. etc., t. V, SPb., 1841.].

Sosial-iqtisadi münasibətlərin, feodal torpaq sahibliyinin və vergi verən əhalinin vəziyyətinin öyrənilməsində sənədli mənbələrin – Səfəvi hökmdarları fərmanlarının böyük köməyi olmuşdur.

Səfəvi fərmanlarının aşkara çıxarılması və sistemli nəşri sahəsində son dövrdə böyük işlər görülmüşdür[100 - Персидские документы Матенадарана. Указы, т. I, вып.I (XV-XVI вв.). Сост. А.Д.Папазян. Ереван, 1956; т. I, вып. II (1601-1650), Ереван, 1959; Персидские исторические документы в книгохранилищах Грузии, кн. 1, вып. 1, изд. В.С.Путуридзе. Тбилиси, 1961; кн. 1, вып. 2, Тбилиси, 1962; T.M.Musovi. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965; yenə onun: Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967; yenə onun: Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977.]. A.D.Papazyanın hazırladığı “Matenadarın fars fərmanları”nın iki cilddə çapdan çıxdığını qeyd etmək kifayətdir. Səfəvi hökmdarlarının burada dərc olunmuş fərmanları (o cümlədən ilk Səfəvilərin 15 fərmanı), əsasən erməni kilsəsinin və erməni icmalarının hüquqlarına aid olsa da, həmin sənədlər dövlətin digər vilayətlərində, o cümlədən də Azərbaycanda feodal münasibətlərini öyrənmək üçün yardımçı mənbələrdir. Gürcü kolleksiyalarında toplanmış farsdilli sənədlərin iki nəşrini V.S.Puturidze həyata keçirmişdir. Son illərdə Azərbaycanda da yerli arxiv və fondlarda göstərilən dövrün nisbətən daha az miqdarda olan farsdilli tarixi sənədlərin toplanması və nəşri işi canlanmışdır. Üç məcmuə nəşr etdirmiş T.M.Musəvi bu mühüm işə faydalı töhfə vermişdir.

Xaricdə bu qəbildən olan nəşrlərdən[101 - V.Minorsky. A Soyurghal of Qasim b. Jahangir Aq-Qoyunlu (903/1498). BSOS, vol. IX, p.4, London, 1939; Zwei Erlasse Shah Tahmasps I. Von Heribert Horst. ZDMG. Bd. 110, Ht. 2, 1961; H.Horst. Ein Immunitatsdiplom Schah Muhammad Hudabandas vom Jahr 989/1581. ZDMG. Bd. 105, Ht. 2, 1955; J.Aubin. Archives persanes commentees-2. Note preliminaire sur les archives du Tchima-rud. Teheran, 1955; H.Busse. Untersuchungen zum islamischen Kanzleiwesen (An Hand turkmenischer und safawidischer Urkunden). Kairo, 1959; B.G.Martin. Seven Safavid Documents from Azerbaijan. Documents from islamic Chanceries. First series. London, 1965.] danışarkən V.F.Minorskinin dərc etdirdiyi Ağqoyunlu Qasimin 1498-ci il soyurqal fərmanını birinci qeyd etməliyik. Həmin nəşrdə bu mənbənin mətni və tərcüməsi hərtərəfli tədqiq edilmiş və şərh olunmuşdur ki, bu da mürəkkəb və az öyrənilmiş sosial-iqtisadi terminləri açmağa imkan vermişdir. Bu iş Avropa iranşünaslarında buna bənzər sənədləri öyrənməyə və aydınlaşdırmağa böyük maraq oyatmışdır. Tezliklə ayrı-ayrı fərmanlar və onların məcmuələri işıq üzü gördü ki, bunlardan da Ağqoyunlu və Səfəvilərin bir neçə fərmanını əhatə etmiş H.Horstun və J.Obenin nəşrlərini qeyd edə bilərik. Sonuncuların arasında Naxçıvana aid olan gömrük rüsumlarının ləğv edilməsi haqqında I Şah Təhmasibin 1565-ci il fərmanı böyük əhəmiyyət kəsb edir. Vergi terminlərinin müxtəlifliyinə münasibətdə J.Obenin nəşr etdiyi həmin şahın iki soyurqal fərmanı diqqət cəlb edir. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının 23 fərmanı Britaniya muzeyinin farsdilli sənədlər məcmuəsinə daxil olmuş və 1959-cu ildə kitabda müsəlman diplomatiyasının tədqiqinə dair müqəddimə yazılmış H.Busse tərəfindən nəşr edildi. 1965-ci ildə B.Martin XVI əsr Səfəvi hökmdarlarının bilavasitə Azərbaycanın cənub vilayətlərindəki (Təbriz, Ərdəbil və Xalxalda) bəxşiş torpaqlara aid yeddi fərmanını dərc etdirdi.

İndiyədək İranda bu sahədə ciddi bir iş görülməmişdir. Çap olunmuş nəşrlər, bir qədər olaraq, sosial-iqtisadi problemlərlə əlaqələndirilmiş və Səfəvilər dövrünün şəxsi və dövlət yazışmaları nümunələri kimi məhdud əhəmiyyətə malikdir. Bu mənada Əbdül Hüseyn Nəvainin dərc etdirdiyi I Şah İsmayıl və I Şah Təhmasib hakimiyyətinin sənəd və məktublarının iki məcmuəsi müəyyən əhəmiyyət kəsb edir[102 - Şah İsmayıl Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1347; Şah Təhmasib Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1350.].

Keçmiş sovet tarixçiləri Səfəvilər dövlətinin sosial-iqtisadi tarixi məsələlərinin tədqiq edilməsində müəyyən uğurlar qazanmışlar. Bu dövlətin, onun tərkibinə daxil olmuş ölkələrin və xalqların sosial-iqtisadi tarixinin bir çox mühüm məsələlərini əsərlərində dərindən və hərtərəfli işıqlandıra bilmiş İ.P.Petruşevskinin həmin sahədə xidmətləri xüsusilə böyükdür. Onun Azərbaycanda son orta əsrlərdə feodal münasibətlərinə həsr olunmuş monoqrafiyasında Səfəvilər dövlətində feodal torpaq təsisatlarının (tiyul, soyurqal, mülk), hakim sinif və onun təşkilati quruluşunun dəqiq və mükəmməl xarakteristikası verilmişdir, kəndlilərin feodal istismarının mürəkkəb sistemi və sinfi mübarizə məsələləri tədqiq olunmuşdur[103 - И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв.]. Səfəvilər dövründə torpaq mülkiyyəti məsələləri B.N. Zaxoderin və N.Filrozenin əsərlərində tədqiq edilmişdir[104 - Б.Н.Заходер. История восточного средневековья. Халифат и Ближний Восток. М., 1944; Н.Фильрозе. К вопросу о формах земельной собственности в государстве Сефевидов. Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951.]. XII-XIV əsrlərdə Azərbaycanın həmhüdud ölkələrin tarixinə dair Ə.Ə.Əlizadənin İ.P.Petruşevskinin əsərləri də nəzərdən keçirilən dövrün ictimai münasibətlərinin və sosial-iqtisadi terminlərinin xarakterini başa düşmək üçün böyük əhəmiyyətə malikdir[105 - А.А.Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Баку, 1956; И.П.Петрушевский. Земледелие и аграрные отношения в Иране в XIII-XIV веках. M.-JL, 1960.]. S.B.Aşurbəylinin A.P.Novoseltsevin, M.X.Heydərovun, K.K.Kutsiyanın və başqalarının əsərləri[106 - К.З.Ашрафян. Падение державы Сефевидов (1502-1722). Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951; С.Б.Ашурбейли. Очерк истории средневекового Баку. Бжу, 1964; А.П.Новосельцев. Города Азербайджана и восточной Армении в XVII-XVIII вв. “История СССР”, 1959, №1; М.Х.Гейдаров. Ремесленное производство в городах Азербайджана в XVII в., Баку, 1967; К.К.Куция. Из истории социальных движений в городах Сефевидского государства (движение нуктавиев). “Народы Азии и Африки”, 1966, №2.] XVI-XVII əsrlərdə Səfəvilər dövləti şəhərlərinin sosial inkişafı prosesini öyrənmək üçün əhəmiyyətlidir.

Xarici tarixşünaslıq Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinə indiyədək xüsusi maraq göstərmir. Bununla belə, Yaxın və Orta Şərqdə göstərilən dövrdə feodal münasibətləri probleminə bu və ya digər dərəcədə toxunulan əsərlər mövcuddur. Onların arasında V.F.Minorskinin böyük və çox vaxt yeni faktik material əsasında yazılmış tədqiqatlarına öz əhəmiyyətinə görə birinci yeri vermək lazımdır[107 - “Təzkirət əl-mülük” nəşrinə V.F.Minorskinin yazdığı giriş və geniş şərhlər nəzərdə tutulur: Tadhkirat al-muluk. A Manual of Safavid Administration. Transl. and exp. by V.Minorsky, G.M., vol. XVI, London, 1943.]. Anna Lambtonun müasir İranda torpaq sahibliyi və renta haqqında yazılmış və Səfəvilər dövründə həmin məsələlərə həsr olunmuş kiçik bir fəsil olan əsəri də qeyd olunmalıdır[108 - A.Lambton. Landlord and Peasant in Persia. London, 1953.]. İran alimi Tağı Bəhraminin əsərində bizi maraqlandıran dövr haqqında səthi danışılır[109 - Tağı Bəhrami. Tarix-i keşaverzi-i İran, Tehran, 1330.].

XVI əsrdə Səfəvilər dövlətinin siyasi tarixi, daxili və xarici siyasəti, Avropa ölkələri və Rusiya ilə ticarət-iqtisadi əlaqələri bir sıra əsərlərdə işıqlandırılmışdır. Onların arasında ilk dəfə olaraq XVI-XVII əsr Azərbaycan tarixinin ilkin mənbələrinə əsaslanan qiymətli oçerkini yaratmış İ.P.Petruşevskinin əsərləri xüsusi yer tutur. Onun İranda islamın tarixinə dair kitabı orta əsrlər Azərbaycanında şiəlik və onun ifrat təriqətlərinin ideologiyasının təsiri altında baş vermiş xalq müqavimət hərəkatlarını dərk etmək üçün böyük əhəmiyyətə malikdir[110 - И.П.Петрушевский. Государства Азербайджана в XV в., ССИА, вып. 1, Баку, 1949; yenə onun: Азербайджан в XVI-XVII вв., ССИА, вып. 1; yenə onun: Восстание ремесленников и городской бедноты в Тебризе в 1571-1573 гг., ССИА, вып. I; yenə onun: Ислам в Иране в VII-XV вв., ЛГУ, 1966.].

N.D.Mikluxo-Maklayın Səfəvilər dövlətinin Şeybanilər dövləti ilə qarşılıqlı siyasi münasibətlərinin xarakterini və XVI əsrin əvvəlində şiəliyin sosial rolunu aşkarlayan əsərlərinin mühüm əhəmiyyəti vardır[111 - Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в. Крат, сообщ. ИВАН СССР, т. IV, 1952; yenə onun: Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., Памяти акад. И.Ю.Крачковского. ЛГУ, 1958.]. XVI əsr Səfəvilər dövlətinin sosial-iqtisadi tarixinin bir çox məsələləri kimi, onun siyasi tarixinin mənzərəsi də “Azərbaycan tarixi”nin birinci cildinin Ə.N.Quliyev tərəfindən yazılmış müvafiq bölməsində təsvir edilmişdir[112 - Ə.N.Quliyev. Azərbaycan XVI əsrdə. “Azərbaycan tarixi”, с. I, VIII fəsil. Bakı, 1958; Ə.N.Quliyev. Azərbaycan-Rusiya münasibətləri tarixindən. Bakı, 1958.]. Səfəvilərin XVI əsrə qədərki tarixinin bəzi məsələləri, Səfəvi şeyxlərinin Ərdəbil hakimiyyəti dövrü C.İbrahimovun əsərlərində öz şərhini tapmışdır[113 - C.İbrahimov. Səfəvilərin Ərdəbil hakimiyyəti tarixinə dair. Bakı, 1958.]. Göstərilən dövrdə Azərbaycanın və Səfəvilər dövlətinin xarici siyasətinin və daxili inkişaf tarixinin bir sıra məsələləri Ə.M.Şahmalıyevin, P.İ.Petrovun, Ə.Ə.Rəhmaninin, A.P.Novoseltsevin, Ə.H.Hüseynovun və B.Əhmədovun[114 - Э.М.Шахмалиев. К вопросу о дипломатических отношениях первых Сефевидов с западными странами. Тр. АГУ, сер. истор., вып. 1. Баку, 1950; yenə onun: Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI в. “Уч. зап. АГУ”, 1955, №7; И.П.Петров. Данные источников о составе воинских контингентов шаха Исмаила I. “Народы Азии и Африки”, 1964, №3; А.П.Новосельцев. Русско-иранские политические отношения во второй половине XVI в., Международные связи России до XVII в. М., 1962; А.Н.Гусейнов. Азербайджанско-русские отношения в XV-XVII вв. Баку, 1963; B.Əhmədov. 1579-1581 -ci illər ekspedisiyası və İngiltərə-Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri. ADU-nun elmi əsərləri, tarix və fəlsəfə seriyası, 1967, №3.] əsərlərində işıqlandırılmışdır. Y.A.Paxomovun, Ə.Ə.Ələsgərzadənin, M.X.Nemətovanın, İ.Dilbacın, Ə.V.Rəhimovun və Ə.Ş.Rəcəblinin əsərlərində[115 - Е.А.Пахомов. Монетные находки Азерб.ССР в 1924 г.: “Изв. Азерб. археолог, ком-та”, вып. 1. Баку, 1925; yenə onun: Чайкендский клад 1935 г. Баку, 1941; Ə.Ələsgərzadə. Ağbil türbələrinin kitabələri. “Azərb. SSR EA məruzələri”, №10; M.X.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. Bakı, 1959; Rahnema-i asar-i tarix-i Azərbaycan-i şərqi, gərdavərənde İsmayıl Dibac, Təbriz, 1334; А.В.Рагимов. О Бакинском кладе XV-XVI вв., “ДАН Азерб.ССР”, т. V, 1949, №1; yenə onun: Бакинский клад (находка 1948 г.). Материальная культура Азербайджана, вып. III. Баку, 1953; А.М.Раджабли. Атеркский клад. “ДАН Азерб. ССР”, т. XVII, 1961, №6 və Ь.] mövzuya dair epiqrafik və numuzmatik materiallar vardır.

Xarici ölkələrdə də Səfəvilər dövlətinin siyasi tarixinə həsr edilmiş xeyli əsər nəşr olunmuşdur. Hind alimi Qulam Sərvərin I Şah İsmayıl haqqında çox da böyük olmayan kitabı mənbələrdən götürülmüş, lakin müəllif ümumiləşdirmələri olmayan faktik material toplusu kimi öz əhəmiyyətini saxlamaqdadır[116 - G.Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939.]. V.Hinsin və H.Römerin əsərləri XVI əsrin 70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində Səfəvilər dövlətinin vəziyyətinə həsr olunmuşdur[117 - W.Hinz. Schah Esmail II. Berlin, 1933; H.R.Roemer. Der Niedergang Irans nach dem Tode Ismail’s des Grausamen, 1577-1581. Wurzburg- Aumuhle, 1939.]. V.F.Mimorskinin tədqiqatlarında bu məsələlərə dair qiymətli material və ümumiləşdirmələr vardır[118 - V.Minorsky. The Supporters of the Lords of the Ardabil “Tadhkirat al-muluk” kitabında; Shaykh Bali-efendi on Safavids. BSOAS, vol. XX, London, 1957.]. Son illər çapdan çıxmış bəzi əsərlər diqqəti cəlb edir. Onların arasında daha çox maraq doğuranları – I İsmayılın daxili siyasətinin bəzi, az öyrənilmiş cəhətləri haqqında Jan Obenin tədqiqatı, R.Ş.Seyvorinin mühüm vəzifələr və dövlətinin banisinin istilaları haqqında məqalələri, həmçinin də XVI-XVIII əsrlərdə Səfəvilərin inzibati sistemi haqqında K.M.Röhrbornun əsəridir[119 - J.Aubin. Etudes Safavides. I Shah Ismail et les notables de l’lraq persan. “Journal of Economic and Social History of the Orient”, Leiden, 1959, vol. 2, p.l; R.M.Savory. The Principal Offices of the Safawid State during the Reign of Ismail I. BSOAS, vol. XXIII, p.l, 1960; The principal Offices of the Safawid State during the Reign of Tahmasip I. BSOAS, vol. XXIV, p.l, 1961; Some Notes on the Provincial Administration of the Early Safawid Empire. BSOAS, vol. XXVII, p.l, 1964; The Consolidation of Safavid Power in Persia. Der Islam. Bd. 41, Berlin, 1965; Klaus-Michael Rohrbom. Provinzen und Zentralgewalt Persiens im 16 ind 17 Jahrhundert. Berlin, 1966.]. Faruk Sümerin və Bəkir Kütükoğlunun Səfəvilər dövlətinin yaranmasında Anadolu türklərinin roluna və XVI əsrin son rübündə Osmanlı və Səfəvilər dövlətlərinin qarşılıqlı münasibətlərinə həsr olunmuş əsərlərində xeyli dərəcədə yeni material vardır[120 - F.Sümer. Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976; Azerbaycanın türkleşmesi tarihine ümumi bir bakiş. Türk Tarih Kurumu. Belleten, cilt XXI, sayi 83, Ankara, 1957; B.Kütükoğlu. Osmanlı-İran siyasi münasebetleri. I. 1578-1590, İstanbul, 1962.].

İran tarixşünaslığı (Ə.Kəsrəvinin və N.Fəlsəfinin bəzi əsərləri[121 - Əhməd Kəsrəvi Təbrizi. Şeyx Səfi və təbareş. Tehran, 1324; Nəsrulla Fəlsəfi. Cəng-i Çaldıran. Məcəlle-i daneşkədə-i ədəbiyyat, şumare-i 2, sal-i əvvəl, Tehran, 1332; yenə onun: Zindəgani-i Şah Abbas-i əvvəl, cild-i əvvəl. Müqəddəmat-i səltənət-i u əz vəladət ta padşahi. Tehran, 1334 (bundan sonra – N.Fəlsəfi, с.1).] istisna edilməklə) bu sahədə tədqiqatlarla təmsil olunmamışdır. Ə.Tacbəxşin, S.Rəhimzadənin, N.Şeybaninin son dövrdə nəşr edilmiş kitabları millətçilik mövqelərindən yazılmışdır və hekayə xarakteri daşıyır[122 - Əhməd Tacbəxş. İran dər zaman-i Səfəviyyə Təbriz, 1340; Rəhimzade-i Səfəvi. Şərh-i cəngha və tarix-i zindəgani-i Şah İsmail-i Səfəvi. Tehran, 1341; Nizaməddin Mücir Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə. Ehya-i vəhdət-i milli. Tehran, 1346.]. Bu əsərlərin mənbəşünaslıq və tarixşünaslıq zəmini məhduddur və buna görə də mövzunun öyrənilməsinə yenilik gətirmir.

Tehran universitetinin professoru Bəstini Pərizinin “Səfəvilər dövründə siyasət və iqtisadiyyat” kitabı əslində bu sahədə İran tarixşünaslığında XVI-XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin sosial-iqtisadi həyatının öyrənilməsinə ciddi maraq göstərilmiş[123 - Bastani Parizi. Siyasət və iqtisad-i əsr-i Səfəvi. Tehran, 1348.] ilk tədqiqatdır.

Keçmiş sovet tarixçilərinin diqqətini cəlb etmiş məsələlərdən biri XVI əsrdə Səfəvilər dövlətinin etnik xarakteri məsələsidir.

Vətən tarixşünaslığında Səfəvilər sülaləsinin və onları müdafiə edən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər rus şərqşünasları V.V.Bartold və A.Y.Krımski[124 - В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. И, ч. I, М., 1963, стр.748; yenə onun: Халиф и Султан. Соч., т. VI, М., 1966, стр.54; А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии, т. III. М., 1914-1917, стр.148.] olmuşlar.

Azərbaycan feodal əyanlarının Səfəvilər dövlətinin yaranmasında həlledici rol oynadığı faktı 1941-ci ildə Bakı tarixçilərinin hazırladığı Azərbaycan tarixinə dair ilk kollektiv əsərdə qeyd olunmuşdur[125 - История Азербайджана (краткий очерк). Изд-во Аз. ФАН. Баку, 1941.]. 1946-cı ildə buna bənzər nəşrdə həmin baxış daha da inkişaf etdirilmişdir[126 - История Азербайджана. Баку, 1946.]. Qırxıncı illərin əvvəllərində Azərbaycan tarixçisi, akademik İ.A.Hüseynov Şah İsmayılın dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdir[127 - İ.A.Hüseynov. İsmayıl Səfəvi. Bakı, 1943.]. Həmin səciyyələndirmə bu sətirlər müəllifinin əsərlərində elmi dəlillər və mənbəşünaslıq məlumatları ilə əsaslandırılmışdır.

İ.P.Petruşevski özünün ilkin mənbələrinə əsaslanan tədqiqatlarında Səfəvilər dövlətinin yaranmasında və onun tarixinin birinci yüzilliyində Azərbaycanın və Azərbaycan etnik feodal ünsürünün aparıcı, müəyyənedici sosial-iqtisadi və siyasi rol oynadığını təkzibolunmaz şəkildə sübut etmişdir. O, göstərmişdir ki, Azərbaycan əyanları bu dövlətdə müstəsna hüquq və imtiyazlardan istifadə etmişlər. Sarayda yüksək vəzifələr, vilayət canişinlikləri, hərbi iş və s. Azərbaycan feodallarının əlində olduğu halda, dövlət işlərində fars feodallarının rolu maliyyə, dəftərxana və qismən də məhkəmə məsələləri ilə məhdudlaşırdı.

İran tarixşünaslığının millətçi, paniranist baxışlarını, habelə Qərbin mürtəce tarixçilərinin oxşar konsepsiyalarını tənqid edən N.D.Mikluxo-Maklay qeyd edirdi ki, Şeybanilər Səfəviləri bütün İranın hökmdarları kimi tanımırdılar. Onlar Səfəviləri Ağqoyunlular sülaləsinin xələfləri və varisləri hesab edərək onların yalnız Azərbaycan və Qərbi İran üzərində hakimiyyətini tanıyırdılar. O, yazırdı: “Bütün deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, XVI əsrdə yaranmış Səfəvilər dövləti XV əsr Qaraqoyunlu və Ağqoyunlu hakimiyyətlərinin xələfi kimi təşəkkül tapmışdır. Həm də real əsaslara istinad edirdi, yəni Səfəvilər dövləti İran dövləti deyildi və ona heç elə də baxılmırdı”[128 - Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в., стр.16.].

B.N.Zaxoder Səfəvilər dövlətinin yaranmasında Azərbaycanın roluna dair yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində duran Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqazda və İranda yaranan həmin böyük dövlətin özəyini təşkil edirdi. Bu dövlət çoxlu tayfa və xalqları öz tərkibinə daxil etmişdir. Lakin uzun müddət bu dövlətdə onun hərbi qüvvələrində ilk Səfəvilərin arxalandığı Azərbaycan feodalları üstünlük təşkil etmişdilər[129 - Б.Н.Заходер. Государство Сефевидов в кн.: “Всемирная история”, т. IV (гл. XXII). М„ 1959, стр.558.].

Hal-hazırda tarix elmində XVI əsr Səfəvilər dövlətinə Azərbaycan dövləti kimi baxmaq meyli tədricən özünə yol tapır[130 - История СССР, т. II. М., 1966, стр.542.].

Müasir İran tarixşünaslığının görkəmli nümayəndələri də aşkar faktlarla hesablaşmaq məcburiyyəti qarşısında qalaraq Səfəvilər dövlətində türkdilli (Azərbaycan) etnosun rəhbər rolunu, hakim mövqeyini təsdiq edirlər. Məsələn, I Şah Abbasa həsr olunmuş çoxcildli əsərin müəllifi Nəsrulla Fəlsəfi Şah İsmayıl və onun yaratdığı dövlət haqqında yazır: “Şah İsmayıl ata tərəfdən özünü seyid (yəni Məhəmməd Peyğəmbərin nəslindən olan – O.Ə.) Əli nəsli sayır və bu nəsil şəcərəsi ilə fəxr edirdi. Ana tərəfdən isə o, Türkman Həsən bəy Ağqoyunlunun (yəni Uzun Həsənin – O.Ə.) nəvəsi idi və haqlı olaraq özünü bu sülalənin qanuni varisi hesab edirdi… Dövrün bütün tarixlərindən məlum olduğu kimi, onun tərəfdarları da əsasən türkman və tatar tayfalarından olanlar idi.

Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə – millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl türk dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə, türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”[131 - N.Fəlsəfi, с. I, səh.“he”, “ze”, “ye”.]. Başqa bir yerdən iqtibas gətirək: “Şah İsmayıl hər bir vilayəti tutduqdan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş sərkərdələri arasında bölüşdürürdü. Beləliklə, mənşəyi və dili etibarilə türk olan tayfalar İranın hər yerində yerli farsdilli iranlılar üzərində ağalıq etməyə başladılar. İranda imtiyazlı və qüdrətli zümrə əmələ gəldi və bütün hərbi və mülki mövqeləri, vəzifələri ələ keçirərək İran xalqını tam ixtiyarla və əzəmətlə idarə etdi. Buna görə də Səfəvilər dövründə şahı İran şahənşahı adlandırdıqlarına baxmayaraq, İran ölkəsinə Qızılbaş dövləti (Məmləkət-i Qızılbaş) adını verdilər. İran sarayında türk dilində danışırdılar. Şah İsmayıl türk dilində şeirlər yazırdı. Qızılbaşlar özlərini türk mənşələrinə, əsil – nəcabət və ad-sanlarına görə İranın yerli əhalisindən yüksəkdə durur, onları (iranlıları – O.Ə.) həqarətlə tatlar və taciklər adlandırırdılar”[132 - Yenə orada, səh. 169.].

Müasir türk tarix elminin ən böyük nümayəndələrindən biri olan Faruk Sümer də özünün sonuncu monoqrafiyasında Səfəvilər dövlətinə “İran milli dövləti” kimi baxmaq istəyənlərə qarşı çıxmışdır. O, düzgün olaraq göstərir ki, “ciddi alimlər” arasında bu cəfəng baxışın artıq tərəfdarları yoxdur. F.Sümerin əsərində Səfəvilər dövlətinin yaranmasında və yüksəlişində türkdilli etnosun həlledici və birinci dərəcəli rol oynadığını təsdiq edən çoxlu material toplanmışdır və sistemləşdirilmişdir. Fikrimizcə, onun əsərinin qiymətli cəhəti də elə bundadır.

Təəssüf ki, F.Sümerin əsəri Türkiyə tarixşünaslığına xas olan bəzi nöqsanlardan və bitərəflilikdən azad deyildir. Özünün əvvəlki əsərlərində də o, Azərbaycan tarixini Türkiyə tarixinin əlavəsi kimi təsvir etməyə, Kiçik Asiyanı – Anadolunu “Ana Vətən” kimi, yəni Azərbaycan əhalisinin köçetmə və türkləşmə mənbəyi kimi təsdiq etməyə cəhd göstərmişdi. Bununla belə, yaxşı məlumdur ki, Azərbaycan, türkdilli əhalinin Orta Asiyadan Kiçik Asiyaya köçetmə hərəkatının yolu üzərində yerləşirdi və Türkiyənin özünə nisbətən daha əvvəl türkləşmişdi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68386453) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Bu əlyazmaların saxlandığı yerlər üçün baxın: Ч.А.Стори. Персидская литература. Био-библиографический обзор. Перевел с англ., перераб. и доп. Ю.Э.Брегель, ч. I, II, III. М., 1972.




2


И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л., 1949, стр.19.




3


Каталог восточных рукописей Академии наук Таджикской ССР, т. I, Душанбе, 1960, стр. 141-144.




4


M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №301.




5


А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”. “Проблемы востоковедения”, 1960, №4, стр. 112-121.




6


Tarix-i Həbib əs-siyər fi əxbar əfrad-i bəşər, təlif-i Qiyasəddin b. Hümməddin əl-Hüseyni əl-mədov ben Xondəmir, с. IV, Tehran, 1333, səh.434. (Hədsiz mərhəmət mənbəyi olan “Fütuhat-i şahi”də yazılmışdır ki…)




7


Tarix-i aləm aray-i Abbasi, təlif-i İskəndər bəy Turkman, с. I, Tehran, 1334, səh. 14, 18, 20.




8


Xülasət ət-təvarix. Tehranda Mehdi Bəyaninin kitabxanasındakı əlyazma, vər. 3a.




9


Ghulam Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939, pp.3-6.




10


Həbib əs-siyər, с. IV, səh.326-328; А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 113-116. Xondəmir, Əmininin doğulduğu tarixi göstərmir. Əmininin özünün Xorasanı hicri 927-ci ildə, həyatının 45-ci ilində tərk etməsi barədə məlumatı əsasında A.M.Mirzoyev müəyyənləşdirir ki, müəllif hicri 882-ci (1477-1478) ildə anadan olmuşdur.




11


Birinci cilddə, girişdə Əmini göstərir ki, o hər cilddə Şah İsmayılın həyatının 12 ilini bəyan etmək fikrindədir. Biz yuxarıda qeyd etdik ki, “Fütuhat-i şahi”nin bizə qədər gəlib çatmış yalnız iki cildinin hər biri I Şah İsmayılın həyatının 12 ilini, yəni üst-üstə 24 ilini əhatə edir (1487-1514). İbrahim Əmini belə olan halda şahın ömrünün sonuncu 12 ilini (1513-1524) təsvir etməli olan üçüncü cildi də yaza bilmişdirmi? Bu hələlik naməlum qalır. Bax: А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 117-118.




12


А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр.121.




13


Müəllif və onun İranda mövcud olan əsərlərinin nüsxələri barədə bəzi əlavə məlumatlar haqqında bаx: Ч.А.Стори. Персидская литература, ч. II, стр.850-852; ч. III, стр. 1467.




14


D.Ross. The Early Years of Shah Ismail, Founder of the Safawy Dinasty, JRAS, 1896, vol. 29, pp.249-340.




15


C.Rieu. Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum. London, 1895, p.34, or. 3248.




16


A discriptive Catalogue of the Oriental MSS belonging to the late E.G.Browne. By E.G.Browne. Completed and edited… by R.A.Nicholson. Cambridge, 1932, p.147, add. 200.




17


Bu nüsxənin mikrofilmləri ingilis tarixçi-şərqşünası prof. Bemar Lüis tərəfindən lütfkarlıqla bizə göndərilmişdir (bundan sonra – Anonim tarix)




18


London nüsxəsi, vər. 277a, D.Ross (səh.250) bunu interpolyasiya (mətnə sonradan əlavə) hesab edirdi.




19


D.Ross, pp.249-250. Mir Mahmudun əsəri Xorasanda baş verən hadisələrə üstünlük verməklə I Şah İsmayılın və I Təhmasibin hicri 957-ci (1550) ilədək hakimiyyətləri xronikasını verir. Bax: Ч.А.Стори. Персидская литература, ч. II, стр.854-855.




20


G.Sarwar, р.ТО.




21


C.Rieu, p.34.




22


D.Ross, рр.251-252.




23


G.Sarwar, рр.9-10.




24


“XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması” kitabı yazıldığı vaxt bu əsərin mikrofilmləri əlimizdə yox idi.




25


Anonim tarix, vər. 2b-23b.




26


Yenə orada, vər. 53b.




27


Yenə orada, vər. 20b-50a.




28


Yenə orada, vər. 62a-64a.




29


Yenə orada, vər. 77b-78b.




30


Yenə orada, vər. ll9a, 152b-154b.




31


Bibliya çarı Solomon.




32


Saray münəccimlərinin nöqteyi-nəzərincə ulduzların üfüqdə “xoşbəxtlik” üzrə yerləşməsi nəzərdə tutulur.




33


Anonim tarix, vər. 73a, 89a, 113a, b, 119a, 221a və s.




34


Вax: Anonimdə vər. 94b-95a., Əminidə 99a və s.




35


Rəy Rusiya Arxeologiya Cəmiyyətinin Qərb-Şərq bölməsinin əsərlərində dərc olunmuşdur, с. VI, СПб, 1892, səh.377-383.




36


Die Denkwurdigkeiten des Shah Tahmasp I von Persien, Von P.Hom, ZDMG, Bd. 4, 1890.




37


M.Y.Saltıkov-Şedrin adına DKK-nın bizim də istifadə etdiyimiz əlyazması, B.Domun kataloqu, №302, tarixi hicri 1010-cu (1601-1602) ildir.




38


V.Jukovski, səh.382.




39


И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв., стр.26-27.




40


К.Г.Табатадзе. Тбилисская рукопись “Тезкире” шаха Тахмасиба I, Воет. сб. I, Тбилиси, 1960, стр. 169-182.




41


M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №302, vər. 22b.




42


Yenə orada, vər. 22b.




43


Yenə orada, vər. 30a.




44


Yenə orada, vər. 52a.




45


Yenə orada, vər. 71a.




46


Həmin əsərin bu, həm də aşkar edilmiş digər nüsxələri, əsər müəllifinin tərcümeyi-halı ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı əsərləri nəzərdən keçirməyi məsləhət bilərdik: О.А.Эфендиев. О малоизвестном источнике XVI в. по истории Сефевидов. “Изв. АН Азерб. ССР, серия обществ. наук”, 1964, №2, стр.61-68; Əbülfəz Rəhimov. Əbdi bəy Şirazi. Bakı, 1970; Ч.А.Стори. Персидская литература, ч. I, стр.404-406, ч. Ill, стр.1400.




47


Tarix-i elçi-i Nizamşah. Britaniya muzeyinin əlyazması, vər. 58b, 59a; C.Rieu. The Catalogue of the Persian Manuscripts of the British Museum, London, 1879, vol.l, p.110a.




48


Yenə orada, vər. 59a.




49


Yenə orada, vər. 43b, 44a.




50


Əsərin əlyazma nüsxələri haqqında bax: Ч.А.Стори. Персидская литература, ч. I, стр.406-407.




51


C.Schefer. Chrestomatie Persane, t. II, Paris, 1885.




52


B.Dornun kataloqunda əlyazmasının №-si 288-dir.




53


И.П.Петрушевский. Иранские источники по истории Азербайджана XVI-XVIII вв. ССИА, вып. I, Баку, 1949, стр.303.




54


П.И.Петров. Об одном редком источнике по истории Сефевидов. “Сов. востоковед”, 1956, №1, стр. 111.




55


Cəvahir əl-əxbar, vər. 315a.




56


Beləliklə, о (930-14=916), təxminən hicri 916-cı (1510-151 l) ildə doğulmuşdur.




57


Cəvahir əl-əxbar, vər. 315a-316a.




58


Yenə orada, vər. 284 b.




59


Yenə orada, vər. 296a-297a.




60


İndiyə kimi belə hesab edilirdi ki, Həsən bəy Rumlunun əsəri 12 cilddən ibarətdir, bizə qədər gəlib çatan ikisi isə 11 və 12-ci cildlərdir. Lakin “Əhsən ət-təvarix”ə xüsusi tədqiqat həsr etmiş Ş.F.Fərzəliyev sübut edir ki, əsər on cilddən ibarətdir və deməli, bizə gəlib çatanlar 9 və 10-cu cildlərdir. Bax: Ш.Ф.Фарзалиев. Относительно томов “Ахсан ат-таварих” Хасан-бека Румлу. “Уч. зап. АГУ им. С.М.Кирова, серия востоковед”, 1972, №1.




61


A Chronicle of the Early Safawis Being the Ahsan ut-tawarikh of Hasan-i Rumlu, vol. I-II, Persian text and Engl, transl. by C.N.Seddon. Baroda, 1931-1934.




62


Əhsən ət-təvarix, səh.496-505.




63


Yenə orada, səh.455-457.




64


W.Hinz. Eine neuendeckte Quelle zur Geschichte Irans im 16 Jahr hundert, ZDMG, Neue Folge, Bd. IV (Bd. 89), Ht. 3/4, Leipzig, 1935, s. 315-328.




65


Bu əsər hələ aşkar edilməmişdir.




66


Кази Ахмед. Трактат о каллиграфах и художниках. Введ., перев. и коммент. проф. Б.Н.Заходера. М.-Л., 1947.




67


Xülasət ət-təvarix, vər. 3a. Mehdi Bəyaninin kitabxanasında saxlanan əlyazmasının fotosurətlərini alman iranşünası Valter Hints lütfkarlıqla bizə təqdim etmişdir. Nüsxə 536 vərəqdən (1072 səhifə) ibarətdir. Burada olan kolofona görə, hicri 1050-ci (1640) ildə Əbu Əli əd-Damğani üzünü köçürmüşdür. Nömrələmə heç də hər yerdə aydın deyildir. Biz daha sonrakı redaksiyanı əks etdirən Berlin əlyazmasından da istifadə etmişik. Sonuncunun mikrofilmlərini lütfkarlıqla istifadəmizə vermiş O.F.Akimuşkinə dərin minnətdarlığımızı bildiririk. Əsərin digər nüsxələri haqqında bax: Ч.Стори. Персидская литература, ч. II, стр.864; ч. III, стр.1469 (bundan sonra: Tehran nüsxəsi – T. Berlin-В.).




68


Xülasət ət-təvarix (T), vər. 5a.




69


Erika Glassen. Die fruhen Safawiden nach Gazi Ahmad Qumi. Freiburg im Breisgau, 1970.




70


Die Chronik Hulasat at-tawarih des Qazi Ahmad Qumi (Der Abschnitt über Shah Abbas I). Herausg. und übers. von Hans Müller, Wiesbaden, 1964.




71


Əsərin tarixşünaslıq təhlili üçün bax: O.Ə.Əfəndiyev, Ş.K.Əsgərova. Qazi Əhməd Qumi və onun “Xülasət-ət-təvarix” əsəri haqqında. Azərb. SSR EA-nın xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1976, №3.




72


Nəqavət əl-asar fi-zikr əl-əxyar, təlif-i Mahmud b. Hidayətullah Afuşte-i Nətənzi, beehtemam-i doktor Ehsan Əşraqi. Tehran, 1350.




73


Nəqavət əl-asar, səh.22-24.




74


Ч.Стори. Персидская литература, ч. II, стр.865-867.




75


Scheref-nameh ou Histoire des Kourdes par Scheref, prince de Bidlis publiee… par V.Veliaminof-Zemof. Texte persan, t. I-II, St. Pbg. 1860-1862 (bundan sonra – “Şərəfnamə”). Hər iki cildin rusca tərcüməsi çapdan çıxmışdır. Шараф-хан ибн-Шамсаддин Бидлиси. Шараф-наме. Перевод, предисл., прим., прил. Е.И.Васильевой, т. I, M., 1967; т. II, M., 1976.




76


Шараф-наме, т. II (предисл. Е.И.Васильевой), стр.22.




77


Yenə orada, səh.231-232.




78


Şərəfnamə, с. II, səh.246.




79


Müəllif və onun əsəri haqqında ətraflı məlumat üçün bax: А.А.Рахмани. “Тарих-и азем арай-и Аббаси” как источник по истории Азербайджана. Баку, 1960.




80


Tarix-i aləm aray-i Abbasi, с. I, səh. 188-191.




81


Travels of Venetians in Persia (A Narrative of Italian Travels in Persia in the XV and XVI centuries). Hakluyt Society, vol. 49, London., 1873, pp.221 -229 (bundan sonra – Venesiyalılann səyahətləri).




82


Venesiyalıların səyahətləri, səh.218.




83


Yenə orada, səh.219.




84


Yenə orada, səh.226.




85


Minadoi da Ravigo. Historia della Guerra fra lurch! et Persiani, Venezia, 1588.




86


John R. Walsh. Giovanni Tommaso Minadoi's History of the Turco – Persian Wars of the Reign of Murad III. Труды XXV Международного конгресса востоковедов, т. II, М., 1963, стр.448-454.




87


Nəşrlər və tərcümələr haqqında bax: J.R.Walch, pp.451-452.




88


Burada və sonra qeydlər Abraham Hartvellin ingilis nəşri üzrə verilir: The History of the Warres betweene the Turks and the Persians transl. into Engl, by Abraham Hartwell. London, 1595, pp.38-81 (bundan sonra – Minadoi).




89


Əsərin məzmunu və mənbəşünaslıq dəyəri üçün bax: О.А.Əфендиев. Минадои и его “История войн между турками и персами”. Изв. АН Азерб. ССР, (серия истории, философии и права), 1967, №1, стр.59-66.




90


J.R.Walsh, р.453.




91


Bu barədə aşağıda danışılacaqdır.




92


Biz əsərin Q. Le-Strencin ingiliscə nəşrindən istifadə etmişik. Don Juan of Persia a Shi'ah Catholic, 1560-1604, transl. and ed edit. With introduction by G. Le Strange, London 1926 (bundan sonra – Oruc bəy.)




93


Oruc bəy, səh.191-193, 198-199, 203-205.




94


Yenə orada, səh.223.




95


Yenə orada, səh.45-46.




96


Oruc bəyin tərcümeyi-halı, onun səyahətləri və əsərinin təhlili barədə ətraflı məlumat üçün bax: О.А.Эфендиев. Дон Хуан Персидский или Орудж-бек Баят. Изв. АН Азерб. ССР (серия истории, философии и права), 1966, №2, стр.62-70. Oruc bəyin əsəri son illərdə rus dilində nəşr edilmişdir: Книга Орудж бека Байата – Дон Жуана Персидского. Пер. с англ., введение, комментарии и указатели Октая Эфендиева и Акифа Фарзалиева, Баку, 1988.




97


Early Voyages and Travels to Russia and Persia by Anthony Jenkinson and other Englishmen. Edit, by Delmar Morgan and C.H.Coote, vol. I-II. London, 1886; Английские путешественники в Московском государстве в XVI в. Перев. с англ. Ю.В.Готье, Л., 1937; Путешествия венецианцев; G.B.Vechietti. A. Report on the conditions of Persia in the year 1586 (in Italian) published by H.F.Brown. English Historical Review, 1892.




98


Аракел Даврижеци. Книга историй. Пер. с арм. предисл. и коммент. Л.А.Ханларян. М., 1973, стр.464-475.




99


Histoire de la Georgie, trad, par M.Brosset, II partie, I livrasion. SPb., 1856; Materiaux pour servir a l’histoire de la Georgie, par M.Brosset Mdmoires de l’Academie Imperiale des Sciences, VI serie. Sciences polit. etc., t. V, SPb., 1841.




100


Персидские документы Матенадарана. Указы, т. I, вып.I (XV-XVI вв.). Сост. А.Д.Папазян. Ереван, 1956; т. I, вып. II (1601-1650), Ереван, 1959; Персидские исторические документы в книгохранилищах Грузии, кн. 1, вып. 1, изд. В.С.Путуридзе. Тбилиси, 1961; кн. 1, вып. 2, Тбилиси, 1962; T.M.Musovi. Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965; yenə onun: Bakı tarixinə dair orta əsr sənədləri. Bakı, 1967; yenə onun: Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977.




101


V.Minorsky. A Soyurghal of Qasim b. Jahangir Aq-Qoyunlu (903/1498). BSOS, vol. IX, p.4, London, 1939; Zwei Erlasse Shah Tahmasps I. Von Heribert Horst. ZDMG. Bd. 110, Ht. 2, 1961; H.Horst. Ein Immunitatsdiplom Schah Muhammad Hudabandas vom Jahr 989/1581. ZDMG. Bd. 105, Ht. 2, 1955; J.Aubin. Archives persanes commentees-2. Note preliminaire sur les archives du Tchima-rud. Teheran, 1955; H.Busse. Untersuchungen zum islamischen Kanzleiwesen (An Hand turkmenischer und safawidischer Urkunden). Kairo, 1959; B.G.Martin. Seven Safavid Documents from Azerbaijan. Documents from islamic Chanceries. First series. London, 1965.




102


Şah İsmayıl Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1347; Şah Təhmasib Səfəvi. Əsnad və mükatibat-i tarixi həmrah ba yaddaştha-i təfsili, be-ehtemam-i doktor Əbdülhüseyn Nəvai. Tehran, 1350.




103


И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв.




104


Б.Н.Заходер. История восточного средневековья. Халифат и Ближний Восток. М., 1944; Н.Фильрозе. К вопросу о формах земельной собственности в государстве Сефевидов. Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951.




105


А.А.Ализаде. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв., Баку, 1956; И.П.Петрушевский. Земледелие и аграрные отношения в Иране в XIII-XIV веках. M.-JL, 1960.




106


К.З.Ашрафян. Падение державы Сефевидов (1502-1722). Очерки по новой истории стран Средного Востока. Изд. МГУ, 1951; С.Б.Ашурбейли. Очерк истории средневекового Баку. Бжу, 1964; А.П.Новосельцев. Города Азербайджана и восточной Армении в XVII-XVIII вв. “История СССР”, 1959, №1; М.Х.Гейдаров. Ремесленное производство в городах Азербайджана в XVII в., Баку, 1967; К.К.Куция. Из истории социальных движений в городах Сефевидского государства (движение нуктавиев). “Народы Азии и Африки”, 1966, №2.




107


“Təzkirət əl-mülük” nəşrinə V.F.Minorskinin yazdığı giriş və geniş şərhlər nəzərdə tutulur: Tadhkirat al-muluk. A Manual of Safavid Administration. Transl. and exp. by V.Minorsky, G.M., vol. XVI, London, 1943.




108


A.Lambton. Landlord and Peasant in Persia. London, 1953.




109


Tağı Bəhrami. Tarix-i keşaverzi-i İran, Tehran, 1330.




110


И.П.Петрушевский. Государства Азербайджана в XV в., ССИА, вып. 1, Баку, 1949; yenə onun: Азербайджан в XVI-XVII вв., ССИА, вып. 1; yenə onun: Восстание ремесленников и городской бедноты в Тебризе в 1571-1573 гг., ССИА, вып. I; yenə onun: Ислам в Иране в VII-XV вв., ЛГУ, 1966.




111


Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в. Крат, сообщ. ИВАН СССР, т. IV, 1952; yenə onun: Шиизм и его социальное лицо в Иране на рубеже XV-XVI вв., Памяти акад. И.Ю.Крачковского. ЛГУ, 1958.




112


Ə.N.Quliyev. Azərbaycan XVI əsrdə. “Azərbaycan tarixi”, с. I, VIII fəsil. Bakı, 1958; Ə.N.Quliyev. Azərbaycan-Rusiya münasibətləri tarixindən. Bakı, 1958.




113


C.İbrahimov. Səfəvilərin Ərdəbil hakimiyyəti tarixinə dair. Bakı, 1958.




114


Э.М.Шахмалиев. К вопросу о дипломатических отношениях первых Сефевидов с западными странами. Тр. АГУ, сер. истор., вып. 1. Баку, 1950; yenə onun: Дипломатические отношения Испании с Сефевидским государством во второй половине XVI в. “Уч. зап. АГУ”, 1955, №7; И.П.Петров. Данные источников о составе воинских контингентов шаха Исмаила I. “Народы Азии и Африки”, 1964, №3; А.П.Новосельцев. Русско-иранские политические отношения во второй половине XVI в., Международные связи России до XVII в. М., 1962; А.Н.Гусейнов. Азербайджанско-русские отношения в XV-XVII вв. Баку, 1963; B.Əhmədov. 1579-1581 -ci illər ekspedisiyası və İngiltərə-Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri. ADU-nun elmi əsərləri, tarix və fəlsəfə seriyası, 1967, №3.




115


Е.А.Пахомов. Монетные находки Азерб.ССР в 1924 г.: “Изв. Азерб. археолог, ком-та”, вып. 1. Баку, 1925; yenə onun: Чайкендский клад 1935 г. Баку, 1941; Ə.Ələsgərzadə. Ağbil türbələrinin kitabələri. “Azərb. SSR EA məruzələri”, №10; M.X.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. Bakı, 1959; Rahnema-i asar-i tarix-i Azərbaycan-i şərqi, gərdavərənde İsmayıl Dibac, Təbriz, 1334; А.В.Рагимов. О Бакинском кладе XV-XVI вв., “ДАН Азерб.ССР”, т. V, 1949, №1; yenə onun: Бакинский клад (находка 1948 г.). Материальная культура Азербайджана, вып. III. Баку, 1953; А.М.Раджабли. Атеркский клад. “ДАН Азерб. ССР”, т. XVII, 1961, №6 və Ь.




116


G.Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939.




117


W.Hinz. Schah Esmail II. Berlin, 1933; H.R.Roemer. Der Niedergang Irans nach dem Tode Ismail’s des Grausamen, 1577-1581. Wurzburg- Aumuhle, 1939.




118


V.Minorsky. The Supporters of the Lords of the Ardabil “Tadhkirat al-muluk” kitabında; Shaykh Bali-efendi on Safavids. BSOAS, vol. XX, London, 1957.




119


J.Aubin. Etudes Safavides. I Shah Ismail et les notables de l’lraq persan. “Journal of Economic and Social History of the Orient”, Leiden, 1959, vol. 2, p.l; R.M.Savory. The Principal Offices of the Safawid State during the Reign of Ismail I. BSOAS, vol. XXIII, p.l, 1960; The principal Offices of the Safawid State during the Reign of Tahmasip I. BSOAS, vol. XXIV, p.l, 1961; Some Notes on the Provincial Administration of the Early Safawid Empire. BSOAS, vol. XXVII, p.l, 1964; The Consolidation of Safavid Power in Persia. Der Islam. Bd. 41, Berlin, 1965; Klaus-Michael Rohrbom. Provinzen und Zentralgewalt Persiens im 16 ind 17 Jahrhundert. Berlin, 1966.




120


F.Sümer. Safevi Devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolü. Ankara, 1976; Azerbaycanın türkleşmesi tarihine ümumi bir bakiş. Türk Tarih Kurumu. Belleten, cilt XXI, sayi 83, Ankara, 1957; B.Kütükoğlu. Osmanlı-İran siyasi münasebetleri. I. 1578-1590, İstanbul, 1962.




121


Əhməd Kəsrəvi Təbrizi. Şeyx Səfi və təbareş. Tehran, 1324; Nəsrulla Fəlsəfi. Cəng-i Çaldıran. Məcəlle-i daneşkədə-i ədəbiyyat, şumare-i 2, sal-i əvvəl, Tehran, 1332; yenə onun: Zindəgani-i Şah Abbas-i əvvəl, cild-i əvvəl. Müqəddəmat-i səltənət-i u əz vəladət ta padşahi. Tehran, 1334 (bundan sonra – N.Fəlsəfi, с.1).




122


Əhməd Tacbəxş. İran dər zaman-i Səfəviyyə Təbriz, 1340; Rəhimzade-i Səfəvi. Şərh-i cəngha və tarix-i zindəgani-i Şah İsmail-i Səfəvi. Tehran, 1341; Nizaməddin Mücir Şeybani. Təşkil-i şahənşahi-i Səfəviyyə. Ehya-i vəhdət-i milli. Tehran, 1346.




123


Bastani Parizi. Siyasət və iqtisad-i əsr-i Səfəvi. Tehran, 1348.




124


В.В.Бартольд. Место прикаспийских областей в истории мусульманского мира. Соч., т. И, ч. I, М., 1963, стр.748; yenə onun: Халиф и Султан. Соч., т. VI, М., 1966, стр.54; А.Е.Крымский. История Персии, ее литературы и дервишской теософии, т. III. М., 1914-1917, стр.148.




125


История Азербайджана (краткий очерк). Изд-во Аз. ФАН. Баку, 1941.




126


История Азербайджана. Баку, 1946.




127


İ.A.Hüseynov. İsmayıl Səfəvi. Bakı, 1943.




128


Н.Д.Миклухо-Маклай. К истории политических взаимоотношений Ирана со Средней Азией в XVI в., стр.16.




129


Б.Н.Заходер. Государство Сефевидов в кн.: “Всемирная история”, т. IV (гл. XXII). М„ 1959, стр.558.




130


История СССР, т. II. М., 1966, стр.542.




131


N.Fəlsəfi, с. I, səh.“he”, “ze”, “ye”.




132


Yenə orada, səh. 169.



Oqtay Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti» kitabı Osman-lıların «Möhtəşəm yüz il» adlandırdıqları XVI əsri (1500-1600-cü illəri) əhatə edir. Müəllif xronoloji qaydada addımbaaddım tarixi hadisələri təqib edərək o zamanın tarixini indiki oxucu üçün asan dildə xarakterizə etməyə çalışıb. Kitabda I Şah İsmayıl Xətayinin yaratdığı Səfəvilər (Qızılbaşlar) dövlətinin zəfər və eniş illəri ardıcıl əks etdirilib. Kitab fəsillərə, başlıqlar və yarımbaşlıqlara bölündüyündən asan qavranır.

Müəllif həm fars həm də Avropa mənbələrindən məharətlə istifadə edərək Səfəvilər (Azərbaycan) dövlətinin təşəkkülü, etnik, ictimai-siyasi quruluşu, idarəetmə sistemi, ordu quruculuğu və hətta vergi sistemi kimi məsələləri şərh etmiş, Səfəvilərin dünya tarixində rolunu açıb göstərmişdi.

Kitab tək tarixçilər deyil, həm də geniş oxucu kütləsi üçün faydalıdır.

Как скачать книгу - "Azərbaycan səfəvilər dövləti" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Azərbaycan səfəvilər dövləti" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Azərbaycan səfəvilər dövləti", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Azərbaycan səfəvilər dövləti»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Azərbaycan səfəvilər dövləti" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Səfəvi dövlətinin yaranması. Səfəvi-Osmanlı müharibəsinin l mərhələsi (1514-1555).

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *