Книга - Erməni mənəvi terroru

a
A

Erməni mənəvi terroru
Cəfər Qiyasi

Bozyel İbrahim


Azərbaycan davası böyük və müqəddəs davadır. Tez və ya gec – haqlı olduğumuzu, qürur və ləyaqətimizi bütün dünyaya sübut edəcəyik. Ancaq bu müqəddəs savaşı anlamaq, başqalarına anlatmaq və bu yolda usanmadan çalışmaq gərəkdir. Əlinizdəki kitab bu yöndə sizə əvəzsiz xidmət göstərəcək… Kitaba erməni qəsbkarlarının müxtəlif dövrlərdə dəyişdirdikləri 600-dək türk yer adlarının siyahısı əlavə olunub.





Cəfər Qiyasi, İbrahim Bozyel

Erməni mənəvi terro ru. Adlar dəyişsə də, tarix qalır



İğdır Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyi








Kitab Klubu

www.kitabklubu.org




Erməni mənəvi terro ru. Adlar dəyişsə də, tarix qalır





ÖN SÖZ


Millətləri yaşadan ən önəmli ünsürün mədəniyyət olduğu məlum bir gerçəklikdir. Öz mədəni dəyərlərinə sahib çıxmayan millətlərin aqibətinin peşmançılıq olduğu tarix səhifələrindən bəllidir. Bir yazarın dediyi kimi: "Biz keçmişimizə güllə atsaq, gələcək nəsillər bizi topa tutar”. Bu baxımdan ləyaqətlə yaşamaq istəyiriksə, keçmişdən gələcəyə körpü salan mədəni irsimizi qorumağa, yaşatmağa və araşdırmağa məcburuq.

XX əsri addım-addım arxada qoyduğumuz bir zamanda terrorun hələ gündəmdə olması, təəssüf ki, acı bir gerçəklikdir. Məsum və günahsız insanların terrorun qurbanına çevrilməsini böyük acıyla seyr etməkdəyik… Ancaq bunlardan daha təhlükəli və bağışlanmaz olanı mənəvi terrordur. Bəzi millətlər düşmən saydıqları xalqların əsrlərlə yaradıb-yaşatdıqları mənəvi dəyərləri yandırıb-dağıdaraq, silib-dəyişdirərək şərəfli bir iş gördüklərini zənn edirlər. Başqa millətlərin mədəni abidələrini dağıtmaqla özlərinin nə qədər “mədəni” millət olduqlarını sübut etməyə çalışanları hər halda tarix bağışlamayacaq.

Dəyərli oxuyucular! Əlinizdəki bu kitab “mənəvi terror nədir" sualına cavab verən, dünya ictimai fikrinə ünvanlanacaq bir ibrət dərsidir. Soyqırımı iddiasında bulunan və sırtıqcasına dünyanı yayındırmağa çalışan erməni təbliğatçılarının Azərbaycan türklərinə qarşı necə mənəvi genosid törətdiklərini ibrət və dəhşətlə oxuyacaqsınız. Kitabı oxuduqca milli və mənəvi dəyərlərin həkk olunduğu maddi sənət əsərlərini tamamilə ortadan qaldıran erməni qəsbkarlarının türkcə yer adlarına ifrat dərəcədə dözümsüzlüyünü gördükcə vicdanınız sızlayacaq. Görəsən, burada sadəcə üzülmək və təəssüflənmək yetərlidirmi? “Bizim əlimizdən nə gələr” deyənlər mənəvi genosid törədən ermənilərin xəmirinə su tökmüş olmayacaqlarmı? Bəs nə etməli?..

Bütün dünyaya, əsasən də, mədəni abidələrin qorunması və mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara yorulub-usanmadan gerçəkləri anlatmalıyıq. Öz yalanlarını dünya ictimai fikrinə gerçəklik kimi sırıyan ermənilərin tərəfdarlarına qarşı haqqımızı sonadək anlatmağa məcbur və məhkumuq. Başqa çarəmiz yoxdur. Bu vəzifə təkcə Azərbaycanın deyil, Azərbaycan türklərinin haqlı və şərəfli davasına inanan xaricdəki qurum və təşkilatların da bir nömrəli vəzifəsidir.

Azərbaycan davası böyük və müqəddəs davadır. Müstəqilliyə təzəcə qovuşmuş bir dövlət olmağımıza baxmayaraq, tarix səhnəsinə yeni çıxmış bir millət deyilik. Əsrlərdən gəlir səsimiz. Tez və ya gec – haqlı olduğumuzu, qürurumuzu və ləyaqətimizi bütün dünyaya sübut edəcəyik. Buna zərrəcə şübhə yoxdur. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu müqəddəs savaşı anlamaq, başqalarına anlatmaq və bu yolda usanmadan çalışmaq gərəkdir.

Bu düşüncələrin işığında məşhur memar-yazar Cəfər Qiyasi ilə İğdır Azərbaycan Türk Kültürünü Tanıtma Dərnəyinin başqanı, tədqiqatçı-yazar (mərhum) İbrahim Bozyelin müştərək hazırladıqları bu gözəl və dəyərli əsəri diqqətinizə çatdırmaqdan məmnunluq duyuruq.

Ayrıca təşəkkürlərimizi kitabın işıq üzü görməsində əvəzsiz yardımına görə “BAĞLAN” şirkətlər qrupunun prezidenti Hafiz Məcid oğlu Məmmədova çatdırırıq!



Redaktordan




AZƏRBYCAN-TÜRK MƏDƏNI IRSINƏ QARŞI YÖNƏLƏN ERMƏNI TERRORU


1930-cu illərdə türkçülük, turançılıq suçlamasıyla Sibirə sürgün edilən böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin ikicə misrası təkcə sistem pozuqluğu olan cəmiyyəti deyil, böyük arzularla yaşayan fərd və millətlərin çıxılmaz vəziyyətini də məharətlə ifadə edir:

Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.

Böyüklük xülyasında olan zəif bir şəxsiyyət əlinə imkan düşərsə, çevrəsindəki insanlar üçün necə təhlükəlidirsə, böyüklük, əzəmət iddiasında olan kiçik bir xalq da eləcə qonşuları üçün daim problem qaynağı olur. Azərbaycan türkləri erməni örnəyində zaman-zaman belə gerçəkliklə qarşılaşsa da, başına gələn fəlakətlərdən dərs alaraq lazım olan tədbirləri görməyib.

Ermənilərin təbiətində olan davakarlıq və qəddarlıq onların tarixi taleyindən irəli gəlir. Tarix boyu böyük dövlətlərin hökmranlığı altında yaşayan, heç bir zaman müstəqil dövləti olmayan ermənilər ağalarını tez-tez dəyişən kölələr kimi qul durumunda ömür sürüblər. Roma, İran, Bizans, Ərəb, Türk, Rus… Tarix səhnəsinə yeni ağa çıxdıqda ermənilər həmişə əski ağalarına qarşı üsyan ediblər. Rus tədqiqatçısı Veliçkonun sözlərinə görə, ermənilər ağalarını sistemli olaraq satmışlar.[1 - V.L. Veliçko, “Qafqaz”, Bakı, 1990, s. 75 (rusca)] Beləcə əbədi olaraq köləlik duyğusu bu millətdə insansevərlik, alicənablıq hisslərinin yaranmasına imkan verməyib. Köləlik duyğusu erməni xarakterində qısqanclıq, ikiüzlülük, böyüklüyə və əzəmətə aclıq kimi neqativ keyfiyyətlər meydana gətirib.

Ac xəyallarında “Böyük Ermənistan” mifini yaradan, ancaq gerçəkləşdirməyə gücü yetməyən, böyüklük yükünün altına girmiş bu kiçik xalq özünü içindən çıxılmaz bir hala salmışdır. Kölə xülyasından törəmiş böyüklük, qədimlik iddialarını elmi təməllərə dayandırmaq, uydurduqları böyük yalanları maskalamaq və qədim dövr tarixini öz xeyirlərinə dəyişdirmək üçün Yaxın Şərq xalqlarının maddi və mənəvi mirasını acgözlüklə mənimsəyiblər. Son yüz ildə erməni mütəxəssisləri və rus siyasətçiləri uydurduqları “Böyük Ermənistan” xəritəsinə tarixi-elmi don geydirmək üçün total səfərbərlik elan ediblər. Sadəcə siyasətçiləri deyil, ziyalıları da zəiflik, qorxaqlıq və alçaqlıq nümunəsi olan terror yolunu tutublar, beləliklə, ermənilər tərəfindən bu xəyali xəritənin aid olduğu ərazidə yerləşən türk tarix və mədəni mirasına qarşı geniş miqyasda məhvetmə əməliyyatına start verilib. Bu torpaqlar Azərbaycanın tarixi torpaqları olduğundan ermənilərin həyata keçirdikləri terror əvvəldən Azərbaycan-türk mədəni-mənəvi mirasına qarşı yönəlib. Ermənilər türk mənəvi mirasına qarşı davalarını bir neçə yöndə aparmaqdadırlar:

1) Aşkar mədəniyyət oğurluğu: başqa xalqların abidələrini erməni abidəsi kimi özününküləşdirmək;

2) Erməniləşdirmə: bəzi modifikasiyalarla qonşu xalqların abidələrinə əl qoymaq;

3) Ermənisayağı mənəvi terror: erməniləşdirə bilmədiklərini dağıdıb izini yox etmək…

Ermənilər mədəni oğurluğu ən çox musiqi sahəsində gerçəkləşdiriblər. Çox sayda Azərbaycan mahnı və oyun havasını, adını belə dəyişdirməyə gərək görmədən, özlərinə aid imiş kimi təqdim etməkdədirlər. “Sarı gəlin”, “Köçəri”, “Uzundərə”… Ayrıca seçilmiş türk yallıları (Anadolu və Naxçıvan yallıları), erməni folklor qruplarının repertuarında önəmli yer tutur.

Çağdaş erməni bəstəkarlarının – özəlliklə A. Xaçaturyanın yazdıqları opera və balet əsərlərində Azərbaycan xalq musiqisindən çox geniş şəkildə istifadə olunub. Ermənilər Şərqdə çox yaxşı bilinən və tanınan Azərbaycan muğamlarına da sahib olmaqdan çəkinməyiblər. Adlarından da anlaşıldığı kimi, türklərə aid olduğu hesab edilən musiqi alətlərinə də sahib çıxmaqdadırlar. Ney, zurna, kaman, tar…

Bu durum bir yandan erməni xarakterində olan oğurluğu, digər yandan orta əsrlərdə türk hakimiyyəti altında erməni musiqisinin üstün türk musiqi mədəniyyəti qarşısında davam gətirə bilməməsi üzündən öz-özlüyündə unudulmasının nəticəsidir…

Dekorativ əl sənətlərində, özəlliklə türklərə aid olan xalçaçılıq sənətində erməni təxribatı çox böyükdür. Xalçaçılıq ayrıca araşdırma sahəsi olmaqla bərabər qeyd edilməlidir ki, işğal altındakı Azərbaycan kəndlərində toxunmuş türk xalılarının oğurlanaraq Ermənistana aparılması və Yerevandakı Xalça muzeyində erməni əl sənəti kimi sərgilənməsi ermənilərə başucalığı gətirmir.

İndi də türk nağılları, atalar sözləri, bayatı və dastanlarının adları dəyişdirilməklə erməni folklorunun yaradılmasına başlanılıb. Ünlü “Koroğlu” dastanımızın ermənicə tərcüməsi artıq orijinal bir əsər kimi təqdim edilir. Ən acınacaqlısı isə odur ki, ermənilərin illərdir sürdürdüyü açıq-aşkar və həyasızcasına oğurluq hallarına qarşı Azərbaycanda heç bir zaman mübarizə aparmaq ehtiyacı duyulmayıb.

Mədəni irsimizə daxil olan tarixi memarlıq və arxeoloji abidələr erməni mənəvi terroru proqramında daha önəmli yer tutmaqdadır. Çünki bu abidələr yerləşdikləri ərazinin kimlik və mülki tarixi sənədləridir. Ermənilər qonşu ərazilərə hər zaman acgözlüklə baxdıqları üçün “Böyük Ermənistan”





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68336842) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes


Примечания





1


V.L. Veliçko, “Qafqaz”, Bakı, 1990, s. 75 (rusca)



Azərbaycan davası böyük və müqəddəs davadır. Tez və ya gec – haqlı olduğumuzu, qürur və ləyaqətimizi bütün dünyaya sübut edəcəyik. Ancaq bu müqəddəs savaşı anlamaq, başqalarına anlatmaq və bu yolda usanmadan çalışmaq gərəkdir. Əlinizdəki kitab bu yöndə sizə əvəzsiz xidmət göstərəcək… Kitaba erməni qəsbkarlarının müxtəlif dövrlərdə dəyişdirdikləri 600-dək türk yer adlarının siyahısı əlavə olunub.

Как скачать книгу - "Erməni mənəvi terroru" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Erməni mənəvi terroru" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Erməni mənəvi terroru", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Erməni mənəvi terroru»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Erməni mənəvi terroru" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Ermənistanın Azərbaycan Ordusunu içəridən “partlatmaq” gedişi – Zakir Həsənova qarşı mənəvi terrorun

Книги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *