Книга - Qum fırtınası

a
A

Qum fırtınası
Ceyms Rollins


Bəşəriyyət tarixin ən qorxunc fırtınasıyla bacara biləcəkmi?

Əsrarəngiz partlayış, Londonda muzeydə qorunan köhnə əsərlərdən birini yox edir və bütün dünyadakı gizli təşkilatlarda təhlükə zəngləri çalınmağa başlayır. Cavab tapmaq üçün başlayan axtarış ledi Kara Kensinqtonu, qalereyanın gözəl və ağıllı kuratoru olan Səfiyə əl-Məazı və bələdçiləri Omaha Dunnu var olduğunu xəyal belə etmədikləri bir dünyaya aparır: Ərəb səhrasının altında qalan itkin bir şəhər var. Ancaq qaranlıq və pis məqsədləri olan başqaları da burada öz məqsədləri üçün çalışır. Ərəb yarımadasının vəhşi ürəyinə, ölümə meydan oxuyan səfərdəki təhlükələrin öhdəsindən gəlməyi bacarmalıdırlar. Bu ölümcül kabusla qarşılaşmadan öncə həll edilməlidir… Bir utopiya yarada biləcək qədər ölümsüz və möhtəşəm bir güc, və ya bəşəriyyətin min illərdir qurduğu hər şeyi yox edə biləcək qədər ölümcül bir silah…






Ceyms Rollins































QUM FIRTINASI

roman





























ABŞ MÜDAFİƏ NAZİRLİYİ



Müdafiə təyinatlı Elmi-tədqiqat İşlərinin Perspektivli Planlaşdırılması İdarəsi (DARPA)



İş № Alfa – 42- PKR

“SİQMA” dəstəsi









Birinci hissə



Tufan



1



Od və yağış



14 noyabr, Qrinviç vaxtı ilə saat 01:33

Britaniya muzeyi      

London, İngiltərə



On üç dəqiqədən sonra Harri Mastersonu ölüm gözləyirdi.

Harri bu barədə bir şey bilsəydi, o, həyatındakı son siqareti filtirinə qədər çəkərdi. Bununla belə o, tələsik aldığı üç qullabdan sonra siqareti söndürüb, tüstünü tələsik üzündən qovdu. Əgər onu istirahət otağından kənarda siqaret çəkəndə tutsalar, ilk növbədə muzeyin mühafizə xidmətinin rəisi, əclaf Flemminq onun dərsini verəcək. Onsuz da bir həftə əvvəl növbətçiliyə iki saat gecikdiyinə görə Harriyə sınaq müddəti təyin etmişdilər.

Harri söyərək sönmüş siqareti cibinə qoydu. Növbəti fasilə zamanı onu çəkib qurtaracaqdı. Ümumiyyətlə, əgər bu gecə fasilə olacaqsa.

İldırım gurultusu hətta qalın kərpiclərdən hörülmüş divarların arasından da eşidilirdi. Qış tufanı gecəyarıdan çox keçməmiş öz ardınca Londonu yuyub Temzaya tökə biləcək qədər güclü sel gətirən şiddətli doludan sonra başladı. Şimşəklər çoxdişli yaba kimi səmanı başdan başa zolaq-zolaq doğrayırdı. BBC-də hava haqqında danışan diktorunun dediyinə inansaq, bu günkü tufan son onillikdə baş verənlərin içində ən dəhşətlisi idi. Atmosfer elektrikinin pozğunluğu şəhərin yarısını işıqsız qoymuşdu.

Tale elə gətirdi ki, zülmət Londonun “Big Russel Street” ra-yonunu bürümüşdü və həmin vaxt orada Harri Mastersonun növbətçilik etdiyi Britaniya muzeyi yerləşirdi. Qəzalı işıqlanmanı təmin edən ehtiyat generatorlarının dərhal işə düşməsinə bax-mayaraq, muzeydəki sərvətlərin qorunması üçün mühafizə xidmətinin bütün əməkdaşları çağırılmışdı. Onlar hadisə yerinə yaxın yarım saat ərzində gəlib çıxacaqdılar. Nəzarət sisteminin kameralarının fəaliyyət göstərməyə davam etməsinə baxmayaraq, Flemminq bütün gecə növbətçilərinə iki mil yarım uzunluğu olan muzeyin dəhlizlərində patrul növbəsində olmağı əmr etdi. Bunun üçün mühafizəçilər bölünməli oldular.

Harri fənər götürərək, onun işığını dəhlizin dərinliyinə yönəltdi. Onun yarıqaranlıq vaxtlarda gecə yoxlamalarından zəhləsi gedirdi. Belə vaxtlarda küçə fənərlərindən gələn işıq yalnız pəncərələrdən daxil olur. İndi isə elektrik kəsildiyinə görə, həmin işıqlar sönmüşdü. Muzeyə ağır qaranlıq çökmüşdü. Yalnız bəzi yerlərdə qəzalı işıqlandırmanın qırmızımtıl rəngə çalan tutqun lampaları titrək parıltı verirdi.

Əsəblərini sakitləşdirmək üçün, Harrinin orqanizminə əməlli-başlı nikotin dozası yeritməsi tələb olunurdu. Belə ki, o, uzun müddət sərinlənə bilməmişdi. Onu iş gözləyirdi. Gecə növbəsinin iyerarxiyasında aşağı dərəcəni tutan Harri şimal cinahın zallarına baş çəkmək üçün göstəriş almışdı. Muzeyin bu hissəsi mühafizə xidməti otağının yerləşdiyi zirzəmidən xeyli uzaqda yerləşirdi. Ancaq bu, o demək deyildi ki, yolu qısaltmaq olmazdı. Harri qaranlığa qərq olan uzun dəhlizə arxa çevirərək, şahzadə İkinci Yelizavetanın böyük həyətinə aparan qapıya yaxınlaşdı.

İki akr sahəsi olan bu məkanı Britaniya muzeyinin dörd cinahı əhatə edirdi. Düz mərkəzdə misdən böyük gümbəzi olan və dünyanın ən yaxşı kitabxanalarından biri sayılan dairəvi oxu zalı ucalırdı. Böyük hündürlükdə hər iki akr Norman Fosterin konstruksiyası ilə hazırlanmış nəhəng qübbə ilə örtülmüşdü ki, bu da Avropada ən böyük qapalı meydan sayılırdı.

Harri qapını açaraq həyətin içinə girdi. Burada da muzeyin binalarında olduğu kimi, qaranlıq hökm sürürdü. Haradasa yuxarılarda şüşə örtükləri yağış döyəcləyirdi. Bununla belə, Harrinin addımları boşluqda gurultulu əsk-səda ilə yayılırdı. İldırım nizələri yenə də səmanı dağıdırdı. Gözqamaşdırıcı bir anda minlərlə üçbucaq formalı panellərə bölünmüş şüşəli dam nura boyandı. Və dərhal muzey yenə yağış zərbələri ilə dolaraq qaranlığa qərq oldu.

Şimşəyin ardınca göy gurultusu yayıldı. Hətta dam da titrədi. Harri binanın bütövlükdə aşağı çökməsindən qorxaraq, qeyri-iradi geriyə çəkildi. Öz önünü fənərlə işıqandıraraq şimal cinaha doğru yönələrək həyətdən keçib kitabxananı dolandı. Bir daha ürəkləri titrədən şimşək çaxdı. İndiyə qədər qaranlıqda gizlənmiş nəhəng heykəllər sanki qeybdən peyda oldular. “Knidos şiri” Pasxa adasından gətirilmiş heykəllərin nəhəng kəllələrinin yanında çöməlib oturmuşdu. Bu anda ildırım zəiflədi və zülmət muzeyin bu dilsiz-ağızsız mühafizəçilərini sanki canına çəkdi.

Harrinin bədənindən üşütmə keçdi. O, dodaqaltı söyə-söyə addımlarını sürətləndirdi: “Lənətə gələsən! Murdar, üfunətli, çirkli iş!”. Bu ovsun onun sakitləşməsi üçün kömək etdi.

Harri cəld şimal cinahın qapısına çatıb tələsik içəridə gizləndi. Orada onu rütubətlə ammiakın tanış, qarışıq qoxusu qarşıladı. O, yenidən öz ətrafında möhkəm divarları hiss edərək yüngülləşdi. Uzun dəhlizi başdan başa işıqlandırdı. Deyəsən, hər şey qaydasındadır, amma buna baxmayaraq, cinahın digər qalereyalarını da yoxlamaq lazımdır. O, hesabladı: Əgər işləri cəldləşdirib, yoxlamanı tez bitirə bilsə, siqaret çəkməyə də macal tapmaq olar. Harri bu ümidə şirniklənib fənərin şüalarının ardınca dəhlizə tərəf yönəldi.

Şimal cinah muzeyin ikiyüz illik yubiley sərgisinin olduğu yerə keçirilmişdi. Ekspozisiya ötən əsrlərdə insan nailiyyətinin təsvirini əks etdirən etnoqrafik topludan ibarət idi və bütün mədəniyyətləri əhatə edirdi. Harri hər biri özünəməxsus üslubda tərtib edilmiş – Kelt, Bizans, Çin, Rus zallarının yanından ötərək tələsik irəli hərəkət edirdi. Sərgi bölmələrinə olan girişlər qoruyucu barmaqlıqlarla təchiz edilmişdi. Elektrik kəsilən kimi, onlar avtomatik şəkildə aşağı enirdi.

Qarşıda dəhlizin qurtaracağı görünürdü.

Yubiley ekspozisiyası üçün eksponatların böyük əksəriyyəti bəşəriyyət muzeyindən götürülmüşdü. Sonuncu qalereya ən azından Harrinin xatirəsi üçün həmişə şimal cinahda yerləşirdi. Orada bütün Ərəbistan yarımadasının qədimdən qalan ən dəyərli Ərəb kolleksiyasının külliyatı yerləşdirilmişdi. Qalereya bu regiondakı neft hasilatı nəticəsində varlanmış bir ailənin vəsaiti hesabına yaradılmışdı. Şaiyələrə görə, qalereyanın Britaniya muzeyinin tərkibində saxlanmasının illik haqqı beş milyon funt civarında idi. Belə fədakarlıq yalnız hörmətlə qarşılana bilərdi.

Yaxud da tam əksinə.

Harri bu qədər mənasız israfçılığa həqarətlə donquldanaraq, fənərin işığını qapının üstündəki “Kensinqton qalereyası” yazısı həkk edilmiş tunc lövhəciyə saldı. Muzey işçiləri öz aralarında oranı “ləçər çardağı” adlandırırdılar.

Harri indiyə qədər bir dəfə də olsun ledi Kensinqtonla şəxsən görüşməmişdi, amma öz mühafizəçi yoldaşlarından eşitmişdi ki, şkaflarda olan toz, yazılı löhvədəki ləkələr, qədim heykəllərin yerinin dəyişməsi və eksponatlara qulluq zamanı baş verə biləcək istənilən kiçik xətaya görə ən sərt cəza tədbiri görülürdü. Bu qalereya ledi Kensinqtona sevimli övladı kimi idi və bu dəlisov mesenant qadının qəzəbi hüdudsuz idi . O, muzeyə baş çəkdikdən sonra əməkdaşlardan kiminsə öz iş yerindən məhrum olması halları az olmamışdı. Hətta deyilənlərə görə, bir dəfə şəxsən direktorun özünün də başı ağrımışdı.

Məhz bu düşüncələr Harrini qalereyanın girişini bağlayan barmaqlıqların qarşısında bir müddət yubanmağa məcbur edirdi. O, fənərin işığını birinci zala salıb alaqaranlıq məkana adi vaxtda olduğundan daha diqqətlə baxdı. Ancaq, yenə də hər şey tam qaydasında idi.

Ancaq Harri geri çevriləndə hansısa bir hərəkət onun diqqətini çəkdi. O, duruxmuş vəziyyətdə yenə də işığı qapıya tərəf saldı. Kensinqton qalereyasının dərinliyində ən sonuncu zalların birində bir işıq şüası titrək kölgə yaradaraq, yavaşca yerini dəyişməyə başladı.

Harri ürəyinin necə çırpındığını hiss etdi. Muzeyə kənar adam girmişdi. Harri divara söykənib əsən əlləri ilə ratsiyanı qurdalamağa başladı. Divarların arasından göy gurultusunun alçaq və gur səsləri eşidilirdi.

Harri ratsiyanı işə saldı.

– Deyəsən, şimal cinahda kənar adam var. Xahiş edirəm, məsləhət verin, mən neyləyim?

O, növbə başçısının cavabını gözlədi. Cin Conson səfeh olsa da, Krallığın hərbi hava qüvvələrində qulluq etdiyinə görə, bu işdən baş çıxaracaq. Burada şiddətli tufanın yaratdığı elektrik fasilələri Consonun sözlərinin çoxunu yarıda kəsirdi.

– …Ehtimal… sən əminsən?.. gözlə… barmaqlıq bağlıdır?

Harri aşağı endirilmiş mühafizə barmaqlığına tərəf çevrildi. O, sözsüz ki, ilk növbədə bunun qaydada olub-olmadığını yoxlamalı idi. Ümumi dəhlizdən hər bir qalereyaya yalnız bir giriş vardı. Bağlı otaqlara başqa yolla yalnız pəncərələrdən girmək olardı, ancaq, onlar yerdən çox hündürdə idilər və onların açılmasına və sındırılmasına reaksiya verən ötürücülərlə təchiz edilmişlər. Tufana görə, elektrikin kəsilməsinə baxmayaraq, ehtiyat generatorları siqnalizasiya sistemini qidalandırmağa davam edirdi. Mərkəzi məntəqədə isə mühafizə xidməti heç bir həyəcan siqnalı qəbul etməmişdi.

Harri Consonun şimal cinahdan Kensinqton qalereyasına kimi keçən müşahidə videokameralarını ardıcıl olaraq monitora qoşduğunu aydın şəkildə təsəvvür edirdi. O, beş zaldan anfiladaya göz gəzdirməyə risk etdi. İşıq ləkəsi hələ də qalereyanın dərinliyində qalırdı. Onun yerdəyişməsi bir soyğunçunun məqsədli şəkidə manevrindən daha çox, təsadüf nəticəsində yaranan hərəkətə oxşayırdı. Harri mühafizə barmaqlığını yoxladı. Elektrik qovşağında yaşıl lampa yanırdı. Kənar adam bu tərəfdən qalereyaya girə bilməzdi.

Harri yenə də bu işıltıya diqqət yetirdi. Bəkə bu hansısa maşın fənərinin küçədən gələn işığıdır?

O, ratsiyadan Consonun qəflətən eşidilib sonra kəsilən səsini eşidib diksindi.

– Müşahidə videokameraları heç nə göstərmir… Beşinci kamera sıradan çıxıb. Yerində qal… biz sənin yanına gəlirik.

Tufan dalğaları qarışdırmışdı, kəsik-kəsik sözlər də eşidilməz oldu.

Harri qətiyyətsiz halda barmaqlıqların qarşısında donub qaldı. Gücləndirilmiş qüvvələr anbaan özünü bura yetirəcək. Bəlkə, bu heç soyğunçu deyil? Əgər hər şeyə bais fənər işıltısıdırsa?! Onun Flemminqlə münasibəti onsuz da yaxşı deyil. Bircə gülünc vəziyyətə düşməyi çatmırdı.

Harri itirəcək bir şeyin olmadığını qərara alıb fənəri qaldırdı.

– Ey, sən! – deyə qışqırdı.

Harri çağırışının zabitəli və qətiyyətli alınmasını istəsə də, əslində o, daha çox qorxunc bir fəryad kimi səsləndi.

İşıq ləkəsinin təsadüfi hərəkətlərində heç bir dəyişiklik baş vermədi. Deyəsən, işığın mənbəyi qalereyanın ən ucqar hissəsinə yönəlirdi. Ancaq, bu, vahimədən yaranan qaçışdan daha çox, asta və ahənglə icra olunan bir hərəkətə bənzəyirdi. Dünyada heç bir soyğunçu bu cür soyuqqanlılığa malik deyil.

Harri barmaqlığa yaxınlaşıb elektrik qovuşağını açdı. Maqnitli rizə açıldı. Harri barmaqlığı onun altından keçə biləcəyi qədər qaldıraraq, azacıq əyilib birinci zala düşdü. O, bir anlıq təşvişə qapılmamaq üçün, fənəri qaldırıb qəddini düzəltdi. Hər halda əvvəlcə hər şeyi dəqiq aydınlaşdırıb sonra haray salmaq lazım idi. Hər halda olan olmuşdu. Çalışmaq lazım idi ki, bu müəmmalı hadisədən özün baş çıxarıb, birtəhər xilas olasan.

Harri hər ehtimala qarşı bir də ucadan qışqırdı:

– Mühafizə xidməti! Yerindən tərpənmə!

Onun cağırışı heç bir təsir göstərmədi. İşıq ləkəsi qalereyada öz nizamsız, amma inadkar hərəkətlərinə davam etdi.

Harri dəhlizdəki qapıya nəzər saldı: bəs bizimkilər hanı?

– Lənətə gələsən! – deyə donquldandı.

Harri hamı gələnə qədər işıq ləkəsinin nə olduğunu tam qətiyyətlə müəyyən etmək üçün onun izi ilə qalereyanın dərinliyinə doğru tələsdi.

O, nəzərlərini güclə şüşə vitrinlərə salaraq çox böyük dəyəri olan sərvətlərin yanından keçdi. Orada Assuriya hökmdarı Aşşurbanipalın gil lövhələri, fars istilalarına qədərki dövrə aid qumdaşından olan yöndəmsiz heykəllər, bütün dövrlərin müxtəlif silah və qılıncları, qədim hökmdarları əks etdirən fil dişindən olan finikiya fiqurları və hətta ilk adı “Şərq öyüdləri” olan “Min bir gecə” nağıllarının ilk çap nüsxəsi qorunurdu.

Harri zalların arası ilə sürətlə gedərək, bir sülalədən digərinə, Səlib yürüşlərindən İsanın mövluduna qədər, Makedoniyalı İsgəndərin qələbəsindən hökmdar Solomon və Savskiyə qədər keçdi.

Ən böyük zallardan biri sayılan ən sonuncu zala gəlib çatdı. Burada yəqin ki, ancaq naturalist-alimlər üçün maraq yarada biləcək eksponatlar – nadir daşlar, qədim heyvanların daşlaşmış qalıqları, Ərəbistan yarımadasından Neolit dövrünə aid olan əmək alətləri toplanmışdı.

Nəhayət ki, müəmmalı işığın mənbəyinini nə olduğu məlum oldu. Gümbəzlə örtülmüş zalın ortasında yarım metr diametri olan və mavi rəngli işıq saçan bir şar ahəstə halda havada üzürdü. İşıq titrək parıltı verirdi. Şarın üstü titrək mavi işartı ilə örtülmüş kimi görünürdü. Harrinin gözünün önündə şar şkafın şüşəli divarından havada oduğu kimi üzüb keçdi. Harri sarsılmış halda yerindəcə donub qaldı. Onun burnuna kəskin kükürd qoxusu dəydi.

Şar qəzalı işıqlandırmanın tutqun, qırmızımtıl lampalarından birinə yaxınlaşdı və lampa fışıldayıb qığılcım saçaraq çırtıltıyla söndü. Harri bu şiddətli səsdən diksinərək geriyə çəkildi. Deyəsən, bu cür aqibət bundan əvvəlki otaqda yerləşən beş nömrəli kameraya da nəsib olmuşdu. Harri arxasındakı kameraya baxdı. Onun üzərindəki qırmızı işıq yanırdı. Deməli, əvvəlki qaydada işləyir.

Conson Harrinin diqqətini sanki öz üzərində hiss edərək, yenidən əlaqəyə girdi. Hansısa səbəbə görə statik boşalmanın gurultusu yox oldu.

– Harri, bilirsən, oradan getsən yaxşıdır.

Harri qorxu və maraqdan tilsimlənərək yerində donub qaldı. Bununla yanaşı, naməlum obyekt ondan kənara keçib, zalın uzaq küncünə tərəf üzərək qaranlıqda gözdən itdi.

Şar öz parlaqlığı ilə şüşəli kuba salınmış formasız dəmir parçasına işıq saldı. Onun silueti diz üstə çökmüş buzova bənzəyirdi. Düzdür, lövhə bunun dəvə olduğunu bildirirdi. Bu cür müqayisə ən yaxşı halda uzana bilərdi, ancaq Harri bunun nə ilə izah olunduğunu bilirdi. Bu eksponat səhradan tapılmışdı.

Şar dəmir dəvənin üstündə dayandı. Harri ehtiyatla geri çəkilib ratsiyanı dodaqlarına yaxınlaşdırdı.

– İlahi!

Mavi rənglə işıqlanan şar dəvənin üstünə endi. Parlaqlıq göz qırparaq sanki yanıb qurtaran şam işığı kimi söndü. Ani olaraq qəflətən çökən zülmətdən Harrinin gözlərinə qaranlıq çökdü. O, tələsik fənəri qaldırdı. Dəmir dəvə heç nə olmamış kimi şüşə kubun içində yox oldu.

– O, yox oldu…

– Səndə hər şey qaydasındadır?

– Hə. Lənət şeytana, bu nə idi?

Consonun səsində bir həyəcan var idi.

– Məncə, bu lənətə gəlmiş ildırım şarıdır. Mən bu barədə ildırımlı buludların arasından keçməyə məcbur olan döyüş təyyarələrinin ekipaj üzvlərindən eşitmişəm. Ola bilsin ki, bu, tufandan əmələ gəlib. Ancaq, lənət şeytana, gözəllik müdhiş idi.

Harri başını yellədərək bütün bunların bitdiyini düşündü. Ancaq, bunun nə olmasından asılı olmayaraq, o, mühafizəçi yoldaşlarının qarşısında gülünc vəziyyətə düşməkdən xilas olacaq. Harri fənəri aşağı saldı. Buna baxmayaraq, hətta bundan sonra da şüa öz yerini dəyişsə belə, dəmir dəvə qaranlıqda təravətli sarımtıl-boz rəngdə işıq saçmaqda davam edirdi.

– Bəs bu nə qəribə şeydi belə? – Harri ratsiyanı qapıb donquldandı.

Onun barmaqlarını güclü statik cərəyanı vurdu. Harri söyərək barmağını silkələdi. Nəhayət o ratsiyanı götürməyə müvəffəq oldu.

Burada qəribə nəsə var. Mənə elə gəlir…

Dəmir heykəlin ətrafındakı işıqlanma güclənirdi. Harri geriyə atıldı. Dəvənin səthindən tünd maye axmağa başladı. Sanki onun üstünə turşulu yağış yağmışdı. Və bunu müşahidə edən tək Harri deyildi.

Ratsiya onun əlində hürməyə başladı:

– Harri, cəld oranı tərk elə.

Harri mübahisə etmədi. O, cəld geri dönsə də, artıq gec idi. Şüşə yeşik partlamışdı. Uzun və nazik qırıntılar Harrinin sol böyrünə batdı. İti bir qırıntı onun yanağını cırdı. Harri yaraların ağrısını duymağa macal tapmadı. Həmin anda közərmiş hava dalğası bütün oksigeni alışdırıb yandıraraq onun üstünə hücum çəkdi. Harri bərkdən qışqırdı.

Növbəti partlayış Harrinin ayağından vurub, bütün zalların anfiladaları boyu tulladı. Onun yalnız kömürə dönmüş sümükləri barmaqlıqlara qədər uçaraq, gurultu ilə onun polad çubuqlarına yapışdı.



* * *

01:53



Safiyə əl-Məaz ölümcül dəhşətə qapılmış halda yuxudan oyandı. Hər tərəfdən sirenaların vıyıltısı eşidilirdi. Yataq otağının divarlarında fövqəladə xidmət maşınlarının qırmızı işıqları rəqs edirdi. Qorxu Safiyəni öz polad qısqaclarıyla sıxırdı. O, nəfəs ala bilmirdi. Alnına soyuq tər muncuqlanmışdı. Titrək barmaqları yorğanı çənəsinin altına qədər çəkmişdi. Safiyə gözlərini geniş açaraq, bir anlıq keçmişlə gələcək arasında donub qaldı.

Sirenaların uğultusu, yaxından və uzaqdan eşidilən partlayıcıların gurultusu, ölülərin, yaralıların çığırtıları, ağrı və şok xoruna qarışan onun öz səsi…

Pəncərədən yanğınsöndürən maşınlarının siqnalları fit verirdi.

– Yolu boşaldın! Hamı arxaya çəkilsin!

İngiliscə qışqırırdılar. Nə ərəbcə, nə də ivritcə. Kiçik uğultu dalğası Safiyənin olduğu evdən keçib uzaqlarda sakitləşdi. Yanğınsöndürən qrupunun döyüşçülərinin səsi Safiyəni indiki zamana qaytardı. O, Tel-Əvivdə yox, Londondadır. Sinəsindən ah qopdu.

Gözlərindən yaş gəldi. Safiyə onları titrəyən əlləri ilə sildi.

Təlaş və iztirab üstünə hücum çəkmişdi.

O, bir neçə dəfə nəfəs alaraq, yorğana büründü. O, əvvəlki kimi ağlamaq istəyirdi. Safiyə özünü hər şeyin həmişə məhz bununla bitməsinə inandırmağa çalışsa da, sözlər ona kömək etmədi. O, ürəyinin hiddətlə döyündüyünü hiss edərək gözlərini bağlayıb bir qədər yüngülləşməyə çalışdı. Safiyə sakitləşmək üçün həkimin ona öyrətdiyi tənəffüs məşqlərinə başladı: iki dəfə nəfəs alıb, dörd dəfə nəfəs vermə. Hər dəfə nəfəs verdikcə gərginliyi çıxır, soyuq dərisi azacıq qızınmağa başlayırdı.

Bu vaxt çarpayının üstünə eyni vaxtda həm şappıltı, həm də civiltiyə bənzər səs çıxaran ağır bir şey düşdü. Safiyə əlini uzadıb yumşaq, isti pişik belini aşkar etdi.

– Billi, bura gəl – deyərək, o, böyük və qara fars pişiyinə pıçıltı ilə səsləndi.

Billi pəncərələrinə sıxılaraq, üzünü barmaqlarına sürtürdü. Sonra Safiyənin dizlərinə çıxaraq mürəkkəb ləkəsi kimi onun üstünə yayıldı. Deyəsən, sirenaların səsi gecə vaxtı mənzilin adi gəzintisini icra edən pişiyi hürkütmüşdü.

Xoş mırıltı səsi bütün otağa yayıldı. Və Safiyənin çiyin əzələlərinin gərginliyini azaldan tənəffüs məşqləri deyil, məhz bu oldu. O, hələ də endirilməyən zərbənin gözləntisiylə, qorxudan belinin əyildiyini hiss etdi. Safiyə özünü dikəldib, keyimiş boynunu dartdı.

Qonşu məhəllədə sirenalar vıyıldamağa davam edirdi. Qalxıb nə baş verdiyini müəyyən etmək lazım idi. Hərəkətsiz oturmaqdansa nəsə bir şey etmək daha məqsədəuyğun olardı. Onun narahatlğı bütün bədənini bürüyərək, çılğın bir həyacan yaratmışdı.

Safiyə pişiyi ehtiyatla yorğanın üstünə qoyaraq ayaqlarını kənara çəkdi. Miyoltu bir anlıq kəsilsə də, pişik qovulmadığını anlayan kimi yenidən miyoldamağa başladı. Billi Londonun amansız xaraba dalanlarında, küçələrində doğulmuşdu. Safiyə öz mənzilinin astanasında avtomobil təkəri altına düşəndən sonra qırılmış pəncəsi qana bulanmış, maşın yağı ilə çirklənmiş bir pişik balası – yun və qəzəb yumağı aşkar etmişdi. O, pişik balasına yardım etmək istədi, lakin, o, Safiyənin böyük barmağını bərk dişləmişdi. Tanışları Safiyəyə bu bədbəxti evsiz heyvanlar üçün olan heyvan yetişdirmə müəsisəsinə aparmağı məsləhət görmüşdülər. Safiyə bu müəsisənin yetimlər evindən heç də yaxşı olmadığını bilirdi. Buna görə də o, bu tapıntını kətan mələfəyə büküb yaxınlıqda yerləşən baytar müalicəxanasına apardı.

Həmin gecə pişik balasına əhəmiyyət verməmək də olardı, ancaq, bir vaxtlar Safiyənin özü də tərk edilib tənha qalmışdı. O zaman onun özünü də bir nəfər himayəyə götürmüşdü və Billi kimi o da evdarlaşmışdı. Ancaq, onların ikisi də tam halda ələ öyrəşməyib vəhşi təbiət və səyahətlərə məhəbbətlərini saxlamışdılar.

Və bunların hamısı aydın yaz günlərinin birində dəhşətli partlayışla bitdi.

Bütün günahlar məndədir… Safiyənin qulaqlarında sirenaların uğultusu və qışqırıqlar küçədən gələn səslərə qarışaraq yenidən səslənməyə başladı.

Safiyə tez-tez nəfəs alaraq çarpayının baş tərəfindəki “Tiffani” firmasına məxsus tutqun şüşədən olan incə lampaya əlini uzatdı. O, elektrik açarına bir neçə dəfə çırtma vursa da, lampa yanmadı. Deməli, elektrik yoxdur. Yəqin, ildırım elektrik ötürücüsünün xəttini zədələmişdi. Yəqin elə bu səbəbdən də küçədə təlaş yaranmışdı. Allah eləsin ki, bunun izahı bu cür sadə olsun.

Safiyə çarpayıdan qalxdı. O, ayaqyalın, ancaq flaneldən tikilmiş və dizinə qədər olan isti gecə köynəyində pəncərəyə yaxınlaşdı, pərdəni aralayıb küçəyə baxdı. Onun mənzili dördüncü mərtəbədə yerləşirdi.

Çuqun fənər dirəklərinə və geniş səkilərə malik adətən sakit və mərifətli olan küçə sürrealist mərəkə meydanına çevrilmişdi. Bütün keçid hissələr yanğınsöndürən və polis maşınları ilə tutulmuşdu. Şiddətli leysan narın London çiskininə qədər sakitləşmişdi. Fənərlər yanmırdı. Küçə qəza xidmətinin maşınlarının damlarındakı yanıb-sönən işıqlarla nurlanırdı. Kvartalın qurtaracağında tüstü və qaranlığın arasında sayrışan tünd qırmızı şəfəq görünürdü.

Safiyənin ürəyi sürətlə döyünür, nəfəsi daralırdı. Bunun səbəbi isə keçmiş qorxular yox, indinin gözlənilməz dəhşəti idi. Muzeydə yanğın! O, pəcərə şüşələrini qaldırıb qaytanları dartdı, pəncərə sürgüsünü qurdaladı. Safiyə nəhayət layları taybatay açıb yağışın altında buz damcılarını əhəmiyyət vermədən pəncərənin sürahisindən sallandı.

Onun mənzilindən Britaniya muzeyinə qədər olan məsafə çox da uzaq deyildi. Safiyə onun nəzərinə açılmış mənzərəni görüb ah çəkdi. Muzeyin şimal-şərq küncü xarabalığın alovuna bürünmüşdü. Yuxarı mərtəbələrin qırılmış pəncərələrindən alov dilləri və qara tüstünün sıx burumları çıxırdı. Dəbilqəli yanğınsöndürənlər şlanqları dartırdılar. Su şırnağı üzüyuxarı vururdu. Qırmızı maşınların kuzovlarından pilləkənlər qalxırdı.

Ən dəhşətlisi ikinci mərtəbədən görünən açıq dəlik idi. Küçədə kərpic divarların qaralmış qırıntıları və başqa zibillər tökülüb qalmışdı. Görünür, Safiyə partlayışın gurultusunu eşitməmiş, yaxud bunun ildırım səsi olduğunu düşünmüşdü. Ancaq bu, ildırım vurması deyildi.

Bu, daha çox bomba səsinə bənzəyirdi. Terrorçuların hücumu? Görəsən yenə də?

Safiyə dizlərinin necə əyildiyini hiss etdi. Şimal cinah… O, dərhal müəyyən etdi ki, açıq dəlik sonuncu qalereyaya doğru uzanır. Onun bütün işləri, həyatının bütün bəhrəsi, onun vətəninə məxsus olan minlərlə qədim eksponatlar kolleksiyası. Bu qədər də lazım deyildi. Safiyə gözlərinə inana bilmədi. Görüntü indilərdə bitməli olan reallıqdan uzaq vahiməli bir yuxuya bənzəyirdi.

O, geriyə, öz otağında rahat bir sığınacağa çəkildi. Safiyə qızğın ocaqdan uzaqda yerləşən pəncərədən çəkildi. Qaranlıqda qəflətən şüşəli iynəciklər işıqlandı. Safiyə bu işıqların nə olduğunu anlamadan, gözlərini onlara zillədi. Sonra bunun nə olduğu ona çatdı: yenə işıq verilib. Bu anda gecə stolunun üstündəki telefon onu qorxudaraq zəng çaldı. Billi başını yastıqdan qaldırıb ehtiyatla qulaqlarını şəklədi.

Safiyə tələsik dəstəyi qaldırdı.

– Allo?

Cavabında işgüzar, sərt səs eşitdi.

– Doktor əl-Məaz?

– B-bə-li.

Danışan kapitan Hoqandır. Muzeydə fövqəladə hadisə baş verib.

– Hadisə?

Orada nə baş verməsindən asılı olmayaraq, bu adi hadisədən daha böyük bir şey idi.

– Hə, muzeyin direktoru xahiş etdi ki, sizi iclasa dəvət edim. Siz yaxın bir saat ərzində bizə qoşula bilərsinizmi?

– Oldu, kapitan indi çıxıram.

– Çox gözəl. Mən sizin soyadınızı polis idarəsinə deyərəm.

Dəstəkdə bir çıqqıltı eşidildi. Kapitan Hoqan danışığı kəsdi.

Safiyə yataq otağına göz gəzdirdi. Billi pişiklərə xas tərzdə bu gecə baş verən şiddətli hadisələrə öz narazılığını nümayiş etdirərək acıqlı halda quyruğunu yellədi.

– Mən tezbazar çıxıram. – Safiyə bunun doğru olub olmadığını özü də bilmədən öz-özünə söylədi.

Bayırdan sirenaların vıyıltısı eşidilirdi.

Oyanış zamanı Safiyəni haqlayan təşviş heç cür ondan əl çəkmək istəmirdi. Onun bütün dünyası, Britaniya muzeyinin əzəmətli divarlarındakı etibarlılıq vəziyyəti özülünə qədər laxladı.

Safiyə dörd il əvvəl qadınların sinələrinə əldəqayırılma qumbaralar sıxdığı dünyadan qaçmışdı. O, ekspedisiya və qazıntıları bir kabinet sakitliyinə, külüng və belləri kompüter və foliantlara dəyişərək təhlükəsiz və nizamlı bir alim dünyasına çəkilmişdi. Safiyə muzeydə özünü təhlükəsiz hiss edə biləcək və onun evinə çevrilən kiçik bir hücrə yaratmışdı.

Bununla belə, yenə də bəla onu girləyirdi.

Safiyənin əlləri əsirdi. Təlaşın yeni hücumunun öhdəsindən gəlmək üçün onları düyünləmək lazım gəldi. Bu dəqiqə onun dünyada ən çox etmək istədiyi şey geriyə, öz çarpayısına sürünüb yorğanı başına çəkmək idi.

Billi diqqətlə öz sahibinə baxırdı: onun gözlərində lampanın işığı əks olunurdu.

– Mən yaxşıyam, – Safiyə sakitcə pişikdən çox öz-özünə xitab edərək dilləndi. – Hər şey qaydasında düşəcək.

Ancaq bu sözlər nə Billini, nə də onun özünü inandıra bildi.





















* * *



Qrinviç vaxtı ilə 02:13.

(Şərq saat qurşağı vaxtı ilə 21:13)



Fort-Mid, Merilend ştatı



Krossvord həlli zamanı kiminsə Tomas Hardini yayındırmasından zəhləsi gedirdi. Bu, bir bir stəkan qırxillik viski və əla bir siqarın da əlavə olunduğu bazar günü axşamı ritualı idi. Sobada od çırtıldayırdı.

Hündür, dəri kresloda rahat əyləşmiş Tomas barmaqları arasında bahalı diyircəkli qələmi fırladaraq krossvord üzərində işləyirdi. O, alnını qırışdırıb “ali məqsəd” məfhumunun hansı beş hərfli sözlə ifadə oluna biləcəyini tapdı. Hardi düşünərkən telefon zəng çaldı. Tomas nəfəs alıb eynəyini burnunun ucundan alnına tərəf çəkdi. Ehtimal ki, onun qızının rəfiqələrindən biri zəng edib növbəti kavaleri ilə istirahət gününü neçə keçirdiyi barədə müzakirə aparmaq istəyirdi.

Hardi stolun üzərindən pulta sarı əyilərək onun şəxsi əlaqə kanalının beşinci xəttinin indikatorunun yanıb-söndüyünü gördü. Bu kanal yalnız üç nəfərə məlum idi: prezidentə, qərərgah rəislərinin birləşmiş komitə sədrinə və onun milli təhlükəsizlik agentliyinin rəhbərliyində olan şəxsi köməkçisinə.

Hardi qəzeti dizinə qoyaraq beşinci xəttin qırmızı düyməsini basdı. Bu sadə hərəkətlə o, danışıqları dinləmələrdən etibarla qoruyan mürəkkəb riyazi alqoritm şifrələməsini buraxıb, yalnız bundan sonra dəstəyi götürdü.

Danışan Hardidir.

– Axşamınız xeyir, cənab direktor.

Təşvişə düşən Hardi oturan yerdə özünü düzəltdi. O, zəng edəni tanımamışdı, ancaq, onun şəxsi telefonunun nömrəsini bilən hər kəsin səsini öz yaxınlarının səsi kimi yaxşı tanıyırdı.

– Kimdir?

– Toni Rektor. Sizi belə gec narahat etdiyim üçün, üzr istəyirəm.

Tomas xəyalən soraq kitabçasında qurdalandı. Vitse-admiral Entoni Rektor. Soyad möhkəm şəkildə beş hərfli abreviatura ilə əlaqəlidir: DARPA. Müdafiə elmi-tədqiqat işlərinin perspektivli planlaşdırılma idarəsi. DARPA-nın devizi belədir: “Birinci ol!” Burada söhbət mütərəqqi silahlanmadan gedir. Amerika Birləşmiş Ştatları ikinci yerdə olmağı özünə rəva görməz. Əsla!

Bəlanı qabaqcadan duyma hissi artırdı.

– Mən sizə necə kömək edə bilərəm, admiral?

– Londonda, Britaniya muzeyində partlayış olub.

Sonra Rektor baş verənləri xırda təfərrüatlarına qədər təsvir etdi. Hardi saatına baxdı. Partlayış baş verən andan heç qırx beş dəqiqə də keçməmişdi. Bu qədər qısa vaxt ərzində Rektorun xidmətinin bu qədər məlumatı necə almağa macal tapması onda maraq oyatdı.

Admiral sözünü qurtaran kimi Tomas daha aydın bir sual verdi.

– Nəyə görə bu partlayış DARPA-nı bu qədər maraqlandırır?

Rektor izah etdi və Tomasa belə gəldi ki, otağın temperaturu on dərəcə aşağı düşdü.

– Siz əminsiniz?

– Mənim adamlarımdan ibarət briqada bu məsələ ilə məşğul olmaq üçün artıq hadisə yerindədirlər. Ancaq, mənə Britaniya əks-kəşfiyyatının da köməyi lazım olacaq. Yaxud, daha yaxşı…

Hətta məxfi əlaqə xəttində belə ucadan ifadə edilməyən alternativ söz yarımçıq qaldı. Bu sirli zəngin mahiyyəti Tomasa aydın oldu. Britaniyanın daxili təhlükəsizlik xidməti onun öz müəssisəsinin ekvivalenti idi. Rektor istəyirdi ki, MTA “tüstü pərdəsi salaraq” baş verənlərə kimsə müdaxilə etməmişdən əvvəl DARPA komandasına, həmçinin Britaniya əks-kəşfiyyatına həmin yerdə xəlvətcə işləyib sonra yox olmasına şərait yaratsın.

– Başa düşürəm, – Hardi bu missiya ilə bacarmağın asan olmadığını düşünərək, nəhayət cavab verdi. – Sizin adamlar hazırdırmı?

Səhərə hazır olacaqlar.

Başqa bir izah olmadığı üçün, Tomas bu işlə kimin məşğul olacağını başa düşdü və fikirli halda qəzetin damasına riyaziyyatda cəm anlayışı verən yunan hərfini daxil etdi.

– Mən onlar üçün yolu təmizlətdirəcəm, – o, dəstəkdə söylədi.

– Əla.

Əlaqə kəsildi. Hardi dəstəyi yerinə qoyub nə edəcəyi haqqında baş sındırmağa başladı. Çox cəld işləmək lazım olacaq. O, “ali məqsəd” anlamını ifadə edən sözü yazmalı olduğu krossvorddakı beş xanaya nəzər saldı. Qəribə təsadüf idi.

Hardi qələmi götürüb səliqə ilə “SİQMA” sözünü baş hərflərlə krossvorda əlavə etdi.



* * *



Qrinviç vaxtı ilə saat 02:22

London, İngiltərə



Safiyə sarı-qara rəngli qadağan lentinin qarşısında dayandı. O, həyəcan və soyuqla mübarizə apararaq əlləri ilə özünü qucaqladı. Hava tüstünü canına hopdurmuşdu. Polis qadağan lentinin qarşısında dayanmış Safiyəyə muzeyə keçmək üçün yol açdı və diqqətlə onun şəkillərinə baxdı. O, anlayırdı ki, polisə uyğunluq tapmaq heç də asan olmayacaq. Gənc polis şəkildə üzü südlü kofe rəngli, göyümtül-qara saçları arxaya daranmış, yaşıl gözləri yüngülvari tünd şüşələri olan eynəyin arxasından baxan otuz yaş civarında bir qadın görürdü. Ancaq indi onun qarşısında başdan ayağa qədər islanmış, açıq pırtlaşıq saçları islanmış bir bükümlə üzünə yapışan qadın dayanmışdı. Onun çaşqın və heyrətli baxışı hasarlamadan uzaqlara yönəlmişdi. Orada fövqəladə xidmətin əməkdaşları işgüzarlıqla ora-bura vurnuxurdular.

Qadağan lenti boyunca foto işartıları bərq vuran jurnalist-xronikaçılar yığılmış, televiziyanın xəbərlər buraxılışının briqadası-nın furqonları dayanmışdılar. Safiyə yanğınsöndürən və polis maşınlarının arasında kuzasında avtomatik tüfənglərlə silahlan-mış əsgərlərin oturduğu iki hərbi yük maşınının olduğunu gör-dü.

Kütlə içində terror aktı variantının istisna olunmaması haqda söhbətlər gedirdi. Safiyə bu barədə qadağan lentini keçmək istəyərkən yanından keçdiyi bir jurnalistdən eşitdi. Onun ərəb qadını olduğunu dərhal müəyyən etdilər və bir çox şübhəli nəzərlər ona zilləndi. Safiyə bu adamların düşündüyündən fərqli olaraq terrorizm haqqında məlumatı ilkin mənbələrdən eşitmişdi. Bununla belə, o da səhv edə bilərdi. Ola bilsin ki, onda həyəcanın hipertrofir hissi adlanan və adətən təlaşlanmadan sonra yaranan təqib olunma maniyası vardı.

Safiyə izdihamın arasından çətinliklə keçdi. Bütün bu vaxt ərzində o, fikrini onu qarşıda gözləyən hadisələrə cəmləyərək dərindən nəfəs almağa çalışırdı. O, çətir götürmədiyi üçün peşman olmuşdu, çünki, kapitan Hoqanın zəngindən sonra dərhal əyninə yalnız xaki rəngində boş şalvar və ağ gül rəngli kofta geyinib çıxmağa macal tapa bilmişdi. O, üstdən çiyninə bir plaş atmışdı, ancaq, çətirini isə tələskənlikdən qapının yanındakı asılqanda saxlamışdı. Safiyə yalnız aşağı düşüb yağışın altına qaçanda çətiri yadına düşdü. Amma, dördüncü mərtəbəyə qayıtmadı.

O, muzeydə nə baş verdiyini bilməlidir. Safiyə son on ilini bu kolleksiyaların yaranmasına həsr etmişdi və dörd ildir ki, muzeyin tədqiqat proqramlarına başçılıq edir. Onun hansı işi məhv olub? Başqa nəyi xilas etmək olar?

Safiyə polis zəncirindəki buraxılış məntəqəsinə çatana qədər narın yağış gücləndi. O, tamamilə islanmışdı. Safiyə soyuqdan büzüşmüş halda polisin onun sənədlərini yoxlayıb bitirməsini gözləyirdi.

– Keçə bilərsiniz, – o, nəhayət dilləndi. – İnspektor Semuelson sizi gözləyir.

Digər polis Safiyəni muzeyin cənub girişinə qədər ötürdü. O, nəzərlərini portik sütunlarına yönəltdi. Bina sanki bank seyfi möhkəmliyini, hansısa bir sarsılmazlığına əks etdirirdi və buna şübhə yeri qoymurdu. Bu günkü gecəyə qədər bu, belə də davam edirdi.

Polis Safiyəni binanın içinə, pilləkənlərlə aşağı ötürdü. Onlar üstündəki lövhədə “Ancaq muzey əməkdaşları üçün” yazılmış qapıdan keçdilər. Safiyə onu aşağı mərtəbədə yerləşən təhlükəsizlik xidməti mərkəzinə apardıqlarını anladı.

Qapıda silahlı mühafizəçi növbə çəkirdi. O, Safiyənin gəlişindən xəbərdar olduğu üçün başını yelləyib qapını taybatay açdı. Safiyəni müşayiət edən polis onu tamamilə ağsaç, mülki geyimli qaradərili bir kişiyə təhvil verdi. O, Safiyədən bir neçə qarış hündür idi. Zəncinin üz dərisi çəkmə böğazını xatırladırdı. Safiyə onun yanaqlarında cod tük qatının olduğunu gördü. Yəqin ki, onu yataqdan qaldırmışdılar, o isə üzünü qırxmağa macal tapmamış cəld bura qaçıb gəlmişdi. Zənci öz əzələli əlini ona uzatdı.

– İnspektor Cefri Semuelson, – o, özünü təqdim etdi. – Xahişimizə operativ cavab verərək bura gəldiyinizə görə, sizə təşəkkür edirəm.

Onun səsi əl sıxması kimi sərt idi. Danışmaq üçün həddən artıq həyəcanlı olan Safiyə başını yellədi.

– Doktor əl-Məaz, xahiş edirəm, mənim arxamca gələsiniz. Partlayışın səbəbini aydınlaşdırmaq üçün bizə sizin köməyiniz lazımdır.

– Mənim? – Safiyə çətinliklə səsini çıxardı.

Onlar mühafizəçilərin ağzınacan adamla dolu olan istirahət otağından keçdilər. Deyəsən muzeyin bütün mühafizə xidməti, təcili evlərindən çağırılmış bütün növbələrdən olan işçilər bura yığılmışdılar. Safiyə onların bəzilərini tanıyırdı, amma indi hamı ona elə baxırdı ki, sanki onu ilk dəfə idi ki, görürdülər. Onların yanından keçəndə boğuq səslər sakitləşdi. Ola bilsin ki, mühafizəçilər onun muzeyə dəvət olunduğunu bilirdilər. Amma çağırışın səbəbini Safiyənin heç də özündən çox bilmirdilər. Və bununla belə onların sükutu açıq-aydın şübhələrlə dolu idi.

Safiyə narahatlıq hissi keçirsə də, bayaqdan bəri ona hakim kəsilmiş əsəb hissini özündən kənar edib çiyinlərini düzəltdi. Axı, bunlar onun kolleqaları, iş yoldaşlarıdır. Ancaq, bununla belə, onun keçmişi hamıya çox yaxşı məlum idi.

İnspektor Semuelson Safiyəni boş dəhlizlə ən sonuncu otağa apararkən onun beli heç vaxt gümrahlaşmayacaq kimi yorğunluqdan əyildi. Video müşahidə sisteminin monitorlarının qabağını tutduğu oval yer adlanan yuvanın orada olduğu ona məlum idi. Safiyə içəri girən kimi ən birinci ortaboylu, enlikürəkli və ortayaşlı mühafizə xidmətinin rəisi Rayan Flemminqi gördü. Daz başından və əyri burnundan onu dərhal tanımaq olurdu. Bu burnu ilə o özünə Keçəl Qartal ləqəbi qazanmışdı. Onun yanında hərbi mundir geyinmiş, koburasında dolu tapança olan, hündürboylu bir kişi var idi. Onlar bütöv bir monitor texnikasının işinə rəhbərlik edən şəxsin arxasında dayanıb, onun çiyinləri üstündən baxırdılar. Safiyə gələndə, hər kəs ona tərəf çevrildi.

– Doktor əl-Məaz, Kensinqton qalereyasının nəzarətçisi, – Flemminq onu təqdim edib əlini yelləyərək Safiyəni yaxınlaşmaq üçün dəvət etdi.

Safiyə muzeyə gələndə Flemminq adi bir mühafizəçi işləyirdi. İndi o, təhlükəsizlik xidmətinə rəhbərlik edirdi. Dörd il bundan əvvəl Flemminq Kensinqton qalereyasından İslamaqədərki dövrə aid olan bir heykəlin oğurlanmasının qarşısını almışdı. Məhz həmin sayıqlığına görə o, indiki vəzifəsinə layiq görülmüşdü. Kensinqton ailəsi onların nəzərində fərqlənənləri mükafatlandırmağı bacarırdı. Və o vaxtdan da, Flemminq həm Safiyəyə, həm də onun qalereyasına xüsusi qayğı ilə nəzarət edirdi.

İnspektor Semuelson Safiyəni monitorun qarşısına gətirdi. Flemminq əlini onun çiyninə vurdu və bu zaman onun gözlərində başsağlığı ifadəsi yarandı.

– Həqiqətən, çox təəssüf edirəm. Sizin qalereya, sizin işləriniz…

– Biz çox şey itirmişik?

Flemminq sanki fiziki ağrı keçirdi. O, dinməzcə monitorlardan birinə işarə etdi. Real vaxtın ağ-qara görüntüsü ekranda əks olundu. Safiyə şimal cinahın əsas dəhlizinin tüstü burumlarına büründüyünü gördü. Yanğınsöndürənlər əleyhqazlarda işgüzarlıqla vurnuxurdular. Bir neçə nəfər Kensinqton qalereyasının girişini bağlayan barmaqlıqların yanında dayanaraq, çubuqların üzərində çarmıxa çəkilib qaxac olunmuş, skeletə oxşar siluetə diqqətlə baxırdılar.

Flemminq başını yellədi.

Ən yaxın vaxtda meyitləri eyniləşdirmək üçün müstəntiq gələcək. Ancaq biz əminik ki, bu, Harri Mastersondur, mənim adamlarımdan biri.

Kömürə dönmüş fiqur tüstüləməyə davam edirdi. Yəni bu, nə vaxtsa insan olub? Safiyə bütün dünyanın başına hərləndiyini görüb, geri səndələdi. Flemminq onun qolundan tutmalı oldu.

– Mən heç nə başa düşmürəm, – Safiyə söylədi. – Orada nə baş verib?

Hərbi geyimli bir kişi ona cavab verdi:

– Biz ümid edirik ki, siz bunun aydınlaşdırılmasına yardım edəcəksiniz, – bunu deyərək, texnikə müraciət etdi. – Geriyə, sıfır yüz qeydinə qədər çevirin.

Əmrinin yerinə yetirildiyinə əmin olan hərbçi Safiyəyə tərəf çevrildi. Onun siması sərt və pis niyyətli idi.

– Mən Müdafiə Nazirliyinin terrorizmə qarşı mübarizə şöbəsinin təmsilçisi kommander Rendolfam.

– Terrorizmə qarşı mübarizə? – Safiyə çaşqınlıqla nəzərlərini digərlərinə yönəltdi. – Deməli, bu bomba imiş?

– Hələ bunu müəyyən etmək lazımdır, mem!


– kommander Rendolf cavab verdi.

Texnik geriyə çevrildi.

– Ser, hər şey hazırdır.

Rendolf əl işarəsi ilə Safiyəni monitora tərəf dəvət etdi.

– Biz istəyirik ki, siz bu yazıya baxasınız. Qeyd etməliyəm ki, görəcəklərinizin hamısı məxfi informasiyalardır. Aydındır?

Safiyə heç nə dərk etmədən, sadəcə başını tərpətdi.

– Yazını qoşun. – Rendolf göstəriş verdi.

Ekranda Kensinqton qalereyasının sonuncu zalında videokameranın çəkdiyi bir görüntü əks olundu.

Hər şey qəza lampalarının işıqlandırdığı sadə bir otaqda olduğu kimi idi. Birdən, Safiyə qonşu zaldan işığın yeni mənbəyinin necə üzə çıxdığını gördü. Əvvəl ona elə gəldi ki, bir nəfər fənərlə içəri girdi. Ancaq, tezliklə aydın oldu ki, işıq mənbəyi öz-özünə hərəkət edir.

– Bu nədir? – Safiyə soruşdu.

– Ona texnik cavab verdi.

Biz bu yazını müxtəlif filtirlərdən istifadə edərək tədqiq etmişik. Görünür, bu ildırım şarıdır. Tufanın formalaşdırdığı sərbəst hərəkət edən plazma şarı. Mənə məlum olduğu qədər, bu lənətə gəlmiş şey ilk dəfədir ki, plyonkaya çəkilir.

Safiyə bu cür hadisələr haqqında müəyyən şeylər eşitmişdi. Parıldayan şarların dolu hissələri yerin üst qatının açıq yerlərində uçaraq binaların içində, təyyarə bortlarında, hətta sualtı gəmilərdə peyda olurlar. Həmçinin, ildırım şarları nadir hallarda ziyan vururlar. Safiyə ani olaraq nəzərini qalereyanın girişindəki kömürlənmiş meyiti göstərən qonşu monitora yönəltdi. Əlbəttə ki, partlayışın səbəbi ildırım şarı deyildi.

Safiyə bu barədə götür-qoy etdiyi zaman ekranda bir adam, mühafizəçi göründü.

–Harri Masterson, – Flemminq izah etdi.

Safiyə ucadan nəfəs aldı. Əgər təhlükəsizlik xidmətinin əməkdaşı doğru deyirsə, o zaman o biri monitorun ekranında sümük–lərinin tüstüləndiyi əks olunan həmin insan budur. Safiyə göz–lərini bağlamaq istəsə də, alınmadı.

Mühafizəçi nəzərini havada üzərək işıq saçan şardan ayıra bilmirdi. Deyəsən, o, Safiyənin yanında olanlar kimi çaşıb qalmışdı. Mühafizəçi nə isə məruzə edərək ratsiyanı ağzına yaxınlaşdırdı ancaq, videogörüntü səslə müşaiyət olunmurdu. İldırım şarı havada üzərək dəmir fiqur yerləşdirilmiş şüşəli şkafa girdi. İşıqsaçan şar damın arasında dağılaraq titrəyib yox oldu.

Mühafizəçi ratsiya ilə danışmağa davam edərkən, nəsə onu təşvişə saldı. O, çıxışa tərəf çevrildi. Bu vaxt şüşəli şkafın divarları bayıra dağıldı. Həmin anda ekran gözqamaşdırıcı ağ rənglə işıqlanıb söndü.

– Saxlayın və dörd saniyə əvvələ çevirin, – kommander Rendolf əmr etdi.

Görüntü dondu, sonra kadrlar ardıcıllıqla geriyə dəyişməyə başladı. Ağ işartıda zal göründü, sonra dəmir fiqurun ətrafında olan qırıntılardan şüşəli şkaf yığılmağa başladı.

Burada saxlayın.

Görüntü azacıq əsərək monitorun ekranında donub qaldı. Dəmir fiqur şüşələrin arasında açıq-aydın görünürdü. Hətta çox aydın. Deyəsən, özü işıq saçırdı. Safiyə nəzərlərini qədim fiqurdan çəkə bilmədi. İndi o, bura niyə görə dəvət olunduğunu anladı. Burada iştirak edənlərin heç biri Kensinqton qalereyasında nələrin baş verdiyini dərk edə bilmirdi. Onların ekranda gördüklərinin heç bir məntiqi izahı yox idi.

– Bu nə müəmmalı heykəldir belə? – kommander Rendolf soruşdu. – O, çoxdan buradadır?

Safiyəyə elə gəldi ki, onun sözlərində bir şübhə duyuldu. Əgər muzeyə heykəlin altında maskalanmış bomba gətirilibsə, onda necə? Və əgər belədirsə, necə yardım etmək olar?

Safiyə sanki gərəksiz fikirləri ataraq başını yellədi.

– Bu, heç də heykəl deyil.

– Onda nədir?

– Bu, on doqquzuncu əsrin sonunda Oman səhrasında tapıl-mış meteorit qırıntısıdır.

Safiyə metal fiqurun daha qədim tarixə malik olduğunu bilirdi. Əsrlər boyu ərəb rəvayətlərində girişini dəmir dəvə qoruyan itmiş şəhər haqqında deyilirdi. Deyilənlərə görə, bu şəhərin sərvəti xəyalları heyran edirdi. Orada o qədər ləl-cəvahirat vardı ki, qara mirvarilər darvazaların ağzında adi çay daşları kimi səpilmişdi. On doqquzuncu əsrdə bir bədəvi sarvan ingilis tədqiqatçını itmiş şəhərə aparmağı öhdəsinə götürsə də, şəhəri tapmaq ona nəsib olmamışdı. İngilis tədqiqatçı yalnız qumda basdırılmış, dizləri üstə oturan dəvəyə bənzər dəmir fiqur tapmışdı. Qara mirvari isə meteorit düşməsi ilə yaranan böyük temperatur nəticəsində qumdan əmələ gələn, ərimiş şüşədən olan hissələrlə aşkarlanmışdı.

– Dəmir dəvə Britaniya muzeyinin kolleksiyaları sırasına yarandığı vaxtdan daxildir, – Safiyə davam etdi. – Mən ona kataloqda rast gəlib ekspozisiyaya əlavə edənə qədər, ehtiyatda qorunurdu.

Yaranmış sükutu xəfiyyə Semuelson pozdu.

– Bu nə vaxt baş verib?

– İki il bundan qabaq.

– Daha doğrusu, kifayət qədər çoxdan. – xəfiyyə Samuelson kommander Rendolfa diqqət yetirərək vurğuladı. O, bununla sanki kommanderin mübahisənin nəticəsi ilə qane olduğunu yoxlayırdı.

– Meteorit? – hərbiçi başını yelləyib öz-özünə söylədi. – Bu, heç nəyi izah etmir.

Göründüyü kimi Rendolf terrorçular haqqında dediyi variantın iflasa uğradığını görüb, məyus oldu.

Qapıdan gələn səs hamını geri çevrilməyə məcbur etdi. Safiyə muzeyin direktoru Edqar Taysonun otağa daxil olduğunu gördü. O, adətən qüsursuz görünsə də, indi əyninə öz üz ifadəsinə heç cür uyğun olmayan azacıq əzilmiş kostyum geymişdi. Tayson fikirli halda ağarmış saqqalını qaşıyırdı. Safiyə yalnız indi direktorun şübhəli yoxluğu nə ilə izah olunduğunu düşünməyə başladı. Muzey Edqar Tayson üçün bütün həyatının işi idi.

Qəribə gecikmənin səbəbi həmin dəqiqə aşkar oldu. Otağa ucaboy, böyük qarışla hesablansa, altı futdan da hündür, dama-dama “şotland” üslublu və su damlaları ilə örtülmüş uzun paltoda bir qadın sanki elektrik enerjisi ilə soxuldu. Onun çiyinlərinə qədər vurulmuş qızılı-qumral saçları quru idi və yığılmış yumşaq telləri öz-özünə tərpənirdi. Görünürdü ki, qadın çətir götürməyi unutmamışdı.

Kommander Rendolf qəddini düzəldib irəli addım atdı. Onun səsində qəflətən ehtiramlıq duyuldu.

– Salam, ledi Kensinqton.

Qadın salamlaşmaya əhəmiyyət vermədən, nəzərləri Safiyəyə zillənib qalana qədər həyəcanla otağa baxdı. Və dərhal ona tərəf gələrək Safiyəni bərk-bərk bağrına basıb həyəcanla dedi.

– Saffi, şükür Allaha! Mən eşidəndə… Sən elə tez-tez gecə yarısına qədər işləyirsən ki.... Mən də sənə zəng edə bilmirdim.

Safiyə da qadına qısıldı. Uşaqlıqdan tanış olduqları üçün, bacı kimi bir-birinə yaxın idilər.

Sakit ol, Kara. Məndə hər şey qaydasındadır, – Safiyə pıçıldayıb, üzünü rəfiqəsinin çiyninə sıxaraq onun necə titrədiyini hiss etdi.

Adətən dözümlu və güclü olan Kara heç vaxt gizlətmədiyi səmimi qorxunun dərinliyində təccübləndi. Axı o, atası ölən vaxtdan etibarən sevgisini bu cür nümayiş etdirməmişdi. O zaman onlar ikisi də gənc idi.

Kara həyəcandan əməlli-başlı titrədi.

– Əgər səni itirsəydim, mən neylərdim?

O, Safiyəni möhkəm qucaqlayıb özü də təsəlli axtararaq, ona təsəlli verirdi.

Safiyənin gözlərindən yaş gəldi. O, başqa ağuşları və buna oxşar sözləri xatırladı: “Mən sənsiz yaşaya bilmərəm”.

Anası avtomobil qəzasında öləndə Safiyənin cəmi dörd yaşı vardı. Atası da o vaxt sağ olmadığı üçün Safiyəni uşaq evinə verdilər. Bura, damarlarında qarışıq qan axan uşaq üçün dəhşətli bir yer idi. Bir ildən sonra Kensinqton ailəsi onu himayəyə götürdü ki, o, balaca Kara ilə oynasın. Safiyə həmin günü pis xatırlayırdı. Onun dalınca hündür bir kişi gəlmişdi. Bu, Karanın atası Recinald Kensinqton idi.

Safiyəni ayrıca otağa apardılar. Qızlar yaşıd olduqlarına və coşqun xasiyyətləri ilə seçildiklərinə görə tez dostlaşdılar. Onlar gecələr yorğanı başlarına çəkib bir-birlərilə ən gizli sirlərini bölüşüb, öz arzularından danışır, gündüzlərsə xurma palmalarının arasında oynayıb kinoya qaçırdılar. Gözəl zamanlar idi – nəhayətsiz şirin yay.

Qızların on yaşı olanda lord Kensinqton Karanın iki illik İngiltərəyə oxumağa gedəcəyini elan etdi. Xəbərdən qulağı tutulan Safiyə üzr istəmədən stolun arxasından durub qaçdı. O, öz otağına çəkilib dəhşətlə uşaq evinə dönəcəyini təsəvvür edərək, özünü heç kimə lazımlı olmayıb, qutuya qoyulan oyuncaq kimi hiss etdi. Amma Kara onu axtarıb tapdı.

“Mən sənsiz yaşaya bilmərəm”, – deyərək rəfiqəsini qucaqlayıb, göz yaşları içində inandırdı. – “Atamı sənin mənimlə getməyin üçün üçün razı salacam”.

Və o, buna müəssər oldu.

Safiyə Kara ilə birgə iki illik İngiltərəyə yollandı. Onlar ən yaxın rəfiqə kimi, bacı kimi oxuyurdular. Omana ayrılmaz halda qayıdıb, təhsillərini Məsqətdə bitirdilər. Və hər şey Karanın səyahətdən sonra ova çıxmağı üçün evə döndüyü günə qədər yaxşı idi. Bu ov onun günəşdən yanıb, dəhşətdən ölən ad günü vaxtına salınmışdı.

Atası onunla deyildi. Rəsmi məlumatlarda deyirdi ki, Recinald Kensinqton karst qatının parçalanması zamanı yıxılaraq həlak olmuşdu. Onun cəsədi isə tapılmamışdı.

Həmin vaxtdan Kara başqalaşmışdı. O, əvvəlki kimi Safiyəni öz yanında saxlayırdı. Hərçənd ki, bu əvvəlki kimi səmimi dost-luq yox, vərdiş edilmiş bir saxlama idi. Kara özbaşına təhsil al-mağa getdi. Bundan başqa, onun üzərində atalıq təşəbbüsünün məsuliyyətinin ağırlığı dayanırdı.

Kara Oksfordu on doqquz yaşında bitirdi. O, tez bir zamanda özünü uğurlu bir maliyyəçi kimi göstərə bildi və hələ universitetdə oxuyarkən atasından qalan kapitalı üç dəfə artırmağı bacardı. “Kensinqton neft quyuları” kompaniyası öz fəaliyyətini kompüter texnologiyaları ilə məşğul olaraq, torpağın şoranlaşması ilə mübarizə apararaq, yeni sahələrdə və televiziyalarda inkişaf etdirərək böyüməyə başladı. Bununla belə, Kara ailə varının mənbəyi olan neft haqqında bir dəqiqə də olsun unutmurdu. “Kensinqton quyuları” neftçıxarmada əlverişli sazişlər üçün mübarizədə qüdrətli “Halliberton” korporasiyasını ötüb keçdi.

Kara yalnız neft kompaniyasını deyil, Safiyəni da unut-mamışdı. O, rəfiqəsinin təhsili, o cümlədən, Oksfordda altı illik oxumağı üçün pul ödəməyə davam edirdi. Safiyə arxeologiya üzrə doktorluq dissertasiyasını müdafiə edib “Kensinqton quyularında” işə qəbul edildi. Daha sonra Karanın Britaniya muzeyindəki övladlarına – əsası Recinald Kensinqton tərəfindən qoyulan, Ərəbistan yarımadasından yığılmış arxeoloji sərvətlərə qəyyumluq etməyə başladı. Onun başladığı bu iş Karanın rəhbərliyi altında daha da çiçəklənərək dünyanın ən böyük kolleksiyalarından biri kimi böyüyüb çoxaldı. İki ay əvvəl Səudiyyə Ərəbistanının kral ailəsi bu əntiq eksponatları Ərəbistan yarımadasına qaytarmaq üçün onu almağa cəhd etdi. Şayiələrə görə ehtimal edilən sövdələşmə yüz milyon funt dəyərində qiymətləndirildi.

Kara bundan imtina etmişdi. Onun üçün atasından qalmış özünəməxsus bu memorial istənilən puldan daha qiymətli idi. İndiyə qədər onun bədəni aşkar edilməsə də, ancaq, burada, Britaniya muzeyinin bu ucqar cinahında onun Ərəbistanın tarixi və zənginliyi ilə dolu olan sərdabəsi yerləşirdi.

Safiyə rəfiqəsinin çiyinləri arxasından real vaxtda bu qədər güc sərf etdiyi işin tüstüləyən xarabalığının görüntüsünü yayımlayan monitora baxırdı. Yalnız kolleksiyaların itməsinin Kara üçün nə demək olduğunu tapmaq qalırdı. Yəqin bu, onun atasının qəbrinin təhqir olunması ilə müqayisə olunurdu.

– Kara… – Safiyə başladı. O, ümid edirdi ki, rəfiqəsi bu dəhşətli xəbəri onun narahatlığını bölüşə biləcək birindən eşitdiyi təqdirdə qaçılmaz olan bu zərbə yumşalacaq. – Bilirəm, Edqar artıq mənə deyib.

Karanın səsində çaşqınlıq hiss olunmurdu. Adət halını almış hökmranlıq ona qayıdırdı. Şübhəsiz, kolleksiyaların onun Səu-diyyə krallığı ailəsinin təklifindən imtina etməsindən sonra, çox keçmədən itməsi Karada şübhələr yaradırdı. Gənc qadın burada iştirak edənərə nəzər saldı.

– Nə baş verib? Bunu kim edib?

Ledi Kinqstona ləngimədən videomüşahidənin yazısını geriyə çevirməyi təklif etdilər. Bu anda Safiyə onu görəcəklərini heç kimə bildirməməsi üçün ciddi xəbərdar edildiyini xatırladı. Karaya bu barədə heç nə demədilər. Zənginlik öz imtiyazlarına malikdir.

Safiyə monitorun ekranından çevrilib diqqətlə Karanı izləməyə başladı. O, Karanın görəcəyi səhnələrin ona necə dəhşətli sarsıntı verəcəyindən ehtiyat edirdi. Safiyə gözucu partlayışın sonuncu parlaq işartısını gördü. Bundan sonra ekran söndü. Bütün baxış zamanı Karanın üzü elə hərəkətsiz qaldı ki, sanki, mərmərdən oyulmuş ilahə Afina dalğınlıqla yüklənmişdi.

Kara yavaş-yavaş gözlərini yumdu. Bu, dəhşət və qorxudan deyil, – Safiyə rəfiqəsinin əhvalını çox yaxşı bilirdi – dərin rahatlıqdan irəli gəlirdi. Karanın dodaqları demək olar ki, yalnız Safiyənin qulağının eşidə bildiyi yeganə bir sözü tələffüz edərək səssiz pıçıltı ilə tərpəndi.

Nəhayət ki…

















2



Tülkü ovu



14 noyabr, şərq saat qurşağı vaxtı ilə 07:04.

Ledyard, Konnektikut ştatı



Uğurlu ovun açarı səbirdir.

Peynter Krou öz doğma torpağında dayanmışdı. Dədə-babalarının tayfası bu yeri Maşantaket – “ot basmış qalın meşə yeri” adlandırırdı. Ancaq, orada – Peynterin gözlədiyi yerdə nə meşə, nə quşların nəğmələri, nə də küləyin pıçıltısı vardı. Burada oyun aparatları guruldayır, pullar cingildəyir, cansız hava isə, təmizlik sistemi vasitəsilə qovulsa da, tütün qoxusu ilə dolu idi.

Bütün dünyada ən böyük oyun kompleksi sayılan Foksvuds istirahət mərkəzi Las-Veqas və hətta Monte-Karlonu da geridə qoyurdu. Konnektikut ştatının Ledyard adlı miskin kəndinin ətrafında yerləşən nəhəng kompleks Maşantaket rezervasiyasında sıx meşənin üstündə əzəmətlə ucalırdı. Oraya altı min oyun avtomatlarından və bir neçə yüz oyun stolundan savayı yüksək səviyyəli üç mehmanxana da daxil idi. Bütün komleks bu yerlərdə min illər ovçuluq edən peko tayfasına – “tülkü xalqı”na məxsus idi.

Öz adını ingilis dilinə “Əlvan quzğun” kimi tərcümə edən Peynter Krou hal-hazırda nə maral, nə də tülkü ovuna çıxmışdı.

Onun hədəfi daha çox Xaos adı ilə məşhur olan çinli kompüter mütəxəssisi Çzin Çjan idi. O, bütün Çində misilsiz istedadı olan, kompüter kodunu sındıran ən yaxşı xakerlərdən biri sayılırdı. Peynter Ralf Laurendən kostyum geyinmiş bu arıq insanın dosyesi ilə tanış olub ona hörmət bəsləməyə başladı. Çjan son üç ildə Amerika ərazisində kompüter casusluğu üzrə bir neçə əməliyyatını uğurla həyata keçirmişdi. Onun son qəniməti Los-Alamos laboratoriyasından oğurlanmış plazmalı silahın istehsalı texnologiyası idi.

Nəhayət, Peynterin ovlamaq istədiyi ov quşu stolun arxasından qalxdı.

Doktor Çjan, siz oyunu bitirmək istəyirsinizmi? – stolun başında gəminin burnundakı kapitan kimi dayanmış kart paylayan oyunçu nəzakətlə soruşdu.

Səhər saat yeddidə çinli kompüterçi onun mühafizəçisi istisna olmaqla zalda qalan yeganə oyunçu idi. Adam azlığı Peynteri öz ovunu uzaqdan izləməyə vadar edirdi. Heç bir halda şübhə yaratmaq olmazdı. Xüsusilə belə bir vaxtda.

Çjan bir topa qara jetonu darıxan kassirin qabağına qoydu. Kassir pulu sayana qədər, Peynter öz hədəfini tədqiq etdi.

Çzin Çjan öz zahiri görkəmi ilə qərbdə təşəkkül tapmış çinli stereotipinə büsbütün uyğun gəlirdi. O, gözəgörünməz idi. Onun soyuqqanlı simasında əlində yaxşı və pis kartların olduğunu bildirən nə bir hiss, nə də bir emosiya əks olunmuşdı. Çjan sadəcə olaraq öz oyununu oynayırdı, vəssalam.

Ona baxanda heç kim şübhələnməzdi ki, o, on beş ölkənin ədliyyə orqanlarının ələ keçirməyə çalışdığı mahir cinayətkardır. Çjan qərb biznesmeləri kimi geyinmişdi – güclə görünən zolaqla hazırlanmış kostyum, ipək qalstuk, platin korpuslu “Roleks” saatı. Bununla belə, onun üzündə sərt bir estetika duyulurdu. Onun parıldayan qara saçları qulaqlarının kənarından və boynunun ardından elə vurulmuşdu, təpəsində sərt fırça şəkilli saç düzümü əmələ gəlmişdi. Metal haşiyəli, dəyirmi və azacıq tündləşmiş şüşələri olan eynək onun üzünə dalğın bir ifadə verirdi.

Kassir nəhayət fişka yığınının üstündən əlini yelləyərək öz boş ovcunu və barmaqlarını tavanın altında güzgülü gümbəzlərin içində gizlənmiş videomüşahidə kameralarına nümayiş elədi.

Düz əlli min dollar, – o, yekun məbləği söylədi.

Kart paylayan oyunçu başını yellədi. Kassir əlli min dollarlıq əskinası hesablayıb ayırdı.

–Qoy uğur sizinlə olsun, cənab, – kartpaylayan oyunçu Çjana arzuladı.

Çjan hətta başını belə tərpətmədən, iki mühafizəçinin müşayiəti ilə uzaqlaşıb getdi. O, bütün gecəni oyun stolunun arxasında keçirmişdi. Pəncərələrdən sübhün şəfəqləri saçılırdı.

Üç saatdan sonra kibernetik cinayətlər forumu öz işinə davam edəcəkdi. Orada kompüter informasiyalarının oğurluğu, daxili strukturların müdafiəsi və təhlükəsizliyə aid olan bir çox digər mövzularda son dünya tendensiyaları müzakirə olunur. İki saatdan sonra “Hyulett – Pakard” kompaniyasının təşkil etdiyi səhər yeməyi simpoziumu başlayacaqdı. Həmin vaxt Çjan onda olan məlumatları orada ötürəcəkdi. Onunla əlaqə yaradacaq adamın kimliyi indiyə qədər naməlum olaraq qalırdı. Foksvudsda keçirilən əməliyyatın əsas məqsədlərindən biri məhz həmin adamı müəyyən etməkdi. Yeni nəslin silahları haqqında tam məxfi məlumatların ötürülməsinin qarşısını almaq azdır, həmçinin hərbi sirr və texnologiyaların ticarəti ilə məşğul olan kölgə şəbəkəsinin Amerika təmsilçisinə də çıxışı təmin etmək lazımdır. Əməliyyat heç bir halda uğursuzluqla bitməməlidir.

Peynter üç nəfərdən ibarət qrupu izləyirdi. DARPA rəhbərliyi onun xarici nəzarətlərdə olan təcrübəsini, kompüter texnologiyalarında olan biliyini və hər şeydən öncə Foksvudsda itə bilmək bacarığını nəzərə alaraq bu tapşırığı yerinə yetirmək üçün şəxsən onu seçmişdi.

Peynter yarımcins olaraq peko tayfasının hindlisinə xarakterik olan atasının zahiri görünüşünü irsən almışdı. Yalnız solyaridə bir qədər qaralmaq və anasından qalmış mavi gözlərini gizlətmək üçün qəhvəyi rəngli kontakt linzalar taxmağı tələb olunurdu. İndi Peynter çiyinlərinə qədər quyruq kimi yığılmış göyümtül-qara saçları ilə öz atasının surətini əks etdirirdi. O, bu bənzərliyin tamamlanması üçün kazino əməkdaşının döş cibində peko tayfasına məxsus açıq səma fonundakı təpə üstündə ağac emblemi tikilmiş xüsusi formalı smokinq geyinmişdi.

Peynter uzaqdan Çjanı ehtiyatla izləməyə davam edirdi. Onun nəzərləri bir dəfə də olsun çinli xaker və onun mühafizəçilərindən ayrılmırdı. Peynter üç kişini təbii maskalanmadan maksimum istifadə edərək periferik nəzərlərlə müşahidə edirdi. O, öz qənimətini yanıb-sönən oyun avtomatlarının çəpərləri və geniş çəmənlikdə yerləşən yaşıl məxməri stolların arasından güdürdü. Peynter məsafə saxlayaraq, hər dəfə sürətini və hərəkət istiqamətini dəyişirdi.

Onun qulağında çin danışığı – Çjanın güclü mikrofonla qeydə alınan səsi vızıldadı. Çjan öz lyuks nömrəsinə gedirdi.

Peynter larinqofonu boğazına sıxaraq səssizcə sözləri artikulyasiya etməyə başladı.

– Sançes, sən siqnalı necə qəbul edirsən?

Ucadan və aydın, kommander.

Onun həmkarı Kassandra Sançes Çjanın lyuks nömrəsinin qarşısında yerləşən nömrədə gizlənib girişi müşahidə edirdi.

– Dərialtı necə işləyir? – Peynter soruşdu.

– Bizim tanışımız tezliklə öz kompüterinin arxasında oturmalıdır. “Dinləmə qurğusunun” yanacağı qurtarır.

Peynter qaşqabağını salladı. Dinləmə qurğusu dünən massaj seansı zamanı çinlinin bədəninə bərkidilmişdi. Latın Amerika simalı Sançes hindliyə bənzəməsi üçün kifayət qədər qarabəniz idi. Dünən axşam Kassandra Çjanı massaj edərkən mikroötürücünü onun bədəninə implantasiya etmişdi. Gənc qadının bacarıqlı barmaqlarının gücləndirilmiş işi nəticəsində ani olaraq vurulan iynə nəzərə çarpmamışdı. Sançes kiçik yaranı cərrah yapışqanı və ağrıkəsici vasitəsilə suvayıb tutdu. Massaj bitdikdən sonra, yapışqan yaranı sağaldaraq qurudu. Rəqəmsal mikroötürücünün işləmə müddəti cəmi on iki saat idi.

– Nə qədər vaxt qalıb?

– Ən optimist rəqəm – on səkkiz dəqiqə.

– Lənət şeytana!

Peynter yenidən diqqətini öz qənimətinin səsinə cəmlədi.

Çjan elə sakit danışırdı ki, onu yalnız mühafizəçilər eşidə bilsinlər. Çin dilinin Pekin ləhcəsini mükəmməl bilən Peynter dinləyirdi. O, ümid edirdi ki, Çjan heç olmasa bir sözlə də olsa plazma silahına aid məlumatlar olan faylı nə vaxt götürəcəyini ağzından qaçıracaq. Lakin, onu məyusluq gözləyirdi.

– Qızı hazırlayın – çinli xaker göztəriş verdi. – Mən onunla duş qəbul edəndən sonra məşğul olacam.

Peynter yumruğunu sıxdı. Qızın cəmi on üç yaşı vardı. Şimali Koreyadan gətirilən bu qız faktiki olaraq qul vəziyyətində idi. “Bu mənim qız övladımdır”, – Çjan sual vermək arzusunda olanlara bu cür izah edirdi. Əgər Peynterin şübhələri əsaslandırılmış olsa, o zaman Çjanın ittiham olunduğu uzun cinayətlər siyahısına daha biri – yetkinlik yaşına çatmayanları pis yola çəkmək də əlavə olunacaq.

Öz ovunu izləyən Peynter xırda pul kassasını dolanıb oyun avtomatlarının cərgəsi boyunca irəlilədi. Onlardan biri cekpotun töküldüyünü elan edərək, coşqunluqla cingildədi. Orta yaşlı, idman kostyumu geyinmiş bəxtəvər kişi ətrafına göz gəzdirib, sevincini bölüşməyə bir adam axtarırdı. Ətrafda Peynterdən başqa heç kim yox idi.

– Mən cəmi bircə dollara bunu udmuşam, – bəxti gətirən bu kişi şadyanalıqla qışqırdı. Onun qırmızı, şişmiş gözlərindən bütün gecəni bu oyun zalında keçirdiyi görünürdü.

Peynter başını yelləyib onun yanından keçərək kart paylayan oyunçunun sözünü təkrar etdi.

– Uğur olsun, ser!

Əslində kazinonun özündən savayı, burada qalib oyunçu yox idi. Yalnız oyun aparatları keçən il səkkiz milyon dollar təmiz qazanc gətirmişdi. Görünür peko tayfası keçən əsrin səksəninci illərində məşğul olduğu qum və çınqıl karxanasından çoxdan uzaqlaşmışdı.

Bədbəxtlikdən, oyun bumu Peynterin atasından yan keçmişdi. Elə səksəninci illərin əvvəllərində o, xoşbəxtlik axtarmaq üçün rezervasiyadan Nyu-Yorka yollanmışdı. O, orada Peynterin anası ilə – sonda yeddi illik ailə həyatı və oğlunun doğulmasından sonra ərinin başını kəsən ehtiraslı italiyalı qızla tanış oldu. Anası eletrik stuluna yollandı, Peynterin özü isə müxtəlif uşaq evlərində tərbiyə aldı. Orada tez bir zamanda susmağın və görünməz olmağın ən yaxşı şey olduğunu mənimsədi. Bu, onun həyatda ilk dərsi olsa da, sonuncu olmadı.

Çjan mehmanxananın mühafizəçisinə öz nömrəsinin açarını göstərib, cangüdənlərinin müşaiyəti ilə Böyük Peko qülləsinin vestibülünə daxil olub liftə tərf yönəldi.

Peynter onun yanından keçdi. Onun qoltuğunun altında smokinqin gizlətdiyi qoburunun içində doqquz kalibirlik tapança vardı. Peynter tapançanı çıxarıb Çjanı peysərindən vurmaqdan özünü güclə saxladı. Çində ölüm hökmü məhz bu cür icra edilir. Amma bu yolla, Peynter əsas məqsədinə çata bilməyəcəkdi. O, bununla, orbital plazmatik topun nə ilk hesabını, nə də layihəsini geri qaytara biləcəkdi.

Çjan mühafizə olunan federal serverdən informasiyaları ələ keçirib, özündən sonra kompüter virusu saxlamağa müvəffəq oldu. Səhərisi gün Los-Alamos laboratoriyasının əməkdaşı Harri Klyayn faylı açaraq, özü də bilmədən silahlar haqqında olan məlumatların hamısını məhv edən virusu aktivləşdirdi və parallel olaraq Klyaynın özünə işarə verən saxta iz buraxdı. Bu kompüter kələyi müstəntiqlərə hədər gedən iki həftəlik zəhmət bahasına başa gəldi.

DARPA-nın onlarla mütəxəssisi əsl oğru – Şanxayda telekommunikasiya ilə məşğul olan “Çanqnet” kompaniyasının rəsmi işçisi sayılan kompüter casusluğunun mahir ustası Çzin Çjanı müəyyən etməzdən öncə, virusun yaradığı bu bataqlıqda eşələnirdilər. MKİ-nin məlumatına əsasən, oğurlanmış informasiyalar hal hazırda Çjanın nömrəsindəki çamanadanın içində – portativ kompüterdə yerləşirdi. Sərt maqnit diskdə yerləşən toplayıcı mürəkkəb sistemli kriptoqrafik müdafiə ilə təchiz edilmişdi. Giriş parolunun daxil olunması zamanı bircə səhv kompüterdə bütün informasiyaları məhv olmağına kifayət edirdi.

Heç bir halda buna imkan vermək olmazdı. Los-Alamosdakı virusun dağıdıcı hücumundan sonra heç bir şey qalmamışdı. Aparılan tədqiqatların nəticələrinin itməsi işləri on ay geri atacaqdı. Ən pis bu idi ki, informasiya çinlilərin əlinə keçdiyi halda, bu onlara sıçrayışın icrasını beş il irəliyə aparmasına imkan verəcəkdi. Faylların tərkibində fenomenal kəşflər və ən yeni texnologiyalara aid məlumatlar yerləşirdi. DARPA-nın vəzifəsi onları geri qaytarmaq idi. Bunun üçünsə, Çjanın kompüterinə yiyələnib giriş parolunu öyrənmək lazım idi.

Vaxt bitirdi.

Peynter “fortuna təkəri” adlı avtomatdan əks olunan inikasla Çjanı güdürdü. O, Çjanın və onun cangüdənlərinin dayanmadan yuxarı – lyuks nömrənin olduğu mərtəbəyə qalxan sürətli liftin kabinəsinə necə girdiyini gördü.

Peynter larinqofona pıçıldadı.

– Onlar qalxır.

– Kommander, aydındır. İndi iş sənə qalıb.

Peynter sürətlə qonşu liftə atıldı. Onun qapılarını üstündə iri qara hərflərlə “Lift işləmir” yazılmış tünd-sarı lent örtmüşdü. Peynter düyməni basıb lentin altına cumdu. Qapı açılan kimi, kabinəyə atılıb larinqofonu basdı.

– Hazırdır. Haydı!

– Möhkəm dayan! – Sançes cavab verdi.

Qapılar bağlandı və Peynter ayaqlarını geniş aralayıb ka-binənin qırmızı taxtadan üz vurulmuş divarına qısıldı. Lift Peynteri döşəməyə sıxaraq, yuxarıya sarı götürüldü. O,əzələlərini sıxıb, tabloda rəqəmlərin bir-birini tez-tez əvəzləməsini izləyirdi. Sançes bu liftlə xüsusilə məşğul olub, onun maksimal sürətlə hərəkət etməsinə nail olmuşdu. Bundan başqa, o, işi elə qurmuşdu ki, Çjanın liftinin sürəti 24 faiz ləngiyirdi, bu da demək olar ki, hiss olunmurdu.

Otuz ikinci mərtəbəyə çatanda lift silkələnərək dayandı. Bu zaman Peynter döşəmədən havaya atılıb yerə düşdü. Peynter qapıların tamamilə açılmasını gözləmədən və sarı lent çəpərinə ziyan vermədən kabinədən bayıra atıldı. O, qonşu liftin tablosuna nəzər yetirdi. Çjanın hələ üç mərtəbə qalxmalı idi.

Tələsmək lazım idi. Peynter dəhliz boyu qaçaraq Çjanın nömrəsini tapdı.

– Bizim dispozisiyamız nədir? – o, mikrofona pıçıldadı.

– Qız çarpayıya qandallanıb. İki cangüdən böyük otaqda kart oynayır.

– Aydındır.

Sançes işıq ötürücülü videokameraları nömrənin isitmə sisteminin vintelyatoruna quraşdırmışdı. Peynter nömrənin qa-pısını açıb içəri girdi.

Kassandra Sançes sanki hörümçək öz toru ətrafında oturmuş kimi, elektron müşahidə sisteminin cihazları və monitorlarının əhatəsində oturmuşdu. O, hündür çəkmələrdən, üst köynəyinə qədər tamamilə qara geyinmişdi. Hətta qoltuğunun altındakı qobur da bu rəng tonuna uyğun idi. Sançes öz tapançasını sifarişlə hazırlanmış rezin tutacaqla təchiz etmiş, qoruyucu düyməni sol əlinin böyük barmağının altına qoydurmuşdu. O, heç vaxt hədəfdən yayınmırdı. Peynter kimi bu gənc qadın da yalnız xüsusi təyinat qoşunlarının tərkibində təlim keçdikdən sonra, “Siqma” dəstəsinə qəbul edilmişdi.

Sançes Peynteri gözlərinin sevincli parıltısı ilə qarşıladı: par-tiyanın sonunu yaxınlaşdıran coşqun həyəcan hiss olunurdu. Onu görəndə Peynterin nəfəs alması sürətləndi. Gənc qadının sinəsi qoburun kəməri ilə sıxılmış köynəyinin nazik parçasından qabarmışdı. Peynter özündə güc tapıb, baxışlarını ondan ayırdı. O, Sançeslə birgə beş il idi ki, işləyirdi və son vaxtlar onun Sançesə münasibətində romantik çalarlar meydana gəlmişdi. İşdən sonra barlara başlayan gedişlər sonralar tədricən restoranlarda uzun şam yeməkləri ilə əvəz olundu. Ancaq, buna baxmayaraq, hansısa son bir əlamətin hələ qarşısı alınmadığından, onların arasındakı müəyyən məsafə hələ də qalırdı. Sanki Peynterin fikirlərini oxuyaraq Sançes nəzərinin ondan çəkdi.

– Bu alçaq indilərdə gəlməlidir. – o, üzünü monitorlara tərəf tutaraq söylədi. – Yaxın on beş dəqiqə ərzində onun bu faylları açması bizə lazımdır, əks halda… Lənət!

– Nə olub ki? – Peynter ona tərəf addımladı.

Gənc qadın monitorların birini göstərdi. Orada Böyük Peko qülləsinin yuxarı mərtəbələrində üzərində qırmızı xaçın hərəkət etdiyi üçölçülü kəsik göstərilmişdi.

– O, yenə də aşağı enir.

Xaç hal-hazırda cəld aşağı enən mikroötürücünün mövqeyini göstərirdi.

Peynter yumruğunu sıxdı.

– Onu nə isə qorxutdu. Çjan liftə minəndən sonra öz nömrəsi ilə əlaqəsi olubmu?

– Əsla.

– Kompüter hələ də oradadır?

Sançes Çjanın nömrəsini ağ-qara görüntülərlə əks etdirən başqa monitoru göstərdi. İçərisində noutbuk olan çamadan əv-vəlki kimi çay stolunun üstündə idi. Kaş parol olmayaydı. Belə olsaydı, nömrəyə girib, kompüteri oğurlayaraq qaçmaq olardı. Qeyd etmək lazımdır ki, onun içindəki informasiyalara daxil ol-maq üçün yalnız Çjanın özünə məlum olan açar tələb olunurdu. İmplantasiya olunmuş dinləmə qurğusu klaviş hər dəfə basıldıqca kodu, yadda saxlayaraq qeydə alacaq. Kod əldə edildikdən sonra isə, Çjanı və onun əlaltılarını həbs etmək mümkün olacaq.

– Mən aşağı düşməliyəm. Biz onu itirə bilmərik, – Peynter söylədi.

O, mütləq Çjanın yan-yörəsində hərlənməli idi, çünki mikro ötürücünün fəaliyyət radiusu iki yüz yarddan uzaq məsafəni aktivləşdirə bilmirdi.

– Əgər o hiss edibsə…

– Bilirəm.

Peynter qapıya sarı atıldı. Çjanı aradan götürmək lazımdır. Bu halda bütün fayllar biryolluq itirilmiş olsa da bununla belə silah Çinə gedib çatmayacaq. Bu, ehtiyat variantı idi. Bütün ehtiyat tədbirləri müxtəlif səviyyəli olmalıdır. Çjanın nömrəsindəki ventilyasiyalı barmaqlıqlardan birinin arxasında hətta elektromaqnitli qumbara da gizlədilmişdi. İstənilən məqamda onu distansiya ilə kompüterin müdafiə sisteminə yol açan elektromaqnit impulsu generasiya edərək partlatmaq mümkün idi. Bununla da bütün məlumatlar məhv olacaqdı.

Peynter dəhliz boyu qaçaraq yenə də sarı lentin altına baş vurub liftin kabinəsinə soxuldu və larinqofonu boğazına sıxdı.

– Sən məni onlardan qabaq aşağı buraxa bilərsən?

– Xayalarından möhkəm tut! – Sançes cavab verdi.

Krou onun məsləhətinə əməl etməyə macal tapmamış, kabinənin döşəməsi onun ayaqları altından qaçdı. Peynter uzun müddət çəkisizlik hiss etdi. Mədəsi sanki boğazına qalxdı. Kabinə sərbəst enməyə başladı. Peynter ürəkbulanmanı artıran təlaş hissi keçirdi. Sonra kabinə sanki yuxarı atıldı. Ayaq üstə dayanmağa heç bir imkan yox idi. Reynter dizi üstə yıxıldı. Nəhayət, əks sürət bitdi və kabinə mülayim tərzdə donub yerində qaldı.

Qapılar açıldı. Peynter səndələyərək ayaq üstə qalxdı. Beş saniyədən də az vaxtda otuz mərtəbə. Bu, yəqin ki, mütləq rekord idi. Krou liftdən vestibülə çıxıb, qonşu liftin üzərindəki rəqəmlərə baxdı.

Çjan ikinci mərtəbəni keçirdi.

Peynter şübhə yaratmamaq üçün kifayət qədər geriyə bir neçə addım atdı, bununla belə çıxışı da tutdu: kazinonun mühafizəsinin adi əməkdaşı kimi.

Kabinə aşağı endi və qapılar açıldı. Peynter üzbəüz yerləşən liftin parıldayan bürünc qapılarından izləyirdi. Yox, bircə bu olmasın… O, çevrilərək sürətli liftə atıldı. Kabinədə heç kim yox idi.

Olmaya, Çjan başqa mərtəbəyə qalxmışdı? Peynter boş ka-binəyə nəzər saldı. Bu, mümkün deyil. Sürətli lift yalnız birinci və sonuncu mərtəbədə dayana bilər. Düzdür, fövqəladə dayanacağın düyməsini basıb, sonra qapını əllə açmaq də olardı.

Və burada Peynter kabinənin uzaq divarına yapışdırılmış pa-rıltılı plastmas parçası gördü. “Dinləmə qurğusu”!

Peynter döş qəfəsindən çıxacağı ilə hədələyən ürəyinin necə hiddətlə döyündüyünü hiss edərək liftin kabinəsinə girdi. Onun nəzəri divara yapışıb qalan bu kiçik elektron qurğunun üzərində donub qaldı. O, mikroötürücünü qoparıb müayinə etməyə baş-ladı. Çjan Peynteri tələyə salıb ona kələk gəlmişdi.

– Aman Allah!..

Peynter larinqofonu boğazına sıxdı.

– Sançes!

Cavab gəlmədi.

– O, çevrilərək üstündə sadəcə “lyuks nömrə” yazılmış düy-məni basdı. Qapılar həddən artıq yavaş bağlandı. Peynter qəfəsdə olan şir kimi darısqal kabinədə vurnuxmağa başladı. O, yenə də radio ilə əlaqə yaratmağa cəhd etdi. Amma, cavab gəlmədi. Lift qalxmağa başladı. Peynter yumruqları ilə divarları döyəcləyirdi. Qırmızı ağacdan düzəldilmiş örtük cırıldamağa başladı.

– Lənətə gələsən… Tərpən görək!

İndi anladı ki, artıq gecdir.



* * *



Qrinviç vaxtı ilə saat 14:38.

London, İngiltərə

Safiyə Kensinqton qalereyasının çıxışından bir neçə addım aralı olan dəhlizdə dayanmışdı. Nəfəs almağa taqəti yox idi. Məsələ nə yanmış ağacın üfunətində nə də elektrik naqillərinin izolyasiyasında deyildi. Günahların hamısı intizardadır. Safiyə bütün səhəri müstəntiqlərin və Britaniya hüquq müdafiəçiləri ekspertlərinin qalereyaya girib çıxmalarını müşahidə edirdi. Onun özü üçün isə ora giriş bağlı idi.

Vətəndaşlara sarı lentlə hasarlanmış əraziyə və qa-rovulçuların və ordu bölümlərinin ehtiyatlı baxışlarının yanından keçməyə icazə verilmirdi. Nəhayət günortadan keçmiş Safiyə içəri girib yanğının viranedici nəticələrini öz gözləri ilə görməsinə izn verildi. Bu an ona elə gəldi ki, onun sinəsi nəhəng bir daş yumruqla sıxılıb. Ürəyi döş qəfəsində ürkmüş göyərçin kimi çabalayırdı. O, nə görəcək? Nəyisə xilas etmək mümkün olarmı?

Safiyə özünü qalereya kimi viran və boşalmış hiss edirdi. Muzeydəki işi onun həyatının yalnız elmi hissəsindən ibarət deyildi. Safiyə Tel-Əvivdən sonra yenidən burada öz ürəyini əldə edə bilmişdi. O, öz vətənini tərk etsə də, ondan ayrılmamışdı. Ərəbistanı burada – Londonda bərpa etmişdi. Safiyə terrorçuların meydana çıxmasına qədər olan Ərəbistanı canlandırmışdı, öz torpağı, onun müqayisə olunmaz gözəlliyi, qədim dövrləri və açılmamış sirləri haqqında gözə çarpan hekayə yaratmışdı. Safiyə çoxdan ötüb keçmiş dövrlərin xatirələri ilə əhatə olunan bu zalları gəzərkən, ayaqları altında qumların xışıltısını eşidir, üzündə günəş şüalarının hərarətini, ağzında isə təzə dərilmiş xurmaların dadını hiss edirdi. Bura onun evi idi, bura elə bir yer idi ki, heç nədən qorxmamaq olardı.

Yox, bu hətta daha artıq bir şey idi. O, bu evi tək özü üçün yox, həm də heç xatırlamadığı anası üçün də tikmişdi. Arabir muzeydə axşama qədər ləngiyən Safiyə qəflətən havada uzaq uşaqlıq dövrlərindən qalan xatirə kimi yasəmənlərin güclə sezilən ətrini hiss edirdi.

İndi isə bunlardan əsər-əlamət qalmayıb. Safiyənin qüssəsinin həddi yox idi.

Bizə içəri keçməyə icazə verdilər.

Safiyə səksənərək Rayan Flemminqə baxdı. Təhlükəsizlik xidmətinin rəisi də onunla bərabər intizar yükünü çəkirdi, ancaq deyəsən, bir neçə dəqiqəlik də olsa yuxusunu ala bilmişdi.

– Mən sizinlə birgə gedəcəm, – o dedi.

Safiyə özünü nəfəs almağa məcbur edərək başını yırğaladı. Flemminqin şəfqət və xeyirxahlığı müqabilində o, yalnız bununla ona təşəkkür edə bilərdi. Safiyə muzeyin digər əməkdaşlarının ardınca yeridi. Onların hamısı qalereyanın eksponatlarının siyasının tutulmasına kömək etməyi öhdələrinə götürmüşdülər. Bu iş həftələr tələb edrdi.

Safiyə qalereyada daha tez olmaq cəhdinə və orada görəcəyindən əvvəl keçirdiyi qorxu hissinə çulğanıb qabağa keçdi. Kiçik bir qrup sonuncu hasarlanmış yerin yanından keçdi. Qoruyucu barmaqlığı çıxarıb müstəntiqin laboratoriyasına apardılar. Safiyə qeyri-ixtiyari sevindi. Onun Harri Mastresonun qalıqlarına baxmağa azacıq da olsun nə həvəsi, nə də marağı vardı.

O, qalereyanın girişində dayanıb içəri baxdı. Videoyazılardakı görüntülərə baxmayaraq, Safiyə gördüklərinə heç də hazır deyilmiş. İşıqlı, parlaq qalereya indi hisə verilmiş mağara an-filadası, divarları kömürə dönən kərpiclərdən olan beş sərdabə təsiri bağışlayırdı.

Safiyənin nəfəsi tutuldu. Yaxınlıqda boğuq qışqırıq səsələri eşidilirdi. Od tufanı heç nəyə rəhm etməmişdi. Divarların haşiyələri axıra qədər yanb kərpicləri çılpaq hala gətirmişdi. Qalereyanın mərkəzindəki tənha Babil vazasından savayı heç bir əşya öz yerində deyildi. Qurşağa qədər hündürlüyü olan bu vaza hisə bulaşmasına baxmayaraq şaquli dayanmışdı. Safiyə bəzən qasırğa zamanı amansızcasına parkları boşaldan, evləri dağıdan belə halların viranlıq içində ayaq üstə sakit bir sürətdə dayanan bir velosipedə heç bir zərər dəymədiyi hallar haqqında oxumuşdu.

Bu, izah olunası bir şey deyildi.

Məkanlardan əvvəlki kimi his qoxusu gəlməkdə idi. Döşəmələri isə yanğınsöndürənlərin nasoslarının yaratdığı seldən qalan hisdən qaralmış və bir neçə qarış qalınlığı olan su qatı örtmüşdü.

– Sizə uzunboğaz çəkmə və dəbilqə geyinmək lazımdır, – Flemminq bunu deyib və əlini Safiyənin çiyninə qoyaraq sıra ilə düzülmüş rezin çəkmələrin yanına apardı. Safiyə dalğın halda bir cüt götürdü.

– Nədən başlayaq? – kimsə çaşqınlıqla donquldandı.

Safiyə dəbilqə və çəkmələri geyinib sanki yuxuda hərəkət edirmiş kimi ətrafına göz gəzdirərək mexaniki olaraq qalereyaya addımladı. O, zalların anfiladlarından keçdi. Gənc qadın qalereyanın qurtaracağına çatanda onun çəkmələrinin dabanında nə isə xışıldadı. Safiyə əyilib suyun içini araşdırdı və döşəmədən bir daş parçası qaldırdı. Onun üst hissəsinə mixi yazılar həkk olunmuşdu. Bu,qədim Mesopotomiya varisi olan Assuriya löhvəsinin bir parçası idi. Safiyə dikələrək Kensinqton qalereyasının qalıqlarına nəzər salmağa başladı.

O, yalnız indi yad adamları, öz evində olan kənar şəxsləri gördü.

Adamlar kiçik qruplarla, sanki qəbiristandakı kimi bir-birlərilə astadan danışaraq işləyirdilər. Tikinti ekspertləri daşınınan konstruksiyaların nə dərəcədə xəsarət aldığını müəyyən edirdilər. Yanğınsöndürənlər cib cihazları ilə ərazini çəkirdilər.. Küncdə kiçik bir bələdiyyə mühəndislərindən ibarət dəstə ma-liyyələşmə və bir sıra bərpa işləri haqqında mübahisə edirdi. Polislər çöl divardakı yarığı qoruyurdular. İnşaatçılar müvəqqəti olaraq onu bağlamaq üçün taxtalardan kobud sipərlər düzəltmişdilər.

Yarıqların arasından küçənin əks tərəfində toplaşan avaralar görünürdü. Polis zənciri onların qarşısını alırdı. Avaralar səhərki çiskinin gündüz sulu qara çevrilməyini nəzərə alaraq, həsəd oyadan hislərini nümayiş etdirdilər. Tünd alatoranlıqda turistlərin fotoaparatlarından çıxan işartılar bərq vururdu.

Safiyə hirsləndiyini hiss etdi. O, burdakıların hamısını qov-maq istəyirdi. Bura onun ərazisi, onun evidir. Qəzəb onun fikrini cəmləşdirib, ən mühüm problemlərə qayıtmasına kömək etdi. Onun məsuliyyəti və vəzifəsi var.

Safiyə muzeydə işləyən alim və tələbələrə nəzər yetirdi. Onların hamısı uçqunları qazımağa başlamışdılar. Lüzumsuz işgüzar narazılıqların müvəqqəti də olsa unudulmasını görmək sevindirici idi.

Gənc qadın yardıma çağırılmış adamların işlərini təşkil etmək üçün geriyə, çıxışa tərəf yönəldi. Ancaq birinci zala ça-tanda qapının ağzında böyük bir qrupun yığıldığını gördü. Kara əzmlə qabaqda gedirdi. Əynində fəhlələrə məxsus kombinezon, başında “Kensinqton neft quyuları” kompaniyasının loqotipi olan tünd-qırmızı rəngdə dəbilqə vardı. O, iyirmi nəfərlik komandanı idarə edirdi. Onların hamısı Kara kimi geyinmiş, baş-larına həmin dəbilqədən qoymuşdular.

Safiyə rəfiqəsinə yaxınlaşdı:

– Kara?

Onlar səhərdən bir-birlərini görməmişdilər. Kara muzeyin di-rektoru ilə harasa yox olmuşdu. Görünür, müxtəlif polis və yanğınsöndürənlərin istintaq briqadalarının işlərinin əlaqələndirilməsinə kömək etmək istəyirdi. Görünür bir neçə milyard funt sterlinq dəyərində olan əmlak müəyyən çəkiyə malik idi.

Kara öz kiçik dəstəsini qalereyaya istiqamətləndirib, əli ilə işarə verdi.

– İş başına!

O, Safiyəyə tərəf çevrildi.

– Şəxsi kriminalistlərimi işə cəlb etmişəm.

Safiyə heyrətli nəzərlərini zallara səpələnmiş kiçik orduya tərəf yönəltdi. Ancaq, avtomat və tapança əvəzinə, onlar bütün mümkün alətlərlə silahlanmışdılar.

– Nə baş verir? Bu sənin nəyinə lazımdır?

– Nə baş verdiyini öyrənmək istəyirəm.

Kara öz dəstəsinin işə başlamasına məmnunluqla baxırdı. Onun baxışlarında qətiyyət var idi. Safiyə çoxdan öz rəfiqəsinin üzündə belə ifadə görməmişdi. Karada bu cür qığılcım saçan güc neçə illər idi ki, olmamışdı. Bu cür hərarətli canfəşanlıq onda yalnız bir halda, atasına aid bir iş yaranan zaman oyana bilərdi.

Kara partlayışa aid videoyazıya baxarkən Safiyə onun gözlərindəki izaholunmaz parlaq yüngüllüyü və söylədiyi yeganə sözü xatırladı: “Nəhayət”.

Kara qalereyaya keçdi. Onun mütəxəssisləri artıq müxtəlif səthlərdən nümunələr götürmüşdülər. Kara metal dedektorlarların köməyi ilə döşəməni tədqiq edən iki kişiyə yaxınlaşdı. Onlardan biri qalaqların içindən ərimiş bürünc tikəsinin yanmış zibilini götürüb kənara qoydu.

– Mən meteoritin qırıntılarını birə-bir tapmaq istəyirəm – Kara göstəriş verdi.

Kişilər başlarını tərpətməklə itaət bildirib, işlərinə davam etdilər.

Safiyə rəfiqəsinə yaxınlaşdı.

– Sən burada məhz nəyi axtarırsan?

Kara işıqlı nəzərlərini ona çevirdi.

– Cavabları.

Safiyə rəfiqəsinin sıxılmış dodaqlarında ümid gördü.

– Sənin atan haqqında?

– Onun ölüm səbəbləri haqqında.



* * *



Saat 16:20



Kara dəhlizə qoyulmuş bükülmə stulda əyləşmişdi. Xarabaya dönmüş qalereyanın zallarında iş davam edir, ventilyatorlar vızıldayırdı. Şimal cinahda vurnuxan fəhlələrin boğuq səsləri gənc qadına güclə çatırdı. O, bura siqaret çəkmək üçün çıxmışdı. Kara çoxdan siqaret çəkməyi tərgitmişdi, ancaq, indi o əllərini nəyəsə məşğul etməli idi. Onun barmaqları əsirdi.

O, ümid etməyə güc tapacaqmı?

Qapıda görünən Safiyə rəfiqəsini görüb ona sarı yönəldi. Kara siqareti göstərərək əlini yellədi.

– Bir dəqiqəlik çıxmışam.

Safiyə dayanıb fikirli halda ona nəzər yetirdi, sonra başını yelləyərək qalereyaya qayıtdı.

Kara daha bir qullab alıb, ciyərlərini tüstü ilə doldurdu, ancaq, bu, ona sakitləşməyə kömək etmədi. Onun gücü son həddə idi – gecə adrenalini artıq əriməyə başlayırdı. O, qalereyanın girişindəki tunc löhvəyə nəzər yetirdi. Onun üzərində Kensinqton qalereyasının yaradıcısı, Karanın atasının şəkli həkk edilmişdi.

Gənc qadın nəfəsini his basmış şəklə yaxınlaşdırdı.

– Ata…

Qalereyanın dərinliyində nə isə yerə düşdü. Atəşə bənzəyən gur taqqıltı keçmişi, qumluqlardakı ovçuluğu yada saldı. Kara xatirələrə daldı.

Ov səfəri onun on altıncı ad günündə atasının ona hədiyyəsi idi…





* * *



Ərəbistan buğası barxanın yamacı ilə üzü yuxarı qaçırdı. Antilopın ağappaq dərisi qırmızımtıl qum fonundan aydın şəkildə seçilirdi. Kübar heyvanın dümağ libasını yalnız quyruğunun ucundakı qara xal və gözü ilə burnunu gizlədən maska kölgələndirirdi. Antilop öz ardınca budundakı yaradan qan izləri buraxırdı.

Ovçulardan qaçmağa cəhd göstərən buğa dırnaqlarını boş quma dərindən batırırdı. Qanı bol şırnaqla sel kimi axan heyvan gücünü toplayaraq barxana doğru qaçırdı. Bir cüt uzun, iti buynuz antilopun hər bir yardı bu cür səylərlə müşayiət edən boyun əzələlərinin titrək hərəkətlərinin vəzni ilə ağır havanı dağıdırdı.

Kara enli şinləri olan dördtəkərli xizəkli-tırtıllı motosikletin mühərrikinin uğultusunun arasında heyvanın ağrıdan qışqırdığını eşitdi. O, sükanı qeyzlə sıxaraq nəhəng barxanın yamacı ilə yuxarı götürüldü. Motosikl aşdı, Kara isə oturacağın üstündə sürətlə yuxarı qalxıb bir anlıq havada qaldı. Onun ağzını və burnunu örtən yaylıq əynindəki sarı-qəhvəyi rəngli ovçu kostyumu ilə bir tonda idi. Karanın yığılıb dəstələnmiş açıq rəngli saçları yırtıcı mustanqın quyruğu kimi yuxarı qalxmışdı.

Atası kürəyində karabin başqa motosikllə onun ardınca şütüyürdü. Onun da ağzını boynunun arxasında düyünlənib bağlanmış yaylıq örtürdü. Ərəbistan günəşindən qaralmış üzü dəridən tikilmiş yəhər kimi qapqara idi. Saçları qumlu-sarı rəngə çalırdı. Recinald Kensinqton qızının ona dikilmiş baxışlarını yaxaladı.

–Biz artıq lap yaxındayıq! – o, mühərrikin ağır uğultusunu azaldaraq qışqırdı.

O, qazı artırıb barxanın küləkdöyən yamacı ilə yuxarı sürdü. Kara sükana tərəf əyilmiş halda onun ardınca gedirdi. Bələdçi-bədəvi onlardan geri qalmırdı. Ovçuları qənimət axtarışına məhz Həbib çıxarmışdı. Və bədəvinin sərrast atəşi antilopu yaralamışdı. Buğanı qaçarkən yaralayan atıcının məharətinə valeh olan Kara Həbibin heyvanı öldürmək üçün deyil, yalnız yaralamaq məqsədilə qəsdən atəş açdığını biləndə, özündən çıxdı.

– Bu, onun daha yavaş qaçmaq üçün – o, pozuq ingiliscədə izah etdi. – Bu, qız üçün…

Kara bu qəddarlığa… və ona qarşı edilmiş bu təhqirə qəzəbli idi. O, altı yaşından atası ilə ovçuluq edirdi. Gözəl atıcı olan bu qız ovu bir vuruşla öldürməyi üstün tuturdu. Heyvanı qəsdən yaralamaq onun nəzərində əsassız bir vəhşilik idi.

Kara qaz dəstəyini axıra qədər burdu. Təkərlər qum fəvvarəsi qaldırdılar.

Çoxları, xüsusilə də İngiltərədə, Karanın necə tərbiyələnməsinə göz yetirərək məzəmmətlə başlarını yelləyib, anasız böyüyən bu qızın belə nadinc olmasına təəssüf edirdilər. Karanın özü bunun heç də belə olmadığını anlayırdı. O, dünyanın yarısını gəzib dolanmışdı, özünü müdafiə edə bilir, yumruq və bıçaqla dalaşmağı bacarır və kişi ilə qadını ayıran hədlərə fikir vermədən böyüyürdü.

Kara bələdçi ilə barxanın özülünə qədər düşərək insanı ləpələnən qumlardan heç də az yormayan yumşaq qum zolağındakı “dəvə taxtına” ilişib qalan atasına çatdı. Onlar həmin yerə toz buludu axıdaraq onun yanından keçib getdilər.

Karanın atası tələdən çıxaraq altı yüz fut hündürlüyü olan qırmızı qumlu nəhəng dağa bənzər növbəti barxanın yamacı ilə yuxarı qalxmağa başladı.

Kara hamıdan tez çatıb onu aşağıda nə gözlədiyini görmək üçün sürətini azaltdı. Və yaxşı ki, belə də etdi. Barxanın yamacı qəflətən qopub hamar qumsalın enli zolağının üstünə düşdü. Əgər Kara sürətlə çıxsaydı, asanlıqla başıüstə aşağı yuvarlanacaqdı.

Həbib Karaya çataraq əlini yelləyib onu dayanmağa çağırdı. Qız itaətkarlıqla onun sözünə əməl etdi. O, ötürücünü söndürdü və motosiklın motoru boş dövriyyədə sakitcə taqqıldadı. İndi o dayanarkən, onun çiyinlərinə isti çöksə də, qız bunu güclə hiss etdi. Nəfəsi sinəsindən ehtiramlı məftunluğa nüfuz etmiş uzun köksötürmə ilə çıxdı.

Barxanın zirvəsindən möhtəşəm bir mənzərə açılırdı. Üfüqə doğru əyilən günəş qumlu düzənliyi sanki, parıldayan şüşəyə döndərmişdi. Hər tərəfdə amansız səhralar üçün yalançı vəd verən geniş göllərin illüziyasını yaradan hərarətli ilğımlar gölməçələrdə çürbəcür rəng çalarları yaradırdı.

Ancaq, Karanın baxışı buna bənd olmamışdı. Düzənliyin ortasında toz qalaqları səmanın yüksəkliyində buludlara söykənən spiral formalı tənha bir qum dirəyi ucalırdı. Bu, “qum iblisi” idi.

Kara bu cür hadisələri, həmçinin qəflətən peyda olub, sonra yoxa çıxan dəhşətli qum fırtınalarını çox görmüşdü. Ancaq, bu görüntü nəyə görəsə onu dərindən heyrətləndirdi. Yəqin ki, onun qəribəlik onun tamamilə hərəkətsiz halda qumsal düzənlikdə donub qalmasında idi. Burada müəmmalı və qəribə nə isə vardı.

Həbib başını aşağı salıb zikr edirdi.

Bu vaxt cənab Recinald da onlara qoşuldu.

– Budur! – boğularaq dik yamacın özülünü göstərərək qışqırdı.

Antilop dərin qumluqda bərk axsayaraq ayaqlarını sürüyürdü.

Həbib duanı yarımçıq saxlayıb əlini qaldırdı.

– Yox, biz daha getməmək.

Karanın atası qaş-qabağını tökdü.

– Sən nə danışırsan?

Bələdçi ayaq üstə dayanıb uzaqlara baxırdı. Onun gözləri “Afrika” adlı alman korpusunun əsgərlərindən qalmış tünd konserv-eynəyin arxasında gizlənmişdi.

– Biz daha getməmək, – Həbib boğulmuş səslə təkrar etdi. – Bu ərazi “nəsnaslar”ın. Ora getmək olmaz. Biz qayıtmaq…

Recinald Kensinqton güldü.

– Həbib, boş sözdür.

– Ata, nə olub? – Kara soruşdu.

Atası başını yelləyib izah etdi:

Nəsnaslar kimsəsiz səhralarda yaşayan əfsanəvi divlərdir. Qumsalda dolaşan qara cinlər, qarabasmalardır.

Kara yenidən nəzərlərini bələdçinin görünməz simasına zillədi. Rub-əl-Xali, bu məşhur “səhralar səhrası” dünyanın ən böyük qum məkanı idi. Onunla müqayisədə hətta Saxara belə sönük görsənirdi. Nəhəng səhranın yaratdığı ağlagəlməz olaylara hələ də inananlar vardı. Göründüyü kimi, bunların sırasına bu bələdçi də daxil idi.

Karanın atası qaz dəstəyini fırlatdı.

Kara, mən sənə ov hədiyyə edəcəyimə söz vermişdim, indi də sözümün üstündə dururam. Ancaq, sən geri qayıtmaq istəyirsənsə…

Kara baxışlarını Həbibdən atasına tərəf yönəldərək, qorxu ilə qətiyyət, mif ilə reallıq arasında bölünərək, tərəddüd edirdi. Burada, səhranın düz ortasında hər şeyin mümkün olduğu görünürdü. Qız istidən qızarmış qumda axsaya-axsaya yeriyən heyvanın ardınca baxırdı. O, qaçmaqla canını qurtarmaq istəyirdi. Antilopun hər addımı ona güclə başa gəlir, hər hərəkəti ağrı ilə müşayiət olunurdu. Kara nə etməli olduğunu anladı. Bütün bu qanlı əziyyətlər o bais olmuşdu. O da buna son qoyacaq. Kara üzündəki dəsmalı düzəldib qaza basdı.

Aşağıya daha asan yol var. Soldan götürmək laımdır.

O, barxanın az meylli yamacına doğru istiqamət götürüb gedirdi. Atasının üzünün məmnunluq və iftixar gülüşündən açılmasını hiss etmək üçün ona baxmağa lüzum yox idi.

Kara baxışını uzaqlara – yaralı buğadan kənarda səhranın üzərinə qalxmış tənha qum çalasına yönəltdi. Hərçənd buralarda “qum şeytanları” daha çox məşhur olsalar da, bu görüntü qıza çox qəribə göründü. Qasırğa yenə də hərəkətsiz halda yerində dayanmışdı.

Kara az meyilli yamaca çatıb motosikli qum düzənliyinə yönəltdi. Yamac onsuz da çox dik idi. Motosikl getməkdən daha çox sürüşürdü, amma, qız onu tutub salmağa müvəffəq ola bilirdi. Kara düzənliyə çıxan kimi təkərlərin hərəkəti qumluqda artdı və o, irəliləməyə başladı.

Karanın arxasında atasının motosikletinin mühərrikinin uğultusu eşidilirdi. Bu səs antilopun da qulağına çatdı. Yaralı heyvan ümidsizliklə başını dala qatlayaraq addımlarını yeyinlətdi. İndi buğaya çatmağa dörd mildən də az məsafə qalırdı. Təqib çox da uzun çəkməyəcəkdi. Düzənlikdə qum motosiklləri antilopu tez haqlayacaqdılar və dəqiq nişandan sonra atəş onun əzabına son qoyacaqdı və bununla da ov bitəcəkdi.

O, gizlənməyə çalışır! – atası qışqırdı. O, qaçıb burulğana çatmaq istəyir.

Onun motosikli sürətlə ötüb keçdi. Kara sükana tərəf əyilərək qaza basdı. Onlar yaralı heyvanı qovmağa başladılar. Ümidsizlik buğaya yeni güc verdi.

Antilop axsaya-axsaya burulğanın kənarı ilə qaçıb onun mərkəzinə yönəldi. Cənab Recinald söyərək təqibi davam etdirdi. Kara çalışırdı ki, atasından geri qalmasın. Yel çalasına yaxılaşarkən onlar qumda dərin çuxur gördülər. Bu vaxt hər ikisi qəflətən əyləci basıb düz onun kənarında dayandılar. “Qum iblisi” çuxurun mərkəzində fırlanıb qumları havaya tolazlayaraq, sanki, səhranın dərinliyinə baş vurmaq istəyirdi. Toz sütununun diametri əlli yarddan az deyildi. Çalanın yuxarı hissənin diametri isə təmiz dörd mil uzunluqda idi. Sanki, səhranın ortasında vulkan burum-burum qalxırdı.

“Qum iblisi”nin kənarları tutqun, boğuq, mavi qığılcımlarla əlvanlıqla bəzədilmişdi. Burağanın içində statik elektrik guruldayırdı. Belə bir hal yalnız səhralardakı qum qasırğalarına xas olan bir təzahür idi. Kara havada kəskin ozon qoxusunu hiss etdi. Atası çalanın boğazına işarə etdi.

– Budur!

Qız nəzər yetirdi. Antilop çuxurun dibində axsayaraq mərkəzdə fırlanan sıx tozanaq dirəyinə yaxınlaşdı.

– Karabini hazırla! – atası qışqırdı.

Kara yerində elə donub qaldı ki, barmaqlarını da tərpədə bilmədi. Buğa axsaya-axsaya “Qum iblisi”nin qırağına qədər süründü. Onun dizləri əyilmiş, ayaqları əsirdi. Heyvan son gücünü toplayıb qum qasırğasında gizlənməyə çalışırdı.

Cənab Recinald söyərək motosikli qum yamacından aşağı buraxdı. Kara qorxudan donaraq alt dodağını dişlədi və atasının arxasıyca getdi. Motosikl aşağı üz tutan kimi o, çuxura dolmuş statik elektriki hiss etdi. Onun dərisindəki tüklərin biz-biz olması, paltarının çırtıldatması ancaq qorxusunu artırırdı. Qız sürəti azaltdı.Bu zaman motosiklin arxa təkərləri dərin quma ilişib qaldı.

Çuxurun dibinə düşərək dayanan atası qəflətən motosikli elə çevirdi ki, az qala çevrilib arxası üstə düşəcəkdi. Ancaq, cənab Recinald oturacaqda özünü saxlayıb karabini çiyninə atdı. Bərk gurultu səsi gəldi. Kara buğaya baxdı. O, qum qasırğasında gizlənib dumanlı kölgə kimi görünürdü. Qız onun səksənərək yıxılmağa başladığını görə bildi. Öldürücü atəş. Nəhayət, atası antilopu vurmuşdu.

Kara birdən öz ağılsızlığından xəcalət çəkdi. Qorxunun təsiri altına düşərək o, ovda öz yerini vermişdi.

–Ata, – qız atasını onun inadcıl praqmatizmi ilə fəxr edərək təbrik etmək üçün qışqırdı.

Ancaq, sözləri onun boğazında ilişib qaldı. Qum fırtınasından çıxan qulaq batıran gurultu sanki cəhənnəm zülmətindən gəlirmiş kimi havanı darmadağın etdi. Buğanın tünd silueti toz qasırğasının mərkəzində çırpınırdı. Ölən heyvanın boğazından bir inilti qopdu.

Cənab Recinald motosikldən enməyə macal tapmamış, həyəcanla onu əks tərəfə döndərməyə başladı. O, qızına tərəf çevrildi və qız onun gözlərinin dəhşətdən bərəldiyini gördü.

– Kara! Canını qurtar! Qaç burdan!

Qız yerindən tərpənmədi.

– Nə baş verir?

Birdən ölümqabağı gələn inilti səsi şamın qəflətən söndüyü kimi yarımçıq kəsildi. Hava oda verilmiş yun və yanmış ətin iyrənc qoxusu ilə doldu. O, Karaya kəməndi atıb, çaladan çıxmağa çalışırdı. Qız boğulurdu. Atası dərinlikdə ilişib qalmış motosikllə hey əlləşirdi. Cənab Recinald tələyə düşmüşdü. O, yerində donub qalan qızına yenə də qışqırdı.

– Kara, qaç!

Atası sözlərini xüsusi vurğulayaraq, ona əl yellədi. Onun qaralmış üzü ağappaq ağarmışdı.

– Əzizim, qaç!

Kara bu zaman qumun hərəkətə gələrək tərpəndiyini gördü. Əvvəlcə bu sadəcə təkan idi, sanki cazibə qüvvəsi qəflətən güclənmişdi. Qum hissələri su axınına qarışıb “qum iblisinə” sarı ilan kimi qıvrılaraq yerindən oynayaraq aşağı çökürdü.

Cənab Recinald qaz dəstəyini axıra qədər burdu. Təkərlər qumluqda ətrafa toz səpələyərək çox bərk fırlanmağa başladı.

– Lənət şeytana, qaç! – o qışqırdı.

Qız diksindi. Atası nadir hallarda ona səsini qaldırırdı və heç vaxt da onun səsində qeyri-iradi təlaş olmamışdı. Kara qaz dəstəyini fırlatdı, motosiklin mühərriki bərk guruldadı. Qız dəhşət içində toz dirəyinin olunmaz halda qum axını ilə qidalanaraq diametrinin genişləndiyini gördü. Onun kənarı cənab Recinaldın motosiklinin ilişdiyi yerə tərəf irəliləyirdi.

– Ata, – Kara atasını qorumaq niyyətilə qışqırdı.

– Qaç, mənim balam.

Axır ki, iradəsinin səyi nətcəsində motosikli azad etməyə nail ola bildi. Oturacağa atılan cənab Recinald sərt şəkildə döndü. Kara onun göstərdiyi kimi hərəkət etdi. O, elə yerindəcə çevrilərək qaza basıb yamacla yuxarı sürdü. Təkərlərin altından sıçrayan qumlar onu arxaya elə çəkib aparırdı ki, sanki, onu dibinə soran burulğana düşmüşdü. Qız qum seli ilə mübarizə aparmaq üçün bütün sürücülük qabiliyyətindən yararlanmağa çalışırdı.

Böyük çətinliklə kasanın kənarına çatdıqdan sonra, Kara geriyə çevrildi. Atası hələ də çalanın dibində qalmışdı, onun kirli sifəti tər və toza batmışdı, gözləri isə dalğın halda qıyılmışdı. Qum dirəyi coşaraq nəhəng, qığılcım saçan statik elektriki ilə yaxınlaşırdı. Onun özülü demək olar ki, bütün çala boyu şaxələnirdi.

Kara baxışlarını yayındırmaq gücündə olmadığını anladı. “Qum iblisinin” daxilində zülmət artaraq, daha qara və görünməz olaraq qatılaşırdı. Elektrik qığılcımları qaranlığı yarmağa nail ola bilmirdilər. Havadan hələ də yanmış ət qoxusu gəlirdi. Qız dəhşət içində bələdçinin xəbərdarlığını xatırladı. Qara kabuslar… nəsnaslar.

– Ata!

Onun atası qum cərəyanının dərinliyində daha güclü axında ilişib qaldığına görə, yaxınlaşan təhlükədən qaça bilmədi. Toz dirəyinin genişlənən kənarı onu haqladı. Cənab Recinaldla qızının baxışları görüşdü və onun gözlərində ifadə olunan qorxu daha çox qızına görə idi.

– Qaç! – onun dodaqları səssizcə bunu dedi və həmin andaca “qum iblisinin” bətninə dolmuş qaranlıqda yoxa çıxdı.

– Ata!

Dəhşət dolu səs havanı yardı.

Qız özünə gəlməyə macal tapmamış qum dirəyi qəflətən partladı. Zərbənin dalğası Karanı oturacaqdan qaldırıb, göyə tulladı. O, oriyentasiyanı itirmiş halda hava boşluğunda fırlandı. Zaman öz gedişini altdan qalxan yer qatının ona zərbə endirməsinə qədər saxladı. Əlində nə isə xırçıldadı, lakin, Kara ani baş verən kəskin ağrını demək olar ki, hiss etmədi. Qumun üstündə başıaşağı yuvarlanaraq üzü üstə keyiyib qaldı.

Kara bir müddət bu vəziyyətdə uzanıb qaldı. Onun tərpənməyə belə taqəti yox idi. Ancaq, atası üçün yaranan təlaşa görə yanı üstə çevrildi. “Qum iblisi” uzaqlaşdı, özündən sonra havada yalnız kirli toz qatı saxlayaraq ölüb getdi. Qız çətinliklə oturaraq ağrıdan zarıdı və qolundan yapışdı. Kara ətrafa nəzər saldı.

Bu, heç cür ola bilməzdi! Ətrafda üzərində nə insan ləpiri, nə də təkər izi olmayan hamar düzənlik yaranmışdı. Hər şey it-mişdi. Nə qum çalası, nə buğanın bədəni, nə də motosikl qalmışdı.

Qulaqları tutulan Kara səhra qumlarına baxırdı.

– Ata…











* * *

Qalereyadan eşidilən səs Karanı indiki zamana qaytardı. Əlindəki siqaret filtrə qədər yanmışdı. Gənc qadın qalxaraq, si-qaret kötüyünü söndürdü.

– Bura! – onunla birgə gələn ekspertlərdən biri səsləndi. – Mən bir şey tapmışam.





* * *



Şərq qurşağı vaxtı ilə 08:02

Ledyard, Konnektikut ştatı

Böyük Peko qülləsindəki liftin qapıları sonuncu mərtəbədə açılmağa başladı və Peynter Krou aşağı əyilib liftdən çıxdı. Pus-quya müntəzir halda tapançasını qabağa verdi: daraq paronla do-lu idi, şəhadət barmağı isə tətiyə sıxılmışdı.

Liftin qarşısındakı meydança boş idi. Peynter nəfəsini saxlayıb ətrafı dinləməyə başladı. Nə səda, nə də addım səsi eşidilirdi. Hardasa uzaqda televizor ucadan səs saldı: “Sabahın xeyir, Amerika”. Ancaq, Peynter üçün, bu sabah heç də xeyirli deyildi.

O, qəddini düzəldib dəhlizi nişangahda saxlayaraq ehtiyatla küncə nəzər saldı. Heç nə. Peynter çəkmələrini çıxarıb birini elə qoyu ki, liftin qapısı bağlanmasın. Bu, lazım olan anda onun asanlıqla aradan çıxa bilməsi üçün idi. Yalnız corablarda qalan Peynter üzbəüz divara tərəf üç addım irəliləyib ətrafı gözdən keçirdi.

Hər şey təmizdir.

Peynter ürəyində donquldanıb adamların azlığından hid-dətləndi. O, artıq bütün çıxışları bağlamış mehmanxanın mühafizə xidməti və yerli polisin dəstəyi ilə təmin edilsə də, federal xidmətinin agentlərinin sayı hind rezervsiyalarının suverenliyinə hörmət əlaməti olaraq qəflətən məhdudlaşdı. Bundan başqa, ehtimal edirdi ki, bütün tapşırıq cinayətkarların yaxasından tutmaqla bitəcək. Ən pis ssenariyə əsasən, silahlar haqqında məlumatları çinlilərin əline keçməməsi üçün məhv etmək lazım idi.

İndi isə hər şey puç oldu. Peynteri onun öz şəxsi avadanlığı aldatdı. Hərçənd, indiki zamanda onu narahat edən bu deyildi. Kassandra…

Peynter Kassandra barəsində yanıldığına inanmaq istəsə də, ancaq, onun buna heç bir ümidi yox idi. O, dəhlizin ortasında düz liftin qarşısında divar boyunca sivişib keçdi. Hər iki tərəfdə üzərində nömrələri olan qapılar yerləşirdi. Peynter əyilib cəld sola-sağa çevrildi. Heç kim yox idi. Nə Çjan, nə də onun cangüdənləri.

Peynter dəhlizdə gedirdi. Onun hisləri hədsiz dərəcədə kəskinləşdi. Qəflətən arxasında qapı kilidinin şıqqıltılı səsini eşidib dizi üstə çöküb tapançasını öz qarşısına tutdu. Məlum oldu ki, bu, mehmanxananın qonaqlarından biridir. Dəhlizin o biri ba-şında əyninə xalat geymiş ahıl bir qadın göründü. Qapı kandarından mehmanxananın bütün qonaqlarının təchiz edildiyi təzə qəzet nüsxəsi götürüb öz nömrəsinə qayıtdı və dəhlizin bu biri başında silahlı bir adam dayandığının fərqinə də varmadı.

Peynter yenidən çevrilib öz nömrəsinin qapısına sarı qaçdı. Qapının dəstəyini dartdı. Bağlı idi. O, bir əli ilə tapançasını Çjanın lyuks nömrəsinin qapısına tuşlayıb, o biri əli ilə açarı çıxarıb elektrik kilidə keçirdi. Qapının kilidində yaşıl lampa yandı. Peynter qapını itələyib çöl divara qısıldı.

Nə atəş, nə səs eşidildi.

O, nömrəyə atıldı. Qapıdan beş addım kənarda atəşə hazır vəziyyətdə ayaqlarını aralayıb dayandı. Buradan həm qonaq, həm də yataq otağı aydın görünürdü. Heç kim yox idi.

Peynter irəli qaçıb həm yataq həm də vanna otağına nəzər saldı. Nə bir yad adam, nə də Kassandranın bir izi yox idi. O, elektron aparatların cərgə ilə düzüldüyü yerə qayıdıb monitora baxdı. Orada Çjanın lyuks nömrəsinin müxtəlif rakurslardan görüntüləri əks olunmuşdu. Sakinlərin hamısı nömrəni tərk etmişdilər. Kompüter itmişdi. Otaqlarda yalnız bir nəfər qalmışdı.

– Ay Allah, bircə bu olmasın.

O, ehtiyatlılığı unudaraq qapıdan içəri atıldı. Dəhlizdə şütüyərək təlaşla mühafizə xidmətinin qüllədəki bütün otaqların qapısını aça bilən xüsusi-açarını çıxarıb Çjanın nömrəsinə daxil olaraq qonaq otağından keçib yataq otağına qaçdı.

O, çılpaq vəziyyətdə tavanın altına ventilyatora bərkidilmiş kəndirdən asılmışdı. Rəzədən sıxılmış boynu və üzü qıpqırmızı qızarmışdı. Peynter monitorun ekranında onu görəndə hələ də tərpənən qıc olmuş ayaqları indi cansız vəziyyətdə aşağı sallanırdı.

Peynter tapançasını qoburuna qoyub stuldan qalxaraq yuxarı atıldı. Xəncəri biləyindəki qınından çıxarıb ildırımsürətli bir hərəkətlə kəndiri kəsdi. Peynter ağır halda aşağı düşərək xəncəri tulladı və müvazinətsiz bədəni tutub saxlamağa müvəffəq oldu. Özünü yarıya qədər əyib qızı çarpayıya qoydu, özü isə dizi üstə düşdü. Onun barmaqları həyəcanla düyünü açmağa məşğul oldu.

– Lənət şeytana!

Kəndir qızın arıq boğazına ilişib qalsa da, nəhayət, öz qurbanından əl çəkdi. Peynter təcrübəli hərəkətlə onun boğazını əli ilə yoxlayaraq, düyünü dartıb çəkdi. Onurğası sınmamışdı.

Görəsən, o sağ idimi?

Cavabında qız həyəcanla nəfəs aldı, bədəni titrədi. Peynter rahatlıqla başını aşağı saldı.

Qız gözlərini açdı. Baxışı xoflu və çaşqın idi. Sinəsində öskürək qopurdu. Gözə görünməyən düşməni ilə çarpışan əlləri titrəməyə başladı. Peynter çin dilində danışaraq onu sakitləşdirməyə cəhd etdi.

– Heç nədən qorxma. Hər şey qaydasındadır. Sakit uzan. Heç nədən qorxma.

Qız öz on üç yaşından da kiçik görünürdü. Çılpaq uşaq bədənində zorakılıq izləri qalmışdı. Çjan utanmadan və vəhşicəsinə ondan istifadə edib, təqibi yubatmaq üçün onu rəzənin üstündə yellənən vəziyyətdə qoymuşdu.

Peynter dabanı üstə geri çəkildi. Qız yumağa bükülü halda hönkürməyə başladı. Peynter ona toxunmadı. Belə daha yaxşı olacağını düşündü. Onun qulağında ratsiya cingildədi.

– Kommander Krou, – mehmanxananın təhlükəsizlik xidmətinin rəisi Con Fenton çağırdı. Qüllənin şimal çıxışında atışma var.

– Çjan?





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68475139) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Bəşəriyyət tarixin ən qorxunc fırtınasıyla bacara biləcəkmi?

Əsrarəngiz partlayış, Londonda muzeydə qorunan köhnə əsərlərdən birini yox edir və bütün dünyadakı gizli təşkilatlarda təhlükə zəngləri çalınmağa başlayır. Cavab tapmaq üçün başlayan axtarış ledi Kara Kensinqtonu, qalereyanın gözəl və ağıllı kuratoru olan Səfiyə əl-Məazı və bələdçiləri Omaha Dunnu var olduğunu xəyal belə etmədikləri bir dünyaya aparır: Ərəb səhrasının altında qalan itkin bir şəhər var. Ancaq qaranlıq və pis məqsədləri olan başqaları da burada öz məqsədləri üçün çalışır. Ərəb yarımadasının vəhşi ürəyinə, ölümə meydan oxuyan səfərdəki təhlükələrin öhdəsindən gəlməyi bacarmalıdırlar. Bu ölümcül kabusla qarşılaşmadan öncə həll edilməlidir… Bir utopiya yarada biləcək qədər ölümsüz və möhtəşəm bir güc, və ya bəşəriyyətin min illərdir qurduğu hər şeyi yox edə biləcək qədər ölümcül bir silah…

Как скачать книгу - "Qum fırtınası" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Qum fırtınası" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Qum fırtınası", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Qum fırtınası»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Qum fırtınası" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Видео по теме - Çində qum fırtınası baş verib

Книги автора

Аудиокниги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *