Книга - Müridizm və Şamil

a
A

Müridizm və Şamil
Mirzə Kazım bəy


Azərbaycan şərqşünası, tarixçisi, filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin əsərləri ilk dəfədir oxuculara ana dilində təqdim olunur. Kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini hərəkat olan babiliyin tarixindən və hərəkatın banisi olan Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb.






MİRZƏ KAZIM BƏY



Müridizm və Şamil

Bab və babilər

Uyğurlar



1



Ön söz



Görkəmli Azərbaycan şərqşünası, türkoloq, Rusiya Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin həyatı və yaradıcılığının ümumi mənzərəsini yazmağa başlayarkən bir az araşdırma aparanda şərqşünas alim Qabil Camalovun “Kazım bəy” adlı məqaləsinə rast gəldim. Məqalənin elmi çəkisini, əhatəliliyini nəzərə alaraq, tərcümeyi-hal xarakterli heç nə yazmamağı, məqaləni olduğu kimi ön sözə əlavə etməyi qərara aldım.

Buna baxmayaraq, Mirzə Kazım bəyin üç böyük əsərinin tərcüməsinə – əlinizdəki bu kitaba olan dərin sevgi-mi və münasibətimi yazmaya bilməzdim.

Dünya şöhrətli azərbaycanlı alim Mirzə Kazım bəyin həyatı və yaradıcılığı ilə tanışlığım dəyərli alim və Mirzə

Kazım bəyin ilk azərbaycanlı tədqiqatçısı Ağababa Rzayevin “Dərbənddən başlanan əzablı yol” romanı ilə başlamışdır. Hələ yeniyetmə yaşlarımda oxuduğum bu roman məndə Mirzə Kazım bəyə qarşı böyük bir rəğbət yaratmışdır. Bir neçə il öncə dünyagörüşümdə maraq oyadan bu romanı nəşr etdirdim. Lakin həmişə Azərbaycan elminin, mədəniyyətinin Mirzə Kazım bəyə qarşı laqeydliyinə

təəssüflənmiş, heç xatırlanmamasına isə, əlbəttə ki, kədər-lənmişəm. Əgər bir millət istərsə ki, beynəlxalq aləmdə öz imzasını “imzalar içində” və ən layiqli yerdə görsün, o zaman gərəkdir ki, elm və mədəniyyətini sərgiləyə bilsin.

Kimdəsə bu iki amil olmaya bilər, lakin türklərdə bu cür şəxsiyyətlər çoxdur və yetərincə bəşəri ideya carçıları var.

Bu cür alimlərdən biri də XIX əsrdə yaşayıb-yaratmış Mir-2



zə Kazım bəydir ki, biz hələ də onun haqqında nə əməlli-başlı bilir, nə də danışırıq.

Eyni münasibəti az qala Mirzə Fətəli Axundzadəyə

də göstərmişik bir zamanlar. Lakin Axundzadəni xilas edən onun elmi yox, bədii fəaliyyəti idi, bəlkə də. Lakin Mirzə Kazım bəyin elmi fəaliyyəti, dinini dəyişib xristian olması onu az qala Azərbaycan xalqının yaddaşından sil-mişdir. Bu həqiqət böyük təəssüf doğurur. Mirzə Kazım bəy İslamı tərk edib, xristianlığı qəbul etsə də, bir ömür Azərbaycan-türk təfəkkürü ilə yaşamışdır. Əlbəttə ki, Mirzə Kazım bəy bir din xadimi olub Vətənində −

Azərbaycanda yaşasaydı, nə bəşəriyyətə, nə də xalqına bu qədər yararlı ola biləcəkdi. Rusiya Akademiyasının ilk azərbaycanlı üzvü olan bu düha yaşadığı və yaratdığı müddətdə doğulub, boya-başa çatdığı torpaqların eşqini ürəyində gəzdirmişdir. Onun yaradıcılığından bəhs edən aşağıdakı məqaləni oxuduqda görəcəksiniz ki, o hər nəfəsində xalqını düşünürdü.

Bir daha təəssüflə qeyd etməliyəm ki, indiyə qədər Mirzə Kazım bəyin əsərləri bütöv şəkildə Azərbaycan dilində çap edilməmişdir. Sözsüz ki, bu, qaragüruhçula-rın təzyiqi və ya kimlərinsə ona hami çıxması nəticəsində

imicinə edəcəyi təsirin qorxusudur. Bəzi tədqiqatçılar be-lə, bir müsəlmanın xristian olması ifadəsini qəbul edə bilmir, özündən uzaq tutur. İnsan inancını özü seçir. Bu inancın kimlərəsə görə nə qədər də xoşagəlməz olmasına baxmayaraq, bütün dinlər inancın seçimindəki azadlığı yüksək səslə ifadə edir. Fanatik düşüncəli insanların bunu qəbul edib-etməməsi isə gördüyümüz bu cür mənzərəni −

bir xalqı öz dəyərli oğlundan uzaqlaşdırmağı şərtləndirir.

Bir ata öz oğlunu düşüncə tərzinə görə qəbul etsə də, et-3



məsə də həmin övlad onun qanını, onun genini daşıyır.

Məhz Mirzə Kazım bəy həm ruhunda, həm də qanında Azərbaycan mədəniyyətini və düşüncəsini daşıyan dəyərli bir şəxsiyyətdir.

Azərbaycan şərqşünaslıq elmi, dilçilik elmi, tarixi, mədəniyyəti Mirzə Kazım bəyə sahib çıxmalı, bu torpağın övladı olmasını uca səslə bəyan etməlidir. Hətta onun heykəli, büstü qoyulmalı, elm müəssisələrinə onun adı verilməli, hər yubileyində böyük konfranslar keçirilməli-dir. Sahib çıxmadıqlarımıza sahib çıxılandan sonrakı peş-mançılıq isə daldan atılan boş güllələrdir.

Bu gün çox böyük qürur hissi keçirirəm ki, təşəbbü-süm və səyim nəticəsində dəyərli tərcüməçi İsmayıl Umudlunun sayəsində professor Ağababa Rzayevin rusca nəşr etdirdiyi “Müridizm və Şamil”, “Uyğurlar” və “Bab və babilər” əsərlərini məhz Azərbaycan dilində çap edirik. Bu nəşr Azərbaycan tarixində önəmli hadisədir. Bunu kimin həyata keçirməsindən asılı olmayaraq. Ümid edirəm ki, bu nəşr Mirzə Kazım bəyə olan laqeyd münasibətə son qoyar, onun dilimizə tərcümə olunmamış mə-qalələrinə qapı açar.

Diqqətinizə onu da çatdıraq ki, kitabdakı qeydlərin əksəriyyəti Ağababa Rzayevindir. Bir qismi isə Mirzə Kazım bəyə aiddir. Ağababa Rzayevin əsəri çapa hazırla-yanda heç bir hissə qapılmaması, bəzən də Mirzə Kazım bəyin yanlışlığa yol verdiyini obyektivcəsinə qeyd etməsi əsl elm adamına xas olan bir əlamətdir ki, biz də onun ruhunu alqışlayırıq.

İndi isə kitabı oxumazdan öncə yuxarıda adını çəkdiyim məqalə ilə tanış olun. Və Mirzə Kazım bəyin kim ol-4



duğunu bilin və indiyə qədər onu tanımadığınıza görə

özünüzü bir az da məzəmmət edin.



"Kazım bəy"



Görkəmli Azərbaycan şərqşünas alimi XIX əsr Çar Rusiyasında şərqşünaslıq elminin əsasını qoyan alimlərdən olan Məhəmmədəli Mirzə Kazım bəy Çar Rusiyasının və Azərbaycanın elm tarixində silinməz izlər qoymuşdur.

Çar Rusiyasının şərqşünas elm tarixini Məhəmmədəli Mirzə Kazım bəysiz təsəvvür etmək qeyri-mümkündür.

Onun elmi fəaliyyəti şərqşünas alimlərin yetişməsində

misilsiz rol oynamışdır. Səkkiz dildə yazıb-yaratmış bu alimin elmi irsi Rusiya elm tarixində və elmin inkişafında misilsiz rol oynamışdır. Bu nadir istedad sahibi Azərbaycan, alman, rus, ərəb, fars, türk, fransız, ingilis dillərində

əsərlər yazmış, nəinki XIX əsr Rusiyasında, eyni zamanda, dünyanın bir çox ölkələrində məşhur olmuşdur.

Məhəmmədəli Mirzə Kazım bəyin atası Hacı Qasım Mədinə şəhərində təhsil almış, bir çox ərəb ölkələrinə səyahət etmişdir. Hacı Qasımın nəsli əslən Dərbənd şəhərindən olmuşdur. Hacı Qasım Məkkədən Həcc ziyarətindən qayıdarkən İranın Gilan əyalətinin Rəşt şəhərində

Şərəfnisə xanım adlı bir qadınla ailə qurmuş və 1802-ci il iyun ayının 22-də Məhəmmədəli dünyaya gəlmişdir. Hacı Qasım 2-3 il Gilanda yaşamış və Məhəmmədəli 3 yaşında olarkən Dərbəndə qayıtmışdır. Hacı Qasımın ilahiyyat təhsilini nəzərə alaraq, xalq onu Dərbənd şəhərinin şiə

icmasının Şeyxül-islamı seçmişdir. O, Məhəmmədəlinin 5



cavan yaşlarında çar xəfiyyələrinin və yerli çarizm cəsus-larının iftiralarının qurbanı olmuş və qətlə yetirilmişdir.

Məhəmmədəli kiçik yaşlarında ilk təhsilini atasından almış, dövrünün əsas təhsil ocağı olan mədrəsələrdə İslam dinini, Quranı, şəriəti, fiqh qanunlarını, məntiq, kəlam, fəlsəfə, sərf-nəhv elminin bütün incəliklərini öyrənmişdir. Heç də təsadüfi deyildir ki, aldığı dərin elmi bilik nəticəsində 1819-cu ildə 17 yaşında olarkən ilk elmi əsərini “Ərəb dilinin qrammatikası” kitabını yazmışdır. 1820-ci ildə isə “Fars dilinin qrammatikası” kitabını yazmışdır.

Məhəmmədəli gənc yaşlarında ikən atasına qarşı olan intriqalardan sonra Dərbənddən Kazana gəlmişdir və bu mühacirəti onun həyatında dönüş nöqtəsi olmuşdur.

O, 1826-cı ildən etibarən Kazan Universitetində dərs deməyə başlamışdır. Artıq 1834-cü ildən etibarən Kazan Universitetinin professoru seçilmiş, 1837-ci ildə isə türk-tatar dilləri kafedrasının müdiri təyin olunmuş, 1845-ci ildə şərq fakültəsinin dekanı seçilmişdir.

Məhəmmədəli Mirzə Kazım bəy Kazanda yaşayıb işlədiyi müddət ərzində “Yeddi səyyar”, “1660-cı ildə

Həştərxanın alınması”, “Türk-tatar dilinin qrammatikası”, “Uyğurlar haqqında tədqiqatlar”, Ə.Firdovsinin “Şah-namə” əsəri və sair bu kimi əsərləri nəşr etdirir.

Mirzə Kazım bəyin Kazan şəhərində yaşadığı dövr onun həyatında və elmi yaradıcılığının püxtələşməsində

mühüm rol oynamışdır. Artıq onun qeyd olunan əsərlərinin nəşr edilməsi, onu, nəinki Çar Rusiyasında, hətta onun sərhədlərindən kənarda tanıtmışdır. Kazanda yaşayıb-yaratdığı illərdə o dövrün görkəmli rus və digər mil-lətlərdən olan alimlərlə görüşüb fikir mübadiləsi apar-mışdır. O, Lev Tolstoya türk-tatar dilindən dərs demişdir.

6



Mirzə Kazım bəy Kazanda yaşadığı və Kazan universitetində işlədiyi vaxt görkəmli alim, Kazan Universitetinin rektoru Lovaçevski ilə əməkdaşlıqdan əlavə onunla dostluq etmiş, ona türk dilini öyrətmiş və özü isə ondan fransız dilini öyrənmişdir.

Həmçinin, M.Kazım bəy Kazanda tədqiqat işləri aparan alman alimi Qumbolta tədqiqat işlərində yaxından kömək etmişdir. Məşhur rus yazıçısı Melnikov-Peçeprski-nin müəllimi olmuş, A.Puşkinin dostu Jukovski ilə yaxın dost olmuşdur. Heç də təsadüfi deyildir ki, A.Puşkin Kazana səfər edən zaman M.Kazım bəy onun “Baxçasaray”

əsərini Azərbaycan dilinə tərcümə etmişdir.

Qeyd etmək lazımdır ki, geniş tədqiqat və dünya-görüşünə malik olan alimi Kazan həyatı çox sıxırdı. O, daim Peterburqa – Çar Rusiyasının elm və mədəniyyət mərkə-zinə can atırdı. Bu ideyanı onun İmperiya Elmlər Akademiyasının akademikləri olan Fren və Dorna yazdığı məktublar da təsdiq edir. Sankt-Peterburq şəhərinin arxivində

saxlanılan 67 məktubun 63-ü ingilis və 4-ü alman dilində

yazılmışdır. Aparılan tədqiqatlara əsasən bu məktubları iki hissəyə bölmək olar: Şəxsi xarakterli məktublar və

elmi mübadilə və tədqiqatlar haqqında məktublar.

Onun Kazandan yazdığı şəxsi xarakterli məktublarından görünür ki, Kazan həyatı onu sıxır. Kazan elmi mühitindən, xüsusilə də, təhsil məmurlarının ona olan münasibətindən şikayət edir. Məsələn, Frenə yazmış olduğu məktubların birində deyilir: “Nə üçün mən rəhbərlərin gözündə mənim başqa bütün həmkarlarımdan bu cür kəskin şəkildə fərqlənirəm. Mənə belə gəlir ki, hamı tərəfindən unudulmuşam, tərk olunmuşam. Bütün bu şərait-lərə baxmayaraq, mən heç vaxt qəmgin olmuram və se-7



vincimi işdə tapıram. Bu yaxınlarda cənab Puşkin mənə

dedi ki, nazir səni sevmir. Mən isə bütün bunlara laqey-dəm…”.

Mirzə Kazım bəy başqa bir məktubunda yenə də

Kazan mühitindən şikayətlənərək yazır: “Kazan tədris ok-ruqunun qəyyumu Musun-Puşkin mənim əleyhimədir.

Çox tez-tez mənim haqqımda xoşagəlməz sözlər danışır”.

Odur ki, Kazanda yaşadığı müddət ərzində Mirzə

Kazım bəyi Peterburqa köçmək fikri tərk etmirdi. O, məktubunda yazırdı: “…Mən inanıram ki, tez bir zamanda həmişə arzusunda olduğum Peterburqda işə düzələcə-yəm”. O, 1842-ci ildə başqa bir məktubunda bu məsələyə

yenidən qayıdaraq yazır: “Mənim həyatımda böyük dəyişiklik olmasına baxmayaraq, mənim Peterburqa getmək məqsədim dəyişməmiş qalır…”

O, Peterburqa köçmək haqqında öz planlarını Frenə

yazdığı məktubda geniş şəkildə belə şərh edir: “Peterburqda həyat tam başqadır, mən həmişə Peterburqa köçmək arzusunda olmuşam. Mənim həyatım onda başqa cür olacaqdır… 14 il uzunu mən Kazanda yaşadım. Lakin həmişə dünya şəhəri barədə düşünmüşəm, özümü fikrən orda görmüşəm. Peterburqda olsam, özümü bu qədər tək hiss etmərəm. Nəhayət, Peterburqda olsam, şəxsən özüm əsərlərimi çap və nəşr etməklə məşğul olaram”.

Mirzə Kazım bəy 1844-cü ilin noyabrında akademik Dorna yazdığı məktubda öz arzularını belə ifadə edir:

“Əlbəttə, mən taleyimdən razı deyiləm. Peterburqa köçmək fikri həmişə məni müşayiət edir”.

Lakin Mirzə Kazım bəyin tərcümeyi-halından məlum olur ki, çar hökuməti Mirzə Kazım bəyin Peterburqa köç-məsinə icazə vermirdi. Onun hələ Kazanda ikən ingilis 8



dini missionerləri ilə tanış olmasından ehtiyat edirdilər ki, alim Peterburqdan İngiltərəyə gedə bilər. Bu, Mirzə Kazım bəyin özünə də məlum idi. O, akademik Dorna məktubunda bu barədə yazmışdır: “Mənim Peterburqa getmək fikrim və Akademiyada işləmək istəyim hələ də həll olunmamış qalır və məlum olduğu kimi, bu məni çox narahat edir. Mənim planlarım çoxdur. Fikirlərim məni yalnız cəmiyyət və elm qarşısında borcumu yerinə yetirməyə

yönəltmişdir”.

Heç də təsadüfi deyil ki, çar hökuməti tərəfindən Mirzə Kazım bəyin həmişəlik Rusiyada qalmasını möhkəmləndirmək üçün o, 1835-ci ildə elmi xidmətləri nəzərə

alınaraq, Rusiya İmperator Elmlər Akademiyasının üzvü seçildi. O, bu xəbəri aldıqdan sonra Rusiya İmperator Elmlər Akademiyasının akademiki Frenə 1836-cı ilin yanvar ayında məktubunda yazmışdır: “İmperator Elmlər Akademiyasının daimi katibi cənab Fuss S.Peterburqdan mənə rəsmi məktubla bildirmişdir ki, mən Elmlər Akademiyasının müxbir üzvü elmi dərəcəsi almışam. Bu mənim üçün gözlənilməz bir şərəfdir. Mən bunu gözləmirdim…

Mən vaxt tapıb cənab Fussa cavab məktubu yazmamışam ki, məşhur Elmlər Akademiyasının bütün hörmətli üzv-lərinə mənim təşəkkürlərimi və bütün biliklərimi Akade-miyaya vermək üçün səmimi arzularımı bildirsin”.

Mirzə Kazım bəyin həyatında oxucular və tədqiqatçılar üçün maraq doğuran hadisələrdən biri də 1842-ci ilin avqust ayında Kazan şəhərində baş verən yanğındır. Çünki Mirzə Kazım bəy “Xrestomateya” haqqında öz əsərlərində danışsa da, bu əsər çap olunmamışdır. Nəhayət, onun akademik Frenə yazdığı məktubda bu məsələyə aydınlıq gətirilir: “Bizim şəhər həftələrlə davam edən yan-9



ğın nəticəsində çoxlu dağıntılara məruz qaldı. Demək olar ki, Kazanın yarısı, o cümlədən şəhərin ən yaxşı binalar yerləşən hissəsi yanmışdır. Hər şey külə dönmüşdür.

Yanğın avqust ayının 17-də başladı… 25 gün davam etdi.

Mənim evim xoş təsadüfdən xilas olundu, amma içəridə

olan nə vardısa, yararsız hala düşdü. Kitablara gəlincə isə, mənim “Xrestomatiya”m və “Dərbəndnamə”nin bir neçə

hissəsi məhv oldu… Mən yenidən kitabxanamı komplekt-ləşdirməliyəm”.

Elm aləmində və alimlər arasında Mirzə Kazım bəyin azərbaycanlı olması haqqında bir çox qaranlıq məqamlar vardır. Bizim fikrimizcə, Mirzə Kazım bəy kimi dünya şöhrətli alimlərin milli mənsubiyyəti haqqında danışmaq ən azı elmi cılızlıqdır. Bu cür alimlərin milli mənsubiyyəti haqqında danışmaq onların yaradıcılığına kölgə salmaqdan başqa bir şey deyildir. Rəhmətlik Ağababa Rzayev (hüquq elmləri doktoru, professor, əmək elm xadimi) öz tədqiqatlarında Mirzə Kazım bəyin milli mənsubiyyəti, azərbaycanlı olması haqqında son nöqtəni qoymuşdur.

Lakin hələ də bir çox Moskva alimləri, o cümlədən Mirzə

Kazım bəyin tələbəsi olmuş İ.H.Berezinin, V.V.Bartodun, A.N.Kononovun, N.A.Smirnovun tədqiqatlarına səthi ya-naşaraq, onun Gilanda dünyaya gəldiyini və fars olduğunu iddia edərək, onu rus şərqşünası adlandırırlar. Burada N.A.Kuznetsovun yalnız bu fikri ilə razılaşmaq olmur. Belə ki, Gilanda (Rəşt şəhərində) anadan olmaq hələ

milli mənsubiyyəti müəyyənləşdirmir. Mirzə Kazım bəyin milli mənsubiyyəti haqqında onun əleyhdarlarının nəzərinə təkcə bu fikri çatdırmaq kifayətdir. Mirzə Kazım bəyin atası Hacı Qasım 1801-ci ildə Məkkədən qayıdarkən Gilanda (Rəşt şəhərində) Şərəfnisə xanım adlı bir qadınla 10



evlənmiş və əvvəldə qeyd etdiyimiz kimi 22 iyun 1802-ci ildə Məhəmmədəli Mirzə Kazım bəy anadan olmuşdur.

Mirzə Kazım bəyin özünü “persiyanin” adlandırması haqqında isə N.A.Kuznetsova və başqaları bilməlidir ki, orta əsrlərdə, hətta 1926-cı ilədək Dərbənddən tutmuş, daha dəqiq desək, Mazdakdan tutmuş Fars körfəzinədək ərazi Persiya, əhalisi isə “persiyanin” adlandırılırdı. Bunu bilmək üçün şərqşünas alimlərin əsərlərini oxumağa ehtiyac yoxdur. Elə XX əsrin əvvəllərində yaşayıb-yaratmış, Azərbaycanın Mərdəkan qəsəbəsindən cənuba getməyən rus şairi Sergey Yeseninin «Persidskie pesni» əsəri ilə

səthi tanışlıq kifayətdir.

Mirzə Kazım bəyin azərbaycanlı olması haqqında onun dövrünün alimləri ilə məktublaşmasında elə anlar vardır ki, onun mənsub olduğu xalqın taleyi ilə, sevinci və kədəri ilə yaşaması aydın görünür. Mirzə Kazım bəy 31 oktyabr 1826-cı ildən Kazan Universitetində pedaqoji və elmi fəaliyyətə başlasa da, Azərbaycanla əlaqəsini kəs-məmişdi. Məsələn, o, akademik Dorna yazdığı məktubların birində Quba şəhərinə su çəkilməsindən çox sevindi-yini bildirmiş və bu münasibətlə yazılmış şeirləri ona göndərərək akademik nəşrlərdə və qəzetlərdə çap etdir-məsini xahiş etmişdir. Məhz Quba şəhərinə su çəkilməsindən hər hansı başqa bir millətin nümayəndəsi yox, mənşəcə azərbaycanlı bu cür sevinə bilərdi. Alimin “Türk-tatar dilinin qrammatikası” və “Dərbəndnamə” kitablarının yazılması bir daha onun kim olduğuna, hansı millətin nümayəndəsi olduğuna canlı sübutdur. Heç də təsadüfi deyildir ki, “Türk-tatar dilinin qrammatikası” kitabı haqqında 21 avqust 1843-cü il tarixli məktubunda “Türk-tatar 11



dilinin qrammatikası” kitabına Rusiya imperiyasının müxtəlif yerlərində, xüsusilə, Qafqazda böyük tələbat olduğu və həmin kitabın yenidən çap olunmasına ehtiyac olduğu göstərilmişdir. 1849-cu ildə Mirzə Kazım bəyə

S.Peterburq şəhərinə köçməyə icazə verilir. 1849-cu ildən etibarən o, öz həmyerlisi azərbaycanlı alim Mirzə Cəfər Topçubaşovla birgə universitetdə türk (Azərbaycan) və

fars dillərindən dərs deyir. Hələ 1848-ci ildə Mirzə Cəfər Topçubaşov tərəfindən əsası qoyulan şərq dilləri fakültəsinin 1853-cü ildən dekanı olur və ömrünün sonunadək –

1870-ci ilədək bu vəzifəni icra edir. Peterburqda o, böyük rus demokrat-inqilabçısı olan A.Çernışevski ilə tanış olmuş və ona türk-tatar (Azərbaycan) dilini öyrətmişdir.

Mirzə Kazım bəyin Peterburq Universitetində elmi-pedaqoji fəaliyyəti çox məhsuldar olmuşdur. O, Peterburqda “Müridizm və Şamil”, “Bab və babilər”, “İslamın tarixi”, “Şərayül-əl-islam” və bir çox fundamental elmi əsərlər yazmışdır. Bu əsər bir çox Qərb dilləri ilə yanaşı şərq dillərinə də tərcümə olunmuşdur. Məhəmmədəli Mirzə Kazım bəy, Rusiya həyatı üçün xarakterik bir hal olmasa da, öz parlaq zəkası, istedadı, elmdə göstərdiyi xidmətlərinə görə dünyanın bir sıra elm ocaqlarının və cə-miyyətlərinin, o cümlədən Rusiya İmperator Elmlər Akademiyasının müxbir üzvü, Böyük Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü, Paris Asiya Şərqşünaslıq cəmiyyətinin həqiqi üzvü, Boston Şərqşünaslıq cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Akademiyasının həqiqi üzvü seçilmişdir.

Mirzə Kazım bəy, eyni zamanda, Kazan və Peterburq universitetlərinin fəxri üzvü, Peterburq arxeologiya-nu-mizmatika cəmiyyətinin müxbir üzvü, Rusiya Coğrafiya 12



Cəmiyyətinin həqiqi üzvü və Kazan Vətən Dilləri Cəmiyyətinin üzvü seçilmişdir.

Mirzə Kazım bəy əməkdar professor, şərq dilləri üzrə

fəxri doktor kimi adlara da layiq görülmüşdür. Bütün bunlarla yanaşı, Mirzə Kazım bəy dühası Çar Rusiyasının Maarif Nazirliyinin bürokratlarına qələbə çalmış elmi tədqiqat işlərinə, elmi fəaliyyətinə və elmi əsərlərinə görə üç dəfə İmperator Elmlər Akademiyasının Demidov mükafatını almışdır”.



f.ü.f.d., dos. Şəmil Sadiq



13



MÜRİDİZM VƏ

ŞAMİL

“Russkoe slovo” jurnalı, 1859 N 8



14



15



Rusiyanın qüdrət və ehtişam üfüqləri yeni doğan gözqamaşdırıcı bir ulduzun ziyasına bələndi, bizim tarix salnaməsinə rus silahının Qafqazdakı şöhrətinə parlaq işıq salan uğurlu bir hadisə yazıldı – bir zamanlar şöhrəti yeri-göyü tutmuş olan yavuz Şamil bu gün bizim müti əsirimizdir…1



Bəlkə də, bu marağın ömrü qısa olacaq, lakin bu gün onun şəxsiyyəti üzərində ümumi və qüvvətli bir diqqət cəmləşib…2



Sizə təqdim olunan bu məqalə ilə mən* müəyyən dərəcədə həmin marağı təmin etmək, bu fövqəladə insanı yetirən mühitin necə olduğunu, onun tarixdə tutduğu mövqeyinin başgicəlləndirici zirvəsinə necə yüksəldiyini, oradan aşağı düşürülməsinin və Qafqazda dinc həyata başlamasının nə üçün bu qədər çətin olduğunu və əgər belə demək mümkünsə, bunun nə üçün Rusiyaya bu qədər baha başa gəldiyini izah etmək arzusundayam3.



* Mətndə “*” işarəsi ilə təqdim edilən bütün şərhlər müəllifə məxsusdur.

1… 25 avqust 1859-cu ildə Şamil əsir götürüldü. Bununla da, müridizm bayrağı altında 25 ildən artıq davam edən Dağıstan və Çeçenistan dağlılarının hərəkatı başa çatdırılmış oldu. (AKAK, т. XII, с.707; Эсадзе С. Штурм Гуниба

и пленения Шамиля. – Тифлис.1909)

2 Əsir götürülən Şamili Peterburqa gətirdilər. N.Q. Çernışevskinin sözlərincə, bununla bağlı olaraq “Peterburqda indiyədək görünməmiş möhtəşəm bir atəş-fəşanlıq hazırlanmışdı, hətta tacqoyma zamanı təşkil olunan mərasimlər belə

indiki ilə müqayisədə parlaq deyildi… Burada (yəni Peterburqda) əsir Şamil haqqında çox söhbətlər gedirdi. Onun üçün Tavriya Sarayında iqamət hazır-lanıb və o, ümumiyyətlə, böyük bir təmtəraqla qəbul olunacaq; işin gedişinə

baxaraq, ona Kazan və ya Kiyevdə yaşamasını təklif edəcəklər”. (Чернышевский Н.Г. Полн.собр. соч. – М., т.XIV, с.381)



3 Müridizm bayrağı altında gedən hərəkat yatırıldığı zaman hər iki tərəfdən böyük insan tələfatı olub. “Tanrıya şükürlər olsun ki, – deyə N.Q.Çernışevski yazırdı, – indi Qafqaz hər il 25 min rus əsgərini udmayacaq; Rusiyanı əldən-16



Mən müridlik haqqında söz açmaq istəyirəm. Rus hərb ədəbiyyatında Şamil və müridlik bir-birilə sıx bağlıdır, lakin hələ də bu anlayışlar nə leksik, nə də tarixi anlamda lüğətlərə daxil edilməmişdir. Ona görə də arzumu yerinə yetirərkən, təhkiyəmi elə bir tərzdə quracağam ki, yazdıqlarım rus ədəbiyyatı və elmi üçün doğru-düzgün material təqdim edə bilsin. Qarşıdakı mərama uyğun olaraq məqalənin proqramı aşağıdakı istiqamətləri əhatə

edir.



1. Müsəlman Şərqində müridlik barədə tarixi oçerk.

2. Qafqazda müridliyin inkişafı və;

3. Şamil.



Müsəlman Şərqində müridlik barədə tarixi oçerk



İnsan ehtiraslarının tarixi hər zaman və hər yerdə çox böyük əhəmiyyətə malik olmuşdur. Bu ehtirasları yalnız yüksək ruhani təhsil yumşalda bilərdi. Keçmişin dərinliklərinə endikcə görürük ki, xalqların siyasi tarixi ona daha çox əsaslanır. Hərçənd ki, kədər içərisində etiraf etməliyik: tərəziyə qoyularsa bəşəriyyətin ən yeni tarixində hakimiyyət sevdasına mübtəla olanların ehtirasları xalqların taleyindən çox vaxt daha ağır gəlir. Ən yeni cəmiyyətlər isə bir çox hallarda bizə heç vaxt xristian maarifinin ha-vasını udmamış4, ruhani tərbiyənin şüaları ilə isinməmiş



dildən salan yaralardan birinin ağzı qaysaqlanacaq” (Чернышевский Н.Г.

Полн.собр. соч. – М., т.XIV, с.381)

4 Mirzə Kazım bəy hələ gənclik illərində xristianlığın presviterian məzhəbini qəbul etmişdi və bir xristian olaraq “xristian maarifinə” xüsusi önəm verirdi.

17



yarımvəhşi xalqlar və toplumların tarixində gördüyümüz eyni kədərli mənzərəni təqdim edir. Və zaman etibarilə

bizə daha yaxın olan Avropa tarixinin bir çox səhifələrini al qana bələmiş məşhur inqilablar zamanı hakimiyyət hərislərinin iradəsini şüursuz şəkildə yerinə yetirən və özlərini onların yolunda kor-koranə qurban verən hiddətli, coşmuş və azğıntərəfdarlar yığnağı özü üçün qana susamış başçılar tapa bilibsə, barbarların, cahil insanların və fanatiklərin yaşadığı ölkələrdə buna bənzər halları görməyimiz təəccüblü deyildir.



Yeri gəlmişkən, fanatizm bütün inqilablara, xüsusilə

də, üsyan qaldırmaq bəhanəsinin, dinin və onun hərəkətverici qüvvəsi olan xalq inancının olduğu yerlərə xasdır: islahatlar tarixində buna çoxlu sayda aşkar və inandırıcı misallar görə bilərik. Məgər Xilaskarın bu sözlərini bizim dövrün bir çox xristianlarının olduğu kimi qəbul etməsinə

fanatizm səbəb deyilmi: “Elə düşünməyin ki, mən yer üzünə

sülh gətirmək üçün gəlmişəm; sülh deyil, qılınc gətirmək üçüngəldim” 5* ?



Halbuki bu onun mülayimlik, mütilik və dözümlülü-yə əsaslanan təliminə tamamilə ziddir. Doğrudanmı Var-folomey gecələrində qanı sel kimi axıdan qüvvə həmin bu xristian dini idi? Doğrudanmı milyonlarca bidətçini kilsə-dən kənarlaşdıran İsa Məsih təlimi idi?



Xeyr, bu fanatizmdir, xurafatın övladıdır! Bu, cəhən-nəmin Yer üzündə mələk cildinə girən törəmələridir, bu, İblisin qisas silahıdır!



Fanatizm öz həyatını ictimai fəlakətlər üzərində quran adamların məqsədlərinə çatması üçün gözəl vasitədir.



5 * Matfey İncili, X, 34.

18



Bu cür adamlar gah hiyləgərcəsinə itaətkar olmağı, gah yaxşı hesablanmış fədakarlıq etməyi, əhatəsindəki insanların hüsn-rəğbətini özlərinə doğru yönəltməyi və daim onların zəif damarlarından tutaraq, məhəbbətlərinə və

iradələrinə hakim olmağı bacarırlar. Bundan sonra onları kölə kimi sədaqətli etmək artıq xeyli asanlaşmış olur.



Biz ictimai həyatda bir dəfə aldanmış, saxta özünəvurğunluq səbəbindən rüsvayçı vəziyyətdən çıxmaq istəməyən və yanlışlıqlarını həyasız inadkarlıqla danan kifayət qədər təhsilli adamlar görürük. Və əgər məkrli, ictimai sanbalına görə kiçik, hətta sözü və əməli ilə hiyləgərcəsinə idarə etdiyi insanlarda nifrət doğuran adam izlədiyi hədəfin predmetinə məhvedici təsir göstərə bilirsə, o zaman təsəvvür edin ki, çoxsaylı tərəfdarların iradəsini idarə edənlərin geniş düşünülmüş pis niyyətlərinin nəticəsi nə qədər böyük və fəlakətli olar!



Yaxşını pisdən seçə bilməyən korazehin qurbanların fanatizmi onların enerjisini yüz qat artırır. Bu nəzarətsiz enerjinin təsirindən beyinlər kütləşir, qurban isə düşdüyü əziyyətlərin pəncəsində qıvrılaraq dəli kimi qəhqəhə çəkir. İnsan övladının yaşam tarixində bu cür heyrətamiz təzahürlər tez-tez təkrarlanır.



Növbəti fakt – Şərqdə müridlik tarixinin səhifələrində

tez-tez rast gəlinən hallardan biridir. Hicri tarixin III yüzilliyinin lap başlanğıcında, əl-Məmunun hökmranlığı zamanında6 (hicri 201-ci il və miladi 810-cu ildə) İranda 6 Əl-Məmun – yeddinci Abbasi xəlifəsi, 813-833-cü illərdə hakimiyyətdə

olmuşdur (Босворт К.Э. Мусульманские династии. – М., 1971, с.32).

19



Babək7 adlı biri peyda olaraq əvvəlki yalançı peyğəmbərlərin yolunu davam etdirdi və özünü Allahın elçisi, ardınca isə Allahın yer üzündəki təcəssümü elan etdi. Onun uğurları o qədər böyük oldu ki, iyirmi il ərzində xəlifələrin hakimiyyətini təhdid etdi8. Fədakar tərəfdarlarının başçılığı altında hərəkət edən qüvvələrlə dəfələrlə

Məmun və Mötəsimin9 qoşunları üzərində qələbə çalması, həmçinin qana hərisliyi və rəhmsizliyi özünə qarşı yönəlmiş daxili üsyanı hazırlamış oldu10*.



Nəhayət, onun qüvvələri darmadağın edildi və o, Bizansa qaçmaqla canını bir müddətliyə qurtardı. Erməni 7 Babək (gerçək adı Həsən) – 816-cı ildən xürrəmilərin antiərəb, antifeodal hərəkatının rəhbəri. Onlar İslamı tanımır, kəndlilərin feodal asılılığının ləğvinə və bütün torpaqların azad icmalara verilməsinə tərəfdar çıxırdılar. Babəkin başçılıq etdiyi üsyançılar 819-827-ci illərdə ərəblərin Azərbaycandakı cani-şinlərinin qoşunlarına bir sıra hiss ediləcək zərbələr endirdilər; bunun ardınca üsyan bir sıra ətraf vilayətləri də bürüdü. Xürrəmilər hərəkatını yatırtmaq üçün ərəblər Azərbaycana dişinəcən silahlanmış çox böyük ordu göndərməyə

məcbur oldular. Ordu bütün qüvvəsi ilə üsyançıların üzərinə yeridi. Xürrəmilər doğma torpağın hər qarışını mərdliklə müdafiə edirdilər, lakin hərəkata qoşulan müvəqqəti cığırdaş feodallar böhranlı məqamda Babəkə xəyanət etdilər. Ərəblərin 837-ci ildə bütün cəbhə boyu hücumu nəticəsində üsyançıların son istinadgahı olan Bardza qalası süqut etdi. Öz silahdaşlarının kiçik qrupu ilə mühasirədən çıxa bilən Babək tezliklə feodallardan biri tərəfindən tutulub ərəb komandanlığına təhvil verildi və 837-ci ilin sentyabrında edam olundu (История Азербайджана, т. 1-й, – Баку, 1958, с. 117-124). Mirzə Kazım bəy onu “yalançı peyğəmbər” adlandırır.

8 Xəlifə – (hərfi mənası – özündən sonra gələn, varis, müavin) – Məhəmmədin 622-ci ildə Mədinədə vəfatından sonra ali idarəçilərin – varislərin titulu. Xəlifə dini və dünyəvi hakimiyyəti əllərində cəmləşdirmişdi. (Беляев Е.А.

Арабы, ислам и арабский халиат в раннее средневековье, – М., 1966, с.133.).

9 Əl–Mötəsim – doqquzuncu Abbasi xəlifəsi, 833-842-ci illərdə hakimiyyətdə

olmuşdur (Босворт К.Э. Göstərilən əsəri, c.32) 10 * Müsəlman tarixçiləri deyirlər ki, dəfələrlə baş vermiş üzbəüz meydan müharibələri zamanı onun əli ilə iki yüz mindən çox müsəlman öldürülmüşdür.

20



knyazlarından və ya əyanlarından olan Sahil adlı biri onu arvadları və uşaqları ilə birlikdə yaxaladı və xəlifənin ordu komandanı Afşil vasitəsi ilə qəzəbdən alışıb yanan Mötəsimə təhvil verdi.



Onun üçün hazırlanmış işgəncələr müdhiş idi; divan tutulduğu gün Babəkin meydanı doldurmuş insanlara etinasız və nifrət dolu baxışlarla baxması ona verilən cəza-nın şiddətini on qat artırdı. Lakin o, verilən əzablara sarsılmaz bir mətanətlə dözdü və cəlladları məsxərəyə qoydu.



Babəkin qəddar cəlladlarının onunla nə şəkildə rəftar etdikləri barədə təfərrüatlı məlumat avropalıda ikrah doğura bilər: məsələn, əvvəlcə onun ailə fərdlərini və uşaqlarını işgəncəyə məruz qoyub, sonra tikə-tikə doğradılar; ardınca özünün bədən əzalarını bir-bir baltalayıb ayırdılar və rəhmsizliyin təlqin edə biləcəyi ən müxtəlif üsullar-la işgəncələr verdilər…, o isə sonadək öz halını pozmadı və dedi ki, həqiqət naminə ölür.



Fanatiklərin bütün başçıları öz davamçıları ilə birlikdə məhz bu şəkildə məhv olurdular; hətta İranda babilərin rəhbərləri də öz tərəfdarları ilə bərabər bu cür həlak edilmişdilər11.



11 İranda 1842-1852-ci illərdə antifeodal üsyan. Babilər üsyanının hərəkətverici qüvvəsi kəndlilər və sənətkarlar, şəhər yoxsulları və xırda alverçilər idilər. Çıxışlara Babilər təriqətinin təşkilatçısı, özünü Bab (hərfən: Qapı) elan etmiş Seyid Əliməhəmməd (1820-1850) başçılıq edirdi. O, iddia edirdi ki, şiələrin on ikinci imamı Mehdi xalqa öz iradəsini bu qapıdan elan edir (Bab və

Babilik hərəkatı haqqında təfsilatı ilə bax. Токарев С.А. Религия в истории

народов мира. – М, 1965, с. 495-520; Крывелов И.А. История религии.

т.2, – М., 1976, С.296-343).

21



Lakin əvvəlcə Məhəmməd və digər fanatiklərin zühur etdiyi zəmanədəki Şərq mühitinə ötəri bir nəzər sal-maqla işimizə başlayaq.



İslamın hakim olduğu məkanlarda, xüsusən də Ərəbistanda, Suriyada və Efiopiyada xristianlığın aciz və zəif durumda olması hələ Məhəmmədə qədər müxtəlif bidətçilərin və yalançı peyğəmbərlərin meydana çıxmasına zəmin yaratmışdı. Təkcə o çağın Ərəbistanında islahatlara beş iddiaçı: Məkkə və Mədinədə Məhəmməd özü, Yəmam-da Müsəylimə, Taifdə kifayət qədər güclü hökmdar olan əl-Əsvad, onun ardınca Əsad və Səcad nəslindən Tuləyhə və

Tamimdən olan Uləmu Sədr ləqəbli peyğəmbər qadın var idi . Onların hamısından öncə fəaliyyətə başlamış Məhəmmədin, ardınca isə xəlifələrinin uğurları bu rəqiblərin irəli keçmək şanslarını heçə endirirdi. Onların arasında Məhəmməd daha güclü idi.



İranda və Xorasanda maqların təlimi də bir çox qola ayrılmışdı. Hər hansı oxumuş və ya alim, özünü imam,mürşid, yəni mənəvi yol göstərən adlandırmaqla, ona məxsus olmayan hakimiyyəti öz əlində cəmləşdirir, onun vasitəsilə əlahiddə bir kastanın başına keçərək ən yüksək imkanlara sahib olmaq istəyirdi. Bu ölkələrdə artıq çoxdan bəri dərin kök atmış buddizm12 isə Zərdüşt fəlsəfəsi13



12Buddizm – e.ə. VI yüzildə Hindistanda yaranan üç dünya dinindən biridir.

Daha çox Cənub-Şərqi Asiya ölkələrində yayılmışdır. Rusiya ərazisində

Buryatiyada XVIII yüzildə bərqərar olub; Dağıstanda buddizmin izlərinə rast gəlinmir.

13 Zərdüştilik – Sasanilər İranında dövlət dini. Harada və nə zaman yaşadığı qəti şəkildə bilinməyən Zərdüştün (Zaratuştra) adı ilə adlanır. Tədqiqatçıların əksəri zərdüştiliyin meydana çıxmasını e.ə. VII yüzilə aid edirlər. Zərdüştiliyə

iki başlanğıcın – xeyir tanrısı Ahura Mozda və şər tanrısı Anxra Manyunu tanımaq xasdır; Zərdüşt təliminə əsasən, onların mübarizəsi fərdin həyatını və

bəşər tarixini müəyyən edir (Струве В.В. Родина зороастризма. – СВ, 1948, 22



ilə birlikdə tanrının insan obrazında təcəssümü təliminin toxumlarını hər yerə səpmişdi.



İslam yayılmağa başlayanda Şərq bu vəziyyətdə idi.

Məhəmmədin ağlının gücü və siyasəti ona bütün yalançı peyğəmbərlər və təriqətçilər qarşısında birinciliyi təmin edirdi: o, həmin dövrün ruhani və siyasi qüvvələrinin zəifləməsindən yüksək şəkildə faydalanmağı bacardı. Lakin hər yerdə islahatlar ruhu hökmran idi və Məhəmməd bilirdi ki, onun təlimi vahid və bütöv şəkildə qalmayacaq-dır. O, gələcəkdən xəbər verərək deyirdi ki, İslam çoxlu sayda təriqətlərə parçalanacaqdır14*.



Həqiqətən də, bu belə də oldu. İslamın yayılmağa başladığı ilk əsrdə möminlərin çevrəsində doğulan müxtəlif təlimləri bir kənara qoyaq15, İslamdan tamamilə ay-N 15; Дьяконов И.М. История Мидии. – М, 1956; Дандамов М.-А. Иран

при первых ахолинизах. – М., 1963).

14 * Məhəmmədin hədislərinin birində oxuyuruq: “Mənim ardıcıllarım arasında fikir ayrılıqları – xeyirli işdir”, yəni müsəlmanların təfsirinə görə, yaxşı nəticələr verəcək. Bir peyğəmbər kimi Məhəmməd öz mülahizələrində baş verməli olanları öncədən söyləmək, həm də öz ardıcıllarını gələcək mübahisələrdə təlimin əsaslandığı başlıca müddəalardan yayınmamağa meyilləndirmək istəmişdi. Yəni sanki “bir nəticəyə – həqiqətin üzərinə gəlib çıxmaqdan ötrü hər kəs öz bildiyi kimi, lakin dinin başlıca ehkamlarına əsaslanaraq mübahisə etsin, həqiqəti araşdırsın”, – deyirdi. Başqa bir yerdə peyğəmbər gələcəkdən xəbər verərək, “İslam yetmiş üç təriqətə bölünəcək”, – söyləyir. Bundan çıxış

edərək, bəzi təəssübkeş müsəlmanlar bu sözdən İslamın əhatəli və güclü bir din olduğu nəticəsini çıxarır və vurğulayırlar ki, maqlar yetmiş təriqətə, yəhudilər yetmiş bir, xristianlıq yetmiş iki, məhəmmədilər isə yetmiş üç təriqətə

bölünüblər.

15 Bütün digər dinlərdə olduğu kimi, İslamda da fərqli cərəyanlar və istiqamətlər arasında mübarizə gedirdi. Xüsusilə də, Məhəmmədin vəfatından sonra müsəlman mühitində ixtilaflar kəskin xarakter almışdı və zaman keçdikcə İslam indi də mövcud olan iki istiqamətə – sünniliyə və şiəliyə bölündü. Ortodoksal təlimin təmsilçiləri sayılan sünnilər müsəlmanların müqəddəs kitabı olan “Quran”la yanaşı sünnələri (ilkin mənasında – gedilməsi doğru olan yol, istiqamət; məcazi mənada – əcdadlardan nəsilbənəsil gələn adət-ənənə) də

qəbul edirlər. Sünnilər müsəlman icmasının başçısı olaraq əksəriyyətin seçdiyi 23



rılan və sonrasında müsəlmanlar üçün düşmən təlimlərə

çevrilən bir çox digərləri də üzə çıxdı. Bunlar: ravəndilər və onların qolları, xürrəmilər və ya babəkilər, qərmətilər və

onların qolları, nəhayət, ismaililərin fərqli qolları, onlardan

assasinlər Şərqdə 200 ilə yaxın (1088-1272) davam edən və

bəşəriyyət üçün bu qədər qorxulu olan tarixi sülalə təşkil etmişdilər. Bunlardan başqa, İslamın meydana çıxmasının hələ lap əvvəlində Şərqdə “Allaha yol” və ya “sufizm”

adlandırılan xüsusi bir təriqət əmələ gəlmişdir16 . Yeni bir xəlifəni qəbul edirlər. Şiələr və ya “şiat Əli” Məhəmmədin qanuni varisləri olaraq yalnız 12 imam sülaləsini – Əli və onun birbaşa varislərini tanıyırlar.

XII yüzilin ortalarında sünnilər və şiələr arasında silahlı mübarizə dönəmində

xaricilər (“üsyançılar”) meydana çıxmışdılar. Təriqətçilər xəlifəni icmanın maraqlarının ifadəçisi kimi təsəvvür edir və buna görə hesab edirdilər ki, İslam təlimini bilən istənilən şəxs xəlifə seçilə bilər. Buna əsaslanmaqla onlar xəlifə məqamına iddiaları olan Əli və Müaviyəni qanundankənar elan etmişdilər. Sonralar xarici dəstələrə tutulan divana görə təriqətçilər qisas alaraq, Əlini öldürmüşlər. İlk vaxtlar xalq kütlələri arasında populyarlıq qazanan xaricilər təriqəti xəlifə qoşunlarının təzyiqi altında tədricən zəifləməyə üz qoydular; xarici ehkamların təbliğatını qarşılarına əsas vəzifə kimi qoyan ibadilər qrupu və xarici təliminə əməl etməyən bütün müsəlmanlarla “müqəddəs müharibə”

aparmağı zəruri sayan əzraqilər qrupu ayrıldı. Xaricilər təriqəti X yüzildə öz əhəmiyyətini itirdi.

16 Sufizm – islamşünasların əksəriyyətinin hesab etdikləri kimi, adın özü “suf”

– “yun”, “qaba yun geyim” sözündən gəlir. Sufizmin başlıca məzmunu tərki-dünyalıq, “dünya işlərindən asketik qaçış”dır. Müəyyən edilib ki, ilk vaxtlar sufilik qeyri-bərabərliyə qarşı yönəlmiş hərəkat olaraq, müsəlman ruhaniliyi-nin aşağı təbəqələrində yaranmışdır. Yoxsulluq kultu, yaşayış üçün zəruri olanları şəxsi əməklə, ya da əl açmaqla qazanmaq tələbi buradan gəlir. Sufizmin fərqli istiqamətlərində “mənəvi kamilliyin” mərhələləri haqqında təlim təşəkkül tapıb. Onların çoxu dörd mərhələni qəbul edir: 1.Şəriət – hamı üçün icbari olan qanun. Bu mərhələyə sufilər mistik yola hazırlıq kimi baxır. 2. Təriqət – həqiqətə, Allaha aparan yol. “Bu termin artıq XI yüzildə meydana çıxıb, ilk vaxtlar kamillik axtaran adamın bunun köməyi ilə qısa yolla bu hədəfə

yönəldilə bildiyi müxtəlif mənəvi-psixoloji metodları ifadə edirdi (Бертельс

А.Е Суфизм и суфийская литература. – М., 1956, с.37). Təriqət yalnız qabiliyyəti olan (“dərin ağla” malik) və özünü bütünlüklə Allaha xidmətə həsr etməyə, dünya işlərindən uzaqlaşaraq, duyğusal aləmdən imtina edərək ona ruhani təzimə qədər yüksəlməyə özündə daxili tələbat duyanlar üçün nəzərdə

24



“yol” istisnasız olaraq bütün məzhəblərdə vardı və səadət axtaranların hamısı özlərinin düşünüb tapdıqları hər hansı yeni bir inancın örtüyü altında gələcək tərəfdarların ağlını və iradəsini fəth etmək, fanatizmin köməyi ilə arzusunda olduqları məqsədə yetişmək üçün təriqətdən mənəvi silah qismində az və ya çox dərəcədə istifadə edirdilər.



İslamın inkişaf tarixində və dini inqilablar sistemində

müsəlmanlar arasında müridlik başlıca rol oynayır. Müridlik: cihad, təriqət və dəvət adlanan üç təməl üzərində qərar tutur. Birincisi hərfi mənada din uğrunda savaş, ikincisi

– ilahi həqiqətə aparan yol (mistiklərin təlimidir), üçüncüsü – insanları mənfur hakimiyyətə qarşı üsyana, qanuni və ya dini hüquqların müdafiəsinə dəvət etməkdir. Leksik mənada mürid sözü [həqiqət] axtaran, arzu edən deməkdir: təriqət təliminin ilk təsisçilərinın yeni tərəfdarları bu adla adlandırılırdılar. Biz bu təməlləri sıra ilə gözdən keçirək.



tutulan ikinci mərhələ kimi gözdən keçirilir (bax. Bu nəşrin ikinci paraqrafı).

3.Mərifət. 4. Həqiqət. Bəzi sufi məktəbləri üçün sonuncu iki mərhələnin bir mərhələdə birləşdirilməsi xarakterikdir, lakin bütün sufilər mərifət və həqiqətə

yalnız müqəddəslərə, imamlara nəsib olan mərhələlər kimi baxırlar. Sufi təliminə görə, dünya işlərindən uzaqlaşmağa və özünü Allaha xidmətə həsr etməyə qərar verən hər bir müsəlman mürşidin müridi ola bilər (bax. qeyd 20).

Mürşid təriqətin sirlərini və Allahı görmə üsullarını ona öyrədir. XII yüzildə

qardaşlıq və ya rahib ordenləri şəklində sufi təşkilatları meydana gəlir. Bu təşkilatların üzvləri – dərvişlər öz nizamnaməsi və şeyxləri ilə monastırı xatırladan zaviyələrdə (rəbatlar, xanəgahlar, təkyələr) yaşayırdılar. Sufilər tərəfindən asketizmə, tərki-dünyalığa, dini qaydada yaşayışa çağıran bir təlim cəmiyyətin sosial-siyasi inkişafına dağıdıcı, mürtəce təsir göstərirdi (Петрушевский И. П. Göstərilən əsəri, с. 310-350; Беляев Е.А. Мусульманское

сектантство. – М., 1957).

25



1. Cihad 17



Məhəmməd bu ilk silahdan öz dinini möhkəmləndirmək üçün olduqca düzgün və sərrast şəkildə istifadə etmişdir. Bu silah müxtəlif ölkələrin fəthində xəlifələrə xidmət etmişdir; yüz il müddətində təkcə cihadın vasitəsilə

bu qədər nəhəng və qorxulu İslam imperiyası təşəkkül tapmış və bu mərhələdən keçmək yolu ilə sonralar impe-riyanın hüdudları daxilində ayrı-ayrı dövlətlər yaranmışdır. Xaç yürüşlərinin uğurlarının səbəbləri haqqında az-çox mühakiməsi olan hər kəs bu dini ideyanın yaradılma-sında Məhəmmədin siyasətinin nə qədər əhəmiyyətli olduğunu anlayar. Allah “Quran” sözləri ilə Məhəmmədə

deyir: “Ey peyğəmbər, kafirlərə və münafiqlərə qarşı vuruş

(Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə

məhv et). Onlarla sərt davran. Onların məskəni Cəhənnəmdir, 17 Cihad (ərəbcə “cəhd etmək”, “can atmaq”, “mücadilə etmək”) – “Quran”ın tam aydın olmayan və ziddiyyətli göstərişinə əsasən hər bir müsəlmanın iştirak etməli olduğu “müqəddəs savaş”dır. Müsəlman vaizləri “Quran”ın bu göstərişinə əsaslanmaqla cihadı İslama mənsub olan hər kəsin mükəlləfiyyətlərin-dən biri hesab edirlər. Eyni zamanda, bəzi müsəlman ilahiyyatçıları bu fikir-dədirlər ki, cihad – müsəlman torpaqlarını genişləndirmək və başqa dinlərdən olanları İslama gətirmək məqsədilə başladılan hücumçu savaşdır, digərləri cihadı yalnız müdafiə müharibəsi kimi təsəvvür edirlər. Bizim müəllif – birinci fikrin tərəfdarıdır. Qəzavat (ərəbcə “yürüş” “axın”, “basqın”) – cihadın adlarından biridir. Qəzavatın gedişində həlak olan şəhid sayılır və deyilir ki, onun Cənnətdə yeri hazırdır. VII-X yüzillərdəki ərəb fütuhatı dövründə qəzavat nəzəriyyəsi xilafətin işğalçılıq müharibələrinin ideoloji əsası idi. Sonralar Osmanlı İmperiyasının torpaqlarını genişləndirməkdə qəzavat ideyasından istifadə olunmuşdur. Bəzən qəzavat müsəlman ruhaniləri tərəfindən milli-azadlıq uğrunda mübarizənin şüarı kimi də irəli sürülürdü, lakin “müqəddəs savaş”

ideyası başqa dinlərdən olanlara dözümsüzlüyü qızışdırmaqla bərabər, dini mənsubiyyəti qabartmağa, qapalılığa, digər xalqların mübarizəsinə yad nəzərlə baxmağa gətirib çıxarır. (Смирнов Н.А. Мюридизм на Кавказе. – М., 1962; Климович Л.И. Ислам. – М., 1962).

26



ora nə pis yerdir!” (“Quran”, IX surə, 73-cü ayə). Yenə orada deyilir: “Allah mömin kişilərə və mömin qadınlara (ağacların) altından çaylar axan cənnətlər və Ədn18* cənnətlərində

gözəl məskənlər vəd buyurmuşdur” (72-ci ayə). Başqa bir yerində (“Quran”, II surə, 218-ci ayə) Allah Məhəmmədə

deyir: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələnlər və Allahın yolunda cihad edənlər Allahınrəhmətinə ümidvardırlar”.



Susuz Ərəbistan səhraları sakinlərinin arzu və xəyal-larını şirnikləndirən, bol suların axdığı bu möhtəşəm bağlar, səmavi ölkələrdə hər neməti olan məskənlər, daima Allahın yanında, cah-cəlal, hurilər-qılmanlar arasında olmaq imkanı cihadda həlak olan və hətta həyatını itirmədən onda iştirak edən hər kəsin axirət mükafatıdır. Onları real şəkildə və maddi olaraq daha nə cəlb edə bilərdi?

Məhəmməd məsələnin bu tərəfini də unutmurdu: bu zəngin qənimətlər, kölələr, məğlubların əmlakı, onların arvadları və uşaqları idi. Müsəlman qanunlarına üz tutaraq bu bölmənin yalnızca başlıqlarını gözdən keçirək. Bunun üçün hər hansı müsəlman hüquq kitabını, məsələn, Təhtə-vinin əlimin altında olan kitabını götürürəm. Onun I və II fəsillərini, 436-493-cü səhifələrini gözdən keçirək. Başlıca məzmun belədir.



1. İmamın buyurduğu cihadın müsəlman cəmiyyətin-də müqəddəs borc olması haqqında.



2. Müsəlmanlara kafirlər hücum edəndə, cihad buna qabil olan19* hər bir müsəlmanın müqəddəs borcudur, 18* Peyğəmbərin təfsirinə görə, Ədn – Allahın məskəninin adıdır, onu nə eşidən, nə də görən olub.

19* Yəni nə xəstə, nə uşaq, nə də dəli olan.



27



hərçənd bunu imamın icazəsi olmadan da etmək mümkündür.



3. Cihad kimə qarşı yönəldilə bilər; fəth edilmiş ölkələr, qüvvə tətbiq etməklə itaətə gətirilmiş xalqlar və insanlarla necə davranmalı, kimi qılıncdan keçirməli, kimə

rəhm etməli.



4. Qənimətlər və əsirlər haqqında: a) imamın çağırışı üzrə döyüş əsnasında kimin kimi öldürməsi; öldürülənin əşyaları qatilə məxsusdur; b) belə bir döyüşə çağırış əsnasında müharibədən kim nə gətirirsə, bu ona məxsusdur.

c) yerdə qalanlar – qoşun arasında ümumidir, xüms istisna təşkil edir – beşdə bir imam üçündür; ç) imam kimin həyatını bağışladısa, o, əsir sayılır: onun geriyə satın alınmasına yalnız müharibə müddətində yol verilir.



5. Vergilər və yığımlar haqqında.



6. Qorunmağı xahiş edən dinc əhali haqqında.



7. Xainlər haqqında və s.



Cihad, İmamın ac-yalavac təbəələrindən ötrü, əlbəttə, şövqlü ovçu üçün ov ilə müqayisədə daha xoş və könüla-çan məşğuliyyətdir. Doğrudan da, görün nə qədər fərq var! Sonuncu – imam – özünün müridləri olan tazıları və

ov itləri20 ilə evini, dostlarını tərk edir, şirin yuxusundan olur və sevimli səfərinə yola düşür; Bəzi hallarda ağlasığmaz çətinliklərdən keçir, qaçağan atın belində yorulmadan qarşısına çıxan çayları, bataqlıqları, dərələri vecinə

almadan, tər və köpük içində məsafələr qət edir və gənclik rəşadətindən xəbər verən zil səsi ilə nəfəs dərmədən 20 Mürid (ərəbcə “arzu edən” “can atan”; şeyxə itaətkarcasına tabe olan) –

özünü mənəvi kamilləşməyə həsr edən müsəlman. Mürid şəriətin bütün qaydalarını yerinə yetirməli, bütün vaxtını orucda və ibadətdə keçirməlidir.

28



arxasınca gələn itlərini haya basır: “Tut! Basmarla! Gözünə dönüm sənin! Qoyma! Al!”



Bəs sonrasında nə olur? Yorğun-arğın, bir çox halda üzgün, itirilmiş günün ona verə biləcəyi hər hansı fayda-dan məhrum vəziyyətdə geri qayıdır və yıxılıb yatır; qazancı – bir tikə qızardılmış ət və ya dəri, daş kimi yuxu və ovçu şöhrəti olur. Nə zəngin qənimət var, nə səmavi nemətlərə ümid.



Cihad isə əksinə, ovun verdiyi zövq-səfa və yüksək şan-şöhrətdən fərqli olaraq bu günün saysız qənimətləri ilə bərabər, fikri ac-yalavac, başının üstündə damı olmayan müsəlmana tam mənası ilə Cənnəti təlqin edir. Başlıcası isə, gələcək axirət həyatında Allahın vəd etdiyi nemətlərə möhkəm ümid aşılayır! Bax, hüquqi və texniki baxımdan cihad bu deməkdir.



İslamın ilk hökmdarları bütün fəthlərdə yalnız cihada borcludurlar. Suriyada, Misirdə, İranda, Türküstanda, Er-mənistanda, Kiçik Asiyada və nəhayət, Dağıstanda hələ

İslamın ilk əsrində onların azsaylı fanatiklərlə birlikdə qazandıqları parlaq qələbələr şübhə doğurmur. Suriya və

Fələstinin bir qismi komandanlardan Əbu-Übeydə və Xalid tərəfindən hicrətin 14-15-ci illərində cihadın köməyi ilə

itaətə gətirilmişdir. İranın bir hissəsi cihad yolu ilə hicrətin 15-16-cı illərində sərkərdə Saad tərəfindən itaətə gətirilmiş və Sasanilərin paytaxtı alınmışdır. Misir hicrətin 20-ci ilində cihad yolu ilə sərkərdə Amr tərəfindən itaətə

gətirilmişdir. Həmin bu mənəvi silahla İranın qalan böyük qismi 21-22-ci illərdə sərkərdələr Neman, Təlxə, Muqi-rə, Xazafa və digərləri tərəfindən fəth edildi. Dağıstanın 29



bir hissəsi və Dərbənd ilk dəfə hicrətin 30-cu ilində İbrahim və Salman tərəfindən işğal olundu21.



Kiçik Asiyada ilk cihadlar 32-ci ildə olmuşdu, bu vaxt ərəblər Müaviyənin başçılığı altında Konstantinopol yaxınlığında məğlub edilmişdilər. İkinci belə uğursuz cihad 52-ci ildə oldu, Konstantinopol bu vaxt Süfyanın başçılıq etdiyi qoşunlar tərəfindən mühasirəyə alındı: ərəblər böyük qənimətlə geri dönmüşdülər. Türküstan 53-cü ildən 57-ci ilə qədər davam etmiş çoxsaylı cihadlardan sonra sərkərdələr Abdulla və Sad tərəfindən qəti olaraq tabe edildi. Bir sözlə, Məhəmmədin ölümündən sonrakı 50 il-də Asiyanın böyük hissəsi, Afrika və Avropanın bir qismi və Aralıq dənizindəki adalar cihad yolu ilə sasasinlər tərəfindən fəth edildi. Sanballı hakim sülalələrin əsasını qoyan türk soylu müxtəlif hökmdarların xəlifələri himayə

etmək bəhanəsi altında səs-küylü hərbi şöhrətləri, Sultan Mahmudun Hindistanda, Səlcuq oğullarının Türküstanda, Kiçik Asiyadakı qələbələri, Əlaəddinilərin Türkiyənin Asiya hissəsində və hətta indiki Osmanlıların uğurları, nəhayət, İslamın bütün Dağıstanda və Qafqazda yayılması, həmçinin bu ərazilərdə saxta hakimlərin müvəqqəti uğurları yalnız və yalnız cihada borcludur!



2.Təriqət

Bu söz, artıq yuxarıda izah edildiyi kimi, Allaha aparan yol anlamındadır. Başqa ifadə ilə onu sufizm və misti-21 Salman ibn Rəbiə 652/3-cü miladi ilində Bələncərdə öldürülüb.

30

sizm 22 də adlandırırlar. Hələ İslamın ilk çağlarında, hətta Məhəmmədin sağlığında belə bəzi yumşaq ürəkli və

mömin adamlar vardı ki, onlar təbiətləri etibarilə və ya xristian rahibləri ilə ünsiyyət nəticəsində dünya işlərindən tamamilə uzaqlaşır, günlərini dua və ibadətdə keçirir, canlarına cəfa verirdilər. Gündüzləri səhrada, gecələri mağaralarda olur, bitki kökləri və yeməli otlarla qidalanır, adamları özlərinə cəlb edərək onlarda gah maraq, gah heyrət, gah da öz fədakarlıqlarına ehtiram hissi oyadırdı-lar. Bu tanrısevər insanlar sonralar xristian rahibliyinə çox bənzəyən qardaşlıq ocaqları təşkil etdilər23*.

İslam İranda öz yerini möhkəmlətsə də, bütpərəstliyin və odpərəstliyin izləri xalqın inanclarında qalmaya, zaman keçdikcə, hətta yeni təlimin əsaslarına yol tapmaya bilməzdi. Onlar həmçinin qardaşlıq ocaqlarının islaha-tında da başlıca vasitələrə çevrildilər. Əvvəllər sadə və

adi, misteriyasız olan şeylər indi heç də hamının anlaya bilmədiyi mistika xarakteri almağa başladı, təşkilati əsaslarla təlimlər, məktəblər quruldu, bunların üzərində sonralar otuz beş rahiblik ordeni əmələ gəldi. Biz bu ordenləri təfsilatı ilə təsvir etmək kimi çox mürəkkəb işi öz üzə-rimizə götürmürük, lakin onların təsis olunduğu çağları və təlimin əsasında duran prinsipləri sizə göstərəcəyik.

İlk qardaşlıq ocağı Ciddədə, Məcnunun oxuduğu sevgi himnlərinin ilahəsi olan Leylinin bir zamanlar yaşa-22 Bax. qeyd16.

23* Məhəmməd təriqətə qarşı deyildi, hətta onu özünə aid edib və deyib:

“Təriqət – mənim gördüyüm işlərdir”. Lakin o, xristian rahibliyini bəyənmir-di. Çünki bu yol evlənməni rədd edir. Ona görə də hədislərdə belə bir fikri ona aid edirlər: “İslamda rahiblik yoxdur”. Burada xristian qaydaları ilə rahiblik nəzərdə tutulur.

31

dığı çılğın xəyalpərəstlər ölkəsində yaranmışdır24. Seyid-lərdən, yəni peyğəmbərin nəslindən olan Ulvan adlı təhsilli bir ərəbin hind fəqirlərinin, xristian tərki-dünyaların və dayrların maq qardaşlıq ocaqları ilə tanışlığı vardı. O, səmimi dostlarından, xeyirxah ərəblərdən ibarət adamları başına topladı və az-çox dərəcədə nizamlı, öz qərarlarını, ibadət ayinlərini icra etmək üçün məclisi olan qardaşlıq ocağı təşkil etdi. Bu, hicrətin 149-cu ilində olmuşdu. Bu orden öz təsisçisinin adı ilə “ulvani” adlanır.

Yarandığı çağı və təsis yerini göstərməklə, bütün ordenlərin xronoloji siyahısı bu şəkildədir:

Ordenin adı

Təsisçinin adı

Təsis yeri

Hicri il Miladi il Ulvani Şeyx Seyid Ulvan

Ciddə

149

766 Haşimi Əbu Haşim Sufi

Dəməşq

156

722 Sakati

Əbülhəsən Sirri

Ba

ğ

d

a

d

261

865

Sakati Bestami Bayazid

Cəbəli-

Bestam Tustari Səhl bəni Abdulla

Şüştər

283

896

(İran)

Sührəvərdi-1

Əbülqədir

Bağdad

490

1096 Arqiani Səhl bin Əhməd

Arqian

499

1015 Qədiri Əbülqədir Gilani

Bağdad

581

1165 Rifaqi Seyid Əhməd

Bağdad

578

1182

(Betaixi)

Əbülabbas

və Vasit

Sührəvərdi-2

Şihabəddin

Bağdad

602

1205

24 Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur “Leyli və Məcnun”

poemasının personajları nəzərdə tutulur.

32

Kubrəvi

Nəcməddin

Xarəzm

617

1220 Şazili Şeyx Əbdülhəsən

Məkkə

956

1258 Mövləvi Mövlana

Konya

672

1273

Cəlaləddin Rumi

Bədəvi

Əbülfəth Əhməd

Mis

ir

675

1276

əl-Bədəvi Nəqşbəndi

Bahaəddin

719

1319

Məhəmməd

Nəqşbənd Sədi Sədəddin əl-

Dəməşq

736

1335

Cəqavi Bəktaşi Hacı Bəktaş

Kırşehir

759

1357

Xorasani Xəlvəti Şeyx Ömər

Kayseri

800

1397 Zeyni Zeynəddin əl-Xafi

Kufə

838

1434 Babayi Əbdülqəni Babayi

Edirnə

870

1465 Bayrami Hacı Bayram

Ankara

876

1471

(Kiçik

Asiyada) Əşrəfi Əşrəfi-Rumi

Kiçik

899

1493

Asiya Bəkri Əbu Bəkr Vəfayi

Hələb

902

1496 Sünbüli Yusif Sünbül

Konstanti

936

1529



nopol Gülşəni İbrahim

Qahirə

940

1533

(Rövşəni) Ümmü Şeyx Ümmü Sinan Konstanti

947

1540 Sinani nopol İgdişbaşi Şəmsəddin

Maqnesi

951

1544

İgdişbaşi

ya

(Manisa)

33

Celvəti

Pir Celveti

Bursa

988

1580 Oşacaki

Hüsamuddin

K onstanti

1001

1592

əl-Oşaçaki

nopol Şəmsi Şəmsuddin Sivasi

Mədinə

1010

1601 Sənani Sənani Ümmi

əl-Məxli

1079

1668 Niyazi Məhəmməd əl-

Lemnos

1100

1694

Mifi ən-Niyazi

Müs’ədi

Murad Şami

Konstanti

1132

1719

nopol Nuri Cerahi

Konstanti

1146

1735

(Nurəddini)

nopol Camali

Camaluddin

K

o

nstanti

1164

1750

Edirnəvi

nopol

Bu ordenlərdən başqa, müridlərin özəl, formal təşkilatı olmayan bir çox digər qardaşlıq ocaqları da vardı.

Sufilərin ədəbiyyat tarixi az və ya çox sayda tərəfdarı-müridi olan altı yüzdən bir az artıq məşhur şeyxdən ibarət siyahı təqdim edir. Onlardan ən azından üçdə biri məşhur ədiblər və şairlər idi.

Göründüyü kimi, yetərincə sadə olan təriqət təliminin çoxlu müəmmalı və maraqlı təfsilatları vardır. Dolğun və müfəssəl izahını başqa vaxta saxlayaraq, onların əsaslandığı başlıca prinsiplərlə kifayətlənmək istərdim.

1) Təriqət həqiqət axtaranı həqiqətin dərkinə ( mərifət)

– Allaha aparıb çıxarır.

2) Yolla gedən, yolçu ( salik) onda mənəvi tərbiyəni ( irşad) inkişaf etdirən həvəs və şövqü ( iradət) əldə rəhbər tutur.

34

3) Mənəvi tərbiyə hüquqi təlim üzrə varisliklə olur, yəni tərbiyəçi müəllimdən (mürşid) bilavasitə onun mənəvi tərbiyə verdiyi şagirdinə (mürid) keçir.

4) Bu tərbiyə öz mənşəyini qədim çağdan – sufilərin hamisi olan Xızır dan, İslamda isə Məhəmmədin kürəkəni Əlidən götürür.

5) Tərbiyə və inkişaf nemətlərindən keçən salik kamilliyə ( kamal) çatır; kamillik yolunda vüsul dərəcəsinə, yəni həqiqətlə – Allahla mənəvi ünsiyyətə yetişir.

6) Ruh vüsul dərəcəsinə can ataraq və ya həqiqətə

doğru səyr edərkən müxtəlif dərəcələrə yetişir, onların arasında ən yüksək olan əs-seyru-fillahi, yəni ilahi ruhun ağuşunda Allaha sarı can atmaqdır: öləri insan burada ilahi kəşfə qovuşur və müsəlmanların ifadəsincə huva fihi və

huva fihi, yəni insan Allahda, Allah insanda olur.

Sufilərin və mistiklərin bütün məktəbləri bu təməllər üzərində inkişaf etmişdir, yalnız müəyyən incəliklərdə

fərqlər vardır.

Ümumiyyətlə, sufilər özlərini arif (yuxarıda xatırlatdığımız mərifət sözündən), yəni həqiqəti dərk edən sayırlar. İnsanın bu dərketməyə qabiliyyəti cəzb adlanır. Bu qabiliyyət insanı süluka, ardınca isə kamal və vüsul kamilli-yinə həvəsləndirir; birinciyə yetişən salik adlanır, ikinciyə

yetişən kamil və ya vasil sayılır. “Kamillik” dairəsinin bütün üzvləri evliya (tək halda vəli), yəni müqəddəs adını daşıyırlar.

Biz müridlik tarixində görürük ki, ilk dəfə mürid sözü təriqət icmaları arasında üzə çıxır. Məhəmmədin zamanında onun şagirdləri və yeni tərəfdarları – şərikləri ümumi əshab adını daşıyırdılar. Ayrı-ayrı şəxslər isə: 35

a) mühacirin – Məkkədən qaçarkən (hicrət) ona yoldaşlıq edənlər25;

b) ə nsar – qaçışdan sonra onu qəbul edən və başladığı işlərdə ona yardımçı olan köməkçilər belə adlanırdı. Bu və digərlərinin adlarını Əshab və Əshabi-bədr başlığı altında ayrı-ayrı kitabçalarda tapmaq olar. Sonuncu risalə

1843-cü ildə Kazanda nəşr edilmişdir. Əshabların şagirdləri tabiin, yəni “ardıcıllar” adlanırlar. Deməli, mürid özlüyündə təriqətə mənsubdur və bu sözün ilk dəfə işlədilməsi İslamın birinci əsrinə aiddir.

İslamın bütün çevrilişlərində və inqilablarında inqilabi firqələrin başçıları özlərini ardıcıllarla əhatə edə bilən və xalq arasında yetərincə nüfuz qazanmış ruhani şəxslər idi və mürid sözü bu ardıcıllara verilirdi, yalnız bir şərtlə

ki, onların mürşidi (müəllim) yalandan olsa belə, bu və digər dərəcədə təriqətin mənsubu olsun.

Belələrini biz Şərqdə çox tanıyırıq və onlardan sonuncusu Hacı Seyyid Məhəmməd Şirazi idi. Hardasa iyirmi beş il öncə özünü Bab, yəni həqiqətin qapısı adlandıraraq İranda üsyan qaldırdı və orada bu yaxınlarda26 baş verən çaxnaşmaların əsasını qoydu. Belə görünür ki – yaxud rəsmi məlumatlara əsasən deyilsə daha yaxşı olar – o öl-25 Hicrə (ərəbcə “başqa yerə köçüb yerləşmək”) – Məhəmmədin və onun ardıcıllarının 622-ci ildə məcbur qalaraq Məkkədən Mədinəyə köçüb getmələri. Hicrədə iştirak edən şəxslər mühacir (cəm halda – mühacirun) – köçkün adını aldılar. Xəlifə Ömərin dönəmində (634-644) təqribən 638-ci ildə hicrə

müsəlman ilsayımının başlanğıcı elan edildi (Петрушевский И. П. Göstərilən əsəri, с. 22).

26 “Kəmfül-məhcub”dan, “Nəfahətül-üns”dən və sufilər haqqında bu kimi digər əsərlərdən görmək olur ki, əsl sufilər irşada irsi hüquq almayan, yalançı təlimlər təsis edən, özünəvurğunluq ilə özünü mürşid adlandıran, adamları həyəcana salan və onların arasında nifaq və fəlakətlər törədən bir çox yalançı mürşidləri rədd edirlər.

36

kənin hökuməti babilərin təliminin kökünü qazımaqdan ötrü güclü, həm də həddən artıq güclü və sərt tədbirlər gördü. Söylənənlərə görə, bunu bacardı, odur ki, babi-müridlər indiyədək İranda və Zaqafqaziya əyalətlərində

gizli fəaliyyət göstərirlər.

2. Dəvət27



Məhəmməd qüvvətləndikdə, qonşu tayfa başçılarına və padşahlara İslamı qəbul etməyə çağırışla elçilər göndərdi. Bu çağırış dəvət mənasında idi. Qanunda deyilirdi ki, hələ dəvəti almayanlara qarşı cihada yol verilmir. Belə

ki, cihad dəvətdən imtina olunmasının nəticəsidir.

Siyasi və dini zəmində öz işini qurmağa başlayan hər hansı fırıldaqçı öz dostları və məsləkdaşları olan agentləri və missionerləri müxtəlif ölkələrin sakinlərini öz təliminə

bağlanmağa, yaxud bayrağı altına toplaşmağa dəvət etməyə göndərirdi. Mən xəlifələrin və imamların tarixinə

dair kitabların səhifələrini dolduran önəmsiz hadisələri bir kənara qoyaraq Şərq tarixində bu kimi halları yetərincə xarakterizə edən iki mühüm hadisəni göstərmək istəyirəm. Əməvilər sülaləsinin ulduzunun sönməyə başla-ması28 ilə demək olar eyni vaxtda (İslamın ikinci yüzilinin əvvəlində) Ərəbistanda imam və xəlifə adına iki iddiaçı meydana çıxdı. Onlardan biri Suriyada peyğəmbərin əmi-27 Dəvət (ərəbcə) − çağırmaq, çağırış.

28 Əməvi xəlifələri mənşəcə Bəni-Üməyyə nəslinin iki müxtəlif qanadından –

birinci Əməvi xəlifəsi Müaviyənin atası Əbu Süfyan ibn Harb ibn Üməyyənin adı ilə Süfyanilərdən və öz mənşəyini Əbu Süfyanın əmisi oğlu əl-Həkəm ibn Əbu-l-As ibn Üməyyədən götürən Mərvanilərdən idilər.

37

si Əl-Abbasın kötükcəsi, Abdullanın nəticəsi, Əlinin nəvəsi, Məhəmmədin oğlu İbrahim; digəri Yəməndə Əbu Həmzə idi. Birincisi, yəni İbrahim yalnız öz atası, imam adını hələ Ömər Əbdüləzizin29 hökmranlığı zamanında, hicrətin 100-cü ilində mənimsəmiş olan Məhəmmədin başladığı işi davam etdirirdi. Həmin bu Məhəmməd xəlifənin xoş münasibətindən və belə demək mümkünsə, zəifliyindən və Abbas evinə ehtiram bəsləyən bir çoxlarının hüsn-rəğbətindən istifadə edərək, hələ o vaxt hakimiyyət sevdasına düşmüşdü. Ona görə də yetmiş agenti gizlicə Abbas evinin xeyrinə dəvətlə müxtəlif ölkələrə, əksərən də Xorasana göndərmişdi. Göndərilən adamlar az-çox nələrəsə macal tapmışdılar, lakin on doqquz ildən bə-ri xilafəti enerji ilə idarə edən Hişamın hökmranlığı onların sonrakı uğurlarına əngəl törətdi. Dəməşq yaxınlığındakı Ruxeymə adlı yerdə İbrahim öz atasının yerini tutdu və “əl-himar” – “eşşək” ləqəbli Mərvanın hökmranlığı30

dövründə ona irsən qalmış ideyanı uğurla davam etdirməyə başladı. O, uzaqgörən adam olduğundan başladıqları işin geniş yayılması üçün Abbas evinin ehtiramını saxlayanlar arasından Əbu Müslüm adında birini seçdi və

imamın adı ilə müqəddəsləşən qeyri-məhdud hakimiyyətlə, çoxsaylı yeni tərəfdarların başında Xorasana, orada başlanmış işləri davam etdirməyə yola saldı və ona fəxri sahibüd-dəvət, yəni “dəvət etməyə ixtiyarı olan adam” adını verdi.

29 Ömər ibn Əbu əl-Əziz – səkkizinci Əməvi xəlifəsi, 717-720-ci illərdə hakimiyyətdə olmuşdur.

30 II Mərvan əl-Himar – 14-cü, sonuncu Əməvi xəlifəsidir, 744-754-cü illərdə

hakimiyyətdə olmuşdur.

38

İbrahim Mərvan dostları tərəfindən ələ keçirilərək ölümə məhkum edilsə də (yeri gəlmişkən, bu hadisə xalq arasında həyəcanlara səbəb oldu və Abbas evi tərəfdarlarının sayını artırdı), Əbu Müslümün ağlı, igidliyi, aman-sızlığı və hətta rəhmsizliyi onun eşidilməmiş uğurlara aparan yolunu açdı. O, hər yerdən Əməviləri qovur, onları qoyun kimi kəsir, istədilər, istəmədilər hər kəsə Abba-silərə sədaqət andı içdirirdi; öldürülən İbrahimin kiçik qardaşı Abdulla əs-Səfahı31 xəlifə taxtına çıxdı, cəsur Səy-yarın başçılığı altında Xorasanda Əməvilərin ordusunu darmadağın etdi və Abbasilər sülaləsinin tarixində şöhrət qazandı32.

Digər yalançı – Əbu Həmzə hər şeydə öz rəqibini yamsılayaraq İbrahimlə eyni vaxtda (129-cu ildə) üsyan qaldırdı, lakin bir şey bacarmadı. O da öz məsləkdaşı Abdulla ibn Yəhyanı dəvətlə dörd bir yana göndərdi və böyük mötəbərlik üçün ona talibül-həqq, yəni qanuni haqqı arayan ünvanı verdi, bununla da bir növ böyük əks-səda doğurmuş “dəvət etməyə ixtiyarı olan adam” adını iflic etmək və hər tərəfdə qanunsuzluğun hökm sürdüyü bir zamanda qanuni hüquq məsələsində həssas xəyalpərəstləri şirnikləndirmək istəyirdi. Lakin Əbu Müslümün qılıncı daha kəsərli, ağlı daha aydın və məsləkdaşları daha çoxsaylı idi. Əbu Həmzə Yəməndə çoxlu fəlakətlər törət-sə, çoxlu qanlar axıtsa, nəhayət, Mədinə hakimi olaraq ta-nınsa və talibül-həqq Yəmən hökmdarı təyin edilsə də, 31 Əs-Saffah – birinci Abbasi xəlifəsi, 749-754-cü illərdə hakimiyyətdə olmuşdur.

32 Abbasilər sülaləsi öz mənşəyini Məhəmmədin əmisi, Məkkənin Haşimilər soyundan olan Abbasdan götürür. Abbasilər 449-1258-ci illərdə hakimiyyətdə

olmuşlar.

39

bütün bunlar çox çəkmədi. Mərvanın qoşunları Əbdül-Məlikin başçılığı altında tezliklə Mədinəni mühasirəyə

aldı və məğlub edilən Əbu Həmzə qaçmaqla canını qurtardı, sonra da naməlum şəraitdə öldü. Az sonra talibül-həqqi də Sənada mühasirəyə aldılar. O, danışıqlara girdi, lakin sülhün şərtləri ilə razılaşmadı; ardınca öz legionu ilə

döyüş meydanına yeridi və dəhşətli bir döyüş oldu. Əb-dülməlik üstün gəldi, Abdulla öz tərəfdarları tərəfindən öldürüldü.

İndi oxucuların diqqətini Qafqaza yönəldirəm və müridlik toxumlarının buraya hansı yollarla səpildiyini, xüsusilə də son zamanlar necə cücərdiyini göstərməyə çalışacağam.

40

II. QAFQAZDA MÜRİDLİK





a) MÜRİDLİYİN İNKİŞAFINA QƏDƏR QAFQAZIN VƏZİYYƏTİ

Qafqaz qədim çağlardan bəri müxtəlif xalqların cəm-ləşdiyi yığnaq yeri olmuşdur. Onun zəngin təbiəti Hind və Fərat çayları sahillərindən koloniyaları özünə cəlb edirdi; məhəlli üstünlükləri müxtəlif tarixi dövrlərdə şimaldan, şimal-şərqdən qərbə və cənuba doğru axınlar edən barbarların arxasınca irəliləyən yorğun və geri qalmış mühacir cəmiyyətlərini uca dağların arasındakı qonaqsevər və təhlükəsiz dərələrdə tutub saxlayırdı33.

Ölkənin aborigenləri tədricən gəlmələrlə qaynayıb-qarışır, öz ilkin xarakterlərini dəyişirdilər. Aradan minil-liklər ötüb keçdi və indi Qafqaz cəhalətə qərq olan yerli hakim ruhun tabeliyindəki müxtəlif tayfa və qəbilələrdən ibarət toplum şəklindədir.

Qədim qafqazlıların ilkin inanc simvolları bütpərəstlik mahiyyətində idi. VII yüzilin ikinci yarısında Qafqazın cənub hüdudlarına yol açan müsəlman fanatikləri onları bütpərəst olaraq görürdü. İslamizm indiki Dağıstanın başlıca yaşayış məntəqələrində, demək olar ki, iki yüz il 33 Müəllif o çağın tarixşünaslığında hakim olan, lakin müasir tarix elminin qəbul etmədiyi belə bir versiyanı ifadə edir ki, guya Qafqaz xalqları daha güclü xalqlar tərəfindən qovularaq əlçatmaz dağlara doldurulmuş qəbilələrdən tö-rəmişlər.

41

müharibə apardı və ərəblərin silahı onların siyasəti ilə birləşərək burada öz yerini möhkəmlətdi34. .

IX yüzilin başlanğıcında ərəb volontyorlar kütləsi Həmzə və Abbas soyundan (Məhəmmədin iki doğma əmisi) olan beş şeyxin rəhbərliyi altında cihad üçün Kiçik Asiyaya hərəkətə başladılar. Onların uğurları şərq tərəfdən Qara dəniz sahillərinə yollarını açdı. Sayları artıq beş

minə çatan bu mühacirlər Qara dəniz sahillərindən Xəzər sahillərinə qədər səpələndilər və orada olan müsəlmanların köməyi ilə bütpərəstləri söz və qılıncla müsəlman dininə gətirdilər. O vaxtdan burada şafeilik təlimi hakim-dir35.

Xəlifələrin qüdrətli çağlarında Dağıstan və müsəlman Qafqaz bəzən, həqiqətən, bəzən də nominal olaraq xəlifə

naiblərinin idarəsi altında oldu; lakin həm daxili çəkişmələr və qarışıqlıqlar, həm də müxtəlif tayfalardan ibarət camaatda növbəti hakimiyyətlərin mövqe dəyişkənliyi və

nəhayət, qonşularla toqquşmalar üzündan orada tez-tez iğtişaşlar baş verir, qan tökülürdü. Abbasilərin hökmran-lığının zəifləməsi ilə türklər, gürcülər və farslar arasında Dağıstan nifaq predmetinə çevrildi. Monqollar oraya türk tayfalarının yeni koloniyalarını yeritdi və Dərbəndin özünün qapıları önündə bu sülalənin iki qüdrətli xanı – Hüla-34 M.Kazım bəy İslamın Dağıstanda IX yüzildə yerini möhkəmlətdiyini söy-ləməklə yanlışlığa yol verir.

35 İslam dinində 4 məktəbin – məzhəbin (ərəbcə “yol”, “fəaliyyət üslubu”,

“doktrina”, “təlim”, “məktəb”) biri. Bu məzhəbin təməlini qoyan – eponimi Məhəmməd ibn İdris əş-Şafi (767-819) olub. Bu şəxs Əbu Hənif və Malik ibn Ənəsin məzhəblərini birləşdirməyə çalışıb. Misir, Livan, Suriya müsəlmanları ilə yanaşı Dağıstan, Çeçenistan və İnquşetiya dindarları da əş-Şafei məzhəbinə

mənsubdurlar (Массе Э. Ислам. – М., 1969, с.90; Керимов Г.М. Шариат. –

М., 1978, с. 18-19).

42

qu və Berke 36 arasında Dağıstanın taleyi məsələsində mübahisə yarandı. Sonra da döyüş baş verdi. Döyüşdə üstünlük əvvəlcə Hülaqunun tərəfində idi, lakin sonra Berke qələbə çaldı və Dərbənd onun qoşunlarına qismət ol-du. Bu ölkə hələ də Şərqdə öz təsirini saxlamış monqolların qüdrətinə tabe edildi.

Daha iki yüz il ötəndən sonra bu diyara yeni türklər, yaxud osmanlılar, həmçinin iranlılar iddiaçı oldular. Onların arasında savaş XVI yüzilin sonlarında başladı. İranlılar üstün gəldilər37, Cənubi Dağıstan Böyük Pyotr tərəfindən istila edilənə qədər onların idarəsində qaldı38.

36 XIII yüzilin ortalarında Xaqan Munke tərəfindən göndərilən Hülaqu xan çox geniş əraziləri özünə tabe etdi. Amu-Dərya (Ceyhun) çayından Aralıq də-nizinə və Dərbənddən başlamış güneydə İran körfəzinədək istila etdiyi torpaqlarda Hülaqular Ulusu adı ilə tanınan sayca beşinci monqol ulusu yarandı.

Onun hökmdarları elxanlar – cahan padşahları adlanırdı. Hülaquları öz hakimiyyətinə tabe etmək ümidində olan Qızıl Orda onunla mücadiləyə başladı.

1262-1318-ci illərdə Qızıl-ordalılar Güney Qafqaza 5 dəfə böyük yürüşə baş

vurdular, özü də 1262 və 1265-ci il yürüşlərinə Berke özü başçılıq edirdi. Sonuncu yürüş zamanı o, öldü və ordusu məğlub edildi; Hülaquları tabe etməyə

sonrakı cəhdlər də Qızıl-ordalılara uğur gətirmədi. Güney Qafqazın bir hissəsi, bir də İran və Suriya onların hakimiyyəti altında qalmaqda idi. Yalnız XIV

yüzilin sonlarında olduqca kəskin mübarizədən sonra Şirvan müstəqilliyə qo-vuşdu və görkəmli dövlət xadimi, diplomat İbrahim Dərbəndi (1382-1417) onun hökmdarı oldu.

37 XVI yüzilin əvvəllərində Səfəvilər və Osmanlılar Qafqazı tabe etmək üçün savaş yolunu tutdular. Bununla bağlı olaraq Güney Qafqaz amansız müharibə

meydanına çevrildi. Onillər boyu gah bu, gah da digər tərəfin müvəqqəti uğurları ilə davam edən hərbi əməliyyatlar yalnız 1555-ci ildə sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Bunun nəticəsində Qərbi Gürcüstan və Azərbaycanın qərb əyalətləri Osmanlının hakimiyyəti altına keçdi, Güney Qafqazın qalan qismi isə Səfəvilərin əlində qaldı. Lakin artıq 1578-ci ildə Osmanlı yenidən savaşa başladı və bu savaş 1590-cı ildə Şah I Abbas üçün ağır sülh müqaviləsinin imzalanması ilə bitdi – indi bütün Güney Qafqaz Osmanlı İmperiyasının hakimiyyəti altında idi. Bu sülhün ömrü qısa oldu və 1602-ci ildə

Qafqaza sahib olmaq uğrunda mücadilə yenidən qızışdı. 1612-ci ildə Səfəvi şahı İstanbulu sülhə məcbur etdi – 1555-ci il müqaviləsinin şərtlərini təsdiqləyən sülh müqaviləsi imzalandı. Qafqaza saysız fəlakətlər gətirən hərbi 43

Lakin vəziyyət yenə dəyişdi. Nadir şah İran monarxi-yasındakı çaxnaşmalar zamanı taleyin üzünə gülməsin-dən istifadə edərək, bütün İranı özünə tabe etdi və ölkənin hüdudlarını genişləndirdi. Dağıstanı da itaətə gətir-məklə39, oraya naib təyin etdi. Onun ölümündən sonra Cənubi Dağıstanda İran şahının naibindən narazı olan əməliyyatlar 1616-1617-ci illərdə yenidən bərpa olundu və Şah I Abbas üçün uğurlu sonluqla bitdı – Osmanlı sultanı şahın Dərbənd və onun ətrafı üzərində

suverenliyini tanıdı.

38 XVI yüzildən başlayaraq Qafqaz hakimləri himayə olunmaq xahişi ilə dəfələrlə Rusiyaya müraciət etmişdilər. Bu kimi müraciətlər XVIII yüzilin əvvəlindən etibarən tez-tez olurdu. 1722-ci ilin yayında I Pyotr Qafqaza yürüşə

başladı. Dağıstanın düzənlik qisminin hakimləri I Pyotru pişvaz etdilər və ona qiymətli hədiyyələr gətirdilər. Avqustun 23-də I Pyotr Dərbəndə daxil oldu.

“Bu şəhərin naibi, – deyə I Pyotr Senata yazırdı, – bizi qarşıladı və qapıların açarını təqdim etdi. Doğrudan da, bu adamlar bizi səmimi sevgi ilə qarşıladılar və elə sevinirdilər ki, elə bil onları mühasirədən qurtarmışdıq”. (Соловьев

С.М. История России. кн. IV, т. XVI-XX. c. 677). Həmin vaxt Şamaxı, Sal-yan, Rəşt, Bakı, Tiflis, İrəvan və digər yerlərin təmsilçiləri də I Pyotrun yanına gələrək onlara dəstək olmasını və Rusiya təbəəliyinə qəbul olunmalarını xahiş etmişdilər. Lakin çox tezliklə Pyotr əsas qüvvələrini də götürüb Rusiyaya qayıtdı. 1723-cü ilin yazında sultanın ordusu Qafqaza daxil oldu. Bundan bərk qorxuya düşən Səfəvi şahı Rusiya ilə onun Xəzəryanı vilayətlərə hüququnu tanıyan müqavilə bağladı. Bu addım Osmanlı-Rusiya münasibətlərini daha da kəskinləşdirdi, lakin qaçılmaz kimi görünən müharibəni 1724-cü ilin İstanbul sülhü sayəsində təxirə salmaq mümkün oldu. Sultan Xəzəryanı əyalətləri Rusiyaya könüllü olaraq birləşən torpaqlar kimi tanıdı. Lakin bu əyalətlər Rusiyanın tərkibində çox qalmadı. 1735-ci ilin Gəncə müqaviləsinin şərtlərinə

görə Rusiyanın Şimali Azərbaycandakı cənub sərhədləri Terek çayına qədər geriyə çəkildi (Пайчадзе Г.Г. Русско-Грузинские отношении в 1725-1735

гг. Тбилиси, 1965; Абдуллaев Г.Б. Азербайджан в XVIII веке и

взаимоотношение его с Россией. – Баку, 1965).

39 Nadir şah – Dağıstanı itaətə gətirmək üçün 10 ilə yaxın müharibə edib. Bizim müəllifin iddiasının əksinə olaraq, dağlar ölkəsinə dəfələrlə viranedici basqınlara baş vuran Nadir şah o yerləri özünə tabe edə bilməyib. Bu bir yana, dağlıların vuruşa-vuruşa geri çəkilən dəstələri onları dağların dərinliklərinə

cəlb etmiş və Andalal döyüşündə onun qüvvələrini məğlub etmişdilər (Сб.

РИО, т.96, док.III). Məğlubiyyətlə barışmayan Nadir şah 1747-ci ilin yazında öldürülənə qədər Dağıstanı fəth etmək fikrindən daşınmırdı, lakin bu, alınmadı.

44

müsəlmanlar öz xanlıqlarını qurdular40 və bu xanlıqlar 1806-cı ildə Dağıstan ruslar tərəfindən qəti olaraq tabe edilənə qədər öz varlıqlarını qoruyub saxladılar41.

40Nadirin ölümündən və şah qoşunlarının bu diyardan qovulmasından sonra

“hər əyalətin bir-birindən asılı olmayan hakimləri peyda oldular” (A.Bakıxa-nov). Lakin xanlıqların yaranmasını heç bir halda mexaniki olaraq yalnız Nadirin ölümü ilə bağlamaq olmaz. Bu prosesin dərin sosial-iqtisadi kökləri vardı, sosial münasibətlərin inkişafı ilə şərtlənirdi və bütün əvvəlki tarixi hadisələrlə hazırlanmışdı (Абдуллаев Г.Б. Указ.соч., с.71). Elə həmin dövrdə





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68475154) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Azərbaycan şərqşünası, tarixçisi, filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin əsərləri ilk dəfədir oxuculara ana dilində təqdim olunur. Kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini hərəkat olan babiliyin tarixindən və hərəkatın banisi olan Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb.

Как скачать книгу - "Müridizm və Şamil" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Müridizm və Şamil" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Müridizm və Şamil", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Müridizm və Şamil»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Müridizm və Şamil" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *