Книга - Bukre

a
A

Bukre
Kahraman Tazeoğlu


Dünya ədəbiyyatında yüzlərlə sevgi hekayələri yazıldı. Hər yazıçı bu hissi öz anladığı, yaşadığı kimi və ən əsası öz fəlsəfəsi ilə açmağa çalışır. Müasir Türkiyə ədəbiyyatının ən çox satış reytinqi qazanan əsərlərindən olan “Bukre” də sevgi hekayəsidir. İnsana əsl sevginin və əsl xoşbəxtliyin uzaqlarda deyil, yaxında olduğunu göstərir. Onu oxumaqla təkcə sevgiyə deyil, sözlərə, cümlələrə də yeni mənalar yükləməyə başlayacaqsınız. Çünki bu, qəlblərə və ağıllara ünvanlanmış bir sevgi məktubudur…






KAHRAMAN TAZEOĞLU



BUKRE

roman



251



Bəzi sevgilər sevgiyə xəyanətdir



251



İÇİNDƏKİLƏR



Ön söz ........................................................................................ 4

Bukre ......................................................................................... 6

Vəba busəsi ........................................................................... 169

Salam övlad .......................................................................... 172

Aşağı məhəllənin dəcəl uşağı ............................................ 176

Uyğun bir eşqdə gülən olacaq ........................................... 179

Yalançıya ............................................................................... 183

Darıxdığıma .......................................................................... 186

Unudulmayana .................................................................... 189

Qalana ................................................................................... 193

Gedənə .................................................................................. 196

Sahildə ................................................................................... 199

Can yaram ............................................................................. 203

Duyğusuzluğa məğlub olan ............................................... 211

İntiqam .................................................................................. 214

Getmək .................................................................................. 218

Unudulan .............................................................................. 221

İçindən ................................................................................... 225

Fazil ....................................................................................... 228



251



ÖN SÖZ

Yazdıqlarımda çarəsizliyinizə çarə axtarırsınız; halbuki mən çarəsizliyimdən yazıram, sizsə onları çarə sanır-sınız.

Eşq miras deyildir və heç kimdən heç kimə qalmaz.

Həyat verilməmiş bir sözü tutmaqdır. Bəzisi yazar, bəzisi yaşayar. Yəni onu demək istəyirəm: elə bir söz yazarsan ki, bütün bir həyatı anladar, elə bir həyat yaşayarsan ki, yanında bütün sözlər mənasız qalar.



251



251



BUKRE

(Bir zamanlar mənim olan əllərin, indi niyə ellərin?)



251



251



1



Gizli yalanlar sevdiyin insanı”əzmədən”çeynəməkdir



Neçə dəfə əzildiyini heç bilmirdi Bukre. Eşqin balaca qızıydı o… İstanbulun dar küçələrində, bir az əvvəl öyrəndiyi və onu məhv edən acı həqiqətin təsiriylə səndələyir-di. Yanındakıyla birlikdə yaşadığı iki nəfərlik yalnızlıqdı artıq onunku… Ayaqları yeriyirdi sadəcə. Özü isə arxada qalmışdı çoxdan. Axşam idi. Bir az əvvəlki söhbət beyninin içində dayanmadan təkrarlanırdı. Sitəm dolu səsiylə

son nəfəsinə qədər hayqırmışdı onu tərk edənə… “Ən ağrılı olan nədir, bilirsənmi?, – demişdi, – sənə heç sahib olamadığımı yalnız səni itirəndə başa düşməyim!”

Hirsi nəfəsi ilə birgə çıxırdı sinəsindən. Davam etdi qəzəblə. “Sən demə, hər şeyimmiş kimi davranan sən, heç bir şeyimmişsən! Əslində, heç bir şeyimi itirdim mən!”

Bir uşağın bütün dünyaya küsməsi üçün bircə oyun-cağının qırılması yetər. O küskün uşaqlardan idi indi Bukre. Qırılan oyuncağını gözləriylə təmir etməyə çalışırdı… Baxışlarını bir nöqtəyə zilləmiş olsa da, yanından keçən çarəsiz insanları görürdü. Axşam düşmüşdü. Bəlkə

bir azdan yağış da yağacaqdı. Həyat davam edirdi. Həyat “davam edərək” hər şeyi bitirməkdəydi. Bukre bunu acı bir təcrübə ilə yenidən öyrənməkdəydi. Amma öyrən-diklərini heç əzbərləyə də bilmirdi…

251



Qəlbi harda dayanacağını bilməyən avtobus kimiydi.

Axşam idi. Və axşam ağlamaq üçün yaxşı səbəb ola bilərdi. Əsəbiləşirdi Bukre. Hər şeyə, hər kəsə… Ən çox da özünə… Həyat nə qəribədir. İnanmadan güldüyümüz zarafat kimidir. Bukre qarşılıqsız sevmişdi və bunun qarşılığı elə qarşılıq ala bilməmək idi. Amma olsun! O sevilməməyə də razı idi sevərkən… Onsuz da hər zaman belə se-vərdi… Sadəcə, qəbul edə bilmədiyi şey ehtiyatda sax-lanıldığını bildiyi halda incimədən gözləyərkən aldadıl-maq idi! Alçaqlıq heç vaxt bu həddə qədər yüksəlməmiş-di. Gizlicə aldadılmışdı. Sanki aldatmağın açıq-aşkar olanı da var imiş? Əzilmişdi – tapdalanmadığı halda…

Səssizliyə qapılmışdı uzun müddət. Əlindən gəlməyən dilindən də gəlmirdi. Və indi yolunu gözlədiyi onu tərk edirdi. Bəlkə də çoxdan getmişdi… Bəlkə də heç gəlməmişdi… Amma indi o ”Gəlməyən” həm günahkar idi, həm də yolçu. Başqa birini seçmişdi. Üzr istəmişdi.

“Mən seçilməyənəm! Bunun üçün məndən üzürmü istəyirsən?”– deyə hayqırmışdı Bukre. Cavab ala bilməmişdi. Səsi qısılmışdı. İtirənlərin əvvəlcə səsi qısılır.

Bu ayrılıq daha da böyüdürdü onu. Sevdiyindən yaş-ca kiçik olsa da, sevgisi çoxdan ötüb keçmişdi özünü. O, bapbalaca div idi. Seçilməyən idi. Özünü bir hekayənin sonu zənn edərkən, elə başlanğıcdaca aldadılmışdı.

Dünya artıq onun üçün oyandığı an başlayan qorxulu bir yuxuydu. İndi nə etməliydi? Seçilməmək onu sadəcə

kədərləndirməliydimi, yoxsa öldürməliydimi? İnsan belə

zamanlarda nə hiss etməlidir? Kədərli olmaqdan da betər idi duyğuları, amma ölümdən də uzaq idi. Yarımçıq, itkin 251



və sahibsiz kimiydi. Sadəcə bir əşya tək yerindəcə donub qalmışdı.

Axşam idi. Kədərliydi. Kədəri sevildiyini sandığın-dan deyil, sevilmədiyinə yandığından idi…

Halbuki heç bir günahı yox idi. Eşqin bir gözləmə

otağı var. Orada oturub növbəsini gözləyirdi Bukre. Sevdiyi adamın ona gəlməsini… O adam, aradabir otağın qapısından baxır və gülümsəyirdi. “Biraz da gözlə”, – demək idi bu. “Bir az sevgilərim var, bitirib gəlirəm”, – demək idi. Ona inanırdı Bukre. Daha doğrusu, inanmağı seçirdi. Həmişə beləsinə üstünlük verirdi. Çünki eşqdə

kor olanlar, sevgilinin yalançı olduğunu bilsə də, ona ”al-danmağı” deyil, “inanmağı” seçirlər.

Qara taleyinə yanırdı. Özünə yazığı gəlirdi. Və necə

də çox ağlayırdı içində – ”Bu eşqə dəyər”, – deyə…

“Qoy olsun… Bəzi eşqlər göz yaşlarıyla böyüyər”, –

deyirdi. Səssizləşirdi. Anlamağa çalışmırdı içindəkiləri.

Qəlbini ağlıyla anlaya bilməzdi ki…

Gedən hər zaman qalib gəlir… Amma qalan olmaq Bukreyə heç yaraşmırdı. Ona əsl yaraşmayan isə seçilməyən olmaq idi. Bir ehtimal rolunu oynamaq necə də qü-rurqırıcıydı. Sevdiyi adam iki nəfərin arasında qalmışdı.

İki nəfərin arasında qalmaq isə, əslində, kimsəsizliyi seçmək idi. Və indi sadəcə, üzür istəyirdi. “Kədərlənmə, –

deyirdi, – kədərlənmə…”

Nifrət dolu gözlərlə baxdı sevdiyi adamın gözünə. O

gözlər artıq sevdiyi adamın deyildi. Bir zamanlar ona söylədiyi sözlər gəldi ağlına: ”…Sənin yanına gəldiyim zaman getmək üçün səbəb tapa bilmirəm…”

251



Kədərli və nifrət doluydu Bukre. Gözlərindəki qəzəbi gizlətmədən, “Kədərliyəm… – dedi ona – Amma məni bu hala saldığın üçün deyil, səni layiq olduğun hala sala bilmədiyim üçün!”

Fil dişindən yaratdığı eşq indi çürümənin tarixini yazan bir taxta parçasıydı. Bukre ağlayırdı. Heç danışmadan addımlayırdı.

Axşam idi. Heç bir şeyin yolunda olmadığı bir yol-daydı. “Bir hekayənin sonu imişəm sən demə; hələ baş-lanğıcında aldadıblar məni”, – deyə dilləndi öz-özünə və

susdu. Artıq sonun sonuna gəlmişdi. Yeridikcə susurdu-lar, susduqca daha da ağır addımlarla yeriyirdilər. Sevdiyi adam dözə bilməyib, – “Niyə susursan?” – deyə soruşdu. Baxışlarını səkidən ayırmadan danışdı Bukre: ”Nə

üçünmü susuram?”

Dedi və dayandı. Başını qaldırdı, sevdiyi adamın gözlərinə son dəfə baxdı. Dal-dala bir-iki addım atdı və

yaşanan sonun son sualını verdi: “Birdən başa düşmə-sən?”

Bukre artıq cümlələr deyil, səssizlik qururdu…



***



Sanki yolları o deyil, yollar onu addımlayırdı. Hara getdiyini bilmirdi. Bilsə nə dəyişəcəkdi ki? Bunun da öhdəsindən gələcəkdi, əlbəttə. Amma hələ vaxta var idi.

Əlbəttə, vaxtı gözləmək nə işə yarayacaqdısa?!…

Bukrenin vaxtı qədər səbri yox idi. Belə günlər adətən insanın dosta ən çox ehtiyac duyduğu günlərdir. Ayaqla-rmı, yoxsa yolmu? Görəsən, hansı bunu bilirdi? Bu sualın 251



cavabını tapa bilmədən özünü Səlimin qapısında tapdı.

Ah, Səlim! Bukrenin yorğun savaşlarının yara bağlayanı…

Səlim… Bir insanın “dost” deyə biləcəyi yeganə ad…

Zəngi basdı. Bir az gözlədi. Saatın fərqində deyildi.

Yenidən basdı. Əvvəlcə işıq yandığını zənn elədi. Sonra qapı açıldı. Amma yox! İşıq yanmamışdı. Sadəcə, Səlim gülümsəmişdi. Bu qədər.

Səlim işıq kimi gülümsəyərdi. Bukrenin üzünə baxdı.

Gülümsəməyə davam etdi. “Yenəmi?” – deyə soruşdu.

Bukrenin kədərli üzü kədərin içindən sivrilib gülüm-səməklə onu daşımaq arasında qaldı. Dərdini Səlimin nurlu təbəssümünə sığışdıraraq, – “Yenə” – deyə bildi sadəcə. Bir-birilərini möhkəmcə qucaqlamaq keçdi ürəklə-rindən. Qucaqlaşdılar. Qəlbi qəlbinə doldu. Sonra içəri keçdilər.

Evdə heç kim yox idi. “Sizinkilər hardadı?” – deyə

salona keçərkən kədərli səsiylə soruşdu Bukre…

“Xalamgildədilər”, – Bukrenin kürkünü alarkən dedi Səlim. Salondakı üç nəfərlik divana oturdu Bukre. Uşaqlığından bəri girib-çıxdığı bu ev ona yad kimiydi sanki.

Halbuki heç dəyişməmişdi əşyalar. Səlimlə oynayarkən altında gizləndikləri böyük və ağır taxta yemək masası, arxası hündür altı stul, masadan aşağı sallanan naxışlı ör-tük və içində anasının plastik gülləri olan güldan… Hamısı eyni kədərlə dayanmışdı yerli-yerində. İnşaat ustası olan atanın qazana bildiyi pulla alınmış əşyalar və onları əşya edən, evin hansısa yerinə gizlənmiş, görünməyən rahatlıq.. Pulu olmayan insanların çox az diqqət çəkən yuvası…

251



Çantasından dəsmalını çıxartdı. Burnunu sildi. Vit-rindəki fincanların arasından aynada üzünü gördü. Ağlamaqdan şişən gözləri, qızarmış burnu və dağılmış uzun saçlarına baxmayaraq, hələ də çox gözəl idi. Divanın üstündəki kitab gözlərinə sataşdı. Səlimin oxuduğu kitablardan biri idi. Səlim eyni anda üç kitab oxuya bilirdi.

Bunu necə bacardığını heç başa düşmək olmazdı. Səlim kitab oxumaq üçün yaradılmışdı sanki. Kitaba tərəf əyildi.

Üstündə, “Zamanın Mənzərəsi” yazılmışdı. Roman olmalıydı bu. Kitabın içindəki əlfəcin diqqətini çəkdi. Bir şəkil… Mərvənin şəkli… Səlim kitab əlfəcini olaraq həmişə

Mərvənin şəklindən istifadə edirdi. Mərvə Səlimin heç vaxt duyğularını açıb deyə bilmədiyi platonik sevgisiydi.

Səlim üçün həyatı iki hissədən ibarət idi. Mərvədən əvvəli və Mərvədən sonrası… Mərvə onu ikiyə ayırırdı sanki. Ey-niylə əlfəcin kimi… Mərvə ona həyatın harasında qaldığını xatırladırdı.

Bukre bunları düşünərkən əlində iki fincan çay və

qurabiyyə dolu boşqabla Səlim içəri girdi. Tanıdığı ən qabiliyyətli kişiydi o. Evdə heç bir şey olmasa belə, mütləq nəsə düzüb-qoşar, qonaqlarına təklif edərdi. Onları elə-belə yola salmazdı. İç-içə keçən qəhvə rəngli jurnal masalarından ən kiçiyini çıxartdı və məcməyini səliqəylə

üzərinə qoydu. “Lap sənin istədiyin kimi çaydır. Açıq və

üç şəkərli”, – dedi. Bukre şəfqətlə gözlərinə baxdı dostunun. Səlim onun yanında oturdu. Gözlərini Bukredən ayırmadan “Mücəvhər taxmamışdı, amma gözləri vardı”,

– dedi. Bukre təəccüb içində qalmışdı. “Əlindəki kitabda yazılıb”, – dedi Səlim. Birdən əlində bərk-bərk tutduğu kitabı hiss etdi Bukre. “Gözlərinə baxanda ağlıma gəldi.

251



Ağlayınca elə bil daha da gözəl olurlar, nədi?” – dedi Səlim.

Gülümsədi Bukre. “Ərköyün öyrətmə məni, – dedi, –

bir az özümə gəlmiş kimiyəm”.

Araya qısa səssizlik çökdü və öldü. Çayına uzatdı əlini Bukre. Bir qurtum içdi. “Bax, çay belə olar”, – dedi.

Səlim zarafatla, – “Sən çayın özünü yox, qanını içirsən, – dedi, – yaşayan çay acı və dəmli olar”.

Üzünə şıltaq bir ifadə verərək, – “Yenə çoxbilmiş-çoxbilmiş danışma…” – dedi Bukre. Sonra yenə susdular.

Səssizliyi əvvəlcə Səlim pozdu: “Dilə gətirilməyən kədər zəhərdir. Danış görək, necə oldu?”

Çayından bir qurtum almağa çalışdı Bukre. Sonra Səlimin bir az əvvəlki sözləri ağlına gəldi və fikrindən daşındı. Yenidən jurnal masasının üstünə qoydu fincanı:

“Belə sonluğu mən heç sevmədim, Səlim. Halbuki onu sonum olsun deyə seçməmişdim”.

Səlim əlində çay dolu fincan gülümsəyirdi. “Noyabrı yaşaya bilmirsənsə, sentyabrda qalmısan deməkdir, Yavru Quşum”, – dedi. Səlim ona həmişə Yavru Quşum deyərdi. Çayından bir qurtum da içərək sözünə davam etdi:

“Yəni onu demək istəyirəm ki, artıq bəzi şeyləri arxada buraxmağı öyrənməlisən. Əlbəttə, onu sonun kimi düşün-mürdün, amma bil ki, bəzi yollar addımlanmadan yol ola bilmir. Sən də yeridiyini və necə bir yolda yeridiyini başa düşdün. Yeriməsən anlaya bilməyəcəkdin. Təbii ki, sonuna çata bilmədin. Amma qoy olsun, yarı yoldan dönsəy-din, sonu həmişə ağlında qalcaqdı. Aldadıldın, düzdür-mü?”

251



Dikəldi Bukre. Bir anda yaxalanmışdı sanki cavabını bildiyi suala. “Hə”, – dedi fısıldayaraq. Üzünə kədər çökdü.

“Ürəyini sıxma”, – dedi Səlim. Əlini tutdu sonra.

“Gülümsə, görüm, – dedi, – səni aldadana təşəkkür etməli və gülümsəməlisən”.

Bukre “Nə üçün?”, – deyə sual dolu bir baxışla baxdı üzünə Səlimin. Səlim dayanmadan sözünə davam etdi.

“Çünki o təbəssüm və təşəkkür ona ömürboyu verilmiş

cəza olacaq”, – dedi.

Bukre güc aldı bu sözlərdən. ”Amma…”, – deyə başladı cümləsinə sonra. “Amma əsəbiyəm. Qəzəbliyəm! Nifrət hiss etdiyim birinə necə təşəkkür edə bilərdim, Qu-zu?”

Bukre Səlimə hər zaman “Quzu” deyərdi. Bir az dayandı. Sonra ağlına başqa şeylər gəldi sanki. Ağlının qarmaqarışıq olduğu üzündən də hiss olunurdu, amma tam olaraq oxunmurdu.

“Bütün nifrətimə baxmayaraq yenə də yarım qalmış

hissəmi tamamlamış kimiydim onunla”, – dedi və Səlimin üzünə baxdı dalğın halda.

“Deyəsən, nifrətim, yarım qalan hissəmin əslində bir boşluqla dolu olduğunu anlamaqdandır?” – deyə bitirdi cümləsini.

Səlim sakitcə cavab verdi: “Bəzi insanlar həyatlarına girən adama onlar həyatlarına girdikdən sonra ehtiyacları olduğunu başa düşərlər. Əskikliyi bilməməkdir bu. O insanlar bir gün çıxıb getdikdə öz həyatlarını da onlarla birlikdə itirdiklərini düşünərlər. Çatışmazlığı öyrənmək-dir bu. Sənin vəziyyətin də, bax, belədir bir az… Məndən 251



soruşsaydın, deyərdim ki, sizdən onsuz da yaxşı bir cütlük olmayacaq… Bir-birinə alışmaq eşqin özündən də çətindir, bilirsən?”

Bukre diqqətlə Səlimə qulaq asır və sözlərini bitirmə-sini gözləyirdi.

“İkisi də eyni xarakterli olduğu halda bir-birini başa düşməyən sevgililər gördüm mən. İkisi də tamam fərqli olduğu üçün ayrılanlar da. Amma ikisi də bir-birinə uyğun gələnini heç görmədim. Qarşısındakına oxşamaq ona uyğun gəlmək deyil. Özünü itirmədən qarşısındakı ol-maqdır”.

Bax, belə filosofluğu vardı Səlimin. Gülümsəyərək danışardı ən qarışıq məsələləri izah edərkən belə… Sanki içini didib-dağıdan suallardan bir az qurtulmuşdu Bukre.

Ona bu rahatlığı verdiyi üçün minnətdarlığını bildirdi dostuna. Təşəkkür etmək keçdi könlündən. Təşəkkür etmək və qucaqlamaq… Amma bu daxili rahatlığı bir az da yaşamalıydı. Bir az da hiss etməliydi.

Başını divanın arxasına dayadı. Dərindən köks ötürdü. Gözləri tavandaydı. Sonra kənardan necə göründüyü gəldi ağlına. “Söylə, Səlim… – dedi, – aldadılan, tərk edilən insanın əvvəlcə acısımı, yoxsa yalnızlığımı hiss edilir?”

Səlimi düşündürən bir sual oldu bu. Nəticədə o da tənha idi və əzab çəkirdi. Verəcəyi cavab özünü də aldatmaq olacaqdı bəlkə də. Bir müddət fikrə daldı. Cavab axtardı. Əgər cavabı olsaydı, nə tənha qalardı, nə də əzab çəkərdi. Gözləri uzaqlara dikildi. “Məndə nə görürsənsə, cavab da odur!” – dedi kədərli bir səslə. Başını aşağı saldı sonra.

251



Bukre bu sualı onu yaralamaq üçün verməmişdi əslində. Amma bəzi məsum sualların cavabı belə insanı məhv edə bilir… Əslində, bu məhv etmə sualda deyil, ca-vabsızlıqda idi. Bukre qəlbini qırdığını düşündü Səlimin.

Günahkar bir səslə, – “Deyəsən qəlbini qırdım, üzr istəyirəm”, – dedi.

Səlim məcburi bir təbəssümlə cavab verdi: “Qəm eləmə.... Nəbzi vurmayan qəlb qırılmaz”.

Gözləri doldu Bukrenin. Ona Mərvəni xatırlatdığını anlamışdı. Gözlərinə baxmadan Səlimin, – ”Bu sözlər sənin dilinə heç yaraşmır”, – dedi.

Səlim yerindən yavaşca qalxdı, pəncərəyə tərəf getdi.

Başını pəncərənin kənarına dayayıb gözlərini uzaqlara dikdi. Əlləri cibindəydi. “Həyatda bir-birimizə yaraşdır-madığımız o qədər çox şey var ki…”, – dedi və udqundu.

Gözləri hələ də uzaqlarda idi. “Mən də bu ölümü cəsə-dimə yaraşdıra bilməmişdim”, – söylədi.

Eşitmədi Bukre. “Necə?” – deyə sual verdi.

“Yox, heç bir şey… Sən mənə fikir vermə”.

Onun hekayəsi başladığı kimi davam etməmişdi.

Onun hekayəsi başladığı yerdəcə bitmişdi. Buna görə də

bu qədər kiçik qalmışdı eşqdə Səlim… Buna görə də eşqlə

bağlı nə desə boyundan böyük görünürdü sözləri. Eşq onu heç böyütməmişdi, amma yetkinləşdirmişdi. Mərvənin həyatında heç bir vaxt gəlməmişdi Səlimə növbə. Eşq ədalətsiz bir əzab idi. Ədalətsiz və növbəsiz…

Bir neçə dəqiqə hərəkətsiz və səssiz dayandılar. Birdən axtardığı cavabı tapmış kimi doğruldu Səlim. Bukreyə tərəf döndü və ”Ağrı”, – dedi. Bukre üzündəki sual işarəsiylə baxdı Səlimə. ”Sualının cavabı ağrıdır… Çünki 251



yalnızlıq insanların arasında, amma ağrı hər yerdə göstərər özünü”.

Bukre xəyala daldı. Səlimin cavabı altında əzildiyini hiss edirdi. Bu həyatda güvəndiyi yeganə dostu o idi. Yalnız qalmamaq üçün insanlara güvənməkdənsə, öz yalnız-lığına arxasını dayayaraq yoluna davam edən insanlardan idi o… Özünə belə bir yol seçməsinə baxmayaraq, həyatında sadəcə Səlimə yer vermişdi. Bəlkə də yer verməmişdi.

O, həmişə həyatındaydı. Bəzi insanlar sonradan gəlməz; Onlar həmişə varlar.

Zamanın necə keçdiyini anlamamışdı. Evə xəbər vermədiyini xatırladı. Birdən qalxdı yerindən. Tələsik qapıya doğru yönəldi.

“Nə oldu?” – deyə soruşdu Səlim qayğıyla.

“Evə getməliyəm. Yubandım. Bura gələcəyimi bilmirdim”, – dedi.

Səlim onu qapıya qədər ötürmək üçün yanına gəldi:

“Səni yola salım?”

Başını yellədi Bukre. ”İki küçə o tərəfdə qalıram, qorxma oğurlamazlar məni”. Gülümsədi və göz vurdu Səlimə. “Səninlə birlikdə olanda zaman qolumdakı saat-dan fərqli işləyir. Vaxtın necə keçdiyini anlamadım. Ona görə də tələsməliyəm. Evdə yolumu gözləyən yaraşıqlı bir ata, gözəl bir ana və şıltaq bir qardaş var”.

“Yaxşı, yaxşı, tələs o zaman”, – dedi Səlim. “Evə ça-tar-çatmaz mənə zəng elə. Fikrim səndə qalar. Düzdü, tini burulana kimi eyvandan sənə baxacağam, amma…”

Qapıdan çıxanda arxaya döndü və “Yaxşı ki, varsan”,

– dedi Səlimə… Gözləri dolmuşdu bunu deyərkən.

251



Belə duyğusal anları yaşamaqdan həmişə qaçmışdı Səlim. Araya başqa sözlər qatıb söhbəti yayındırmışdı…

Yenə də elə etdi. “Yaxşı, evə gedib yasını tut. Bu gün gülüzlü bir ayrılığın oldu. Başın sağ olsun!” Bir də ucadan güldü arxasınca.

Bukre pilləkənləri üç-üç, beş-beş enərək deyindi. “Sarımırsan, barı gülmə yarama, canımın suyu…”

Bukrenin son sözləri zarafat da olsa, ürəyini deşmişdi Səlimin. ”Sarımırsan, barı gülmə yarama…”

Qapını yavaşca örtdü. Eyvana çıxdı. Küçənin başında gözdən itənə qədər Bukrenin ardınca baxdı. “Ah, Bukre…” – deyə köks ötürdü. “Yara sağaldığını bilməz. O hər zaman özünü qanayır zənn edər. Yaralar sağalmaq istəməz. Çünki yaralar sağalınca ölər, Bukre! Yaralar sağalınca ölər”.



***



Səlimgildən iki döngə aşağıdaydı evləri. Sürətli addımlarla irəliləyir, bir yandan da bərbad bir günün “heç də pis olmayan” sonunu düşünürdü. Səlim olmasaydı bu qədər sarıla bilməzdi həyata. Bunu çox yaxşı bilirdi. Başqa insanların fikrini soruşmaz, onlara dərdini deməzdi.

Sadəcə Səlim vardı. Başqa dostu yoxdu. O da özü kimi qeyri-adi idi çünki… Bir-birinə bənzəyən insan sürüsün-dən deyildi. “Nə üçün başqalarına da dərdini aça bilmirsən?” – deyə soruşulanda, “Başqa insanlardan fikirlərini soruşmaram, çünki mən başqa insanlara bənzəmərəm”, –

deyərdi. Elə buna görə yalnız idi… Həm eşq, həm də

sosial həyatında o qədər də çox adam yox idi. Tapdıqları 251



da axtardıqları deyildi. Sadə bir həyatın yalnızıydı o…

Amma xoşbəxt idi. İnsanların çoxluğu onu narahat edirdi.

İnsanın çoxluğu ürək döyüntülərini artırırdı. Bir iki dost ona kifayət edirdi. Heç gözləmədiyi halda təkbaşına qaldığı zamanlar olmuşdu. Üzsüzlüyündən tüpürüləcək üzü belə olmayan insanlar tanımışdı. Onların nə üçün bu qədər xaraktersiz olduqlarını düşünürdü. Görəsən, o çox-luq haqlı idi, yoxsa azlıqda qalanlarmı günahkardılar? Se-çimlərimizi edərkən elə hey səhv yollaramı salırdı həyat bizi? Nə üçün həmişə axtardıqlarımızı itirib, axtarmadıq-larımızı tapırıq?

Ümidlə gözləyərkən, ümidlər azalıb, azalıb yox olmağa başlayanda, axtarmaqdan bezib tapdığımıza razı oluruq. Razı olduğumuza tam alışmağa başladığımızda isə

axtardığımız adam qarşımıza çıxır. Darmadağın olur hər şey. Və biz rahat həyatımızı pərakəndəliyə dəyişirik çox vaxt. Buna görə də gözlədiyimizi layiq olmadığı yerə

göndərir, razı olduğumuzla, heç də razı olmadığımız bir həyat yaşayırıq. Ya ümidlərimiz çox tez bitir, ya da gözlə-diklərimiz çox gec gəlir…

Beynini qarışdıran bu düşüncələr içərisində evə girdi.

Atası və balaca qardaşı yatmışdılar. Anası isə salonda qızını gözləyirdi. İçəri girən kimi anası danlamağa başladı:

“Hardasan indiyə kimi? Telefonun da bağlıdır, zəng çatmır!”

Bukre adət etdiyi kimi tələsik addımlarla hamama tərəf getdi. Anasının əsəbi baxışları altında sürətlə keçərkən üzünə təbəssüm qonduraraq, – “Əziz anam, mübahisə

etməyək. Çox çətin gün idi mənim üçün. Kefim düzəlsin 251



deyə Səlimgilə getmişdim. Orada yubandım. Saata heç baxmadım”, – dedi.

Cümləsini bitirəndə çoxdan hamama girmiş, əlini, üzünü yumağa başlamışdı. Anası danlaq dolu cümlələrini sonraya saxlayaraq hamamın qapısına qədər gəldi: “Ac deyilsən ki? Yeməyi yığışdırmadım”.

Hamamdan çıxarkən, – “Yox, ana, ac deyiləm”, –

dedi və anasının yanaqlarından bərk-bərk öpərək otağına getdi.

“Ah mənim, dəli qızım!” – deyə heyfsləndi anası.

Bukrenin otağı onun sığınacağı kimiydi. Özüylə baş-başa qalmaq üçün qaça biləcəyi tək yer bura olardı. Paltarını dəyişdi. Aynada görünən üzünə baxdı. “Bəli! Bir az əzilmiş ola bilərəm, amma hələ də ümid var, çünki sın-mamışam”, – dedi və güzgüdəki əksinə gülümsədi. Çar-payının üstünə atdı yorğun bədənini. Bir müddət tavanı seyr etdi. Fiziki yorğunluğu beynindəki düşüncələrə təsir etməmişdi. Qalxdı, çantasından cib telefonunu çıxartdı.

Açmayacaqdı. Düşündü. Fikrindən daşındı. Açdı. İlk gələn mesaj ondan idi: “Sənə etdiklərim üçün məni bağışla” –

deyirdi. Qərarlı şəkildə cavab yazdı: “Nömrəni əngəlləyə-cəkdim, amma fikrimi dəyişdim. Bu mesajdan sonra kartımıqırıram. Artıq mənim üçün yad adam belə deyilsən!”

Hirslə çarpayıdan qalxdı, telefon kartını qırdı və pən-cərədən çölə tulladı. Rahatlanmışdı. Yuxusuyla görüşə bilərdi indi. Bir neçə aydır davam edən narahatlığın yerini dadlı bir sükunət aldı. Otağının işığını söndürdü, yor-ğanın altına girdi. Başını yastığa qoyan kimi gözlərini yumdu. Yuxuya getməzdən əvvəl son dəfə düşündü. Yarımçıq əlvidalarla ayırlanlar, yarımçıq salamlarla geri dö-251



nürdü həmişə… Bu dəfə qəti şəkildə qərarlı idi Bukre. Ayrılıq da olsa, artıq “yarım qalmaq” sözü yox idi lüğətində.

Ya həmişə, ya heç vaxt!



***



Səhər yuxudan duran kimi telefona cumdu Səlim.

Bukreyə zəng vurdu. Bağlıydı telefonu Sonra ağlına başqa nömrəsi gəldi. Sadəcə ailəsinin və özünün bildiyi nöm-rəydi bu. Bir neçə dəfə zəng etdi. Cavab verən olmadı. Səhər yeməyinə başladı tələsik. Vacib işi vardı. Bu gün gəz-dirəcəyi bir turist dəstəsi üçün saat 10:00-da Taksimdə

Gəzi Parkının qarşısında olmalıydı. Atası səhər tezdən evdən çıxmışdı. Çörəkpulunu daşdan çıxaran atalar evdən hər zaman tezdən çıxarlar. Buna görə də uşaqları onları sadəcə gecələr görərdi. Yorğun görərdi. Atası təzə bir divar üzləmək sifarişi almışdı Qartalda. Yol uzaq idi.

Anası səhər yeməyini çoxdan hazırlamışdı, Autizm xəstəsi olan böyük qardaşını yedirtməyə çalışırdı. ”Sabahın xeyir, toppuş”, – dedi anasına və yanağından öpdü.

Qardaşına tərəf çevrildi və “Sabahın xeyir, dünyanın ən yaraşıqlı böyük qardaşı. Bu gün kefin necədi, görəsən?” –

soruşdu sevincli halda. Nə vaxt onu görsə gülümsəyirdi.

Birlikdə səhər yeməyini yedilər. Arada atasını soruşdu Səlim. “Atam hərdən bir bizə də gələcəkmi, ana?”

Anası hər dəfə olduğu kimi bu dəfə də sözünü ciddi qəbul etdi: “Elə demə, oğlum. Adam bizim üçün işləyir gecə-gündüz”.

Səlim tez-tələsik durdu və boşqabından bir tikə də

götürüb ağzına qoydu və boğulurmuş kimi cavab verdi: 251



“Ay ana, sən də o dəqiqə ciddi başa düşürsən. Dedim bir az zarafat edim toppuşumla”.

Masadan qalxdı Səlim. Anası, – “Yeməyini bitirmə-din, oğlum! Hara belə tələsik?” – deyə soruşdu.

“Ana, gəzinti işim var bu gün. Əlavə iş çıxdı. Bax, gör indi nə gözəl pul qazanacağam”. Anasının yanağından bir çimdik götürdü və qardaşını da öpərək çıxdı evdən.

Böyük qardaşı arxasından baxırdı Səlimin. O həmişə qardaşının arxasından baxardı. Haraya getdiyini anlamağa çalışırdı bəlkə də… Onun iyirmi altı illik ömrü eləcə anlamağa çalışmaqla keçmişdi.

Metroya tərəf sürətli addımlarla yeriyərkən telefonuna zəng gəldi. Bukre idi. “Sabahın xeyir, Quzu”, – dedi yuxulu bir səslə.

“Sabahın xeyir, yuxu gözəli… Hələ indimi durursan?”

Yuxulu səs cavab verdi: “Biz yuxu adamları üçün gün yeni başlayır. Sən dan söküləndə oyanırsansa, bunda mənim nə günahım var, a Quzu!”

Səlim sürətli addımlarla yeriməyə davam edir, bir yandan da Bukreyə cavab verməyə çalışırdı: “Görürəm ki, sürətlə başlamısan günə. Necə olduğunu bilmək üçün zəng etmişdim səhər. O biri nömrənə zəng etdim, amma bağlıydı”.

Bukre ətraflı izah etdi: “O nömərni artıq işlətməyə-cəyəm, Səlim. Məni burdan axtararsan”.

Səlim məsələni anlamışdı. Üstündə durmadı: “Sənə

demək istədiyim sözlər çoxdu, amma vaxtım yoxdu. Gəzinti işi çıxdı. Turizm şirkəti gəzinti işi verdi yenə. Ora gedirəm. Əlavə pul alacam. Bax, günortadan sonra işim bi-təcək. Qazandığım pulu şirin-şirin yeməyə nə deyirsən?”

251



“Bir az qənaət elə də sən də! Amma yenə də qulağa xoş gəlir təbii”.

Gülüşdülər. Aralarındakı söhbət davam edərkən Səlim “Baxçalı evlər” Metro dayanacağına çatmışdı artıq.

“Yaxşı o zaman, Yavru Quş. Saat üçdə Taksimə gəl.

Mən indi Metroya minirəm, görüşərik sonra”.

“Yaxşı, Quzu. İki tamamda hazırlıqdan çıxıram. Üçdə

ora çatıb sənə zəng edərəm”.

Bukre telefonu bağladı və yatağında tənbəl-tənbəl gərnəşdi. Bir gün əvvəlin təsirindən heç bir iz qalmamışdı zehnində və bədənində. Birbaşa duş almağa getdi. Çıxdı. Özünü çox rahatlanmış kimi hiss edirdi. Pambıqtək olmuşdu bədəni. Geyindi və hazırlıq kitablarını götürüb evdən çıxdı. Şamlıq caddəsindən UEFA Meydanına doğru addımladı. İşıqlardan Bakırköy avtobusuna mindi.

Hazırlıq kursuna gəldi.

Bufetdə oturan hazırlıq yoldaşlarına baxdı. Əvvəllər heç biriylə danışmamışdı. Onlar da yad adama baxırmış

kimi baxırdılar Bukreyə. Baxışlarında ”Bizi vecinə almır, özündənrazının biridir!” ifadəsi var idi. Səhv başa düşül-düyünü bilə-bilə davam etdi soyuq hərəkətlərinə. Aralarından hansısa bir gün onu mütləq başa düşəcəkdi. Əlbəttə, nə vaxtsa onun haqqında yanlış düşündüklərinin fərqinə varacaqdılar. Yaxşı, birdən bu vəziyyətin fərqinə

varmasalar, Bukrenin vecinə olacaqdımı? Xeyr!

Diqqətlə qulaq asdı bütün dərslərə. Tənəffüslərdə

testlərlə məşğul oldu. Liseyi bitirəndən sonra ilk girdiyi imtahanda istədiyi yerə qəbul ola bilməmişdi. Sonrakı iki il də həmçinin. Bu müddətdə Səlim iki illik peşə ixtisasına qəbul olmuş, turizm və otelçiliyi oxumuş, bitirmiş və mə-251



zun olmuşdu, amma iş tapa bilməmişdi. İngilis dilini çox yaxşı bildiyi üçün turizm bələdçiliyi edirdi iş olduqca.

Bu il axırıncı dəfə özünə şans verirdi Bukre. Əgər bu dəfə də qəbul ola bilməsə, ingilis dili kurslarına gedəcək, inkişaf etdirəcəkdi xarici dilini. Hətta imkan olsa, dil üçün Londona getmək haqqında belə düşünürdü. Xarici dili çox yaxşı vəziyyətə gələndə isə o da Səlim kimi turist bələdçiliyi edəcəkdi ən pis halda… Amma bu şəhərdə deyil… Antalya, Bodrum, Fəthiyyə kimi turizm yerlərinə

gedəcəkdi. Sahil həsrəti idi onu bu fikirlərə məhkum edən. Əlbəttə, xəyallarına uyğun gələn bir yer tapacaqdı özünə.



***



Hazırlıqdan sonra Taksimə getdi. İstiqlal Caddəsində

bir kafedə oturub Səlimi gözləməyə başladı. Qəhvəsini içərkən insanları seyr edir, yandakı masada gedən söhbəti istəməsə də eşidirdi. İnsanlar üzlərində olmadığı, ola bil-məyəcəkləri bir maskayla gəzir, danışdıqları hər şeylə olmaq istədikləri adam kimi ifadə edirdilər özlərini. Halbuki nə qədər yarımçıq və aciz idilər. Heç biri bu vəziyyəti hiss eləmirdi. İnsan oğlu belədi onsuz da. Olmadığı ki-mi olduğunu düşünüb özünü göylərə qaldırarkən, əslində, nə olmadığını çox yaxşı bilir. İnsanlar əsla nə olmadıqlarını söyləyə bilməzlər bir-birilərinə. İnsanlar arasında səssizcə davam edən kədərli bir anlaşmadı bu. Hər kəs ra-zıdır öz halından. Şirin yalanlarda itmək acı həqiqətlərdə

özünü tapmaqdan daha cəlbedici idi.

251



Sonra özünü düşündü Bukre. Arxasında tərk edə-edə

böyüməyə çalışdığı özünü. Həmişə itirəcəyi şeyləri sevmişdi. Ən pisi isə sevdiklərini itirmişdi də həmişə. Bu itkilərlə addımlayırdı həyatın tozlu yollarında. Unutmurdu, unuda bilmirdi bəzilərini… Gözdən itmələri unudul-maqları üçün bəs eləmirdi. Çünki insan gözüylə deyil, ürəyiylə sevirdi. İzdihamlara sığınacaq qədər tənha qalırdı bu dilemma qarşısında. Həyatını anbara çevirdiyi üçün yaşaya bilməyən insan yığınının içinə girirdi səssizcə.

Onlara uzaqdan baxırdı. Arxasınca qaçacaqları xəyalları olmadığı üçün xəyal qırıqlıqları da olmurdu onların. Xoşbəxt idilər təəssüf ki. Tənhalıqlarını anlamayacaq qədər xoşbəxt…

Özünü insanlardan tamamilə uzaq hiss edirdi bəzən.

Ya da bir uçurum kənarındakı gül kimi. Eşqin qaranlıq və

dar dalanlarını əzbər bildiyi halda, ayrılığın geniş küçələrində itirdi bütün münasibətlərində. Limandan ayrılan gəmilərin arxasınca baxan və gedərək balacalaşan insanlar olur ha… Bax, həmin o insanların kiçildikcə içində

necə böyüdüyü haqda fikirləşdi. “Gedişinə bir sevda bağışladım onların”, – dedi içindən.

Ağlının indi bütün bunlara nə üçün belə ilişib qaldığını bilmirdi. Dünən yaşadığı hadisənin təsiri ola bilərdi.

Halbuki həll elədiyini düşünürdü. Demək, artma ehtimalı olan sarsıntıları da var idi bu zəlzələnin və indi Bukre o sarsıntıları yaşayırdı. Birdən çiyninə bir əl toxundu astaca. Dik atıldı Bukre. Gələn Səlim idi. ”Bağışla, fikrə getmişdin, özünə gəlməyini gözləyə bilməzdim”, – dedi.

Dünyaya geri dönmüşdü Bukre. ”Məni dəli elədin, Səlim, – dedi, – adam bir xəbər eləyər”.

251



Güldü Səlim: “Bukre, insan gələrkən gəldiyini necə

xəbər verə bilər, insafın olsun?”

Küsmüş kimi davrandı Bukre. Səlimdən nə üçün yu-bandığını soruşdu.

“Adamlara yeməkdə də mən yoldaşlıq elədim. Ona görə yubandım. Doymaq nədi bilmirdilər. Hələ aralarında bir zənci vardı ki, heç soruşma. Ən çox o yedi. Təbi-idir də, adamda zənci mədəsi var!”

Gülümsədi Bukre: “Yəni araya bu incə zarafatların-dan sıxışdırmasan, olmaz da?”

Həyacanla anlatmağa davam etdi Səlim: “Pulumu da kəsdilər onsuz da. Düzdü, çox kəsməyiblər, amma yenə

də haqqımı tələb elədim mühasibdən. Qanmaz-qanmaz üzümə baxdı. Heç nə demədi”.

Bukre onun sözünü kəsdi: ”Necə yəni, vermədilərmi pulunun qalığını?”

“Nə qədər az gəlir”, – deyə soruşdu, sonra boş-boş

baxdı. Mən də cavab vermədim”.

“Neylədin bəs?”

“Əhəmiyyət vermədim”.

“Dəhşətsən, Quzu”.

Kefləri yerində idi. Qarsonu çağırıb sifarişlərini verdilər. Səlim tox idi. Bukre tez hazırlanan bir şeylər istədi özü üçün. Bir yandan da söhbətlərinə davam edirdilər.

Söhbətləri bitincə cəmiyyətlə, cib telefonları ilə maraqlanmağa başladılar. Sonra bir az ağır mövzulara girişdilər.

Gündəlik mövzular da bitəndən sonra daha dərin şeylərdən danışmağa başladılar. Söz hərlənib-fırlanıb yenə öz daxili dünyalarında lövbər saldı. Son zamanlar ikisinin də

dərdi olan “Xoşbəxt olmaq” haqda danışmağa başladılar.

251



Daha doğrusu, xoşbəxt ola bilməmək haqda… İkisinin də

ortaq nöqtəsi tənhalıq idi. İnsanların onları anlaya bilmə-mələri idi… Bəlkə də onlar bu dünyanı başa düşə bilmirdilər. Həmişə müzakirə edir, gəlib çıxdıqları yer isə fərqli yollarla bir-birinə yaxın cavablar almaqdan o tərəfə gedib çıxmırdı.

Özlərindəki çatışmazlıqları açıb ortaya qoydular əvvəlcə. Sonra kiçik xoşbəxtliklərlə necə böyük sevinclər yaşaya biləcəklərini müzakirə etdilər. Həyat onlara həmişə

xoşbəxtliyin kiçik bir parçasını bağışlayırdı ancaq! Ya da bəzən…

Səlim, – ”Xoşbəxt olmaq hər şeyə sahib olmaq deyil, sahib olduğun qədərini hər şeyinə çevirə bilməkdir”, –

dedi. Məsələyə belə yanaşma çox xoşuna gəldi Bukrenin.

“Keçmişi düşünək indi”, – dedi sonra Səlim.

Bukre o dəqiqə qaşlarını çatdı: “Bax, Səlim! Əgər sil-məyəcəksənsə keçmişimin tozlu rəflərinə üfürmə. Sonra sən gedirsən, mən boğuluram o tozun içində”.

Səlim bu sözdən xoşhallanaraq gülümsədi. Artıq Bukreylə çözələyəcək mövzu tapmışdı: “Həyəcanlanma, Yavru Quş. Dərdləşirik öz aramızda”.

Bukre başladı bu dəfə sözə: ”Dayanmadan kiməsə

ehtiyac hiss etmək nədəndir, Səlim? Yəni nə üçün həmişə

iki nəfər olmaq arzusundayıq? Yüz dəfə and içsək də bir də heç kimə könül verməyəcəyimizə, ağrısını bir az unut-duqdan sonra yenə yeni sevgili axtarma ehtiyacı hiss edirik. Halbuki mən tənha qalmağı sevən biriyəm. Görəsən, adam axtarışımız sevilmək arzumuzdan qaynaqlanır, yoxsa ürəyimizin yaralarına sarğı üçündür?”

251



“Bax, Bukre, – deyə sözə başladı Səlim. – Sosial varlıqlar olsaq da, hərdənbir yalnız qalmaq istəyə bilərik.

Amma bu yalnız yaşaya biləcəyimiz mənasını verməz.

Sevmək, sevilmək… Bunlar çox gözəl duyğulardır əlbəttə… Sevgidən yana hər kəs bizim kimi bəxtsiz deyil ki…

Elə bir-birinə yaraşan, elə xoşbəxt insanlar var ki… Bir ömür əl-ələ yaşayıb həyatı başa vuranlar tanıyram mən.

Baxma sən bizim bəxtsizliyimizə. Mən bir gün bəxtimizin tərsinə dönəcəyinə və axtardığımız sevgini tapacağımıza inanıram. O vaxt biz deyil, bizi seçən adam yaralarına sarğı üçünmü, yoxsa eşq üçünmü gəldiyini bizə isbat edər.

Bunu etməklə o adam doğru adam olub olmadığını da sübut etmiş olacaq”.

“Quzu, əgər keçmişdəki əzablarım qarşımdakı insanda yoxa çıxmırsa, o adam xoşbəxtliyimin başlanğıcı ola bilməz. Həyatıma girəcək insanın məni sadəcə xoşbəxt etməsi kifayət etməz, keçmişimdəki acıları da unutdurması lazımdı. Bu bir başlanğıc deyil, görünməz bir qələmlə geriyə doğru silməkdir içini qaraldan hər şeyi… Çünki bilirsən bir gün təkrarən üzə çıxacağını onların”. Sonra Səli-minüzünə baxdı Bukre. Onun düşüncələrini də bilmək istəyirdi.

“Məncə bir az böyük ümidlər yükləyirsən eşqə”, –

deyərək sözə başladı Səlim. Bu cavabdan bir az təəccübləndi Bukre. Gözləmirdi… Davam etdi Səlim: “Sən sənin kimi sevən birini istəyirsən, Quşum. Amma hər kəs eyni cür sevməz, sevə bilməz. Sənin kimi sevən birini tapdığın zaman həqiqətən xoşbəxt ola biləcəyinimi düşünür-sən? Məsələn, mən özüm kimi birinə heç dözə bilmərəm.

Yaxud sən, özün kimi biriylə heçmi savaşmayacaqsan? Bu 251



özünlə savaşmağa bənzəməzmi bir az da? Bax, o bir-biri üçün yaradılmış insanlar deyimi vardır ha… Elə birini tapdığın an möcüzə olacağını düşünənlər var haa… Mən inanmıram belə şeylərə. Bir-biri üçün yaradılmış insanların bir-birini tapmasının necə möcüzəvi tərəfi ola bilər ki?





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68475142) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Dünya ədəbiyyatında yüzlərlə sevgi hekayələri yazıldı. Hər yazıçı bu hissi öz anladığı, yaşadığı kimi və ən əsası öz fəlsəfəsi ilə açmağa çalışır. Müasir Türkiyə ədəbiyyatının ən çox satış reytinqi qazanan əsərlərindən olan “Bukre” də sevgi hekayəsidir. İnsana əsl sevginin və əsl xoşbəxtliyin uzaqlarda deyil, yaxında olduğunu göstərir. Onu oxumaqla təkcə sevgiyə deyil, sözlərə, cümlələrə də yeni mənalar yükləməyə başlayacaqsınız. Çünki bu, qəlblərə və ağıllara ünvanlanmış bir sevgi məktubudur…

Как скачать книгу - "Bukre" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Bukre" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Bukre", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Bukre»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Bukre" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *