Книга - Nilsin vəhşi qazlarla səyahəti

a
A

Nilsin vəhşi qazlarla səyahəti
Selma Lagerlöf


Nilsin Vəhşi Qazlarla Qəribə Səyahəti – Selma Laqerleyf Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir və iş elə gətirir ki, vəhşi qazlarla səyahətə çıxmalı olur. Onlarla cürbəcür macəralar baş verir, əsərin qəhrəmanı Nils müxtəlif təhlükələrlə qarşılaşır, lakin hər dəfə onun köməyinə dostları çatır. Bütün bu sınaqlar Nilsi cəsarətli və düz olmağı, təmizliyə və öz sözünün üstündə dayanmağı öyrədir.





Selma Lagerlöf

Nilsin vəhşi qazlarla səyahəti





BIRINCI BÖLÜM





OĞLAN

CIRTDAN



Bazar günü. Martın 20-si

Biri vardı, biri yoxdu, bir oğlan vardı. Oğlan deyəndə ki, on dörd yaşlarında bir cüvəllağı. Arıq, uzun, sapsarı bir oğlandan danışırıq. Bu oğlan elə də fərasətli biri deyildi. Ən sevdiyi iki məşğuliyyəti yemək və yatmaq idi. Hər şeydən öncə isə pis əməllər tutmaqdan zövq alırdı.

Bazar günü idi və oğlanın valideyinləri kilsə ziyarətinə hazırlaşırdılar. Sadə ev geyimində olan oğlan valideyinlərinin onu bir neçə saatlıq tərk etməsinin necə gözəl bir fürsət olması haqqında düşünürdü. Belədə ev də onun üçün bir neçə saatlıq təmiz olacaqdı, sərbəstlik olacaqdı.

– Hə, yaxşı oldu, mən də atamın silahını götürüb bir neçə dəfə atəş açaram, heç kim də işimə qarışmaz. Oğlan düşündü.

Amma sanki ata oğlunun ağlından keçənlərdən duyuq düşdü, çünki geyinib qapının astanasında, elə evi tərk etməyə hazır dayanarkən oğluna tərəf çevrilib dilləndi:

– Bir halda ki, bizimlə bərabər kilsəyə gəlmirsən, o zaman ən azından evdə oturub dərslərinlə məşğul ola bilərsən. Yaxşı? Söz verə bilərsən mənə?

– Hə, əlbəttə ki, onu edə bilərəm. Oğlan dedi. Özlüyündə isə düşündü ki, nə qədər istəyəcək o qədər də oxuyacaq.

Oğlan düşündü ki, indiyədək heç zaman anasının harasa gedərkən bu qədər tez hazır olmasına şahidlik etməmişdi.

O ildırım sürətiylə buxarının sağındakı kitab rəfinin yanında oldu, oradan Luterin qeydləri olan kitabı götürdü və onu pəncərənin qarışısındakı stolun üzərinə qoydu – bugünkü dərsim məhz həmin kitab olmalı idi. O həmçinin yeni testamenti (Xristianların dini kitabı) açıb Luterin qeydləri kitabının yanına qoydu. Nəhayət sonda isə o keçən il ərazi hərracında alınmış böyük kreslonu da çəkib gətirdi. Bir qayda olaraq həmin kresloda atadan başqa kimsənin oturmasına icazə verilmirdi.

Oğlan oturdu və düşündü ki, anası özünə boş yerə bu qədər əziyyət verir. Nəyə lazımdır bu həngamə? O onsuz bir səhifədən artıq oxumağı planlaşdırmırdı. Amma indi artıq ikinci dəfə atası sanki onun düşüncələrini oxuya bildi. O oğlana tərəf addımladı və ciddi bir səslə ona tapşırdı:

– Bax, yadında saxla ha! Ciddi oxumalısan, özü də diqqətlə. Çünki biz kilsədən qayıdıb gələndə mən səni əməlli-başlı sorğu-suala tutacam. O zaman bircə sualıma cavab verə bilməsən, sənin halın heç yaxşı olmayacaq.

– Ev tapşırığın cəmi 14 səhifə yarımdır. Anası kitabı vərəqləyərək dedi. Doğrudan da tapşırıq bu qədər çox idi. Gərək elə bu dəqiqə oturub oxumağa başlayasan ki, çatdıra biləsən. Yoxsa axıra kimi oxuya bilməyəcəksən.

Bununla da ata-ana çıxıb getdilər. Oğlan onları qapının ağzında dayanıb nəzərləri ilə yola salarkən düşündü ki, bununla özünü tələyə salıb. Hə, indi onlar yəqin məmnundurlar, bir-birini mənə bu qədər uzun tapşırıq verdiklərinə görə təbrik edirlər. “Onlar evdə olmadıqları müddətdə mən də gərək oturub bütün günü o lənətə gəlmiş kitabı oxuyam.” Oğlan düşündü.

Amma təbii ki, onun atası və anası bir-birlərini bu münasibətlə təbrik etmirdilər, əksinə onlar həddən artıq stres içində idilər. Onlar kasıb fermerlər idi və ümumi mülkiyyətləri balaca bir bağ yerindən artıq deyildi. Onlar birinci dəfə bura köçəndə yerləri çox balaca idi, bir donuzu və bir cüt toyuğu güclə doyduracaq ölçüdə idi, ondan böyük deyildi. Amma onlar qeyri-adi dərəcədə bacarıqlı və işgüzar insanlar idi və indi onların həm inəkləri həm də qazları vardı. Onların işləri çox yaxşı gətirmişdir. Və onlar həmin bazar səhəri kilsəyə əslində həm məmnun həm də xöşbəxt getməli idilər. Amma onlar oğullarından yana çox narahat idilər. Oğulları onlara dərd idi. Atası şikayət edirdi ki, kütbeyin və tənbəldir. O məktəbdə heç nə öyrənmirdi, bu heç onun vecinə də deyildi. O qədər fərsiz və tənbəl idi ki, ona qazlara baxmağı güclə öyrədə bildilər. Ana bunun həqiqət olduğunu inkar edə bilməzdi, amma ananı ən çox dilxor edən oğulun qəddar və həqiqətən də pis biri olması idi. Heyvanlara qarşı qəddar, insanlara qarşı isə pis rəftarlı… Təki Allah onun ürəyini yumşaltsın, ona daha mərhəmətli bir rəftar nəsib etsin. Ana deyirdi. Yoxsa ki, o bədbəxtlik gətirəcək, həm özünə, həm də bizlərə.

Oğlan uzun müddət hərəkətsiz qalıb ev tapşırığını edib, etməmək üzərində baş sındırdı. Nəhayət sonda o bu qərara gəldi ki, yaxşısı budur bu dəfə itaətkar olsun. O rahat stullardan birində əyləşib oxumağa başladı. Amma nəqarətə gəlib çatanda özünün yeknəsək tonu ona sakitləşdirici təsir göstərdi və başı irəli-geri hərəkət etməyə başladı.

Çöldə dəhşətli dərəcədə gözəl bir hava vardı. Hələ martın ancaq iyirmisi idi. Oğlan qərbi Vennemhöq məhləsində, cənubi Skonedən aşağıda yaşayırdı. Burada isə yaz özünü tam biruzə verirdi. Düzdür, burada hər şey yaşıl rəngdə deyildi, amma ağaclar tumurcuqlamışdı və hər tərəf təravətli və gözəl idi. Xəndəklərin, arxların hamısı artıq su ilə dolmuşdu, arxın kənarındakı dəvədabanı isə çiçəkləmişdi. Uzaqdan görünən fıstıq ağacları sanki anbaan böyüyürdü və qalınlaşırdı. Səma daha da uca, mavi və aydın görsənirdi. Kotecin qapısı aralı qalmışdı və sürü ilə içəri dürtülən torağayların səsi otaqdan eşidilirdi. Toyuqlar və qazlar həyətdə eşələnirdilər, tövlələrindən yazın qoxusunu duyan inəklər isə yüksək əhvallarını ara-sıra mələməklə biruzə verirdilər.

Oğlan oxuduqca, başı irəli-geri hərəkət edir, o yuxu ilə mübarizə aparardı.

– Yox. Mən yatmaq istəmirəm. O özlüyündə düşündü. Çünki əgər indi yatsam, o zaman gərək bütün axşamı bu tapşırığı oxuyam.

Amma necə oldusa o dözə bilmədi və yatdı.

Uzun müddət ya qısa müddət yatmasını bilmədi, amma yuxudan arxa tərəfindən gələn zəif bir səsə oyandı.

Pəncərə altlığına balaca bir güzgü qoyulmuşdu, demək olar ki, bütün kottec bu güzgüdə əks olunurdu. Oğlan başını qaldıranda elə oldu ki, düz güzgüyə baxdı, sonra o gördü ki, kimsə anasının sandığının ağzını açıb.

Anasının böyük, ağır, palıd ağacından hazırlanmış sandığı vardı. Həmin sandığı anası özündən başqa heç kəsə açmağa icazə vermirdi. Burada o anasından ona miras qalan hər şeyi saxlayırdı və onların qayğısına çox böyük diqqətlə qalırdı, onları göz bəbəyi kimi qoruyurdu. O sandığa iki-üç köhnə kəndçi paltarı, saya qısa arxalıq, dama-dama köynək, mirvari dənəsi ilə bəzədilmiş sinə sancağı qoymuşdu. Oraya həmçinin nişastalanıb ağappaq olmuş yastıq üzləri, bəzək düzək əşyaları və seplər, zəncirlər də qalaqlanmışdı. Camaat bu günlərdə daha belə köhnə licimli paltarlar geyinmir, bu səbəbdən o bir neçə dəfə sandıqda saxladığı paltarları tullamağa hazırlaşsa da, sonra necə olmuşdusa buna ürəyi gəlməmişdi.

İndi isə oğlan güzgüdən baxıb gördü ki, sandığın ağzı açıq idi. O bunun necə baş verdiyini başa düşə bilmədi. Çünki anası getməzdən öncə onun ağzını bağlamışdı. O heç zaman bu qiymətli sandığı, onun evdə tək olduğu bir məqamda açıq saxlayıb harasa getməzdi.

Onun əhvalı korlandı, dərin düşüncələrə daldı. Qorxdu ki, birdən evə oğru girər. onun tərpənməyə cəsarəti çatmadı, o oturdu və gözlərini güzgüyə zillədi.

Orada oturub oğrunun özünü göstərməyini gözlədiyi əsnada o sandığın üzərində düşən o qara kölgənin nə olması ilə bağlı baş sındırmağa başladı. O gözlərini zilləyib elə hey baxırdı, amma gördüyünə inanmaq istəmirdi. Amma ilk öncə kölgə kimi görünən həmin varlıq artıq daha da aydın nəzərə çarpmağa başlayırdı. Tezliklə o həmin varlığın gerçək olmasına əmin oldu. Bu varlıq isə nə az nə çox, orada oturan bir cırtdan idi. O at minmiş kimi paçalarını aralayıb sandığın üzərində oturmuşdu.

Düzünə qalsa oğlan əvvəllər də cırtdanlar haqqında bəzi əhvalatlar eşitmişdi, amma onların belə balaca varlıq olduqlarını heç zaman təsəvvür edə bilməzdi. O bir barmaq qalınlığından daha böyük ola bilməzdi. Bu, sandığın kənarında oturanın ölçüsü məhz belə olardı. Onun sifəti qoca, qırışmış və saqqalsız idi. Başında geniş biçilmiş qara şlyapa, əynində qara frak vardı, özü də dizi yamaqlı şalvar geyinmişdi. O çox səliqəli və ağıllı görsənirdi. Boğazından ağ şərf, ayağında sandal vardı, qaşları isə qara idi. O sandığın içərisindən naxışlı bir parça götürmüşdü, indi də sandığın lap kənarında oturub köhnə dəbli kəndçi paltarlarına baxırdı. O sandığın içərisindəki hər bir şeyə elə hörmətlə baxırdı ki, oğlanın nəzərlərini ona zilləməyindən duyuq düşmədi.

Oğlan evdə cırtdan görməyindən bir qədər təəcüblənsə də onun qorxuduğunu söyləmək olmaz. Bu cür balaca bir yaradılışdan qorxmaq sadəcə olaraq mümkün deyildi. Bir halda ki, cırtdan oğlanı nə görür nə də eşidir demək onunla bir zarafat etmək mümkün idi. Cırtdanın başı dəhşətli dərəcədə sandığın içindəkilərə qarışmışdı. Oğlanın ağlından cırtdanı itələyib sandığın içərisinə salmaq, sonra isə onun qapağını bağlamaq gəldi. Yaxud da buna oxşar bir zarafat etmək olardı.

Amma oğlan cırtdana əlləri ilə toxuna biləcək qədər cəsarət sahibi də deyildi. Əvəzində o otağa göz gəzdirdi ki, bir şey tapıb onunla cırtdanı tərpətsin. Onun nəzərlərin divandan stoluna üzərinə sürüşdü, sonra isə stolun üzərindən buxarıya keçdi. O qəhvədanlara, qəhvə yığılan qablara, buxarının üzərindəki rəfə yığılan çəngəl-bıçağa baxdı. Qapının yanına qoyulmuş su vedrəsinə, boşqablara, nəlbəkilərə, çəngəllərə, yarıya kimi açıq olan dolabın qapısından görünən hər şeyə nəzər yetirdi. Atasının silahı üçün ətrafa baxdı, silah divardan, Danimarka kral ailəsinin portretinin yanından asılmışdı. Pəncərə altlığına isə cürbəcür gözəl çiçəklər qoyulmuşdu. Nəhayət sonunda o pəncərə çərçivəsinə sancılmış köhnə kəpənək sancağı gördü.

Daha öncə gözü bu sancağa sataşmamışdı, o var gücü ilə hoppanıb onu pəncərə çərçivəsindən götürdü və sinəsinə sancdı. Bəxti çox gətirmişdi. Özü də belə bəxtli olduğuna inana bilmirdi. Çox təəcüblənmişdi. Özü də bilmədi bunu necə etdi amma sancaqla cırtdana toxuna bilmişdi. Yazıq, bambalaca varlıq baş ayaq vəziyyətdə sancağa keçirilmiş formada qalmışdı indi. Nə qədər çabalasa da oradan azad ola bilmirdi.

Ilk anda oğlan öz şikarı ilə nə edəcəyinə qərar verə bilməmişdi. Amma o cırtdanın sancağın başına dırmaşın qaça bilməməsi üçün o tez-tez sancağı baş-ayaq çevirirdi.

Cırtdan danışmağa, yalvarmağa başladı. Ah. O elə ümidsizcəsinə azadlığı üçün yalvarırdı ki! o dedi ki, bu illər ərzinə o bu ailəyə yalnız xoşbəxtlik gətirib və indi də daha yaxşı davranışa laqidir. Və indi əgər oğlan onu azad etsə cırtdan ona köhnə qəpik, gümüş qaşıq, qızıl sikkə verəcək. Qızıl sikkənin böyüklüyü isə onun atasının gümüş saatı böyüklüyündə olacaq.

Oğlan bunun qeyri-adi bir təklif olduğu düşüncəsində deyildi. Amma indi də elə alınmışdı ki, o cırtdanı tutub öz əsiri etdikdən sonra ondan qorxmağa başlamışdı. O hiss etdi ki, çox qəribə və qeyri –adi bir varlıqla sövdələşməyə girib, bu kim idisə bu dünyanın sakini deyildi, o bu qəribə və qorxulu varlıqdan yaxa qurtaracağı üçün özünü yalnız həddən artıq xöşbəxt hesab edərdi.

Bu səbəbdən də o cırtdanın təklif etdiyi sövdələşmə ilə dərhal razılaşdı, o sancağı düz saxladı ki, cırtdan orada düşüb qurtula bilsin. Amma cırtdan elə sancağın lap başına gəlib xilas olmaq ərəfəsində idi ki, oğlan bu sövdələşmənin ədalətli olmadığını düşündü. O peşman oldu ki, gərək cırtdandan onu xilas etməsi müqabilində daha çox var-dövlət istəyərdi. Daha yaxşı şeylər də istəmək olardı axı. O ən azından belə bir şərt qoya bilərdi: cırtdan hara getsə bu sancaqla getməli idi.

– Mən onu azad etməklə necə də axmaq iş tutdum. Oğlan özlüyündə düşündü. Belə deyib sancağı elə möhkəm silkələməyə başladı ki, cırtdan dombalaq aşıb geriyə yumbalandı.

Amma oğlan elə bunu etdiyi andaca qulağının dibində çox güclü bir zərbə hiss etdi. Ona elə gəldi ki başı indi hissələrə ayrılacaq. O əvvəl bir divara, sonra isə qarşı tərəfdəki divara zərblə çırpıldı. Sonunda isə o gumbultu və elə oradaca huşsuz vəziyyətdə uzanıb qaldı.

Özünə gələndə kottecdə tək-tənha idi. Cırtdan gözə dəymirdi. Sandığın qapağı qapanmışdı, kəpənək sancaq isə yenidən hər zamankı yerindən, pəncərənin çərçivəsindən asılmışdı. Əgər sağ yanağı zərbənin təsirindən hələ də göynəməsəydi o bütün olanların yuxu olması qənaətinə gələcəkdi. Hər halda o əmin idi ki, atam da, anam da bunun belə olduğuna israr edəcəklər. O düşündü. İnanmıram ki, onlar nə köhnə sancaqla nə də evdə peyda olan cırtdanla maraqlansınlar. Yaxşısı budur mən qayıdım tapşırığımı hazırlayım. O yenə öz-özünə düşündü.

Amma o stola tərəf addımladıqca qeyri-adi bir hadisənin baş verdiyini hiss etdi. Kottecin bu qədər böyüməsi mümkün deyildi. Amma onda bəs niyə stola çatmaq üçün bu qədər qeyri- adi dərəcədə çox addım atmalı olmuşdu? Bəs stula nə olmuşdu? O axı bir qədər öncə göründüyündən daha da böyük görsənirdi. Amma indi stula qalxmaq üçün əvvəlcə divana dırmaşmalı, sonra isə oradan stulun üzərinə çıxmalı idi.

– Bu nədir belə? Nələr baş verir bu evdə? Oğlan öz-özünə düşündü. Deyəsən cırtdan həm kreslonu həm stolu həm də kottecini özünü sehirləyib.

Oxuduğu kitab hələ də stolun üzərində idi, belə görünürdü ki, ona toxunan olmamışdır. Amma onunla bağlı da qəribə bir məqam var idi, çünki oğlan gəlib kitabın düz qarşısında dayanmadan oradakı bir sözü belə oxuya bilmirdi.

O bir neçə sətr oxuduqdan sonra başını qaldırıb baxdı. Belədə onun baxışları gedib güzgünün üzərində dayandı. Bu zaman o ucadan qışqırdı: bax, orada biri də var! Oradan, papaqlı kapüşonlu və dəri şalvarlı biri ona baxırdı.

– Bu nədir, oradakı oğlan da mənim kimi geyinib ki! Oğlan belə deyib təəcüblə əllərini bir-birinə vurdu. Və bu zaman o güzgüdəki oğlanın da eyni hərəkəti etdiyinə şahidlik etdi. Sonra o yerində fırlanmağa, əlini çimdikləməyə və saçını dartmağa başladı. Eyni anda oğlan da həmin şeyləri güzgüdə təkrarladı. O güzgüdə öz əksini görürmüş…

Sonra oğlan bir neçə dəfə qaçaraq güzgünün ətrafına dolaşdı ki, görsün onun arxasında balaca oğlan gizlənməyib ki? Amma orada özündən başqa heç kəs yox idi. Belədə oğlan qorxudan əsməyə başladı. Çünki indi o anladı ki, cırtdan onu cadulayıb və güzgüdə əksini gördüyü oğlan həqiqətən də o özü imiş…




VƏHŞI QAZLAR


Oğlan cırtdana çevrildiyinə sadəcə olaraq inanmaq istəmirdi. Bu yuxudan, vəhşi təxəyüldən başqa bir şey ola bilməz. O düşündü. Mən bir qədər də gözləsəm, əminəm ki, yenidən insana çevrilcəm.

O yenidən keçib güzgünün qarşısında dayandı və gözlərini yumdu. O gözlərini bir də bir neçə dəqiqədən sona açdı, gözlərini açanda hər şeyin dəyişəcəyini gözləsə də, heç nə dəyişməmişdi. O elə balaca qalmışdı. Başqa şeylərdə isə o əvvəl necə idisə elə idi. Arıq, saman rəngli saçlı, burnunun ətrafında çoxlu çillər, dəri şalvarının dizində çırıqlar, corablarındakı deşiklər necə vardı elə də qalmışdılar. Bircə fərq vardı, ona aid hər bir şeyin ölçüsü xeyli kiçilmişdi.

İndi artıq dayanıb gözləməyin heç bir anlamı yox idi, o buna əmin idi. O nəsə başqa bir şeyə cəhd etməlidir. Və düşündü ki, edə biləcəyi ən ağıllı şey həmin cırtdanı tapıb onunla barışmaq olardı.

O döşəmənin üzərinə hoppanıb axtarmağa başladı. O stulların, dolabların arxasını gəzdi, divanın altına, sobaya baxdı. Sonra hətta sürünüb bir-iki siçovul oyuğuna da baxdı, amma cırtdan heç yerdə gözə dəymədi.

O axtardıqca ağlayır, qışqırır, dua edir və ağlına gələn hər şeyə and içib vədlər verirdi. O bir daha heç kimə verdiyi vədinə xilaf çıxmayacaq, o bir daha heç vaxt dəcəl olmayacaq, valideyinlərinin sözündən çıxmayacaq, bir daha heç zaman dərs oxuyarkən yatıb qalmayacaq. Təki bircə yenidən çevrilib insan olsun, o zaman elə sözəbaxan, elə ağıllı, elə itaətkar biri olar ki… amma hər nə qədər söz versə də ağlasa da heç nə dəyişmirdi, bu ona kömək etmirdi.

Birdən onun yadına bir dəfə anasının dediyi sözlər düşdü. o demişdi ki, dünyadakı bütün balaca varlıqlar evlərini tövlədə düzəldirlər. elə həmin dəqiqə o cırtdanı tapa bilmək üçün inək tövləsinə yollandı. Kottecin qapısının hələ də yarıaçıq vəziyyətdə olması onun bəxtindən idi, çünki yoxsa o heç zaman qapının dəstəyinə əlini uzadıb onu aça bilməzdi. Amma qapı açıq olduğu üçün heç bir əziyyətsiz filansız sivişib çölə çıxa bildi.

Qapının astanasına çatanda dayanıb taxta ayaqqabıları üçün baxdı, çünki evin içərisində o corbala gəzirdi, bundan əmin idi. Ona çox maraqlı gəldi, necə axı bu yöndəmsiz, böyük ayaqqabılarda əvvəl gəzə bilib? Amma elə bu məqamda qapının astanasına qoyulmuş bir cüt balaca ayaqqabıya sataşdı gözləri. Başa düşəndə ki, cırtdan onu cadulayərkən münasib ayaqqabı tapması üçün hətta ayaqqabılarının da qayğısına qalıb, bu zaman o daha da narahat oldu. cırtdan onu bir müddətlik balacalaşdırmamışdı, bu açıq-aşkar görünürdü.

Kottecin qarşısında boş ərazidə boz sərçələr hoppanırdı. Sərçələrdən biri oğlana heç fikir vermədən Titiiii....titiii deyə oxuyurdu. Bu zaman onun gözü oğlana sataşdı və o dedi: ora bax, balaca qaz oğlana bax. Baş barmağa oxşayır. Baxın, bu ki, Nils Holqersson,baş barmaqdır.

Bir anın içərisində həm qazlar həm də toyuqlar çevrilib oğlana tamaşa etdilər, sonra isə onların arasında təlaşlı bir quqqultu düşdü. ququu lu quuuu. Xoruz başladı. Yaxşı oldu ona. Ququu lu quuu. O mənim pipiyimi çəkirdi həmişə. Ququq- uquuu. Toyuq dedi. Əcəb oldu ona. Sonra isə o biri toyuqlar da ona qoşuldular, ətrafı qulaqbatırıcı toyuq qaqqıltı bürüdü. Bu anda qazlar hamısı bir yerə yığışdılar. Boyunlarını uzadıb soruşdular: Kim edib bunu? Kim edib bunu?

Amma ən qəribəsi o idi ki, oğlan onların hamısının nə danışdıqlarını başa düşürdü. O elə təəcüblənmişdi ki, bir kəlmə də söz deyə bilmədi, elə qaldığı yerdə sanki yerə misarlanıbmış kimi dayanıb və qulaq asırdı. Bu yəqin ki, mənim cırtdana çevrildiyimə görə belədir. O düşündü. Yəqin ki, bu səbəbdən quşların nə danışdıqlarını başa düşürəm.

Toyuqların dayanmadan ona “əcəb olub” deməsi ona dözülməz gəldi və o yerdən daş götürüb onlara tərəf tolazlamaq istədi. O yerdən bir daş götürüb onlara atdı və dedi: ağzınızı yumun! axmaqlar!

Amma birdən-birə ona agah oldu ki, o artıq toyuqların qorxduğu əvvəlki oğlan deyil. Toyuqların artıq ondan qorxmağa heç ehtiyacları da yoxdu. Hindəki bütün toyuqlar ona yaxınlaşıb üzük qaşı kimi onu dövrəyə aldılar. Sonra onlar hamısı bir ağızdan qışqırdılar. Ku ku ku kkkkkuuuu. Sənə əcəb oldu! Ku ku ku kkkkkuuuu. Sənə əcəb oldu!

Oğlan qaçıb onlardan canını qurtarmağa çalışıdı, amma toyuqlar onu təqib etməyə başladılar, toyuqlar elə bərkdən çığırışırdılar ki, oğlan az qala kar olacaqdı. Yəqin ki, o məqamda evin pişiyi görsənməsəydi oğlan qaçıb onlardan canını qurtara bilməyəcəkdi. Toyuqlar pişiyi görən kimi sakitləşdilər və özlərini elə apardılar sanki yeri dimdikləyib qurdlar axtarmaqdan savayı həmin anda heç bir şey haqqında düşünmürdülər.

Oğlan dərhal qaçıb pişiyin qarşısını kəsdi. -Ay mənim balaca məstan pişiyim. O pişiyə dedi. Sən ki, bu evdəki bütün künc-bucağı əzbər tanıyırsan. Sən qəşəng, ağıllı pişik ol, mənə denən də, mən cırtdanı haradan tapa bilərəm.

Pişik dərhal ona cavab vermədi. O tənbəl-tənbəl oturdu, quyruğunu gətirib pəncələrinin altına qoydu. Bu sinəsində ağ ləkə olan böyük qara bir pişik idi. Onun yumşaq, məxməri, parıldayan tükləri vardı. Caynaqları böyüyüb içəri doğru əyilmişdi, dar gözlərində tənbəl bir baxış vardı. Pişik başdan-ayağa xoşxasiyyət və dostcasına görsənirdi.

– Hə, mən cırtdanın harada yaşamasını çox yaxşı bilirəm. O asta-asta, demək olar ki, səssiz cavab verdi. Amma bu o demək deyil ki, mən bunu sənə deməyə hazırlaşıram.

– Əziz məstan. Sən mənə onun yerini deməlisən. Mütləq deməlisən. Oğlan yalvarmağa başladı. Görmürsən, o mənə necə cadu edib?!

Pişik gözlərini geniş açdı, bu zaman yaşıl rəngli gözlərdə zalım baxış aşkar oxundu. O cavab verməzdən öncə öz yerində bir dövrə vurdu və mırıldadı.

–Niyə cavab verməliyəm ki, sənə? Bəlkə ona görə ki, tez-tez mənim quyruğumdan tutub məni incidirdin?

Onda oğlan əsəbdən dəliyə döndü və necə balaca, köməksiz olduğunu unutdu. Off. Məni əsəbləşdirmə, indi yenə durub sənin quyrğunu çəkərəm haa! Edə bilmərəm? Bilərəm əlbəttə ki! Belə deyib pişiyə doğru qaçdı.

Növbəti anda heyvan elə dəyişdi ki, oğlan onun hər zamankı heyvan olmasına inana bilmədi. Onun bədənindəki hər bir tük biz-biz dayanmışdı. O belini donqar edib, qabaq pəncələrini hücuma hazır vəziyyətə gətirdi. Caynaqları ilə yeri eşdi, quyruğu isə qıvrılıb dik vəziyyət aldı, qulaqları arxaya doğru gərildi, ağzı köpükləndi, gözləri isə geniş açılıb alov saçar kimi parıldadadı.

Oğlan istəmirdi ki, pişik onu qorxutsun, bu səbəbdən də o bir addım irəli atdı. Pişik isə bir sıçrayışla gəlib düz oğlanın qarşısında dayandı, oğlanı yerı yıxıb başının üstündə dayandı. Qabaq pəncələrini gətirib onun sinəsinə qoydu, ağzını isə geniş açıb onun boğazına dirədi.

Oğlan pişiyin iti caynaqlarının köynəyini deşib sinəsini incitməyini hiss edirdi, onun dişləri isə az qala bu dəqiqə boğazına batacaqdı. O əmin idi ki, bu artıq onun sonundur. Sonra isə o pişiyin caynaqlarını sinəsindən götürməyini, dişlərini isə boğazından uzaqlaşdırdığını hiss etdi.

–Bax, bu sənə dərs olsun. Gördün? Bu dəfə səni öz sahibəmin xətri üçün buraxıram. Bircə istədim biləsən ki, indi bizlərdən hansımız daha güclüyük. Sənə dərs vermək üçün.

Pişik bu sözləri dedi və getdi. O sakit idi və ilk dəfə idi özünəəmin görünürdü. Oğlan o qədər məyus və çaşqın olmuşdu ki, nə deyəcəyini belə bilmirdi. O yalnız gedib cırtdanı tapmaq üçün mal tövləsinə tərəf tələsdi.

İçəridə üç inək vardı. Amma oğlan içəri girəndə tövlədə elə mooultu səsi elə böyürmə səsi gəldi ki, sanki tövlədə həmin anda 30 inək vardı.

Mööö....Mööö …Mayros böyürməyə başladı. -Demək ki, dünyada ədalətli deyilən bir şey hələ də qalıb.

Mööö…Möööö. Üç inək birlikdə böyürməyə başladılar. O inəklərin nə demək istədiyini başa düşə bilmədi. Çünki onlar sanki bəhsə girmişdilər, hər biri digər ikisinin səsini batırmağa çalışırdı.

Oğlan istədi onlardan cırtdanın yerini soruşsun, amma o nə qədər etsə də, eşidilə bilmədi çünki inəklər hələ də var gücləri ilə bağırmağda idi. O bəzən onların üzərinə yad iti gətirib qısqırdırdı. İndi onlar həmin andakı kimi möhkəmdən böyürürdülər. Onlar böyürür, boyunlarını irəli uzadır və buynuzları ilə sanki məsafəni yoxlayırdılar.

– Bura, gəl görüm. Mayroz dedi. İndi sənə elə bir təpik vuracıq ki, sən onu ömrün boyu unutmayacaqsan.

– Bura gəl görüm. Qızılı Lili dedi. Gəl indi səni buynuzlarımın üzərində rəqs etdirəcəm.

– Gəl bura, sənə göstərəcəm mənim üzərimə taxta ayaqqabı atmaq necə olur. Yadında keçən yay mənə ayaqqabı atmışdın.

– Gəl bura mən sənə göstərəcəm adamın qulağına eşşəkarası yapışdırmaq necə olur. Qızılı Lili dedi.

Mayroz onların arasında həm ən yaşlısı həm də ən ağıllısı idi. O həm də ən dəlisov inək idi.– Bura gəl. O dedi. Gəl və mən səndən əvəzimi çıxım. Yadında sən neçə dəfə ananın məndən sağdığı inək vedrəsinə təpik vurub kənara atmışdın. Yadında anana necə əziyyət verirdin südü dağıdanda, yazıq arvad nə hallara düşürdü, necə gəlib ağlayırdı sənin etdikərinə görə!

Oğlan istəyirdi onlara qarşı belə nəzakətsiz və qaba rəftarına görə necə peşman olmasını söyləsin. O istəyirdi desin ki, bu gündən sonra heç zaman, bir də heç zaman pis əməl tutmayacaq. Bircə ona cırtdanın yerini söyləsinlər. Amma inəklər ona qulaq asmırdılar. Onlar elə dartınır, elə möhkəm böyürürdülər ki, oğlan onların bu dəqiqə buxovlarını sındaracaqlarından çəkinirdi. Beləcə o düşündü ki, yaxşısı budur elə sakitcə tövlədən çıxıb getsin.

O tövlədən çıxanda ürəyi əməlli sınmışdı. Anladı ki, yer üzündə heç kəs ona cırtdanı tapmağa kömək etməyi istəmir. Həm də çox güman ki, cırtdan tapılsaydı da heç nə dəyişməyəcəkdi. O fermanın hasarına dırmaşdı. Bura çoxdan mamır, şibyələrlə örtülmüşdü. Orada oturub başına gələnləri, bundan sonra olacaqları götür-qoy etməyə başladı. O bir də heç zaman qayıdıb insan olmayacaqdımı? Ata və ana kilsədən qayıdıb gələndə onları böyük bir surpriz gözləyirdi. Bəli, məhz surpriz! Özü də təkcə ata ilə ana üçün deyil, bütün eşidənlər üçün. Şərqi Vemmenhöqdan, Torpdan, Skerupdan insanlar axışıb gələcəkdilər. Bütün Vemmenhöq camaatı gəlib onun tamaşasına dayancaqdı.

Bəlkə də ata-anası onu Kivikdəki şəhər meydanına aparıb oradıkı mərkəzi bazarda nümayiş etdirəcəkdilər.

Yox! Bu barədə düşünmək belə dəhşətli idi! Ondansa onu bir daha heç bir insan övladı görməsə daha yaxşı olar.

Onun bədbəxtliyi sadəcə olaraq qorxunc idi. Dünyada heç kəs onun qədər bədbəxt deyildi. O daha bir insan deyildi, o əcayib bir varlıq idi.

Yavaş-yavaş o insan olmamanın nə anlam verdiyini dərk etməyə başlayırdı. O indi hər şeydən ayrılmışdı: o daha başqa oğlanlarla oynaya bilmirdi, valideyinləri harasa gedərkən fermaya göz qoya bilməyəcəkdi və əlbəttə ki, daha heç bir qız onunla evlənməyin xəyallarını qurmayacaqdı.

O oturub evə baxırdı. Bu balaca, taxtadan düzəlmə bir ev idi. Ev o qədər mayili idi ki, adam qorxurdu bu dəqiqə tavanı sökülüb yerə töküləcək. Evin həyəti də balaca idi. Yerə metlax döşənmişdi, elə dar idi ki bir at oradan güclə keçib dönürdü. Amma bu yer hər nə qədər kasıb və balaca olsa da indi onun üçün çox böyük görsənirdi. İndi isə o tövlənin döşəməsinin altında bir oyuqda yerləşən evdən daha yaxşısına ümid edə bilməzdi.

Hava möhtəşəm idi. Sözlə ifadə edilə bilinməyən gözəl hava vardı. Quşlar cəh-cəh vurur, cırcıramalar öz nəğməsini oxuyur, sular şırıltı ilə axırdı. Amma oğlan içində böyük bir kədər əyləşmişdi. Onu bir daha heç nə xöşbəxt edə bilməyəcək. O daha xöşbəxt ola bilməz.

O səmanı heç zaman bugünki kimi aydın görməmişdi. Bir dəstə quş səmada qanad çalıb onun başının üzərindən uçdu. Onlar başqa ölkələrdən uçub gəlmidilər. yolüstü Baltik dənizini, Smyahuku keçmişdilər və indi şimal istiqamətində gedirdilər. Bu dəstənin içində çox müxtəlif çeşidli quşlar vardı. Ona yalnız vəhşi qazlar tanış gəldi, onlar iki uzun xətt boyu uçurdular. Xətlər cərgənin ləp önündə qarşılaşırdı.

Artıq bir neçə vəhşi qaz dəstəsi onun başının üzərindən uçub getmişdi onlar çox hündürdən uçsalar da oğlan onların çığırtılarını aşağıdan eşidə bilirdi: təpələrə doğru, biz indi təpələrə doğru uçacayıq!

Vəhşi qazlar aşağıda, fermada gəzişən ev qazlarını görəndə bir az alçaqdan uçaraq onlara qışqırdılar: Gəlin siz də. Gəlin siz də! Biz təpələrə doğru uçuruq.

Ev qazları şirnikləndilər və başlarını qaldırıb vəhşi qazları dinlədilər. Sonra isə çox böyük həssaslıqa cavab verdilər: Bizə burada da kifayət qədər xoşdur. Bizə burada da kifayət qədər xoşdur!

Qeyd edildiyi kimi elə təmiz və sağlıqlı hava vardı ki, bu havada süzərək səmada uçmaq bir başqa zövqlü məşğuliyyət olmalı idi. Həqiqətən də qeyri-adi dərəcədə gözəl bir gün idi. Və başlarının üzərindən uçub gedən hər bir yeni qaz dəstəsi yerdəki ev qazlarını daha da həvəsləndirir, həyəcana gətirirdi. Hətta bir neçə dəfə fikrilərini dəyişib qanad çalmağa da cəhd elədilər. Amma bu uğursuz cəhdlərdən sonra hər zaman ana qaz yaxınlaşıb onlara deyərdi: Yaxşı, yaxşı axmaqlamayın. Nə var orada? O yazıqlar həm aclıqdan, həm də soyuqdan əziyyət çəkəcəklər.

Orada məcərapərəst cavan erkək bir qaz vardı. O bu dəfə israrla dedi: əgər bir dənə də vəhşi qaz dəstəsi gəlib keçsə mən onlara qoşulub uçub gedəcəm.

Və budur, başqa bir qaz dəstəsi daha öncəkilər kimi onları qışqır-bağırla səsləyərək uçub gedirdilər. bu zaman cavan erkək qaz qışqırdı: Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin, mən də gəlirəm.

O qanadlarını pərvazlandırıb havaya atılmağa hazır bir vəziyyət aldı. Amma uçmağa heç öyrəncəli olmadığından elə həmin anda yerə yıxıldı.

Hər bir halda, vəhşi qazlar onun sözünü artıq eşitmişdilər. Çünki hazırda onlar bütün dəstə ilə geri qayıdıb ona tərəf uçurdular. Qazlar yerdəki qazın həqiqətən onlara qoşulub-qoşulmayacağını dəqiqləşdirmək istəyirdilər.

–Uçmayın, gözləyin. Uçmayın, gözləyin. O belə deyib növbəti cəhdini elədi.

Oğlan hasarda oturmuşdu və bütün bunları eşidirdi. Əgər bu iri, cavan, erkək qaz qoşulub onlara getsə bu çox pis olacaq. o öz-özünə düşündü. Atamla anam kilsədən qayıdıb onu yerində görməsələr bu onlar üçün böyük bir itki olacaq.

O burada düşünərkən yenidən tamamilə köməksiz və bambalaca olduğunu unutdu. O tullanıb yerə düşdü və erkək qaza yaxınlaşıb əllərini onun uzun boynuna doladı və dedi : Yox, cənab bu dəfə uçub getməyin! Oğlan bunu deyib ağladı.

Amma elə həmin anda erkək qaz uça bilməyin planlarını cızırdı. O bir daha cəhd edib qanad çalıb yaxınlaşmaqda olan vəhşi qazlara qoşulmağı arzulayırdı. O dayanıb oğlanı silkələyib boynundan ata bilməzdi. Elə bu səbəbdən də onlar birlikdə havaya qalxdılar.

Onlar birlikdə elə sürətlə səmaya doğru uçurdular ki, oğlan macal tapıb nəfəs də ala bilmirdi. İmkan tapıb qazın boynunu buraxana kimi bir də gözlərini açdı ki, artıq yerdən kifayət qədər hündürlükdədir. O qədər hündürdə idi ki, oradan yıxılsaydı elə həmin an da ölə bilərdi.

Özünü daha da rahat hiss etməyin bircə yolu vardı: qazın uzun boynundan bərk-bərk yapışmaq. Və o bütün gücün toplayıb əllərini bərk-bərk qazın boynuna doladı və bir az önə doğru süründü. Əlləri sürüşdüyündən onun üçün bərk tutunmaq çox böyük əziyyət bahasına başa gəlirdi. Hələ qazın hər qanad vurduğunda yerə düşmək qorxusu onun ürəyini qorxudan ağzına gətirirdi. O var qüvvəsini səfərbər edib əlləri ilə qazın lələklərindən möhkəm yapışmışdı.




BÖYÜK DAMA-DAMA PARÇA


Oğlan çaşqınlığdan özünü elə itirmişdi ki, özünə gələ bilmək üçün bir müddət zamana ehtiyac duydu. Külək qulağının dibində ulayır, uzunu-gözünü yalayırdı. Qazanın hər qanad çalması, lələklərin küləyin təsirindən tərpənməsi isə onun üçün fırtına effekti yaradırdı.

Onun ətrafında düz on qaz fısıldayaraq, qanad çalaraq uçurdular. Onlar onun gözü qarşısında rəqs edir, müxətlif səslər çıxarır və əylənirdilər. Oğlan qazların yüksəkdən yoxsa alçaqdan, yaxud hansı istiqamətə doğru uçduqlarından tamamilə bixəbər idi.

Bir müddət keçəndən sonra oğlan bir qədər sakitləşib özünə gəldi. o başa düşdü ki, qazların onu hara götürdüyünu öyrənməlidir. Amma bu elə də asan deyildi. Çünki o cəsarətini yığıb o hündürlükdən aşağı baxa bilmirdi. Əmin idi ki, buna cəhd eləsə ürəyi elə həmin dəqiqə yatacaq.

Vəhşi qaz sürüsü elə də hündürdən uçmurdu, çünki onların yeni səyahət yoldaşları hündüdəki seyrək havada boğula bilərdi. Onun xətrinə onlar bu dəfə həmçinin bir qədər aşağdan uçurdular.

Nəhayət oğlan cəsarətini toplayıb bir gözü ilə aşağı baxa bildi. Sonra oğlan elə təsəvvür elədi ki, sanki o böyük, dama-dama bir parçanın üzərinən uçur.

– Bura haradır? Mən indi hara uçuram? O öz-özünə sual verdi.

O aşağıda yalnız bir-birinin üzərində olan damalar gördü. Bəziləri enli idi və kəsişirdi bəziləri isə uzun və ensiz idi. Aşağıdan ancaq bucaqlar və künclər nöqtə kimi görsənirdi. Başqa heç nə! Nə dairəvi nə də əyri bir obyekt nəzərə çarpmırdı.

Bu nə cür damalı parçadır belə? Oğlan sual verdi. Oğlan soruşdu, amma bu sualına heç kəsdən cavab gözləmədi.

Amma qəfildən onu dövrəyə alan vəhşi qazlar çığırdılar: Sahələr və çəmənliklər! Sahələr və çəmənliklər!

Həmin anda o başa düşdü ki, bayaqdan ona yuxarıdan dama-dama parça kimi görünən yerlər cənubi İsveçin düzəngah əraziləri, zəmiləri imiş və oranın niyə belə çoxrəngli və dama-dama görünməyini artıq başa düşməyə başlayırdı. O ilk əvvəl parlaq yaşıl damaları tanıdı, onlar payızda biçilən çovdar sahələri idi. Qış qarının altında qaldıqlarından yaşıl rənglərini qorumuşdular. Sarımtıl boz damalar isə küləş sahələri idi, öncəki yay orada bitən yulaf bitkisinin qalıqları. Qəhvəyi görsənənlər bildirdən qalan yonca idi. Qara dama kimi görünənlər isə tərk edilmiş otlaq sahələri, yaxud da şumlanmış taxıl zəmiləri idi. Sarı çıxıntılı qəhvəyi damalar yüz faiz fıstıq meşələri idi. Orada sən həmçinin meşənin ürəyində bitən, qışda isə çılpaqlaşan nəhəng bir ağaca da rast gələ bilərsən. O ağacı dövrəyə alan fıstıq ağacları isə öz quru, saralmış yarpaqlarını yazın gəlişinə kimi qoruyub saxlaya bilirlər. Yuxarıdan həmçinin ortası boz olan qara damalar da görsənirdi. Onlar böyük insanların tikdiyi mülklər idi, ətraflarında isə damlarına saman döşənmiş balaca kotteclər nəzərə çarpırdı. Evləri bir-birindən daş arakəsmələr ayırırdı. Qəhvəyi sərhədlərin arasında yaşıl damalar da gözə dəyirdi. Onlar meyvə bağları idi, oradakı ot xalısı artıq yamyaşıl rəng almışdı. Digər tərəfdən isə onları əhatə edən ağaclar və kollar isə hələ də çılpaq qəhvəyi rənglərini qoruyub saxlamışdılar.

Yuxarıdan hər şeyin belə dama-dama görsənməyinə oğlan uğunub güldü.

Amma vəhşi qazlar onun belə gülməyini görəndə sanki onu məzəmmət edirmişlər kimi hamısı bir ağızdan : Məhsuldar və yaxşı torpaqlardır, məhsuldar və yaxşı torpaqlardır dedilər.

Oğlan artıq ciddiləşmişdi. Nəyə gülürsən? O özünə dedi. Hansı gününə gülürsən? Sən ki, bir insanın qarşıla biləcəyi ən böyük bədbəxtliklə qarşılaşmısan. Və bir anlıq o çox ciddi bir sima aldı. Amma çox keçmədən yenidən uğunub getdi.

İndi o artıq həm hündürlüyə həm də sürətə bir qədər alışmışdı və belədə erkək qazın lələyindən bərk-bərk yapışarkən başqa şeylər barədə də düşünə bilirdi. O şimala doğru uçan neçə-neçə quş dəstəsinə göz qoydu. Səma köç edən quş dəstələri ilə dolu idi. Dəstələr bir-birinin yanından keçərkən qışqırır, salamlaşırdılar.

– Hə, siz onda bugün gəlmisiniz. Onlardan biri soruşdu. Hə, bu gün qazlardan biri cavab verdi. Səncə bu yaz necə keçir?

– Ağaclarda bir dənə də olsun yarpaq yoxdur, göllərin suyu isi buz kimi soyuqdur.

Qazlar yarıçılpaq ev quşları görən kimi çığır-bağır salır onları da yuxarı, özləri ilə uçmağa səsləyirdilər. sonra isə soruşurdular:

– Buranın adı nədir? Qazlar soruşdu

Bu zaman isə xoruzlar başlarını yuxarı qaldırıb cavab verdilər:

– Buranın adı bu il Lilleqardedir. Keçən il də bura belə adlanırdı. Keçən il də bura belə adlanırdı.

Evlərin əksəri Skonedəki adətə görə sahiblərinin adları ilə adlanırdı. Amma bu “Per Matssonsun evidir”, Bu Ola Bussonun evidir” deməkdənsə xoruzlar bu evləri öz dillərinə uyğun çağırmağa üstünlük verirdilər. kasıb kotteclərə aid olan balaca fermalarda yaşayanlar isə cavab verirdilər:

– Bu yerin adı Qeyskasdır. Ən kasıb daxmalara məxsus olanlar isə qışqırırdılar:

– Bu yerin adı “yeməyə bir şey yoxdur”, “yeməyə bir şey yoxdur”, “yeməyə bir şey yoxdur”

Ərazisi böyük, gözəgəlimli fermalar xoruzlardan yüksək səslənən yaxşı adlar qazanmışdılar: “ Xöşbəxt çəmənlik” “Yumurta sahili” yaxud da “Pul vadisi” kimi…

Amma varlı malikanələrin xoruzları özlərini çox yuxarıdan aparırdılar. Onlar yaşadıqları yerin adını elə ucadan çığıraraq deyirdilər ki, sanki səslərinin günəşə kimi gedib çıxmasını arzulayırdılar: Bura Herr Diybekin malikanəsidir. Keçən il də bura belə adlanıb, ondan əvvəlki il də.

Bir az irəlidə isə bir xoruz boynunu göylərə dikib banlayırdı: Bura Svanholmdur! -Əlbəttə ki, bütün dünya bunun belə olduğunu bilir.

Oğlan fikir verib başa düşdü ki, qazlar yalnız düz istiqamətdə uçmurlar, onlar ölkənin cənub rayonları üzərində ziqzaqvari, gah o tərəfə gah bu tərəfə uçuşlar həyata keçirirlər. Onlar sanki yenidən Skonedə olmaqdan çox məmnun idilər və buradakı hər bir yaşayış məntəqəsinə öz hörmətlərini çatdırmaq arzusunda idilər.

Onlar bir yerə gəlib çıxdılar, burada yöndəmsiz tikilmiş çoxsaylı binalar, uzun-uzun bacalar, ətrafda isə çoxsaylı balaca evlər vardı. Bura “Yurdberqa şəkər təmizləmə” fabrikidir. Xoruzlar qışqırdı. Qazın üstündə oturan oğlan bu sözü eşidib əsməyə başladı. O gərək bu yeri tanıyardı, bura axı onun evindən elə də çox uzaqda yerləşmirdi.

O burada keçən il nəzarətçi kimi işləmişdi. Amma yuxarıdan baxanda hər şey başqa cür görsənir. Ona görə bu məkan ona fərqli görsənirdi.

Bir düşün. Sadəcə düşün! Keçən il balaca Mats və Osa onun dostları olmuşdur. Həqiqətən də oğlan onlardan xəbər tutsa çox xöşbəxt və sevincli olardı. Görəsən onlr haradasa buralarda idimi? Təsəvvür elə, onlar oğlanın onların başı üzərindən uçub getdiyinin fərqində olsaydılar nə edərdilər?

Tezliklə Yurnerqa gözdən itdi və onlar indi Svedala və Skaber gölünə doğru uçurdular, sonra geri qayıdıb Börinq manastırının üzərindən və Hokeberqdən keçəcəkdilər. Bu gün oğlan Skoneni əvvəlki illərdə heç görmədiyini qədər görmüşdü. Bu gün bir dəfədən daha artıq keçmişdilər buradan.

Vəhşi qazlar aşağıda ev qazları görəndə bu onlar üçün çox əyləncəli olurdu. Sonra onlar həddən artıq aşağı sürətlə uçur və qışqırırdılar:

– Gəlirsiz bizimlə? Gəlirsiz bizimlə?

Amma ev qazları bu təklifə belə cavab verirdilər:

– Bu ölkədə hələ qış bitməyib. Siz çox tez çıxmısınız. Uçun gedin geriyə. Uçun gedin geriyə.

Vəhşi qazlar daha da yaxşı eşidilmək üçün bir az daha alçaqdan uçaraq yenə çağırdılar: gəlin bizə qoşulun, biz də sizə üzməyi və uçmağı öyrədəcəyik.

Bu sözlərin müqabilində ev qazları dəliyə dönür və vəhşi qazlara heç bir cavab vermirdi.

Vəhşi qazlar asta-asta yerə doğru yaxınlaşıb elə uçmağa başladılar, adama elə gəlirdi ki, bu dəqiqə onlar torpağa toxunacaqlar, amma birdən-birə də ildırım sürətiylə qanad çalıb yenidən yüksəklərdən uçmağa davam etdilər. sanki onlar nədənsə qorxdular. Oh, oh, oh, onla qışqırdılar. Bu varlıqlar qaz deyillər ki. onlar yalnız qoyunlardır. Onlar yalnız qoyunlardır.

Aşağıdakı heyvanlar isə əsəbdən özlərinə yer tapa bilmirdilər. Onlar uçan vəhşi qazlara tərs-tərs baxıb dedilər:

– Sizi görüm ovçu gülləsinə tuş gələsiniz! Dəstəniz qırılsın, dəstəniz qırılsın!

Oğlan bütün bu sataşmaları, söz mübarizəsini eşidəndə güldü. Sonra başına gələn hadisə yadına düşdü və onu ağlamaq tutdu. Amma növbəti anda o artıq yenidən gülürdü.

Əvvəl o ömründə heç bir dəfə belə sürətlə uçmamışdı. Amma digər tərəfdən də o hər zaman sürətli və ucadan uçma arzusunda olmuşdu. Və əlbəttə ki, onun heç ağlının ucundan da keçməzdi ki, yuxarıda belə təravətli və gözəl hava ola bilər. Yerdən göylərə belə gözəl qatran və torpaq iyinin ucalmasını da o təsəvvür etmirdi. Göylərdə uçmaq, bu qədər hündürdən yeri müşahidə etmək onun xəyal edə biləcəyi bir gerçəklik deyildi. Bu şəkildə uçmaq yüngüllük, dərdi-səri unutmaq, pis düşüncələrdən uzaq olmaq demək idi…




İKINCI BÖLÜM





KEBNEKAYSEDƏN OLAN AKKA


Vəhşi qazlarla ölkənin cənub torpaqları üzərində dövrə vurmağa ona icazə verdikləri üçün böyük cavan ev qazı çox fəxr edirdi. O birlikdə uçduğu vəhşi qazlarla arabir zarafatlaşmağa da imkan tapırdı. Amma hər nə qədər də xöşbəxt olsa axşam düşdükcə o özündə yorğunluq hiss eləməyə başladı. O hər nə qədər də dərindən nəfəs almağa və tez-tez qanad çalmağa cəhd eləsə də vəhşi qazların uçuş sürəti ilə ayaqlaşa bilmir, onlardan geri qalırdı.

Dəstənin axırında uçan qazlar bu ev qazının artıq yorulduğunu və geri qaldığını müşahidə edən kimi dəstənin ortasında uçan rəhbər qaza bu barədə məlumat verdilər: Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

– Hə, nə istəyirsiz? Rəhbər qaz cavab verdi.

– Ağ qaz dala qalacaq! Ağ qaz dala qalacaq!

– Ona deyin ki, sürətli uçmaq yavaş uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri deyib heç nə olmamış kimi uçuşuna davam etdi.

Əlbəttə ki, erkək ev qazı deyilən məsləhətə əməl etdi və sürətini artırmağa çalışdı. Amma tezliklə o elə yoruldu ki, artıq qanad çala bilmədi və sürətlə aşağıya, çəmənliklərə və qol-budaqlı söyüd ağaclarına doğru enməyə başladı.

Kebnekaysdan olan Akka! Kebnekaysdan olan Akka!

Dəstənin sonunda uçan və ev qazının üzləşdiyi çətinlikləri yaxından görən qazlar çığırdı.

– Hə, yenə nədir, nə istəyirsiz məndən? Rəhbər qaz dedi. Bu dəfə o həddən artıq acıqlı səsləndi.

– Ağ qaz daha çatdırmır, o yerdə düşəcək. Vəziyyəti pisdir.

– Ona deyin ki, hündürdən uçmaq alçaqdan uçmaqdan daha asandır. Rəhbər qaz bu sözləri heç geri çevrilmədən dedi və yoluna əvvəlki kimi davam etdi.

– Erkək ev qazı bu məsləhətə də əməl etməyə çalışdı amma hündürə qalxanda külək onu elə vurdu ki, az qala sinəsindəki tüklər yanacaqdı.

– Akka! Akka!dəstənin sonunda uçan qazlar yenidən rəhbər qaza xitab etdilər.

– İmkan verməyəcəksiz mən rahat uçum? Rəhbər qaz bu dəfə əvvəlkindən də acıqlı çımxırdı.

– Ağ qaz bu dəqiqə yerə düşəcək.

– Ona deyin ki, əgər dəstə ilə uçmaq üçün kifayət qədər güclü deyilsə, o zaman evə qayıtsa yaxşıdır. Rəhbər qaz qışqırdı. Onun əlbəttə ki, sürətini azaltmaq fikri yox idi və o yoluna əvvəlki kimi davam etdi.

– Hmm. Demək məsələ bu imiş. Ev qazı elə o anda başa düşdü ki, rəhbər qazın onu özü ilə Laplandiyaya aparmaq fikri yox imiş. O sadəcə olaraq onu şirnikləndirib evdən çıxartmaq istəyirmiş. Vəssalam!

O hiddətləndi. Bu dəmdə gücünü itirmək ona çox ağır gəlirdi. Belədə o bu özündənrazılara ev qazlarının gücünü, nəyə qadir olmasını göstərə bilməyəcəkdi. Onda belə çıxırdı ki, ev qazları heç nəyə yaramırlar. Amma işin ən pis tərəfi o idi ki, o Akka adlı rəhbər qazla bəhsə girmişdi. Bu çox xüsusi məqam idi. O ev qazı olsa da Akka adlı rəhbər qaz barədə eşitmişdi. Onun yaşı yüzdən artıq idi. Onun elə gurultulu adı vardı ki, dünyanın ən yaxşı vəhşi qazları belə onun arxasınca gedirdi. Amma Akkanın və onun dəstəsinin bu ev qazına olan nifrətləri açıq-aşkar hiss olunurdu və erkək ev qazı çox böyük məmnuniyyətlə onlarla bərabər olduğunu bu özünü bəyənmişlərə göstərərdi.

O geri qayıdıb-qayıtmamağı, sonra kimi dəstə ilə uçub-uçmamağı beynində götür-qoy edərək dəstənin lap axırında asta sürətlə uçurdu. Nəhayət sonda onun belində oturan balaca varlıq dedi:

– Əziz erkək qaz Morten. Sən bilirsən axı, sən heç zaman bu qədər məsafə uçmamısan, bu qədər uzaq yol qət edib vəhşi qazlarla bərabər Laplandiyaya uça bilməyəcəksən. Özünə qəsd etməmiş geri qayıtmaq sənin üçün daha yaxşı seçim olmazmı?

Amma fermerin oğlu ev qazının indiyə kimi tanıdığı ən pis varlıq idi və qaz başa düşəndə ki, onun belindəki bu fərasətsiz, balaca varlıq onun bu səyahəti gerçəkləşdirə biləcəyinə inanmır daha da hiddətləndi. Bu zaman o oğlana xəbərdarlıq etdi ki, əgər onun ağzından bir kəlmə daha çıxarsa yuxarıdan aşağı atacaq onu.

– Əgər bu barədə ağzından başqa bir kəlmə də çıxsa, səni növbəti üstündən uçacağımız arxa tullayacam! O bu sözləri deyəndən sonra onun qəzəbi ona elə bir qüvvət verdi ki, demək olar başqa qazlar kimi sürətli və hündürdən uçmağa davam etdi.

Onun bu tempi uzun müddət qoruyacağı az inandırıcı idi, buna heç ehtiyac da yox idi. Çünki bu anlarda sürətlə günəş qürub etməkdə idi, qaranlıq vaxtı isə vəhşi qazlar alçaqdan və asta sürətlə uçurlar. Oğlan və ev qazı nə baş verdiyini başa düşənə kimi vəhşi qazlar Vom gölünün sahilində yerə endilər.

Oğlan qazın belindən yerə hoppanıb düşündü: Yəqin ki, vəhşi qazlar gecəni burada qalmağı planlaşdırırlar.

O indi orta ölçülü gölün dar çimərliyində dayanmışdı. İndi bu gölə baxmaq heç də xoş deyildi. Qışdan qalan qalın buz qatı bəzi yerlərdə əriyib oyuqlar yaratmışdı, bəzi yerlərdə isə çatlar. Ona görə də çox pis bir mənzərə vardı. Onun önündə qara və kələ-kötür göl səthi vardı…

Buz artıq əriməyə başlamışdı. Bəzi yerlərdə parıldayan buz parçaları göl səthində üzürdü. Amma uzun sürən qışın qorxunc anlarını yada salmaq üçün bəzi qalın qara buz parçaları da gözə dəyirdi.

Gölün qarşı tərəfində isə seyrək evləri olan və açıq bir kənd vardı. Qazların endiyi yerdə isə sıx şam meşəsi qaralırdı. Adama elə gəlirdi ki, şam və küknar ağaclarının qışı özlərinə bağlı saxlamaq üçün sehrli gücləri var. Başqa hər yerdə torpaq çılpaq idi. Amma şap budaqlarının altında qalaqlanıb, bərkiyən qar artıq əriməyə başlayırdı, əriyirdi, donurdu, əriyirdi, donurdu. Buz kimi möhkəm olana kimi bu belə davam edirdi.

Oğlan arktik vəhşi təbiətdə gecələməli olduğunu düşündü. Bu fikir onun canını elə ürpəşdirdi ki, o çığırmaq istədi. Özünü çox ümidsiz və köməksiz hiss edirdi. Həm də çox ac idi. Bütün gün ərzində ağzına bir tikə də almamışdı. Amma indi yeməyə bir şey tapa bilərdimi buralardan? Mart ayında bu ərazilərdə nə ağacda nə də torpaqda yeməyə bir şey bitirdi.

Hə, o haradan yeməyə bir şey tapacaqdı, harada daldalanacaqdı, kim onun yatağını səhmana salıb səsləyəcəkdi? Bəs onu vəhşi heyvanlardan kim qoruyacaqdı?

Çünki indi günəş tam batmışdı, göl tərəfdən isə şaxta gəlirdi, hər tərəf qaranlığa büründüyündən ətraf daha da vahiməli bir görünüş alırdı. Soyuq, səssizlik və zil qaranlıq… Meşədən isə bu dəmdə vəhşi heyvanların qəribə səsləri gəlməyə başladı.

Bayaqdan göylərdə uçurdu, əhvalı da yerində idi oğlanın. İndi isə o bayaqkı yaxşı əhvaldan əsər-əlamət qalmamışdı. O ümidsizcəsinə ətrafa boylanır, yol yoldaşlarını axtarırdı.

Sonra isə oğlan baxıb gördü ki, erkən ev qazının durumu onunkundan daha betərdir. İndicə endiyi yerdə əllərini açıb uzanmışdı. Sanki ölməyə hazırlaşırdı. Boynunu da yerə söykəmişdi, gözlərini yummuşdu. Nəfəsi fısıltılı və ağır-ağır gəlirdi.

– Mənim əziz Morten qazım. Oğlan dedi. Gəl çalış bir-iki qurtum su iç. Buradan gölə cəmi iki addımdır.

Amma erkək ev qazı yerindən heç qımıldamadı da.

Oğlan zaman-zaman bütün ev heyvanlarına qarşı çox hörmətsiz və qəddar davranmışdı, bu qəddarlıqdan ara-sıra bu qaz da öz payını almışdı. Amma indi oğlan hiss elədi ki, bu yarımcan qaz yer üzərində onun yeganə həmdəmi və təsəllisidir. Bu baxımdan onu itirməkdən çox qorxurdu.

Oğlan qəflətən qaza tərəf gedib onu çəkməyə, sürüməyə, gölə doğru hərəkət etdirməyə çalışdı. Amma Morten çox ağır idi və bu iş həqiqətən də oğlan üçün çox məşəqqətli bir iş idi. Amma oğlan nəhayət bunu bacardı.

Erkək qaz birinci boynunu uzatdı. Bir anlıq o hərəkətsiz halda, orada sahildə uzandı. Bir an sonra başını suyun içərisində tərpətdi və ağzını su ilə doldurdu. Sonra isə o fəxarətlə qamışların arasında üzməyə başladı.

Vəhşi qazlar onun qarşısında göldə çimirdilər. Onlar ətrafa baxmırdılar və nə ev qazına nə də oğlana nəzər yetirdilər. Onlar çimir, dimdikləri ilə bədənlərini həşəratlardan, bitlərdən təmizləyirdilər.

Ev qazının bəxti gətirdi və levrək balığını dimdikləri ilə tutdu. Sonra o balığı gətirib oğlanın qarşısında minnətdarlıq hissi ilə qoydu.

– Sağol. Bu da sənə kömək etdiyin üçün hədiyyəm olsun.

Bu sözlər oğlanın bu gün ərzində eşitdiyi ilk xoş sözlər oldu. O özünü elə xöşbəxt, sevincli hiss elədi ki, istədi qollarını açıb qazın boynuna dolasın. Amma belə etmədi. O aldığı hədiyyəyə görə özünü xöşbəxt sanırdı. Birinci ona elə gəldi ki, çiy balığı yemək onun üçün mümkün olmayacaq, amma sonra qərara gəldi ki, sınasın.

Birdən yadına düşdü ki, şalvarının cibində bıçağı olmalıdır. Həmişə bıçağı arxa cibində saxlayırdı. Əlini cibinə atdı. Bıçaq orada idi, amma bıçaq o qədər balacalaşmışdı ki, lap kibrit dənəsi boyda idi. Bıçaq bu qədər balacalaşsa da, balığın pullarını təmizləməyə və onun içini yarmağa yetərli oldu. O balığı təmizləyib çiy-çiy yedi.

Oğlan yeyib doyandan sonra çiy-çiy balıq yediyindən utanc duydu. Offf…daha mən insan deyiləm. İnsan belə olmur. Mən artıq bir heyvana çevrilmişəm.

Oğlan yediyi müddətdə ev qazı sakit dayanıb ona tamaşa edirdi. Oğlan axırıncı tikəsini çeynəyib udandan sonra qaz ona sakitcə dedi: Bilirsən nə olub? Biz bütün ev quşlarına nifrət edən bir vəhşi qaz dəstəsinin tələsinə düşmüşük.

– Hə, mən bunu müşahidə elədim. Oğlan cavab verdi.

– Bircə mən axıra kimi tab gətirib onlarla bərabər Laplandiyaya kimi uça bilsəydim. Bilirsən bu mənim üçün necə böyük bir zəfər olardı?! O zaman mən onlara ev qazanın nəyə qədər olduğunu göstərərdim.

– Həəə. Başa düşdüm. Oğlan bu kəlmələri ağzından güclə, həvəssiz çıxartdı. Çünki oğlan gerçəkdən də ev qazının bu çətin işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma ona qarşı gəlmək də istəmirdi.

– Amma bilirsən, bu qədər uzun səyahətin öhdəsindən təkbaşına gələ biləcəyimə də əmin deyiləm. Səndən kömək istəmək niyyətindəyəm. Mənimlə bu səyahətə gedərsənmi? Oğlan əlbəttə ki, bacardığı qədər tez bir müddətdə evə qayıtmaqdan başqa heç nə barədə düşünmürdü. Bu sual qarşısında oğlan nə cavab verəcəyini bilmədi. O karıxıb qaldı.

– Mən də elə bilirdim ki, biz ikimiz düşmənik. Sənlə mən. O dedi. Amma belə görünür ev qazı bu düşmənçiliyi tamamilə unutmuşdur. O sadəcə olaraq bu dəqiqə oğlanın onun həyatını xilas etməsini xatırladırdı.

– Mən axı atam-anam üçün darıxıram. İstəyirəm tez evə dönəm, gedəm onları görəm.

– Yaxşı, mən səni qaytaracam geriyə. Bunu payızda bir gün edəcəm. Erkək qaz onu əmin etdi. Mən səni ayaqların evinizin kəndarına dəyməmiş tərk etməyəcəm. Söz verirəm!

Oğlan düşündü ki, bir müddət valideyinlərinin onu gör-məməsi elə də faciəvi bir durum deyil. O bu təklifi rədd etməyə meyilli deyildi və erkək qazın bu təklifinə “hə” dedi. Birdən onlar arxa tərəfdən gumbultu eşitdilər. Vəhşi qazlar elə bu dəqiqə göldən sahilə çıxdılar. Hamısı bir anda. Sahilə yan aldılar və qanadlarını çırpmağa başladılar. Sonra isə onlar rəhbər qaz mərkəzdə olmaq şərtiylə bir cərgə duzəldib ev qazı ilə oğlana tərəf gəlməyə başladılar.

Ağ ev qazı gələn vəhşi qazların ölçülərinə baxdıqca narahatlıq keçirirdi. O vəhşi qazların da ev qazlarına oxşar olmasını gözləyirdi. O elə bilirdi ki, ev və vəhşi qazlar bir-birinə mehriban dostluq münasibəti ilə bağlanacaqlar. Onlar ev qazından bir xeyli balaca idilər və heç biri ağ rəngdə deyildi. Onların hamısı boz rəngdə idi, bədənlərində bəzi qəhvəyi lələklər də gözə çarpırdı. Onlar gözləri sapsarı idi və sanki onların içərisində ocaq qalamışdılar. Gözləri şölələnirdi. Ev qazına hər zaman asta-asta, becid olmayan addımlarla yeriməyi öyrətmişdilər. amma bu qazlar yerimirdi, onlar demək olar ki, qaçırdılar. Fəqət onu ən çox həyəcanlandıran qazların ayaqları idi. Onlar böyük, kobud və kələ-kötür dabanlara sahib idilər. açıq-aşkar görünürdü ki, vəhşi qazlar hara getdiklərinin, nəyin üzərində addımlamaqlarının fərqində deyildilər, onların heç nə veclərinə deyildi. Yol necə olsa da onlar yeriyirdilər, qaçırdılar. Digər yönləri təmiz və səliqəli olan bu qazların yalnız ayaqlarına diqqətlə nəzər yetirəndə vəhşi qazlar olmasını ayrıd etmək olurdu.

Ev qazı birtəhər imkan tapıb oğlana pıçıldadı: özün üçün bərkdən danış, amma kim olduğunu onlara bildirmə. Qazlar onlara lap yaxınlaşmışdılar.

Qazlar gəlib düz onların qarşısında dayanandan sonra uzun boyunlarını havada oynatmağa başladılar. Ev qazı da eyni hərəkəti bir neçə dəfə təkrarladı. Bu mərasim bitəndən sonra rəhbər qaz dedi: hə, məncə indi sizin necə bir varlıq olduğunuzu eşitmək vaxtıdır.

– Bizim danışmağa elə də çox sözümüz yoxdur, Morten dedi. Mən keçən yaz Skanorda doğulmuşam. Payız fəslində məni qərbi Vemmenhoqdakı Holqer Nilssona satdılar. Və mən o vaxtdan bəri orada yaşayıram.

– Hə nə olsun ki? Sadaladıqların sənə heç bir üstünlük vermir lovğalanmağa. Nəyə görə özün haqqında belə yüksək fikirdəsən ki, bizimlə oturub-dura, uça bilərsən?

– Bəlkə də sizlərə, vəhşi qazlara sübut etmək istəyirəm ki, bizlər, ev qazları da nəsə bacarırıq. Biz də qabiliyyətliyik. Ev qazı dedi.

– Hə, bunu bizə sübut etsən yaxşı olar. Rəhbər qaz çağırış etdi. Biz artıq sənin uçma qabiliyyətini müşahidə elədik, amma ola bilər ki, sən başqa idman növlərində daha qabiliyyətlisən.

– Bəlkə sən sürətli üzmədə bacarıqlısan?

– Yox. Mən bu qabiliyyətimlə lovğalana bilmərəm. Ev qazı Morten cavab verdi.

Artıq ona elə gəlirdi ki, cavablarının heç bir əhəmiyyəti olmayacaq və nə desə də onsuz da rəhbər qaz onu özlərindən ayırıb evə yollayacaq. Ona görə də suallara necə gəldi cavab verirdi.

– Mən heç zaman həyətimizdəki arxdan o tərəfə üzə bilmirəm. O etiraz elədi.

– O zaman belə güman edirəm ki, sən sprintersən. Həm sürətli qaçırsan həm də dözümlüsən. Rəhbər qaz dedi.

– Mən indiyədək heç bir vəhşi qazın qaçmasını görməmişəm. Heç özüm də həyatım boyu qaçmamışam. Bu cavabla da o vəziyyəti olduğundan daha da qəlizləşdirdi.

Böyük, ağ ev qazı- Morten əmin idi ki, bu cavablardan sonra heç bir halda rəhbər qaz ona onlara qoşulmağa icazə verməyəcək. Bu səbəbdən o rəhbər qazın cavabını eşidəndə çox təəcübləndi.

– Sən suallara cəsarətlə cavab verdin. Və cəsarəti olan hər kəs gözəl bir yol yoldaşı ola bilər. Nə olsun ki, başlanğıcda bir qədər xəbərsiz, cahil təsir bağışlamısan.

Bizimlə bir neçə gün qalmağa nə deyirsən? Biz sənin yaxşı qabiliyyətlərini üzə çıxarana kimi.

– Hə, olar. Ev qazı- Morten cavab verdi. O həddən artıq xoşbəxt idi.

Bundan sonra rəhbər qaz əli ilə onun yanındakı oğlanı göstərib soruşdu:

– Yanındakı kimdir elə? Mən onun kimi varlıq görməmişəm heç zaman. -O mənim yol yoldaşımdır. Erkək qaz cavab verdi.

– O bütün həyatı boyu qazların dostu olmuşdur. Onu özümüzlə səyahətə apara bilərik. Buna əmin ol. O fayda verə bilər bizə.

– Hə ola bilər ki, ev qazı üçün o faydalı olsun. Rəhbər qaz dedi.

Onun adı nədir?

– Onun adı…onun bir neçə adı var. Ev qazı tələsik cavab vermək istəmədi. Çünki o əslində onun necə adlandığını və insan olmasını açıqlamaq istəmirdi. Hə, onun adı Tumbietotdur. O nəhayət sonda dedi.

– O cırtdanlar ailəsinə aiddirmi? Rəhbər qaz soruşdu.

– Bəs, sizlə vəhşi qazlar adətən hansı zamanda yatırsınız? Ev qazı soruşdu. İndi gözlərim yumulur. Çox yorğunam.

Ev qazı ilə söhbət edən qazın çox yaşlı olduğunu sezmək çətin deyildi. Onun bütün lələkləri buz kimi boz rəng almışdı, indi onun bədənində bir dənə də qara tükə rast gəlmək mümkün deyildi. Başı digər vəhşi qazların başından daha böyük idi. Ayaqları daha da kobud, pəncələri isə gəzməkdən çox yeyilmişdi. Lələkləri bərk, çiyinləri isə düyünlü idi, boynu nazilmişdi. Bütün bunlar onun yaşından irəli gələn əlamətlər idi. Bircə keçən zaman onun gözlərinə heç nə edə bilməmişdi. Onlar parıldayırdı, sanki onun gözləri başqa bədən üzvlərindən daha cavan qalmışdı.

O cəld bir hərəkətlə erkək ev qazına sarı döndü.

– Hə, başa düşdüm. Mən də Kebnekaysdan olan Akkayam. Və məndən sağda uçan qazın adı Vassiyaurdan olan İksidir. Məndə solda uçan isə Nuolyadan olan Kaksidir. Sağdan ikinci uçan qazın adı Saryekatakodan olan Kolmidir. Soldan ikinci uçan isə Svappavaradan olan Nelyadır. Və onların arxasında Oviksfyallendən olan Viisi ilə Şanqelidən olan Kuusi uçur. Və bir şeyi də bil ki, bunlar, bir də altı balaca qaz-onlardan üçü sağ cinahda, üçü isə sol cinahda uçurlar- hər biri dağlarda doğulub böyüyən əsl vəhşi qazlardır. Sən çaşma ha! Biz elə belə hər yoldan ötəni öz dəstəmizə qoşan avara qazlardan deyilik. Hə, bir də elə düşünmə ki, bic əcdadları haqqında bizə məlumat verməyən hər hansı bir qazla dostlaşa bilərik.

Rəhbər qaz bu məsələlər barədə məlumat verdiyi əsnada oğlan cəld iki addım atıb önə çıxdı. Ev qazının özü haqqında belə ətraflı danışması, onu təqdim etməyə növbə gələndə isə bir-iki ötəri məlumatla kifayətlənməsi ona heç xoş gəlməmişdi.

Mənim vecimdə də deyil heç nə. Mən sizdən özüm haqqımda heç nəyi sirr kimi saxlamaq istəmirəm. Mənim adım Nils Holqerssondur. Mən bir fermer oğluyam. Bu günə kimi mən bir insan idim, bu səhərə kimi daha doğrusu…indi isə… o bundan sonra sakit dayandı. O insan olduğunu bildirən kimi rəhbər qaz səksəndi və üç addım geri çəkildi. Bütün qaz dəstəsi isə daha da geriyə çəkildi. Qazların hamısı boyunlarını irəli uzadıb qəzəblə fısıldamağa başladı.

– Mən lap əvvəldən səni bu sahillərdə görəndən bundan şübhələnmişdim. Rəhbər qaz dedi. İndi isə buradan rədd olub gedə bilərsən. Biz öz aramızda insan ovladına dözə bilmərik.

– Belə bir şey mümkün deyil. Ev qazı Morten düşüncəli tərzdə dedi. Sizlər, cəsarətli vəhşi qazlar belə balaca varlıqdan qorxa bilməz axı. Yaxşı, sabah onu geriyə, evinə döndərərik. Bircə gün bizimlə gecələməyinə yəqin ki, etiraz etməzsiniz hə? Bizlərdən heç biri bu balaca, köməksiz varlığı gecənin bir aləmində vəhşi heyvanlarla dolu olan meşədən keçib evinə qayıtmasına razı ola bilmərik.

Vəhşi qaz yaxın gəldi. amma kənardan aşkar görünürdü ki, öz qorxusunu cilovlamaq ona çətin başa gəlir. Çünki ona öyrətmişdilər ki, insan gördünsə qorxmalısan. Fərqi yoxdur, həmin insan istər böyük olsun, istər lap xırda. Amma əgər sən onun əvəzinə and içə bilərsənsə ki, onun bizə heç bir xətəri dəyməyəck, bax o zaman o bizimlə qala bilər. amma bu gecəlik. Amma inanmıram ki, biz gecələdiyimiz yerlər sizin üçün eyni dərəcədə münasib ola bilər. Çünki biz bu gecəni orada, gölün ortasındakı buzlaqların üzərində yatacayıq.

O şübhəsiz ki, Mortenin onun bu sözləri qarşısında tərəddüd edəcəyini gözləyirdi. Morten isə özünü o yerə qoymadı.

– Siz əgər belə bir təhlükəsiz yataq seçmisinizsə, demək ki, çox ağıllısınız.

– Amma sən bu oğlanən artıq sabah evə qayıdacağına cavabdehsən! Rəhbər qaz dedi.

– O zaman mən də ona qoşulub geri qayıtmalı olacam. Çünki mən onu tərk etməyəcəyimə söz vermişəm.

– Sən də azadsan. İstəsən ona qoşulub bizi tərk edə bilərsən.

Bu sözləri deyən rəhbər qaz qanad çalıb göldəki bulud parçalarına sarı uçdu. Digər vəhşi qazlar da bir-birinin ardınca ora uçdular.

Oğlan Laplandiyaya uçmayacağına görə çox sevincli idi. Amma eyni zamanda bunun müqabilində şaxtalı gecəni açıq havada, buzun üzərində keçirəcəyi üçün də çox qorxurdu.

– Bu çox pis olacaq. O dedi. Bu həddən artıq pis olacaq. Hər şeydən öncə biz yəqin ki, soyuqdan donub oləcəyik.

Amma erkək qaz Morten yaxşı əhval-ruhiyyədə idi. Burada heç bir problem yoxdur. O dedi. Hər şey yaxşı olacaq. Bircə indi tələs və sahildən daşıya biləcəyin qədər özünlə ot və zir-zibil yığ.

Oğlan bir qucaq quru ot yığdıqdan sonra erkək qaz dimdiyi ilə onun yaxasından yapışdı, onu qaldırdı və buzun üzərinə atdı. Orada vəhşi qazlar hamısı dimdiklərini qoltuqlarının altına salıb yatmışdılar.

İndi isə gətirdiyin quru ot mənim altıma döşə, elə et ki, üstündə dayana bilim və donmayım. Sən mənə yardım et, mən də sənə. Erkək qaz dedi.

Oğlan onun dediyi kimi elədi. Oğlan işini görüb qurtardıqdan sonra erkək qaz Morten yenə də onu dimdiyi ilə götürüb qanadının arasına aldı. -Məncə sənə orada rahat və isti olacaq. Erkək qaz belə deyib onun üstünü qanadı ilə örtdü.

Oğlan elə məmnun qalmışdı ki, deməyə bir söz də tapa bilmədi. Onun yeri çox yumşaq və rahat idi. Amma necə dəhşət yorulmuşdu o… bir göz qırpımındaca yuxuya getdi.




GECƏ


Buz çox zaman xəyanətkardır və ona güvənmək olmaz. Bu gerçək bir faktdır. Gecənin bir aləmində Vomb gölünün artıq nazilmiş buzu çatladı. Bir iri parça qopdu və sahilə tərəf yön aldı. Elə alındı ki, buraların daimi sakini cənab tülkü Smirre bu qopan buz parçasını gördü. Smirre bu vəhşi qazların Vomb gölünün sahillərinə enməsini hələ axşam çağından görmüşdü. O zaman onlardan heç olmasa birini oğurlamaq onun ağlının ucundan da keçmirdi. Amma indi o birbaşa buzun üzərinə doğru addımladı.

Smirre buzlara bir xeyli yaxın olanda onun caynaqları buzu qaşıdı və qazları yuxudan oyatdı. Onlar qanad çalıb uçmağa hazır vəziyyətə gəldilər. Amma Smirre onlardan daha cəld biri idi. Sanki güllə dəymiş kimi o qabağa sıçradı, qazlardan birinin qanadından tutub yenidən sahilə doğru yön aldı.

Amma bu gecə vəhşi qazlar buz üzərində yalnız deyildilər, çünki onların arasında bir insan övladı da vardı- hər nə qədər balaca olsa da. Erkək qaz qanadlarını yana açıb çabalayanda oğlan yuxudan oyandı. O yumbalanıb buzun üzərinə düşmüşdü və indi də karıxmış halda orada oturmuşdu. Dördayaqlı balaca bir itin ağzında qaz buzun üzəri ilə qaçmağını görəndə o baş verənlərin səbəbini hələ dərk edə bilmirdi.

Bir anın içində oğlan heç nə düşünmədən qazı xilas etmək üçün həmin itə tərəf götürüldü. O yəqin ki ev qazının onun arxasınca dediklərini eşitdi:

– Ehtiyatlı ol Tumbietot. Amma oğlan bu balaca küçükdən qorxmaq üçün heç bir əsas görmürdü ona görə də cəsarətlə irəli atıldı.

Smirrenin apardığı vəhşi qaz oğlanın taxta ayaqqablarının buz üzərindəki taqqıltılarını eşitdi, amma sanki buna inana bilmədi. Nədir, yoxsa bu körpə məni bu amansız tülkünün caynağından xilas edə biləcəyini düşünür? Amma bu ümidsizliyə baxmayaraq o da qanad çalıb qaqqıldamağa başldı. Adama elə gəlirdi sanki o gülür.

Yəqin ki, bu dəqiqə buzun üzərindən soyuq gölə yıxılacaq. Vəhşi qaz düşündü.

Hava hər nə qədər qaranlıq olsa da oğlan diqqətlə çatları, yarıqları nəzərdən keçirir, addımını hara atacağına fikir verirdi. O çox ehtiyatlı idi. Bunun səbəbi isə o idi ki, hazırda o cırtdanlara məxsus gözəl görmə qabiliyyətinə sahib idi. O zil qaranlıqda belə qarşısındakı hər şeyi aydın seçə bilirdi. O sanki gündüzmüş kimi, həm sahili həm də gölü apaydın görürdü.

Tülkü Smirre gölün üzərində qaçandan sonra buz qurtardı və o torpağa ayaq basdı. Onun fikri qənimətini yuxarıdakı təpəyə doğru qaldırmaq idi. Bu anda oğlan qışqırdı:

– O qazı burax get!

Smirre onu çağıranın kim olduğunu bilmirdi, bunun üçün heç vaxt sərf etməyə də dəyməzdi. Buna görə də o geri çevrilmədi və addımlarını daha da yeyinlətdi.

Tülkü meşəyə doğru yönəldi, oğlan da onu gözləyə biləcək risk haqqında düşünmədən onun arxasınca qaçdı. Geriyə qayıtmaq nədir, əksinə vəhşi qazlar tərəfindən necə böyük nifrətlə qarşılandığı gəlib keçdi göz önündən, o istəyirdi onlara sübut etsin ki, insan övladı heç də aşağılıq biri deyil, o yaranmışların ən alisidir və yüksək düşüncəyə sahibdir.

O dəfələrlə həmin itin üstünə qışqırdı ki, qazı atıb getsin. -Sən necə bir itsən ki, bir böyük qazı oğurlayıb gedirsən, buna görə də heç utanmırsan? Onu bu dəqiqə burax. Yoxsa görəcəksən başına nə oyun gətirəcəm. Sənə demirəm burax onu. Yoxsa sənin sahibinə deyəcəm sən necə pis, alçaq hərəkət etmisən.

Smirre başa düşəndə ki, oğlan onu qorxunc itlə səhv salıb bu onu o qədər əyləndirdi ki, az qala qazı ağzından yerə salacaqdı. Smirre tarlalardakı siçovullarla, xırda gəmiricilərlə qidalanmaqdan xoşlanmırdı. Onlar ona bəs etmirdi. Ona görə də o oğruya çevrilib ətraf evlərdən, fermalardan qazlar, ördəklər oğurlayıb yeyərdi. Yaxşı bilirdi ki, bu ərazidə hamı qorxudan ondan tük salır. Amma uşaq vaxtından bu cür axmaq söz eşitməmişdi.

Oğlan o qədər sürətli qaçırdı ki, qalın palıd ağacları da sanki onun qarşısından əks istiqamətə doğru qaçırdılar. Və yavaş-yavaş o Smirreni haqlayırdı. Nəhayət o tülküyə o qədər yaxınlaşdı ki, əlini atıb onun quyruğundan tuta bildi. -Indi mən qazı sənin əlindən alacam. O tülkünün quyruğunu bacardığı qədər möhkəm sıxmışdı. Amma nə qədər etsə də Smirreni tutub saxlamağa onun gücü yetmirdi. Tülkü onu özü ilə sürüyüb aparmağa başladı.

Amma indi Smirre artıq onu izləyən varlığın necə zərərsiz biri olduğunu başa düşmüşdü. O dayandı qazı ağzından yerə saldı, qabaq pəncələrini onun üzərinə qoydu ki, tərpənə bilməsin, uça bilməsin. Elə onun boğazını dişləyib yemək istəyirdi ki, istədi bir az oğlanla məzələnsin.

– Tez elə də, nə gözləyirsən. Çünki bu dəqiqə dişləyib onu yeyəcəm. Get mənim sahibimə de ki, mən özümü pis aparıram.

Əlbəttə ki, bayaqdan təqib etdiyi itin belə qaba caynaqlarının və belə xışıltılı, kobud səsinin olması oğlanı təəcübləndirdi. Amma indi artıq tülkü onunla məzələndiyi üçün oğlan çox əsəbləşmişdi, onun üçün artıq qorxu anlayışı yox idi. O tülkünün quyruğundan daha da möhkəm yapışdı, o biri əli ilə isə qarağat kolundan tutdu. Və tülki çənəsini açıb qazı dişləmək istəyən anda bütün qüvvəsi ilə onun quyruğunu dartdı. Smirre elə təcübləndi ki, müqavimət göstərmədi. Belədə oğlan onu bir neçə addım geri çəkə bildi, bundan istifadə edən qaz isə qaçıb canını qurtardı. O qanad çalıb yüksəyə uçmağa cəhd etdi. Qanadlarından biri elə pis zədələnmişdi ki, o demək olar ki, ondan istifadə edə bilmirdi. Bundan əlavə meşənin zil qaranlığında o heç nə görə bilmədiyindən kor kimi idi. Bu səbəbdən o heç bir halda oğlana kömək edə bilməzdi. O birtəhər budaqlardan hündürə sıçrayıb, geriyə, gölə tərəf uçmağa başladı.

Tülkü oğlana tərəf çevrilib dedi:

– Hə nə olsun, bu qaçdı əlimdən, asanlıqla gedib başqa qaz tuta bilərəm. Onun səsindən necə hirsli olduğunu asanlıqla seçmək olurdu.

– Buna heç cəsarət etmə! Yenicə bir qaz xilas etdiyindən əhval-ruhiyyəsi yerində olan oğlan cavab verdi.

O hələ də tülkünün quyruğunu tutub saxlamışdı, tülki geri çevrilib onu tutmaq istəyəndə isə onu başqa istiqamətə burdu.

Meşədə beləliklə də bir rəqs başladı ki, gəl görəsən. Quru yarpaqlar belə uçuşlarını saxlayıb bu rəqsə baxmağa başladılar. Smirre o yan bu yana çevrilir, amma quyruğu da onunla bərabər çevrilirdi, beləliklə o oğlanı heç cür tuta bilmədi.

Oğlan bu oyunun başlanğıcında elə şənləndi ki, hər şeyi unudub gülməyə, tülkünün yöndəmsiz şəkildə onu tutmağa çalışmasına lağ etməyə girişdi. Amma tülkü səbrli davranırdı. Hər bir təcrübəli ovçu kimi o səbrlə öz məqamını gözləyirdi. Oğlan sonda tutula bilməkdən qorxmağa başladı.

O ildırım sürətiylə tülkünün quyruğunu buraxıb palıd ağacına dırmaşdı. Smirrenin başı isə fırlanmağa elə qarışmışdı o hələ oğlandan sonra da uzun müddət quyruğunun arxasınca fırfıra kimi fırlanmağa davam etdi.

– Narahat olma, daha rəqs edib özünə əziyyət verməyə dəyməz. Oğlan ağacdan dilləndi.

Amma Smirre bu alçaldıcı, təsirli məğlubiyyətlə elə-belə barışa bilməzdi. Odur ki, o heç yerə getməyib həmin ağacın altında oturdu və keşik çəkməyə başladı.

Oğlan nazik bir budağın üzərində oturmuşdu. Yeri rahat və təhlükəsiz deyildi. Bu cavan palıd ağacı hələ qol budaq atmamışdı, bu səbəbdən də oğlan onun budaqlarından istifadə edib digər bir budağa keçə bilmədi. Aşağı düşməyə isə onun sadəcə cəsarəti çatmırdı. O qədər donmuşdu , əlləri keyimişdi ki ona elə gəldi, sanki bu dəqiqə əlləri boşalacaq və o guppultu ilə yerə yıxılacaq. Hazırda o dəhşətli dərəcədə yuxulu idi, amma ağacdan yıxılmaqdan o qədər qorxurdu ki, gözünü yummağa da cəsarəti çatmırdı.

Amma bütün gecəni təkbaşına meşədə bir ağacın başında keçirmək də qorxunc bir təcrübədir. O əvvəllər heç zaman “ gecə” sözünün gerçək mənasını başa düşə bilməmişdi. Sanki ətrafda hər şey, hər bir canlı daşlaşmışdı və onlar heç zaman həyata geri dönməyəcəkdilər.

Sonra dan yeri sökülməyə başladı. Yenidən hər şey əvvəlki görkəmini almağa başlayırdı, oğlan buna görə çox sevincli idi. Amma soyuq daha da nüfuzedici olmuşdu, səhərin şaxtası gecənin şaxtasındn daha qüvvətli idi.

Nəhayət günəş üfiqdə göründü, o sarı deyildi, günəşin rəngi qırmızı idi. Oğlana elə gəldi günəş nəyəsə görə acıqlıdır. Amma o günəşin məhz nəyə acıqlandığını başa düşə bilmədi. Bəlkə ona görə ki, günəşin olmadığı zaman kəsiyində gecə yer üzünü bu qədər üşütmüşdür, ona qəmginlik bəxş etmişdir.

Günəş şüaları böyük salxımlarla yerə doğru gəlirdi. Onlar gecənin onların yoxluğundan istifadə edərək törətdikləri əməllərə baxmaq istəyirdilər. hər şeyin necə qızardığını aşkar görmək olurdu, sanki onlar özlərini günahkar hesab edirdilər, utanırdılar. Göydəki buludlar, palıd ağacının budaqları, yerdəki qarağat kolları, otların üzərinə örpək çəkən səhər ayazı…hər şey, hər şey utandığından qızarmışdı. Getdikcə günəş yerə daha çox ilıq şüalar göndərir və gecənin hürküsünü uzaqlara qovurdu, bununla da saysız-hesabsız canlı varlıqlar gözə görünməyə başladı. Qırmızı boğazlı qırxayaq budaqlarda hərəkət etməyə başladı. Ağzında qoz yuvasından çıxan dələ qalın bir budağın üzərində oturub onun ləpəsini yeməyə başladı. Haradansa ağzında soxulcan olan bir sığırçın uçub gəldi. Torağay isə ağacın hündür budaqlarından birinə qonub oxumağa başladı.

Oğlan günəşin bütün canlı və cansız varlıqlara bu sözləri deməsini başa düşdü:

– Oyanın və yuvalarınızdan çölə çıxın. Mən buradayam. İndi daha sizin nədənsə qorxmağınıza ehtiyac yoxdur.

Göldən vəhşi qazların səsləri eşidildi, onlar uçuşa hazırlaşırdılar. Və tezliklə on dörd qazın hər biri meşənin üzəri ilə dəstə halında uçurdular. Oğlan istədi qışqırıb onları çağırsın, amma qazlar elə hündürdən uçurdular ki, səsi onlara yetişmədi. Onlar yəqin ki, tülkünün onu yediyini düşünürdülər, çünki zəhmət çəkib heç məşədə onu axtarmırdılar da.

Oğlan hönkürtü ilə ağlamaq istədi. Amma portağal rəngli, xöşbəxt günəş onun başının üstündə idi. O oğlana belə söylədi:

– Nils Holqersson, sənin narahat olmağına gərək yoxdur. Nə qədər ki, mən buradayam sənə pis heç nə olmayacaq. O oğlana dedi.




QAZ TƏQIBI


Bir qazın səhər yeməyini yeməsinə gedən vaxt ərzində meşədə demək olar ki, heç bir dəyişiklik baş vermədi. Amma günortaya yaxın qaz haradansa təkbaşına uçub gəldi. O uçub gəldi və qalın budaqları olan bir ağacın gölgəsində dayandı. Sonra o çox ehtiyatla budaqların və yarpaqların arası ilə asta sürətlə uçmağa davam etdi. Tülkü Smirre onu görən kimi özünün ağcaqayın ağacının altında olan yuvasından çıxdı və ona doğru atıldı. Vəhşi qaz ondan qaçmadı, əksinə, qanad çalıb ona doğru uçdu və ona kifayət qədər yaxın getdi. Smirre onu tutmaq üçun bacardığı qədər hündürə tullansa da yenə boşuna cəhd etdi. Vəhşi qaz isə uçuşuna davam edib gölə doğru yön aldı.

Bir az keçmiş başqa bir qaz uçaraq gəlib buralardan keçdi, o da eyniylə birinci qazın yolu ilə getdi, alçaqdan və asta-asta uçdu. O da həmçinin tülkü Smirreyə çox yaxın məsafədən uçdu, elə yaxından ki, onun ayaqları hətta tülkünün qulaqalrına toxundu. Amma o da tülkünün yanından xata-balasız ayrılıb səssiz bir kölgə kimi uçaraq gölə doğru yan aldı.

Bir müddət də keçdi, bu dəfə başqa bir qaz səmada göründü, o da alçaqdan uçurdu, ağcaqayın ağaclarının budaqlarının arasından onun üçün yolu tapmaq çox çətin idi. Smirre var gücünü toplayıb yerdən sıçradı. Onun qazı tutmasına bir tük nazikliyi qədər məsafə qalmışdı, amma bu qaz da onun əlindən ucuz qurtuldu.

O uçub yox olan kimi, dördüncü qaz gözə göründü. O elə alçaqdan, elə pis uçurdu ki, tülkü Smirre onu heç bir əzab-əziyyətsiz tutacağını zənn etdi. Amma bu dəfə o uğursuzluqdan qorxduğuna görə qazı tutmaq üçün cəhd etmədi. O qazın sakit uçmasına şərait yaratmaq qərarına gəldi. O da başqa qazların uçduğu istiqamətdə uçurdu. Amma o gəlib düz Smirrenin üzərindən uçanda elə bir alçaq məsafədən uçdu ki, Smirre şirnikləndi və özünü saxlaya bilmədi. Tülkü elə hündürə tullandı ki, quyruğu ilə qaza toxundu da. Amma qaz cəld bir hərəkətlə yön dəyişdirdi və həyatın xilas etdi.

Smirre nəfəsini dərib özünə gəlməmiş cərgə ilə uçan daha üç qaz gözə göründü. Onlar da digər qazlar kimi həddən artıq alçaqdan uçurdular, Smirre onları tutmağa cəhd etsə də, əvvəlki hallarda olduğu kimi bu dəfə də cəhdi bir nəticə vermədi.

Bundan sonra beş qaz daha uçaraq gəldi, amma bu qazlar başqalarından daha yaxşı uçurdular. Düzdür onlar da Smirreni şinikləndirən hərəkətlər edirdilər, amma tülkü bu dəfə özünü saxlayıb tullanmadı. Uzun müddət aradan sonra səmada tənha bir qaz göründü. Bu on üçüncü qaz idi. Bu qaz elə qoca idi ki, tükləri tamam bozarmışdı, bədənində bir dənə də qara ləkə qalmamışdı. Böyük ehtimal o uçarkən yalnız bir qanadından istifadə edə bilirdi. Çünkü onun uçuşu o qədər bərbad, o qədər yavaş idi ki, az qala yerlə sürünürdü. Smirrenin onun üçün havaya hoppanmağa ehtiyacı belə yox idi. O sadəcə olaraq qazın arxasınca qaçır, tullanır və onu düz gölə kimi müşayət edirdi. Amma hətta bu dəfə də o şikarını ovlaya bilmədi. Bu qaz da başqa qazlar kimi xatasız-balasız onun əlindən qurtula bildi.

Sonuncu on dördüncü qaz ağappaq olduğu üçün çox gözəl görsənirdi. Və o böyük qanadlarını çaldıqca adama elə gəlirdi meşə işıqlanır. Elə parlaq idi bu on dördüncü qazın tükləri… Smirre bu qazı görəndə var gücünü toplayıb o qədər hündürə tullandı ki, başı ağcaqayın ağaclarının budaqlarına toxundu. Amma o bu qazı da tuta bilmədi.

İndi bir müddət ağacların altında, meşədə sakitlik hökm sürürdü. Adama elə gəlirdi bütün vəhşi qazlar artıq burdan uçub getmişdir.

Birdən tülkünün yadına öz əsiri düşdü, o başını qaldırıb cavan palıd ağacının budaqlarına baxdı. Bəli elə onun gözlədiyi baş vermişdi-oğlan orada yox idi.

Amma Smirrenin bu barədə çox düşünməyə vaxtı yox idi, çünki artıq göldən qayıdan ilk qaz budaqların altı ilə asta sürətlə uçurdu. Bugün bəxti heç gətirmirdi, amma Smirre yenə də onun geri qayıtmasına şad idi və o yay kimi gərilib var gücü ilə qazı tutmaq üçün havaya tullandı. Amma tülki vaxtı və istiqaməti düzgün hesablaya bilmədyinindən qazın lap yaxınlığına tullandı, ona toxuna bilmədi. Sonra ikinci qaz gəldi, sonra üçüncü, sonra dördüncü…Beləcə bütün qaz dəstəsi sonda həmin o qoca boz və ağ, parıldayan lələkli qaz olmaqla gəlib onun başının üzərindən uçub keçdilər. onların hər biri həm asta sürətlə həm də alçaqdan uçurdular. Gəlib ona lap yaxınlaşanda isə sanki “ məni tuta bilməzsən”, məni tuta bilməzsən” deyərcəsinə ona çox yaxın uçurdular. Smirre onların arxasınca qaçırdı, bir neçə metr hündürlüyə tullanırdı, amma sona kimi də onlardan heç olmasa birini də tuta bilmədi.

Bu Smirrenin indiyə kimi yaşadığı ən dəhşətli gün idi. Vəhşi qazlar onun başının üzərindən səyahət etməyə davam edirdilər. Onlar gəlib gedirdilər, bir müddər sonra yenə eyni şey təkrarlanırdı. Bütün günü meşənin başına hərlənən, alman tarlalarında, yaşıl çəmənlərində yeyib yağlanan, kökələn, dadlı vəhşi qazlar. Onlara hətta bir neçə dəfə toxunmuşdu da. Amma heç bir halda öz boş qarnını onların hesabına doyura bilməmişdi.

Qış hələ yerini yaza tam verməmişdi və Smirrenin yadında yaxınlara kimi gecə-gündüz boş, sərgərdan gəzib-dolaşmağı yadına düşdü, o zaman tülkü boş-boş gəzirdi, qarşısına ovlamaq üçün bir dovşan da çıxmırdı. Siçovullar isə donmuş torpağın altındakı yuvalarında gizlənmişdilər. Toyuqları da fermerlər hinlərə salıb qapılarını bağlamışdılar. Amma qışın aclığı bugünkü səhv hesablamalar qədər çətin gəlmirdi tülküyə. Bu gün onun üçün çox uğursuz keçirdi.

Smirre heç də cavan tülkü deyildi. Bir neçə dəfə itlər onun dalınca düşmüşdülər, bir neçə dəfə də güllə vıyıltısını düz qulağının dibində hiss eləmişdi. Ovçu tulaları onu təqib edərkən onlardan gizlənib həyəcanla ölümünü gözlədiyi anlar da olmuşdur, öldürülmək təhlükəsi də yaşamışdır bir neçə dəfə. Amma indiyədək yaşadığı heç nə, heç nə bu günkü məyusluqla müqaisə edilə bilinməzdi. Bu gün tülkü hər dəfə vəhşi qazlardan birini buraxanda ölçüyəgəlməz bir məyusluq yaşamışdır.

Səhər yenidən təqib başlayanda Smirre elə həvəsli görsənirdi ki, qazlar onun bu canfəşanlığını yenidən görəndə təəcübləndilər. Smirre öz yerini biruzə verməyi sevirdi. Onun dərisi parlaq qırmızı rəngdə, sinəsi ağ, burnu qara idi. Özü də şələquyruq idi. Təqibdən sonra tülkünün dərisi rəngini dəyişmişdi, özü qan-tər içində idi. Gözlərinə qaranlıq çökmüşdü. Geniş açılmış ağzından dili eşiyə çıxıb sallanırdı. Ağzından köpük gəlirdi.

Hətta gunorta vaxtı Smirre elə yorulub əldən düşdü ki, tərpənməyə taqəti qalmadı. Onun gözünə uçan yağlı, dadlı vəhşi qazlardan savayı heç nə görsənmirdi. O yer üzərində gördüyü hər bir kölgəyə hoppanırdı. Hətta bir neçə dəfə yazıq kəpənəklər onun qurbanına çevrildilər.

Vəhşi qazlar isə ara vermədən elə hey uçuşurdular. Bütün günü Smirrenin əzabı beləcə davam etdi. Onlar Smirrenin bu halına heç acımırdılar. Smirre isə əldən düşmüş, ac-yalavac və məyus halda hələ də hoppanırdı. Onlar yenə yaxından uçur Smirreyə acıq verirdilər, onlar başa düşürdülər də tülkü daha onları görə bilmir, yalnız onların gölgələrinin arxasınca havaya atılır.

Smirre tamam taqətdən düşüb quru yarpaqların üzərinə zəif və gücsüz halda çökəndə az qala ruhu bədənindən çıxacaqdı. Hə, bax bu zaman qazlar onunla məzələnməyi saxladılar.

–Hə, cənab Smirre, indi sən bilirsən Kebnekeysdən olan Akkaya yaxın gələnin aqibəti necə olur. Qazlar ona qışqırdılar. Bununla da onlar onu rahat buraxdılar.




ÜÇÜNCÜ BÖLÜM





NILSIN FERMAYA MÖHTƏŞƏM SƏYAHƏTI


Elə bu ərəfədə Skonedə çox söz söhbət yaradan, müzakirələrə səbəb olan, hətta qəzet səhifələrinə belə çıxan hadisələr baş verirdi. Çoxları baş verənlərə inanmaqda çətinlik çəkirdi, çünki bunun uydurma olduğunu sanırdılar, bu axı izahedilməz bir durum idi.

Hər şey belə idi: Bir dişi dələni Vomb gölünün sahillərində qoz ağacın altında tutdular və onu yaxınlıqdakı fermerin evinə gətirdilər. Bu xəzli quyruğu olan gözəl, balaca heyvanın seyrinə böyüklü-kiçikli ətrafda yaşayan hər kəs yığışmışdı. Dələnin ağıllı seyr edən gözləri, balaca xal-xal ayaqları vardı. İnsanlar bütün yayı onun çevik hərəkətlərinə, məharətlə qoz sındırıb yeməyinə, çıxartdığı müxtəlif oyunlara tamaşa edib əylənirdilər. Onlar çox tez bir zaman dələ üçün qəfəs düzəltdilər, daha doğrusu köhnə qəfəsi təmir edib içərisinə bir yekə yük maşını təkəri qoydular. Bu balaca evin qapısı da pəncərəsi də vardı və dələ oranı həm yataq həm də yemək otağı kimi istifadə etməli idi. Daha sonra isə insanlar dələ üçün ora bir qucaq quru yarpaq atdılar, bir çanaq süd və bir neçə qoz qoydular. Silindirvari təkəri dələ oyuncaq kimi istifadə etməli idi, o ora dırmaşa, təkərin başına dövrə vura və istədiyi oyunları oynaya bilərdi.

İnsanlar bütün bunları etdikdən sonra dişi dələnin özünü rahat, öz evindəki kimi hiss edəcəyini sansanlar da o heç də halından məmnun görünmürdü. Əvəzində dişi dələ qəfəsində qəmgin və dinməz-söyləməz otururdu. Bu durum isə insanları təəcübləndirirdi. Ara-sıra isə o bağırır, sanki ağrı içində imiş kimi səslər çıxarırdı. O verilən yeməyə toxunmurdu, qoyulan təkərin başına isə bircə dəfə də olsun dövrə vurmamışdı.

–Ola bilsin qorxur, ona görə özünü belə aparır, fermerler bu durumu izah etdilər. sanah bir az da sakitləşsin, görəcəksiniz, həm yeyəcək, həm də oynamağa başlayacaq.

Bu ərəfədə fermanın qadın sakinləri isə bayram tədarükü görürdülər, balaca dişi dələnin tutulduğu elə həmin gün onlar bayram piroqunu hazırlamaqla məşğul idilər. nəsə onların bu gün biş-düşdə bəxtləri heç gətirmirdi, ya xəmir gəlmirdi,ya da nəsə çatmırdı. Beləcə onlar gün batandan xeyli keçmişə kimi işləməyə məcbur oldular.

Təbii olaraq bu gün mətbəxtdə iş başdan aşırdı, get-gəl çox idi, heçkəs başını qaldırıb bir anlıq da olsun dələ haqqında düşünmək hayında deyildi. Amma fermada bir qoca qarı vardı, o piroq bişirmə prosesinə kömək etmək üçün həddən artıq yaşlı idi. Bunu o özü də yaxşı başa düşürdü, amma heç bir halda ümumi kütlədən geri qalmaq istəmirdi. Hamı kimi o da mətbəxtdə olmaq istəyirdi. Həmin gün o özünü çox məyus hiss edirdi, bu səbəbdən də o yatmağa getmədi və qonaq otağında pəncərənin qarşısında oturub həyəti seyr etməyə başladı.

İçəri çox isti olduğundan onlar mətbəxin qapısını açıq saxlamışdılar. Qapıdan keçən günəş şüaları fermanın həyətini də işıqlandırırdı. Hər tərəf süd kimi ağappaq olmuşdu, qoca qarı hətta qarşı tərəfdəki divardakı çatlarını və yarıqlarını belə aydın görərdi. O qarşı divardan asılmış dələ qəfəsini də gördü. Günəş oranı apaydın işıqlandırırdı. Və qadın bir dəqiqə də dayanmadan təkərin içərisinə, oradan isə yenidən otağına qaçan dələni gördü. Dələ bir an da olsun yerində dayanmırdı. Qadının diqqətini dələnin belə narahatlığı çəkdi. Yazığa nə olmuşdu görəsən? əlbəttə ki, qadın düşündü: yəqin gur işıq qoymur onu yatmağa.

Tövlə ilə atların saxlandığı yerin ortasında üstü örtülü bir qapı vardı. Gün oranı da işıqlandırırdı. Gecə keçdikcə qoca qadın balaca bir varlıq gördü, o çox balaca idi və bir əlin içi qədər olardı. Ehtiyatla, gizlənə-gizlənə qapıdan ötüb keçmək istəyirdi. Onun əynində dəri şalvar və başqa istənilən işləyən adamların ayaqlarında görməyə alışdığımız taxta ayaqqabılar vardı. Qoca nənə dərhal bu varlığın cırtdan olduğunu başa düşdü və o azacıq da olsa qorxu hiss etmədi. O hər zaman cırtdanların haradasa gizləndiklərini, üzə çıxmağa ehtiyat et-diklərini eşitmişdi, amma heç zaman bir cırtdan görməmişdi. Və cırtdan təbii ki, göründüyü hər yerə xöşbəxtlik gətirməsi ilə tanınırdı.

Cırtdan gəlib daş döşənmiş həyətə çatan kimi, oradan güllə kimi qaçaraq dələnin saxlanıldığı qəfəsə doğru götürüldü. Qəfəs çox hündür idi, ora dırmaşa bilməzdi, bu səbəbdən də cırtdan anbara qaçıb oradan bir qarmaq gətirdi, qarmağı qəfəsə keçirdi və yuxarı dırmaşmağa başladı. Dənizçi kəndirlə dor ağacına dırmaşan kimi. O qəfəsə çatanda balaca yaşıl evin qapısını silkələməyə başladı, o sanki qapını açmaq istəyirdi. Qoca nənə bunları görsə də yerindən tərpənmədi. Çünki o yaxşı bilirdi ki, uşaqlar qonşu həyətin oğlanları gəlib dələni oğurlamasınlar deyə qəfəsə qıfıl vurublar. Qoca nənə gördü ki, oğlan qəfəsin qapısını aça bilmir və bu zaman dişi dələ də təkərin içərisindən çıxıb oğlanın qarşısında dayanıb. Oğlan dustaq edilmiş heyvanın dediklərini dinlədikdən sonra qəfəsin cəftəsini aşağı endirdi və yenidən qaçaraq qapıdan çıxdı və yox oldu.

Qoca qadın bilirdi ki, həmin gecə artıq cırtdanı görə bilməyəcək, bununla belə o pəncərənin qarşısından çəkilmədi. Amma bir qədər sonra o qayıtdı. O elə tələsirdi ki, sanki uçurdu, ayaqları heç yerə dəymirdi. O yenidən birbaşa dələnin saxlandığı qəfəsə doğru istiqamətləndi. Uzağı yaxşı görən qoca nənə cırtdanın hərəkətlərini aydın müşahidə edə bilirdi. O həmçinin cırtdanın əlində nəyinsə olduğunu da ayırd edə bildi. Amma onun nə olduğunu təsəvvürünə belə gətirmirdi. Sol əlində gətirdiyi şeyi səkiyə qoydu, sağ əlində gətirdiyini isə özü ilə qəfəsin içərisinə keçirdi. O taxta ayaqqabıları ilə şüşə pəncərəyə elə zərblə təpik vurdu ki, kiçik pəncərə qırıldı. əlində gətirdiyini isə dişi dələyə tərəf uzatdı. Sonra o sürüşüb aşağı düşdü, aşağıda qoyduğunu götürdü və yenidən qəfəsə dırmaşdı. Növbəti anda isə o elə sürətlə qaçmağa başladı ki, qoca qarının gözləri onun hərəkətlərini izləyə bilməzdi.

Amma indi artıq qoca nənə olduğu yerdə sakit qala bilməzdi, o koteci tərk etdi və evin arxa həyətinə keçib nasosun kölgəsində dayandı. O cırtdanın geri qayıtmasını gözləyirdi. Və həmin anda nənəni görən, maraqlanmağa başlayan bir başqa biri də vardı orada. Bu həmin evin pişiyi idi. O oğrun-oğrun sürünüb divara yaxın bir yerdə dayandı. İşıq düşən yerdən cəmi iki metr aralıda. Həmin soyuq Mart gecəsində onlar ikisi də orada dayanıb gözləməyə başladılar. Qoca qarı yenidən içəri, kotecə qayıtmaq barədə düşünməyə başlamışdı ki, elə bu anda səkidə yüngül ayaq səsləri eşitdi. Gələn hər iki əlində nə isə daşıyan, oğrun addımlarla yenidən qəfəsə yaxınlaşmaq istəyən bayaqkı cırtdan idi. Cırtdanın əlində daşıdıqları nə idisə ciyildəyirdi. Birdən nənə ciyilti səsinin məhz kimə məxsus olduğunu anladı. Cırtdan qəfəsdəki dələnin qoc ağacının koğuşunda qalmış balalarını bir-bir daşıyıb analarının yanına gətirirdi ki, onlar acından ölməsinlər.

Qoca nənə səssiz-səmirsiz dayanmışdı, istəmirdi onu narahat etsin. Elə görsənirdi ki, sanki cırtdan onun varlığından xəbərsizdir. Cırtdan bala dələlərdən birini yerə qoyub ikincini özü ilə götürüb qəfəsə dırmaşmağa hazırlaşırdı ki, birdən ev pişiyinin parıldayan yaşıl gözlərini gördü. Pişik lap yaxında idi. Cırtdan yerindəcə donub qalmışdı, hər əlində bir dələ balası tutduğundan nə edəcyini bilmirdi.

O geri çevrildi və qaça biləcəyi bütün istiqamətləri nəzərdən keçirdi, hazırda o artıq nənənin varlığından da xəbərdar idi. Çox tərəddüd etmədən irəli doğru addımladı əllərini bacardığı qədər yuxarı qaldırdı ki, nənə dələ balalarını əyilib ondan götürə bilsin.

Qoca nənə bu inamın qarşısında özünü dəyərsiz bir insan kimi göstərmək istəmədi və əyilib ona tərəf uzanmış dələlərdən birini əlinə götürdü ki, oğlan digər dələ ilə qəfəsə dırmaşa bilsin. Sonra isə o geriyə qayıdıb nənənin himayəsində tərk etdiyi dələni də ondan götürdü.

Növbəti səhər ferma sakinləri səhər yeməyini yemək üçün yığışanda, qoca qadın özünü saxlaya bilmədi və dünən gecə olanları təsfilatı ilə hamısını danışdı. Eşitdiklərinin qarşılığında ferma sakinləri yalnız güldülər və dedilər ki, qoca qarı onlara yəqin ki yuxuda gördüklərini danışır. Buralarda ilin bu vaxtı dələ balasına rast gəlmək qeyri-mümkündür.

Amma nənə danışdıqlarından tam əmin idi, odur ki, onlardan xahiş etdi gedib dələni saxladıqları qəfəsə bir nəzər yetirsinlər. Sakinlər nənənin dediyi kimi də elədilər.

Və onlar orada dörd balaca, yarıçılpaq, aclıqdan zəifləmiş, yarı kor dələ balaları gördülər. Balalar ən azı iki günlük olardılar.

Fermer özü ətcəbalaları görəndə təsirləndi:

– Hər necə olsa da, indi mənə bir şey dəqiqdir: bizlər bu fermanın sakinləri, indiyədək həm insanlar həm də heyvanlar qarşısında özümüzü laiqli şəkildə aparmamışıq. Davranışımıza görə utanmalıyıq. Bu sözləri dedikdən sonra fermer həm ananı həm də balalarını qəfəsdən çıxartdı və onlar qoca nənənin dizlərinin üzərinə qoydu.

– Apar bu dələləri yuvasına qoy. O dedi. Gəlin onların azadlıqlarını yenidən geri qaytaraq

Haqqıdnda çox danışılan, hətta qəzet səhifələrinə belə yol tapan əhvalat məhz bu idi. Amma dediyimiz kimi insanların əksəri bu hadisəyə izah tapa bilmədikləri üçün çoxlarına danışılanlar elə də inandırıcı gəlmirdi.




VİTTSKÖVLE



Martın 26-sı. Şənbə günü

Cəmi ikicə gün sonra daha bir maraqlı hadisə baş verdi. Bir dəstə vəhşi qaz uçaraq gəlib Vittskövle malikanəsinin yaxınlığında, şərqi Skone çəmənliyində yerə endilər. Bu dəstədə on üç vəhşi qaz vardı. Bədənlərində qazlaraməxsus boz rəngin müxtəlif çalarlarında lələklər vardı. Qazlardan biri isə erkək ev qazı idi, onun belində əynində dəri şalvar, yaşıl köynək və yun, papaqlı poluver olan balaca bir oğlan vardı.

Onlar indi Baltik dənizinə yaxın yerdə idilər, qazların adətən endikləri yer dənizin qumlu sahilləri olurdu. ətrafda bir neçə yerdə seyrək bitən şam ağacları da gözə dəyirdi. Adama elə gəlirdi, əvvəllər burada qum fırtınası olmuşdur.

Qazların başı artıq bir müddət idi ki, yeməyə qarışmışdı bir neçə cavan oğlan gəzərək çəmənliyin kənarına gəldilər. Keşik çəkən qaz oğlanları görən kimi qanad çalıb səmaya qalxdı, çığır-bağır saldı və dəstənin digər üzvlərinə yaxınlaşmaqda olan təhlükə haqqında məlumat verdi. Vəhşi qazların hər biri qanad çalıb səmaya qalxdılar, bircə ağ erkək qaz heç nə olmamış kimi çəmənlikdə ot yeməyə davam edirdi. O görəndə ki, bütün dəstə üzvləri qorxu içərisində havaya qalxdı, üzünü onlara tərəf çevirib sakitcə dedi:

– Qorxmağa ehtiyac yoxdur, onlar ki, sadəcə bir neçə cavan oğlanlardır.

Onun belində uçaraq bura kimi gələn balaca varlıq isə bir az kənarda yerə düşən şam qozalarını təmizləyib içindəki dənələri çıxartmaq üçün əlləşirdi. Oğlan bir də başını qaldıranda gördü ki, gələn uşaqlar həddən artıq yaxındadırlar, bu səbəbdən də o qaçmağa cəsarət etmədi. Yalnız imkan tapıb yaxınlıqdakı böyük, quru dəvədabanı yarpağının altına girib gizləndi və ucadan xəbərdarlıq siqnalı verdi. Aşkar görünürdü ki, erkək qaz heç bir halda qorxmayacağını beyninə yeridib. O bütün bu zaman kəsiyində yalnız çəmənlikdə dolanır, qidalanır, heç nəyi vecinə almırdı. Heç bir dəfə başını qaldırıb ətrafına baxmadı da.

Bu arada isə oğlanlar yollarını dəyişib sahəyə doğru addımlamağa başladılar və getdikcə erkək ev qazına daha da yaxınlaşırdılar. Nəhayət ki, erkək qaz başını qaldıranda oğlanlar artıq düz onun başının üstündə idilər. Erkək qaz Morten o qədər çaşıb özünü itirdi ki, uçmaq qabiliyyətini belə unutdu. O çalışqınlıqdan qaçmağa başladı. Oğlanlar isə onu sakit buraxmadılar və təqib edib arxa salıb orada tutdular. Uşaqlardan ən böyüyü onu götürüb qoltuğuna vurdu və oradan uzaqlaşdı.

Dəvədəbanı yarpağının altında gizlənən oğlan bu səhnəni gördü və sanki ev qazı Morteni bu dəqiqə xilas edəcəkmiş kimi yerindən sıçradı. Sonra isə yəqin ki, onun yadına necə balaca və gücsüz olduğu düşdü, çünki dərhal yerə çökdü və qəzəblə yumruqlarını yerə döyəclədi.

Erkək qaz var gücünü toplayıb qışqırmağa başladı: Tumbietot gəl, kömək elə mənə. Off Tumbietot gəl, kömək elə mənə. Oğlan hər nə qədər qəzəbli olsa da özünü gülməkdən saxlaya bilmədi.

– Hə, əlbəttə hər kəsə kömək edə biləcək yeganə adam mənəm! Məhz mənəm. Başqa kim ola bilər ki!

Birtəhər o ayağa qalxıb erkən qaza sarı addımladı. “ mən ona kömək edə bilmərəm. Bu aydın məsələdir” O düşündü. Amma ən azından onlar onu hara aparır, bax bunu öyrənə bilərəm.

Oğlanlar kifayət qədər sürətlə addımlayırdılar, amma Nils də onlarla ayaqlaşırdı. O oğlanları bir çay qolu qarşılarına çıxana kimi izləyə bildi. Burada isə o dərhal çayın qolunun üzərindən hoppanıb qarşı tərəfə keçə bilmədi və axının dar yerini tapa bilənə kimi bir müddət çay qolu boyunca qaçdı.

Oğlan qarşı sahilə tullananda qazı aparan uşaqlar artıq gözdən itmişdilər. o uşaqların ayaqlarının izlərini çayın qolunun sahilində görə bilirdi. İzlər meşəyə doğru yönəlmişdi.

Tezliklə o gəlib bir yolayrıcına yetişdi. Burada yəqin ki, uşaqlar ayrılmışdılar, çünki torpağın üzərində hər iki istiqamətdə gedən ayaq izləri var idi. Oğlana elə gəldi ki, bu sondur, onun ümidləri tükəndi. Sonra o təsadüfən qarağat koluna ilişib qalmış bir lələk gördü. Oğlan dərhal başa düşdü: bu lələyi erkək qaz qəsdən burada buraxmışdır, uşaqların getdiyi istiqaməti Nilsə bildirmək üçün. Beləliklə oğlan istiqaməti müəyyən etdi və qazı harada axtaracağını da bildi. O bütün meşə boyu uşaqları izlədi. Ev qazının özünü heç yerdə tapa bilmədi, amma elə ki, istiqaməti itirirdi, yolunu azırdı, qarşısına ev qazının onun üçün buraxdığı lələk çıxırdı.

Oğlan sədaqətlə bu lələklə göstərən istiqamətdə axtarmağa davam edirdi. İz onu meşədən çıxartdı, bir neçə çəmənlikdən keçirdi və bir yola çıxardı. Nəhəyət o lələklərin izi ilə geniş bir xiyabana gəlib yetişdi. Xiyabanın sonuna oğlan parlaq çəpərlərlə hasarlanmış bir qüllə gördü. Qüllənin ətrafında isə bəzi başqa işıldayıb bərq vuran bəzək əşyaları da gözə dəyirdi.

“Heç şübhə etmirəm ki, oğlanlar qazı məhz bu malikanəyə gətirib orada onu satıblar.” Oğlan özlüyündə düşündü. Yəqin indiyə başını da kəsiblər artıq. Amma o hər şeyi öz gözləri ilə görməyincə rahat ola bilməzdi. Bu səbəbdən də son gücünü və cəsarətini toplayıb xiyabanın sonunda görünüən həmin malikanəyə doğru qaçdı. O xiyaban boyu heç kəsə rast gəlmədi. Bu yaxşı oldu, çünki o son zamanlar insanlar tərəfdən görül-məməyə üstünlük verirdi.

Onun yaxınlaşdığı malikanə möhtəşəm bir tikili idi. Dörd hündür hasarı, qədim tikili olmasından xəbər verirdi. Malikanənin şərq hissəsində giriş arkası yerləşirdi. Oğlan giriş arkasını görüb tərəddüd etmədən ora doğru qaçmağa başladı. Amma gəlib onun qarşısına çatanda dayandı. Bundan o tərəfə getməyə cəsarəti çatmırdı artıq. O dayandı və növbəti addımının nə olacağını götür-qoy etməyə başladı.

O oğlan dayanıb barmağını burnuna dirəyib dərin fikrə getmişdi, birdən arxa tərəfdən addım səsləri eşitdi. Geri çevriləndə o bir xeyli adamın marşla addımlayaraq xiyabandan gəldiyini gördü. Tez tələsik arkanın yanına qoyulmuş su çəlləyinin arxasına keçib orada gizləndi.

Gələnlər məktəb şagirdləri idi. O gəzintiyə çıxmışdılar. Müəllimlərdən biri onları müşayət edirdi. Onlar gəlib arkanın bərabərində dayananda müəllim onlardan dayanmağı tələb etdi. Özü isə içəri keçib şagirdlərin qədim Vittskövle qəsrini görmələri üçün icazə istədi.

Gələnlər yorulub əldən düşmüşdülər. sanki onlar çox uzun bir piyada səyahət həyata keçirmişdilər. onlardan biri o qədər susuz idi ki, o arkanın yanına qoyulmuş su çəlləyinə tərəf əyilib su içmək istədi. Onun boynundan botaniklərin istifadə etdiyi nazik qutu asılmışdı. O yəqin ki, bu qutunun onun su içməyinə əngəl ola biləcəyini düşündü. Qutunu yerə atdı, ağzı açılan qutunun içərisində rəngbərəng güllər görsəndi.

Botanikin qabı düz oğlanın qarşısında yerdə düşdü, oğlan başa düşdü ki, qəsrin içərisinə girə bilmək, qazın başına gələnləri öyrənmək üçün bundan gözəl şans olmayacaq. O cəld, bir hərəkətlə gizlincə oğlanın qabının içərisinə girib anemon çiçəyi ilə öskürək otunun arasında özünə yer elədi. O burada yaxşıca gizləndi.

O elə yenicə gizlənmişdi ki, botanil qabını qaldırdı və onu yenidən boynuna keçirib çəlləyin ağzını açdı.

Az sonra müəllim geri qayıdıb elan etdi ki, onlara qəsrə girməyə icazə verilmişdir. O şagirdilərin qarşısına düşüb bir qədər qəsrin içərisinə doğru irəllədikdən sonra dayanın onlara qəsrin tarixi və strukturu haqqında məlumat verməyə başladı.

O şagirdlərə bu torpaqların ən qədim sakinlərinin dağ yarıqlarında və mağaralarda, vəhşi heyvanların yuvalarında, ağac koğuşlarında yaşamağa məcbur olmaqlarından danışdı.

O dedi ki, İsveçdə yaşayan ən qədim insanların ağaclardan özlərinə koma tikməyi öyrənməsi kifayət qədər uzun müddət vaxt aparmışdır. Sonra isə onların uzun inkşafından, əməyindən, və əziyyətindən sonra bir otaqdan ibarət taxta komalardan Vittskovle kimi yüzlərlə otağı olan saray tikmişdilər.

– Təxminən üç yüz əlli il bundan öncə varlı və tanınmış adamlar belə qəsrləri özlərinin yaşaması üçün inşa etdirmişlər. o dedi. Aydın məsələdir ki, haqqında danışılan qəsr müharibələrin və soyğunların Skoneni yaşamaq üçün təhlükəli yerə çevrilməsindən sonra tikilmişdir. Qəsr hər tərəfdən içərisi su ilə doldurulmuş xəndəklərlə əhatələnmişdir. Qəsrə bitişik, xüsusi günlərdə açılıb-bağlanan bir körpü də vardı. Giriş qapısının üzərində keşikçi qəsr qalınlığı bir metrə çatan qala divarları ilə əhatələnmişdir. Amma ki, bu qəsr heç də müharibələrin şiddətlə tüğyan etdiyi bir zamanda ucalmamışdır. Bu qəsrin inşaatçısı olan Yens Brahe qəsri bəzəmək üçün müxtəlif ornamentləri çox böyü əziyyət bahasına yaratmışdır. Onlar diqqətlə baxsalar cəmi bir əsr öncə ucaldılar Qlimminqe daş heykəlini görə bilirlər. aydın görünürdü ki, bu heykəlin heykəltaraşı Yens Holqersen Ulfstand öz işində gözəlliyə, estetikya deyil, yalnıc böyüklüyə, qüvvəyə üstünlük vermişdir. Şagirdlər əgər son yüz ildə və daha yaxın tarixdə ucaldılmış qəsrləri-Marsvinqsholmu, Snoqeholmu, Övid cloysterini ziyarət etsəydilər, onlar son dövrlərdə müharibələrin azaldığını asanlıqla müşahidə edə bilərdilər. bu qəsrləri tikib, ərsəyə gətirən centlmenlər onları heç də möhkəm, daş hasarlarla əhatələyib amansız düşmən hücumlarına hazırlamamışdır. Demək ki, hücum və istila qorxusu da yox imiş. Bu qəsrlər yalnız rahat, cəhcallalı, komfortlu yaşayış evi rolunu oynamalı imiş.

Müəllim bütün bunlar haqqında uzun-uzadı və təsfilatı ilə məlumat verdi. Qutunun içərisində ağzı bağlı halda qalan oğlanın isə səbri tükənmək üzrə idi. Amma yəqin ki, tam sakit, səsini çıxartmadan orada gizlənibmiş, çünki qutunun sahibi onu özü ilə bərabər daşıdığı barədə azacıq da olsun şübhələrə dalmamışdı.

Nəhayət ziyarətçilər qəsrin içərisinə girdilər. amma oğlan əgər qutunun içərisindən sürüşüb gizlincə çıxmağa hər hansı bir şansa ümid edirdisə, o səhv edirdi. Çünki oğlan hara gedirdisə qutunu da özü ilə aparırdı və Nils bütün qəsr boyunca gəzinti zamanı oğlanı müşayət etmək məcburiyyətində qalırdı. Bu çox yorucu bir səyahət idi. Müəllim hər dəqiqə hər yeni otaqda dayanır izahat və təlimat verirdi.

Otaqların birində o qədim bir buxarı tapdı, müəllim onun qarşısında dayanıb həmin dövrdə istifadə edilən müxtəlif növ buxarılar haqqında məlumat verdi. Evin içində düzəldilən ilk buxarılar, daxmanın döşəməsində qoyulmuş böyük, yastı daş olurdu. Onun tavanında açıq yer olurdu və oradan içəri həm külək həm də yağış girirdi. Növbəti buxarılar da iri yastı daşlardan düzəlirdi, amma onların üzərində açıq yer olmurdu. Düzdür, bu zaman dağma yaxşı qızırdı, amma belə də içəri hislə, qurumla dolurdu. Vitskövle tikilən zaman insanlar artıq bu sahədə kifayət qədər inkşaf etmişdilər və tikdikləri buxarıya tüstünü bayıra çıxartmaq üçün baca da birləşdirmişdilər. həmin zaman düzəldilən bacalar həddən artıq enli olduqlarından onlar özləri ilə evin istiliyinin çox hissəsini da bayıra daşıyırdılar.

Oğlan bütün həyatı boyu kobud və pis biri olmuşdusa da həmin gün o səbrli olmaq haqqında yaxşı bir dərs aldı. Artıq yəqin ki, bir saat olardı, o şagirdin qutusunda sakit, tərpənməz uzanıb müəllimin saraylar haqqında izahatlarına qulaq asırdı.

Onların keçdiyi növbəti otaqda müəllim gəlib bahalı örtüyü olan qədim bir çarpayının qarşısında dayandı və söhbətinə ara verdi. Və o dərhal da qədim zamanlardan bu yana çarpayılar və yataqlar haqqında məlumat verməyə başladı.

Müəllim tələsmədən, aramla danışırdı. o biçarə bilmirdi ki, botanika qutusunda bir oğlan səbirsizlənib və onun izahatlarının tez bitməsini gözləyir. Növbəti otaqda divarda dərilər asılmışdı. Müəllim bu zaman insanların o zamanlar divarlarını və tavanlarını müxətlif çeşidli dərilərlə bəzəməsi haqqında izahat verdi.

Və onlar bir ailə portretinin qarşısında dayandılar. Bu zaman müəllim geyimdəki fərqlərə diqqət çəkib insanların dəyişən geyim dəbləri haqqında şagirdləri məlumatlandırdı. Qədim banket zalında isə o həmin dövrün insanlarının toy və yas mərasimlərini haqqında ətraflı bilgi verdi.

Daha sonra müəllim bu sarayda yaşamış mükəmməl kişi və qadın haqqında danışdı. Qoca Braha və qoca Barnekou haqqında danışdı. Qaçması üçün öz atını krala verən Kristian Barnekou haqqında, Şel Barnekou ilə evli olan Marqarita Aşeberq haqqında informasiya verdi. Marqarita dul qaldıqdan sonra düz 43 il müddətində bütün zəmiləri, sahələri və malikanələri təkbaşına idarə etmişdir. Müəllim həmçinin Vittskövlədən olan fermerin oğlu bankir Haqerman haqqında danışıb dedi ki, fermer oğlu o qədər varlanmışdı ki, o hətta bir mülk da ala bildi özünə. Skone camaatına daha yaxşı şum alətləri verən Styersvord haqqında danışdı. Həmin alətlərə kimi yerli əkinçilər çox primitiv, gülünc alətlərlə və böyük əziyyət hesabına öz sahələrini şumlayırlarmış. Bu ağır, yöndəmsiz kotanı üç yekə kəl belə zülmlə dartırmış. Bütün bu məlumatlar verilərlən, oğlan sakit, səssiz uzanmışdı. Oğlanın yadında düşdü bəzən anası ilə atasının üzünə necə zirzəmi qapısını bağlayıb onları saatlarla bağlı qapı arxasında saxlayırdı. Çünki indi də özü o iztirabı çəkirdi. Müəlimin izahatları saatlardır ki, bitmək bilmirdi.

Nəhayət müəllim yenidən qəsrin həyətinə qədəm qoydu. Orada isə müəllim qədim insanların dayanmadan, yorulmadan çalışıb, nəhayətsiz əziyyət hesabına öz primitiv kənd təsərrüfatı, tikinti alətlərini təkmilləşdirməklərindən danışdı. İnsanların bu gün düzəltikləri bəzək əşyaları, silahlar və paltarlar çox böyük əziyyətin, səyin və çalışqanlığın hesabına meydana gəlmişdir. O dedi ki, Vittskövle qəsri həmin dövrün ən aydın, bariz nümunəsidir. Bu qəsrə baxarkən insanların son üç yüz əlli ildə necə böyük bir inkşaf yolu keçdiklərinə əyani şahid olmaq mümkündür. İnsan baxdıqca özü mühakimə edə bilər:həmin dövrdən bəri işlər irəli doğru, yoxsa geriyə doğru getmişdir.

Amma mühazirənin bu yerini Nils buraxdı, çünki elə bu dəmdə şagird susadı və su içmək üçün mətbəxə keçdi. O bir stakan su istədi. İndi ki, nils mətbəxtdə idi, o vəziyyətdən istifadə edib erkək qazı burada axtarmalı idi. O tərpənməyə başladı, qutunun ağzı açıldı. Botaniklərin qutularının qapaqları hər zaman açıq olduğundan, tələbə indi də buna xüsusi diqqət yetirmədi. Sonra isə aşbaz ondan qutusunda ilan olub-olmadığını soruşdu.

– Yox. Orada yalnız bir neçə bitki var. Şagird cavab verdi

– Bilirsən niyə soruşuram, əminəm ki, orada bu dəqiqə nə isə tərpəndi. Şagird qutunun ağzını geriyə itələyib içini aşbaza göstərdi: İnanmırsan, ala özün bax gör…

Amma o daha heç nə deyə bilmədi, çünki oğlan artıq qutuda qalmağa cəsarət etmədi, o hoppanıb döşəmənin üzərinə düşdü qaçmağa başladı. Oranın işçilərinin təbii ki, bu qaçan varlığın nə olduğunu anlamağa vaxtları olmadı-hər şey bir göz qırpımında baş verdi- amma hər halda onlar yenə də onu izləməyə başladılar.

Müəllimin izahatını ətrafdakı dəhşətli qışqırıqlar yarımçıq kəsdi.

– Tutun onu! Tutun onu! Mətbəxdən gələnlər qışqırırdılar. Və bütün şagirdlər siçovuldan belə bərk qaçan oğlan arxasınca düşdülər. Onlar onun qarşısını giriş qapısının ağzında kəsməyə çalışdılar, amma belə balaca bir varlığı tutmaq o qədər də asan bir iş deyildi. Və o xoşbəxtlikdən o qaçıb canını onların əlindən qurtarmaq düşüncəsi ilə açılığa çıxa bildi

Oğlan açıq xiyabana doğru qaçmağa cəhd etmədiyindən başqa istiqamətə buruldu. O bağın arxası ilə kilsənin arxa həyətinə doğrdu qaçdı. Bütün bu zaman ərzində isə şagirdlər qışqıraraq, gülərək onun arxasınca qaçırdılar. Yazıq, balaca varlıq isə onların əlindən qurtulmaq üçün heç zaman qaçmadığı sürətlə qaçırdı. Amma yenə də elə görünürdü ki, şagirdlər onunla ayaqlaşır və indicə onu tutacaqlar. O işçilərin kottecinin qarşısından qaçarkən qaz qaqqıltısı eşitdi. Nəsə ağ bir şey qapının kəndarında oturmuşdu. Budur, nəhayət ki, erkək ev qazını tapa bildi! əvvəl o səhv yolla gedirmiş. O artıq nə ev sahibləri, nə də onun arxasınca düşən şagirdlər haqqında düşünmədi və kottecin pilləkənləri qalxmağa başladı. Qapı bağlı olduğundan bundan o yana keçə bilmədi. İçəridən erkək qazın iniltisi, ağlama səsləri eşidilsə də oğlan heç cür içəri keçə bilmirdi. Onun təqibçilərə getdikcə yaxınlaşırdılar, erkək qazın içəridən gələn ah-uf səsi isə daha hündürdən eşidilməyə başlamışdı. Bu təhlükəli və həlləedici məqamda oğlan bütün gücünü və cəsarətini topladı, qapıya var gücü ilə bir təpik vurdu.

Qapını bir uşaq açdı, oğlan içəri boylandı. Otağın ortasında bir qadın oturmuşdu. O qadın erkək qazı qucağında möhkəm tutaraq uçmaması üçün qanadlarını kəsməyə hazırlaşırdı. Qazın tapan onun uşaqları idi, qadının qaza heç bir zərər vermək fikri yox idi. Niyyəti uça bilməməsi üçün erkək qazın qanadlarını kəsmək və onun özünün digər qazlarının arasına salmaq idi. Amma erkək qazın başına bundan daha faciəvi durumun gələ biləcəyini düşünmək mümkün deyil, o var gucu ilə qışqırır, ağlayırdı.

Xoşbəxtlikdən qadın hələ qanad kəsmə prosesinə başlamamışdı. Qazdan hələ cəmi iki lələk düşmüşdü ki, əl bayda balaca oğlan qapının astanasında göründü. Qadın həyatı boyu belə bir valıq görməmişdi. O bunun Qoa-Nisse ( Şimal xalqlarının ədəbiyyatında adı keçən balaca şaxta baba obrazı) olduğuna inana bilmirdi. Qorxu içində o qayçını əlindən yerə saldı, erkək qazı tutmağı unudub əllərini bir-birinə sıxdı.

Azad olduğunu başa düşən kimi, erkək qaz qapıya sarı götürüldü. O dayanmağa vaxt itirmədi, eləcə qapının astanasından oğlanı götürüb var gücü ilə eşiyə qaçdı.pilləkənlərdə olan kimi qanad açıb göylərə qalxdı. Eyni zamanda boynunu zərif şəkildə geriyə çevirib oğlanın yerini rahatladı: onu tüklü, yumşaq belində yerləşdirdi.

Və beləcə onlar uçub getdilər- bütün Vittskövle sakinləri isə aşağıdan gözlərini bərəldib onları seyr etdilər.




ÖVID MANASTIR PARKINDA


Həmin gün, qazlar tülkü ilə oynadıqlar müddətdə oğlan tərk edilmiş dələ yuvasında uzanıb gözləyirdi. O axşama yaxın oyananda çox həyəcanlandı.– hmm, indi yəqin ki, tezliklə məni evə göndərəcəklər. O zaman isə gec ya tez atamın, anamın qarşısına çıxmalı olacam. O düşündü. Amma sonra başını qaldırıb Vomb gölündə çimən vəhşi qazlara baxdı və gördü ki, onların heç biri oğlanın geriyə, evə qayıtması haqqında bir söz demir.

– Yəqin ağ erkək qazın bu gecə məni də götürüb evə uçmaq üçün çox yorğun olduğu düşüncəsindədirlər.

Növbəti gün səhər erkəndən, günəş doğmamışdan bir xeyli qabaq qazlar artıq oyanmışdı. İndi oğlan artıq əmin idi ki, onu evə aparacaqlar, amma çox maraqlıdır ki, vəhşi qazlar həm ona həm də ağ erkək qaza səhər gəzintisində onlara qoşulmağa icazə verdilər. Oğlan bu təxirəsəlamanın səbəbini başa düşə bilməsə də, düşündü ki, yəqin vəhşi qazlar ağ ev qazını bu qədər uzun səyahətə, geriyə göndərməzdən qabaq yaxşıca yedirtmək istəyirlər. Nə olur olsun, o ata-anasını görmək keçən hər bir dəqiqədən zövq alırdı. Hər necə olsa da keçən zaman onu ata-anası ilə görüşə yaxınlaşdırırdı.

Vəhşi qazlar Övid monastırının malikanəsinin üzəri ilə səyahət edirdilər, bu monastrı gölün şərqində, gözəl bir parkda yerləşirdi və öz möhtşəm qəsri ilə çox füsunkar bir görüntüsü var idi. Onun yaxşı planlaşdırılmış həyəti alçaq çəpərlər və paviliyonlarla əhatələnmişdi, gözəl, qədim bağı isə qapalı çardaqlarla, şırnaqlarla, fontanlarla, möhtəşəm ağacları ilə, ucları kəsilib budanmış kolları ilə, biçilmiş yamyaşıl çəmənlikləri ilə, əsrarəngiz yaz gülləri ilə könül oxşayırdı.

Qazlar monastrın üzərindən səhərin erkən saatlarında uçduqlarından orada bir insan gözə dəymirdi. Onlar bundan tam əmin olduqdan sonra ehtiyatla it daxmasının qarşısında yerə enib qışqırdılar:

– Bu necə balaca bir daxmadır? Bu necə balaca bir daxmadır?

Bir göz qırpımında içəridə yatan it hiddətlə bayıra çıxdı, əsəbi şəkildə bir-iki ağız havaya hürdü.

– Siz buna daxma deyirsiz? Ay axmaqlar. Görmürsüz ki, bu möhtəşəm böyük bir qəsrdir? O gözəl terrasları, bu qədər zövqlə seçilmiş pəncərələri, qapıları görmürsüz? Mənim sizə daha sözüm yoxdur! Hav hav hav.

Kanservatoriyaları, yerə döşənmiş daşları, bu bağı görmürsüz? Mərmərdən hazırlanmış heykəlləri görmürsüz? Siz buranı daxma adlandırdınız, hə? Daxmaların fıstıq, qoz, palıd ağaclarından bağları olur? Yoxsa daxmanın şərab üçün üzum bağları olur? Daxmalarda ov üçün ərazi olur? Hav hav hav!

Siz bunu daxma adlandırdınız? Belə daxma görmüsünüz siz? Ətrafındakı tikililəri, işçilərin yaşadıqları evləri də nəzərə alsaq az qala bir kəndə bənzəyir. Yəqin öz himayədarları və öz kilsəsi olan çox daxma tanıyırsız. Daxmanın yiyəsi qonşu kəndləri, insanları idarə edir özü də. Elə? Hav hav hav. Siz buranı daxma adlandırdınız? Bu daxma Skonedəki ən varlı mülklərdən sayılır ay dilənçilər! Bildinizmi? Siz qanad çalıb havada uçarkən bu daxmadan gələn əmrlərlə idarə edilməyən bir qarış torpaq belə görə bilmərsiniz bu ərazilərdə. Hav hav hav!

Vəhşi qazlar irəli-geri uçduğu müddətcə bütün bu sözləri it havya hürərək onlara ünvanlamışdı. Onlar it sakitləşənə kimi onu dinlədilər. Amma sonra qazlar qışqırıb soruşdular:

– Niyə birdən belə dəliyə döndün ki? Biz bu qəsrə demədik ki ay axmaq it! Biz sənin yaşadığın yerə daxma dedik!

Bu zarafatı eşidən oğlan güldü, sonra isə ağlına nə gəldisə ciddi bir sima aldı.-bir düşün! Sən bu vəhşi qazlara qoşulub bütün ölkə boyu səyahət etsən nə qədər əyləncəli əhvalat eşidə bilərsən, düz Laplandiyaya kimi! O öz-özünə dedi. Və elə bu anda, işlərinin yaxşı getmədiyi, bəxtinin gətirmədiyi dövrdə bu əyləncəli səyahət lap yerinə düşərdi.

Qazlar malikanənin şərqində yerləşən geniş sahənin üzərindən uçurdular. Onlar ot kökləri yemək üçün endilər, burada bir neçə saat keçirdilər. Bu arada isə oğlan sahələrlə sərhəd olan böyük parkı gəzintiyə çıxdı. O fıstıq ağacını daşladı sonra bir neçə yerə düşmüş fıstıq yedi. Parkı gəzdikcə qazlarla bu uzun səyahət ona çox şirnikləndirici gəlirdi. O qazlarla ölkə üzərindən səyahətini gözləri önündə canlandırmağa başladı:

bu necə də möhtəşəm bir səyahət olardı. Vəhşi qazlara qoşulmaq, onlar kimi donmaq, ac qalmaq. O əvvəllər işləmək üçün həm donmağa həm də də ac qalmağa hazır idi. Bunu ata-anasına da bir neçə dəfə demişdi.

Oğlan parkda gəzişərkən boz rəhbər qaz ona yaxınlaşdı və yeməli bir şey tapıb-tapmadığını soruşdu. Oğlan cavab verdi ki, xeyr hələ yeməli bir şey tapmayıb. Bu zaman rəhbər qaz ona kömək etdi. O qoz tapa bilmədi, xeyr, amma əvəzində itburnu kolunda ilişib qalmış bir neçə qurumuş çiçək tapdı. Oğlan onları böyük iştaha ilə yedi. Amma birdən anası oğlunun çiy balıq və qışdan qalma qurumuş çiçəklərlə qidalandığını bilsəydi… görəsən o buna necə reaksiya verərdi?

Qazlar yeyib doyandan sonra yenidən gölə doğru istiqamət aldılar. Orada isə onlar demək olar ki, axşam yeməyinə kimi oyunlar oynadılar, əyləndilər.

Vəhşi qazlar ağ ev qazı Morteni müxtəlif cür idman yarışlarında gücünü sınamağa məcbur edirdilər. Onlar üzgüçülük, qaçış və uçma yarışlarında onun gücünü sınadılar. Düzdür, ağ ev qazı elə də pis nəticələr göstərmirdi, özünə görə güclü idi, amma hiyləgər vəhşi qazlar onu bütün yarışlarda məğlub etməyi bacardılar. Bütün bu zaman kəsiyində isə oğlan ağ ev qazının belində oturub onu ruhlandırırdı. Oğlan bu yarışlarla tamaşa edir, ən azı iştirakçılar qədər əylənirdi. Onlar gülür, qışqırır, qaqqıldaşırdılar. Malikanə sakinlərinin bu səs-küyü eşitməməsi diqqətçəkən idi.

Vəhşi qazlar oyunlardan bezəndən sonra buzun üzərinə uçub istirahət etməyə başladılar. Onlar günortadan sonrakı vaxtlarını səhərki kimi keçirdilər. Əvvəl bir neçə saat yemləndilər, sonra buz qatının yanında, təmiz suda çimib dimdikləri ilə təmizlənməyə başladılar. Sonra qəfildən hamısı bir nəfər kimi, yanaşı düzülüb yatdılar.

– Hə, məncə bu elə əsl mən istəyən həyatdır. Ev qazı Mortenin yumşaq lələklərində uzanan oğlan özlüyündə düşündü. Amma bunlar yəqin ki, sabah məni evə göndərəcəklər.

Yatmamışdan qabaq o bir az düşüncələrə daldı. O düşündü ki, əgər vəhşi qazlarla qoşulub qaçsa tənbəl olduğu üçün üzləşdiyi xəyanətlərdən canını qurtarmış olacaq. O zaman o hər gün istədiyi kimi iş görmədən, dərs çalışmadan yaşaya bilər, yeganə qayğısı isə yemək tapıb yemək olardı. O bu günlər az yeyirdi , həm də vəhşi təbiətdə hər zaman nələrsə tapmaq olardu yemək üçün.

Beləliklə o bütün səhnəni göz önündə canlandıra bildi: məcaralar, səyahətlər və onun bu məcaralarda iştirakı…Hə, bu həqiqətən də evdəki zəhlətökən, gündəlik həyatdan fərqli bir yaşam tərzi olacaqdı. Bircə mən də bu vəhşi qazlara qoşulub uzaq səyahətə çıxa bilərdim. Bu zaman balaca cırtdana çevrilməyimi də özümə dərd etməzdim.

O bu dəqiqə evə göndərilməkdən başqa heç nədən qorxmurdu. Amma qazlar hətta çərşənbə günü də evə getmək barəsində ona bir kəlmə demədilər. Həmin gün də çərşənbə axşamı kimi keçib getdi və oğlan çöl həyatına biraz daha öyrəşib onu sevdi. Oğlan düşündü : burada meşə kimi böyük əraziyə sahib Övid monastır parkına sahibdir. Bütün bu ərazilər ona məxsus idi. O geriyə, boğucu, balaca evlərinə qayıtmaq üçün heç də alışıb yanmırdı.

Çərşənbə günü oğlan artıq yüz faiz əmin oldu ki, qazlar onu göndərməyəcək, özləri ilə saxlayacaqlar. Amma cümə axşamı o yenidən ümidini itirdi.

Cümə axşamı da başqa adi günlər kimi başladı. Qazlar geniş çəmənlikdə yemlənir, oğlan isə nəsə tapıb yemək ümidi ilə parkda gəzirdi. Bu zaman Akka ona yaxınlaşıb yeməyə bir şey tapıb-tapmadığını xəbər aldı. Yox, oğlan hələ ki, heç nə tapa bilməmişdi. Bu zaman rəhbər qaz balaca dənələri toxunulmaz qalmış çörəkotu tapıb onu oğlana göstərdi.

Oğlan yeyib qurtarandan sonra qaz ona irad tutaraq parkda belə kor-koranə gəzib dolaşmağın təhlükəli olduğunu və onun özünü bəzi düşmənlərdən qorumalı olduğunu onun nəzərinə çatdırdı. O axı çox balaca idi! Təbii olaraq belədə düşmənləri də çox idi. Yox, sən demə oğlan bütün bunlar haqqında məlumatsız imiş. Belədə Akka onun düşmənlərini bir-bir saymağa başladı.

Qaz dedi ki, hər dəfə parka girəndə ətrafda tülkü, yaxud sansarın olmadığından əmin olmalıdır. Gölün qırağına gələrəkrən su samurundan ehtiyatlanmalıdır. Daş çəpərin üzərində oturarkən hər dəlmə-deşikdən keçə bilən siçovullardan özünü qorumalı, uzanıb quru otların üzərində yatmaq istəyərkən əmin olmalı idi ki, hörümçəklərin həmin yarpaq yığının altında qış yuxusuna getməmişlər. Açıq əraziyə çıxan kimi bəzgəhlərdən və qartallardan göz qulaq olmalı, səmada süzən şahinlərdən və laçınlardan özünü qorumalı idi. Sağsağanlardan və qarğalardan isə heç danışmağa dəyməz. Onlar hər yerdə olurlar. Bu səbəbdən o özündən bu qədər əmin olmamalı ehtiyatı heç zaman əldən verməməlidir. Qaranlıq düşən zaman isə o qulaqlarını şəkləməli və bayquşun ulamasına diqqət verməlidir. Çünki bəzən onlar elə səssiz-səmirsiz uçub ovuna yaxınlaşırlar ki, şikar nə baş verdiyini anlayanda artıq çox gec olur.

Oğlan təbii düşmənlərinin bu qədər çox olduğunu biləndən sonra qaçmağın onun üçün necə qeyri-mümkün bir plan olmasını dərk etdi. O ölməkdən elə də qorxmurdu, amma diri-diri yeyilə bilmə ehtimalı onu vahiməyə salırdı. O Akkadan bu yırtıcı heyvanlardan qorunmaq üçün məsləhət istədi.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/selma-lagerlof/nilsin-v-hsi-qazlarla-s-yah-ti-68342006/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Nilsin Vəhşi Qazlarla Qəribə Səyahəti – Selma Laqerleyf Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir və iş elə gətirir ki, vəhşi qazlarla səyahətə çıxmalı olur. Onlarla cürbəcür macəralar baş verir, əsərin qəhrəmanı Nils müxtəlif təhlükələrlə qarşılaşır, lakin hər dəfə onun köməyinə dostları çatır. Bütün bu sınaqlar Nilsi cəsarətli və düz olmağı, təmizliyə və öz sözünün üstündə dayanmağı öyrədir.

Как скачать книгу - "Nilsin vəhşi qazlarla səyahəti" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Nilsin vəhşi qazlarla səyahəti" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Nilsin vəhşi qazlarla səyahəti", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Nilsin vəhşi qazlarla səyahəti»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Nilsin vəhşi qazlarla səyahəti" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *