Книга - Göydən yerə

a
A

Göydən yerə
Yalçın İslamzadə


Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıq ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xurafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsiylə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb, universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır.

“Göydən Yerə” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu 14 məqalə və 3 tərcümə yer alıb. Müstəqillik illərində elmin populyarlaşdırılması mövzusunda yazılmış nadir bir əsər olması etibarilə, oxucular yalçın bəyin timsalında yeni tip Azərbaycan ziyalısıyla tanış olacaqlar.





Yalçın İslamzadə

Göydən yerə





MƏQALƏLƏR





Tanrısız din – Buddizm


2500 il əvvəl indiki Nepalda Sakyalar kralının oğlu olaraq doğulanda ona “Siddarta” (bütün arzuları reallaşan) adı verildi. Ancaq o, arzularından imtina edərək “Budda” (oyanmış) kimi ölməyi seçdi və tanrısız bir “din”-in qurucusu oldu.

Atası oğlunu gələcək kral kimi görürdü və bunun üçün heç bir maneə yox idi. Lakin gördüyü yaşlı, xəstə, ölü və dərviş ona öz sonunu görməyə kömək etdi. Bu cür sonluğu qəbul etmədiyi üçün doğum və ölüm zəncirindən qurtulmanın yollarını axtarmaq məqsədiylə və zəiflik göstərib sarayı tərk edə bilməyəcəyi qorxusuyla həmin gecə anadan olan oğlunu görmədən gecəykən saraydan qaçır.

Sadəcə öz daxili aləmlərinə apelyasiya edən din qurucularından fərqli olaraq Buddanın axtarışlarına empirik yanaşma hakim idi. Dövrünün ən məşhur qurularının (müdriklərinin) yanında aylarla qaldı, təlimləri öyrəndi. O zamankı Hindistan meşələri istər ənənəvi Upanişadlar təlimini, istərsə də qeyri-ənənəvi digər təlimləri yayan qurularla dolu idi. Müəllimlərin öyrətdiklərini tam qavramamalarına, sofistlər kimi mübahisənin və ritorikanın estetikasına əsir olmalarına heyrət edir. Bu təlimlərin heç biri ilə qane olmur, bədənə əziyyət, oruc və zahidlik, müxtəlif quruların təlimləri ona kömək etmir, yola təkbaşına davam etmək qərarına gəlir. Uzun müddət tək qalır, çox düşünür, sonda dərin meditasiyadan sonra birdən-birə özünü aydınlığa çıxmış sayır.

Xeyli tərəddüddən sonra insanlar arasına qayıdıb öz təlimini-dharmanı yaymağa başlayır. İlk çıxışı “Alov” vəzidir. Bu çıxışda brahmanizmin mərkəzi simvollarından olan atəşdən istifadə edərək bu təlimi tənqid edir, öz təliminin əsaslarını açıqlayır. Ondan hazır davranış və inanc reseptləri gözləyənlər fərqli yanaşmanın şahidi olurlar. Buddanın təliminə görə həqiqəti hər bir insan yaşayaraq və axtararaq özü tapmalıdır. Hazır həqiqətlər yoxdur. İnsanlar üçün eyni olan iki doğru var: insanlar arzu etməyin və arzuların ümumiyyətlə, yaxud istənilən şəkildə reallaşmamağının, yeni arzular doğuran insan təbiətinin əsiridirlər, arzuları ucbatından əzab çəkirlər. İnsan arzularının əsiri olduqca mahiyyətə dair mütləq həqiqəti tapa bilməz, olduğu kimi deyil, istədiyi kimi görər. Hötenin “Göz bildiyini görər” təsbiti Buddada “Göz arzuladığını görər” şəklindədir. Ancaq dərin qavrayış və daim özünün davranış və düşüncələrinin fərqində olmaqla düşüncəni hisslərin hökmranlığından azad etmək mümkündür, Budda bunun metodologiyasını da öyrədir.

Dörd həqiqət (iztirabın varlığı, onun səbəbi, iztirabdan qurtulmağın mümkünlüyü və bunun mexanizmi), buddist düşüncəyə aparan səkkiz pilləli yol, orta yol metodu, meditasiya, eqonun, səbəb-nəticə əlaqələrinin, səbəblərin kollektivliyinin başa düşülməsi, sabit və sonsuz olana qarşı dəyişən və sonlu olanın vurğulanması, karma və reenkarnasiya Budda fəlsəfəsinin mərkəzi anlayışlarındandır.

Bunlar həqiqətə gedən yolda vasitələrdir, ancaq həqiqətin özü deyil:

“Barmaq ayı göstərmək üçündür, ayı görmək istəyən barmağa ilişib qalmasın” və “Mənim təlimim çayı keçmək üçündür, çayı keçəndən sonra onu özünüzlə daşımayın”. Bu tövsiyyəyə sadiq qalan bir Zen buddizmi müəllimi, şagirdlərinə Buddanın adını çəkənin döyüləcəyini deyirmiş. Məqsəd, Buddanın avtoritetə, pərəstiş ediləcək şəxsiyyətə çevrilməsinin qarşısını almaq idi. Herman Hessenin “Siddharta” romanında təsvir etdiyi kimi məqsəd Dharmada və Buddanın şəxsiyyətində ilişib qalmaq deyil, bunlar sadəcə vasitələrdir.

Budda həmçinin yaranış, ruh, sonsuzluq, ölümdən sonrakı həyat kimi metafizik mövzulara maraq göstərmir, “Bunları bilmək mümkün deyil, mümkün olsa belə, insanın halını yaxşılaşdırmır”. Bu mövzularda Budda prinsipial olaraq aqnostikdir. Bir buddist üçün ciddi əməl etməli olduğu qadağalar da qoyulur, məsələn, buddist heç bir canlıya zərər verməməli (ahimsa) və verilməyəni almamalıdır.

İkinci ümumi həqiqət budur ki, Budda özünü digər insanlardan ayırmır, bütün insanlarda Budda-“oyanma” potensialı var, Buddanın oyanmış olmağın xaricində xüsusi üstünlüyü yoxdur, müqəddəs deyil. O, sarayı və mənsub olduğu kşatriya kastanı tərk etməklə təcrübənin, spontan həyatın bilgi qaynağı olduğunu bir nümunə kimi ortaya qoyur. Budda oyana bilməsini seçilmiş olmasına deyil, özünün seçdiyi yola bağlayır. Bütün bilgilərinin təcrübədən gəldiyini həmişə vurğulayır: “Təlimim təcrübələrimdən yarandı”.

Məktəbinə qadınlar və toxunulmazlar sinifindən olanlar da daxil olmaqla hər kəsi qəbul edir, bu praktika o dövrdə bir ilk idi. Elitar dil olan sanskritcə deyil, xalqın anladığı Pali dilində danışır. Din tarixçisi Karen Armstronqa görə, ilk dəfə hansısa qrupa deyil bütün insanlara xitab edən bir müəllim ortaya çıxır. Təriqətə üzv olanlar və gündəlik işlərini tərk etməyən, ancaq buddizmə simpatiya bəsləyənlər üçün iki fərqli məktəb-kurs yaradır. Özünü heç kimdən üstün tutmur, fərqləndirmir. Oğlunun təriqətdə olmasından başqa buddist mətnlərdə adına rast gəlinmir. O zaman hakim olan brahmanizmin və kast sisteminin fəlsəfəsini və rituallarını rədd edir.

Onun təlimi getdikcə daha çox yayılırdı, brahmanizmə və Upanişadlar ənənəsinə, hind rituallığına və formalizminə qarşı çıxdığı üçün bir neçə sui-qəsdlə üzləşir.

Ölmək ərəfəsində təriqətə başçı təyin etməsini istəyirlər, “ Təriqət onu kimin idarə edəcəyinə özü qərar versin” deyir. Ölərkən rahiblərinə verdiyi son məsləhəti:

– Təşkil olunmuş hər şey dağılır. Özünüz özünüzə işıq olun. Ağlınızı, təcrübənizi işə salın. “Ənənələr, kitablar, böyüklərimiz belə söyləyir” deyərək düşünmədən addım atmayın. Durmayın, qurtulmağa çalışın-olur.

Buddizmi din kimi qəbul etmək çətindir. Çünki nə ənənəvi dini struktur, nə də belə bir dinin möhtəvası buddizmdə yoxdur. Süpergüc, onun seçdiyi xüsusi təmsilçi, məlumatların onun vasitəsilə göndərilməsi, insanların bu təmsilçi ilə bağlı inançları və ritualları ənənəvi dinlərin sadə formuludur. Ənənəvi dinlərdə sorğu-sual yaxşı qarşılanmır və fərd təqdim olunan hazır modeli qəbul etdiyi üçün mömindir. Budda insana əsassız ümid vermir, ondan düşünməyi tələb edir. Mərasimlərə, özəl günlərə əhəmiyyət vermir, dua ilə nəsə qazanmağın mümkün olduğunu vurğulamır. Buna görə də sonradan Uzaq Şərqə yayılanda dəyişikliklərə uğradı və Buddaya insanüstü xüsusiyyətlər yaraşdırıldı. İnsanlar özünü onlarla bir tutan insanın dediyinə əməl etmirlər. Buddanı guya uclatmaq məqsədiylə onun doğumu və ölümü, eləcə də şəxsiyyəti haqda əcaib rəvayətlər uydurdular. Halbuki buddizmin əsas qaynağı olan Pali kanonlarında hər şey olduğu kimi təsvir olunmuşdu.

Buddizm sürətlə ətraf coğrafiyaya yayıldı, yayıldığı ölkələrin mədəniyyətini dəyişdirdi, xüsusiylə Çində və Yaponiyada Zen buddizmi ciddi uğur qazandı, samuray estetikasının və düşüncəsinin təməlini təşkil etdi. “Öldürmə” əmrini qulaqardına vuran samuraylar daha gözəl öldürmək üçün buddist estetikadan və ölümü təbii qəbuldan faydalandılar. İmperator Aşoka Hindistanda buddizm ənənələrinə sadiq qalaraq güc tətbiq etmədən buddist imperiyası qurdu və yaxın coğrafiyanı qan tökmədən buddistləşdirdi.

Əsrlər keçdikcə xristianlığa, neoplatonist fəlsəfəyə və insanlara ciddi təsir göstərdi. Şopenhaur, Nils Bor, Marri Gelman, Stiv Cobs bu buddizmdən təsirləndilər. Herman Hesse onun haqqında “Siddharta” adlı gözəl bir roman yazdı. İqtisadçı Ernst Şumaxer “buddist iqtisadiyyat” fikrini ortaya atdı və “Kiçik gözəldir” adlı əsərində bunun əsas tezislərini qələmə aldı. Böyük Eynşteyn buddizmi gələcəkdə insanlarının ehtiyac hiss edəcəyi bir din kimi xarakterizə etdi: “Gələcəyin dini kosmik din olacaq. Bu din, Tanrının şəxsiyyət kimi təsəvvür edilməməsinə nail olmalı, doqma və teologiyalardan uzaq durmalıdır. Təbiəti və ruhu qavramaqla varlığın-təbii və mənəvi- vəhdətini anlamaqdan yaranan dini hisslərə əsaslanmalıdır. Bu kriteriyaya buddizm cavab verir”.

Enşteyn, təbliğatçısı reklam sənayesi olan müasir istehlakçı dininin indiki dünyanı təbii və mənəvi krizisin astanasına gətirdiyini görsəydi, şübhəsiz qənaəti daha da möhkəmlənərdi.




Ulduz falı


Ölkəmizdə ulduz falı ilə bir professional olaraq məşğul olan xeyli insan və onların çoxsaylı müştəriləri var, ulduz falı qəzetləri və kitabçaları çap olunur, gündəlik, aylıq və rüblük ulduz falları yayınlanır, avtonom ulduz falı mətbuatı formalaşır. Bir çox insan qəzetlərin təkcə son səhifəsinə, sadəcə ulduz falı oxumaq üçün baxır, qəzetlər ulduz falından istifadə edib insanlara xəbər oxutmağa çalışırlar.

Fransız  bir astroloq, astrologiyanın dəqiqliyini yoxlamaq məqsədiylə verdiyi ünvana anadan olduğu yeri və tarixi göndərənlərin  bürclərinə görə pulsuz xarakter təhlillərini edəcəyini bildirən elan verir. Ona yazan 150 nəfərin hər birinə eyni “bürcə görə xarakter təhlilini” və təhlilin nə qədər doğru olduğunu bildirmələri üçün bir anket göndərir. Respondentlərin 94%-i analizin onları müxtəlif dərəcələrdə xarakterizə etdiyini bildirirlər. Əslində bu təhlil qatil Dr. Petiotun xarakter təhlilidir. Bir ulduz falçısı müştəriləri ilə görüşmədiyi halda bu qədər irəli gedə bilirsə, detallara diqqət edə bilən  təcrübəli bir falçının müştərilərini hansı dərəcəyə qədər təsiri altına alacağını düşününmək çətin deyil.

Aşağıda “hazır profil” deyilən və hərkəsin özünə asanlıqla aid edə biləcəyi, ulduz falı mətbuatında rast gəlinən “ bürcə görə xarakter təhlili” var:

“Bəzən açıq, incə və sosial, bəzən qapalı, təmkinli və uzaqsınız. Başqalarına sirr vermənin doğru olmadığını düşünürsünüz. Dəyişiklik və müxtəlifliyi sevir, məhdudlaşdırmalarla qarşılaşmağı sevmirsiniz. Kənardan disiplinli və kontrollu görünsəniz də daxilən narahatsınız. Xarakterinizin zəif tərəfləri olsa da bunları kompensasiya etməyi bacarırsınız. Öz xeyrinizə istifadə etmədiyiniz böyük bir potensiyalınız var. Özünütənqidə meyillisiniz. Digər insanların sizdən xoşlanmalarına və sizə heyranlıq duymalarına ehtiyacınız var”. Ayrılıqda hər bir insan bu xüsusiyyətlərin onun bürcünə aid olduğunu asanlıqla düşünər, çünkü bunlar bütün insanların bölüşdüyü ortaq xüsusiyyətlərdir. Ulduzlara astrolojik olarak inananlar, ulduzların həm onların xarakterini müəyyən etdiklərinə həm də həyatları boyunca onların həyatlarını istiqamətləndirdiyinə inanırlar.

Ulduz falına inananlar bir insanın anadan olduğu tarixə görə ona müxtəlif ulduz topluluqlarının (bürclərin) müxtəlif təsirlər göstərdiyinə və bu təsirin ömür boyu davam etdiynə-bir növ bürc determinizminə- inanırlar.  Bizə ən yaxın ulduzlar  Alfa Centauri sistemindəkilərdir. Bu ulduzlar Günəşə 4.27 işıq ili məsafədədir (bir işıq ili, saniyədə 300,000 km yol qət edən işiğın bir ildə getdiyi yoldur, Alfa Centauridən bizə olan məsafə 40,000,000,000,000 km-dir). Bu qədər uzaqda olan bir ulduz insana hansı mexanizmlə təsir edə bilər? Ulduz falından danışılırsa,  özü də bir ulduz olan günəşin təsirlərindən niyə bəhs edilmir? Mars və Saturn kimi planetlərin təsirindən danışılırsa niyə ulduz falı deyilir? Bürcləri tərtib edənlər ulduzla planetin fərqini anlamamışdılar. Çünkü qədim dövrdə sadəcə astronomiya inkişaf etmişdi, ulduzla planetin fərqini anlamaq üçünsə astrofizika bilmək vacib idi. Astrofizika yoxkən astronomik müşahidələri astrologiyanın xidmətinə vermək nisbətən asan idi.

İnsanları doğum tarixinə görə müxtəlif bürclərə böldükdə təbiətin insanın yaratdığı təqvimdən xəbəri olmadığını yaddan çıxarmamaq lazımdır, insanların yaratdığı müxtəlif təqvimlər vardır və bunlar şərtidirlər.  Bürclər insan xarakterini müəyyən etsəydi cəmi 12 tip insan olardı və onları idarə etmək üçün bu qədər dinlər və siyasi sistemlər icad edilməzdi, insanı anlamaq üçün  humanitar elmlər bu qədər müxtəlif nəzəriyyələr ortaya atmazdılar, sosyal elmlərdə insanın davranışını hansı dərəcədə  təbiətin, hansı dərəcədə sosial mühitin müəyyən etdiyi mübahisələri aparılmazdı. İnsan tamamən təbiətin əsəri olaraq qəbul edilərdi. Əgər 12 tip insan olsaydı onda 7 milyard insanın gündəlik həyatı cəmi 12 müxtəliflik göstərərdi, məsələn 600 milyona yaxın insan eyni gündə “ziyarətə getmək” məsləhətinə əməl etməli olardılar.

Ulduzların teleskop kəşf olunmamışdan əvvəl müxtəlif  bürclərdə toplanması da dəqiq sinifləndirmə deyildi, çünkü daha parlaq və uzaq olan ulduz daha yaxın və sönük olan ulduzdan daha yaxın görünür. Bürclərə görə ulduz falı hələ astronomiyanın astrologiyadan ayrılmadığı vaxtlarda yaranıb və müasir biliklər əsasında ulduz qruplarının insanlara təsiri mümkün hesab edilmir. Astrologiyanın elmiliyi aparılmış müxtəlif sınaqlarla rədd edilir (Carlson eksperimenti, Dean və Kelly testləri, Silverman anketləri). Əslində iddialarına özləri inansalar, falçılar üçün böyük bir fürsət mövcuddur, bunun üçün testə cəsarət etmək lazımdır. Amerikadakı  “James Randi” Fondu müstəqil müşahidəçilər qarşısında hər hansı paranormal bacarıq (münəccimlik, telepatiya, telekinezi, astral səyahət, levitasiya vs.) yaxud hadisə nümayiş etdirən şəxsə 1 milyon dollar mükafat vəd edir. Özünə güvənən falçılar bu testdə iştirak edə və asanlıqla zəngin ola bilərlər. Konkret ulduz falçısı isə əks istiqamətdə-bəzi xarakteristik xüsusiyyətlərinə görə insanın doğum tarixini dəqiq bildirərək bu mükafatı qazana bilərlər. Ulduz falçıları insanların hər gün üzləşdiyi qayğıları-mübahisələr, sağlamlıq problemləri və maddi çətinliklər-hər dəfə fərqli bürcün ayağına yazaraq və sanki öncədən xəbər verirmişlər kimi insanların onlara inanmalarını təmin edirlər. İstənilən adam “yolda diqqətli ol”, “sağlamlığına diqqət et”, “pulu az xərclə” məsləhətini öz üstünə götürər. Yenə də nəzərə alaq ki yerin spin oxu hər 26,000 ildə bir dəfə tam dövr edir, bu rəqəmi 12-yə böldükdə təxminən 2 min ildən biraz artıq zamanda bürclərin yeri bir bürc qədər sürüşür. Deməli biz öz bürcümüzü oxuyarkən yanılırıq, əslində bir əvvəlki və ya sonrakı bürcü oxumalıyıq.

Ulduz falına inanmaq insanın zehni olaraq mifolojik  dövrdə yaşamasının bir təzahürüdür, insanın hələ elmi düşüncəni kəşf etmədən əvvəlki zehniyyətdə olduğunun göstəricisidir. Elmsiz cəmiyyətlərdə, həmçinin Şərq xalqlarında qismət anlayışı geniş yayılıb, ona görə də Afrika kimi Şərqin də xəritəsi Qərbin əlindəki xətkeşlə çəkilir.  Şərq ökələri həmişə problemi özlərindən kənarda görür, konspitariv gücləri ittiham edirlər. Ancaq etdikləri sadəcə ittiham olduğu üçün yenə də fərqli güclərin, amma bu dəfə real olan və fərqinə varmadıqları güclərin əlində oyuncaq olurlar. Bir “amor fati” məktəbi olan Stoaçıların tanınmış nümayəndəsi Epiktet ayağını maşa ilə buran ağasına etiraz etməmiş, ağası ayağını sındırdıqdan sonra sakitcə “ayağımı sındırdın” demişdi. Bir çox hallarda insanlar ayaqlarının sındırıldığının belə fərqinə varmırlar.

Bütün şərq xalqları kimi Azərbaycanda da qədər və qismət anlayışı geniş yayılıb. Ulduz falçısı, falçı, pir, cindar, molla yanına gedənlərin, yuxuyozmalarına, dua və ulduz falına ümid bağlayanların sayı olduqca çoxdur. Bu insanlar talelərinin təbiətüstü güclərin kaprizləri istiqamətində sürükləndiyini düşünürlər. Qismət anlayışı bir çox insan və qurumlar tərəfindən ən müxtəlif mənfəət və təsəlli səbəbiylə dəstəklənir.

Azərbaycanın ən çox sevilən şairlərindən olan Ramiz Rövşənin bir “amor fati”, genetik determinizm fonunda fatalist şair olması təsadüf deyil. Fatalist mühitdə Ramiz Rövşən çox sevilir və o da öz növbəsində fatalizmi təbliğ edərək sevənlərinin gözləntilərini doğruldur. Bir cəmiyyət müəyyən istedada sahib fərdi seçərək irəli çıxarır, o da öz növbəsində geriyə, cəmiyyətə təsir edir. Yaz gecəsində ölmək istəyən,  göy üzünün daş saxlamadığını böyük bir hikmətmiş kimi anladan, qara paltarlı qadın arzulayan, ilan balasının böyüyüb ilan olacağını faciə kimi görən, ay işığının ümidlərini doğrultmayan, qəbri daman  bu şairin peotikasının mərkəzi anlayışı təslimçilikdir. Şairin şerləri insanın həyat eşqini öldürür, ona pessimiz, qaramat aşılayır, taleyi lənətləməkdən başqa yol göstərmir, əlini və həvəsini həyatdan soyudur (hətta “bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi”). Pessimist olsa da heç şübhəsiz Ramiz Rövşən uğur qazanmış şairdir, ancaq şairin bədii atmosferi animist bir psixoloji sferada qurulub. Demək olar ki burada təbiətdən qoparaq dövləti və elmi kəşf etmiş, vətəndaşlıq bağı ətrafında cəmiyyət qurmuş müasir insanın duyğuları yoxdur. Əslində yaradıcılığı fatalizmə həsr olunmuş sənətkarlarımız çoxdur. Ən çox sevilən musiqiçilərimizin kədərli və pessimist solo ifaçıları olduqları təəccüblü deyil. Hətta digər populyar və gənc şairlərin belə göyüzü, ölüm, Əzrayıl, kəfən, edam temalı yerlə-göylə əlləşən şeirləri də fatalizmə qarşı deyinmələrdir ki sonunda təslimçilik ruhundadır, baş əymiş insanın mızıltılarıdır. Dəyişilməz bioloji sona qarşı mənasız poetik “üsyan” əsrlərdir şərq insanını mürgülədir. Dəyişməz təbiət qanunları ilə dəyişdirə biləcəyi insani vəziyyət arasında ayrım edə bilməmək də zehni acizliyin bir təzahürüdür. Nəticədə isə  həyatdan qorxduğu üçün həyat təcrübəsi olmayan xeyli kədərli “müdrik” insan var. Ən çox kədərləndirən ən çox hörmət ediləndir.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/yalcin-islamzad/goyd-n-yer/) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıq ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xurafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsiylə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb, universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır.

“Göydən Yerə” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu 14 məqalə və 3 tərcümə yer alıb. Müstəqillik illərində elmin populyarlaşdırılması mövzusunda yazılmış nadir bir əsər olması etibarilə, oxucular yalçın bəyin timsalında yeni tip Azərbaycan ziyalısıyla tanış olacaqlar.

Как скачать книгу - "Göydən yerə" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Göydən yerə" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Göydən yerə", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Göydən yerə»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Göydən yerə" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *