Книга - Duel

a
A

Duel
Anton Pavloviç Çexov


Anton Çexovun "Duel" hekayəsi məktəb proqramına daxil edilmiş və ədəbiyyat dərslərində orta məktəb şagirdləri tərəfindən ətraflı təhlil edilmişdir. Ancaq bu əsər daha yaşlı bir yaşda da oxunmalıdır: onsuz da tanış olan personajlar fərqli qəbul edilir və hərəkətləri və düşüncələri insanı düşündürür.





Anton Çexov

Duel





I


Səhər saat səkkiz idi. Zabitlər, məmurlar, bura gəzməyə gəlmiş əcnəbilər bürkülü, boğanaq gecənin ardınca, adətən, bu vaxt dənizə girir, sonra da çay, qəhvə içmək üçün kazinolara dağılışırdılar.

Başında Maliyyə Nazirliyinin furajkası, ayaqları çəkələkli, iyirmi səkkiz yaşlarında zəif, sarışın bir gənc olan İvan Andreyeviç Layevski sahildə rastına çıxan tanışlarının arasında dostu hərbi həkim Samoylenko ilə də qarşılaşdı.

Qırxılmış yekə başı, qısa boynu, qırmızı sifəti, qara qaşları olan, iri burunlu, bozumtul bakenbardlı, şişman, yekəqarın Samoylenkonun hərbçilərə xas zil, ötkəm səsi vardı. Bu tərəflərə yeni gələnlərə ilk başda qaba, hay-küyçü adam təsiri bağışlasa da, getdikcə hamının gözündə mülayim, sevimli, hətta gözəl surətli adama çevrilirdi. Kobudluğuna, səs tonundakı sərtliyə baxmayaraq, üzüyola, ürəyitəmiz, inanılmaz dərəcədə yaxşı insan idi. Hamının yardımına tələsərdi, qəsəbədə demək olar ki, sənli-mənli münasibətdə olmadığı kimsə yox idi. Dostlarına borc verər, xəstələnəndə müalicə edər, evləndirər, barışdırar, şəhərətrafı gəzintilər təşkil edər, kabab çəkər, əla kefal şorbası[1 - Kefal şorbası – balıq supu.] bişirər, hər kəsin istəyini yerinə yetirməyə çalışardı; özü bacarmayanda başqalarına ağız açardı. Dostları üçün əsl sevinc qaynağı və ümumi rəyə görə də, qüsursuz bir adam idi. Ancaq qəhrəmanımızın iki zəif cəhəti vardı: birincisi, mülayim adam olmağından utanaraq sərt baxışları, süni qabalığı ilə bunu ört-basdır etməyə çalışması; ikincisi, sadəcə, beşinci dərəcəli dövlət məmuru olduğu halda, tabeçiliyindəki tibb işçilərindən, hərbi qulluqçulardan ona “əlahəzrət” deyə müraciət etmələrini tələb etməsi idi.

Su gəlib ikisinin də boğazına çatanda Layevski sözə başladı:

– Aleksandr Davidiç, mənim bir sualıma cavab ver; tutalım, bir qadını sevdin, bir yerdə yaşamağa başladınız. Deyək ki, iki ildən də çox. Sonra olar da, yavaş-yavaş soyuyursuz, bir-birinizə yad gəlməyə başlayırsız. Belə vəziyyətdə nə edərdin?

– Heç nə, sadə məsələdir ki…ürəyin hara istəyir, çıxıb gedirsən, vəssalam.

– Demək asandır, amma heç bir sığınacağı yoxdursa, yalnız, kimsəsiz bir qadındırsa? Qara qəpiyi də yoxdursa, heç harda işləyə bilmirsə?

– Elə şey olar?! Beş yüz rubl verərəm özünə, ya da hər ay iyirmi beş rubl yollayaram, qurtarar gedər.

– Belə deyək, lap beş yüz, ya da aylıq iyirmi beş rubl yardım etməyə də imkanın çatır, amma bu dediyim qadın da dünyagörmüş, qürurlu bir xanımdırsa? Ona pul təklif etməyə cəsarətin çatarmı? Üstəlik də, bunu necə edəcəksən ki?

Samoylenko cavab vermək istəyirdi ki, nəhəng bir dalğa ikisinin də başı üstündən aşıb sahilə çırpıldı, xırda daşların üzərindən şırıltı ilə süzülərək axıb getdi. Dostlar sahilə çıxıb geyinməyə başladı.

Samoylenko çəkməsinin içərisindəki qumları çırparaq:

– Əlbəttə, sevmədiyin qadınla yaşamaq ürəkaçan iş deyil, – dedi, – amma, ilk növbədə, insanlıqdır, Vanya. Sənin yerində mən olsaydım, soyuduğumu heç vəchlə büruzə verməzdim, ölənəcən yaşayardım o qadınla.

Birdən dediyindən utandı, həmin dəqiqə özünü yığışdırıb dedi:

– Mənim nə vecimə, istəyir qadınlar yerli-dibli yoxa çıxsın. Hamısının canı cəhənnəmə!

Geyinib kazinoya getdilər. Samoylenko kazinoda özünü evindəki kimi hiss edirdi, onun üçün burada, hətta xüsusi yemək dəsgahı da tərtib etmişdilər. Hər səhər ona məcməyidə bir fincan qəhvə, uzun, büllur bardaqda buzlu su və bir qədəh də konyak gətirirdilər. Əvvəlcə konyakı, sonra qaynar qəhvəni, axırda da buzlu suyu içərdi. Görünür, bu dəsgah əhvalına çox xoş təsir bağışlayırdı ki, içəndən sonra Samoylenkonun gözləri parlayar, hər iki əlilə bakenbardının haça uclarını oynadardı. Dənizə baxaraq:

– Gör nə füsunkar mənzərədir! – deyərdi.

Uzun, cansıxıcı gecədən, yuxusunu ərşə çəkən boğucu bürküdən və gecənin qaranlığını bir az da qatılaşdıran düşüncələrdən sonra Layevski özünü bitkin, gücsüz hiss edirdi. Dənizə girmək, qəhvə içmək də əhvalını yaxşılaşdırmamışdı.

– Gəl söhbətimizə qayıdaq, Aleksandr Davidıç, – dedi,– səndən gizlətməyəcəyəm, dost kimi açıq danışacağam hər şeyi. Nadejda Fyodorovna ilə aramız pisdir…çox pisdir! Başağrısı verirəmsə, üzrlü hesab et, amma danışıb ürəyimi boşaltmalıyam.

Söhbətin gəlib nəyə varacağını sezən Samoylenko göz süzdürdü, barmağı ilə masanı taqqıldatmağa başladı.

– İki il yaşadım onunla, indi daha sevmirəm… – Layevski davam etdi, – daha doğrusu, aramızda sevgi-zad olmadığını başa düşdüm. Bu iki il özünü aldatmaq idi.

Danışanda qırmızımtıl ovuclarını ovuşdurmaq, dırnaq gəmirmək, köynəyinin qollarını burmalamaq Layevskinin vərdişi idi. İndi də eyni şeyi edirdi.

– Özüm də yaxşı bilirəm ki, mənə bir köməyin dəyə bilməz, – dedi, – yenə də danışacağam hər şeyi, çünki bizim kimi bəxtsiz, lazımsız adamlar üçün danışmaqdan başqa nə təsəlli var ki?! Gərək axı hər hərəkətimə bir bəraət qazandıram, ədəbi mətnlərdə yazıldığı kimi: “Biz – rus əsilzadələri korlanmağa başlamışıq…”, yaxud bir başqa oxşar bəhanə uydurub başqalarının gözündə özümü təmizə çıxaram. Məsələn, keçən gecə uzun-uzadı düşünüb öz-özümə belə dedim: “Ah, Tolstoy nə qədər haqlıdır, hər kəlməsində haqlıdır!” Bu cür toxtadım bir az. Yeri gəlmişkən, dostumuz da böyük yazıçıdır ha! Kim nə deyir-desin!

Samoylenko Tolstoyu oxumamışdı, hər gün oxumağa niyyətlənirdi, utanıb-sıxılaraq:

– Bəli, – dedi, – yazıçılar, əslində, özündən uydurub yazır, amma o, hər şeyi həyatın özündən götürür.

– Aman Allah, – Layevski köks ötürdü, – bir gör, sivilizasiya bizi nə hala saldı! Evli bir qadını sevdim, o da mənə könül verdi. Əvvəl-əvvəl öpüşlərimiz, səssiz gecələrimiz, inanclarımız, Spenserlərimiz[2 - Spenser Herbert (1820-1903) – ingilis filosof və sosioloq. Təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi.], arzu-qayəmiz, ortaq məqsədlərimiz vardı. Sən bir yalana bax da! Əslində, onun ərindən qaçırdıq, ancaq özümüzü aldadırdıq ki, guya oxumuş adamın mənəvi boşluğundan qaçırıq. Gözümüzün önündə gələcək belə canlanırdı: Qafqaza gedəcəyik, oralara, o bölgənin adamlarına öyrəşənəcən mən əynimə mundir geyinib məmurluq edəcəyəm, sonra kənddə özümüzə torpaq alacağıq, bağ-bağat salaraq, tarla əkib-becərərək alın tərimizlə dolanacağıq. Mənim yerimdə sən, ya da sənin bu zooloqun fon Koren olsaydı, Nadejda Fyodorovna ilə cınqırı çıxmadan otuz il birlikdə yaşayar, varislərinizə də min hektarlıq taxıl zəmisi miras qoyardınız. Amma mən elə ilk gündən bataqlığa batdığımı anladım. Kəndin dözülməz istisi, can sıxıntısı, kimsəsizlik… Çöldə hər daşın altından bör-böcək, ilan-əqrəb çıxır. O üz yalın dağlar, bozqır…Yad insanlar, yabançı təbiət, cılız mədəniyyət… Bütün bunlar çiyninə kürk atıb Nadejda Fyodorovna ilə Nevski xiyabanında qol-boyun olub gəzməyə, isti diyarları xəyal etməyə bənzəməz. Burada gərək hər əngəllə ölüm-dirim savaşına çıxasan. Amma mən kim, döyüşçü olmaq kim?! Elə ilk gündən başa düşdüm ki, əməkçi həyat və bağ-bağça salmaq xəyallarını bir qırağa qoymalıyam. Məhəbbət məsələsinə gəldikdə isə sənə deyim ki, Spenser oxumuş, sevgisi uğrunda dünyanın o başınacan getməyi gözə alan bir qadınla yaşamaq sadə kəndli qızları Anfisa, ya da Akulina ilə yaşamaq kimi maraqsız bir şeydir. Eyni toz, ütü qoxusu, dərman iyi, hər səhər saç biqudisi[3 - Biqudi – fenin kəşfinə qədər saçları burmaq üçün istifadə olunan, boru formasında alət.], özünüaldatma…

Layevskinin məhrəm bir qadın barəsində belə açıq-saçıq söz salmağından qızaran Samoylenko:

– Ütüsüz ev olmaz ki! – dedi, – Vanya, belə baxıram, bu gün sənin kefin yerində deyil. Mənim tanıdığım Nadejda Fyodorovna bilgili, mükəmməl bir qadındır, sən özün də böyük ağıl sahibisən, – qonşu masalara göz gəzdirib davam etdi, – düzdü, evli deyilsiniz, amma bunda bir qəbahət yoxdur. Evlilik məsələsində tələsmək yaramaz, müasir düşünmək lazımdır. Yenə də mən rəsmi nikah tərəfdarıyam, madam ki, birlikdə yaşayırsınız, ölənəcən də belə davam edin.

– Sevmədənmi?

– Bu dəqiqə izah edəcəyəm, nə deyirəm. Səkkiz il əvvəl buralarda bir xəfiyyə vardı, çox kəlləli adam idi. O deyirdi ki, ailə həyatında əsas şey qatlaşmaqdır. Eşidirsən, Vanya? Sevgi yox, qatlaşma! Sevgi sonsuzacan sürmür ki! İki il sevərək yaşamısınız, indi isə ailə həyatınız elə bir mərhələyə gəlib çatıb ki, ipi əlində bərk-bərk tutmaq üçün bacardıqca səbirli və dözümlü olmalısan.

– Sən yaşlı xəfiyyənin dediklərinə inanmağında ol, mənə görə, onun öyüd-nəsihəti cəfəngiyyatdır. Sənin bu xəfiyyəciyəzin ikiüzlülük edib səbir idmanı edə bilər, sevmədiyi bir adamı bu məşqlər üçün təcrübə dovşanı kimi istifadə edə bilər, mənsə hələ özümü o qədər yerə vurmamışam. Əgər səbir məşqi etmək istəsəydim, gimnastika alətləri alardım, ya da əhliləşdirilməmiş bir at. Əl çəksin bu filosofzadələr camaatın yaxasından!

Samoylenko buzlu ağ şərab sifariş etdi. Bir qədəh içdikdən sonra Layevski qəfildən soruşdu:

– Beyin iltihabı necə olur?

– Bu…necə başa salım?! Bu elə bir xəstəlikdir ki, beyin yumşalıb sulanır.

– Müalicəsi varmı?

– Xəstəlik şiddətlənməyə başlamayıbsa, var. Soyuq duş, köpəşik[4 - Köpəşik – allergik mənşəli dəri xəstəliyi. Məxmərəyin müxtəlif növlərində, infeksion və parazitar xəstəliklərdə rast gəlinir. Xəstəlik zamanı dəridə ət xalları əmələ gəlir.] məlhəmlər, müxtəlif həblər qəbul etmək lazımdır.

– Bax, görürsən, mənim vəziyyətim də elədir. O qadınla bundan artıq yaşaya bilmərəm. Gücüm çatmaz. Haçan səninlə bir yerdə oluram, üzüm gülür, filosofluq edirəm, amma evdə az qalır, ürəyim partlasın. Canım boğaza yığılıb, biri desə ki, onunla bir ay da artıq yaşa, düz alnımın ortasından güllə ilə vuraram özümü. Bir tərəfdən də onu tək buraxmaq olmaz. Kimi-kimsəsi yox, əlindən bir iş gəlmir, nə məndə pul var, nə onda. Kimə sığınsın? Hara getsin? Düşünüb bir çarə tapa bilmirəm. Hə, de görüm, neyləyim?

Samoylenko söz üçün avara qalıb:

– Şey… O səni sevirmi? – deyə mızıldandı.

– O yaşda, o təbiətdə bir qadının kişini sevdiyi qədər. Məndən ayrılmaq ondan ötrü pudralarından, biqudilərindən ayrılmaq qədər zor bir şeydir, hər halda. Onun buduarının ayrılmaz parçası kimi bir şeyəm yəqin ki.

Samoylenko utandı.

– Bu gün çox kefsizsən, Vanya, görünür, gecəni yatmamısan…

– Hə, pis yatmışam. Dostum, axır vaxtlar, ümumiyyətlə, özümü yaxşı hiss etmirəm. Başımın içi arı pətəyi kimidir, ürəyim sıxılır… Baş götürüb qaçmaq lazımdır.

– Hara?

– Üzü şimala. Şam ağaclarına, göbələklərə tərəf. Yeni insanların, yeni düşüncələrin olduğu yerlərə. İnanırsanmı, bu dəqiqə Moskvada, ya da Tula əyalətində bir yerdə buz kimi bir çayda yuyunmaqdan ötrü ömrümün yarısını verərdim?! Ardınca da bayağı bir tələbə ilə üç saat laqqırtı vurasan. Hələ saman qoxusu! Xatırlayırsanmı? Gecələr bağçada gəzəndə evdən çölə piano səsi yayılır, uzaqdan qatarın gəlişi eşidilir…

Təsirləndiyi üçün gözündən yaş gəldi, bir yandan da gülümsəyirdi. Göz yaşlarını gizlətmək üçün yerindən qalxmadan qonşu masaya dönüb kibrit istədi.

Samoylenko:

– On səkkiz ildir ki, Rusiyaya getmirəm. Oranın necə bir yer olduğunu belə unutmuşam. Məncə, Qafqazdan gözəl məmləkət yoxdur.

– Vereşşaqinin[5 - Vasili Vereşşaqin (1842-1904) – XIX əsrin tanınmış rus batalist rəssamı.] bir tablosu var: dərin bir quyunun dibində ölümə məhkum edilmiş dustaqların iztirablarını təsvir edib. Sənin bu gözəl Qafqazın da, məncə, dibsiz quyu kimi bir şeydir. Mənə Peterburqda baca təmizləyən, yoxsa burada şahzadə olmaqdan birini seçməyi təklif etsəydilər, düşünmədən baca təmizləyən olmağı seçərdim.

Layevski bunu deyib düşüncələrə daldı. Samoylenko onun əyilmiş vücuduna, bir nöqtəyə zillənmiş gözlərinə, solğun, tərli yanaqlarına, batıq gicgahlarına, gəmirilmiş dırnaqlarına, yamaqlı corablarına, ayaq uclarından sallanmış çəkələklərinə baxaraq ürəyində dostuna acıyırdı. Layevski gözünə çarəsiz uşaq kimi görünürdü.

– Anan sağdırmı? – deyə soruşdu.

– Sağdır, amma aramız sərindir. Nadejda Fyodorovna ilə yaşamağımı bağışlamadı.

Samoylenko dostunu sevirdi. Layevskini birlikdə içki içiləcək, zarafatlaşacaq, içini paylaşacaq aydın, təhsilli bir gənc, təmiz insan gözündə görürdü. Bir yandan da Layevskidə Samoylenkonun anlayışla qarşıladığı bəzi xoşagəlməz cəhətlər də vardı. Əvvəla, yeri gəldi-gəlmədi çox içirdi. Bundan başqa, məsuliyyət hiss etməz, pul xərcləyəndə ayağını yorğanına görə uzatmaz, danışanda sıx-sıx nalayiq ifadələr işlədər, küçədə-bacada çəkələkdə gəzər, özgələrin yanında Nadejda Fyodorovna ilə mübahisə edərdi. Samoylenkonun bu şeylərdən qəti xoşu gəlməzdi. Bir tərəfdən də Layevskinin əvvəllər ədəbiyyat fakültəsində oxumağı, indinin özündə də iki qalın dərgiyə abunə olması, çox vaxt az adamın başa düşə bildiyi mövzulardan danışması, dünyagörüşlü bir qadınla yaşamağı çox da ağlı kəsməyən məsələlər olsa da, bu şeyləri bəyənirdi. Bunlara görə Layevskini özündən üstün görür, ona hörmət edirdi.

Layevski başını bulayaraq:

– Bir məsələ də var, – dedi, – ancaq aramızda qalsın. Hələlik Nadejda Fyodorovnadan gizlədirəm. Onun yanında ağzından qaçırıb eləmə ha! Üç gün qabaq bir məktub aldım, ərinin beyin iltihabından öldüyü yazılmışdı.

Samoylenko köks ötürdü.

– Yeri behişt olsun… Bəs ondan niyə gizlədirsən?

– Bu məktubu ona göstərmək öz ayağınla nikah üçün kilsənin yolunu tutmaqdır. Əvvəl gərək münasibətlərimizə bir aydınlıq gətirək. Bir yerdə yaşamağımızın daha mümkün olmadığını ikimiz də qəbullananda məktubu verərəm özünə. Onda daha təhlükə qalmaz.

– Hələ sən bir mənə qulaq as, – şirindilliklə edəcəyi xahişin yerə salınmasından ehtiyatlanırmış kimi Samoylenkonun üzündə birdən hüznlü, yalvarış dolu bir ifadə əmələ gəldi, – Vanya, əzizim, evlən onunla.

– Niyə?

– Bu nəcib qadına qarşı borcunu yerinə yetir. Əri öldü, tale özü sənə yol göstərir.

– Sən nə qəribə adamsan?! Ağlına batmır ki, buna heç cür imkan yoxdur?! Sevmədən evlənmək inanmadan dua etmək kimidir. Belə alçaqlıq insan olan kəsə yaraşmaz!

– Amma evlənməyə məcbursan.

Layevski hirslə soruşdu:

– Niyə məcburam ki?

– Çünki ərinin əlindən almısan qadını. Bütün məsuliyyət artıq sənin üzərindədir.

– Sənə rusca deyirəm ki, onu sevmirəm!

– Sevmirsənsə belə, hörmət elə, könlünü al.

– Hörmət elə, könlünü al! Elə bil, qabağımda baş rahibə var. Sənin psxiologiyadan anlayışın yoxdur, fizioloq kimi də işəyaramazsan. Bir qadına hörmət etməklə, könlünü almaqla işlərin yoluna düşəcəyini fikirləşirsənsə, səhvin var. Qadın hər şeydən əvvəl yataq istəyir.

Samoylenko utancından yerin dibinə girdi.

– Vanya, Vanya!

– Sən yaşlı uşaqsan, danışdıqların da nəzəriyyədir. Mənim gənc ruhum isə qaynardır, mən əməl adamıyam. Biz çətin ki, bir-birimizi başa düşək. Yaxşısı, saxlayaq söhbəti burda. Mustafa, borcumuz nə qədərdir?

Həkim diksinib Layevskinin əlini tutdu.

– Xeyr, xeyr, mən ödəyəcəyəm… çünki mən qonaq eləmişəm.

Bağıraraq qarsona səsləndi:

– Mustafa, mənim hesabıma yazarsan!

Qalxdılar. Ensiz sahil boyu gəzişməyə başladılar. Bulvara çathaçatda ayaq saxlayıb təbəssümlə əl sıxışdılar. Samoylenko köks ötürdü.

– Bunun adı şıltaqlıqdır, cənab! Tale sənə gənc, gözəl, bilgili bir qadın göndərdi, amma sən onu rədd edirsən. Kaş Tanrı mənim qabağıma belə sevimli, ürəyitəmiz bir qadın çıxaraydı. İstəyir, qozbel qarı olsun lap. Beləsinə dünəndən razıyam. Üzüm bağımızda qəşəngcə dolanardıq, – Samoylenko dərhal özünü yığışdırdı, – arvad samovarı qaynatsın, bəsimdir.

Layevskidən ayrılıb bulvarda gəzişməyə başladı. Heybətli tövrlə, ağır-ağır, üzündə sərt ifadə, əynində qar kimi bəyaz jaket, ayağında boyalı çəkmə, sinəsində lentli Vladimir ordeni ilə köksünü qabardaraq yeridikcə Samoylenkoya elə gəlirdi ki, bütün dünya heyranlıqla ona tamaşa edir. Başını çöndərmədən sağa-sola baxdı, bulvarın düzəngahını bəyəndi. İki tərəfdə sıra ilə evkalipt və cavan sərv ağacları, cılız olsa da, gözünə gözəl görünən palmalar əkilmişdi. Vaxt gələcək, bu ağacların geniş kölgəsi olacaqdı. Çərkəzlər qürurlu, qonaqsevər xalq idi.

“Qəribədir, Layevskinin Qafqazdan niyə xoşu gəlmir?!”– deyə düşündü.

Qarşıdan beş silahlı hərbçi gəlirdi. Ona hərbi salam verdilər. Bulvarın sağındakı piyada səkisindən bir məmur arvadı oğlu ilə keçirdi. Samoylenko nəzakətlə gülümsəyib səsləndi:

– Marya Konstantinovna, sabahınız xeyir! Üzməkdən gəlirsiniz? Ha-ha-ha! Nikodim Aleksandroviçə çoxlu salam söyləyin.

Üzündə həmin təbəssüm yoluna davam etdi, ancaq irəlidən gələn bir səhiyyə məmurunu görüb birdən qaşlarını çatdı, adamı saxlayıb soruşdu:

– Lazaretdə kim var, kim yox?

– Heç kim yoxdur, əlahəzrət.

– Necə? Nə?

– Heç kim yoxdur, əlahəzrət.

– Yaxşı, get.

Məğrur-məğrur yanını basaraq, limonad köşkünə doğru addımladı. Samoylenko alaya komanda verirmiş kimi yüksək səslə piştaxta arxasındakı gürcü bəzək-düzəyi taxmış yəhudi qadına səsləndi:

– Zəhmət olmasa, bir bardaq soda!




II


Layevskinin Nadejda Fyodorovnanı sevməməyi ən çox da özünü bu yerdə büruzə verirdi: bu gənc qadının bütün sözləri, bütün davranışları ona saxta, süni təsir bağışlayır, Layevski məhəbbət və qadınlar haqqında bütün oxuduqlarına özündən, Nadejda Fyodorovna və onun ərindən daha yaxşı nümunə olmadığını fikirləşirdi.

Evə girəndə Nadejda Fyodorovna artıq geyinib-kecinmiş, saçları daranmış halda pəncərənin qabağında oturmuşdu. Qalın bir jurnalı vərəqləyərək qayğılı-qayğılı qəhvə içirdi. Layevski düşünüb qəhvə içməklə qayğılı sima arasında bir əlaqə tapa bilmədi. Bundan əlavə, otaqda Layevskidən savayı, kimsə olmadığı üçün saçını son dəblə daramağı da izafi əziyyət idi. Jurnal vərəqləməyi də süni təsir bağışlayırdı. Geyinib-daranmağını gözəl, jurnal vərəqləməyini isə bilgili görünmək üçün elədiyi açıq-aşkar bilinirdi.

Qadın:

– Bu gün üzməyə getsəm, qəbahət olmaz ki, yox?! – deyə soruşdu.

– Qəbahət niyə olsun axı?! Sən üzməyə getsən, dünya dağılmayacaq ki…

– Fikirləşdim ki, həkim hirslənib-eləyər, ona görə soruşdum.

– Elədirsə, get həkimin özündən soruş, mən həkim-zad deyiləm.

Layevskinin həmin gün Nadejda Fyorovnada ən çox xoşuna gəlməyən şey ağ, çılpaq boynu ilə ənsəsindəki hörüklər idi. Anna Kareninanın ərindən soyuyandan sonra ən çox ərinin qulaqlarından xoşu gəlmədiyini xatırlayıb düşündü: “Necə də doğru imiş!”

Bədəni əzgin idi, beyninin içində yorğunluq hiss edirdi. İş otağına keçib divana uzandı. Ağcaqanadlardan qorunmaq üçün üzünü dəsmalla örtdü. Yağışlı bir payız axşamında hey yol alıb gedən qatar kimi tənbəl, cansıxıcı düşüncələr uzanıb gedirdi.

Nadejda Fyodorovnaya və onun ərinə qarşı özünü günahkar hiss edirdi, ona elə gəlirdi ki, kişi onun ucbatından ölüb. Özəl həyatını, ali ideyalarını və iş mühitini də öz əllərilə dağıtmışdı. Qiymətini gec bildiyi bu şeylərin vəhşi türklərin və dayaz abazinlərin[6 - Abazinlər (abazalar) – əsasən, Qaraçay-Çərkəz, Adıgey və Abxaziyada məskunlaşmış Şimali Qafqaz xalqı. Hal-hazırda əksəriyyəti Türkiyə, Misir və bəzi ərəb ölkələrində yaşayır.] məskunlaşdığı bu sahillərdə deyil, operanın, teatrın, qəzetlərin, hər cür yaradıcı təfəkkürün mövcud olduğu şimalda var olduğuna, bu şeylərə yenidən ancaq quzeydə qovuşa biləcəyinə inanırdı. İnsan buralarda yox, ancaq orada özünü nəcib, bilgili, uca və təmiz saxlaya bilərdi. Özünü məqsədsiz adam olmaqda, yaşamına istiqamət verən düşüncələrinin olmamağında da günahkar hiss edirdi. Bunun nə demək olduğunu indi-indi anlayırdı. İki il əvvəl Nadejda Fyodorovnaya vurulmuş, həyatın boşluğundan, yeknəsəqliyindən qurtulmağın yeganə yolunu bu qadınla birləşməkdə, onunla bir yerdə Qafqaza getməkdə görmüşdü. İndi də inanırdı ki, özünə gərəkli olanı yalnız və yalnız Nadejda Fyodorovnanı tərk edib Peterburqa dönməklə əldə edə bilər.

Qanrılıb oturdu, dırnaqlarını gəmirərək:

– Qoyub qaçmaq lazımdır! Elə bu saat qaçmaq lazımdır! – deyə mızıldandı.

Xəyalında canlandırdığı tabloda səhər tezdən buxarlı gəmiyə minir, gəmidə qəlyanaltı edir, soyuq pivədən içir, göyərtədəki qadınlarla söhbətləşirdi. Sevastopola çatan kimi özünü ilk qatara atıb yola düşürdü. Və budur, azadlıq! Ard-arda sıralanan stansiyalar, get-gedə soyuyub-sərtləşən havalar, qayın və şam ağacları, nəhayət, Kursk, Moskva! Stansiya bufetlərində kələm borşu, qoyun ətindən şorba, nərə balığı, pivə… Qısası, bura artıq Asiya deyil, Rusiyadır, ana vətən Rusiya! Qatarda sərnişinlər ticarətdən, yeni müğənnilərdən, Fransa-Rusiya münasibətlərindən danışır; hər yerdə canlılıq, sivil, aydın, təptəzə bir həyat qaynayır… Bir az da, daha da sürətli! Sonda Nevski xiyabanı, Bolşaya Morskaya prospekti, bir vaxtlar tələbə yoldaşları ilə qaldığı Koven küçəsi, gümüşü, doğma göy üzü, çiskin yağmur, islanmış faytonçular…

Qonşu otaqdan kimsə səsləndi:

– İvan Andreyeviç, evdəsiniz?

Layevski cavab verdi:

– Evdəyəm, nə lazım idi?

– Sənədlər…

Başı gicəllənə-gicəllənə, tənbəl-tənbəl yerindən qalxdı, əsnədi, çəkələklərini sürütləyərək yan otağa keçdi. Küçədə, açıq pəncərənin qənşərində dayanan cavan iş yoldaşı sənədləri pəncərə taxtabəndinin üzərinə yayırdı.

Layevski yumşaq səslə:

– Bircə dəqiqə, əzizim, – deyib mürəkkəbqabını gətirməyə getdi.

Yenidən pəncərənin önünə qayıdanda kağızları oxumadan imzalayaraq:

– Çox istidir! – dedi.

– Elədir, İvan Andreyeviç. İşə gələcəksiniz?

– Çətin… Bir az kefim yerində deyil…Əzizim, Şeşkovskiyə çatdırarsınız ki, günortadan sonra ona baş çəkəcəyəm.

Məmur getdi. Layevski təzədən divana uzanıb düşüncələrə daldı.

“Hə, yüz ölçüb, bir biçib qərara gəlməliyəm. Əvvəla, çıxıb getməmişdən qabaq gərək bütün borclarımı bağlayam. İki min rubla yaxın borcum var, amma cibimdə qara qəpik də yoxdur. Əslində, bu çox da vacib deyil. Yarısını bir yolla tapıb, ödəyərəm, yarısını da Peterburqa qayıdandan sonra yollayaram. Əsas məsələ Nadejda Fyodorovnadır. Əvvəlcə gərək münasibətlərimizə bir aydınlıq gətirək, vacib olan budur!”

Bir az duruxduqdan sonra gedib Samoylenko ilə məsləhətləşməyin məqsədəuyğun olduğu qənaətinə gəldi.

“Yaxşısı, gedim yanına, ancaq bundan nə çıxacaq ki? Boş yerə yenə ona buduardan, qadınlardan, şərəfdən, ləyaqətdən dəm vuracağam. Başına çarə qılmaq, lənətlənmiş kimi bu cür əli-qolu bağlı yaşamaqdan xilas olmaq, özünü göz görə-görə məhv olmaqdan xilas etmək əvəzinə, şərəf-ləyaqətdən söz açarlarmı heç?! Başa düşmək lazımdır ki, belə yaşamaq alçaqlıqdır, özünə zülmdür, bu boyda məsələnin qabağında hər şey əhəmiyyətini itirir”.





Конец ознакомительного фрагмента. Получить полную версию книги.


Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию (https://www.litres.ru/pages/biblio_book/?art=68288359) на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.



notes



1


Kefal şorbası – balıq supu.




2


Spenser Herbert (1820-1903) – ingilis filosof və sosioloq. Təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi.




3


Biqudi – fenin kəşfinə qədər saçları burmaq üçün istifadə olunan, boru formasında alət.




4


Köpəşik – allergik mənşəli dəri xəstəliyi. Məxmərəyin müxtəlif növlərində, infeksion və parazitar xəstəliklərdə rast gəlinir. Xəstəlik zamanı dəridə ət xalları əmələ gəlir.




5


Vasili Vereşşaqin (1842-1904) – XIX əsrin tanınmış rus batalist rəssamı.




6


Abazinlər (abazalar) – əsasən, Qaraçay-Çərkəz, Adıgey və Abxaziyada məskunlaşmış Şimali Qafqaz xalqı. Hal-hazırda əksəriyyəti Türkiyə, Misir və bəzi ərəb ölkələrində yaşayır.



Anton Çexovun «Duel» hekayəsi məktəb proqramına daxil edilmiş və ədəbiyyat dərslərində orta məktəb şagirdləri tərəfindən ətraflı təhlil edilmişdir. Ancaq bu əsər daha yaşlı bir yaşda da oxunmalıdır: onsuz da tanış olan personajlar fərqli qəbul edilir və hərəkətləri və düşüncələri insanı düşündürür.

Как скачать книгу - "Duel" в fb2, ePub, txt и других форматах?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки книги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия книги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки книги
    Если книга "Duel" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если книга бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку книги -"Duel", чтобы скачать книгу для телефона или на ПК.
    Аудиокнига - «Duel»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для чтения на телефоне подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент книги "Duel" для ознакомления):

    • FB2 - Для телефонов, планшетов на Android, электронных книг (кроме Kindle) и других программ
    • EPUB - подходит для устройств на ios (iPhone, iPad, Mac) и большинства приложений для чтения

    Для чтения на компьютере подходят форматы:

    • TXT - можно открыть на любом компьютере в текстовом редакторе
    • RTF - также можно открыть на любом ПК
    • A4 PDF - открывается в программе Adobe Reader

    Другие форматы:

    • MOBI - подходит для электронных книг Kindle и Android-приложений
    • IOS.EPUB - идеально подойдет для iPhone и iPad
    • A6 PDF - оптимизирован и подойдет для смартфонов
    • FB3 - более развитый формат FB2

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Аудиокниги автора

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *