Аудиокнига - Kölə edilmiş ağıl

İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır.

Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…

Как скачать аудиокнигу - "Kölə edilmiş ağıl" в mp3, mp4?

  1. Нажмите на кнопку "полная версия" справа от обложки аудиокниги на версии сайта для ПК или под обложкой на мобюильной версии сайта
    Полная версия аудиокниги
  2. Купите книгу на литресе по кнопке со скриншота
    Пример кнопки для покупки аудиокниги
    Если книга "Kölə edilmiş ağıl" доступна в бесплатно то будет вот такая кнопка
    Пример кнопки, если аудиокнига бесплатная
  3. Выполните вход в личный кабинет на сайте ЛитРес с вашим логином и паролем.
  4. В правом верхнем углу сайта нажмите «Мои книги» и перейдите в подраздел «Мои».
  5. Нажмите на обложку аудиокниги -"Kölə edilmiş ağıl", чтобы скачать для телефона или на ПК.
    Аудиокнига - «Kölə edilmiş ağıl»
  6. В разделе «Скачать в виде файла» нажмите на нужный вам формат файла:

    Для прослушивания аудиокниги на телефоне или ПК подойдут следующие форматы (при клике на формат вы можете сразу скачать бесплатно фрагмент аудиокниги "Kölə edilmiş ağıl" для ознакомления):

    • MP3 - cкачать аудиокнигу ""Kölə edilmiş ağıl"" в хорошем качестве

  7. Сохраните файл на свой компьютер или телефоне.

Книги автора

Рекомендуем

Последние отзывы
Оставьте отзыв к любой книге и его увидят десятки тысяч людей!
  • константин александрович обрезанов:
    3★
    21.08.2023
  • константин александрович обрезанов:
    3.1★
    11.08.2023
  • Добавить комментарий

    Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *